AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ


Download 2.8 Kb.

bet16/27
Sana14.02.2017
Hajmi2.8 Kb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   27

      Şək.  67.  Antisiklonların  birinci  -    gənc  antisiklon 
mərhələsinin                    
                                                     sxemi 
     
Bu  mərhələdə  antisiklonlar  daha  böyük  hündürlüklərdə 
müşahidə  olunmaqla,  geniş  əraziləri  əhatə  edir.  Antisiklonların  ön 
hissəsində  (şərqində)  atmosfer  təzyiqi  artdığı  halda,  onun  arxa 
hissəsində  (qərbində)  əksinə,  atmosfer  təzyiqi  düşməyə  başlayır. 
İkinci  mərhələnin  (maksimal  inkişaf    səviyyəsinin)  izobarik 
quruluşu şəkil 68-də verilmişdir: 
 
 
 
 
 
 
 
 
 
 Y 
 А 
 А 
1015 
1005 
1010

1015 
1005 
1010

1025 
1000 
1020 
1005 
Сойуг 
-  П 

 
 
 
 
 
 
 
 
    Şək. 68. Antisiklonların ikinci - maksimal inkişafa çatmış  
mərhələsinin sxemi 
 
     3) III mərhələ
 - antisiklonların  dağılması mərhələsidir. Axırıncı 
mərhələyə keçidin əsas əlaməti antisiklonların mərkəzində atmosfer 
təzyiqinin  düşməsi  hesab  olunur.  Bu  proses  nəticəsində 
antisiklonlar öz  əvvəlki əhəmiyyətini və gücünü itirir. Ancaq aşağı 
və  yuxarı qatlarda antisiklonların  mərkəzləri üst - üstə düşürlər və 
bu onu göstərir ki,  antisiklonlar artıq  isti  hava kütlələrindən  ibarət 
barik  sahələrə  çevrilməyə  başlayırlar.  Antisiklonların  inkişaf 
silsiləsi  bir  neçə  gündən  bir  neçə  həftəyə,  bəzən  isə  bir  aya  qədər 
davam  edə  bilir.  Ən  uzun  müddətli,  davamiyyətli  antisiklonlar 
qışda  yaranan,  azhərəkətli  antisiklonlardır  ki,  bunlara  da  Sibir 
antisiklonlonu misal göstərmək olar. Sibir antisiklonları demək olar 
ki, bütün qış ərzində fəaliyyətdə olur. Antisiklonların inkişafının 3-
cü mərhələsi isə aşağıdakı kimidir (şək. 69): 
 
 

 
 
 
 
Şək. 69. Antisiklonların üçüncü mərhələsinin sxemi 
                              
Siklon və antisiklonların regenerasiyası 
 
     Siklonların  dərinləşməsi,  dolması,  antisiklonların  sürətlənməsi 
və  ya  zəifləməsi  hər  zaman  eyni  olmur.  Bir  çox  səbəbdən  barik 
sahələrin  “normal”  inkişafı  pozulur.  Dolan  siklonların  yenidən 
dərinləşməsi, 
zəifləyən 
antisiklonların 
yenidən 
güclənməsi 
prosesləri 
barik sahələrin regenerasiyası
 adlanır.                 
     Bütün  hallarda  regenerasiya  troposferin  mövcud  barik 
mərkəzinin  ətrafında  yenidən  güclənmə  üçün  əlverişli  şərait 
yarandıqda baş verir.  
     Siklonların regenerasiyası, əsasən, aşağıdakı hallarda baş verir: 
     1) mövcud siklon sisteminə yeni əsas cəbhələr daxil olduqda; 
     2) mövcud siklonun mərkəzi yaxınlığında yeni siklonun inkişaf 
etməsi  və  daha  sonra  hər  iki  mərkəzin  birləşməsi  və  ya  əvvəlki 
mərkəzlərin sürətli dolması müşahidə olunduqda. 
     Birinci hal dolmağa başlayan siklonun arxa hissəsinə yeni soyuq 
havanın  daxil  olması  nəticəsində  baş  verir.  Əlavə  temperatur 

 
kontrastları yaranır və mərkəz ətrafında temperaturun simmetriyası 
pozulur. Əsas cəbhədə fərdi siklonlar yaranır və onların da inkişafı 
köhnə siklonun  fonunda  baş verir. Nəticə etibarilə, proses  əvvəlcə 
dolan  siklonun  yenidən  dərinləşməsi  kimi  qəbul  olunur.    Əgər 
termobarik sahənin quruluşunda soyuq adveksiya  baxılan siklonun 
arxa hissəsinə deyil, ön hissəsinə yönəlmişdirsə, bu zaman siklonun 
regenerasiyası baş vermir. 
     Yeni  yaranan  azhərəkətli,  dolan  siklonun  soyuq  cəbhəsində 
dərinləşməyə davam edərək köhnə siklonun mərkəzinə doğru yerini 
dəyişir.  
     Regenerasiya  zamanı  yeni  siklonun  inkişafı  köhnə  siklonun 
fonunda baş verir və yeni yaranmış siklon əvvəlcədən yüksək barik 
əmələgəlmə hesab edilir. 
     Antisiklonların regenerasiyası aşağıdakı hallarda baş verir: 
     1)  son  inkişaf  mərhələsinə  çatmış  antisiklonun  azhərəkətli, 
köhnə antisiklonla birləşməsi zamanı; 
     2)  mövcud  antisiklonun    yalında  yeni  antisiklonun  inkişaf 
etməsi. 
     Siklonların  regenerasiyasına  uyğun  olaraq,  antisiklonların 
regenerasiyası  termobarik  sahədə  şaquli  temperatur  qradiyentinin 
yeni artımları müşahidə olunduqda və antisiklogenez üçün əlverişli 
şərait yarandıqda baş verir. 
     Siklonların  (antisiklonların)  nəzərdən  keçirilmiş  regenerasiya 
proseslərində  yeni  siklonlar  (antisiklonlar)  köhnə  barik  sistemin 
fonunda  inkişaf  edərək  digər  siklonlar  (antisiklonlar)  kimi  bütün 
inkişaf  mərhələlərindən  keçirlər.  Fərq  yalnız  ondan  ibarətdir  ki, 
başlanğıc termobarik sahə yeni  yaranan barik sahəyə deyil, köhnə, 
artıq zəifləmiş barik sahəyə uyğun gəlir.  
     Yerüstü  təbəqədə  külək  vektorlarının  siklonun  mərkəzinə 
istiqamətlənməsi  siklonun  dolmasını,  vektorların  antisiklonun 
mərkəzindən  kənarlara  doğru  istiqamətlənməsi  isə  antisiklonun 
zəifləməsini şərtləndirir. Bu faktor siklon və ya antisiklonun əmələ 
gəlməsi  anından  başlayaraq  təsir  edir.  Əgər  buna  baxmayaraq, 
siklon  dərinləşməyə,  antisiklon  isə  güclənməyə  davam  edirsə,  bu 
yalnız  əks  istiqamətdə  təsir  edən  faktorların  siklonun  və  ya 

 
antisiklonun  verilmiş  mərhələsində  üstünlük  təşkil  etməsini  ifadə 
edir.  
     Yerüstü  qatda  sürtünmə  qüvvəsinin  təsiri  ilə  həqiqi  küləyin 
geostrofik  küləkdən  sapması  fəal  səthin  xüsusiyyətlərindən  asılı 
olduğuna  görə  siklon  və  ya  antisiklonların  dənizdən  quruya  və  ya 
əksinə  yerdəyişməsi  zamanı  yalnız  yerüstü  sürtünmə  qüvvəsinin 
təzyiqin  dəyişməsinə  təsirinin  miqdarı  dəyişir.  Bundan  əlavə,  yer 
səthinin  temperatur  xüsusiyyətlərinin  dəyişməsi  hava  kütlələrinin 
dayanıqlığına,  şaquli  hərəkətlərin  inkişafına  və  s. təsir  edir.  Bütün 
sadalananlar  siklon  və  ya  antisiklonarın  bir  səth  üzərindən  digər 
səth 
üzərinə 
keçdikdə 
onların 
inkişafının 
intensivliyinin 
dəyişməsinə  səbəb  olur  və  bəzən,  regenerasiya  da  müşahidə  edilə 
bilir. 
 
Atmosferdə hava cərəyanları  və şırnaqlı  
axınlar 
 
     Yuxarı troposferdə və stratosferin aşağı qatlarında əsən və sürəti 
100 km/s və daha çox olan, böyük əraziləri tutan hava cərəyanları - 
şırnaqlı  axınlar
  mövcuddur.  Bu  cərəyanların  en  kəsiklərinin 
quruluşu  "boru"  şəklindədir.  Həmin  "boru"nun  orta  xətti  üzərində 
maksimal axınlar müşahidə olunur və kənarlara getdikcə küləklərin 
sürəti  azalır,  qalınlığı  orta  hesabla  3-5  km,  eni  200-400  km, 
uzunluğu isə bir neçə min kilometrədək müşahidə edilir. 
     Küləklərin sürət paylanması izotaxlarla göstərilir.
 İzotaxlar
 eyni 
maksimal  sürətlərə  malik  olan  nöqtələri  birləşdirən  səlis  əyri 
xətlərə  deyilir.  Güclü  hava  cərəyanları  temperatur  və  təzyiqin 
böyük  üfüqi  qradiyentləri  olduqda,  yəni  isti  və  soyuq  hava 
kütlələrinin  bir-birinə  yaxınlaşdığı  sahələrdə  yaranırlar.  Bu  cür 
əlverişli şərait, öz növbəsində, yüksək cəbhə zonalarında yaranırlar. 
Güclü  hava  cərəyanları  həmişə  yüksək  cəbhə  zonaları  ilə 
əlaqədardır  və  faktiki  olaraq  onların  külək  xarakteristikalarını  əks 
etdirirlər.  
     Yer  kürəsinin  bütün  rayonlarında,  zonalarında  şırnaqlı  axınlara 
rast  gəlmək  mümkündür.  Bizim  ərazilərdə  şırnaqlı  axınların  sürəti 

 
150-200  km/s,  Qərbi  Avropada  300-400,  Yaponiya  üzərində  isə 
500-600 km/s təşkil edir. Bunların intensivlikləri və təkrarlanmaları 
mövsümi  xarakter  daşıyır.  İlin  soyuq  dövrlərində  şırnaqlı  axınlar 
hər  yerdə  güclənir,  isti  dövrdə  isə  əksinə  zəifləyirlər.  Hansı 
hündürlüklərdə  müşahidə  edilməsindən  asılı  olmayaraq  hava 
cərəyanları  troposfer  və  stratosferdə  demək  olar  ki,  həmişə 
müşahidə  edilirlər.  Bunların  hər  ikisi  atmosfer  cəbhələri  ilə 
əlaqədardır. 
     Peyklərdən  çəkilmiş  fotoşəkillərin  təhlili  zamanı  buludlarla 
güclü  hava  cərayanlarının    arasında  aşağıdakı  əlaqələrin  olduğu 
müəyyən olunmuşdur: 
-    axınların  orta  xətlərindən  sağda,  adətən,  Cs  buludlarının 
zolaqlarının yaranması; 
- orta xəttdən solda buludlar nadir halda yaranarsa, onlar Ac və Cc 
buludları formasında olurlar; 
- güclü hava cərəyanlarının orta xətləri müxtəlif bulud sistemlərinin 
arasında sərhəd rolunu oynayırlar. Turbulentlik zonalarında uçuşlar 
zamanı  yırğalanmalar  müşahidə  olunur  və  uçan  aparatlar  spesifik 
silkələnmələrə və zərbələrə məruz qalırlar.] 
 
                   Şırnaqlı axınların təsnifatı 
 
     Troposferdəki 
hava 
axınları 
coğrafi 
əlamətlərinə 
görə 
tropikdənkənar, subtropik və ekvatorial
 olaraq üç yerə bölünürlər: 
     Tropiklərdən kənar  hava cərəyanları qütb cəbhələri  ilə əlaqədar 
olub, bütövlükdə  mülayim en dairələrini əhatə edirlər. 
     Subtropik  qurşaqda  hava  cərəyanları,  subtropik  barometrik 
maksimumun şimal kənarlarında qışda 25
0
 və 35
0
 şimal en dairələri 
arasında  yaranırlar.  Böyük  əraziləri  (min  km-lə)  əhatə  edən  hava 
cərəyanlarının  istiqaməti  qərbdən-şərqə  doğru  yönəlməklə,  orta 
xətləri təqribən 12 km hündürlükdə yerləşir.  
     Ekvatorial 
enliklərin 
güclü 
hava 
cərəyanları 
ekvator 
rayonlarında  yüksək  subtropik    antisiklonların  cənub  kənarında 
yaranmaqla, əsasən, şərq istiqamətli olurlar. 

 
     Şırnaqlı  axınlar  çox  müxtəlif  olmalarına  görə  bir-birindən 
fərqlənir  və  bir  çox  əlamətlərinə  görə  təsnif  edilirlər: 
hündürlüklərinə görə troposfer  və  stratosfer  şırnaqlı axınları, enlik 
vəziyyətinə  görə  isə  mülayim,  subtropik  və  ekvatorial  enliklərin 
şırnaqlı axınları təsnif edilir.  
     Troposferdə  şırnaqlı  axınlar.  Mülayim  enliklərin  şırnaqlı 
axınları  yüksək  antisiklon  və  siklonların  arasında  müşahidə  edilir. 
Onlar  daha  hərəkətli  olmaqla,  siklon  və  antisiklonların  yaranması 
və  inkişafı  ilə  əlaqədar  olaraq  intensivliklərini  fasiləsiz  olaraq 
dəyişirlər.  Şırnaq  oxunun  hündürlüyü  qışda,  adətən,  7-10  km, 
yayda isə 8-11 km hündürlükdə yerləşir.  
     Mülayim enliyin orta və cənub rayonlarında troposferdə şırnaqlı 
axınlar daha intensiv olurlar. Şırnaqlı axının oxu çox vaxt qışda 9-
10 km  və  yayda  isə 10-12 km  hündürlüyədək,  maksimal  sürəti  isə 
200-240  km/s  müşahidə  olunur.  Mülayim  enliyin  orta  və  cənub 
rayonlarında  troposferdə  yaranan  şırnaqlı  axınların  intensivliyi 
qışda yaya nisbətən daha böyük olur.  
     Şimal  yarımkürəsində  subtropik  qurşağın  şırnaqlı  axınları 
subtropik 
antisiklonların 
şimal 
periferiyasında, 
cənub 
yarımkürəsində  isə  subtropik  antisiklonların  cənub  periferiyasında 
formalaşırlar.  Bu  cür  şırnaqlı  axınlar  azhərəkətli  olur,  lakin  iri 
meridional  törəmələr  zamanı  onların  vəziyyəti  və  intensivliyi 
dəyişir. Qışda şırnaqlı axınların oxu üzrə orta maksimal  sürət bəzi 
yerlərdə 200-250 km/s-dan çox olur. Onların  intensivliyi  Asiya  və 
Şimali  Amerika  materiklərinin  şərq  sahillərində  çox,  Atlantik  və 
Sakit okeanların şərq sahillərində isə əksinə zəif olur.  
     Troposferdə  baş  verən  şırnaqlı  axınlarda  qərb  istiqamətli 
küləklər  daha  çox  hakim  olurlar.  Qışdan  yaya  doğru  şırnaqlı 
axınların  intensivliyi  azalır.  Bu  zaman  onların  yerdəyişməsi 
materiklər üzərində daha intensiv olur.  
     Cənub  yarımkürəsində  subtropik  şırnaqlı  axınlar  yuxarı 
enliklərdə  Antarktida  sahilləri  boyunca  müşahidə  edilirlər.  Bu 
zaman  güclü  küləklər  mülayim  zonanın  şimal  hissəsi  üçün  daha 
çox xarakterikdir.  

 
     Ekvatorial  zonanın  şırnaqlı  axınları,  əsas  etibarilə,  ilin  isti 
dövründə  5°  şimal  və  cənub  enlikləri  arasında,  15-20  km-lik 
təbəqədə olmaqla, Afrika, Cənubi Asiya, Şimali Avstraliya, Cənubi 
Amerikanın şimalında daha çox formalaşırlar.  
     Ekvatorial  zonada  tropopauzadan  yuxarıda  küləyin  sürəti 
hündürlükdən  asılı  olaraq  hər  yerdə  artır.  Burada  şərq  küləkləri 
daha çox hakimdir. Stratosferdə ilin soyuq dövründə qeyri - tropik 
enliklərdə qərb küləklərinin sürəti bir qayda olaraq hündürlüyə görə 
artır və 60 km hündürlükdə maksimuma -100 m/san-ə çatır.  
     Stratosfer  şırnaqlı  axınları.  Stratosferdə  şırnaqlı  axınlar  60 
km-ə yaxın yüksəklikdə yerləşməklə, onların maksimal sürəti 240-
280  km/s-dək  çatır.  Yüksək  cəbhə  zonaları  sistemində  həmişə 
müxtəlif intensivlikli atmosfer cəbhələri mövcud olur. 
     Şırnaqlı  axınların  oxu  yerüstü  təbəqədə  orta  hesabla  soyuq 
cəbhə xəttinin arxasında, isti cəbhə xəttinin isə qarşısında yerləşmiş 
olur.  
 
    Hava kütlələri və onların təsnifatı 
 
      Eyni  xüsusiyyətlərə  malik  olan  və  troposferdə  ümumi 
sirkulyasiya axınlarında hərəkət edən böyük hava həcmlərinə 
hava 
kütlələri
 deyilir. Hava kütlələri yüz min km
2
, bəzən isə milyon km
2
 
ərazini  tutulurlar.  Onların  şaquli  ölçüləri  isə  1-2  km  -  dən 
tropopauzaya qədər olur. Hava kütlələri yarandığı rayonlarda uzun 
müddət qalandan sonra həmin coğrafi rayonlar üçün xarakterik olan 
bütün 
xüsusiyyətləri 
mənimsəyirlər. 
Hava 
cərəyanlarının 
tropopauzaya    nəzərən  şaquli  en  kəsikləri    şəkil    70-  də  təsvir 
edilmişdir. 
    Hava  kütlələri  çox  zaman  yarandığı  rayonlardan  digər  ərazilərə 
hərəkət  edərkən  öz  əvvəlki  əlamətlərini  dəyişirlər,  yəni 
transformasiyaya
 uğrayırlar. Uzun müddət öz əlamətlərini  saxlaya 
bilən  hava  kütlələri  isə 
konservativ  hava  kütlələri
  adlanır.  Hava 
kütlələri, əsasən, termodinamik və coğrafi xarakteristikalarına görə 
təsnifatlaşdırılır. 
Termodinamik 
təsnifatın 
əsasını 
onların 
temperatur  rejimləri  və  rütübət  tutumları  təşkil  edir.  Bununla 

 
əlaqədar olaraq hava kütlələri isti və soyuq, həmçinin dayanıqlı və 
dayanıqsız hava kütlələrinə bölünürlər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
      Şək. 70. Tropopauzaya nəzərən hava cərəyanlarının şaquli 
en  kəsiklərinin sxemi 
     
     Yayıldığı ərazilərin səth temperaturlarından yüksək temperaturu 
olan  hava  kütlələrinə 
isti  hava  kütlələri
  deyilir.  Belə  hava 
kütlələrinin  əraziyə  daxil  olması  ilə  səthin  temperaturu  yüksəlir, 
hava kütləsinin özü isə yerə yaxın qatda soyuyur. 
     Yayıldığı  ərazilərdə  temperaturu  səth  temperaturundan  aşağı 
olan  hava kütlələrinə  isə 
soyuq hava kütlələri
 deyilir.  Bu cür  hava 
kütlələrinin  əraziyə  daxil  olduğu  zaman  hava  soyumağa,  hava 
kütləsinin özü  isə tədricən qızmağa  başlayır.  Ümumiyyətlə,  isti  və 
soyuq hava kütlələri anlayışları nisbi anlayışlardır. 
     Dayanıqlı 
sabit 
hava 
kütlələrinin 
daxilində 
konvektiv 
hərəkətlərin  intensiv  inkişafı  üçün  şərait  yoxdur.  Belə  hava 
kütlələrinə isti hava kütlələri aid edilir. Çünki soyuq səthin üzərinə 
hərəkət edən isti hava tədricən soyuyur. Soyuma atmosferin 1,0-1,5 

 
km - lik qatını (sərhəd təbəqəsini) əhatə edir və ən çox soyuma yerə 
yaxın  təbəqələrdə  baş  verir.  Daha  yuxarı  qatlarda  isə  soyuma  zəif 
gedir  və  temperaturun  hündürlüyə  görə  aşağı  düşməsi  normal 
qaydada davam edir. Nəticədə,  şaquli temperatur qradiyenti  azalır 
və  hava  kütlələrinin  aşağı  hissəsində  izotermiya  və  ya  inversiya 
qatları yaranır. 
     Konvektiv  hərəkətlərin  zəifliyi  və  havanın  tədricən  aşağıdan 
soyuması dayanıqlı hava kütlələrinin su buxarları ilə doymasına və 
kondensasiya  səviyyəsinin  aşağı  düşməsinə  səbəb  olar.  Su  buxarı 
çox  olduqda  bu  proses  inversiyaaltı  çənlərin,  dumanların,  alçaq 
laylı  və  laylı-topa  buludların  yaranmasına  səbəb  olur.  Bu 
buludlardan  çiskin,  temperatur  mənfi  olduqda  isə    xırda  qar 
dənərcikləri yağa bilər.  
     Dayanıqsız  hava  kütlələri  o  hava  kütlələrinə  deyilir  ki,  onun 
hüdudlarında  havanın  şaquli  hərəkətləri,  əsasən  də  termik 
konveksiya  üçün  əlverişli  şərait  olsun.  Belə  hava  kütlələrinə, 
adətən,  soyuq  hava  kütlələri  aid  edilir.  İsti  səthin  üzəri  ilə  hərəkət 
edən  soyuq  havanın  aşağı  hissəsi  qızır  və  şaquli  temperatur 
qradiyenti artır,  nəticədə, atmosferdə  intensiv konvektiv  hərəkətlər 
yaranır.  Bu  da  öz  növbəsində,  topa  buludların  yaranmasına  səbəb 
olur.  Rütübət  tutumu  çox  olduqda  və  konveksiya  troposferin  çox 
hissəsini  əhatə  etdikdə  Cu  cong  və  Cb  buludları  inkişaf  edir.  Bu 
buludlardan  yayda  leysan  yağışlar,  dolu,  qışda  isə güclü qar  yağır. 
İlin isti dövrlərində kütlədaxili ildırımlar da tez-tez təkrarlanır.  
     Konveksiya  özünün  maksimal  inkişafına  günortadan  sonrakı 
saatlarda çatır, çünki yer səthi bu vaxtlarda daha çox qızır və şaquli 
temperatur  qradiyenti  aşağı  qatlarda  çoxalır.  Buna  görə  də 
konvektiv  buludların  miqdarı  və  leysanların  təkrarlanması  çox 
zaman  günün  ikinci  yarısında  baş  verir.  Axşamlar  istilik  azalır, 
dayanıqsızlıq  zəifləyir,  ildırım  və  yağıntılar  isə  tədricən  kəsilir  və 
buludlar  dağılırlar.  Gecə  və  səhər  saatlarında  aydın  səma  olur, 
ancaq bəzən səhərlər radiasiya dumanları əmələ gəlir ki,  bunlar da 
günəş  çıxandan  sonra  tədricən  dağılırlar.  Dayanıqsız  hava 
kütlələrinin  su  hövzələri  üzərinə  yayılması  zamanı  başqa  bir 
mənzərə  alınır.  Su  hövzələri  böyük  istilik  tutumu  qabiliyyətinə 

 
malik  olduğuna  görə  sutka  ərzində  dəniz  və  göllərin  səthinin 
temperaturu az dəyişir. 
     Yarandığı coğrafi rayonlara uyğun olaraq hava kütlələri coğrafi  
cəhətdən  də  təsnifatlaşdırılmışdır.  Bu təsnifata  uyğun  olaraq,  hava 
kütlələri 
arktik,  mülayim,  tropik  və  ekvatorial  hava  kütlələrinə
 
ayrılırlar. Hansı səthin üzərində yaranmasından (quru və ya su) asılı 
olaraq  bu  hava  kütlələri  özləri  iki  yerə  ayrılır: 
1)  kontinental;    2) 
dəniz. 
     Hava kütlələrini işarə etmək üçün aşağıdakı qısaldılmış adlardan 
istifadə edilir: AKH  – arktik kontinental hava; ADH – arktik dəniz 
havası; MDH– mülayim dəniz havası; MKH – mülayim kontinental 
hava;  TDH – tropik dəniz  havası;  TKH – tropik  kontinental  hava; 
EH – ekvatorial hava. 
     Arktik  kontinental  hava  kütlələri
  –  Arktika  buzlaqları  üzərində 
yaranır. Yarandığı yerlərdə dayanıqlı, az rütubət ehtiyatına və yaxşı 
görünüşə malikdir. Qışda bu hava kütlələri dayanıqlı, az buludlu və 
çox  alçaq  temperaturlu  hava  şəraitinə  malik  olurlar.  Yayda  isə 
kontinentlərə  daxil  olaraq  dayanıqsız  hala  gəlirlər,  ancaq  burada 
havanın  çox  quru  olması  hava  şəraitinin  buludsuz  və  dayanıqlı  
olmasına səbəb olur. Qitələr üzərində  havanın çox qızması onların 
transformasiyası  ilə  nəticələnərək  mülayim  kontinental  havaya 
çevrilməsinə  səbəb olur. 
     Arktik  dəniz  hava  kütlələri
    –  Qrenlandiya  və  Şpitsbergen 
adaları  üzərində  yaranır.  Yarandığı  rayonlarda  dayanıqlı,  quru  və 
yaxşı  görünüşə  malikdir.  Bu  hava  kütlələri  donmayan  Norveç 
dənizi  üzərindən  keçərkən  onların  aşağı  qatları  rütübətlənir  və 
isinir. Kontinentə daxil olarkən onlar artıq dayanıqsız hala keçirlər. 
Bu  zaman  konvektiv  buludlar  yaranmaqla,  leysan  yağıntılar  və 
bəzən də şimşəklər müşahidə olunur. 
     Mülayim  enliklərin  dəniz  havası
  –  bu  hava  kütlələri    mülayim 
enliklərin  su  hövzələri  üzərində  yaranır.  Yarandığı  yerdə  çox 
rütübətli və dayanıqsız olur. Onlar isti dövrlərdə kontinentlərə daxil 
olaraq  qızırlar  və  bu  zaman  dayanıqsızlıq  halları  da    çoxalır. 
Nəticədə, Cu cong və Cb  buludları  yaranır,  leysan  yağıntılar  yağır 
və bəzən şimşək çaxır. 

 
     İlin  soyuq  dövrlərində  belə  hava  kütlələri  öz  dayanıqsızlığını 
ancaq  sahil  zonalarında  saxlayırlar.  Kontinentlərə  daxil  olarkən 
onlar  yerə  yaxın  təbəqələrdə  soyumaqla,  dayanıqlı  vəziyyətə 
gəlirlər. Bu zaman quru ərazilərdə havanın temperaturu yüksəlir və 
nəticədə,  St və Sc  buludları, advektiv dumanlar yaranır. 
     Mülayim en dairələrinin kontinental hava kütlələri
 – Avropa və 
Asiyanın  mülayim  en  dairələrində  yaranır.  Yayda  dayanıqsız 
olduqlarından onlarda Cu cong və Cb buludları inkişaf edir, leysan 
və şimşək müşahidə olunur. 
     Tropik  enliklərin  dəniz  hava  kütlələri
  –  Mərkəzi  Atlantikanın 
şərq  hissələrində  (Azor  maksimumu),  Aralıq  dənizi  üzərində 
yaranırlar.  Yarandığı  yerdə  çox  rütübətli  və  dayanıqsız  olurlar. 
Qışda kontinentlərə yayıldıqdan sonra onlar dayanıqlı hala keçirlər. 
Bu  hava  kütlələrində,  əsasən,  advektiv  dumanlar  və  laylı  buludlar 
yaranır. 
     Tropik  kontinental  hava  kütlələri
  –  Ərəbistan  yarımadası  və 
Mərkəzi  Asiya    rayonlarında  yaranır.  Qışda  və  ilin  keçid 
dövrlərində  bu  hava kütlələri dayanıqlı,  yayda  isə dayanıqsız olur. 
Bu  cür  hava  kütlələri  ərazilərə  daxil  olduqda  havanın  temperaturu 
xeyli  yüksəlir  (+30
0
-  +40
0
C).  Nəticədə,  bu  hava  kütlələrində 
azbuludlu hava şəraiti üstünlük təşkil edir. 
     Ekvatorial  hava
  –  Ekvatorial  en  dairələrində  tropik  hava 
kütlələri tərkibində yaranır və nəticədə, çox rütübətli və dayanıqsız 
olurlar.  Bu  tip  hava  kütlələri  bütün  il  boyu  intensiv  yağıntılarla 
(əsasən, leysan xarakterli)  xarakterizə olunurlar.  
 

Do'stlaringiz bilan baham:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2017
ma'muriyatiga murojaat qiling