“ada” universitetiNİn magistratura proqramlarina qəbul olmaq iSTƏYƏn təLƏBƏLƏRİN


Download 25.92 Kb.
Pdf просмотр
Sana12.05.2017
Hajmi25.92 Kb.

“ADA” UNİVERSİTETİNİN

MAGİSTRATURA PROQRAMLARINA

QƏBUL OLMAQ İSTƏYƏN TƏLƏBƏLƏRİN

NƏZƏRİNƏ!

"ADA" Universitetində 2016-2017-ci tədris ili üçün magistraturaya sənəd qəbulu davam edir. Bütün ixtisaslar üzrə dərslər yerli və 

xarici professorlar tərəfindən ingilis dilində tədris olunur. Magistraturaya müraciət üçün bakalavr ixtisasına məhdudiyyət qoyulmur. 

"ADA"  Universitetinin  tələbələri  magistr  təhsili  müddətində  Böyük  Britaniyanın  Glasgow  və  Aberystwyth  Universitetləri,  ABŞ-ın 

Miçiqan  və  Hyuston  Universitetləri  daxil  olmaqla  12  ölkədə  yerləşən  universitetlərdə  mübadilə  proqramlarında  və  qısamüddətli 

səfərlərdə iştirak edə bilərlər. Təhsil müddətində tələbələr üçün xüsusi karyera hazırlığı keçirilir. Akademik göstəricilərindən asılı 

olaraq tələbələr təhsil haqqında 100%-ə qədər güzəşt ala bilərlər.  

Təhsil üzrə Menecment

Bu magistr ixtisası Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə və ABŞ-ın Miçiqan Dövlət Universiteti ilə birgə həyata keçiri- 

lir. Proqramda orta və ali təhsil sahəsinin idarəçiləri və mütəxəssisləri yetişdirilir. Bu magistr ixtisası həm təhsil sahəsində iş təcrübəsi 

olanlara, həm də gələcəkdə bu sahədə karyera qurmaq istəyənlər üçün uyğundur.



Beynəlxalq MBA proqramının yeni ixtisaslaşmaları:

1. Kənd təsərrüfatı sahəsində MBA

"ADA" Universiteti ilə Kənd Təsərrüfatı Nazirliyi arasında imzalanmış Memoranduma əsasən həyata keçirilən bu proqramda kənd 

təsərrüfatı sahəsi üçün idarəçilər hazırlanır. Beynəlxalq MBA proqramının bu ixtisaslaşmasında təhsil alan azərbaycanlı tələbələrin 

bütün təhsil xərcləri Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ödənilir. Təhsilini uğurla başa vuran tələbələr Nazirlik tərəfindən işlə təmin 

olunurlar.

2. Logistika sahəsində MBA

"ADA"  Universiteti  ilə  Bakı  Beynəlxalq  Dəniz  Ticarət  Limanı  QSC  arasında  imzalanmış  Memoranduma  əsasən  Beynəlxalq  MBA 

proqramında logistika sahəsində ixtisaslaşma təklif olunur. Bu ixtisaslaşma logistika və təchizat zəncirinin idarə olunması sahəsində 

idarəçilər hazırlayır. İxtisaslaşmada təhsil alan azərbaycanlı tələbələrin bütün təhsil xərcləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC 

tərəfindən ödənilir. Təhsilini uğurla başa vuran tələbələr Bakı Limanı tərəfindən işlə təmin olunurlar.

ADA UNİVERSİTETİ

Əhmədbəy Ağa-Oğlu küç. 11 | Bakı, Azərbaycan | AZ 1008

Tel: (+99412) 437 32 35 | (+99412) 437 08 30 | Faks:  (+99412) 437 32 36

f

 ADAUniversity | 



x

 ADAMajlis | 

t

 ADAuniversity



Email:  admissions@ada.edu.az; mba@ada.edu.az  | www.ada.edu.az 

Yeni magistr proqramları və ixtisaslaşmaları

ADA UNİVERSİTETİ

Əhmədbəy Ağa-Oğlu küç. 11 | Bakı, Azərbaycan | AZ 1008

Tel: (+99412) 437 32 35 | (+99412) 437 08 30 | Faks:  (+99412) 437 32 36

f

 ADAUniversity | 



x

 ADAMajlis | 

t

 ADAuniversity



Email:  admissions@ada.edu.az; mba@ada.edu.az  | www.ada.edu.az 

Magistr ixtisasları

Magistr ixtisasları

Proqramın quruluşu

Əhatə olunan sahələr

İş sahələri

İş sahələri

Beynəlxalq təcrübə

Diplomatiya və Beynəlxalq 

Münasibətlər

(Master of Arts in Diplomacy 

and International Affairs - 

MADIA)

- İki il ərzində tədris olunur

- Həftədə dörd dəfə, gündüz  

  saatlarında 

             

- Diplomatiya və beynəlxalq   

  münasibətlər

- Beynəlxalq hüquq

- Siyasət

- İqtisadiyyat

- Beynəlxalq təşkilatlar

- Diplomatik xidmət

- Dövlət orqanları

- QHT sektoru

- Mübadilə proqramı 

- Müxtəlif akademik səfərlər 



İctimai Siyasət

(Master of Public Policy - MPP)

- İki il ərzində tədris olunur

- Həftədə dörd dəfə, axşam  

  saatlarında

             

  

- İqtisadiyyat



- İctimai maliyyə və  

  büdcənin təhlili

- Hüquq

- İctimai münasibətlər



- Statistika və ictimai 

  idarəetmə

- İctimai təşkilatlar

- Dövlət qulluğu

- Dövlət orqanları

- QHT sektoru

- Mübadilə proqramı 

- Müxtəlif akademik səfərlər 



Beynəlxalq MBA

(Full-time, International MBA)

             

- 15 ay ərzində tədris olunur

- Həftədə iki dəfə, axşam     

  saatlarında  və şənbə günləri

                            

- Korporativ maliyyə

- Təşkilatlarda idarəetmə və   

  liderlik

- İdarəetmə  mühasibatçılığı

- İdarəetmə  iqtisadiyyatı

- Əməliyyat idarəedilməsi 

  və texnologiya

- Beynəlxalq marketinq

- Qlobal şirkətlər

- Qeyri-kommersiya 

  təşkilatları

- Beynəlxalq korporasiyalar

- Dövlət orqanları

- Maliyyə qurumları

8 günlük səyahət, xaricdə təhsil 

və təcrübə



Beynəlxalq akkreditasiyaya 

malik Executive MBA

(Niderland Krallığının 

Maastrich School of Manage-

ment ilə birgə proqram)

- 8 moduldan ibarətdir

  (hər üç ayda bir dəfə 10 gün   

  ərzində dərslər keçirilir)

- dörd illik iş təcrübəsi tələb   

  olunur 

                             

- Menecerlər üçün mühasibatlıq

- İqtisadiyyat

- Beynəlxalq maliyyə

- Qlobal kontekstdə marketinq

- Liderlik və dəyişikliklərin idarə  

  olunması

- Yeni karyera imkanları

- Karyera inkişafı

- İdarəetmə və Liderlik   

  sahələri üzrə iş imkanları

- Sahibkarlıq imkanları

Niderland Krallığında 10 günlük 

təhsil və yerli şirkətlərlə 

görüşlər 

Təhsil üzrə Menecment

(Master of Arts in Educational 

Management - MAEM)

             

- 18 ay ərzində tədris olunur

- Həftədə üç dəfə, axşam   

  saatlarında və distant təhsil

                            

- Təhsil müəssisələrinin 

  idarə olunması

- Effektiv öyrənmə sistemləri 

- Təhsilin qiymətləndirilməsi

- Təhsildə hüquqi məsələlər

- Maliyyə, büdcələşdirmə və 

  əməliyyatların idarə olunması

- Təhsil Nazirliyi

- Orta məktəblərdə idarəçilik

- Ali məktəblərdə idarəçilik

- Təhsil sahəsində fəaliyyət   

  göstərən təşkilatlar

- Tədqiqat institutları

- Mübadilə proqramı

- Müxtəlif akademik səfərlər

Qəbul şərtləri

1-ci mərhələ

Tələb olunan sənədlərin siyahısı:

 

- ADA Universitetinin elektron ərizə forması



- CV və fotoşəkil

- İngilis dilinə tərcümə olunmuş diplom və diploma əlavə

  (hazırda universitetin 4-cü kursunda təhsil alanlar üçün diplom əvəzinə universitetdən arayış)

- Şəxsiyyət vəsiqəsi

- TOEFL (83) və yaxud IELTS (6.5) imtahanlarının nəticəsi

  (1 aprel 2016-cı ilə qədər ən azı 5.0 IELTS və ya 47 TOEFL balı təqdim edən və müsahibədən keçən namizədlər üçün 12 həftəlik ingilis dili kursları təklif 

  olunacaqdır)

- TQDK-nın magistraturaya qəbul imtahanlarının birinci mərhələsinin nəticəsi (Executive MBA üçün TQDK-nın xüsusi imtahanı) 

 

2-ci mərhələ:  ADA Universitetinin Qəbul Komissiyası tərəfindən keçirilən müsahibə.

Sənəd qəbulu üçün son tarix 1 aprel 2016-cı ildir. 





Do'stlaringiz bilan baham:


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2019
ma'muriyatiga murojaat qiling