Balıqçılıq haqqında


balıq və digər su bioresursları üçün süni yaradılmış məskunlaşma şəraiti


Download 225.78 Kb.
bet2/6
Sana15.06.2023
Hajmi225.78 Kb.
#1479552
1   2   3   4   5   6
Bog'liq
Balıqçılıq

balıq və digər su bioresursları üçün süni yaradılmış məskunlaşma şəraiti - balıq və digər su bioresurslarının bəslənməsi, yetişdirilməsi, saxlanması üçün xüsusi olaraq yaradılmış və tənzimlənən şəraitə malik nohurlar, hovuzlar, su təchizatı sistemi olan sənaye qurğuları, göl və dəniz qəfəsləri, balıqyetişdirməyə uyğunlaşdırılmış digər yerlər;
balıqçılıq təsərrüfatı meliorasiyası - balıq və digər su bioresurslarının məhsuldarlığının artırılması məqsədilə balıqçılıq su obyektlərinin çirklənməsinin, zibillənməsinin və lillənməsinin qarşısının alınmasına, sərt gövdəli su bitkilərindən təmizlənməsinə, suların aerasiyası, habelə balıq və digər su bioresurslarının məskunlaşdığı, qidalandığı, nəsil artırdığı, yetişdiyi və çoxaldığı şəraitin təbii mühitə uyğunlaşdırılmasına yönələn tədbirlər;
balıq və digər su bioresurslarının iqlimləşdirilməsi - balıq və digər su bioresurslarının bu və ya digər növünün əvvəllər mövcud olmadığı balıqçılıq su obyektinə köçürülməsi və onun yeni populyasiyasının yaradılması.
Maddə 2. Balıqçılıq haqqında Azərbaycan Respublikasının qanunvericiliyi [3]
Balıqçılıq haqqında qanunvericilik bu Qanundan, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ hüquqi aktlardan ibarətdir. [4]
Balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi ilə əlaqədar meydana çıxan su, torpaq, əmlak, ətraf mühitin mühafizəsi, balıq məhsulunun minimum keyfiyyətinin idarə olunması və digər münasibətlər bu Qanun nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir. [5]
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi qaydaları bu Qanunla yanaşı, Azərbaycan Respublikasının su qanunvericiliyi, Azərbaycan Respublikası ilə Xəzəryanı dövlətlər arasında bağlanmış beynəlxalq müqavilələr və digər beynəlxalq hüquq normaları əsasında tənzimlənir. [6]
Sərhəd su obyektlərində balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi qaydaları su və dövlət sərhəddi haqqında Azərbaycan Respublikasının qanunvericilik aktları, tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərə alınmaqla bu Qanunla tənzimlənir. [7]
Maddə 3. Balıq və digər su bioresursları üzərində mülkiyyət [8]
Balıq və digər su bioresursları dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər.
Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində yaşayan balıq və digər su bioresursları Azərbaycan Respublikasına mənsubdur.
Bələdiyyə mülkiyyətində olan balıqçılıq su obyektlərində yaşayan balıq və digər su bioresursları bələdiyyə mülkiyyətindədir.
Akvakultura təsərrüfatının yerləşdiyi balıqçılıq su obyektlərində əldə olunan balıq və digər su bioresursları onun mülkiyyətçisinə və ya icarəçiyə məxsusdur.
 
Maddə 4. Balıqçılıq fəaliyyətinin obyektləri və subyektləri [9]
Ərzaq və xammal kimi istifadə edilə bilən və mühafizə olunan balıq və digər su bioresursları, onların məhsulları balıqçılıq obyektləridir. [10]
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada balıqçılıq obyektlərinin artırılması, yetişdirilməsi, istifadəsi, mühafizəsi, habelə balıq məhsullarının istehsalı və saxlanması ilə məşğul olan hüquqi və fiziki şəxslər balıqçılıq fəaliyyətinin subyektləridir. [11]
 
Maddə 5. Balıqçılıq subyektlərinin uçotu [12]
Balıqçılıq subyektlərinin uçotu müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 6. Balıqçılıq əhəmiyyətli su obyektləri [13]
Balıq və digər su bioresurslarının ovu, toplanması və akvakultura üçün istifadə edilən aşağıdakı su hövzələri balıqçılıq su obyektləridir: [14]
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi;
çaylar, göllər, su anbarları, su təchizatı kanalları və digər yerüstü su axınları, sututarlar, balıq və digər su bioresursları üçün süni yaradılmış məskunlaşma şəraiti; [15]
dövlətlərarası sərhədi müəyyən edən və ya sərhədi kəsib keçən yerüstü su obyektləri.
Su obyektlərinin balıqçılıq ehtiyatları üçün istifadəyə verilməsi Azərbaycan Respublikasının su qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
 
II fəsil

Download 225.78 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling