1. Mülki müdafiə nədir, Mülki müdafiənin yaranma tarixi və inkişaf mərhələləri
Bakterioloji silahlar və onlardan mühafizə
Download 81.03 Kb.
|
Mülki müdafiə
20. Bakterioloji silahlar və onlardan mühafizə.
Bakterioloji silah kütləvi qırğın silahlarının bir növü olub bakterial vasitələrə və onları tətbiq etmək üçün istifadə edilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bakterioloji silahın əsasını bakterial vasitələr təşkil edir. Bakterial vasitələr isə qorxulu yoluxucu xəstəlik törədən mikroblara və bu mikrobların törətdiyi zəhərlərə deyilir.Bakterioloji silahlar insanların, heyvanların və bitkilərin məhv edilməsi, eyni zamanda ərzaq ehtiyatlarının və içməli suyun zəhərlənməsi üçün istifadə edilir. Bioloji vasitələrə,xarici mühitin təsirinə çox davamlı olan, əhali arasında kütləvi xəstəlik törədən, profilaktikası və müalicəsi çətin olan mikroblar aid edilir. Təbiətdə saysız-hesabsız mikroorqanizmlər vardır, lakin onlardan bəziləri canlılar arasında xəstəlik törədə bilirlər. Onlara xəstəlik törədən mikroblar və yaxud patogenlər deyilir. Mikroorqanizmlərin çoxu isə xəstəlik törətmək xüsusiyyətlərinə malik deyillər və onlara saprofitlər deyilir. Bakteriyalar_sadə_bölünmə_yolu_ilə_çoxalan_birhüceyrəli mikroorqanizmlərdir və süni qidalı şəraitdə tez inkişaf edirlər. Xəstəlik törədici bakteriyalar taun, vəba, sibir xorası, tulyaremiya, qarın yatalağı və başqa yoluxucu xəstəliklər törədə bilirlər. Viruslar bakteriyalardan fərqli olaraq canlı orqanizmlərdən ayrı çoxala bilmirlər, onları adi qidalı mühitdə yetişdirmək olmur. Viruslar hüceyrədaxili parazitlərdir, qrip, qızılca, təbii çiçək və quduzluq kimi xəstəliklərin törədiciləridir. Riketsiyalar viruslar kimi canlı hüceyrələrdə yaşayırlar. Bunlara epidemik səpgili yatalaq xəstəliyinin və marsel qızdırmasının törədicilərini göstərmək olar. Göbələklər müxtəlif qidalı şəraitdə yaşayırlar və bir neçə yolla çoxala bilirlər (bölünmə, tumurcuqlanma, sporəmələgətirmə). Göbələklər insanlarda aktinomikoz xəstəliklərini törədirlər. Heyvan və bitki aləmində də müxtəlif göbələk xəstəliklərinə rast gəlmək olur. Bakterioloji zədələnmə ocağı yaranan yerlərdə karantin və observasiya rejimləri tətbiq olunur. Karantin bakterial yoluxma ocağını təcrid etmək, xəstəliyin yayılmasının qarşısını almaq və yoluxmanı aradan qaldırmaq məqsədilə yerinə yetirilən, epidemiya əleyhinə rejimli müalicəvi tədbirlər sistemidir. Əgər xəstəlik törədicisi o qədər təhlükəli deyilsə və kütləvi yoluxma qorxusu yoxdursa, karantin observasiya ilə əvəz olunur. Observasiya epidemiya əlamətləri olan yerlərdə yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən təcridetmə - məhdudlaşdırma və müalicə-profilaktika tədbirləri sisteminə deyilir. Karantin və observasiya zonalarında zərərsizləşdirmə tədbirləri (dezinfeksiya), gəmiricilər və həşəratlarla mübarizə tədbirləri (dezinseksiya və deratizasiya) həyata keçirilir. Bakterioloji vasitələrdən mühafizə üçün karantindən, observasiyadan, peyvəndlərin vurulmasından, sığınacaqlardan, fərdi və xüsusi geyim vasitələrindən istifadə olunur. Download 81.03 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling