Azərbaycan Respublikası adından


Download 67.94 Kb.

Sana17.05.2017
Hajmi67.94 Kb.

İş № 2(107)-1047/2016      

                                                                                         

 

Azərbaycan Respublikası adından 



 

QƏTNAMƏ 

 

15 avqust 2016-cı il                                                                                    Şəki şəhəri. 



 

                                   Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 

 

hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, 



hakimlər Əliyev Rəfail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, 

məhkəmə iclasnın katibi Əfəndizədə Həmdiyyə Natiq oğlunun katibliyi, 

iddiaçı Həsənli Ruslan Qüdrət оğlunun nümayəndəsi və vəkili Şamxalov Tahir Camal oğlunun iştirakı 

ilə, 


 

iddiaçı  Həsənli  Ruslan  Qüdrət  оğlunun  cаvаbdeh  Əhmədova  Jalə  Zabid  qızına  qаrşı  «uşaq  ilə 

görüş  tələbinə  dаir»  ilk  iddiası,  Əhmədova  Jalə  Zabid  qızının  Həsənli  Ruslan  Qüdrət  oğluna  qarşı 

«uşaqla görüş vaxtının müəyyən edilməsinə dair» qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Qax Rayon 

Məhkəməsinin 23 iyun 2016-cı il tarixli qətnaməsindən iddiaçı Həsənli Ruslan Qüdrət оğlu tərəfindən 

verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq 

 

müəyyən etdi: 

 

İddiaçı  Həsənli  Ruslan  Qüdrət  oğlu  məhkəməyə  iddia  ərizəsi  ilə  müraciət  edərək  cavabdeh 



Əhmədova Jalə Zabid qızına qarşı “uşaq ilə görüş tələbi” üzrə, Əhmədova Jalə Zabid qızı isə qarşılıqlı 

iddia  ərizəsi  ilə  məhkəməyə  müraciət  edərək  Həsənli  Ruslan  Qüdrət  oğluna  qarşı  “uşaqla  görüş 

vaxtının müəyyən edilməsinə dair” qətnamə çıxarılmasını xahiş etmişlər. 

Qax  Rayon  Məhkəməsinin  23  iyun  2016-cı  il  tarixli  2(024)-300  nömrəli  qətnaməsi  ilə  (hakim 

A.Q.Kiçibəyov)  iik  iddia  qismən,  qarşılıqlı  iddia  tam  təmin  edilmiş,  iddiaçı  Həsənli  Ruslan  Qüdrət 

oğluna 03.08.2012-ci il təvəllüdlü oğlu Həsənli İbrahim Ruslan oğlu ilə hər həftənin cümə günü saat 

16:00-dan 18:00-dək Qax Rayon Məhkəməsinin həyətində ünsiyyət saxlamaq hüququ verilmişdir. 

 

İşin halları 

 

İddiaçı  Həsənli  Ruslan  Qüdrət  oğlu  birinci  instansiya  məhkəməsinə  iddiа  ərizəsi  ilə  mürаciət 



edərək,  cavabdeh  Əhmədova  Jalə  Zabid  qızının  himayəsində  olan  03.08.2012-ci  il  təvəllüdlü  oğlu 

Həsənli  İbrahim Ruslan oğlu  ilə  fasiləsiz,  yəni  gecələr də daxil olmaqla  hər həftənin şənbə və bazar 

günləri,  həmçinin  bayram  günləri  maneəsiz  görüşmək  hüququnu  təmin  edən  qətnamə  çıxarılmasını 

xahiş etmişdir.  

Əhmədova Jalə Zabid qızı dа həmin məhkəmədə Həsənli Ruslan Qüdrət oğluna qarşı  sonuncuya 

03.08.2012-ci  il  təvəllüdlü oğlu  Həsənli  İbrahim  Ruslan oğlu  ilə hər həftənin  cümə günü saat  16:00-

dan 18:00-dək Qax Rayon Məhkəməsinin həyətində görüş təyin edilməsi tələbinə dair qarşılıqlı iddia 

irəli sürmüşdür. 

Mülki işin məhkəmə baxışı zamanı iddiaçı R.Həsənli öz iddia tələbini müdafiə etmiş, cavabdeh 

J.Əhmədova isə həmin iddianı qismən qəbul etmişdir.    



 

Birinci  instansiya  məhkəməsinin  iclasında  iddiaçı  Həsənli  Ruslan  Qüdrət  oğlu  izahat  verərək 



göstərmişdir ki, o və cavabdeh Əhmədova Jalə Zabid qızı aralarındakı nikahı 08.10.2011-ci ildə Bakı 

şəhəri  Xətai  rayon  Qeydiyyat  şöbəsində  rəsmi  qeyd  etdirməklə  ailə  qurmuş,  birgə  nikahdan  onların 

03.08.2012-ci  il  tarixdə  İbrahim  adlı  uşaqları  anadan  olmuşdur.  Evləndikdən  sonra  cavabdehlə 

münasibətləri  həmişə  yaxşı  olmuş,  lakin  sonradan  aralarında  narazılıqlar  yaranmış  və  Qax  Rayon 

Məhkəməsinin  22.01.2016-cı  il  tarixli  2(024)-05  saylı  qətnaməsinə  əsasən  aralarındakı  nikah  qeydi 

ləğv  edilmişdir.  Ayrıldıqdan  sonra  uşaq  cavabdehin  himayəsində  qalmışdır.  Cavabdeh  onun  uşaqla 

ünsiyyətdə  olmasını  çətinləşdirir.  Belə  olan  halda  o,  məhkəməyə  müraciət  etməli  olmuşdur. 

Göstərdiklərini  nəzərə  alaraq  məhkəmədən  onun  03.08.2012-ci  ildə  anadan  olmuş  Həsənli  İbrahim 

Ruslan  oğlu  ilə  fasiləsiz,  yəni  gecələr  də  daxil  olmaqla  hər  həftənin  şənbə  və  bazar,  habelə  bayram 

günləri  maneəsiz  ünsiyyətdə  olmaq  hüququnun  təmin  olunması  öhdəliyinin  cavabdeh  Həsənli  Jalə 

Zabid qızının üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 

Birinci  instansiya  məhkəməsinin  iclasında  cavabdeh  Əhmədova  Jalə  Zabid  qızı  izahat  verərək 

göstərmişdir  ki,  o,  iddiaçı  Həsənli  Ruslan  Qüdrət  oğlu  ilə  nikahlarını  08.10.2011-ci  ildə  Bakı  şəhəri 

Xətai rayon Qeydiyyat şöbəsində rəsmi qeyd etdirmiş, birgə nikahdan onların 03.08.2012-ci il tarixdə 

İbrahim  adlı  uşaqları  anadan  olmuşdur.  Evləndikdən  sonra  iddiaçı  ilə  münasibətləri  əsasən  yaxşı 

olmuşdur. Lakin sonradan aralarında narazılıqlar baş vermiş və Qax Rayon Məhkəməsinin 22.01.2016-

cı  il  tarixli  2(024)-05  saylı  qətnaməsinə  əsasən  aralarındakı  nikah  qeydi  ləğv  edilmişdir.  Birgə 

nikahdan  doğulmuş  uşaq  onun  himayəsindədir.  İddiaçı  Həsənli  Ruslan  Bakı  şəhərində,  o  isə  uşaqla 

Qax  şəhərində  atasının  evində  yaşayır.  Qaxla  Bakı  arasında  420  km  məsafə  var,  uşaqla  iddiaçının  

istədiyi vaxt görüşməsi mümkün  deyil. Uşağa özü baxır, uşağın bütün qayğılarını çəkir. Uşağın atası 

isə  uşağının  maddi    ehtiyaclarını  belə  ödəmir.  Bundan  başqa,  uşaq    xəstədir,    ağır  bronxial  astma  

xəstəliyi var, 2012-ci ildən allerqoloqun nəzarətində müalicə olunur. Uşağa xəstəliyi ilə əlaqədar daim 

nəzarət etmək və müalicə tələb olunur.  İddiaçının istədiyi kimi, uşaqla istədiyi vaxt, hətta gecələr də 

görüşməsi mümkün deyil. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Həsənli Ruslan Qüdrət oğlunun 

03 avqust 2012-ci il tarixdə doğulmuş  Həsənli İbrahim  Ruslan oğlu ilə hər həftənin cümə günləri saat 

16:00-dan  18:00-dək  Qax  Rayon  Məhkəməsinin  həyətində  görüş  təyin  edilməsi  barədə  qətnamə 

çıxarılmasını xahiş etmişdir. 

Birinci instansiya məhkəməsinin iclasında maraqlı şəxs Qax rayon İcra Hakimiyyəti yanında Yaş 

bərpası,  qəyyumluq  və  himayəçilik  komissiyasının  nümayəndəsi  Muradlı  Yeganə  Rəfail  qızı  izahat 

verərək  göstərmişdir  ki,  iddiaçı  R.Həsənli  qanunvericilikdən  irəli  gələn  uşaqla  ünsiyyət  saxlamaq 

hüququnun təmin edilməsi üçün məhkəməyə müraciət etdikdən sonra məhkəmə tərəfindən Qax rayon 

İcra  Hakimiyyəti  yanında  Yaş  bərpası,  qəyyumluq  və  himayəçilik  komissiyası  işə  cəlb  edilmiş, 

komissiya tərəfindən göstərilən məsələ bir daha araşdırılmış və azyaşlı İbrahimin atası ilə görüşməsi 

uşağın mənafeyi baxımından məqbul hesab edilərək belə ünsiyyət hüququna mane olacaq hər hansı hal 

aşkar edilməmişdir. O, azyaşlı uşağın və valideynlərinin mənafeləri nəzərə alınmaqla iddianın qanuni 

həll edilməsini xahiş etmişdir. 

İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. 

Qax  Rayon  Məhkəməsinin  23  iyun  2016-cı  il  tarixli  qətnaməsindən  iddiaçı  Həsənli  Ruslan 

Qüdrət оğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, 03.08.2012-ci il tarixdə anadan 

olmuş oğlu İbrahimlə həftənin şənbə və bazar günləri, həmçinin bayram günləri fasiləsiz, yəni gecələr 

də daxil olmaqla görüş verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.  

 

Apellyasiya şikayətinin dəlilləri 

 

Apellyasiya şikayəti iddiaçı Həsənli Ruslan Qüdrət оğlu tərəfindən onunla əsaslandırılmışdır ki, 



Qax Rayon Məhkəməsi işə baxarkən məhkəmənin gəlidiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün 

faktiki halları araşdırmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti 

olan hallar məhkəmə tərəfindən sübut olunmamış, qeyri-mötəbər, ziddiyətli və aid olmayan sübutlarla 

əsaslandırılmış və nəticədə tamamailə qanunsuz və əsassız olan qətnamə qəbul edilmişdir. Buna görə 

də Qax Rayon Məhkəməsinin 23 iyun 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsini, ona 03.08.2012-

ci ildə anadan olmuş oğlu İbrahimlə həftənin şənbə və bazar günləri, həmçinin bayram günləri fasiləsiz 

olaraq gecə də daxil olmaqla görüş verilməsi barədə qətnamə qəbul edilməsini  xahiş edir. 


 

Apellyasiya  məhkəməsinin  iclasında  iddiaçı  Həsənli  Ruslan  Qüdrət  оğlunun  nümayəndəsi  və 



vəkili  Şamxalov  Tahir  Camal  oğlu  apellyasiya  şikayətinin  məzmununa  uyğun  izahat  verərək  onun 

təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.  

İddiaçı  Həsənli Ruslan Qüdrət  оğlu,  cаvаbdeh  Əhmədova Jalə Zabid  qızı  və maraqlı şəxs  Qax 

rayon İcra Hakimiyyəti yanında Yaş bərpası, qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi 

məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq 

məhkəmə  iclаsınа  gəlməmişlər.  Cаvаbdeh  Əhmədova  Jalə  Zabid  qızı  teleqram  və  ərizə  ilə  məhkəmə 

kollegiyasına müraciət edərək 15.08.2016-cı il tarixdə Bakı şəhərində olacağından məhkəmə iclasında 

iştirak  edə  bilməyəcəyini,  iddiaçının  şikayətinə  etiraz  etdiyini  və  məhkəmə  qətnaməsinin 

dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-

nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.  

Məhkəmə  kollegiyası  apellyasiya  şikayətinin  dəlillərini  iş  materialları  üzrə  yoxlayıb,  iddiaçı 

Həsənli  Ruslan  Qüdrət  оğlunun  nümayəndəsi  və  vəkili  Şamxalov  Tahir  Camal  oğlunun  izahatını 

dinləyib,  iş  üzrə  tədqiq  edilən  sübutlara  tətbiq  edilməli  hüquq  normaları  baxımından  qiymət  verib 

hesab edir ki, iddiaçı Həsənli Ruslan Qüdrət оğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin 

edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin 23 iyun 2016-cı il tarixli qətnaməsi dəyişdirilməlidir. 

   


Hüquqi məsələlər 

 

Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  372.1-ci  maddəsinə  görə,  apellyasiya 



instansiyası  məhkəməsi  tam  hüquqlu  məhkəmə kimi işə, işdə olan və əlavə təqdim  olunmuş  sübutlar 

əsasında mahiyyəti üzrə baxır.  

Həmin  Məcəllənin  372.6-cı  maddəsinə  görə,  apellyasiya  instansiyası  məhkəməsi  birinci 

instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən 

hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda 

ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 

Həmin  Məcəllənin  372.7-ci  maddəsinə  əsasən,  apellyasiya  instansiyası  məhkəməsi  şikayətin 

dəlillərindən  asılı  olmayaraq,  məhkəmənin  maddi  və  prosessual  hüquq  normalarına  riayət  etməsini 

yoxlayır. 

İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 06.10.2012-

ci  il  tarixli  doğum  haqqında  şəhadətnamənin  surətindən  görünür  ki,  03.08.2012-ci  il  tarixdə  anadan 

olmuş  Həsənli  İbrahim  Ruslan  oğlunun  atası  Həsənli  Ruslan  Qüdrət  oğlu,  anası  isə  Əhmədova  Jalə 

Zabid qızıdır.  

İş materiallarına əlavə edilmiş “Atlas Medikal Centr” MMC tərəfindən 26.10.2016-cı il tarixdə 

verilmiş  07594  saylı  arayışdan  görünür  ki,  03.08.2012-ci  il  təvəllüdlü  Həsənli  İbrahim  Ruslan  oğlu 

ağır bronxial astma xəstəliyindən əziyyət çəkir. 

İş materialları ilə müəyyən edilir ki,  tərəflər  aralarındakı  nikahı 08.10.2011-ci  ildə Bakı  şəhəri 

Xətai  rayon  Qeydiyyat  şöbəsində  rəsmi  qeyd  etdirmişlər.  Onların  birgə  nikahdan  03.08.2012-ci  il 

tarixdə  İbrahim  adlı  uşaqları  anadan  olmuşdur.  Evləndikdən  bir  müddət  sonra  tərəflər  arasında 

narazılıqlar  baş  vermiş  və  Qax  Rayon  Məhkəməsinin  22.01.2016-cı  il  tarixli  2(024)-05  saylı 

qətnaməsinə  əsasən  onların  nikah  qeydi  ləğv  edilmişdir.  Birgə  nikahdan  anadan  olmuş  uşaq  - 

03.08.2012-ci  il  təvəllüdlü  Həsənli  İbrahim  Ruslan  oğlu  cavabdeh  J.Əhmədovanın  himayəsində 

qalmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsində uşağın valideynləri və yaxın qohumları ilə 

ünsiyyət  saxlamaq  hüququnun  birmənalı  olaraq  təsbit  edilməsinə  baxmayaraq  cavabdeh  Jalə 

Əhmədova azyaşlı İbrahimin atası ilə görüşməsinə mane olaraq, ünsiyyətin təmin edilməsi üçün lazımi 

şərait  yaratmamışdır.  Buna  görə  də  iddiaçı  Ruslan  Həsənli  hazırkı  iddia  ərizəsi  ilə  Qax  Rayon 

Məhkəməsinə müraciət etmişdir.  

Birinci  instansiya  məhkəməsi  mübahisənin  düzgün  həlli  və  ədalətli  qərar  qəbul  edilməsi 

məqsədilə Qax rayon İcra Hakimiyyəti yanında Yaş bərpası, qəyyumluq və himayəçilik komissiyasını 

işə  cəlb  etmiş  və  komissiya  tərəfindən  iddiaçı  R.Həsənlinin  azyaşlı  İbrahimlə  ünsiyyətinin  təmin 

edilməsi məqbul hesab edilmişdir. Bununla yanaşı, məhkəmə nəzərə almağı zəruri hesab etmişdir ki, 

azyaşlı  Həsənli  İbrahim  Ruslan  oğlu  ağır  bronxial  astma    xəstəliyindən  əziyyət  çəkir,  bundan  əlavə, 

uşağın  atası  Bakı  şəhərində,  anası  isə  Qax  rayonunda  yaşayır.  Uşağın  atası  ilə  maneəsiz  görüşməyə 

şərait yoxdur. Eyni zamanda, Respublikada həftənin şənbə və bazar günləri qeyri-iş günləri müəyyən 



 

edilmişdir.  Əgər  iddiaçı  R.Həsənlinin  bu  tələbi  təmin  olunarsa,  məhkəmə  qətnaməsinin  icrası 



nəzarətsiz qalmış olar. Lakin uşağın atası ilə əlaqəsinin kəsilməsi onun hərtərəfli inkşafına mənfi təsir 

göstərə  bilər.  Odur  ki,  məhkəmə  hazırkı  iş  üzrə  azyaşlının  valideynləri  arasındakı  kəskin 

narazılıqlardan  əziyyət  çəkməməsini  nəzərə  alaraq,  iddiaçı  R.Həsənlinin  azyaşlı  oğlu  İbrahimlə 

görüşünün hər həftənin cümə günləri saat 16:00-dan 18:00-dək Qax Rayon Məhkəməsinin həyətində 

müəyyən edilməsini uşağın mənafeyinə uyğun hesab etmişdir. 

Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşmır. 

Belə  ki,  Azərbaycan  Respublikası  Konistitusiyasının  17-ci  maddəsinin  II  hissəsinə  əsasən, 

uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.   

Azərbаycаn  Respublikаsı  Ailə  Məcəlləsinin  56.1-ci  mаddəsinə  əsasən,  vаlideynlər  öz  uşаqlаrı 

bаrəsində bərаbər hüquq və vəzifələrə mаlikdirlər. 

Аilə  Məcəlləsinin  60.1-ci  maddəsinə  əsasən,  valideynlik  hüquqları  uşaqların  mənafeyinə  zidd 

həyata keçirilə bilməz. 

Həmin  Məcəllənin  61-ci  maddəsinə  görə,  uşaqlardan  ayrı  yaşayan  valideyn  onlarla  ünsiyyət 

hüququna, uşaqların tərbiyyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna 

malikdir. 

“Valideynlərin  və  digər  qohumların  uşaqla  ünsiyyətdə  olmaq  hüquqları ilə  əlaqədar 

qanunvericiliyin  məhkəmələr  tərəfindən  tətbiqi  təcrübəsi  haqqında”  Azərbaycan  Respublikası  Ali 

Məhkəməsi  Plenumunun  28  oktyabr  2011-ci  il  tarixli  6/2011  nömrəli  Qərarının  1-ci  bəndində 

göstərilir  ki,  ailə  qanunvericiliyinə  və  uşaq  hüquqları  ilə  bağlı  beynəlxalq  hüquq  normalarına  uyğun 

olaraq, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyətdə olmaq, uşaqların tərbiyə və təhsili ilə bağlı 

məsələlərin  həll  edilməsində  iştirak  etmək  hüququna  malikdir.  Uşaqla  birlikdə  yaşayan  valideyn 

uşağın  fiziki,  psixi  sağlamlığına,  onun  əxlaqi  inkişafına  zərər  yetirməyən  digər  valideynlə  uşağın 

ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı  yaşayan valideynlər valideynlik hüququnun həyata 

keçirilməsi  qaydası  haqqında  yazılı  saziş  bağlaya  bilərlər.  Valideynlər  razılığa  gələ  bilmədikdə, 

mübahisə  onların  (onlardan  birinin)  tələbi  əsasında  müvafiq  icra  hakimiyyəti  orqanının  (yerli  icra 

hakimiyyətlərinin  qəyyumluq  və  himayə  orqanlarının)  nümayəndəsinin  iştirakı  ilə  onların  yazılı  rəyi 

və  10  yaşına  çatmış  uşağın  fikri  nəzərə  alınmaqla  məhkəmə  tərəfindən  həll  edilir.  Uşaqlardan  ayrı 

yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla 

nəzərdə  tutulan  validenlik  hüquqlarını  real  və  maneəsiz  həyata  keçirə  bilsin.  Məhkəmələr  nəzərə 

almalıdırlar  ki,  uşaqla  ünsiyyətdə  olmaq  istəyən  valideynin  iddiasının  formal  təmin  edilməsi,  uşaqla 

ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir.  

Həmin  Qərarın  2-ci  bəndində  məhkəmələrin  diqqətinə  çatdırılır  ki,  məhkəmələr  uşaqla 

ünsiyyətdə  olma  vaxtını  müəyyən  edərkən  işin  bütün  hallarını,  o  cümlədən  ailədə  neçə  uşağın 

olmasını, onların yaşını, bağçaya, yaxud məktəbə gedib-getməməsini, səhhətini, hansı valideynə daha 

çox  bağlılığını,  onun  mənəvi,  psixi  və  fiziki  inkişafına  təsir  edən  digər  amilləri  nəzərə  almalıdır. 

Tərəflərin  qarşılıqlı  münasibətləri,  işin  faktiki  halları  nəzərə  alınmaqla  məhkəmənin  qətnaməsində 

uşaqla görüşün (ünsiyyətin) yeri, vaxtı, hansı şəraitdə keçirilməsi göstərilə bilər. 

Həmin Qərarın 9-cu bəndində izah olunur ki, uşaqla ünsiyyətdə olmaq onun sağlamlığına zərər 

vurduqda  məhkəmə  valideynin,  yaxud  uşaq  himayəsinə  verilmiş  digər  şəxsin,  yaxud  da  icra 

məmurunun ərizəsinə əsasən uşağın müəyyən yaş həddinə çatmasına kimi görüşün məhdudlaşdırılması 

və ya həmin müddətdə görüşün qadağan olunması barədə qərar qəbul edə bilər.    

Məhkəmə  kollegiyasının  qənaətincə  birinci  instansiya  məhkəməsi  iddia  tələbini  formal  olaraq 

təmin  etmiş,  iddiaçının  öz  uşağı  ilə  görüş  və  ünsiyyət  hüququna  həddindən  artıq  və  yetərincə  əsaslı 

olmayan  məhdudiyyətlər  qoymuşdur.  Belə  ki,  uşaqla  görüş  və  ünsiyyətin  Qax  Rayon  Məhkəməsinin 

həyətində  icra  məmurunun  nəzarəti  altında  keçirilməsinin  müəyyən  olunması  qanuna  uyğun  sayıla 

bilməz. Valideynin uşaqla görüşü və ünsiyyəti onlar üçün sərbəst və kənar müdaxilə olmayan şəraitdə 

həyata  keçirilməlidir.  Əgər  məhkəmə  uşağın  valideyni  ilə  nəzarət  altında  görüşməsini  zəruri  hesab 

edirsə, bunun uşaq üçün hansı təhlükə və ya mənfi nəticələrlə əlaqədar olmasını əsaslandırmalı, belə 

səbəblər  olmadıqda  isə  ünsiyyət  hüququnun  həyata  keçirilməsini  qeyd  olunan  şərtlərlə 

məhdudlaşdırmamalıdır. Digər tərəfdən, uşaqla görüş gününün qeyri-iş gününə müəyyən olunması hər 

iki  valideynin  maraqlarına  daha  uyğun  hesab  edilməlidir.  Xüsusən  də  iddiaçı-atanın  Bakı  şəhərində 

yaşaması,  əmək  fəaliyyətindən  sərbəst  vaxtının  qeyri-iş  günlərində  olduğu  nəzərə  alınsa,  onun  Qax 

şəhərində uşağı ilə görüşə gəlmək imkanı məhz şənbə və bazar günlərində mümkün ola bilər. 


 

Ona  görə  də  məhkəmə  kollegiyası  hesab  edir  ki,  iddiaçı  birinci  instansiya  məhkəməsinin  hər 



həftənin  cümə  gününə  müəyyən  etdiyi  görüş  günü  və  görüşün  keçirilmə  yeri  ilə  razılaşmamaqda 

haqlıdır.   

Eyni zamanda məhkəmə kollegiyası 03.08.2012-ci il təvəllüdlü Həsənli İbrahim Ruslan oğlunun 

yaşını, bu yaşda anaya daha çox bağlılığını, ana qayğısına və qulluğuna ehtiyacını, ağır bronxial astma 

xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq onun uzun müddətə və xüsusən də gecələr daimi yaşayış 

yerindən  uzaqlaşdırılmasını,  anasından  ayrı  saxlanılmasını  məqsədəuyğun  hesab  etmir.  Belə  hallar 

azyaşlı uşağın sağlamlığına və psixi durumuna mənfi təsir göstərə bilər. 

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə müvafiq olaraq 

dövlət orqanları uşaqla  bağlı bütün  məsələləri uşağın  mənafelərinin üstün tutulması  baxımından  həll 

etməlidirlər. 

İnsan  Hüquqları  üzrə  Avropa  Məhkəməsinin  presedentlərində  də  uşaqlara  münasibətdə 

valideynlərin hüquqları fərdi maraq, uşaqların hüquqları isə daha üstün dəyər olan ictimai maraq kimi 

qiymətləndirilir.    

Məhkəmə  kollegiyası  şərh  olunanları  ümumiləşdirərək  belə  nəticəyə  gəlir  ki,  işin  halları  və 

03.08.2012-ci  il  təvəllüdlü  Həsənli  İbrahim  Ruslan  oğlunun  mənafeyi  baxımından  iddiaçı  Həsənli 

Ruslan  Qüdrət  oğlunun  həmin  uşağı  ilə  görüşünün  hər  həftənin  şənbə  günü  saat  14:00-dan  17:00-a 

kimi Qax şəhərində müəyyən olunması məqsədəuyğundur.  

Azərbаycаn  Respublikаsı  Mülki  Prosessuаl  Məcəlləsinin  14.2-ci  mаddəsinin  tələbinə  əsasən, 

məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. 

Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi 

istinаd etdiyi hаllаrı sübut etməlidir. 

Qeyd  olunanlara  əsasən  məhkəmə  kollegiyası  hesab  edir  ki,  apellyasiya  şikayəti  qismən  təmin 

edilməli,  Qax  Rаyоn  Məhkəməsinin  23  iyun  2016-cı  il  tarixli  2(024)-300  nömrəli  qətnaməsi 

dəyişdirilməli, iddiaçı Həsənli Ruslan Qüdrət oğlunun 03.08.2012-ci il təvəllüdlü oğlu Həsənli İbrahim 

Ruslan  oğlu  ilə  görüşü  hər  həftənin  şənbə  gününə  saat  14:00-dan  17:00-a  kimi  Qax  şəhərinə  təyin 

edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır.  

Şərh  edilənlərə  əsasən  və  Azərbaycan  Respublikası  Mülki  Prosessuаl  Məcəlləsinin  372,  384, 

387, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası 

 

qət etdi: 

 

İddiaçı Həsənli Ruslan Qüdrət oğlu tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. 



 

İş  üzrə  Qax  Rаyоn  Məhkəməsinin  23  iyun  2016-cı  il  tarixli  2(024)-300  nömrəli  qətnaməsi 

dəyişdirilsin. 

İddiaçı Həsənli Ruslan Qüdrət oğlunun 03.08.2012-ci il təvəllüdlü oğlu Həsənli İbrahim Ruslan 

oğlu  ilə  görüşü  (ünsiyyətdə  olması)  hər  həftənin  şənbə  gününə  saat  14:00-dan  17:00-a  kimi  Qax 

şəhərinə təyin edilsin.   

Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın.  

Qətnamədən,  surəti  rəsmi  qaydada  verildiyi  gundən  2  (iki)  ay  müddətində  Şəki  Apellyasiya 

Məhkəməsi  vasitəsi  ilə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Mülki  Kollegiyasına  kassasiya 

şikayəti verilə bilər.  

Qətnamədən şikаyət verilmədiyi hаldа qəbul edildiyi gündən 2 (iki) аy keçdikdə qanuni qüvvəyə 

minir. 


 

 

Sədrlik edən: /imza/    



 

             Hаkimlər: /imzalar/ 

 

                 Əsli ilə düzdür 



         İş üzrə sədrlik edən hakim:                                                  Mirbahəddin Hüseynov 

                        

 



 




Do'stlaringiz bilan baham:


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2017
ma'muriyatiga murojaat qiling