29. Kompüterin daxilində informasiya hansı say sistemində təsvir olunur?
A) ikilik
B) onluq
C) səkkizlik
D) onaltılıq
E) ixtiyari
30. Prosessorun işləmə sürəti dedikdə nə başa düşülür?
A) Bir saniyədə yerinə yetirilən elementar əməliyyatların sayı
B) Vahid zaman müddətində yerinə yetirdiyi əməliyyatların sayı
C) Bir saniyədə kompüterin yerinə yetirə bildiyi (emal etdiyi) böyük həcimli informasiyanın miqdarı
D) Vahid zaman anında kompüterdə emal oluna bilən informasiyanın miqdarını
E) Vahid zaman anında yerinə yetirdiyi sadə əməliyyatların sayını
31. Say sistemi nədir?
A) ədədlərin rəqəmlər adlanan məhdud simvollar əlifbası vasitəsilə ifadə olunma üsulu
B) saymaq üçün istifadə olunan ədədlər
C) sıralanmanı göstərmək üçün istifadə olunan kodlar ardıcıllığı
D) ədədlərin simvollar vasitəsilə təsviri
E) şərti qəbul olunmuş nömrələnmə
32. Kompüterdə informasiya hansı say sistemində təsvir olunur?
A) 2-lik
B) 10-luq
C) bütün say sistemlərində
D) 16-lıq
E) 8-lik
33. İnformatikada hansı say sistemlərindən istifadə olunur?
A) 2-lik, 8-lik, 16-lıq
B) 2-lik və 4-lük
C) 2-lik və 10-luq
D) 8-lik, 10-luq, 32-lik
E) 4-lük, 8-lik, 16-lıq
34. 16-lıq say sistemindəki ədədi 2-lik say sisteminə çevirmək üçün hər bir 16-lıq ədədi neçə 2-lik kodla əvəz etmək lazımdır?
A) 4
B) 8
C) 6
D) 2
E) 16
35. A, B, C, D, E, F hərfləri kompüterdə istifadə olunan hansı say sistemində istifadə olunur?
A) Yalnız onaltılıq say sistemində istifadə olunur
B) İstənilən say sistemində istifadə olunur
C) Say sistemində yalnız rəqəmlərdən istifadə olunur
D) Onluq və onaltılıq say sistemlərində istifadə olunur
E) Müəyyən kodlaşdırmada istifadə oluna bilər
Do'stlaringiz bilan baham: |