Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti
Download 37.5 Kb.
|
Документ Microsoft Word (13)
Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti İxtisas: Sosiologiya Fənn: Əməyin Sosiologiyası Mövzu: Ünsiyyət və kollektivin birliyi Ünsiyyət anlayışı latın sözü olub, kommunikasiya sözü ilə eyni mənada işlənilir. Fəlsəfi və sosioloji ədəbiyyatlarda ünsiyyət anlayışına müxtəlif istiqamətlərdə yanaşılır. Ümumiyyətlə, ünsiyyət yalnız şəxsiyyətlərarası deyil, həm də müxtəlif sosial qruplar, kiçik və böyük qruplar, siniflər və təbəqələr arasında olur. Bu mənada ünsiyyət bir çox elmlərin tədqiqat obyektidir. Bununla əlaqədar olaraq, bəziləri ünsiyyəti fəaliyyət və dialoq, bəziləri qarşılıqlı münasibət, bəziləri isə fikir mübadiləsi kimi qiymətləndirir. Son vaxtlar xarici ədəbiyyatlarda ünsiyyət nəzəriyyəsi informasiya və kommunikasiya nəzəriyyələri ilə vəhdətlik halında tədqiq olunur. Bura fəaliyyətin ümumi nəzəriyyəsi problemləri də əlavə olunur. Bununla əlaqədar olaraq ünsiyyət “ subyekt – obyekt münasibətləri “ sistemi halında öyrənilir. Burada obyekt dedikdə, ayrıca bir şəxs və yaxud sosial qrup və cəmiyyət başa düşülür. Bu baxımdan bəzi müəlliflər ünsiyyəti subyektlər arası qarşılıqlı təsir, bəziləri isə fəaliyyətin daxili momenti hesab edir. Ünsiyyət “ subyekt-obyekt “ baxımından 3 münasibətlər tipinə ayrılır: a) obyektlər arası münasibətlər ; b) subyekt və obyekt arasındakı münasibətlər ; c) subyektlər arası münasibətlər Əksər müəlliflər haqlı olaraq ünsiyyəti ümumiyyətlə insan təbiəti ilə bağlayırlar, onu insanın kommunikativ funksiyası adlandırırlar. Bu düzgün fikirdir, lakin kommunikasiya həm də əlaqə, hər hansı bir sistemlərin birləşməsi mənasında da işlənilir. Bu baxımdan kommunikasiya anlayışı ünsiyyət anlayışından daha genişdir. Həm də hər iki anlayış baxımından ünsiyyətin məzmunu və subyektləri də müxtəlif ola bilər. Məsələn, informasiya nəzəriyyəsi baxımından kommunikasiya dinamik sistemlər arası mübadiləni nəzərdə tutur. 3-cü cəhət sistemlər arası əlaqə məlumatların verilməsi mənasında başa düşülür. İnsanların kommunikativ və ünsiyyətçiliyi normal və qeyri – normal amillərə əsaslana bilər. Burada mənəvi və eqoistik mənafelər də özünü həmişə biruzə verir. Ona görə də ünsiyyət problemi onun sistemli və kompleks tədqiq olunmasını tələb edir. Ünsiyyətin sistemli təhlili və tədqiqi ona sistemli struktur qaydada yanaşmaqla bağlıdır. Ünsiyyətin bir neçə struktru vardır: a) ünsiyyətin məqsədi və predmeti ; b) ünsiyyətə tələbat ; c) kommunikativ motivlər ; d) ünsiyyət hərəkətləri ; e) ünsiyyətin vəzifələri və vasitələri ; f) ünsiyyətin nəticələri Bəziləri buna normativlik anlayışını da əlavə edirlər və belə hesab edirlər ki, ünsiyyətdə müəyyən qaydalara əməl etmək lazımdır. Ünsiyyətin çox vacib funksiyası vardır. Bunlar aşağıdakılardır: a) idrak funksiyası ; b) kommunikativ funksiyası ; c) requlyativ funksiyası Ümumiyyətlə ünsiyyət insanların fəaliyyətlərində onların qarşılıqlı təsirinin əsas formasıdır. Bu təsir müəyyən məlumatların mübadiləsinə əsaslanır, bu isə sosial həyatın, ictimai və fərdi şüurun fəaliyyət dairəsilə bağlıdır. Məhz ünsiyyət prosesində insanların bu və ya digər məsələlərə münasibəti, sosial mövqeyi, hansı dəyərləri, mənafeləri əsas götürmələri aşkara çıxarır. Ünsiyyət müəyyən həcmdə və keyfiyyətdə informasiyalarla bağlı olduğuna görə müəyyən biliklər mənbəyilə də əlaqədardır. Çünki bu və ya digər fikir mübadiləsində müxtəlif məsələlərə münasibəti bildirmək və ondan düzgün nəticə çıxarmaq, həmin sahə üzrə müəyyən biliklər toplusunu tələb edir. Bu, ünsiyyətin sosiologiyası baxımından çox vacibdir. Ünsiyyət problemində ən vacib məsələlərdən biri insanlar, subyektlər arasındakı münasibətlərin reallaşmasında onun oynadığı roldur. Digər cəhətdən isə ünsiyyətə qarşılıqlı təsir baxımından yanaşılması problemidir. Çünki qarşılıqlı təsir prosesi özü bir sıra obyektiv məsələlərlə bağlıdır. Məsələn, burada əmək kooperasiyası və rəqabət formasında olan qarşılıqlı təsirin xüsusi əhəmiyyəti vardır. Kooperasiya və rəqabətdə münaqişə və mövqe məsələləri və ictimai əlaqələr müxtəlif qaydada və xarakterdə irəli sürülür. Çünki, qarşılıqlı təsirin bu 2 tipi həm forma, həm də məzmunca bir-birindən fərqlənirlər. Ünsiyyət prosesində hər iki tərəfin bir-birini başa düşməsi, münaqişənin həlli, sosial birliyin təmin edilməsi üçün başlıca şərtdir. Bir-birini qarşılıqlı şəkildə başa düşmək isə məqsəd və motivlərin nəinki eyniliyini dərk etməyi, onların reallaşmasına birgə səy göstərməyi tələb edir. Ona görə də burada ünsiyyət prosesində qarşılıqlı başa düşmə mexanizminin təkmilləşdirilməsinin böyük əhəmiyyəti var. Çünki bu bir tərəfdən şəxsiyyətlərarası münasibətlərdən asılıdırsa, digər tərəfdən isə həmin münasibətlərin xarakterinə təsir göstərir. Ünsiyyət zamanı bir subyektin dəyərləri digər subyektin dəyərlərinə nüfuz edir, biri digərinin dəyərlərini qəbul edir. Bu mənada belə ünsiyyətin tərbiyə və özünü tərbiyə əhəmiyyəti vardır. Bazar münasibətlərinin indiki şəraitində ünsiyyətdəki etalon rolunu insan davranışında əmlak - əmtəə - pul sistemləri təşkil edir. Bu sistem xeyli dərəcədə ünsiyyətin real məzmununa təsir göstərir və ünsiyyətdə empatiya hallarının zəifləməsinə gətirib çıxarır. Beləliklə, ünsiyyət bir tərəfdən psixoloji, digər tərəfdən isə sosial məzmun alır, hətta obrazlı desək, insan ünsiyyətini bir növ modelləşdirir, standartlaşdırır. Bu isə ünsiyyət və onun formaları ilə birlikdə sosial reallıq arasında ziddiyətlər törədir. Download 37.5 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling