Azərbaycan memarliq və İNŞaat universiteti NƏQLİyyat fakultəsi
Download 0.55 Mb. Pdf ko'rish
|
NVT və ATE- mühazirə (əsas)
Şəkil 1. İllər üzrə dünya avtoparkının artımı
Ümumiyyətlə avtomobilləşmə dedikdə ölkə əhalisinin fərdi avtomobillərlə təchiz olunma səviyyəsi başa düşülür.Yəni, avtomobilləşmənin kəmiyyət göstəricisi kimi hər 1000 nəfər əhəliyə düşən minik avtomobillərin sayı nəzərdə 2. tutulur. Wards Auto kompaniyasının apardığı tədqiqatların nəticələrinə əsasən bu gün dün- ya üzrə bu göstəricinin orta qiyməti 675 avt/1000 nəfər bərabərdir. Lakin ayrı-ayrı ölkələrdə bu göstərici bir-birindən kəskin fərqlənir. Bunu daha aydın aşağıdakı cədvəldən görmək olar: Cədvəl 1. Ölkə Avtomobilləşmə göstəricisi ( avt/1000 nəfər) ABŞ 769 İtaliya 690 Almaniya 598 Fransa 588 Böyük Britaniya 560 Yaponiya 557 Rusiya 226 Çin 6 Hindistan 1,8 Lakin avtomobilləşmə prosesi müsbət tərəfləri ilə bərabər neqativ halların da yaranmasına səbəb oldu. Onun yaratdığı problemlərin içində birinci yerdə hərəkə- tin təhlükəsizliyinin təmin olunması məsələsi durur. Bildiyimiz kimi, bu gün yol qəzalarının qarşısının alınması bütün inkişaf etmiş ölkələrin qarşısında duran əsas məsələlərdən biridir. Bu məsələnin həllinin çətinliyi ondan irəli gəlir ki, hərəkət prosesi SAYM sisteminin bütün elementlərinin qarşılıqlı əlaqəsi nəticəsində yara- nır və hər-hansı bir elementin fəaliyyətinin pozulması bütün sistemin fəaliyyətinə təsir edir. Ona görə də YNH-nin qarşısının alınması üçün hər bir elementin normal işinin pozulmasına təsir edən amilləri dərindən araşdırmaq lazımdır. Bu fənnin öyrənilməsi zamanı bizi yalnız “avtomobil” elementinin fəaliyyəti ilə əlaqədar mə- sələlər maraqlandıracaq. 3. Avtomobil nəqliyyatı sahəsində təhlükəsizlikdən danışdıqda nəzərə almaq la- zımdır ki, bu kifayət qədər geniş məvhumdur. Bura həm nəqliyyatın istismarı, həm onun texniki qulluğu, həm də təmir işlərinin aparılması zamanı təhlükəsizliyin tə- min olunması məsələləri aiddir. Lakin bizim fənnimizin predmeti məs avtomobilin konstruksiyasının təhlükəsizliyidir, yəni onun sistem və aqreqatlarının, həm də ba- nının yol qəzalarının qarşısının alınması və ya onların fəsadlarının azaldılması ba- xımından təkmil olması. Fənnin məqsədi avtomobilin müxtəlif sistem və aqreqatla- rının hərəkətin təhlükəsizliyinin təmin olunmasında rolunu öyrənmək və bu istiqa- mətdə olan perspektivləri araşdırmaq. XX əsrin 50-ci illərinə qədər avtomobilin konstruktiv təhlükəsizliyi məsələsinə çox fikir verilmirdi. Belə hesab edirdilər ki, avtomobilin banının dəmiri nə qədər qalın olsa, yəni zərbə zamanı o nə qədər az deformasiya olunsa, bir o qədər yaxşı- dır. Lakin sonradan aparılan elmi tədqiqatlar və keçirilən kraş-testlər göstərdi ki, bu fikir yalnışdır. Belə ki, avtomobilin banı az deformasiya olduqda zərbədən ya- ranan qüvvə azalmadan banın içərisinə doğru ötürülür. Nəticədə sürücü və sərni- şinlər daha ağır xəsarətlər alır. Əksinə, deformasiya çox olduqda içəriyə yönələn təsir qüvvəsi azalır. Bundan başqa, avtomobillərin dinamiki göstəricilərinin art- ması onların tormoz sistemlərinin daha effektiv etməyi tələb edirdi. Beləliklə XX əsrin 50-ci illərindən sonra avtomobillərin banının və təhlükəsizliyi təmin edən sistem və aqreqatların konstruksiyalarının təkmilləşdirilməsinə bütün istehsalçılar tərəfindən çox böyük diqqət verilməyə başlandı və bu tələblər öz əksini müvafiq standartlarda tapdı. Download 0.55 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling