1 Sosial tərəfdaşlıq və əsas mahiyyəti


Həmkarlar ittifaqlarının başlıca funksiyası


Download 83.57 Kb.
bet12/22
Sana04.04.2023
Hajmi83.57 Kb.
#1326137
1   ...   8   9   10   11   12   13   14   15   ...   22
Bog'liq
şk tərəfdaşlıq.

16.Həmkarlar ittifaqlarının başlıca funksiyası
Sosial tərafdaşlığın əsas subyektlərindən biri işçilərin, sənaye ölkələrinin fəal əhalisinin böyük əksəriyyətinin maraqlarını təmsil və müdafiə edən həmkarlar ittifaqlarıdır. Həmkarlar ittifaqları işəgötürənlərdən, dövlət və siyasi partiyalardan asılı olmayan, işçilərin sosial-iqtisadi maraqlarını, hər şeydən işəgötürənlə münasibətdə müdafiə edən könüllü birlikdir. İşçilər arasında heç bir fərq qoyulmadan, işəgötürəndən qabaqcadan icazə alınmadan, sırf könüllülük prinsipləri əsasında müəssisədə həmkarlar ittifaqları təşkilatı yaradıla bilər. İşçilər əmək, sosial, iqtisadi hüquqlarını, qanuni mənafelərini müdafiə etmək üçün müvafiq həmkarlar ittifaqlarına daxil olub həmkarlar ittifaqlarının fəaliyyəti ilə məşğul ola bilərlər. Həmkarlar ittifaqlarının hüquqları, vəzifələri və səlahiyyətləri «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikasının Qanunu və onların nizamnamələri ilə müəyyən edilir.
Həmkarlar ittifaqlarının iqtisadi mübarizəsi müasir vətəndaş cəmiyyətində əmək münasibətlərinin mövcud sistemi çərçivəsində möhkəmlənir. Həmkarlar ittifaqlarının tarixi rolu bu sistemi genişləndirməkdir. Sənaye münasibətləri sistemi “işgüzar”lığın hər hansı mərhələsində qarşılıqlı güzəştin zəruriliyini nəzərdə tutan hüquqi və ya adətən, təhkim olunmuş kompleks qaydaları biləşdirir. Həmkarlar ittifaqları bu məhdudiyyətləri nəzərə alaraq, öz üzvlərinin sosial-iqtisadi maraqlarını müdafiə edir.
Beləliklə, həmkarlar ittifaqlarının başlıca funkısyası işçilərin əsasən, sosial- iqtisadi hüquq və maraqlarını müdafiə etmək, əmək haqqının artırılması, iş şəraitinin yaxşılaşdırılması və məşğulluq probleminin həllinə nail olmaqdır. Həmkarlar ittifaqları bu funksiyanı öz üzvlərinin kollektiv gücünə arxalanaraq, kollektiv müqavilə yolu və digər üsullarla işçilərin işəgötürənlər (və digər ictimai institutlar, birinci növbədə, dövlət) qarşısında nümayəndəsi kimi yerinə yetirir.
Həmkarlar ittifaqlarının”müdafiə”funksiyasını ancaq onun məhdud mənasında yəni, işçilərin yalnız iqtisadi maraqlarının müdafiəsi mənasında, başa düşmək olmaz: əməkçilər vətəndaş cəmiyyətinin tərkib hissəsidir, onların nümayəndəlik təşkilatı-həmkarlar ittifaqları isə, cəmiyyətin üzvlərinin həm də vətəndaşlıq hüquqlarını müdafiə edən ictimai institutlar sisteminə daxildir. Əgər həmkarlar ittifaqları ancaq öz üzvlərinin maraqlarının müdafiəsi ilə məhdudlaşarsa onların təcrid olunması və vətəndaş cəmiyyətinin bütün digər sosial qruplarına qarşı duran məhdud korporativ təşkilatlarda yenidən yaranması labüddür.

Download 83.57 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling