Bm tarixi-2 Fənni Üzrə mtahan Suallarının Cavabları


Download 0.76 Mb.
Pdf просмотр
bet11/11
Sana11.05.2017
Hajmi0.76 Mb.
1   2   3   4   5   6   7   8   9   10   11

 

 

50.  Yaponiyanın  təslim  olması.  kinci  dünya  müharibəsinin  başa  çatması  və 

dərsləri. 

       1944-cü ilin sonu 1945-ci ilin əvvəlində Yaponiyanın vəziyyəti xeyli çətin idi. 

Müttəfiqlərin  Sakit  okeanda  hərbi  əməliyyatları  genişləndirmələri,  Filippin  və 

Birmanın  azad  olunması  və  Yaponiya  üzərinə  hava  hücumları  onun  vəziyyətini 

kəskinləşdirirdi.  1945-ci  il  aprelin  1-də  Okinava  adasına  amerikanlar  desant  çı-

xartdıqdan  sonra  Yaponiyada  hakimiyyət  dəyişikliyi  oldu.  Yapon  hakim  dairələ-

rinin  gözlənilən  hərbi  əməliyyatların  qarşısını  almaq  üçün sülh  danışıqlarına baş-

lamağa  sveç,  sveçrə və Portuqaliyanın vasitəsilə cəhd etmələri uğursuzluqla nəti-

cələndi.  Müttəfiqlərin  Yaponiyaya  münasibətdə  əsas  prinsipləri  aşağıdakılardan 

ibarət idi:  Yaponiya  təcavüzkar  müharibələr  nəticəsində işğal  etdiyi  əraziləri  geri 

qaytarmalı idi; Yaponiya məğlub edildikdən sonra yapon hökuməti öz fəaliyyətini 

dayandırmalı idi; Yaponiyanın işğalında müttəfiq dövlətlər iştirak etməli idilər. 

    SSR   Krım  konfransının  qərarını  yerinə  yetirərək  1945-ci  il  avqustun  8-də 

Yaponiyaya    müharibə  elan etdi  və  avqustun 9-dan  ona  qarşı hərbi  əməliyyatlara 

başladı.  Bu  ərəfədə,  avqustun  6-da  amerikanlar  13  kilotonluq  atom  bombasını 

Xirosimaya,  avqustun  9-da isə 17  kilotonluq  atom  bombasını Naqasakiyə  atdılar. 

Beləliklə,  təkcə  böyük  dağıdıcı  qüvvəsi  ilə  yox,  həm  də  radiasiyası  ilə  təhlükəli  

olan  yeni  silahın  yaradılması  dünyaya  bəlli  oldu.  ki  yapon  şəhərinin  bombalan-

ması heç bir hərbi zərurətdən irəli gəlmirdi. Yaponiya darmadağın olmaqdan qaça 

bilməzdi,  SSR -nin  Uzaq  Şərqdə  müharibəyə  qoşulması  ilə  onun  millitarist  reyi- 

minin  iflasını  sürətləndirdi.  kinci  dünya  müharibəsi  haqqında  memuarlarında  U. 

Çörçil  “Yaponiyanın  taleyinin  atom  bombası  ilə  həll  olunması”  fərziyəsinin  yan-



98 

 

lışlığını etiraf etmişdi. O yazırdı ki, onun məğlubiyyəti “ilk atom bombası atılana 



qədər yəqinləşmişdi”.  

       Yaponiyaya  qarşı  müharibədə  nüvə  silahının  tətbiq  edilməsinin  hərbi  yox, 

təmiz  siyasi  əhəmiyyəti  vardı.  Bu,  fövqalədə  gücə  malik  silahı  olan  yeganə  ölkə 

kimi  ABŞ-ın  gücünü  bütün  dünyaya  göstərməli  idi.  SSR -nin  müharibəyə  qoşul-

masından üç gün əvvəl və müharibəyə başladığı gün iki yapon şəhərinə nüvə bom-

balarının  atılması  sonradan  həm  də  üç  həftəyə  bir  milyonluq  Kvantun  ordusunu 

darmadağın etmiş Sovet  ttifaqının rolunu azaltmaq və müharibədə qələbəyə Ame-

rikanın  nail  olduğunu  bütün  dünyaya  göstərmək  üçün  istifadə  edilmişdi.  Yapon 

hökuməti  avqustun  14-də  təslim  haqqında  qərar  qəbul  etsə  də,  Kvantun  ordusu 

müqaviməti davam etdirir, hətta bəzi hissələri əks-hücuma da keçirdilər. Lakin son 

nəticədə yapon qoşunları təslim olmağa məcbur oldular. 1945-ci il sentyabrın 2-də 

Yaponiyanın qeyd-şərtsiz təslim olması aktı imzalandı. Yaponiya üzərində qələbə 

nəticəsində  Sovet  ttifaqı  Cənubi  Saxalini  və  Kuril  adalarını  geri  qaytardı.  Belə-

liklə, iki təcavüzkar dövlət-Uzaq Şərqdə Yaponiya və Avropada öz müttəfiqləri ilə 

birlikdə Almaniya tam iflasa uğradı. Avqustun ikinci yarısında yapon ordularının 

darmadağın edilməsi  ndoneziya, Birma və başqa ölkələrdə milli azdlıq hərəkatına 

təkan verdi. Yaponiyanın məğlub edilməsində Çin ordusu da müəyyən rol oynadı. 

Yaponiyanın məğlub olması ilə ikinci dünya müharibəsi sona yetdi. 

        kinci  dünya  müharibəsi  müharibələr  tarixində  ən  dəhşətli  və  dağıdıcı  müha-

ribə olmuşdur.  kinci dünya müharibəsinin ən başlıca yekunlarından biri faşizmin 

maddi və ictimai-siyasi sistem kimi yer üzündən silinməsidir. Bu, müharibədə na-

sist  Almaniyanın,  faşist  taliyanın  və  onların  müttəfiqlərinin  məğlubiyyəti  nəti-

cəsində  baş  vermişdi.  Dünyada  iki  sistem-burjua  demokratik  və  sosializm  sis-

temləri qalmışdı. Müharibədən sonra dünyada çox ciddi geosiyasi və ictimai dəyi-

ş

ikliklər baş vermişdi. Avropada və Asiyada bir sıra müstəqil dövlətlər yaradılmış, 



sərhədlər  yenidən  qurulmuş,  Mərkəzi  və  Cənub-Şərqi  Avropanın  bir  çox  ölkələri 

faşizmdən  azad  olduqdan  sonra  SSR   təsiri  altına  düşərək  sovet  modelli  siyasi 

inkişaf yolunu götürmüşdülər. 


99 

 

     Müharibə dövlətlərarası münasibətlərdə yeni mütənasiblik yaratmışdı: qalib və 



məğlub  dövlətlər  qrupu  yaranmış,  qalib  dövlətlər  sırasında  ABŞ-ın  və  SSR -nin 

nüfuzu olmazın dərəcədə artmış, onlar dünyanın super dövlətlərinə çevrilmişdilər, 

ngiltərə  və  Fransanın  dünyada  rolu  zəifləmişdi.  Müharibədən  sonra  Almaniya, 

Vyetnam,  Koreya  parçalanmışdı.  Sülhə və  təhlükəsizliyə  xidmət  edən beynəlxalq 

təşkilat  və  qurumlar  yaranmışdı.  Onların  arasında  hələ  müharibənin  gedişində 

formalaşmış  BMT  müstəsna  yer  tuturdu.  kinci  dünya  müharibəsinin  ən  başlıca 

yekunlarından biri də, onun dünya sivilizasiyasını məhv olmaqdan xilas etməsidir. 

O, dünya sivilizasiyasını yeni inkişaf yoluna yönəltdi, onun  yeni mahiyyət alması 

üçün  möhkəm  zəmin  verdi.  Müharibə,  həmçinin  dünyanın  müəyyən  zaman  kəsi-

yində iki ictimai-siyasi dünya sisteminə parçalanması üçün şərait yaratdı. Sonradan 

SSR -nin,  dünya  sosializm  sisteminin  süqutu  nəticəsində  sözügedən  parçalanma 

aradan  qalxdı.  

       kinci dünya müharibəsi dünya sivilizasiyasını qoruyub inkişaf etdirmək üçün 

çox mühüm dərslər vermişdir: 

-  O,  bəşəriyyətə  böyük  fəlakətlər  gətirən  müharibələrin  mahiyyətini  dərk  etmək 

dərsini verdi; 

-  O,  xalqlara  yeni  dünya  müharibəsinə,  özü də dəhşətli kütləvi qırğın  silahlarının 

mövcud olduğu indiki dövrdə, yol verilməsinə imkan yaratmamaq dərsini verdi; 

- O, xalqlara dünya müharibəsinə yol verməməyin ən başlıca şərtinin bu təhlükəyə 

qarşı birləşməyin çox vacib olması dərsini verdi; 

- O, göstərir ki, dünya müharibəsinə yol verməmək üçün ilk növbədə regional mü-

haribələrin baş verməsinin qarşısı alınmalıdır; 

- O, göstərdi ki, müharibənin qarşısını almağın ən önəmli yollarından  biri də, mü-

haribə əleyhinə təbliğatı gücləndirmək, bunun üçün möhkəm ideya-siyasi baza ya-

ratmaqdır; 

- Müharibənin qarşısını almağın ən mühüm şərtlərindən biri də, silahlanmaya son 

qoymağa, kütləvi qırğın silahlarını məhv etməyə və yenilərinin yaradılmasının qa-

dağan edilməsinə nail olmaqdır. 

 


100 

 

 



 

     



Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   11


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2019
ma'muriyatiga murojaat qiling