1 Sosial tərəfdaşlıq və əsas mahiyyəti


Həmkarlar ittifaqlarının sosial nizamlayıcı rolu


Download 100 Kb.
bet16/23
Sana04.04.2023
Hajmi100 Kb.
#1326148
1   ...   12   13   14   15   16   17   18   19   ...   23
Bog'liq
DOC-20230403-WA0007.

19.Həmkarlar ittifaqlarının sosial nizamlayıcı rolu
Bu gün həmkarlar ittifaqlarının sosial nizamlayıcı kimi rolu daha çox dərəcədə artır. Sosial idarəetmə üzrə mütəxəssislər təsdiq edirlər ki, müəssisənin münaqişəsiz inkişafı sadacə olaraq mümkün deyil. Münaqişədən deyil, onun destruktiv forma və üsullarından qorxmaq, çəkinmək lazımdır. Burada həmkarlar ittifaqlarının rolu əvəzolunmazdır. Onlarsız sosial münaqişələr “tətil komitələrinin” rəhbərlik etdiyi kortəbii siyasi çıxışlara çevrilir.
Nəzərə almaq lazımdır ki, həmkarlar ittifaqlarına münasibətdə “tövsiyəçilik” əhvalı bir cox inkişaf etmiş sənaye ölkələrinə təsir edən iqtisadi şəraitin əlverişsizliyi dövrünə təsadüf edir. Məhz bu dövrdə həm sahibkarlar içərisində, həm də hakimiyyət strukturları arasında daha mühafizəkar qüvvələrin həmkarlar ittifaqı əleyhinə öz fəallığını gücləndirməsi artıq qanunauyğun olmuşdur. Ona görə də “həmkarlar ittifaqı əleyhinə” konsepsiyası, hər şeydən əvvəl, şərait xarakteri daşıyır.
Həmkarlar ittifaqı hərəkatı yeni şəraitdə çətinliklərlə qarşılaşır. Ancaq hələ heç kim sübut etməmişdir ki, bu çətinliklərin öhdəsindən gəlmək mümkün deyil. Həmkarlar ittifaqları özləri də öz zəifliklərini etiraf edirlər. Bəs hansı ictimai institutlarda çatışmazlıq ümumiyyətlə yoxdur? Sahibkarların birliyini də, daha çox isə dövləti də tənqid edirlər, ancaq onların ləğv edilməsini tələb etmirlər. U.Çörçilin demokratiya ilə bağlı sözlərini bir qədər başqa şəkildə ifadə edərək, demək olar: Bəli, həmkarlar ittifaqları pisdir, ancaq bəşəriyyət daha yaxşı hələ heç nə fikirləşməyib. Həmkarlar ittifaqı olmasa, sosial tərəfdaşlıq sisteminin dağılması labüddür.
Bazara sürətlə daxil olma və bazar münasibətlərinin qurulmasına olan ümid özünü doğrultmadı. Hər halda fakt faktlığında qalır – iqtisadiyyatda və siyasətdə keçirilən radikal dəyişikliklər prinsipcə yeni əmək münasibətləri yaratmışdır ki, bu münasibətlərin iştirakçıları və hər şeydən əvvəl həmkarlar ittifaqları buna uyğunlaşmalıdır.
Bu halda üçlük kimi fəaliyyəti bəzi pirinsip və qaydalarla qurulan tripartizimə (dövlət orqanları, həmkarlar ittifaqları, işəgötürənlər) baxmaq məqsədə uyğundur. Həmkarlar ittifaqlarının bu üçlükdə yerini və funksyasını müəyyən edən mövcud sxemlər ondan irəli gəlir ki, “satıcı” və “alıcı”nın özlərinin qarşılıqlı münasibətlərini müvafiq dürüst qayda və normalarla qurduğu əmək bazarı mövcuddur. Həqiqətdə isə, belə bazar bizdə hələ yoxdur. Onun zəif konturları var.
Göründüyü kimi “tripartizm”in fəaliyyəti üçün şəraitin çox halda dövlətsizləşdirmənin sürətindən, iqtisadiyyatın bütün sahələrində muəssisələrin özəlləşdirilməsi və səhmləşdirilməsindən asılıdır. Mülkiyyətin formalarının dəyişdirilməsi nəticəsində şəxsi, icarə, kollektiv birgə səhmdar müəssisələr əmələ gəlir. Həmkarlar ittifaqı komitələrinin(və bütövlükdə həmkarlar ittifaqlarının) özlərini əsl mənada sahibkar kimi başa düşən “qeyri-ənənəvi” (qeyri-dövlət) işəgötürənlərlə qarşılıqlı əlaqələrinin forma və üsulları meydana gəlir. Bu cür hallarda tez-tez belə arqument eşitmək olar: madam ki, müəssisənin işçiləri tezliklə səhmlərin sahibi, yəni sahibkarlar olacaqlar, onlar kimlərlə kollektiv müqavilə bağlamaq istəyir? Nəticə çıxarılır: burada həmkarlar ittifaqı lazım deyil.
Ancaq beynəlxalq təcrübə sübut edir ki, 2-3 ildən sonra səhmlər işləyənlərin nisbətən çox olmayan ara təbəqəsində cəmlənir, qalanları isə əvvəlki kimi muzdlu işçi olaraq qalırlar, beləliklə, müdafiəyə ehtiyacları olur. Bundan başqa, səhm və əmək haqqında divident faizini müqayisə etsək, aydın olar ki, axırıncı üstünlük təşkil edir, daha doğrusu “mülkiyyətci” və “muzdlu işçi” yenə də qeyri-bərabər vəziyyətdə olurlar.
Bu gün bir çox hallarda həmkarlar ittifaqlarının sosial-iqtisadi münasibətlərin “sahəsindən” sıxışdırılması baş verir. Çoxukladlı iqtisadiyyatın təşəkkülünün işçi qüvvəsinin strukturunda dəyişikliklərə gətirməsi amilini də nəzərə almamaq olmaz.
Mülkiyyət formasının dəyişdirilməsi, müəssisələrin səhmləşdirilməsi, çox vaxt həmkarlar ittifaqlarının fəaliyyət dairəsinin məhdudlaşdırılması və ya ləğv olunması üçün istifadə olunur. Ancaq məlumdur ki, səhmləşdirilmiş müəssisələrdə əsasən muzdlu əməkçilər işləyir. Bu isə o deməkdir ki, burada həmkarlar ittifaqı hərəkatı üçün baza nəinki itmir, əksinə, daha da genişlənir, belə ki, səhmlərin sahibi olan işçilərin həmişə olduğundan daha çox həmkar birlikləri vasitəsilə özlərinin əmək və sosial hüquqlarının müdafiyəsinə ehtiyacları var.
Hər halda həmkarlar ittifaqı sıralarının müəyyən qədər azalmasının əsas səbəblərindən biri, iqtisadiyyatın bir qayda olaraq aşağı olduğu kiçik müəssisə, cəmiyyət, kooperativ kimi qeyri-dövlət bölməsinin genişlənməsidir. Bu qismən sahibkarların əsassız əmələ gələn psixologiyası ilə şərtləndirilir. Tez-tez isə meydana çıxan işəgötürənlərin kollekivdə muzdlu işçilərin maraqlarını təmsil edən həmkarlar ittifaqı təşkilatının olmamasını açıq-aşkar istəməməsidir.
İstehsalın azalması, müəssisələrin müflisləşməsi, təəssüf ki, böhran burulğanına aparır, bu isə məşğul olanların sayının azalması deməli, işsizlərin sayının artması və həm də həmkarlar ittifaqı üzvlərinin azalması deməkdir.


Download 100 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling