43. Dezaktivasiya üsulları və onların xarakteristikası


Kimyəvi zəhərlənmə ocağında əhalinin FH - lara hazırlığı


Download 24.37 Kb.
bet3/3
Sana06.01.2023
Hajmi24.37 Kb.
#1080993
TuriQaydalar
1   2   3
Bog'liq
43 (1)

48. Kimyəvi zəhərlənmə ocağında əhalinin FH - lara hazırlığı . Zəhərli maddələrin təsiri nəticəsində insanların, heyvanların və bitkilərin zədələnməsi baş vermiş və ya baş verə biləcək ərazi kimyəvi zədələnmə ocağıdır. Müasir zəhərləyici maddələr yüksək toksikliyə malikdirlər. Uçan təyyarənin arxası ilə tünd tez yayılan zolağın qalması, aviasiya bombasının partlaması ilə ağ və ya açıq rəngli buludun əmələ gəlməsi havadan zəhərli maddələrin (ZM) olmasına əsas verir. Bundan əlavə ZM damcıları asfaltın, binaların divarlarının, bitkilərin yarpaqlarının və d. əşyaların üzərində olması dərhal seçilir. ZM olmasını yaşıllıqların və güllərin solması, quşların ölməsi ilə də mühakimə etmək olar. Düşmən tərəfindən kimyəvi silahının tətbiqi aşkar edildikdə (“Kimyəvi həyəcan” siqnalı ilə) dərhal əleyhqaz, ehtiyac duyulduqda dəri mühafizə vasitələrini geymək, əgər yaxınlıqda sığınacaq və ya daldalanacaq varsa ora sığınmaq lazımdır. İçəri daxil olmazdan öncə dəri mühafizə vasitələrini və üst paltarı çıxarmaq və girişdəki tamburda yerləşdirmək gərəkdir. Kimyəvi zədələnmə ocağından çıxarkən xüsusi yol nişanları və ya Mülki müdafiə postları istiqamətində hərəkət etmək lazımdır, əgər nişanlar yoxdursa, həmin ərazidən küləyə perpendikulyar istiqamətdə çıxmaq vacibdir. Belə ərazidə tez hərəkət etmək, lakin qaçmamaq və toz qaldırmamaq, binalara və ətrafdakı əşyalara toxunmamaq, görünən ZM-lərə ayaq basmamaq lazımdır. Zəhərlənmiş ərazidə əleyhaqzları çıxarmaq qadağandır. Bağlar, bostanlar, əkin sahələri, parklar olan ərazidə xüsusilə ehtiyatlı olmaq lazımdır, çünki budaq və yarpaqlarda ZM ola bilər və onlara toxunduqda ZM-in paltara və ya ayaqqabıya keçmək ehtimalı mövcuddur.
Mümkün qədər sulu ərazilərdən (göllər, çaylar və s.) uzaq gəzmək məsləhətdir, belə yerlərdə ZM-in buxarlarının durması ehtimalı vardır.


49. Bakterioloji zəhərlənmə ocağında əhalinin FH - lara hazırlığı. Bakterioloji silahın tətbiqi zamanı əhalinin davranış və fəaliyyət qaydaları. Bakterial vasitələr yoluxmuş və infeksion xəstəliklərin yayılmasının mənbəyi sayılan şəhərlər, digər yaşayış məntəqələri, təsərrüfat sahələri və ərazilər bakterioloji zədlənmə ocağı hesab olunur. Sursatların partlama ərazisində torpaq səthinin, bitkilərin və d. əşyaların üzərində maye və tozabənzər maddələrin damcıların olmasını və ya sursatın partlaması zamanı yüngül tüstü qatının (dumanın) əmələ gəlməsini, hava gəmilərindən sonra yerə doğru yayılan tünd izin qalmasını, bakterial vasitələrin ən əsas daşıyıcısı olan həşərat və gəmiricilərin toplaşmasını, ilin müəyyən vaxtı üçün xas olmayan insanların və heyvanların kütlləvi xəstələnməsini müşahidə etdikdə düşmən tərəfindən bakterioloji silahın tətbiq edildiyini söyləmək olar. Düşmənin bakterioloji silahı tətbiq etməsi ilə bağlı hər hansı bir əlamət aşkar olunarsa dərhal fərdi mühafizə vasitələrini (FMV) geymək və yaxınlıqdakı MM orqanlarına və tibb müəssisəsinə bu barədə məlumat verilməlidir. Sonradan isə şəraitdən asılı olaraq mühafizə qurğusunda saxlanmaq olar. FMV-dən vaxtındaistifadə etməklə bakterioloji vasitələrin insanın tənəffüs orqanlarına və dərisinə düşməsinin qarşısnı almaq olar.Bakterioloji vasitələrə yoluxmamaq üçün epidemiyaya qarşı və sanitar gigiyenik tədbirləri həyata keçirmək, şəxsi sağlamlığa fikir vermək lazımdır. Bütün qida məhsulları və ləvazimatlar istifadədən öncə dezinfeksiya edici məhlullarla və ya qaynar su ilə yuyulmalıdır. İnfeksion xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə karantin və observasiya tədbirləri həyata keçirilir.
Download 24.37 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling