Bİr neçƏ SÖZ


Download 24.44 Kb.
Pdf ko'rish
Sana16.10.2017
Hajmi24.44 Kb.
#17972

BİR NEÇƏ SÖZ 

Sabit  Rəhman  səhnə  sənətimizin  görkəmli  nümayəndələrindən  biridir.  Onun  komediyaları 

inqilabdan  sonrakı  dramaturgiyamızm  mühüm  hadisələrindəndir.  30  ildən  artıqdır  ki,  bu 

komediyalar,  yeni-yeni  nəsilləri  güldürür.  Biz  hələ  tələbə  olanda  Sabit  Rəhmanın  duzlu 

hekayələrini maraqla oxuyurduq. Mənim Sabit yaradıcılığı ilə ilk tanışlığım onun «Şirin bülbül» 

hekayəsi  ilə  olmuşdur.  Xalq  lətifəsi  əsasında  yazılmış  bu  hekayədə  boşboğaz  nitqləri  ilə 

camaatın zəhləsini tökən yalançı millət qəhrəmanının surəti təbii boyalarla, sadə, koloritli danışıq 

dili ilə təsvir edilir və ədəbiyyatımıza yeni bir istedadın gəldiyini xəbər verirdi. Sanki bu kiçik 

hekayə müxtəlif tiplərin təbiətindən gülünc mənzərələrə açılan bir pəncərə idi. Və yazıçı həmin 

mənzərələri bütün aydınlığı ilə bu pəncərədən görürdü. Lövhələr getdikcə böyüyürdü. 

Biz  sonra  «Toy»dakı  tiplər  qalereyasını  gördük.  Bu  tiplərin  «sərkərdəsi»  Kərəmovun  hər  bir 

hərəkəti düz hədəfə dəyən satirik gülüş idi. 

Azsavadlı,  orta  səviyyəli  bir  kəndli  olan  Kərəmov  iş  başına  keçəndən  sonra  gözü  yeri-göyü 

görmür. «Burda mənəm - Bağdadda kor xəlifə» deyir... Hamıdan tələb edirdi ki, yalnız onunla 

hesablaşsınlar,  yalnız  Kərəmovun  şücaətindən  danışsınlar.  İş  o  dərəcəyə  çatır  ki,  Kərəmov 

kənddə özünə heykəl qoydurmaq xəyalına düşür. Beləliklə, Kərəmov öz kiçik miqyası dairəsində 

cahil  bir  diktatora  çevrilir.  Lakin  necə  deyərlər,  zaman  o  zaman  deyildi.  Kərəmovların  faciəsi 

ondadır ki, onlar hansı cəmiyyətdə, hansı zamanda yaşadıqlarını, hər bir şüurlu adamın onlardan 

çox-çox  yüksəkdə  dayandığını  dərk  etmirdilər.  Sanki  dramaturq,  Kərəmovun  pencəyinin 

yaxasından  yapışaraq,  onu  qaldırıb  nəhəng  bir  mikroskop  altına  qoymuşdur  və  bu  mikroskop 

onun aşkar, ya gizli eybəcərliklərini birə-yüz böyüdərək tamaşaçılara göstərir. Beləliklə, satirik 

gülüş triumfal bir qəhqəhəyə çevrilir. 

Sabit  Rəhmanın  komediyalarında  satirik  gülüşlə  müsbət  komik  surətlərin  doğurduğu  gülüş, 

demək  olar  ki,  əksərən  paralel  təzahür  edir.  Müəllif  bir  tərəfdən  Kərəmov,  Bərbərzadə,  Mirzə 

Qərənfıl, Əliqulu kimi cəmiyyət üçün artıq, zərərli ünsürlərə çevrilmiş insanları satira gülüşünə 

tutursa, digər tərəfdən Zalxa, usta Segah, Xəlil kimi xeyirxah adamların məzəli cəhətlərini lətif 

bir  yumorla  qarşımızda  canlandırır.  Sabitin  mənfi  obrazları  da,  müsbət  qəhrəmanları  da  bizim 

müasirlərimizdir. Öz cahil şəxsiyyətini  xalqa qarşı qoyan, özünə  heykəl qoydurmaq  iddiasında 

olan Kərəmovlar, öz şohrəti üçün buqələmun kimi dəqiqədə bir sifətə düşən, vəzifəsini bir pillə 

artırmaq üçün hər cür rəzalətdən istifadə eləməyə çalışan Əliqulular, adamları vuruşdurmaqdan 

zövq  alan  Mirzə  Qərənfillər,  ictimai  işləri  nadan  hissləri  üçün  bir  vasitəyə  döndərmək  istəyən 

Bərbərzadələr  cəmiyyət  tərəfindən  çoxdan  rədd  edilmiş  olsalar  da,  hələ  tamam  meydandan 

çıxmamışlar. Ola bilsin ki

;

 Kərəmovun xələfləri indi müəyyən biliyə, savada malikdirlər. Lakin 



yenə də gülüncdürlər, cahildirlər. Yenə də daxili mədəniyyətdən məhrumdurlar.

 

Sabitın  satirik  obrazlarında  hisslərin  eybəcərliyi,  ağlın  yırtıcılıqla  bərabər  heyvani  kütlüyü  çox 



qabarıq şəkildə,  iri-iri  ştrixlərlə  meydana çıxır. Biz onların təsvirində  müəllifin  heç bir güzəştə 

getmədiyini aydın şəkildə hiss edirik.

 

Onun komediyalarında həmişə bir neçə ictimai ideya qoyulur, bir neçə ehtirasın satirik və məzəli 



cəhətləri  göstərilir:  «Rədd  olsurı  karyerizm!»,  «Rədd  olsun  nadan  mənəm-mənəmlik!»,  «Rədd 

olsun  acgoz  xüsusiyyətçilik  ehtirası!»  Sabit  Rəhman  satirasının  sözaltı  mənaları  belədir. 

Dramaturqu, birinci növbədə, ictimai qüsurların sərrast nişana alınması, satiranın gülüş hədəfinə 

çevrilməsi maraqlandınr. Biz onun komediyalarına baxarkən, süjetin, intriqanın hardan başlayıb 

nə  ilə  qurtaracağı  barədə  düşünmürük.  Bu  əsərlərdə  hadisələr  əksərən  obrazların  danışıq  və 

hərəkətlərində,  bir-biriləri  ilə  rəflarlarında  ifadə  olunur.  Yəni,  onların  təsir  qüvvəsi  süjetin, 

intriqanın  şiddətindən  asılı  olmur.  Bu  cəhətdən  Sabit  Rəhman  komediyaları  Molyer,  Mirzə 

Fətəli, Cəlil Məmmədquluzadə teatrından artıq Qolden teatrına yaxındır. Dahi İtaliya dramaturqu 

Qolden  deyirdi  ki,  bilirəm,  bu  personaj  artıqdır.  Mənim  səhvimdir.  Lakin  mən  onu  qəsdən 

saxlamışaın.  Əgər,  müvəffəqiyyət  qazanmasa,  götürərəm.  Madam  ki

;

  müvəffəqiyyət  qazanır



f

 

demək, onun artıqlığını mənə bağışlamaq olar...



 

Belə artıq, lakin tamaşaçılar tərəfindən sevilən surətlər Sabitdə də var və onlar komik səhnələrin 

vüsətinə, bir növ, kömək etdikləri üçün, artıq olmaları o qədər də nəzərə çarpmır. Sabit Rəhman 

satirasının əsas silahı gülüşdür. Ola bilsin ki, bu gülüş bəzən həddini aşır, ola bilsin ki, məsələn, 



Əliqulunun  və  ya  Bərbərzadənin  hərəkətlərində  ağlasığmaz  hallar  baş  verir.  Bunlar  böyük 

satiradan  tələb  edilən  ciddiliyi,  kəskinliyi  müəyyən  dərəcədə  azaltsa  da,  onu  tamam  kəsərdən 

salmır.  Dramaturqun  devizi  güldürməkdir.  Sabit  özü  də  həmişə  deyərdi  ki,  komediya  gərək 

güldürsün. Bu gülüş ictimai yaramazlıqlara qarşı çevrildiyi üçün qiymətlidir. 

Sabit Rəhmanın dili xalq danışıq dilinə çox yaxındır, təbiidir, elastikdir, ifadəlidir. Hiss edirsən 

ki, dramaturq istədiyi səhnəni yaratmaq üçün, istədiyi gülüşü doğurmaq üçün ifadə kəşfində heç 

bir çətinlik çəkmir. Məlum olduğu kimi, dil bədii əsərin canıdır, ruhudur. Əgər, dil sönükdürsə, 

qurudursa, demək,  bədii əsər  yoxdur. İlıq xalq  yunıoru Sabitin dilində  mühüm  yer tutur.  Onun 

bir  sıra  hekayələrində,  komediyalarında  xalq  lətifələrinə  tez-tez  rast  gəlirik.  Bunlar  Sabitin 

əsərlərinə bir kolorit, bir xoşhallıq gətirir. 

Sabit Rəhman komediyalarının meydana çıxmasında, sevilməsində mədəniyyətimizin fəxri olan 

Azərbaycan Dövlət Akademik Dram Teatrının həlledici rolu olmuşdur. Sabit bu teatrın istənilən 

-sevilən  dramaturqlarından  idi.  Bizim  Mirzəağa  Əliyev,  Sidqi  Ruhulla,  M.Vəlixanlı,  Möhsün 

Sənani,  Mııstafa  Mərdanov,  Ağasadıq  Gəraybəyli,  İsmayıl  Osmanlı,  Əliağa  Ağayev,  Əzizə 

xanım,  Sona  xanım,  Hökümə  xanım,  Leyla  xanım,  Məhluqə  xanım,  Mirvari  xanım,  Nəcibə 

xanım  kimi  gözəl  sənətkarlarımız  Sabit  Rəhman  komediyalarında  unudulmaz  səhnə  surətləri 

yaratmışdır. 

Sabit  Rəhman  dünya  ədəbiyyatına  yaxşı  bələd  olan,  yüksək  mədəniyyətli  bir  yazıçı  idi. 

Tamaşaçılarımız,  xalqımız  onu  həmişə  olduğu  kimi,  indi  də  sevir  və  heç  bir  zaman 

unutmayacaqdır. 



«Ədəbiyyat və incəsənət» qəzeti, 17 mart 1973-cü il. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Download 24.44 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling