Analoq data termini müəyyən zaman qismində kəsilməz olan məlumatlara aiddir; rəqəmsal data


Data kommunikasiyasında əsasən periodik analoq siqnallar


Download 0.51 Mb.
bet2/6
Sana01.03.2023
Hajmi0.51 Mb.
#1241206
1   2   3   4   5   6
Bog'liq
Müh 5 Analoq və rəqəmsal data

Data kommunikasiyasında əsasən periodik analoq siqnallar
və qeyri-periodik rəqəmsal siqnallar istifadə edilir.

    1. Periodik analoq siqnallar

Periodik analoq siqnallar sadə və ya kompozit siqnallar kimi təsnif edilə bilərlər. Sadə bir periodik analoq siqnal, sinusoidal dalğa şəklində olub, özündən daha da sadə olan siqnallara ayrıla bilməz. Kompozit periodik analoq siqnal çox sayda sinusoidal dalğalardan ibarətdir.






      1. Sinusoidal dalğa

Sinusoidal dalğa periodik analoq siqnalın əsas formasıdır. Sadə rəqsləri qrafikdə bir əyri şəklində göstərsək, bir periodun gedişində onun dəyişməsini rəvan və ardıcıl, kəsilməz bir axın olduğunu görərik. Şəkil 3.3-də sinusoidal dalğa göstərilmişdir. Hər bir period, zaman oxunun yuxarıdakı tək qövsdən ibarətdir və onun ardınca əks dalğa başlayır.
Şək. 3.3 Sinusoidal dalğa

Sinusoidal dalğa, özünün üç parametri ilə xarakterizə edilə bilər: zirvə amplitudu, tezliyi və fazası. Bu üç parametrlər bir sinusoidal dalğanı tamamilə təsvir edir.


Zirvə amplitudu
Siqnalın zirvə amplitudu, onun daşıdığı enerjiyə nisbətən aldığı ən yüksək intensivliyinin mütləq dəyəridir. Elektrik siqnalları üçün, zirvə amplitudu normal olaraq voltlarla ölçülür. Şəkil 3.4 iki siqnalı və onların zirvə amplitudunı göstərir.

Şək. 3.4 Eyni faza və tezliyə və iki fərqli amplitudlara malik sinusoidal siqnallar

Period və Tezlik


Period saniyə ilə ölçülür, siqnalın 1 periodu başa çatdırması üçün tələb edilən zamana deyilir. Tezlik, 1 saniyədə olan periodların sayını ifadə edir. Qeyd edək ki, period və tezlik iki müxtəlif yolla müəyyən edilmiş eyni bir xarakteristikanı ifadə edir. Aşağıdakı düsturda göstərildiyi kimi period, tezliyin tərs ədədidir və tezlik – periodun tərs ədədidir.


Download 0.51 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling