Azərbayjan respublikasinda kimya və neftkimya kompleksiNİn mövjud iRİ GÜJƏ malik qurğularindan iSTİfadə MƏSƏLƏLƏRİ


Download 112.92 Kb.
Pdf ko'rish
Sana29.07.2017
Hajmi112.92 Kb.
#12334

«AMEA,  Xəbərlər».- 2009.- №2.-  s. 37-45.    

AZƏRBAYJAN RESPUBLİKASINDA KİMYA VƏ NEFTKİMYA KOMPLEKSİNİN MÖVJUD İRİ GÜJƏ

MALİK QURĞULARINDAN İSTİFADƏ MƏSƏLƏLƏRİ

Ş.T. Əliyev

     


   Azərbayjan  dünyada  neft  sənayesinin  ilkin  inkişaf  etmiş  ölkələrindən  biri  olduğu  kimi,  kimya    və  neftkimya

sənayesinin inkişafına da nail olmuşdur. Qeyd etmək lazımdır ki, sovet dövləti yarananadək Bakıda, daha doğrusu

Abşeronda 195-dən çox neft emal edən sexlər var idi. O, zamanlar neftin emalı üçün lazım olan reagentlər- qələvi,

xlorid, sulfat turşuları Rusiyadan və yaxud başqa Avropa ölkələrindən  gətrilirdi.Bu  dövrdə  Azərbayjanda  oksigen

istehsalı,  xlorid,  nitrat,  sulfat  turşuları  istehsal  edilməyə  başlanmışdı.  XIX  əsrin  sonlarında  Bakı zavodlarında  o

dövrün  tələbatına  görə  iki  sulfat  turşusu  və  kaustik  soda  istehsalı mövjud  idi.  1916-ji  ildə  Bakı zavodlarında  1,5

mlrd.  pud  sulfat  turşusu  istehsal  olunurdu  və  onun  58  %-i  neft  emalı  sənayesinin  ehtiyajının  ödənilməsinə  sərf

edilirdi. Bu zavodlarda illik istehsal güjü susuzlaşdırılmış soda üzrə 500 min pud və kaustik soda üzrə 200 min puda

çatırdı [1].

Artıq,  SSRİ  dövründə,  1931  -ji  ildə  xammal  kimi  buruq  sularından  istifadə  edilərək,  Neftçala  Yod-brom

zavodu  işə  salındı.  Bir  müddətdən  sonra  1935-ji  ildə  Abşeronda  neftçıxarma  sahəsinin  lay  sularından  istifadəyə

edilərək,  Bakı "Yod"  zavodu  istismara  verilmişdir.  1940-jı illərdə  Bakıda  dünyada  birinji  olaraq  neft  emalı üçün

sadə qurğular tikilmiş, sonra getdikjə həmin qurğular tədrijən təkmilləşdirilmiş, nəhəng bir neft emalı kompleksləri

yaradılmışdır. Dövrün artan tələbatı nətijəsində bu qurğularda yanajaqlardan başqa (benzol, kerosin, liqroin, mazut

və s.) sürtgü yağları və bitum da istehsal olunurdu.

Qeyd etmək lazımdır  ki, Azərbayjanda kimya sənayesi öz sürətli  inkişafına  əsasən II dünya müharibəsindən

sonra  başlanmış  və  1970-ji  illərin  sonunda  özünün  ən  yüksək  inkişaf  dövrünə  çatmışdır  [2].  Həmin  illərdə

Azərbayjanda çoxlu sayda iri kimya kompleksləri yaradılmışdır və bu kompleksin əsas güjlərinin 85 faizindən çoxu

ölkə  Prezidenti  İlham Əliyevin  sərənjamı ilə  2009-ju  ilin  noyabrında  60  illiyi  təntənə  ilə  qeyd  ediləjək  Sumqayıt

şəhərində  jəmlənmişdir.  Burada  yaradılan  istehsalat  sahələri  SSRİ  kimi  böyük  dövlətin  strateci  tələbatına  uyğun

inkişaf etməklə çoxsahəli olaraq, zənjirvari şəkildə vahid orqanizm halında birləşmişdir. Bu inkişaf sahəsinə əsasən:

elektrokimyəvi  və  qeyri-üzvi  sintez  məhsulları:  xlor  və  kaustik  soda,  xlorid  turşusu,  hipoxlorid,  sulfat  turşusu,

mineral  gübrələr,  üzvi  sintez  məhsulları:  izopropil  spirti,  propilen  oksidi,  ferroxromliqnosulfanol,  dixloretan;

qətranlar:  poliefir  qətranları,  epoksid  qətranı;  yüksək  molekullu  birləşmələr:  polietilen,  kauçuklar,  latekslər,

rezintexniki məmulatlar, şinlər; səthi aktiv maddələr: sulfanol sintetik yuyuju vasitələr, təmizləyiji vasitələr və xalq

təlabatı malları, polietilen örtük, ləyən, vedrə kanistr, müxtəlif  ölçülü qablar və s. daxildir. Bu  müəssisələrin  əsas

xüsusiyyəti ondadır ki, istehsal sahələri bir-biri ilə üzvi surətdə bağlıdır. Yaranmış bağlılığın həlqəsi qırılarsa, daha

doğrusu  bir  sahənin  dayanması digər  sahənin  dayanmasına  səbəb  olar  və  digər  tərəfdən  bir  müəssisənin  məhsulu

digəri üçün xammal mənbəyidir.

Qeyd  etmək  lazımdır  ki,  "Səthi  Aktiv  Maddələr"  zavodunda    1963-jü  ildə  layihə  güjü  60  min  ton/il  olan  I

növbə  sulfanol,  1974-ji  ildə  isə  layihə  güjü  70  min  ton/il  olan  II  növbə  sulfanol  istehsalı işə  salınmışdır.  Sonra

onların  güjü  artırılmaqla  birlikdə  ildə  150,0  min  tona  çatdırılmışdır  və  demək  olar  ki,  keçmiş  SSRİ-də  istehsal

olunan sulfanolun 95,0 faizi bu zavodun payına düşürdü. Bu zavodda 1975-ji ildə  layinə  güjü  82,5  min  ton    olan

diafraqma üsulu ilə kaustik soda və xlor istehsalı işə salınmışdı və istehsal güjü maye xlora görə 71, 2 min ton/ildir.

Bundan əlavə, zavodda xlorparafinlər (XP 12/14 %) layihə güjü XT - 13% 4000 ton/il, XN - 470 - 8550 ton/il və 

1964-ji ildə layihə güjü 8000 ton/il olan karboksimetilsellüloza istehsalına başlamışdır.

    "Sintezkauçuk" zavodunda 1957-ji ildə istismara verilən illik güjü 85 min ton olan  SKS-30 - ARKM-15 markalı

sintetik  kauçuk  istehsalatı  butadienlə  stirolun  birgə  polimerləşməsindən  alınan  məhsuldur  və  burada  sonradan

yenidənqurma işləri aparılaraq məhsuldarlıq 122 min ton / ilə çatdırılmışdır. 1977-ji ildə illik istehsal güjü 20,0 min

ton olan BS-50 və SKS-65 QP markalı latekslərin istehsalına başlanmışdır. 

    Tarixi obyektivlik naminə qeyd etmək lazımdır  ki, Ümummilli liderimiz  Heydər Əliyevin rəhbərliyi dövründə

respublika  kimya  sənayesinin  istehsal  bazasını əsaslı sürətdə  yeniləşdirilməsi  proqramını həyata  keçirərək,  onun

gələjək  perspektiv  inkişafının  bünövrəsini  qoymuşdur.  Təkjə  bir  həqiqəti  qeyd  etmək  yerinə  düşərdi  ki,  etilen  və

polietilen istihsalı üzrə kompleksin istismara verilməsi bir tarixi hadisədir. Belə ki, 1976-ji ildə H.Əliyev "EP-300"

kompleksinin tikilməsi üçün irəli sürdüyü təkliflər Moskva tərəfindən qəbul olunmuşdur. 1981-ji ildə o dövrə görə

müasir  yüksək  istehsal  güjü  olan  "EP-300"  kompleksinin  tikintisinə  başlanılmışdı  və  bu  kompleks  1987-ji  ilin

dekabrında  istismara  verildi.  "EP-300"  kompleksinin  tikintisinə  başlanandan  bir  müddət  sonra,  daha  bir  iri

istehsalat  sahəsinin  -  "Üzvi  Sintez"  zavodunda  "Polimir-120"  kompleksinin  əsası  qoyuldu  və  onun  texnoloci

avadınlıqları  əsasən  Almaniyadan  və  keçmiş  Çexoslovakiyadan  gətrilmişdir.  Bu    nəhəng  kompleks  1988-ji  ilin

sonunda  işə  salındı və  hazırda  istismardadır.  Qeyd  etmək  lazımdır  ki,  bu  unikal  qurğular  -    komplekslər  onunla

qiymətli  idi  ki,  əsas  baza  qurğusu  olan  "EP-300"  -  də    istifadə  edilən  xammallar  respublikanın  neft  emalı

zavodlarının  karbohidrogenləridir.  Polietilen  istehsalı respublikada  və  onun  regionlarında  polimer  məhsullarının,

xüsusən  kənd  təsərrüfatı  sahəsində  örtüklərin,  boru,  müxtəlif  məişət  məmulatlarının  istehsalına  əlverişli  şərait


yaratdı və polietilen əsasında kiçik müəssisələr yaranmaqla məişət əşyaları buraxmağa real şərait yaranırdı, istehsal

sahələri ekoloci jəhətdən təmiz, asan idarə olunan idi. Hər bir yerdə belə kiçik miqyaslı istehsal texnologiyalarının

yaradılması asan idi. Bundan əlavə, "EP-300" qurğusunda piroliz prosesində qaz halında məhsullar ayrılandan sonra

25-26  faizədək  maye  məhsullar  alınır,  bu  xüsusən  yüngül  və  ağır  qətran  məhsullarıdır.  Yüngül  piroliz  qətranının

emalı əsasında  keçmiş  SSRİ-i  zamanında  tikilməsi  nəzərdə  tutulan  benzol  istehsalı  SSRİ-nin  süqutu  səbəbindən

həyata keçirilməmişdir. Buna görə də yüngül piroliz qətranı yarımxammal kimi əsasın Avropa ölkələrinə satılır. Bu

qiymətli  yarımfabrikatın emalının səmərəli  olmasına  görə bir çox Avropa  ölkələri  onu  Gürjüstana  - Poti  limanına

daşıyır, oradan isə tankerlərlə Avropaya daşıyıb emal edərək, əlavə gəlir götürürlər  və bu səmərəli emal prosesinin

Azərbayjanda təşkil edilməməsi başa düşülən deyildir.

         Qeyd  edim  ki,  "EP-300"  kompleksi  istifadəyə  veriləndə  özünün  müstəqil  enerci  sistemi  olmadığından  və

Sumqayıt  istilik  elektrik  sahəsindən  enercinin  verilməsi  qeyri-sabit  olduğundan,  texnoloci  recimlərdə  tez-tez

pozulma  halları  baş  verirdi,  bu  isə  məhsulların  keyfiyyətinin  aşağı  düşməsinə,  maya  dəyərinin  artmasına  səbəb

olurdu. 1998-ji ildə ümummilli liderimiz H.Əliyev Yaponiyaya rəsmi səfəri zamanı Yaponiya tərəfindən "EP-300"

zavodu daxilində müasir tələblərə javab verən "Buxar-Qenerator Qurğusu"nu tikmək üçün güzəştli maliyyə krediti

ayrılmışdır.  Bu qurğunun tikintisinə 1999-jü ildə başlanılmış və 2001-ji ilin iyulunda qurğu H.Əliyevin iştirakı ilə

işə salınmışdır. Qurğunun istismara verilməsi nətijəsində istilik və elektrik enercisinin qiymətlərinin iki dəfə aşağı

salınmasına imkan yaranmışdı və bu qurğuda  1 kilovat saat elektrik enercisinə 132 qram şərti yanajaq sərf olunur.

Bu    qurğunun  işə  salınmasında  iştirak  edən  ümumilli  lider  H.Əliyev  demişdir:  "Bu  qurğu  Azərbayjan  kimya

sənayesinin,  təkjə  "EP-300"  yox,  başqa  kimya  müəssisələrinin  də  məhsuldarlığının  artırılmasında  çox  böyük  rol

oynayajaqdır".

       Kimya  kompleksinin  güjlü  potensiala  malik  zavodlarından  biri  olan  -  "Üzvi  Sintez"zavodunda  1963-jü  ildə

qazayırma qurğusu, 1964-jü ildə benzinin katalitik riforminqi, 1969-jü ildə "EP-60" kompleksi, 1968-ji ildə layihə

güjü 18 min ton/il epixlorhidrin, 15 min ton/ il epoksid qətranları, 1971-jü ildə güjü 40 min ton olan benzol, 33 min

ton/ il izobutilen və onun əsasında güjü 5 min ton/il olan poliizobutilen istehsalatları işə salınmışdır.

    "Superfosfat" zavodunda 1962-ji ildə dəmir kolçadanı əsasında sulfat turşusu sexi istismara verilmişdir. 1963-jü

ildə layihə güjü 78,0 min ton 100% hesabı ilə sadə superfosfat (400 min ton 19,7 % P2O5) işə salınmışdır. 1981-ji

ildə  ümumi  layihə  güjü  224,4  min  ton  100%-li  (P2O5  -ə  görə)  II  növbə  sadə  superfosfat  istesalı işə  salınmışdır.

1975-ji ildə layihə güjü 450,0 min ton/il olan kontakt üsulu ilə sulfat turşusu və 1989-jü ildə isə layihə güjü 240,0

min ton/il olan yeni sulfat turşusu istehsalatı istismara verilmişdir.

       "Məişət  kimyası"  zavodu  1966-ji  ildə  kimya  sənayesi  istehsalat  birliyinin  14-saylı  sexi  kimi  işə  salınmışdır

(layihə güjü 30 min ton/il) və 1971-ji ilin dekabr ayında bu istehsalatın əsasında sintetik yuyuju vasitələr istehsal

edən zavod təşkil edilmişdir. 1975-1977-ji illərdə illik güjü 60 min ton il olan 2 saylı yuyuju toz istehsal edən sahə

işə salınmışdır. 1979-ji ildən isə müəssisə sərbəst zavod kimi fəaliyyətə başlamışdır.

Neftçala  yod-brom  zavodunun  əsası  əvvəldə  qeyd  edildiyi  kimi,  1931-ji  ildə  qoyulmuşdur  və  1984-jü  ildə

yenidənqurma  işləri  həyata  keçirilərək  məhsuldarlıq  artırılmışdır.  Bu  zavodun    əsas  xammal  bazası  neft

quyularından  ayrılan buruq  sularıdır.  Bu  suyun  tərkibində  yodun    miqqdarı 40  mq/l,  natrium-xloridin  miqdarı isə

90-100 q/l-dir. Bu istehsalatın ən yüksək və əlverişli xüsusiyyəti ondan ibarətdir ki, sahə yerli xammallar əsasında

işləyir, anjaq kənardan lazım olan texnoloci avadanlıqların qətirilməsi tələb olunur. Bir faktı qeyd etmək lazımdır

ki,  keçmiş  ittifaqın  yoda  olan  tələbatının  70%-i  Yeni  Neftçala  Yod-brom  zavodunun  hesabına  ödənilmişdir.

Mütəxəssislərin  və  alimlərin  apardıqları  təjrübə  və  sınaqların  nətijələri  göstərir  ki,  bu  sahə  çox  gəlirli  bir  emal

sahəsidir. Belə ki, Neftçaladakı buruq sularının tərkibində 90-100  qram - litr natrium - xlorid vardır. Əgər bu duz

tullantı sularından ayrılıb istehsal edilərsə, o, öz keyfiyyətinə görə respublikada yeyinti sahəsində duza olan tələbatı

ekoloci tələbələrə uyğun ödəyə bilər.

Hazırda Abşeron yarımadasında tərkibində ağır metallar olan duzlar təmizlənmədən  toplanıb istehlak edilir

və  bu  da  müxtəlif  xəstəliklərin  yaranmasına  şərait  yaradır.  Neftçalada  alınan  duzun  tərkibində  ağır  metalların  az

olmasına  görə  elektroliz  prosesində  Sumqayıt  "Səthi  Aktiv  Maddələr"  zavodunda  bu  duz  məhsulundan  istifadə

oluna  bilər  və  kənardan  xammal  daşınmasına  sərf  olunan  xərjlər  xeyli  azalar.  Digər  tərəfdən,  Yod-brom  istehsalı

gətirdiyi gəlirlə respublikanın iqtisadiyyatının  yüksəldilməsində mühüm əhəmiyyət kəsb edə  bilər.

     Salyan plastik kütlə emalı zavodu 1972-ji  ildə işə salınaraq, ilk məhsulunu istehsal etmişdir. İllər keçdikjə bu

zavodun istehsal sahələri artmış, iqtisadi əlaqələri genişlənmiş və XX əsrin 80-90-ji illərində zavodun istehsal etdiyi

məhsulların  sayı  40-a  çatmışdır.  Burada  beş  istehsal  sexi  və  10-a  yaxın  köməkçi  sahə  fəaliyyət  göstərmiş  və

zavodun  istehsal  etdiyi  məhsullar  keçmiş  SSRİ-nin  200-dən  çox  şəhərinə  göndərilirdi.  Zavodun  14,9  min  ton

polietilen örtük, 5,4 min ton polietilen boru , 500 ton plastik kütlə emalı üzrə illik güjü vardır. Lakin 1992-ji ildən

sonra ölkələrarası iqtisadi əlaqələrin pozulduğu üçün zavodun respublikadan kənara göndərdiyi məhsullara tələbat

xeyli  azalmış  və  hazırda  bu  müəssisə  jüzi  fəaliyyət  göstərir.  Bununla  belə,  burada  olan  avadınlıqların  güjündən

səmərəli  istifadə  edib,  bu  müəssisəni  gəlirlə  işlətmək  mümkündür.  Belə  ki,  burada  respublikanın  artan  daxili

tələbatına uyğun olan məhsulları istehsal etmək xeyli fayda verərdi. 

Qeyd  etmək  lazımdır  ki,  Sumqayıt  «Sintezkauçuk»  zavodunda  butadien-stirol  və  nitril  kauçuklarının

yaradılması Azərbayjanda şin və rezin texniki məmulatların kütləvi istehsalının təşkilinə şərait yaratmışdı. Belə ki,

1957-ji ildə Bakı «Şin» zavodunun tikintisinə başlanmış və 1959-jü ildə strateci əhəmiyyətli şin istehsalının birinji



növbəsi, 1961-ji ildə 2-ji növbəsi işə salınmışdır.  Bu da imkan verirdi ki, respublikada minik və yük maşınlarının,

həmçinin  kənd  təsərrüfatının  şinə  olan  tələbatı  ödənilsin.  O,  dövrdə  işləyən  texnoloci  avadanlıqlar  öz  texniki

yönümünə  görə  birinji  nəsl  avadanlıqlar  qrupuna  daxil  olmaqla,  fiziki  və  mənəvi  jəhətdən  öz  ömürlərini  başa

vurmuşdur.  Detalların,  kamer  və  təkərlərin  yığılmasında  istifadə  edilən  avadanlıqlar  köhnələmiş  konstruksiyalı

avadanlıqlardan  hazırlandığından  və  bu  avadanlıqlar  mənəvi-fiziki  jəhətdən  köhnəldiyindən,  görülən  işlər  böyük

məsrəflərə səbəb olmaqla,  ağır fiziki əməyin nətijəsində başa gəlmişdir. Zavodda xammal və istehsal məhsullarının

saxlanması üçün  istifadə  olunan  anbarlar,  məişət  və  başqa  köməkçi  sahələr  hazırkı tələbatı  ödəmir.  Müəssisədə

istehsal prosesi  zamanı istifadə  olunan  xammal  və  materiallardan  başqa, 60-dan  çox  inqridient  bu  sahədə  istifadə

edilir.  Təbii  ki,  bunların  hər  biri  ayrı-ayrılıqda  məhsulun  texniki  göstərijələrinə  öz  təsirini  göstərir.  Qeyd

olunanlarla  yanaşı, zavodun  Bakı şəhərinin  mərkəzində  yerləşməsi  və  istifadə  olunan  avadanlıqlar  köhnə  olduğu

üçün  ekoloci  jəhətdən  problemlərin  mövjudluğu  bu  müəsissənin  köçürülməsini  zəruri  edir.  Bu  zavodun

respublikanın  iqtisadiyyatında  strateci  əhəmiyyətini  nəzərə  alıb,  respublikanın  müxtəlif  şinlərə  olan  tələbatını

ödəmək məqsədi  ilə  zavodun  köçürülməsi  və    əsas  sexlərinin  birində  yenidənqurma  işləri  aparıb, istehsalı davam

etdirməklə  və  işçi  qüvvəsini  qoruyub  saxlamaqla  yanaşı,  bu  istehsalatın,  Sumqayıt  «Sintezkauçuk»  zavodunun

yaxınlığında və yaxud onun ərazisində xammal bazasının yaxınlığında tikilməsi yaxşı nətijə verərdi. Digər tərəfdən

belə  bir  istehsalatın  uzun  illər  ərzində  mövjud  olan  Qaradağda  tikilməsi  niyyətinin  gerçəkləşdirilməsi  ekoloci

jəhətdən daha əlverişli olardı.

       Mingeçəvir  «Rezintexnika»  məmulatları  zavodu  1968-ji  ildə  işə  salınmışdır.  Bu  müəssisə  əsasən  Sumqayıt

«Sintezkauçuk»  zavodundan  və  digər  kənar  müəssisələrdən  kauçuk  gətirməklə,  müxtəlif  markalı  rezintexniki

məmulatlar  istehsal  etməklə  ixtisaslaşmışdır.  Müəssisədə  o  zamanlar  istehsal  edilən  məhsullar  əsasən  neft

sənayesinin  və  digər  sahələrin  tələbatını ödəmiş  və  həm də    respublikadan  kənara  göndərilmişdir.  Müəssisə  rezin

texniki  məmulatlardan:-təzyiqi  saxlayan  tutajaqlar,  transportyor  lentləri,  çarpazvarı qayışlar,  formalı və  formasız

rezin  texniki  məmulatlar  istehsal  etmişdir.  Regenerat  istehsalı isə  sıradan  çıxmış  avtomobil  kamerləri  və  sıradan

çıxmış rezin məmulatları əsasında rezin qarışığı hazırlamaq imkanına malikdir.

Mingəçəvir «Şüşə lifləri» zavodu da 1968-ji ildə istismara verilmişdir. Müəssisə istismara verildiyiy tarixdən

şüşə  lifi  istehsal  etmişdir.  Müəssisə  əsasən  beş  texnoloci  xəttdən  ibarət  olmaqla,  fasiləsiz  olaraq  şüşə  lifi  və  şüşə

parça istehsal etməklə, keyfiyyətin yüksəldilməsi üçün texniki yenidənqurma işləri həyata keçirilmişdir. 

Mingəçəvir  «İzolit»  zavodu  1958-ji  ildə  işə  salınmışdır.  Zavodun  əsas  məhsulları  tekstolit,  getinaks  və

izolyasiya  materiallarıdır.  İstehsal  edilən  məhsullar  radiotexnikada,  elektrotexnikada  və  hərbi  sənayedə  geniş

istifadə  oluna  bilər.  Bu  zavodun  tərkibində  Elmi  -  tədqiqat  mərkəzi  olmuşdur.  Son  illərdə  «Azərizolit»  elm  -

istehsalat  birliyi  kimi  fəaliyyət  göstərmişdir.  Bu  elm  sahəsində:  -hopduruju,  ötürüjü  tökmə  yapışdırıjı materiallar,

plastiklər və onlardan hazırlanan məmulatlar, preslənən tərkiblər (plastik kütlələr), ifrat tezlikli dielektriklər, yüksək

qızmaya  davamlı  elektrik  avadanlıqlarının  izolyasiya  sistemləri,  şüşə  materiallar  sahəsində  geniş  tədqiqat  işləri

aparmaqla istehsalata tətbiqini reallaşdırmaq imkanları diqqəti jəlb edir.

Qeyd  etmək  lazımdır  ki,  Azərbayjanın  neftkimya  sənayesinin  inkişaf  etdirilməsi  ilə  bağlı  olaraq,  sahənin

işinin  daha  da  inkişaf  etdirilməsi  və  elmi  əsaslarla  yeni  texnologiyalar  yaratmaq,  sahənin  işinin  intensivliyini

artırmaq  üçün  respublikada  bir  sıra  sahə  və    akademik  institutlar  yaradılmış  və  geniş  fəaliyyət  göstərmişlər.  Elm

sahələrinin  yaradılması  baxımdan  keçmiş  SSRİ-nin  Kimya  Sənayesi  Nazirliyinin  qərarı  ilə  1936-ji  ildə  Bakıda

Azərbayjan  Sintetik  kauçuk  zavodu  (AzSK)  yaradılmışdır  və  bu  zavoda  29  yaşlı M.A.Dalin  baş  mühəndis  təyin

edilmişdir  [3].Bu  zavodda  M.A.Dalinin  rəhbərliyi  altında  yüksək  qatılıqlı  etilenin  poroliz  qazlarından  ayrılması

prosesi həyata keçirilmiş və  dərin soyutma üsulu ilə işləyən qazayırma qurğusu yaradıldı ki, bu da dünyada bu tipli

birinji  qurğulardan  idi.  Digər  tərəfdən  tez  bir  zamanda  hərbi  təyinatlı  məhsulların  alınma  prosesləri  işlənmiş  və

tətbiq  olunmuşdur.  Partlayıjı maddələrin  alınması üçün  istifadə  olunan  toluolun,  Bakı neft  qaz  zavodunda  alınan

naftalindən  xammal  kimi  istifadə  etməklə,  krekinq  benzini  üçün  ingibitor  olan  alfa-naftolun  istehsalı  təşkil

olunmuşdur. 1962-ji ildən bu təjrübə zavodu sonralar keçmiş ittifaqın neftkimya sənayesi üzrə aparıjı elmi tədqiqat 

mərkəzlərindən  birinə  çevrilən,  özünün  təjrübə  zavodu  olan  aşağı  molekullu  olefinlərin  alınması  emalı  üzrə

Ümumittifaq Elmi-tədqiqat texnologiya isnstitutuna çevrildi. 1963-jü ildən 1987-ji ilə qədər bu nüfuzlu institutun 

direktoru,  akademik  M.A.Dalin  olmuş  və  bu  İnstitutda  bir  çox  nüfuzlu  alimlər  -  Y.H.Qəmbərov,  Ə.Ə.Baxşızadə,

İ.İ.Pisman,  B.R.Serebryakov,  A.Ə.Bunyat-zadə,  S.İ.Mehtiyev,  R.Ə.Əliquliyev,  V.R.Qurvıç,  V.M.Məmmədova,

R.Əlibəyli,  M.Y  Ağakişiyeva  işləmişlər.  Qeyd  edək  ki,  bu  institut  o  dövrdə  keçmiş  SSRİ  Neft-kimya  sənayesi

Nazirliyinin  tabeliyində  idi.  Hazırda  bu  institut  «Azərkimya»  Dövlət  Şirkətinin  tabeliyindədir  və  İnstitutda  20-ə

yaxın  elmi-tədqiqat  laboratoriyaları,  4  təjrübə  sexləri  fəaliyyət  göstərmişdir.Lakin  son  15  il  ərzində  institutda

aparılan elmi-tədqiqat işlərinin keyfiyyəti xeyli aşağı düşüb. Uzun müddətdə yetişən yüksək ixtisaslı alimlər işdən

gediblər  və  institutun  maddi  - texniki  bazası qorunub  saxlanılmadığından  tənəzzülə  uğrayıb.  Hazırda  bir  nəfər  də

olsa burada elmlər doktoru yoxdur. İşçilərin jəmi sayı 120 nəfər olsa da, ixtisaslı mütəxəssislərin sayı 30 nəfərdir,

halbuki vaxtı ilə burada 50-60 nəfərədək elmlər namizədi  və 12 nəfər elmlər doktoru var idi, indi isə jəmi 3-4 nəfər

elmlər namizədi qalıb. Hazırda burada dərin elmə malik kadr potensialı yox dərəjəsindədir. 

Digər  elmi-tədqiqat  müəssisəsi  -  Sumqayıt  Dövlət  Layihə  İnstitutu  (keçmiş  Dövlət  xlor  layihə  institutunun

Moskva filialı)  1959-jü ildə yaradılmışdır.  Bu institut əsasən Azərbayjanın kimya sənayesində və keçmiş SSRİ-də

Kiyev,  Dzercinsk,  Ufa,  Kazan,  İrkutsk,  Pavlodar,  Çelyabinsk,  Maqnitoqorsk,  Karaqanda,  Perm  və  müttəfiq



ölkələrdən  Polşa,  Bolqarıstan,  Suriya,  Vyetnam  və  Kubada  yaradılan  sənaye  sahələrinin  hazırlanması ilə  məşğul

olmuşdur.  İnstitutun  mütəxəssisələri  Yaponiya,  İngiltərə,  Fransa  və  İtaliya  firmalarından  alınan  işləri  birgə

layihələndirmişlər.  İnstitut  sərbəst  hüquqi  təşkilat  və  baş  layihəçi  olmaqla,  Azərbayjanda  yerləşən  sənaye

müəssisələrdən - Bakı, Sumqayıt, Mingəçəvir, Səlyan və Neftçalada görülən işləri layihələndirmişdir. Vaxtı ilə bu

institutda    400  nəfərdən  çox  mütəxəssis  işləyib,    böyük  layihələri  həyata  keçirdiyi  halda  bazar  iqtisadiyyatı

şəraitində,  əsas  mütəxəssislərinin  böyük  bir  hissəsi  işdən  getmişdir.  Güjlü  tarixi  ənənəyə  malik  bir  institutun

maddi-texniki  bazası demək  olar  ki,  tam  zəifləmişdir.  Hazırda  institutda  60  nəfər  işçi  çalışır,    onların  50  %-dən  

çoxu  yardımçı işçilərdir,  əsas  aparıjı   mütəxəssislərin  sayı 15-20  nəfərdir  və  onların  əksəriyyəti    yaşlıdırlar.  Bu

institutda gələjəkdə elmi-tedqiqat işlərinin davam etdirilməsi üçün gənj nəsil yoxdur və kadr hazırlığı aparılmır.

Əsası 1929-jü ildə qoyulmuş və 2009-jü ildə 80 illiyi qeyd olunajaq Azərbayjan Milli Elmlər Akademiyasının

Neft Kimya Prosesləri İnstitutu kimya və neft kimya sahəsində fundamental tədqiqat aparan elm mərkəzlərinin ən

əhəmiyyətlisi  hesab  edilə  bilər.  Bu  institutun  formalaşmasında  və  nüfuzunun  güjlənməsində  görkəmli  kimyaçı-

alim,  akademik  Yusif  Məmmədəliyevin  böyük  xidmətləri  olmuşdur.  Bu  institut  tərəfindən  ELOU-AVT-6  

qurğusunda  neftin  ilkin  emalı,  deparafinləşmə,  yağların  selektiv  təmizlənməsi  Q-43-07  qurğusunda  katalitik

krekinq,  katalitik  reforminq,  Sumqayıtda  "EP-300"  proseslərində,  polietilen,  səthi  aktiv  maddələrin  işlənib

hazırlanmasında  mühüm  işlər  görülmüşdür.Lakin  çox  təəsüf  ki,  son  on  il  ərzində  bu  institut  tərəfindən  ölkənin

kimya kompleksi  üçün  tutarlı bir  iş  görülməmişdir.  Məsələn,  Sumqayıtda  maye  məhsulların  tərkibində  doymamış

birləşmələrin  polimerləşməsini  daha  səmərəli  üsulla  maye  karbohidrogenlərin  ayrılması  üçün  günün  tələbləri

səviyyəsində  əməli  təkliflər  verilməmişdir.  Belə  ki,  hər  bir  dəyərli  elmi  və  praktiki  işləmələr  bu  sahənin

çətinliklərini aradan qaldıra bilərdi.

Bundan  əlavə,  Sumqayıtda  Azərbayjan  Milli  EA-nın  xlor  üzvi  birləşmələr    institutu  fəaliyyət  göstərmişdir,

sonradan respublikada polimer materiallarının istehsalının inkişafı ilə əlaqədar olaraq, institut Polimer Materiallar

İnstitutuna  çevrilmişdir.  Təəssüf  ki,  bu  institutun  da  demək  olar  ki,  10-12  ildir    Sumqayıt  kimya  kompleksi  ilə

əlaqəsi kəsilib və bu illərdə heç bir qarşılıqlı səmərəli iş görülməmişdir.

         Yuxarıda  qeyd  edildiyi  kimi,  yaradılmış  yüksək  güjə  malik  olan  istehsalatlar  keçmiş  SSRİ-nin  tələbatı üçün

nəzərdə tutulmuşdur. Zaman keçdikjə bu istehsalatların bəziləri fiziki və mənəvi aşınmalara məriz qalmış, bəziləri

isə yüksək enerci tutumlu olduğundan aşağı güjlə işləyəndə səmərəli deyildir. Yaranmış vəziyyətdən çıxış yolu kimi

"SAM" zavodunda 1983-jü illərin ortalarında tikintisinə başlanmış, sulfanol əvəzinə 100% alkilbenzol (layihə güjü

75 min ton/il) istehsalının tikintisi ləngisədə, 1994-jü ildə işə salınmışdır.  Lakin xammal olmadığından bu istehsal

sahəsi dayandırılmışdır.  Hazırda bu qurğunun bir hissəsindən başqa məqsəd üçün istifadə edilir. Dünya bazarında

alkilbenzolun  1  kq-nin  1  ABŞ  dolları  dəyərində  olduğuna  diqqət  yetirilərsə  və  bu  qurğu  işə  salınarsa,  onun

gətirəjəyi gəlir çox yüksək proqnozlaşdırılır.  Mütəxəsisslərə görə, bu qurğunun işini yenidən qurmaq və  az vəsait

xərjləməklə  işə  salmaq  mümkündür.  Digər  tərəfdən,  qiymətli  məhsul  olan  sulfanolun  bu  gün  xammal  mənbəyi

Azərbayjanda  yoxdur  və  bu  xammal  əvvəllər  Rusiyadan  gətirilirdi.  Hazırda  Bakı  Neftayırma  zavodunda  alınan

kerosin  TS-1  tərkibindən  parafin  210-220

o

J  fraksiyasını  pareks  qurğusunu  işlətməklə  ayırıb  və  hidrogenləşmə



qurğusunu  işə  salıb  problemi  həll  etmək  olar.  Əgər  göstərilən  yolla  100  %-li  alkilbenzol  və  ya  sulfanol  istehsalı

bərpa  edilsə,  onda  "Məişət  Kimyası"  zavodunun  bərpası üçün  əlverişli  şərait  yaranar.    Bunun  sayəsində  yuyuju

tozların istehsalı bərpa oluna bilər, respublikadaxili tələbat ödənilməklə yanaşı, ixraj potensialı arta bilər. Belə ki,

yüksək  məhsuldarlığa  malik  (90  min  ton/il)  olan  yuyuju  tozlar  zavodu  boş  dayandığı  halda,  başqa  ölkələrdən

yarımkompozisiya halında məhsullar gətirilərək, Bakının, Xırdalanın ətrafında yuyuju tozlar istehsal edilir.

 Qeyd  edildiyi  kimi  Sumqayıt  «Superfosfat»  zavodunda  2  sadə  superfosfat  və  bir  dənəvər  superfosfat

istehsalatı  fəaliyyət  göstərmişdir,  hazırda  bu  istehsalatlar  boş  dayanıb.  Respublikada  superfosfat  gübrəsinə  olan

təlabat  isə  450  min  ton/ildir.  Lakin  xammal  olmadığından  bu  sahənin  işi  tam  dayandırılmışdır.  Qeyd  edək  ki,

Sovetlər birliyində tələb olunan xammal-apatit Kola yarımadasından gətirilirdi və hazırda yol xərji çox olduğundan

bu xammal gətirilmir. Fikrimizjə, bu sahədə mövjud imkanlar yetərinjə araşdırılmayıb və ölkənin kənd təsərrüfatı

sektorunun mineral, həm də üzvi gübrələrə tələbatının yerli istehsal hesabına ödənilməsinin yüksək perspektivi və

potensialının  olması mütəxəssislərin  diqqətini  jəlb  etməkdədir.  Belə  ki,    Naxçıvan  ərazisində  gübrə  üçün  lazımlı

fosforlu birləşmələr var və bu sahəni işə salmaqla fosforlu birləşmələri zənginləşdirib bu müəssisəyə vermək olar.

Nətijədə yeni istehsal sahəsi yaranar və yeni iş yerləri açılardı.

Qeyd  edim  ki,Sumqayıt  kimya  kompleksində  ən  mühüm  məsələlərdən  biri  enercidaşıyıjılar  amilidir.  Bu

məsələ  2001-ji    ildən  etibarən  "Buxar-Generator  Qurğusu"nun  istismara  verilməsi  ilə  öz  həllini  tapmışdır  və  

yaranmış bu əlverişli şəraitdən istifadə edib, iri güjə malik istehsalat sahələrinin bərpa edilməsi zəruridir. Məsələn,

Sumqayıt  «Sintezkauçuk»  zavodunda  illik  güjü  82  min  ton/il  olan  asetonnitrilə  ekstraktiv  rektifikasiya  üsulu  ilə

yeni  butadien  sexi  2001-ji  ildə  işə  salınmışdır.  Xammala  görə  bu  sahə  aşağı  güjlə  işləsə  də,  alınan  məhsulun

keyfiyyəti  standarta  uyğun idi  və  təəssüf  ki,  2006-jü  ilin  sonunda  baş  vermiş  qəzadan  sonra  bu  sahə  bərpa  edilib

nədənsə işə  salınmadı.  Hər  gəza  zamanı   baş  verən  istehsalat  dayandırılarsa, onda  bu  sahənin  perspektivinə  ümid

azalır.  Belə  ki,  butadien  sexini  buraxmaqla,  zavodun    KN-sexində  butadien-  stirol  kauçuki  və  lateks  istehsalını

bərpa  etmək  olar.    Bu  qeyd  olunanlar  həyata  keçirilərsə,  şin  sənayesin  də  bərpası reallaşa  bilər.  Eyni  zamanda,

kauçukların  istehsalı həyata  keçirilərsə,  Mingəçəvir  şəhərində  yerləşən  Rezin  texniki  məmulatları    və  Reqenerat

zavodlarını  işə  salmaq  mümkündür.  Bu  tədbirlərin  həyata  keçirilməsi  sahəsində  Respublika  neftçilərinin  bu  tip


məhsullara tələbatı ödənilə bilər. 

         Mütəxəsisslərə  görə,  «EP-300»  kompleksini  layihələndirilən  zaman  XX  əsrin  60-70  –ji  illərin  qərb

texnologiyası  əsasında  SSRİ  texnoloci  prosesi  tətbiq  olunmuş  (xammal  kimi  Sibir  nefti  əsasında  alınan  nafta

götürülmüşdür),  amma  müasir  avtomatlaşdırma  idarəetmə  sistemləri  tətbiq  olunmamış, texniki  jəhətdən  etibarsız,

mənəvi  köhnəlmiş  və  əsasən  SSRİ  istehsalı  olan  texnoloci  avadanlıqlardan  istifadə  olunmuşdur.  Bu  istehsalatın

yaradılması  zaman,  onun  xammal  təjhizatı  SSRİ-nin  başqa  regionlarından  gətirilən  az  aromatik  karbohidrogenli

parafinli  benzin  fraksiyasının  hesabına  həyata  keçirilməli  idi.  SSRİ  dağılandan  sonra  Azərbayjan    öz  yerli

xammalarına  keçmək  məjburiyyətinə  qalaraq,  tərkibində  nisbətən  aromatik  karbohidrogenlər  çox  olan  benzin

fraksiyalı naftadan istifadə etməli oldu. Bunun nətijəsində «EP-300» qurğusunda istifadə olunan piroliz sobalarının

konstruktiv imkanları bu xammalın istifadəsində böyük çətinliklərə gətirib çıxarır. Belə ki, sobalar vaxtından əvvəl

kokslaşır, etilen  çıxımı aşağı olur,  yanajaq  sərfi  çoxalır, şamlar  və  sinusoid  (ilanvari)  şəkilli  borular  tez-tez  işdən

çıxmaqla boşdayanmalara və əlavə təmir işlərinin aparılmasına səbəb olur. Bunun üçün də burada istifadə olunan

sobalar  yenidən  qurulmalı  və  istifadə  edilən  xammala  görə  uyğunlaşdırılmalıdır  [4].  Belə  bir  tədbirin  həyata

keçirilməsi nətijəsində istehsal olunan məhsulda 10-15 % artım əldə etmək olar. Bunlarla yanaşı, xammal təminatı

həll edilərsə, daha doğrusu Respublikanın neftçıxarma sahələrindəki səmt qazlarını, propan-propilen, butan-butilen

fraksiyaları  yüngül  karbohidrogenlər  "EP-300"  kompleksinə  yönəldilərsə  və  bu  qurğu  öz  güjü  səviyyəsində

işləyərsə, il ərzində 300 min ton etilen, 180 min ton propilen, 135 min ton butilen-butadien fraksiyası, 350 min ton

piroliz  qətranı  və  85  min  ton  ağır  qətran  istehsal  olunar.  Bu  istehsalatların  sxematik  olaraq  ardıjıl  iş  prinsipi

aşağıdakı şəkildə verilmişdir. 


                  mövjud istismarda olanlar

                  istismarda olub dayandırılmışlar                       yaradılması perspektivli olan sahələr 



Şəkil.

  Azərbayjan Respublikasında Sumqayıt kimya və neftkimya kompleksinin bazasında kimya üçün benzin və

karbohidrogenlərin səmərəli emalının təşkili sxemi 

Şəkildən  göründüyü  kimi,  piroliz  prosesindən  sonra  alınan  məhsullar  kimyəvi  proseslərdə  qiymətli  xammal

kimi  «Üzvi  Sintez»,  «Sintezkauçuk»,  «Səthi  Aktiv  Maddələr»  zavodunun  sabit  işləməsini  təmin  edərdi.  Məsələn,

135 min ton butilen-butadien fraksiyası olarsa, onda butadien sexini layihə  güjündə işlətməklə, 82 min tona yaxın

butadien  istehsal  olunar  və  bu  da  kauçuk  istehsalının  bərpası üçün  kifayət  qədər  xammaldır.  Bundan  əlavə,  qeyd

olunan  işlər  həyata  keçirilərsə,  etilenin  miqdarına  görə  «Polimer-120»  kompleksinin  məhsuldarlığının  artmasına

real zəmin yaranar. Belə ki, hazırkı şəraitdə  polietilen  istehsalında  analoci  olaraq  texniki  və  texnoloci  problemlər

mövjuddur.  İstismarda  olan  əsas  texnoloci  avadanlıqların  mənəvi  jəhətdən  köhnə  olması,  etibarsız  işləyən

kompressorlarla  reaktorun  dənəvərləşdirmə  sistemin  köhnəlmiş  texnoloci  iş  recimi,  məhsulun  daşınması  üçün

müasir  standartlara  uyğun qablaşdırma  xəttinin  tələb  olunan  səviyyədə  olmaması, avtomatik  idarəetmə  sisteminin

tam tətbiq edilməməsi istehsalın məhsuldarlığını və iqtisadi jəhətdən səmərəliyini azaldır və təhlükəsiz iş  recimini

təmin  etmir.  Əgər,  polietilen  istehsalında  uzun  illərdir  gejikdirilən    yenidənqurma  işləri  həyata  keçirilərsə  və

polimerləşmədə  istifadə  edilən  yeni  inisiatorlara  keçməklə  (triqonoks-j,  triqonoks-42s,  triqonoks  B)  məhsul

çıxımını 10-15 % artırmağa şərait yaranırdı [5].

Təhlillər göstərir ki, kimya və neftkimya kompleksi hazırda çoxlu sayda iri məhsuldar qurğular və effektivli

istehsal sahələrinə malik olsa da, bu potensialdan jüzi istifadə edilir [6]. Bundan əlavə, mühüm qeyri-neft sektoru

olan  kimya  və  neftkimya  kompleksinin  yenidənqurulması  və  müasir  texnologiyalar  əsasında  güjləndirilməsi

məsələləri  gejikdiyindən,  bu  işlərin  ləng  aparılmasından  hazırda  mövjud  istehsal  güjlərindən  və  iri  qurğuların

məhsuldarlığından səmərəli istifadə məsələləri aktuallığı ilə seçilir [7]. Təəssüf ki, bu məhsuldar sənaye sahəsinin

effektivli  imkanlarından  yararlanmaq  tədbirləri,  ölkənin  ümumi  iqtisadi  inkişaf  proseslərindən  çox  geridə

qalmaqdadır  və  bu  sahədə  fundamental  elmi-praktiki  araşdırmalara,  elmi-tədqiqat  müəssisələri  ilə  istehsal

strukturlarının  əlaqəli  fəaliyyətinin  yenidən  qurulmasına  ehtiyaj  vardır.  Bundan  əlavə,  kimya  və  neftkimya

kompleksinin effektivli idarəetmə strukturunun yaradılması da aktuallığı ilə uzun müddətdir diqqət  mərkəzindədir

[8;  9].  Eyni  zamanda  dünya  iqtisadi  sistemindəki  qlobal  rəqabət  mühiti,  transformasiyalar  kimya  və  neftkimya

sektoru kimi mütərəqqi istehsal kompleksinin güjləndirilməsini, bu sahədə yeni iqtisadi vasitələrin tətbiq edilməsini

(məsələn,  texnoparklar,  xüsusi  iqtisadi  zonalar  və  s.)  və  bu  sahənin  innovasiya  iqtisadiyyatına  keçidinin

sürətləndirilməsini zəruri edir [10; 11; 12] .

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI:


1.

Heydər Əliyev və Azərbayjan kimyası, Bakı 2003, səh.24.

2.

Ş.T.Əliyev.  Azərbaycanda  neft-kimya  kompleksinin  potensialından  səmərəli  istifadə  edilməsi  problemləri



və perspektivləri. “İqtisadiyyat və həyat” jurnalı, №11,Bakı-2008, s.18-22.

3.

Azərbayjanın Elm və Mədəniyyət Xadimləri Bakı-«Elm», 2006, səh.16.



4.

Ş.T.Əliyev.  Sumqayıt  sənaye  mərkəzinin  innovasiya  iqtisadiyyatına  keçid  məsələləri.  «Sosial-iqtisadi

tərəqqi,  inkişaf  və  nailiyyətlər»  mövzusunda  Sumqayıt  şəhərinin  60  illiyinə  həsr  edilmiş  konfransın  materialları.

Sumqayıt,15 may 2009-ju il.

5.

Ş.T.Əliyev  .  Sumqayıt  sənaye  mərkəzində  kimya  və  neftkimya  kompleksinin  inkişaf  konsepsiyası



məsələləri, «İqtisadiyyat və həyat», №2, c.31-34, Bakı, 2009.

6.

M.S.Salahov, Ş.T.Əliyev. Sumqayıt şəhərində sənaye kompleksinin potensialından səmərəli istifadə



edilməsi perspektivləri, “Məruzələr”, № 5, AMEA, Bakı, 2008, s. 119-127.

7.

Ş.T.Əliyev.  Sumqayıt  şəhərində  mövjud  əmək  ehtiyatlarından  və  sənaye  kompleksinin  potensialından



effektivli istifadə məsələləri. «Maliyyə və uçot» curnalı, №5, (189) -2008, Bakı-2008, s.27-33.

8.

Ş.T.Aliev.Sovremennıe  problemı  povışeniə  konkurentosposobnosti  promışlennıx  sektorov  gkonomiki



Azerbaydjana v usloviəx perexoda k innovaüionnoy gkonomike. Mejdunarodnaə nauçno-praktiçeskaə konferenüiə

«Aktualğnıe problemı gkonomiçeskoqo razvitiə Ukrainı v usloviəx qlobalizaüii», Vinniükiy torqovo-gkonomiçeskiy

İnstitut, q.Vinniüa (Ukraina), 24 aprelə 2009 q, s.382-388.

9.

 Ş.T.Aliev. Problemı konkurentosposobnosti realğnıx sektorov gkonomiki Azerbaydjana v usloviəx



qlobalizaüii - “Məruzələr”AMEA, №6,Bakı-2008, c.135-143.

10.


Ş.T.Əliyev , Azərbaycanın iqtisadi inkişaf proseslərində yeni iqtisadi vasitələrin tətbiqi perspektivləri–

“Məruzələr”AMEA, Bakı, № 1,2009.

11.

Sh.T.Aliyev.The Importance of Study of the Experience of Turkey in the Formation of Special Economic



Zones in Azerbaijan Republic, The Eurasia Business and Economics Society (EBES) 2009 Conference , Turkey,

Istanbul, June 1-2, 2009

12.

Sh.T.Aliyev.The  Perspectives  of  Enforcement  of  the  Special  Economic  Zones  Role  in  Acceleration  of



Extension  of  the  Social-Economic  Problems  in  Azerbaijan  in  the  Context  of  the  Experience  of  Poland,  X

İnternational  Scientific  Conference  of  Economics  –  E-society  in  Central  and  Eastern  Europe,  Nalchenov,  May

11-13, 2009, p.409-412.

Voprosı ispolğzovaniə suhestvuöhix mohnıx ustanovok ximiçeskoqo i nefteximiçeskoqo kompleksa v

Azerbaydjanskoy Respublike

V statğe issledovanı voprosı razvitiə ximiçeskix i nefteximiçeskix predpriətiy v Azerbaydjane za poslednie

bolee  çem  100  let.  Analizirovanı  proüessı  sozdaniə  pervıx  ximiçeskix  predpriətiy  v  kontekste  usileniə  razvitiə

neftənoy  promışlennosti.  Danı  podrobnıe  xarakteristiki  sozdannıx  mohnostey  ximiçeskix  i  nefteximiçeskix

predpriətiy,  ix  osobennosti,  proizvodstvennıe  silı  i  vozmojnosti  obrazovaniə  pererabatıvaöhix  dopolnitelğnıx

mohnostey.  Osobenno  podrobno  ostanovleno  vnimanie  na  periodax  razvitiə  gtix  otrasley  posle  vtoroy  mirovoy

voynı.  Ukazana  nauçno-issledovatelğskaə  i  izobretatelğskaə  rabota  v  gtoy  otrasli,  otkrıtiə  i  neutomləemıy  trud

azerbaydjanskix uçenıx v sozdanii novıx proüessov i razrabotok. 

Obcektivno  issledovano  obnovlenie  i  modernizaüiə  ximiçeskoqo  i  nefteximiçeskoqo  kompleksa  stranı  v

period rukovodstva obhenaüionalğnoqo lidera azerbaydjanskoqo naroda Qeydara Alieva v 1970-1982 qodax. Dana

znaçimostğ  takix  krupnıx  ustanovok,  kak  «ER-300»  v  uskorennom  razvitii  pererabatıvaöhix  mohnostey  gtix

kompleksov i ee rolğ v rasşirenii assortimenta vajnoy ximiçeskoy i nefteximiçeskoy produküii. Krome toqo, raskrıta

rolğ gtoy krupnoy ustanovki v stabilğnom funküionirovanii vsex predpriətiy i proizvodstvennıx liniy ximiçeskoqo i

nefteximiçeskoqo  kompleksa.  Narədu  s  gtim  danı suhestvuöhie  problemı i  nedostatki  rabotı gtoy  vajnoy  krupnoy

ustanovki kompleksa i ukazana neobxodimostğ ee rekonstruküii. 

Analizirovan  rəd  predpriətiy,  vxodəhix  v  sostav  ximiçeskoqo  i  nefteximiçeskoqo  kompleksa  ne  tolğko

Sumqaita, no i qorodov Baku, Minqeçaura i Salğən. Danı suhestvuöhie vozmojnosti i perspektivı ix gkspluataüii s

ukazaniem ix raüionalğnosti  i rentabelğnosti. 

Osobenno raskrıtı potenüialğnıe vozmojnosti nauçno-issledovatelğskix predpriətiy i institutov v respublike,

vxodəhix  v  otraslevuö  strukturu  i  sistemu  Naüionalğnaə  Akademiə  Nauk  Azerbaydjana.  Podrobno  analizirovano

formirovanie  i  deətelğnostğ  gtix  uçrejdeniy  s  perioda  sozdaniə  po  seqodnəşniy  denğ  s  vıdeleniem  suhestvuöhix

problem i nedostatkov v rabote gtix uçrejdeniy i vajnostğ skoreyşeqo provedeniə reform v rabote gtix uçrejdeniy v

zavisimosti  ot  sovremennıx  trebovaniy.  Dan  rəd  predlojeniy  po  uluçşeniö  rabotı  ximiçeskix  i  nefteximiçeskix

predpriətiy,  usileniö  ix  roli  v  povışenii  potenüiala  promışlennosti  stranı  i,  osobenno,  v  vostanovlenii  potenüiala

Sumqaitskoqo industrialğnoqo üentra, kotoromu v 2009 qodu v noəbre Ukazom Prezidenta Azerbaydjana  İlğxama

Alieva budet torjestvenno otmeçatğsə 60-letie. 



The Issues of Use of the Existent Powerful Plants of the Chemical and Oil-Chemical Complex in Azerbaijan

Republic

The problems of development of the chemical and oil-chemical concerns in  Azerbaijan  for  more  that  last

100 years are investigated in the article. The processes of formation of the first chemical concerns in the context of

enforcement of the development of the oil industry are analyzed. There are given the detailed characteristics of the

formed chemical and oil-chemical concerns, their peculiarities, production powers and capabilities of formation of

the additional manufacture powers. Especially in detail the attention is given to the periods of development of these

branches after the World War II. There is also shown the research and invention work in this branch, the revelations

and non-tired work of Azerbaijani scientists in formation of new processes and operations. 

The renovation and modernization of the chemical and oil-chemical complex of the country in the period of

governance  of  the  nationwide  leader  of  Azerbaijani  nation  Haydar  Aliyev  in  1970-1982  are  investigated

objectively.  There is shown the importance of such large plants as ‘EP-300’ in the accelerated development of the

manufacturing  powers  of  these  complexes,  and  their  role  in  the  enlargement  of  the  assortment  of  the  important

chemical and oil-chemical production. Besides, the role of this large plant in the stable functioning of all concerns

and production branches of chemical and oil-chemical complexes is revealed. Alongside with it, there are given the

existent problems and demerits of the work of this important large plant of the complex, and there is also shown the

necessity of its reconstruction. 

A number of concerns, which comprise the chemical and oil-chemical complexes not only in Sumgait but

also in Baku, Mingechavir and Salyan, are analyzed. There are shown the existent capabilities and perspectives of

their exploitation with the indication of their rationality and efficiency. 

Especially the potential capabilities of the research concerns and institutions in the republic which comprise

the  branch  structure  and  system  of  the  National  Academy  of  Sciences  of  Azerbaijan  are  revealed.  The  formation

and activity of these constitutions is analyzed in details from the period of their formation till nowadays alongside

with  marking  the  existent  problems  and  demerits  in  the  work  of  these  constitutions  and  the  importance  of  the

accelerated  organization  of  the  reform  in  the  work  of  these  concerns  depending  on  modern  demands.    There  are

given a number of suggestions on improvement of the work of the chemical and oil-chemical concerns, enforcement

of their role in increase of the potential of the industry in the country, and, especially in reduction of the potential of

Sumgait  industrial  center,  in  honor  of  which  the  solemn  celebrating  of  its  sixtieth  anniversary  is  doing  to  be



organized in November 2009 by the Edict of the President of Azerbaijan Ilham Aliyev.

Download 112.92 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling