Tədqiqatın mənbə bazası.Dissertasiyada kulturoloji fikrin elmi-nəzəri
qənaətlərindən, mövzu ilə bağlı tədqiqat müəlliflərinin fikir və mülahizələ-
rindən, analoji araşdırmaların təcrübə və nəticələrindən istifadə edilmişdir.
Habelə dissertasiyanın mənbəşünaslıq bazasını arxiv sənədləri, dövri mət-
buat, çoxcildlik toplular və ensiklopedik nəşrlər təşkil etmişdir. Tədqiqat
prosesində Azərbaycan və Türkiyədə çap olunmuş müxtəlif qəzetlər və jur-
nallar, o cümlədən “Əkinçi”, “Kaspi”, “Həyat”, “İrşad”, “Füyuzat”, “Yeni
Füyuzat”, “Azərbaycan”, “Türk yurdu”, “Odlu Yurd”, “Azərbaycan yurd
bilgisi”, “Qurtuluş”, “Azərbaycan” (Ankara) və s. mətbu nəşrlər nəzərdən
keçirilmişdir. Problemə aid Azərbaycan dilində əski əlifba ilə nəşr olunmuş
materiallar müəllif tərəfindən latın qrafikalı müasir Azərbaycan əlifbasına
çevrilmiş və tədqiqat işində istifadə olunmuşdur.
Do'stlaringiz bilan baham: |