Azərbaycan Hava Yolları qsc” Milli Aviasiya Akademiyası Sərbəst iş №2 Fakültə
Download 59.39 Kb.
|
Azərbaycan erkən orta əsrlərdə (III-VII)
“Azərbaycan Hava Yolları QSC” Milli Aviasiya Akademiyası Sərbəst iş № 2 Fakültə: Fizika texnologiyaları İxtisas: Energetika mühəndisliyi Qrup: 2553a Fənn: Azərbaycan tarixi Müəllim: Ərəbxanova Rəna Tələbə: Qasımov Mehman Mövzu: Azərbaycan erkən orta əsrlərdə (III-VII) BAKI 2023 III-V əsrlərdə Azərbaycanda tədricən feodalizmə xas olan ictimai-iqtisadi münasibətlər yaranmağa başlamışdır. Torpaq sahibkarlığının yeni səciyyəvi cəhətləri meydana gəldi. Dövlət torpaqları göstərdiyi yaxşı xidmət müqabilində hərbiçilərə, dövlət işçilərinə paylanır və bəzən ayrı-ayrı xüsusi xildməti olan şəxslərə hədiyyə verilirdi. Belə torpaqlar mülk, torpaq sahibi mülkədar, yəni feodal adlanırdı. Feodalizm cəmiyəti adı buradan yaranmışdır. Kəndli feodaldan asılı olub, onun torpağını becərməli, məhsulun müəyyən hissəsini ona verməli idi. Erkən orta əsrlərdə Azərbaycanda təsərrüfatın natural forması (malikanə daxilində istehsal) üstün mövqe tuturdu. Feodalizmin ilk mərhələsində kəndlilərin istismar edilməsinin əsas forması vergilər və dövlət mükəlləfiyyətlərinin icrası idi. Vergi məhsul və pul formasında verilirdi. Azərbaycanda feodal münasibətlərinin yaranması məhsuldar qüvvələrin inkişafının nəticəsi idi. Sasani dövlətində əhali 4 təbəqəyə bölünmüşdü: kahinlər, döyüşçülər, mirzələr, vergi verənlər. Vergi verənlər can (gezit) və torpaq (xaraq) vergisi verirdi. Avropadan fərqli olaraq Azərbaycanda feodalların şəxsi təsərrüfatı yox idi. Çünki süni suvarma üçün böyük xərc qoymaq lazım gəlirdi. Kəndlilər asılı olsalar da, təhkimli deyildilər. Feodal, əsasən, öz xüsusi təsərrüfatında məşğul olan kəndlidən məhsul və ya pul ödənişi almaqla kifayətlənirdi. Onu kəndlidən ödəniş almaq daha çox maraqlandırırdı. Avropada feodal münasibətləri gec yaranıb (V əsr), tez süqut etdiyi (XVII əsrin ortaları) halda, Azərbaycanda bu cəmiyyət III-XIX əsrlərdə mövcud idi. Sasanilər sülaləsinin nümayəndəsi Ərdəşir Babəkan (224-241) Parfiya dövlətini süquta uğratdı və 226-cı ildə Sasanilər dövləti yarandı (9, s. 102). Parfiya dövlətindən asılı olan Atropatena yenidən öz müstəqilliyini itirərək, 227-ci ildə Sasanilər dövlətinin tərkibinə qatıldı. Atropatena iqtisadi səviyyəsinə görə irəlidə gedirdi, həm də əlverişli strateji mövqeyə malik idi. IV əsərdən Atropatena iqtisadi yüksəliş keçirirdi. İran, Çin və Hindistana gedən ticarət yolları buradan keçirdi. Sasanilər Atropatenadan öz orduları üçün əsgər də toplayırdılar. Zərdüştilik onların hakimiyyəti dövründə hakim dinə çevrilmişdi. Şahənşah I Şapur (241-272) itaət altına alınmış ölkələrdə Zərdüştiliyi zorla yaymaq haqqında əmr vermişdi. Ən mühüm Zərdüştilik məbədləri Atropatenada, baş məbəd isə Qazakada yerləşirdi. Şahənşahlar taxta çıxdıqdan sonra dövlətin paytaxtından bu məbədə piyada ziyarətə getməli idi. Ona görə də Atropatena Zərdüştiliyin ideoloji və təlim mərkəzi idi. Zərdüşt ruhaniləri Qazakada dini təlim keçdikdən sonra imperiyanın başqa dini mərkəzlərinə göndərilirdi. IV əsrdə Albaniya dövlətinin ərazisi şimaldan Qafqaz dağlarından Araz çayınadək, qərbdən İberiyadan Xəzər dənizinədək uzanırdı. Ölkənin vilayətləri: Çola, Lpina, Şəki, Kambisena, Həcəri, Uti, Arsax, Paytakaran və Syünik daxil idi. İndiki Dərbənd şəhərinin yerləşdiyi ərazidən təxminən Beşbarmaq dağına qədər Xəzər dənizi böyunca Çola vilayəti uzanırdı. Üzüm, meyvə və taxılla zəngin idi. “Dəmir qapı” və ya alban qapıları keçidi burada yerləşirdi. Albaniyanın şimal-şərqində dağlıq Şəki vilayəti yerləşirdi. Toxuculuq, ipək parça istehsalı mərkəzi hesab olunurdu. Çola ilə Şəki arasında Lpina vilayəti başdan-başa qoz-fındıq ağaclarından ibarət olan meşələrlə əhatə edilmişdi. Albaniyanın paytaxtı Qəbələ burada yerləşirdi. Tarixi vilayət sayılan Uti Kürün sağ sahilində şəqrdən Paytakaranla, cənubdan isə Arsaxla, şimalda Kür çayı ilə, qərbdə isə İberiya ilə həmsərhəd idi. Uti vilayətində dənli bitki becərilir, qaramal saxlanılır, yun və pambıq parçalar hazırlanırdı. Tarixi rəvayətə görə, təxminən e.ə. II əsrdə Albaniyanın hökmdarı Aran (türkcə “ərən, cəsur, qoçaq, mərd”) olmuşdur. Aran Araz çayından tutmuş İberiyanın sərhədlərinə kimi, Albaniyanın düzən və dağlıq ərazisini idarə edirdi. Ölkə hökmdar Aranın mülayim xasiyyətinə və ona verilən ağu -“yaxşı, xoş”- adına görə Ağuan (Albaniya) adlanmışdır. Eramızın I əsrində Albaniyanı yerli hökmdarlar idarə edirdilər. Eramızın I əsrində alban Arşaki (Parfiya Arşaki sülaləsindən fərqli olaraq Albaniya Arşakilər sülaləsi mənşəcə türk idi) nümayəndəsi I Cəsur Vaçaqan Albaniyanın bütün vilayətlərini birləşdirərək, vahid-mərkəzləşdirilmiş dövlət yaratdı. Arşakilər sülaləsi VI əsrin əvvələrinədək Albaniyanın müstəqilliyini qoruyub saxlamışlar. 260-cı ildə Sasani şahı I Şapur (241-271) Roma ordusunu məğlubiyyətə uğratdı. Roma imperatoru Valerian əsir düşdü. Albaniya hökmdarı I Vaçe (255-262) Roma ilə ittifaqı Sasanilərə tabe olmaqdan üstün tutmuşdu. 262-ci ildə Albaniya Sasani imperiyasının tərkibinə daxil edildi. I Şapurun ölümündən sonra 272-ci ildə Albaniya yenə də müstəqilliyini qazanda (8, s. 178). Roma imperatoru Avrelianın hakimiyyəti dövründə (270-275) Albaniyada Romaya meylli siyasət aparılırdı. İranda II Şapurun hakimiyyəti dövründə (309-379) Albaniyada daxili vəziyyət mürəkkəbləşdi. Bu dövrdə Albaniyanın Paytakaran vilayətində hökmdar Sanatürk (290- 338) müstəqilliyi qoruyub saxlamaq, Ermənistan və ona arxa olan Romanın işğalçılıq niyyətinin və xristianlığın Albaniyada yayılmasının qarşısını almaq siyasəti yeridirdi. Sanatürk 337-ci ildə albanlardan ibarət 30 minlik ordu toplayıb Ermənistana hücum etdi. Paytaxt Valarşapatı tutdu, 1 il əlində saxladı. Erməni hökmdarı Xosrov qaçıb gizləndi. IV əsrin əvvəlində Albaniyada xristianlıq yayılmağa başladı. Lakin bu dini yalnız Qarabağın dağlıq hissəsində yaşayan feodal əyanları qəbul etdilər. Sasani şahı I Yezdəgerd xristianlığa imkan verir, II Yezdəgerd (438-457) xristianlığa qarşı mübarizəni gücləndirir. Şah Albaniyanın və başqa ölkələrin hakimlərini Ktesifona çağırtdıraraq onları atəşpərəstliyi qəbul etməyə məcbur edir. Yezdəgerdin bacısı oğlu alban hökmdarı II Vaçe (440-463) dayısının təzyiqi ilə xristianlıqdan imtina edir, atəşpərəstliyi qəbul edir. Sünik hökmdarı Vasak Albaniyada Sasani dini uğrunda mübarizə aparır. 457-ci ildə II Yezdəgerdin vəfatından sonra II Vaçe atəşpərəstlik dinindən imtina edib, xristianlığı qəbul etdi. O, Albaniyada xristianlığı yaymaqla Sasani hakimiyyətinin tabeçiliyindən çıxmaq istədi. II Vaçe Çora dərəsini tutdu, maskutları öz tərəfinə çəkdi. O, Qafqazın 11 hökmdarı ilə ittifaqa girdi. İlk dövrdə Sasani şahı Firuz qohumu II Vaçeni xoşluqla yola gətirmək istəyir, lakin Vaçenin dönüklüyündən sonra Firuz Haylandur (Onoqur) hunlarını alban hökmdarına qarşı müharibəyə qaldırdı. Onlar 462-ci ildə Albaniyaya soxuldular və 463-cü ildə II Vaçenin hakimiyyətdən əl çəkməsi ilə bitdi. Vaçenin xahişi ilə atasının miras qoyduğu mülk, min evdən ibarət təsərrüfat şah Firuz tərəfindən onun sərəncamına verildi. O, adi zahid həyatı sürməyə başladı. Vaçedən Mömin Vaçaqana kimi 30 il Albaniya hökmdarsız qaldı. Sasani hakimiyyətinə tabeliyində idi. Sasani şahı Balaş (484-488) III Mömin Vaçaqanın Albaniyada hökmdar olmasına razılıq verdi. İranda hakimiyyətə I Qubad gəldi. III Vaçaqan hakimiyyətə müvəqqəti olsa da Arsax ərazisində, 493-cü ildə isə (493-510) Albaniyada tam sahib oldu. O, xristian dinin təbliğinə başladı. III Mömin Vaçaqan 498-ci ildə Aquen kilsə məclisini çağırdı və xristian dininə aid qanunlar qəbul etdi. O, vergilərin miqdarını müəyyənləşdirdi. Erkən Orta əsrlərdə Azərbaycanda alban, kaspi, müq, qarqar, udin, girdiman adları daşıyan əhali yaşayırdı. Azərbaycanda yaşayan etnosların çoxu (alban, qarqar, uti, sovde, sakasen, hun, girdiman və s.) türk mənşəli idi. Qədim və Erkən Orta əsrlərdə Azərbaycana 2 böyük etnik axın olmuşdur: I axında türk mənşəli kimmer, skit, sak tayfaları, II axında isə türk mənşəli hun tayfaları (kəngər, pesənək, onoqur, sabir, hun, herlat, oğuz və b.). İlk oğuzlar ümumtürk məkanının tərkib hissəsi olan Cənubi Qafqaza, o cümlədən Azərbaycan ərazisinə Dərbənd keçidi və Böyük Qafqazın başqa dağ aşırımlarından keçərək yayılmışdır. Uzun tarixi dövr ərzində Azərbaycanın bütöv halda Sasani imperiyasının tərkibində olması mütərəqqi hadisə idi. Çünki ölkənin bütün bölgələri arasinda daxili əlaqələr, ilk növbədə ticarət əlaqələri genişləndi. Ölkəmizin etnik-siyasi və mədəni birliyinin yaranması yolunda mühüm irəliləyiş baş verdi. Sasani əsarətinə qarşı uzunsürən azadlıq mübarizəsi ölkənin türk və qeyri-türk əhalisini daha sıx birləşdirdi, onların qaynayıb-qarışmasına müsbət təsir göstərdi. Vahid xalqın yaranması prosesi sürətləndi. Download 59.39 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling