Corc Vaşinqton Mənim vətənim azadlıq olan yerdir. Tomas Cefferson
partiya bossları ilə sıx əməkdaşlığının əsası qoyulur
Download 2.66 Kb. Pdf ko'rish
|
Amerika prezidentləri
menin partiya bossları ilə sıx əməkdaşlığının əsası qoyulur. Bu əməkdaşlıq 1934-cü ildə Konqresə keçirilən seçkilərdə onun senata seçilməsilə nəticələndi. Federal siyasətdə ilk çıxışı olmasına baxmayaraq, dairə məhkəməsinin sədri kimi topladığı təcrübə köməyinə gəldi. Prezident Ruzveltlə ilk görüş onu «Yeni xətt»in qızğın tərəfdarı kimi tanıtdı. Bu da, öz növbəsində, onun Konqre- sin komitələrindən birinə sədr seçilməsinə kömək etdi. Vir- ciniyalı senator Bert Uilerlə birgə dəmiryol menecerlərinin maxinasiyalarının qarşısını almaq məqsədilə nəqliyyat haqqında qanun layihəsini hazırlaması ona işgüzar senator imici qazandırdı. 1940-cı ildə yenidən senator seçildikdən sonra, federal hökumətin silahlanma proqramını tədqiq edən fövqəladə komitəyə rəhbərlik ona tapşırıldı. Trumenin buradaki fəaliyyəti Yaponiyanın Pörl-Harbörə hücumun- dan sonra böyük əhəmiyyət daşımağa başlamış və onu ölkə səviyyəsində tanıtmış oldu. 1944-cü il seçkilərində demokrat partiyasının funksio- ner ləri onu vitse-prezidentliyə namizəd göstərirlər. Bunun əsas səbəbi demokratların, senata heç bir təsiri olmayan vit- se-prezident Henri Uollesin yenidən bu vəzifəyə seçilməsini istəməmələri idi. Trumenin vitse-prezident seçilməsi sensa- siya doğurmadı. Prezident Ruzveltin vəfatından sonra, 1945-ci il aprelin 12-də Trumen prezident səlahiyyətlərinin icrasına başladı. Trumen ilk olaraq Ruzvelt administrasiyasının layihə- lən dirdiyi siyasi və iqtisadi planları gerçəkləşdirdi: BMT, Ümumdünya Bankı, Beynəlxalq Valyuta Fondu yaradıldı. Onun hakimiyyəti dövründə baş vermiş ən yaddaqa- lan hadisə dünyada ilk dəfə olaraq atom silahından istifadə edilməsidir. 6 avqust 1945-ci ildə ABŞ qırıcı təyyarəsi Yaponiyanın Xirosima adasına ilk atom bombası atır. Hələ iyulun 24-də Trumen Stalini yeni silah haqqında məlumatlandırmışdı. O, hesab edirdi ki, bununla müharibə 187 Amerika prezidentləri tezliklə başa çatacaq. Xirosima və Naqasakiyə atom bom- basının atılması daim bəşəriyyətə qarşı böyük cinayət kimi dəyərləndirilib. Lakin Trumen qərarına haqq qazandırır, müharibənin uzanacağı təqdirdə hər iki tərəfdən qurban- ların daha çox olacağını bildirirdi. Şübhəsiz ki, bu qərarın verilməsinə yaponların Pörl-Harbörə gözlənilməz hücu- mu, Filippində amerikalı əsirlərlə amansız davranması öz təsirini göstərməmiş deyildi. Ümumiyyətlə onun prezi- dentliyi dövründə atom silahından istifadə daim gündəmdə olub. Bəzi Amerika rəsmiləri konkret hallarda atom silahın- dan istifadənin zəruri olduğunu bildirsə də, Trumen buna razılıq verməmişdir. O, atom bombasından, hər şeydən əvvəl siyasi məqsədlər üçün, qorxu vasitəsi kimi istifadəyə üstünlük verir və onun yalnız Sovet İttifaqı ilə qarşıdurma açıq müstəviyə, müharibə həddinə çatdıqda istifadə oluna- cağını bildirirdi. Müharibədən sonrakı Avropada gedən proseslərə Tru- men qədər təsir göstərmiş ikinci prezident yoxdur. O, qaliblərin alyansının qorunub saxlanılmasının mümkünsüz- lüyünü başa düşərək, Qərbi Avropanı Sovet təhlükəsindən qorumağın zərurili olduğunu bildirir. 1947-ci ildə «Trumen doktrinası»nı bəyan edərək Yunanıstan və Türkiyəyə, bura- da hakimiyyət kommunistlərin əlinə keçməsin deyə, iqtisa- di kömək göstərilməsi üçün Konqresə müraciət edir. Bu baxımdan Marşall planı daha çox əhəmiyyət kəsb edirdi. Planın əsas məqsədi kommunist ideologiyasının daha tez inkişaf tapmasına münbit şərait yaradan iqtisadi durğunluqdan, xaosdan qurtulmaq üçün ABŞ-ın Avropa- dakı strateji müttəfi qlərinə kömək göstərilməsi idi. Digər tərəfdən Marşall planına təhlükəsizlik siyasətinin təzahür forması kimi də baxmaq olar. Bu, müharibədən sonra Sovet İttifaqı və onun təsir çevrəsində olan dövlətlər birliyinə qar- şı duracaq Avropa ölkələrinin güclənməsinə səbəb olmalı idi. 188 Amerika prezidentləri ABŞ-ın milli təhlükəsizliyinin təmin edilməsi üçün sol təmayüllü siyasətçilərin təqib edilməsinə Trumenin loyal yanaşması, onun daxili siyasi kursunun zəifl iyini göstərir. Təhqiqat üzrə Senat komissiyasına rəhbərlik edən sena- tor Cozef Makkartinin ideoloqu olduğu bu cərəyan (so- vet ədəbiyyatında bu «Makkartizm» adlandırılır) kom- munistlərin, elm, ədəbiyyat və maarif xadimlərinin izlən- mələri, məhkəmə təqiblərinə məruz qalmalarına səbəb oldu. Bu, Trumenin «Sovet təhlükəsini» həddən artıq qa- bartması və bununla Avropa və Asiyada yeritdiyi siyasətin dəstəklənməsi üçün Konqresə təsir göstərmək cəhdindən irəli gəlirdi. Trumen 1952-ci il seçkilərində iştirak etmək istəmir. Onun siyasi varisi nüfuzlu demokrat və İllinoys ştatının qu- bernatoru Edlay Stivenson olsa da, populyar general, İkinci Dünya Müharibəsinin qəhrəmanı Duayt Eyzenhauer qalib gəlir. Respublikaçılar iyirmi illik fasilədən sonra yenidən Ağ Evə sahib olurlar. İstefaya çıxdıqdan sonra Kanzas-Sitidə yaşayan eks- prezident aktiv siyasi fəaliyyət göstərməsə də ölkədə gedən prosesləri diqqətlə izləmiş, 1961-ci ildə Con Kennedinin prezident seçilməsini dəstəkləmişdir. Harri Trumen 26 dekabr 1972-ci ildə 88 yaşında Kanzas-Sitidə vəfat edib. Dəfn mərasimində çıxış edən Lindon Conson onu «XX əsrin nəhəngi» adlandırıb və bu dəyərləndirməni bir çox tarixçilər dəstəkləyir. Ölümündən sonra onun populyarlaşması, zamanın tələbinə uyğun ola- raq, Trumenin prezidentlik fəaliyyətinin bəzi məqamlarının məxfi qalması, sonradan açılan arxivlərdəki əsl həqiqətlərin ictimaiyyətə bəlli olmasıdır. 189 Amerika prezidentləri DUAYT EYZENHAUER (DWIGHT D. EISENHOWER) (1953-1961) Birinci Dünya Müharibəsi istisna olmaqla, Birləşmiş Ştatların iştirakçısı olduğu bütün müharibələr ölkəyə yeni prezident verib. İstiqlaliyyət müharibəsi C.Vaşinqtonun, 1812-ci il müharibəsi E.Ceksonun, Meksika ilə aparılan 190 Amerika prezidentləri müharibə Z.Teylorun, Vətəndaş müharibəsi U.Qrantın, İs- pan-Amerika müharibəsi T.Ruzveltin, nəhayət İkinci Dün- ya Müharibəsi Duayt Eyzenhauerin prezident seçilməsində önəmli rol oynayıb. Duayt Eyzenhauer 14 oktyabr 1890-cı ildə Texasın De- nison şəhərində anadan olub. Ailədə tez-tez təkrar olunan deyimlərə görə Eyzenhauerlər «orta əsrlər alman ordu- sunun silahlı süvariləri»ndən olmuşlar. Təəssüf ki, bu ro- mantik nağıl tarixi faktlarla təsdiqini tapmayıb. Amerikada yaşamış ilk Eyzenhauer XVIII əsrin əvvəllərində Pensilva- niyada yaşamış Frederik olub. Gələcək prezidentin xırda ticarətçi olan atası Devid Eyzenhauer 90-cı illərdə ölkədə baş verən iqtisadi böhran səbəbindən müfl is olur və Kan- zasın Abilin şəhərinə köçür. Burada o, yaxın qohumuna məxsus yağ fabrikində işə düzəlir. Aykın (Duaytı uşaqlığın- da belə çağırırdılar) yeniyetməlik dövrü də Abilində keçir. Zəhmətkeş və əməksevər Eyzenhauerlər uşaqlarını işgüzar ruhda tərbiyə etmişlər. Balaca Ayk atasına məxsus 3 akrlıq torpaq sahəsində çalışır, yetişdirdikləri tərəvəz məhsullarını Abilinin varlılar yaşayan məhəlləsində satırdı. Sonralar isə dayısına məxsus yağ fabrikində fəhləlik edirdi. Abilindəki orta məktəbdə təhsilini bitirən 19 yaşlı Ayk əmək fəaliyyətini elə həmin fabrikin gecə növbəsində da- vam etdirir. İki il sonra Uest-Poyntdakı Hərbi Akademiyaya daxil olaraq qırx illik hərbi karyerasının başlanğıcını qoyur. 1915-ci ildə Akademiyanı bitirən Duayta leytenant rütbəsi verilərək, San-Antonio yaxınlığındakı Sem-Hyuston qalası- na göndərilir. Qalada xidmətinin ilk aylarında hərbi hissənin yaxınlığında yaşayan, qədim aristokratlar nəslindən Da- udlar ailəsinin qızı Memi ilə tanış olur və tezliklə onunla evlənir. Artıq Avropada Birinci Dünya Müharibəsi başlamışdı. ABŞ müharibəyə qatıldıqdan bir neçə gün sonra Duayta ka- pitan rütbəsi verilərək, Avropaya gedəcək qoşun hissələrinin 191 Amerika prezidentləri təlim keçdiyi 57-ci piyada polkuna göndərirlər. Qısa müddətdə tank qoşun hissələrinin hazırlanması sahəsindəki uğurlu fəaliyyəti hərbi rəhbərlik tərəfi ndən qiymətləndirilir və o, 1918-ci il iyunun 17-də mayor, oktyabr ayında isə podpolkovnik rütbəsinə layiq görülür. 1922-ci ildə Panama kanalı bölgəsinə göndərilən Ey- zenhauer 1924-cü ilin oktyabrına kimi orada qulluq edir. O, Amerika ordusunun nüfuzlu simalarından general Kon- nerin rəhbərliyi altında işləyir. Elə generalın zəmanəti ilə də Duayt 1925-ci ildə Baş Qərargah Akademiyasının funk- siyalarını yerinə yetirən Livenorq qalasındakı (Kanzas şt.) komandir-qərargah kollecinə qəbul edilir. Dövrünün ən nü- fuzlu hərbi təhsil ocaqlarından olan kolleci o, 1926-cı ildə əla qiymətlərlə – 275 dinləyici arasında birinci bitirmişdir. Kolleci bitirdikdən sonra Eyzenhauer Birinci Dünya Müharibəsində Amerika qoşunlarının iştirak etdiyi döyüş yerlərinin soraq kitabçasını hazırlamaq üçün Fransaya ezamiyyətə göndərildi. O, vətənə qayıtdıqdan sonra, 1928- ci ildə Vaşinqtondakı hərbi kolleci bitirmiş və 1929-33-cü illərdə hərbi nazir aparatında işləmişdir. Burada o, general Makarturla tanış olur. General ABŞ ordusuna qərargah rəisi təyin edildikdə Duaytı yanına işləməyə aparır. Makartur Filippinə göndərildikdə isə, onun köməkçisi vəzifəsində ek- zotik adaya gedir və 1940-cı ilədək burada xidmət göstərir. İkinci Dünya Müharibəsi başladıqda Eyzenhauer Baş Qərargah rəisi general Corc Marşallın yanında xidmət edir. Burada o, Cənubi Asiya və Filippinin gözlənilən Yapon təcavüzündən müdafi ə planını hazırlayır. Tezliklə o, ABŞ ordusunun Avropada strateji fəaliyyət proqramını hazır- layan əsas fi qura çevrilir və general Marşall onu Avropa cəbhəsinə baş komandan təyin edir. 1942-ci il 24 iyunda İngiltərəyə gələn Eyzenhaue- rin qarşısında duran ilk məsələ ingilis və amerika hərbi birləşmələri arasındakı əməkdaşlığı möhkəmlətmək, Fran- 192 Amerika prezidentləri saya qoşun çıxarmaq planını hazırlamaq oldu. Marşall kimi o da ikinci cəbhənin tezliklə açılmasına tərəfdar olsa da Uinston Çorçillə Ruzvelti bu plandan çəkindirmək nəsib oldu. Yalnız 6 iyul 1944-cü ildə «Overlord» əməliyyatını başlamaqla müttəfi q qoşunları Normandiyaya çıxarıldı. Bir həftə sonra Fransa torpağına ayaq basan Eyzenhauer, müharibənin sonunda məşhur amerikalıya çevrilir. Müharibə bitdikdən sonra, 1945-ci ilin noyabr ayına qədər, Eyzenhauer Almaniyada ABŞ bölgəsinin hərbi qubernatoru olur. General Marşalldan sonra üç il ərzində Ordu Qərargahı rəisi vəzifəsini tutur. 1948-ci ildə isə ordudan gedir. İstefaya çıxan Eyzenhauer müxtəlif fəaliyyət sahə lə- rindən çoxsaylı dəvətlər alır. Nəhayət IBM şirkətinin pre- zidenti və Kolumbiya Universitetinin qəyyumu Tomas Uotson onu Universitetin prezidenti olmağa razı sala bilir. Bu vəzifədə onun fəaliyyəti nəzərəçarpacaq olmamış, bu ərəfədə əsasən xatirələrini yazmışdır. 1948-ci il seçkilərində Trumenin vitse-prezidentliyə namizəd kimi iştirak etməsi təklifi ni Eyzenhauer qəbul etmir. Lakin bir il sonra prezidentin NATO hərbi birləşmələrinin baş komandanı olmaq təklifi ni qəbul edərək yenidən Avro- paya gedir. Prezident seçilənədək onun konkret partiya mənsubluğu olmayıb. Lakin bir çox respublikaçı liderlərin, xüsusilə se- nator Henri Locun təkidlərindən sonra Eyzenhauer növbəti seçkilərdə respublikaçıların namizədi olur. 1952-ci ildə o, demokratların namizədi Edlay Stivensona qalib gələrək prezident seçilir. Eyzenhauerin daxili siyasi-iqtisadi kursunun əsasını azad rəqabətin inkişaf etdirilməsi təşkil edirdi. Antitrest qanunvericiliyinin kəskinləşdirilməsi, müharibə ərəfəsində məvacib və qiymətlərə dövlət nəzarətinin ləğvi, müxtəlif iqtisadi-icraedici təşkilatların buraxılması onun iqtisadi proqramının başlıca müddəaları idi. 193 Amerika prezidentləri Əxlaqi prinsiplərə söykənən dünyagörüşü onun xa- rici siyasi kursunda da özünü büruzə verib. Şərq və Qərb arasındakı münaqişəni, Sovet İttifaqı və Çinin təmsilçisi olduğu, mənəvi dəyərlərə söykənməyən kommunist dik- taturası ilə azad Qərb demokratiyası arasındakı ziddiyyət kimi dəyərləndirirdi. Kommunist təhlükəsinə qarşı Qərb demokratik qüvvələrinin güclü koalisiyasının zəruriliyini bildirsə də, Sovet İttifaqı ilə münasibətlərin yaxşılaşdırıl- ması tərəfdarı idi. Onun nüvə enerjisindən sülhməramlı məqsədlərlə istifadəyə çağırışları 1957-ci ildə Atom Ener- jisi üzrə beynəlxalq təşkilatların yaranması ilə nəticələndi. Dünyada sülhün bərqərar olması uğrunda fəaliyyəti onun 1956-cı ildə yenidən prezident seçilməsini təmin etdi. Artıq Konqresin hər iki palatasında üstünlüyü əldən verən respublikaçıların onun bu qələbəsinə əhəmiyyətli köməyi olmayıb. Bu, Eyzenhauerin populyarlığının zirvə nöqtəsi idi. Prezident postundan getdikdən sonra siyasi fəaliyyət göstərməmiş, yalnız xatirələrini yazmaqla məşğul olmuş- dur. Duayt Eyzenhauer 28 mart 1968-ci ildə dünyasını dəyişib. 194 Amerika prezidentləri CON FİTSCERALD KENNEDİ (JOHN F. KENNEDY) (1960-1963) C.F.Kennedinin prezidentliyi bir çox xüsusiyyətlərinə görə yenilik simvolu kimi təcəssüm edir. O, XX əsrdə do- ğulmuş ilk və ənənəvi qaydada seçilmiş ən gənc prezident kimi tarixə düşüb. Digər tərəfdən Kennedi Ağ Evin sahibi olmuş ilk katolik idi. 195 Amerika prezidentləri Con Fitscerald Kennedi 29 may 1917-ci ildə Massa- çusets ştatının Bruklin şəhərində anadan olub. Amerikada yaşamış ilk Kennedi 1848-ci ildə İrlandiyadan köçərək Bostonda məskunlaşıb. Gələcək prezidentin atası Cozef Kennedi dövrünün tanınmış ictimai-siyasi xadimi olmaqla yanaşı, həm də varlı biznesmen idi. Ailənin maddi çətinliyi olmadığı üçün Cozef doqquz övladının hər birinin nüfuzlu məktəblərdə təhsil alması qayğısına qalıb. Balaca Con ilk ibtidai təhsilini Harvard Universite- ti nəzdindəki Dekster, sonra isə Riverdeyl məktəbində alır. Konnektikut ştatındakı Çoat və Kenterberi katolik məktəbində orta təhsilini başa vuran Conu atası Londona göndərir. 18 yaşlı Con London İqtisadiyyat məktəbində bir il təhsil aldıqdan sonra Prinston Universitetinə daxil olur. Lakin səhhətindəki problemlər üzündən tezliklə Universite- ti tərk edir. Növbəti il təhsilini Harvad Universitetində da- vam etdirir və 1940-cı ildə bu təhsil ocağını müvəffəqiyyətlə bitirir. Diplom işini İngiltərə xarici siyasətinə həsr edən Con (atası 1937-ci ildən ABŞ-ın İngiltərədə səfi ri idi) onu «Münhen barışması» adlandırır. Qeyd edək ki, təcridçilik tərəfdarı olan atası ABŞ-ın Avropada gedən proseslərə qarışmamasını istəyirdi. Atasının əksinə olaraq Con tota- litar təhlükənin aradan qaldırılması üçün ABŞ-ın Avropa- da gedən proseslərə fəal müdaxilə etməsini zəruri sayırdı. Məhz bu ruhda yazılmış diplom işi «İngiltərə nə üçün yatır- dı» adı ilə dərc edilir və ictimai-siyasi dairələrdə müəllifi n tanınmasına səbəb olur. Cozef Kennedinin mövqeyi isə onun siyasi-diplomatik karyerasının sonunu qaçılmaz edir və o, 1940-cı ildə səfi r postundan geri çağırılır. Yaponiyanın Pörl-Harbörə hücumundan sonra, Sakit Okeanda müharibə başladıqda C.Kennedi orduya getmək haqda ərizə verir. Lakin onurğa sütununda çatışmazlıq səbəbindən tibb komissiyası onu hərbi xidmətə yarar- 196 Amerika prezidentləri sız sayır. Bir neçə ardıcıl müraciətdən sonra nəhayət ona ABŞ hərbi-dəniz donanmasında xidmətə başlamaq nəsib olur. 1942-ci ildə Kennedi hərbi dəniz qüvvələri torpedo katerləri dəstəsində xidmətə göndərilir. Bir il sonra isə gənc zabit Sakit Okeanın cənub bölgəsində döyüşlərdə iştirak edən torpedo katerinə komandir təyin edilir. 2 avqust 1943-cü ildə Ferqüsson boğazında baş vermiş faciədə Kennedi təsadüfən ölümdən qurtulur. Onun ko- mandiri olduğu «PT-109» kateri yapon esminesi «Amaqi- ri» tərəfi ndən taran edilərək batırılır. Heyətin 13 üzvündən ikisi həlak olur, qalanları isə katerin qalıqlarından istifadə etməklə yaxınlıqdakı adaya çatırlar. Göstərdiyi döyüş baca- rığı və rəşadətinə görə gələcək prezident «Al qırmızı ürək» medalı ilə təltif edilir. Con müharibə bitdikdən sonra Herstin qəzet konsernində reportyor kimi çalışır. Çox keçmir ki, jurnalistikadan uzaqlaşaraq siyasətlə məşğul olmağa qərar verir. Onun qərarı böyük oğlunun müharibədə faciəli həlakından son- ra Cona böyük ümidlər bəsləyən atası tərəfdən dəstəklənir. Ümumiyyətlə Kennedinin siyasi karyera etməsində atası- nın, xüsusilə maliyyə cəhətdən böyük köməyi olub. Siyasi fəaliyyət üçün, təbii ki, demokrat partiyasını seçən Kennedi Bostona gələrək Nümayəndələr Palatasına seçkilərdə iştirak edir və 29 yaşında ikən Konqresin üzvü olur. 1950-ci ildə təkrarən Konqresə seçilir. İki il sonra isə senata seçkilərdə Henri Loca qalib gələrək, fəaliyyətini se- natda davam etdirir. Senator seçilən 36 yaşlı Kennedi Fransız əsilli Jaklin Li Buvye ilə ailə həyatı qurur. 1956-cı il prezident seçkilərində Kennedi partiya- nın namizədi Edlay Stivensonu dəstəkləyir və onun seçki kompaniyasında fəal iştirak edir. Aşkar bildirməsə də onun məqsədi vitse-prezidentliyə namizəd olmaq idi. Lakin bu 197 Amerika prezidentləri istəyi həyata keçmir. Perspektivinə ümidini itirməyərək 1958-ci ildə Konqresə seçkilərdə iştirak edir və yenə də se- nator seçilir. E.Stivensonun şəxsində demokratların iki ardıcıl pre- zident seçkilərində məğlub olması, Kennedini növbəti seçkilərdə namizədliyini irəli sürməyə həvəsləndirir. 1960-cı il seçkilərinə demokratların namizəd göstərməsi partiyadaxili çəkişmələrlə müşayiət olunur. Conson, Say- minqton, Stivenson və Kennedi əsas iddiaçılar idi. 1960- cı il iyul ayında partiyanın Los-Ancelosda keçirilən Konventində gərgin keçən müzakirələrdən sonra Kennedi və Conson, uyğun olaraq, prezident və vitse-prezidentliyə namizəd göstərilir. Seçkilərdə Kennedinin rəqibi respublikaçıların namizədi Nikson idi. D.Eyzenhauerin prezidentliyi dövründə vitse- prezident olmuş Niksonun qələbə çalmaq şansı olduqca bö- yük idi. Onu dəstəkləyənlər arasında bir çox tanınmış siyasi xadimlərlə yanaşı eks-prezident Eyzenhauer də vardı. Buna baxmayaraq 8 noyabr 1960-cı ildə keçirilən seçkilərdə Ken- nedi 49,7 % səs toplayaraq prezident seçildi. O, Niksondan vur-tut 0,1 % çox səs toplamışdı. Kennedi, yaxin keçmişin təcrübəsinin əksinə olaraq, kabineti qurarkən partiya mənsubluğunun fövqündə daya- nır. Praqmatik respublikaçı Duqlas Dillonun maliyyə naziri təyin edilməsi, MKİ şefi Allen Dallesi vəzifəsində saxlama- sı buna sübutdur. Qələbəsini estafetin gənclərə ötürülməsi kimi dəyərləndirərək gənc və bacarıqlı mütəxəssislərə üs- tünlük verir. Milli təhlükəsizlik üzrə məsləhətçi M.Bandi (40 yaş), müdafi ə naziri R.Mak-Namara (44), prezident köməkçisi T. Sorenson (32) buna misaldır. Eyni zaman- da 35 yaşlı qardaşı Robert Kennedini ədliyyə naziri təyin edilir. Ümumiyyətlə onun komandasının orta yaş həddi 45 olub (Eyzenhauerdə isə uyğun göstərici 56 idi). 198 Amerika prezidentləri C.Kennedinin «Yeni sərhədlər» adlandırdığı daxili si- yasi-iqtisadi kursunun əsasını vergilərin azaldılması ilə iq- tisadiyyatı dirçəltmək, xəstələrin sosial müdafi əsi, təhsilin təkmilləşdirilməsi və irqi-ayrı seçkilik probleminin həlli təşkil edirdi. Artıq Konqresdə üstünlüyü ələ alan respub- likaçılar və bəzi hallarda onlarla alyans quran Cənub de- mokratları bu kursun federal sistemdə kompleks halında gerçəkləşməsinə maneə yaradırlar. İrqi ayrıseçkilik məsələsində Kennedi ehtiyatla hərəkət edir. Qaradərililərin təqib edilməsinin Amerika demok- ratiyasının idealları ilə əkslik təşkil etdiyini bildirir və bu məsələdən beynəlxalq ictimaiyyətin, xüsusilə Sovet İttifa- qının əks-təbliğat üçün məharətlə istifadə etməsinin qarşı- sını maksimum almağa cəhd göstərir. Kennedi prezidentlik fəaliyyətində xarici siyasətə xü- susi önəm verib. Bu məsələdə Konqres ona nəzərəçarpacaq dərəcədə sərbəstlik vermişdir. Buna səbəb SSRİ-ABŞ qar- şıdurması, atom və hidrogen silahlarının bütün bəşəriyyət üçün təhlükə törətməsi olmuşdur. Kennedi müstəmləkə ağalığından yenicə xilas olmuş, inkişafca geri qalan dövlətlər uğrunda aparılan nüfuz müharibəsinə ciddi önəm verib. «Üçüncü dünya» adlandırı- lan bu ölkələri Kennedi, demokratiya və diktatura arasında «döyüş poliqonu» adlandırıb. Bu istiqamətdə Kennedi ad- ministrasiyasının təşəbbüsü ilə iki mühüm məsələnin həlli üçün cəhd göstərilir. «Tərəqqi alyansı» adlandırılan 19 La- tın Amerikası ölkəsi ilə bağlanan əməkdaşlıq müqaviləsinin həyata keçməsi üçün Konqres on il müddətinə 20 mlrd. dollar vəsait ayırır. ABŞ-da xüsusilə gənclər tərəfi ndən dəstəklənən «Sülh korpusu» isə Afrika və Asiya ölkələrinin inkişafına köməklik məqsədi daşıyırdı. Lakin bu layihələri tam reallaşdırmaq mümkün olmamışdır. 1964-cü il prezident seçkilərinə hazırlaşan Kenne- di Texasa səfər edir. 1963-cü il noyabrın 22-də, Texasa 199 Amerika prezidentləri gəldiyi ilk saatda, Xarvi Li Osvaldın açdığı atəşdən vəfat edir. Onun qətlini XX əsrin cinayəti də adlandırırlar. Pre- zident fəaliyyətinə başlamış Consonun göstərişi ilə Ali Məhkəmənin sədri Erl Uorrenin başçılıq etdiyi istintaq ko- missiyası yaradılır. Bir illik təhqiqat X.L.Osvaldın cinayəti təkbaşına törətdiyi nəticəsinə gəlir. Lakin bu səs-küylü qətl daim diqqət mərkəzində olub. Hətta 1977-ci ildə Konqresin xüsusi komissiyası da konkret rəyə gələ bilməyib. 80-ci illərdə aparılan təhqiqatlarda bu cinayətdə SSRİ DTK-sının, Kuba emiqrantlarının, MKİ- nın adları hallansa da, hələ ki, hamı tərəfi ndən qəbul olunan nəticə əldə edilməyib. 200 Amerika prezidentləri LİNDON CONSON (LYNDON JOHNSON) (1963-1969) Ən yeni tarixdə prezidentlərin fəaliyyətinə həsr olunmuş ictimai rəy sorğularında Lindon Conson axırıncı yerlərdən birini tutur. Bunun bir çox səbəbləri var. Onun məhz popul- 201 Amerika prezidentləri yar prezident Kennedinin öldürülməsindən sonra Ağ Evə sahib olması, tələbə tətillərinin kütləvi xarakter daşıması, irqi-ayrıseçkilik problemlərinin kəskinləşməsi, afro-ameri- kalıların vətəndaş hüquqları uğrunda mübariz, Nobel Sülh mükafatı laureatı M.L.Kinqin və gənclərin kumiri hesab edilən R.Kennedinin öldürülməsi onun prezidentliyinə kölgə salır. Bu baxımdan onun sosial-iqtisadi və vətəndaş haqları sahəsində əldə etdiyi nailiyyətlər demək olar ki, xa- tırlanmır. Lindon Beyns Conson 27 avqust 1908-ci ildə Texas şta- tının Stounuol şəhərində dünyaya gəlib. Əvvəllər fermer və makler olan atası Semüel Conson qısa müddət Texas qanun- verici orqanında demokratların nümayəndəsi kimi təmsil olunub. Balaca Lindonun uşaqlığı bolluq içində keçsə də, tezliklə ailənin maddi vəziyyəti pisləşir. 1921-ci ildə pam- bıq bazarında baş verən böhran ailə başçısının müfl is ol- ması ilə nəticələnir. Çox keçmir ki, ailə Pedernalesə köçür. Burada orta təhsilini bitirən Lindon uğur arxasınca Kalifor- niyaya gedir. İlk əvvəl ən ağır peşələrdə çalışır, sonra uzaq qohumunun vəkil kontorunda işləyir. İstər dərin savadının, istərsə də işgüzar əlaqələrinin olmaması səbəbindən plan- larını gerçəkləşdirə bilmir və 1926-cı ildə yenidən Texasa qayıdır. Bir müddət yol tikinti idarəsində fəhləlik edir. Texasın cənubundakı Meksikan məktəbində müəllimlik etdikdən sonra San-Markosdakı pedaqoji kollecə daxil olur. Təhsil haqqı çox olmasa da, oxumaqla yanaşı işləyir. Təhsildə ciddi uğur əldə etməsə də müəllim və tələbələrin rəğbətini qazanır. Kolleci bitirərək əvvəl Persoll, sonra da Hyuston şəhərində natiqlik sənətindən dərs deyir. Texas senatına keçirilən seçkilərdə Uilli Hopkinsin seç- kiönü kompaniyasında iştirakı, onda siyasi qabiliyyətin ol- duğunu göstərdi. Hopkinsin zəmanəti ilə 22 yaşlı Conson Texası Vaşinqtonda təmsil edəcək konqresmen Kleberqin köməkçisi olur. Bu onun həyatında ciddi dönüş yaradır. 202 Amerika prezidentləri Kleberqin yanında dörd il işləməsi onu siyasətçi kimi püxtələşdirir. Dəbdəbəli və əyləncəli həyat keçirən konq- resmenin əvəzinə onun əsas işlərini görən Conson, necə deyərlər, siyasi mətbəxin bir çox sirlərinə bələd olur. Bu ərəfədə təsadüfən tanış olduğu Klaudiya Teylora, elə tanışlığının ilk günü evlənməyi təklif edir. Varlı biznesmen Tomas Teylorun qızı ilə ailə qurması Consonun gələcək karyerasına böyük kömək etmişdir. 1935-ci ildə nüfuzlu Sem Reybernin himayədarlığı ilə, Conson Texas gənclər idarəsinin direktoru seçilir. 1937- ci ildə vəfat etmiş konqresmenin yerinə keçirilən təkrar seçkilərdə iştirak edərək qələbə çalır. Seçkilərdə ona qayna- tası ilə yanaşı, ştatın varlı biznesmenləri də kömək edirlər. 1941-ci ildə senata keçirilən seçkilərdə Conson Ruzvelt administrasiyasından güclü dəstək alır. Buna səbəb onun əvvəlki il keçirilən prezident seçkilərində göstərdiyi fəallıqla yanaşı, texaslı vitse-prezident Con Qarneri vəzifədən uzaq- laşdırmağa yardımçı olması idi. Senator seçilən Consonun nüfuzu daha da artır. Bu, öz növbəsində, Consonun işgüzar dairələrdə söz sahibi olması demək idi. Müharibə başladıqda Conson fəaliyyətini dayandıraraq cəbhəyə yollanır və kapitan-leytenant rütbəsində donanma- da xidmət edir. 1942-ci il 19 iyulda Ruzvelt döyüşlərdə işti- rak edən konqresmenləri geri çağırdıqda o, Vaşinqtona qa- yıdır. İşgüzar dostlarının köməyilə bizneslə məşğul olaraq böyük sərvət toplaya bilir. 60-cı illərin əvvəllərində «Life» jurnalı onun 14 milyon dollara malik olduğunu bildirir. 1948-ci ildə senata seçildikdən sonra sürətlə karyera edir. Tezliklə senatda demokrat fraksiyasına rəhbərliyi ələ alır. 1954-cü il seçkilərində qələbəsi isə onu demokratların aparıcı liderinə çevirir. Nəhayət, Nikson 1960-cı il prezident seçkilərində vitse- prezidentliyə namizəd göstərilir. Kennedinin qətlindən son- ra ölkənin ali vəzifəsinə sahib olur. 203 Amerika prezidentləri Consonun fəaliyyət proqramının əsasını kadr siyasəti və siyasi ardıcıllıq təşkil edirdi. Bununla yanaşı o, qətiyyətlə sosial problemlərin həllinə başlayır. Belə ki, 8 yanvar 1964- cü ildə elan etdiyi ilk hökumət proqramını «yoxsulluğa qar- şı sözsüz müharibə» adlandırır . Qanunvericilik məsələlərini, hökumət sistemində zəif və güclü tərəfl əri Conson kimi bilən ikinci bir prezident olma- mışdır. Uzun müddətli mübarizədən sonra Konqresdə çox- luğun liderinə çevrilmiş texaslı məktəb müəllimi hökumətə özünə məxsus ailə kimi yanaşmışdır. Bütün hökumət işlərinə və hər bir siyasi prosesə şəxsən nəzarət etmişdir. Vaxtilə Kennedi tərəfi ndən Konqresə təqdim olunmuş vətəndaş hüquqları haqqında qanun layihəsini qısa müddətə qəbul etdirə bilir. Qanuna əsasən nəhayət Cənubda afro- amerikalılara seçki hüququ verilir, kişi və qadınlar arasın- dakı hüquq bərabərliyi öz əksini tapırdı. Bu 1791-ci ildə qəbul edilmiş hüquqlar haqqında Billin tam reallaşması istiqamətində atılmış böyük addım kimi dəyərləndirilir. Qısa müddətə gördüyü işlər onun populyarlığını ar- tırır. Növbəti seçkilərdə respublikaçıların namizədi Barri Qolduoterə böyük üstünlüklə qalib gəlir. Xarici siyasət sahəsində Conson əsasən Kennedi kursu- nu davam etdirir. Sovet İttifaqı ilə əlaqələrin yaxşılaşdırıl- masına ehtiyatla tərəfdar çıxır, 1968-ci ildə nüvə silahının yayılmaması haqda müqavilə imzalayır, prezidentliyinin sonuna yaxın silahlanmanı məhdudlaşdırmaq haqda da- nışıqlara hazırlıq görür. Lakin onun Vyetnamda uğursuz müharibəyə başlaması xarici siyasi kursun ifl ası olur. Növbəti prezident seçkilərində vitse-prezident Hübert Hemorrinin namizəd göstərilməsinə yardımçı olur. İstefaya çıxdıqdan sonra Texasdakı rançosuna qayıdır və 2 yanvar 1973-cü ildə vəfat edənədək ictimaiyyət arasında görsənmir. Ömrünün son günlərini nəvələrinin tərbiyəsinə və memuarlarını yazmağa həsr etmişdir. 204 Amerika prezidentləri RİÇARD MİLHAUZ NİKSON (RICHARD M. NIXSON) (1969-1974) O, Amerika prezidentləri tarixinə ilk dəfə istefa vermiş prezident kimi düşüb. Bu, iki il davam etmiş Uotergeyt qal- maqalına son qoymaq üçün nümunəsiz addım olmaqla ya- naşı, ABŞ tarixində görünməmiş konstitusiya böhranı kimi dəyərləndirilib. Riçard Milhauz Nikson 1913-cü il 9 yanvarda Cənubi Kaliforniyanın Yorbe-Linda şəhərciyində anadan olub. İr- land əsilli Niksonlar XVIII əsrin əvvəllərindən Amerika qitəsində məskunlaşıblar. Bəzi bioqrafl arı C.Vaşinqtonun yaxın ətrafına daxil olan, Vətəndaş Müharibəsinin qəhrə- 205 Amerika prezidentləri manları sırasında Niksonlar nəslinin nümayəndələri oldu- ğunu bildirirlər. Gələcək prezidentin atası Frenk Nikson sahibi olduğu balaca dükandan əldə etdiyi cüzi gəlirlə ailəsini dolandırır- dı. Balaca Riçardın uşaqlığı çətin şəraitdə keçib. Uitterdəki kollecə daxil olanadək ailənin bütün təsərrüfat işləri onun üzərinə düşürdü. Lakin vəziyyətin ağırlığı onun kolleci uğurla bitirməsinə mane olmur. 1934-cü ildə Daremdəki (Şimali Karolina) Dyuk Universitetinə, təqaüd almaq şərtilə, daxil ola bi- lir. Universitetdə üç illik təhsilini başa vuraraq, xidmətini təklif etdiyi FTB və böyük vəkil kontorlarının cavabını gözləmədən valideynlərinin yanına qayıdır. Burada 24 yaş- lı Nikson kiçik kontorda vəkillik praktikasına başlayır. İki il sonra qonşu dairədəki La-Qabia şəhərinə köçərək burada şəhər prokuroru vəzifəsini tutur. Paralel olaraq kommersiya ilə məşğul olmaq cəhdi baş tutmur. 1940-cı ildə Riçard Amerikanın sadə ailələrindən biri- nin qızı Telma Rayanla evlənmiş və bu nikahdan iki qızı dünyaya gəlmişdir. Qeyd edək ki, qızlarından biri sonralar D.Eyzenhauerin nəvəsi ilə ailə həyatı qurub. Pörl-Harbör hadisələrindən sonra Niksonlar Vaşinqto- na köçür. Burada Nikson Qiymətlərə nəzarət üzrə dövlət idarəsində çalışır. 1942-ci ilin yayında isə müharibəyə gedərək donanmada xidmətə başlayır və ikinci ranq ka- pitan rütbəsi alır. Maraqlı bir faktı qeyd edək ki, onun hərbdə olduğu ərəfədə həyatında önəmli dəyişikliklər baş verməsə də, qumarda udduğu 10.000 dollar gələcək kar- yerasına əhəmiyyətli təsir göstərib. Udduğu pulları siyasi karyera etməyə xərcləyərək Konqresə keçirilən seçkilərdə iştirak edir. Onun namizədliyini irəli sürməsinin də maraqlı tarixçəsi var. 1946-cı ildə qəzetlərdə Respublikaçılar par- tiyası yerli təşkilatının «Konqresə seçkilərdə iştirak etmək üçün namizəd tələb olunur» məzmunlu elanına cavab ola- 206 Amerika prezidentləri raq Nikson seçki marafonuna qoşulur. Demokrat Vurxisə qalib gələrək 33 yaşında konqresmen seçilir. Nikson siyasi karyerasını əsasən antikommunist təbliğatı üzərində qurub. O fanatik antikommunist olmasa da «kommunizm qorxusu»ndan karyera etməsi üçün yarar- lanıb. Kommunistlərlə iş birliyində və Sovet İttifaqına ca- susluq etməkdə günahlandırılan yüksək rütbəli diplomat və Karnegi Fondunun prezidenti Elcer Hissə qarşı sensasiyalı təhqiqatda (nəticədə E.Hissə 5 illik həbs cəzası verilib) işti- rakı onu bütün ölkədə tanıdıb. 1948-ci il seçkilərində də qalib gələn Nikson 1952-ci ildə asanlıqla senator seçilir. Elə həmin il respublikaçılar onu vitse-prezidentliyə namizəd göstərirlər. Seçki pro- sesi zamanı rüşvətxorluqda ittiham edilməsi onun siya- si məhvinə səbəb ola bilərdi. Lakin Nikson televiziyada məşhur çıxışı ilə bu sınaqdan məharətlə çıxa bilir və Ey- zenhauerin qələbəsindən sonra səkkiz il vitse-prezident vəzifəsini tutur. 1960-cı il seçkilərində respublikaçıların namizədi olan Nikson 0,1 % çox səs toplamış Kennediyə uduzur. İki il sonra Kaliforniya qubernatoru seçkilərində məğlub olduqda isə bir çoxları onun siyasi karyerasının bitdiyini bildirirlər. Lakin çox keçmir ki, onlar səhv etdiklərini anlayırlar. 60-cı illərdə yaxın dostu, varlı iş adamı Elmer Bobstun köməyi ilə bizneslə məşğul olur. Nüfuzlu vəkil kontorunun şəriki olaraq böyük sərvət toplayır. Bununla yanaşı elmi-si- yasi yaradıcılıqla məşğul olaraq bir çox kitablar yazır. Nikson 1968-ci il prezident seçkilərində iştirak etmək məqsədilə yenidən siyasi arenaya qayıdır. Partiyadaxili rəqibləri N.Rokfeller və R.Reyqana asanlıqla qalib gələrək respublikaçıların namizədi olur. Onun əsas şüarı Vyetnam- da uğursuz müharibəyə çon qoymaq, daxili təhlükəsizlik və sosial problemlərin həlli idi. Robert Kennedi öldürüldükdən sonra çaşqın vəziyyətə düşmüş demokratlar vitse-prezident 207 Amerika prezidentləri Hyübert Hemfrinin namizədliyini irəli sürürlər. Nikson 1968-ci ilin noyabrında keçirilən seçkilərdə qalib gələrək prezident seçilir. Prezidentliyinin ilk günlərindən əsas diqqəti Vyet- nam sindromuna yönəldən Nikson, 1969-cu ilin iyununda «Nikson doktrinasını» imzaladı. Bu, tərəfl ər arasında sülh danışıqlarını davam etdirməklə yanaşı, 1973-cü ilədək ABŞ qoşunlarının münaqişə bölgəsindən çıxarılması pro- sesini sürətləndirdi. Müharibənin faktiki olaraq ABŞ-ın məğlubiyyətilə sonuclanmasına baxmayaraq, Niksonun xa- rici siyasətdə uğurları şəksizdir. Keçmişdə kommunist «ov- çusu» olsa da iki böyük kommunist dövləti Çin və SSRİ ilə münasibətləri nizamlamağa cəhd göstərir və hər iki ölkəyə səfər edən ilk prezident olur. Bu xətt «Soyuq müharibə» başladıqdan sonra ABŞ xarici siyasi kursunda sərt dönüşdən xəbər verirdi. Prezidentlik səlahiyyətlərinin icrasına başlayanadək Nikson prezidentin yalnız xarici siyasətlə məşğul olmalı olduğunu deyirdi. Lakin Ağ Evə sahib olduqdan sonra ye- ritdiyi siyasət bunun tam əksini göstərir. Tezliklə yaradılan bir çox təsisatlar hakimiyyətin bir əldə cəmləşməsi, konkret olaraq prezidentin digər hakimiyyət qollarından üstün ol- ması ilə nəticələndi. Bu isə öz növbəsində konqreslə qarşı- durmaya səbəb oldu. 1972-ci il seçkilərində Nikson yenidən respublikaçıla- rın namizədi olur. Xüsusilə Vyetnam müharibəsində ciddi dönüş yarada bilməsi onun reytinqini yüksəltmişdi. O de- mokratların namizədi Corc Makqovernə böyük üstünlüklə qalib gələrək 2-ci müddətə prezident seçilir. Qeyd etdiyimiz kimi Nikson ilk dəfə olaraq tutduğu vəzifədən istefa verib. Buna səbəb olmuş Uotergeyt qalma- qalını doğuran hadisə 17 iyun 1972-ci ildə baş verib. Həmin gecə demokratların Vaşinqtondakı Uotergeyt otelində yerləşən mənzil qərargahına gizli qulaqasma qurğuları və 208 Amerika prezidentləri fotokameralar qoymaq istəyən beş nəfər həbs edilir. İlkin is- tintaq hadisənin Ağ Evə gedib çıxdığını aşkar etdi. Bəzi Ağ Ev rəsmiləri bu işin onlara aidiyyəti olmadığını bildirsələr də, istintaqı dayandırmağa nail ola bilmədilər. İmpiçment təhlükəsi qarşısında qalan Nikson 8 avqust 1974-cü ildə televiziya ilə çıxış edərək istefa verdiyini bil- dirdi. Baş verən qalmaqalda günahı olmadığını bildirərək is- tefasını siyasi bazasını itirməsilə əlaqələndirdi. Lakin istefa onun impiçmentdən qurtarsa da alçaldıcı istintaq bitmədi. Bir ay sonra prezident Ford baş verənlərə görə rəsmi olaraq üzr istəyərək, onu bu biabırçılıqdan qurtardı. Hər bir siyasətçi üçün ölüm sayıla biləcək bu qalmaqal- dan sonra Nikson bir müddət tənhalığa çəkilərək elmi-siya- si yaradıcılıqla məşğul olur. Yaradıcılığının bəhrəsi olaraq onun doqquz kitabı nəşr olunmuşdur. 1994-cü il 22 apreldə vəfat edərkən Uotergeyt qalma- qalı yaddan çıxmasa da bağışlanmışdı. ABŞ siyasətində əlli ildən çox bir müddətdə aparıcı simalardan olan Niksonun təntənəli dəfni bunu sübut edir. Qeyd edək ki, vaxtilə onun istefasını tələb edən izdihamlı mitinqlərin iştirakçısı olan prezident Klinton dəfn zamanı qəbirüstü nitq söyləmişdir. 209 Amerika prezidentləri CERALD FORD (GERALD FORD) (1974-1977) Cerald Ford Birləşmiş Ştatlar tarixində yeganə prezi- dentdir ki, nə prezident, nə də vitse-prezident seçkilərində 210 Amerika prezidentləri iştirak etməyib. O, vitse-prezidentliyə Niksonun tədqimatı ilə gətirilmiş, sonuncunun istefasından sonra isə prezident səlahiyyətlərinin icrasına başlamışdır. C.Ford 1913-cü il iyulun 14-də Miçiqan ştatının Qrand- Renids şəhərində dünyaya gəlib və Lesli Linç Kinq adlan- dırılıb. Atası Lesli Kinq yun ticarəti ilə məşğul olan kom- mersant idi. İki yaşında ikən valideynləri ayrılır və Lesli anası ilə qalır. Anası Doroti Qardner tezliklə Cerald Forda ərə gedir. Gələcək prezidentin atalığı oğulluğa götürməklə yanaşı ona öz adını verir. Özü haqqında bu həqiqətləri Ce- rald Ford (kiçik) yalnız 17 yaşında olarkən bilmişdir. Fordlar kasıb olmasalar da Ceraldın yeniyetməliyi o qədər də yüngül keçməyib. 1930-cu ildə yerli məktəbdə orta təhsilini bitirərək restoranda qabyuyan və ofi siant kimi işə düzəlir. Belə ağır işə düzəlməsinə səbəb isə «Böyük böhran» illərində ailənin maddi vəziyyətinin pisləşməsi idi. Hələ orta məktəbdə oxuduğu illərdə bacarıqlı fut- bolçu adını qazanması köməyinə gəlir. Məhz bu bacarığı sayəsində Miçiqan Universitetinə daxil olarkən ona təqaüd verilir. 1935-ci ildə Universiteti bitirən Cerald Yel Universiteti- nin futbol və boks üzrə yığma komandalarının baş məşqçisi işləyir. Bununla yanaşı sahibkarlıq fəaliyyəti göstərir, aldığı yüksək məvacibin bir hissəsini «Konover» modalar evinə yatıraraq onun payçısı olur. 1938-ci ildə Yel Universitetinin hüquq fakültəsinə daxil olaraq işləməklə yanaşı təhsilini ar- tırır. Üç il sonra imtahan verərək hüquq elmləri üzrə baka- lavr dərəcəsi alır. Qrand-Renidsə qayıdaraq dostları ilə şərikli vəkil kon- toru açsa da uğur qazanmır, kontor bir il sonra bağlanır. 1942-ci ilin yazından miçman rütbəsilə donanmada xidmət edərək ikinci ranq kapitan rütbəsində istefaya çıxır. Müharibədən sonra nüfuzlu vəkil kontorlarından birində yüksək məvacibli işə düzələn Ford, elə bu ərəfədə siyasətə 211 Amerika prezidentləri ciddi maraq göstərir. Onu siyasi fəaliyyətə həvəsləndirən əsas səbəb atalığının Respublikaçılar partiyası Kent dairə (Miçiqan şt.) komitəsinə sədr seçilməsi idi. 1948-ci ildə Konqresə keçirilən seçkilərdə namizədliyini irəli sürür. Seçki kompaniyası ərəfəsində Betti Blumer Uorrenlə tanış olur və onlar tezliklə ailə qururlar. Seçkilərdə qalib gələn Ford 24 il müddətində Konqresin üzvü olur. Son səkkiz ildə respublikaçı azlığın lideri kimi çıxış edir. 1973-cü ilin dekabr ayında vitse-prezident Spiro T.Aqnyü istefa verdikdə, Ford ABŞ tarixində bu vəzifəyə seçilməmiş, yalnız təyin edilmiş ilk şəxs oldu. Bundan düz səkkiz ay sonra R.Nikson istefa verdikdə isə prezident səlahiyyətlərinin icrasına başladı. Fordun Niksonu əfv etməsi amerikalılar arasında nüfuzuna böyük zərbə vurdu. Çoxları əfvi pərdəarxası sövdələşmələrin bəhrəsi kimi dəyərləndirirdi. Niksonun istefadan əvvəlki çıxışları belə düşünməyə əsas verirdisə də, fakt sübutunu tapmayıb. Buna baxmayaraq Ford opponentlərinə tənqid üçün əlverişli mövzu vermiş oldu və təkrar seçilməsinə böyük əngəl törətdi. Uotergeyt qalmaqalı nəinki Fordun, hətta bütünlüklə Respublikaçılar partiyasının fəaliyyətinə problem yaradıb. 1974-cü il Konqresə seçkilərdə respublikaçılar hər iki pa- latada üstünlüyü əldən verdilər. Belə şəraitdə prezidentin öz hökumət proqramını gerçəkləşdirməsi çətinləşdi. Bu isə öz növbəsində prezident-konqres qarşıdurmasına rəvac ver- di. Təsadüfi deyil ki, Ford Konqresin təqdim etdiyi qanun layihələrinə ilyarım ərzində 66 dəfə veto qoyub. Xarici siyasətdə təcrübəli diplomat Henri Kissincerin fəaliyyəti nəticəsində əvvəlki kurs saxlanılıb. Fordun yeritdiyi istər daxili, istərsə də xarici siyasi kursun liberallığını əsas göstərən sağ təmayüllü respubli- kaçılar kəskin çıxışlara başladılar. Partiyadaxili müxalifətin lideri Kaliforniyanın eks-qubernatoru Ronald Reyqan idi. 212 Amerika prezidentləri Reyqan 1976-cı il prezident seçkilərinə Fordun namizəd ol- masının qəti əleyhinə çıxış edirdi. Ford əvvəl bu çıxışlara əhəmiyyət verməsə də ilkin seçkilər Reyqanın reytinqinin yüksək olduğunu göstərdi. Yalnız partiyanın Kanzas-Sitidə keçirilən konventində Ford əsas rəqibinə kiçik üstünlüklə qalib gələrək partiyanın namizədi oldu. Bunun üçün o, li- beral vitse-prezident Nelson Rokfellerlə vidalaşmaq zorun- da qalır və bu vəzifəyə mühafi zəkar senator Robert Doul namizəd göstərilir. Demokratların namizədi isə Amerika xalqına əyalət adamı kimi təqdim edilən Cimmi Karter idi. 1976-cı ilin noyabrında keçirilən seçkilərdə Kar- ter 50,1 % səs toplayaraq prezident oldu. Seçicilər Ce- rald Fordu şəxsən cavabdeh olmadığı qalmaqallara görə cəzalandırmışdılar. Ford zəif prezidentlər sırasında özünə əbədi yer tutub. Lakin burada bir məqama diqqət yetirmək gərəkdir ki, o prezident olarkən ağır mirasa yiyə durub və prezidentlik institutunun bilavasitə ondan asılı olmayan səbəblərdən nüfuzunu itirdiyi dövrdə prezidentlik edib. Digər tərəfdən Ford heç vaxt prezidentlik iddiasında olmayıb. Onun prezi- dent olması nəinki ölkə, hətta özü üçün də gözlənilməz idi. İstefaya çıxdıqdan sonra ciddi siyasi fəaliyyət göstərməsə də, qoca və təcrübəli dövlət xadimi kimi daim diqqət mərkəzində olub. Ford 26 dekabr 2006-cı ildə vəfat etmişdir. 213 Amerika prezidentləri CİMMİ KARTER (JIMMY CARTER) (1977-1981) ABŞ prezidentləri tarixində hər bir prezidentin fəaliyyəti, onun ölkə tarixində xidmətləri bu və ya digər prinsiplər əsasında dəyərləndirilir. Lakin qeyd edək ki, bu dəyərləndirmələr nisbi xarakter daşıyır. Müasirləri 214 Amerika prezidentləri tərəfi ndən fəaliyyəti qənaətbəxş hesab edilməyən prezi- dent sonralar tamamilə başqa cür qiymətləndirilib. Belə prezidentlərdən biri də Cimmi Karterdir. Bu gün Amerika tarixçiləri, siyasi xadimləri və insan haqları uğrunda hərəkat fəalları bir çox xüsusiyyətlərinə görə bu insana rəğbət göstərirlər. Bunun başlıca səbəblərindən biri Karterin ABŞ xarici siyasətini insan haqları ilə uzlaş- dırmağa çalışması olmuşdur. Cimmi Karter (Ceyms Erl Karter) 1 oktyabr 1924-cü ildə Pleynis şəhərində (Corciya şt.) anadan olub. Onun nəsil şəcərəsi haqqında müxtəlif versiyalar var. Bəzi bioqrafl arı Karterin ingilis kralı Böyük Alfredin nəslindən olduğunu bildirir. Digərləri isə 1650-ci ildə Amerikaya köçmüş ser Tomas Karteri Cimminin ulu babası hesab edirlər. Karte- rin özü isə hazırda mövcud olan ailə məzarlığında 1798-ci ildə dəfn olunmuş Uayli Karterin nəslin ona məlum olan ilk nümayəndəsi olduğunu deyir. Atası Erl Karter işgüzar fermer və böyük dükan sahibi olsa da «Böyük böhran» onlardan da yan keçməyib. Cimmi ilk uşaqlıq çağlarından işləməyə məcbur olur. Beş yaşında ikən Pleynisin küçələrində qovrulmuş araxis sataraq gündə 5 dollar qazanardı. Lakin bu, onun təhsil almasına mane olmayıb. Yerli məktəbdə orta təhsilini bitirərək, 1943-cü ildə çox sevdiyi dənizçilik peşəsinə yiyələnmək məqsədilə Annapolisdəki Birləşmiş Ştatlar Hərbi-Dəniz Akademiya- sına daxil olur. Üç il sonra Akademiyanı miçman rütbəsində bitirir. Elə həmin il Karterlərin çoxdankı dostları Smitlər ailəsinin qızı Rozalinlə evlənir. Tezliklə donanmada xidmətə başlayaraq yeddi il burada qulluq edir. 1953-cü ildə atasının vəfatı onu istefaya çıxma- ğa məcbur edir və 29 yaşlı Karter doğma ştata qayıdaraq ailə biznesini davam etdirir. 215 Amerika prezidentləri Xidməti ərzində topladığı kiçik məbləği də biznesə qo- yaraq atasının işini daha da inkişaf etdirir. On beş il sonra onun illik dövriyyəsi 1 milyon dollara çatmışdı. Bundan əlavə bir çox şirkətlərə ortaq olan Karter artıq nüfuzlu iş adamı kimi tanınırdı. Tədricən yerli siyasi dairələrdə söz sahibi olması, onun «Març of daymz» xeyriyyə cəmiyyətinin sədri seçilməsi ilə nəticələndi. 1962-ci ildə isə Corciya senatına seçilir və iki seçki müddətində burada fəaliyyət göstərir. 1966-cı ildə demokrat partiyasının nümayəndəsi kimi qubernator seçkilərində iştirak edir, lakin uğur qazana bil- mir. Məğlubiyyət onu ruhdan salmır, 1970-ci ildə yenidən seçki marafonuna qoşulur və asanlıqla qubernator seçilir. Karter 1972-ci il prezident seçkilərində «maarifl ənmiş və sənayeçi cənubun nümayəndəsi» kimi vitse-prezidentliyə namizəd olmaq istəyir. Lakin demokrat-namizəd Corc Makqovernin yaxın ətrafı buna mane olur. Aldığı rədd ca- vabı onu növbəti seçkilərdə öz namizədliyini irəli sürməyə ruhlandırır. 1976-cı ildə demokratların namizədi kimi çıxış edərək yalnız 2 % üstünlüklə Forda qalib gələrək prezident seçilir. Seçki marafonunun startında aşkar autsayder hesab edilən Karterin qələbəsinin bir çox səbəbləri vardı. Əvvəla Nikson maxinasiyalarından qorxmuş Amerika ictimaiyyəti professional siyasətçilərə inanmaq istəmirdi. İkinci başlıca səbəb Karterin əyalət adamı olması, heç bir siyasi qalma- qalda adının çəkilməməsi, bir sözlə şəxsi keyfi yyətləri idi. Nikson sindromunu dəf etmək məqsədilə Karter idarəetməyə yeni çalarlar əlavə etdi. İnauqurasiya günü Kapitolidən Ağ Evə ənənəvi olaraq limuzində deyil piya- da getməsi, prezident himninin çalınmasının yasaqlanma- sı, səfərə gedərkən əl baqajını özü götürməsi kimi formal dəyişikliklər edildi. 216 Amerika prezidentləri Karterin qeyri-adi idarəetmə tərzi özünü Konqresə olan münasibətdə də göstərdi. Baxmayaraq ki, hər iki palatada üstünlük demokratlarda idi, partiya funksionerləri Uoter- geyt qalmaqalından sonra icraedici aparata qarşı radikallıq- dan əl çəkmədilər. Xarici siyasətdə Karter administrasiyası ilk əvvəl bəzi uğurlar əldə edə bildi. 1973-cü ildən Kissincer tərəfi ndən aparılan ABŞ-Misir danışıqları bəhrəsini verdi. Karterin təşəbbüsü ilə Misir prezidenti Sadat və İsrailin baş naziri Begin arasında Kemp-Deviddə on üç gün davam edən danı- şıqlar baş tutdu və 1978-ci ilin sentyabrında sülh müqaviləsi imzalandı. Sovet İttifaqı ilə münasibətlərini normallaşdırmaq daha çətin başa gəlirdi. Karter xüsusilə iki məsələdə anlaşmaq istəyirdi, silahlanmaya birgə nəzarət və insan haqlarının qo- runması. Lakin, onun bu istiqamətdə atdığı hər bir addım istər daxili opponentləri, istərsə də Avropadakı müttəfi qləri tərə fi n dən təpki ilə qarşılandı. Nəhayət 1979-cu ildə stra- teji nüvə silahlarının məhdudlaşdırılması haqda OCB-II müqaviləsi bağlandı. Bununla yanaşı Çin Xalq Respublika- sı ilə (Tayvanla diplomatik əlaqələrin kəsilməsi bahasına) münasibətlər tənzimləndi. Çox keçmir ki, SSRİ-nin Əfqanıstana hərbi müdaxiləsi bu nailiyyətləri heçə endirir. Birləşmiş Ştatların atdığı ilk addım SSRİ-yə taxıl satışını qadağan və Moskvada 1980-ci il Yay Olimpiya oyunlarının boykot edilməsi oldu. 1979-cu ildə İranda ABŞ tərəfi ndən dəstəklənən şah re- jiminin devrilməsi də Karterin nüfuzuna böyük zərbə vurdu. Növbəti prezident seçkilərində Karterin namizəd olma- sı ona partiyadaxili parçalanmalar bahasına başa gəldi. Seçkilərdə Karterin əsas rəqibi mühafi zəkar respub- likaçı Ronald Reyqan idi. Reyqan dünyada baş verən bö- 217 Amerika prezidentləri yük hadisələrə Karter hökumətinin passiv münasibətini kəskin tənqid edirdi. Karterin Reyqanı bütün dünyada sülhə təhlükə olacaq çıxışlar etməkdə ittiham etməsi də ona köməklik göstərmədi. Seçkilərdə 51 % səs toplayan Rey- qan prezident seçildi. Seçkilərdəki məğlubiyyətdən məyus olan Karter qısa fasilədən sonra, yenidən ictimai-siyasi fəaliyyətə başlayıb. İlk olaraq Atlantada prezident kitabxanasını yaradır. Onun təsis etdiyi «Karter Mərkəzi» beynəlxalq problemlərin həlli ilə məşğuldur. Bu yöndə o bəzi uğurlar da əldə edib. 1994-cü ilin sentyabr ayında Haitiyə diplomatik səfəri ərəfəsində o, hakimiyyətdən uzaqlaşdırılmış prezident Aristidin öz vəzifəsinə qaytarılması tərəfdarı kimi çıxış edib. 1995-ci ilin əvvəllərində isə Bosniya münaqişəsinin həllində vasitəçilik etmişdir. Karter kasıblar üçün mənzillər tikilməsi layihəsinin gerçəkləşməsində də yaxından iştirak edir. 218 Amerika prezidentləri RONALD REYQAN (RONALD REAGAN) (1981-1989) Ronald Reyqan D.Eyzenhauerdən sonra iki tam müddətə hakimiyyətdə olmuş ilk prezident idi. O, böyük ictimai nüfuz sahibi kimi vəzifədən gedib. Bəzi tarixçi, jur- nalist və politoloqların rəylərinə görə F.D.Ruzveltdən sonra 219 Amerika prezidentləri ABŞ xarici və daxili siyasi kursunda R.Reyqan qədər əsaslı dəyişikliklər etmiş ikinci prezident yoxdur. Ronald Uilson Reyqan 6 fevral 1911-ci ildə İllinoys ştatının Tampiko şəhərciyində irland əsilli ailədə dünyaya gəlib. Atası Edvard Reyqan ayaqqabı ticarəti ilə məşğul olsa da, qazancı ailəni dolandırmağa güclə çatırdı. Elə bu səbəbdən Ronald ilk yeniyetməlik çağlarından işləməyə məcbur olur, hələ orta məktəbdə oxuduğu illərdə 14 yaşında ikən tikintidə işləyir. Növbəti altı ildə Diksondakı (İllinoys şt.) kurort zonasındakı çimərlikdə xilasetmə stansiyasında işləyir. Yaxşı idmançı olması ona yarımtəqaüd almaq şərtilə Yurik kollecində təhsilini davam etdirməyə imkan yaradır. Bu ərəfədə özünü dolandırmaq məqsədilə qabyuyan, üzgü- çülük müəllimi, qadınlar yataqxanasında aşpaz kimi çalı- şır. Çətin şəraiti onun təhsilə ciddi yanaşmasına mane olub. Kollecdə də göstərdiyi əsas səy futbol komandasının üzvü olmağa yönəlib. 1932-ci ildə kolleci bitirən Reyqan valideynlərinin ya- nına qayıdır. Daha bir il xilasetmə stansiyasında işlədikdən sonra Davenport radiostansiyasında futbol şərhçisi olur. 1934-cü ildən «WHO» radiostansiyasında idman şərhçisi kimi işə qəbul edilir və burada «Kabz» və «Uayt soks» ko- mandalarının oyunlarına şərhçilik edir. 1937-ci ildə «Kabz» komandası ilə birlikdə Katolinada olarkən «Uorner brazerz» kinoşirkəti onu sınaq çəkilişlərinə dəvət edir. Uğurlu keçən sınaqdan sonra şirkət onunla müqavilə imzalayır. İlk əvvəl ikinci dərəcəli fi lmlərdə çəkilir. Getdikcə kino aləmində tanınan Reyqan 29 yaşında ikən kinoaktirisa Ceyn Uaymenlə ailə qurur. Lakin nikah uğursuz olmuş və onlar səkkiz il birgə yaşadıqdan sonra ay- rılmışlar. Gələcək prezident 1952-ci ildə ikinci dəfə Nensi Devislə evlənmişdir. İkinci Dünya Müharibəsi başladıqda orduya çağırılsa da görmə qabiliyyəti zəif olduğu üçün arxa cəbhəyə göndərilir 220 Amerika prezidentləri və əsasən təbliğat xarakterli fi lmlərin səsləndirilməsində iş- tirak edir. 50-ci illərin əvvəllərindən tədricən kinodan uzaqlaşır. 1954-cü ildə «Ceneral Elektrik»də işə düzəlir. Bununla ya- naşı televiziyada «Ceneral Elektrik Teatr» verilişinin apa- rıcısı olur. Müqaviləyə əsasən o, həmçinin şirkətə məxsus müəssisələrə gedərək təbliğat-təşviqat xarakterli çıxışlar etməli idi. Etdiyi standart çıxışlar bəzən siyasi məzmunda olurdu. O əsasən Amerika demokratiya idealını mədh edə- rək, kommunist təhlükəsindən danışırdı. Bu tədricən onun siyasətlə ciddi maraqlanmasına səbəb oldu. İlk vaxtlar özünü Ruzveltsayağı demokrat hesab edən Reyqan 1962-ci ildə rəsmi olaraq respublikaçılar partiyası- nın üzvü olur. Bu ərəfədə iş yerini itirir. Və iki il işsiz qalır. Çox keç- mir ki, respublikaçılar onu Kaliforniya ştatının qubernato- ru seçkilərinə namizəd göstərirlər. 1966-cı ilin payızında keçirilən seçkilərdə o, demokrat Pet Brauna qalib gələrək qubernator seçilir. 1974-cü ilədək Kaliforniya qubernatoru kimi fəaliyyət göstərən Reyqan 1976-cı il prezident seçkilərində respubli- kaçıların namizədi olmaq istəsə də, bu istəyinə nail olmur. Lakin növbəti seçkilərdə bütün mərhələləri uğurla keçərək prezident seçilir. Reyqanın ABŞ daxili və xarici siyasətində etdiyi önəmli dəyişikləri «mühafi zəkar inqilab» adlandırırlar. İnqilabın nüvəsini «reyqanomika» adlandırılan və 70-ci illər iqtisa- di problemlərinin həllinə yönəlmiş təklifl ər paketi təşkil edirdi. Burada əsas hədəf kimi vergilərin azaldılması və dövlətin investisiya qoyuluşuna əngəl törədən maneələri aradan qaldırmaqla iqtisadi inkişafa nail olmaq götürül- müşdü. Ümumiyyətlə Reyqan hökuməti, iqtisadiyyatı in- kişaf etdirmək, infl yasiyanın qarşısını almaq məqsədilə dövlətin iqtisadiyyata müdaxiləsini minimuma endirmək 221 Amerika prezidentləri yolu seçmişdi. 80-ci illərdə gəlir vergisinin və mənfəətə görə verginin norması əhəmiyyətli dərəcədə azaldıldı, in- vestisiya yatırımına vergi güzəştləri edildi. Dövlət bizne- sin bir çox növlərini nizama salmaqdan imtina etdi, trestlər əleyhinə qanunçuluğun tətbiq sahələri kəskin surətdə ixtisar edildi, şəxsi təşəbbüs üçün əlverişli şərait yarandı. Bu isə qısa müddətdə korporasiyaların gəlirlərinin görünməmiş dərəcədə artması ilə nəticələndi. «Reyqanomika» şəraitində Amerika sənayesi elmi – texniki tərəqqinin ən müasir nailiyyətlərini səmərəli sürətdə tətbiq edirdi. Onun beynəlxalq miqyasda rəqabətə davam- lılığını artırdı. Hökumət infl yasiya və işsizlik problemlərini də uğur- la həll etmişdir. İnfl yasiya indeksi 1988-ci ildə 4,5 % oldu (Uyğun göstərici 1980-ci ildə 12,5 % olub). İşsizlik kvotası isə 7 %-dən 5,4 %-ə endirildi. Məşğulluğun artmasının əsas mənbəyi xidmət sahələrinin genişlənməsi oldu. 80-ci illərin ikinci yarısından başlayaraq ABŞ iqtisadiyyatına xarici ka- pital axını güclənməyə başladı. Bu əsasən qiymətli dövlət kağızlarının, bank əmanətlərinin qoyulmasından, şəxsi kompaniyaların səhmlərinin əldə edilməsindən, müstəqil kapital qoyuluşundan ibarət idi. Reyqan administrasiyasının xarici siyasəti antikommu- nist ruhda köklənmişdi. Bu özünü nəinki «Şər imperiyası»na (Reyqan SSRİ-ni belə adlandırıb), eyni zamanda Mərkəzi Amerika ölkələrinə olan münasibətdə də aşkar göstərir. Sovet İttifaqı ilə dünyada nüfuz sahibliyi uğurunda aparı- lan «müharibə» ABŞ-ın qələbəsi ilə bitdi. Burada Reyqa- nın xidmətləri şübhəsiz ki, böyükdür. Lakin bəzən bunu sırf onun xidməti kimi qeyd edilməsi heç də düzgün deyil. Əsas amil 1985 –ci ildə siyasi hakimiyyətə gəlmiş Mixail Qorbaçovun ekspansionist dünya siyasətinə son qoyması, əslində İttifaqı möhkəmlətmək xatirinə apardığı islahatların əks effekt verərək Sovet İttifaqı və Varşava blokunun süqut 222 Amerika prezidentləri etməsi olub. Bu Reyqanın qələbəsindən çox Qorbaçovun məğlubiyyəti idi. Başladığı iqtisadi-siyasi kursun davam etdirilməsi üçün siyasi varisinin ondan sonra prezident seçilməsinə böyük kömək göstərmişdir. Onun siyasi varisi səkkiz il- lik hakimiyyəti dövründə vitse-prezident olmuş Corc Buş idi. Prezidentlik müddətinin son aylarını tamamilə Buşun seçki kompaniyasının uğurlu olmasına həsr edir. C.Buşun qələbəsindən sonra, artıq 78 yaşlı Reyqan praktiki olaraq fəaliyyət göstərmir. Bütün bununla o, tam yorğunluğunu, prezidentlik müddətinin başa çatacağı günü səbirsizliklə gözlədiyini nümayiş etdirirdi. Ağ Evdən getdikdən sonra köhnə dostlarının kömə yilə təmir etdirdiyi, Los-Ancelosun nüfuzlu Bel-Eyr məhəl- ləsində yerləşən malikanəsində yaşayır. İctimai diqqətdən kənarda qalmağa çalışsa da, eks-prezident kimi böyük hör mətlə qarşılanıb. Bu xüsusilə onun dünyada sülhün bər qərar olunması, «Soyuq müharibəyə» son qoyulması istiqamətində gördüyü işlərlə bağlıdır. Təcrübəli siyasi xa- dim kimi Yaponiyaya dəvət edilmiş, burada mühazirələr oxumuşdur. Onun aldığı 2 milyon dollar qonaraq 8-illik prezidentliyi müddətində aldığı məvacibdən 400.000 dollar çox idi. Ömrünün son on ilini Reyqan alsheymer xəstəliyindən əzab çəkmiş, bütövlüklə yaddaşını itirmişdir. 5 noyabr 1994-cü ildə xəstəliyi haqqında rəsmi məlumat vermiş, ölkəyə xitabən vida məktubu ilə müraciət etmişdir. 2001- ci ildə keçirilmiş sosioloji sorğuda amerikalılar onu böyük prezident hesab etmişlər. Ronald Reyqan 5 iyun 2004-cü ildə vəfat etmişdir. 223 Amerika prezidentləri CORC BUŞ (GEORGE H. W. BUSH) (1989-1993) Amerika tarixində prezident bu və ya digər səbəbdən növbəti seçkilərdə iştirak etmədikdə, fəaliyyətdə olan vit- se-prezidentin ölkənin ali vəzifəsinə iddialı olması bir neçə dəfə təkrarlanıb. Lakin bu özünü yalnız iki dəfə doğrul- dub. 1836-cı il seçkilərində vitse-prezident M.Van Burenin 224 Amerika prezidentləri namizədliyi irəli sürülüb və o qalib gəlib. Bu praktika bir də 152 il sonra, Corc Buş prezident olduqda özünü doğruldub. Seçkiöncəsi ona bu haqda verilən suala belə cavab ve- rib: «Əvvəla keçmiş seçkilərlə 1988-ci il seçkiləri arasında böyük fərqlər var. İkincisi Şirli Makleyn (sipiritizm bilicisi hesab edilən məşhur Hollivud kinoaktrisası) deyir ki, keç- miş həyatımda mən M.Van Buren olmuşam». ABŞ-ın 41-ci prezidenti Corc Herbert Uoker Buş 12 iyun 1924-cü ildə Milton şəhərində (Massaçusets şt.) anadan olub. Atası Preskott Buş Nyu-Yorkdakı aparıcı banklardan birinin ortağı idi, 1952-63-cü illərdə isə Konnektikut ştatını senatda təmsil etmişdi. Balaca Corc ilk təhsilini Andoverdə, Filips Akademiyasının nəzdindəki internatda alır. Burada təhsilini bitirdikdən altı ay sonra, yaponlar Pörl-Harbörə hücum etdikdə könüllü cəbhəyə gedir və dəniz aviasiyasın- da xidmətə başlayır. Elə xidmətinin ilk aylarında ona zabit rütbəsi verilir. Üç il ərzində Sakit okeanda döyüşən Corc, «San-Casinto» aviadaşıyıcısındakı torpedo-bombardman- çı təyyarəsində 58 döyüş uçuşu edir. Göstərdiyi igidlik və rəşadətlərə görə orden və üç medalla təltif edilir. 58-ci uçuş onun üçün sonuncu olur. 1944-cü il sentyabrın 2-də onun təyyarəsi yapon zenit artilleriyası tərəfi ndən vurulur. Müharibə qurtardıqda ordudan tərxis olan Buş iki il yarım Konnektikutdakı məşhur Yel Universitetində oxuyaraq iqti- sadçı ixtisasına yiyələnir. Hələ müharibə ərəfəsində, 1945- ci il yanvarın 6-da üç il əvvəl tanış olduğu Barbara Pirslə ailə qurur və bu nikahdan onların beş övladı dünyaya gəlir. Qeyd edək ki, Buşların ilk övladları Corc Buş (oğul) sonra- lar ABŞ prezidenti olub. Yel Universitetini bitirdikdən sonra ailəsilə birgə Cənub-Qərbə –Texasın Odessa şəhərinə köçür və burada neft avadanlıqları istehsal edən «Dresser indastriz» kom- paniyasında işləyir. Atası bu kompaniyanın direktorlar şurasının üzvü idi. Sahibkarlıq təcrübəsini zənginləşdirən 225 Amerika prezidentləri Buş Hyüstona köçərək Buşlar ailəsinin kapitalı hesabına maliyyələşən «Sapata offşor» şirkətinin yaradılmasında iş- tirak edir. Corc Buşun aktiv siyasi fəaliyyətə başlaması, atasının siyasətdən getmək ərəfəsinə təsadüf edir. Lakin, o hələ 50- ci illərin sonlarında dostlarına senator seçilmək niyyətində olduğunu bildirirdi. 1964-cü ildə Texas ştatından senata seçilmək istəsə də uğursuzluğa düçar olur. Məğlubiyyət onu ruhdan salmır və Buş iki il sonra yenidən seçki marafonuna qoşulur. İndi onun hədəfi Nümayəndələr Palatası idi. Asan- lıqla qələbə qazanaraq Vaşinqtona gəlir. Konqresdəki dörd illik fəaliyyəti onun üçün əlamətdar olmasa da, paytaxtın siyasi elitasında, işgüzar dairələrdə, gələcək karyerasında əhəmiyyətli dərəcədə böyük rol oynamış dostluq əlaqələri qurur. 1970-ci ildə Buş, yenidən senator seçilmək istəyir. Bu dəfə də demokrat Lloyd Bentsenə məğlub olur. La- kin çox keçmir ki, prezident Nikson onu ABŞ-ın BMT- dəki nümayəndəsi təyin edir. Uotergeyt qalmaqalından və Niksonun istefasından sonra, partiyadaxili çaxnaşmalara son qoymaq məqsədilə onu respublikaçılar partiyası Milli Konventinə sədr seçirlər. 1974-cü ildə isə xüsusi missiya ilə Pekinə göndərilir. Bir il burada qaldıqdan sonra prezident Ford onu MKİ-yə sədr təyin edir. 1976-cı il seçkilərində demokrat Karter qələbə çaldıqda bu postla vidalaşmalı olur. Bir müddət siyasi arenadan çəkilərək avtobioqrafi yasını yazmaqla məşğul olmuşdur. Bəziləri onun hətta siyasətdən getdiyini iddia edirdilər. Lakin tezliklə Buş daha böyük id- diada olduğunu bildirir və 1980-ci il prezident seçkilərinə qoşulur. Əvvəlcə bəzi ştatlarda keçirilən ilkin seçkilərdə qələbələr əldə etsə də, tezliklə R.Reyqan onu üstələyir. Məğlub olacağını başa düşərək namizədliyini geri götürür. Bu isə onun Reyqan tərəfi ndən «ikinci respublikaçı» elan edilməsi, yəni seçkilərə vitse-prezidentliyə namizəd kimi 226 Amerika prezidentləri getməsi ilə nəticələnir. Və bu Reyqanın qələbəsindən sonra reallığa çevrilir. Vitse-prezident kimi onun fəaliyyəti nəzərə çarpacaq olmayıb. Buş bütünlüklə və sözsüz prezidenti dəstəkləmiş, praktiki olaraq heç vaxt onunla hər hansı problemin həllində mübahisəyə getməmişdir. O səbrlə öz vaxtının çatacağını gözləyirdi. Nəhayət 1988-ci il seçkiləri çatdı. Buş seçkilərdən çox-çox əvvəl «fi llər partiyası»nın favoriti hesab edilirdi. Lakin bəzi ambisiyalı partiya funksionerləri də Reyqanın yerini tutmağa cəhd edirdilər. İlkin mərhələdə Robert Doul, Cek Kemp, Pyer Düpon namizəd olmaq istəsələr də, onun Ağ Evə gedən yolunu kəsə bilmədilər və Buş partiyanın namizədi oldu. Noyabrda keçirilən seçkilərdə 53,4 % səs alaraq demokratların namizədi Maykl Dukasisə qalib gəldi. Daxili siyasətdə Buşun yeritdiyi mülayim kurs ciddi uğur qazana bilməyib. Bunun ciddi səbəbləri var. Reyqa- nın prezidentliyinin son illərində ölkədə baş verən iqtisadi- maliyyə böhranı, dövlət büdcəsinin defi siti, dövlət borcları- nın yaranması və əmanət banklarının ifl ası hər bir preziden- tin geniş fəaliyyət sferasını kiçildəcək problemlər idi. Digər tərəfdən «soyuq müharibə»nin qurtarması ilə əlaqədar olaraq hərbi xərclərin ixtisar edilməsi işsizliyin artmasına səbəb oldu. 90-cı illərin əvvəllərində iqtisadiyyatdakı dur- ğunluq və bunun törətdiyi çətinliklər, Buşun sosial-iqtisadi problemlərə lazımınca diqqət verməməsi üstündə tənqid olunmasını gücləndirmişdir. Onun fəaliyyəti yalnız bəzi qa- nun layihələrinin qəbul edilməsi ilə məhdudlaşdı. Buş eyni zamanda udduğu Körfəz müharibəsindən sonra sürətlə ar- tan populyarlığından lazımınca istifadə edə bilmədi. Yaxın ətrafının etirazına baxmayaraq özündə yalnız cinayətkarlığa qarşı mübarizəni və yol-nəqliyyat problemlərini ehtiva edən minimalist konsepsiyasını irəli sürdü. Dəfələrlə verdi- 227 Amerika prezidentləri yi vədinin əksinə olaraq büdcə defi sitini aradan qaldırmaq üçün vergiləri artırması Buşun ən uğursuz addımı idi. Lakin xarici siyasətdə Buş bəzi uğurlar əldə etdi. 1989-cu ildə diktator Noryeqanı həbs etmək üçün Pana- maya müdaxilə, AFR-in NATO üzrə digər tərəfdaşlarından fərqli olaraq almanların birləşmə prosesinə daha tez re- aksiya verməsi, dövlət katibi Ceyms Beykerin rəhbərliyi ilə Latın Amerikası ölkələri ilə yaranmış borc böhranının tənzimlənməsi, İsrail və onun ərəb qonşuları ilə sülh da- nışıqlarının bərpa edilməsindəki vasitəçiliyi belə uğur- lardandır. Əsas nailiyyəti isə Fars Körfəzində baş verən münaqişəyə hərbi müdaxilə nəticəsində qazanılıb. BMT-nin qərarı ilə 1990-91-ci illərdə Küveyti İraq işğalından azad etmək üçün körfəzə 540 min əsgər göndərilməsi amerika- lılarda «İkinci Vyetnam» qorxusu yaratdı. Lakin 42 günlük hərbi əməliyyatlar qələbə ilə nəticələndi. Lakin çox keçmədi ki, Buşun xarici siyasətdə də kamil konsepsiyaya malik olmadığı aşkar oldu. Ümumiyyətlə ətrafına Ceyms Beyker, Kollin Pauell, Dik Çeyni, Brent Skaukroft (bu isimlərin bəziləri sonralar Buşun (oğul) pre- zidentliyi dövründə onun administrasiyasının aparıcı si- malarından olmuşlar) kimi güclü siyasətçilər toplamasına baxmayaraq onun prezidentliyi uğursuz olub. 1992-ci il seçkilərindən əvvəl aparılan sorğularda rəyi soruşulanların 80 %-i dövlətin yeritdiyi daxili-xarici siyasətlə razı olmadı- ğını bildirib. Seçkilərdə respublikaçıların namizədi olsa da demokrat Klintona məğlub oldu. Beləliklə Corc Buş XX əsrdə ikinci müddətə seçilməmiş Taft, Huver və Karterlə bir sırada dayanır. Onun prezident- liyi milli və beynəlxalq dəyişikliklər dövrünə təsadüf edib və özündən sonra ciddi iz qoymayıb. Bu baxımdan Buşu keçid prezident də adlandırmaq olar. 228 Amerika prezidentləri BİLL KLİNTON (BILL CLINTON) (1993-2001) Bill Klinton (tam adı Uilyam Cefferson Blayt IV) 19 av- qust 1946-cı ildə Arkanzas ştatının Houp şəhərində dünyaya gəlib. O, hələ anadan olmamış bədbəxt hadisə nəticəsində 229 Amerika prezidentləri atası həlak olur. Dörd yaşında ikən anası avtomobil ticarəti ilə məşğul olan Rocer Klintona ərə gedir (Bill on beş ya- şından atalığının familiyasını daşıyır). Şöhrətpərəst olan balaca Bill dərslərini yaxşı oxuyar və məktəbin birinci şagirdlərindən hesab edilərdi. Bununla yanaşı məktəbin caz orkestrinə rəhbərlik edib. (Musiqiyə olan marağını bu gün də saxlayan Bill tez-tez saksafonda sevdiyi caz havalarını məharətlə ifa edir). Orta məktəbdə təhsil aldığı illərdə, həyatında baş verən ən yaddaqalan hadisə onun 1963-cü ilin iyulunda Mil- li Gənclər təşkilatının üzvü kimi prezident Kennedi ilə görüşməsi olub. Sonralar etiraf edib ki, məhz həmin görüş onu gələcəkdə siyasətçi olmağa həvəsləndirib. Klintonun Cənub babtist kilsəsinin üzvü olmasına bax- mayaraq orta təhsilini bitirdikdən sonra Vaşinqtondakı nü- fuzlu Corctaun Universitetinə daxil olur. Təqaüd alması ona 1969-70-ci illərdə Oksfordda oxumasına şərait yaradır. Gələcək həyat yoldaşı Hillari Rodhemlə (onunla nikahdan Klintonun iki övladı var) tanış olduğu Yel hüquq institu- tunu bitirdikdən sonra isə Arkanzasa qayıdır. Təhsil aldığı müddətdə maddi problemlərini özü həll etmiş, eyni zaman- da üç yerdə işləməyə məcbur olmuşdu. Fayetvell Universitetinin hüquq fakültəsində qısamüd- dətli pedaqoji fəaliyyət göstərdikdən sonra, 1974-cü ildən siyasətlə ciddi surətdə məşğul olmağa başlayır. Demokrat partiyasının üzvü kimi Konqresdə keçirilən seçkilərdə işti- rak etsə də məğlubiyyətə uğrayır. Kiçik fərqlə məğlub olan Klinton Arkanzas siyasi isteblişmentinin diqqətini özünə cəlb etdi. Bu onun iki il sonra Arkanzas ştatının ədliyyə na- ziri seçkilərində iştirak edərək qalib gəlməsinə səbəb oldu. 1978-ci ildə isə qubernator seçkilərinə qoşulur və ABŞ tarixində ən gənc, 32 yaşında qubernator seçilir. Qubernator olduğu müddətdə özünü bacarıqlı inzibat- çı kimi tanıdır. ABŞ-ın kasıb ştatlarından olan Arkanzas 230 Amerika prezidentləri Klintonun rəhbərliyi dövründə əhəmiyyətli dərəcədə inki- şaf edir. Bunu bəzi statistik göstəricilərin müqayisəsi aydın göstərir. Yeni iş yerlərinin açılması, təhsil sahəsində əldə edilən uğurlar məhz Klintonun məqsədyönlü fəaliyyətinin nəticəsidir. 1991-ci il prezident seçkilərində namizədliyini irəli sürən Klinton ölkə səviyyəsində o qədər də tanınmırdı. Buna baxmayaraq o, artıq demokrat partiyasının daxilində nüfuz sahibi idi. Onun xüsusilə Reyqan siyasi kursunu dəstəkləyən (onları «Reyqan demokratları» da adlandırır- dılar) sıravi demokratları potensial seçicilər cərgəsinə qay- tarılmasında böyük rolu vardı. Klintonun seçki kampani- yasının strateji xətti bir növ yaddan çıxmış orta təbəqənin mənafeyinin qorunması təşkil edirdi. Digər tərəfdən Rey- qan hökumətindən miras qalmış və Buş tərəfi ndən həll edilməmiş büdcə kəsirləri və işsizlik probleminin həlli istiqamətində görəcəyi işləri seçicilərə bəyan etməsi onun şansını artırırdı. Noyabrda keçirilən seçkilərdə 43 % səs toplayan Klinton proqnozların əksinə olaraq qalib gəldi. Fars körfəzi müharibəsinin uğurla başa çatması da Buşa kömək etmədi. Klintonun qələbəsində partiyasız sahibkar Ross Peronun da rolu oldu. Belə ki, R.Pero xüsusilə Buşun elektoratına daxil olan seçiciləri öz tərəfi nə çəkərək səslərin 1/5-ni ala bilmişdi. Digər tərəfdən bu amerikalıların hər iki partiyanın yeritdiyi siyasətdən narazılığının ifadəsi idi. Qeyd edək ki, Klintonun seçkiönü kampaniyasına onun bəzi şəxsi keyfi yyətləri kölgə salıb. Vyetnam müharibəsi ərəfəsindəki davranışı, tələbə olarkən narkotik maddələr qəbul etməsi, qubernatorluğu ərzində bəzi maliyyə maxina- siyalarında iştirak etməsi kimi kompromatlar opponentlərinə yaxşı mövzu idi. Lakin bu kompromatlar onun əxlaqi nüfu- zuna zərbə vursa da, prezident seçilməsinə mane olmadı. R.Reyqanın prezidentliyi dövründən qalan problemlər, başlıcası artıma meylli 200 mlrd.-lıq büdcə kəsirinin aradan 231 Amerika prezidentləri qaldırılması öz həllini gözləyirdi. Klinton 17 fevral 1993-cü il hesabatında büdcə kəsirlərinin ləğv edilməsini prezident- liyinin əsas məqsədi olduğunu bildirdi. Gərgin danışıqlar- dan sonra kəsirləri aradan qaldırmaq üçün nəzərdə tutulan beşillik büdcə planını senatdan keçirmək ona nəsib oldu. Qarşıya qoyulan əsas hədəfl ərdən biri səhiyyədə ra- dikal islahatların keçirilməsi idi. İslahatlara xüsusi diqqət yetirən Klinton səhiyyə problemlərini həll edəcək işçi qrupa rəhbərliyi xanımı Hillari Klintona tapşırdı. Bu ABŞ tarixində «birinci ledi»nin dövlət əhəmiyyətli problemlərin həllində ilk iştirakı idi. Klintonun vaxtilə «prezident seçilsəm əsas məsləhətçilərimdən biri xanımım olacaq» deməsi özünü doğrultdu. Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə haqda qa- nunlar paketinin hazırlanması Klintonun əsas uğurlarından oldu. Bu qanunlar 30.2 mlrd. dollara başa gələn 100.000 nəfərin polis sıralarına qəbul edilməsini vətəndaşların sax- lamaq hüquq olan 19 sayda silahın qadağan edilməsini, üçüncü dəfə cinayət törətmiş şəxsin avtomatik ömürlük həbsə məhkum olunmasını özündə əks etdirirdi. Prezidentliyi ərzində əsas diqqəti daxili problemlərin həllinə yönəltməsinə baxmayaraq Klintonun xarici siyasəti də bəzi uğurlar qazandı. Dövlət katibi U.Kristoferin vasitəçilik etdiyi Fələstin Azadlıq Təşkilatı ilə İsrail ara- sında aparılan danışıqlar 1993-cü ilin sentyabrında Ağ Evdə sülh müqaviləsinin imzalanması ilə nəticələndi. Ru- siya ilə münasibətlər qısa müddətə normal məcraya salın- dı. Rusiyaya iqtisadi kömək onun öz imperiya ambisiya- larını məhdudlaşdırması hesabına başa gəldi. (məs. Baltik ölkələrindən rus əsgərlərinin çıxarılması tələbi). 1994-cü il yanvarın 10-da NATO-nun Brüsseldə keçirilən toplantısında «Sülh naminə tərəfdaşlıq» paktı im- zalandı. Paktın Şərq ölkələrinə ekspansiyasına etiraz edilsə də (xüsusilə Rusiya bundan çox narahat idi), nəticədə ABŞ 232 Amerika prezidentləri xarici siyasətinin uğuruna çevrildi (ölkəmiz də bu pakta qo- şulub). Belorus, Qazaxıstan və Ukraynanın atom silahından imtina etməsini də Klinton administrasiyasının uğuru kimi dəyərləndirmək olar. Bəzi sələfl əri kimi Klintonun da prezidentliyi qal- maqalsız ötüşməyib. Qalmaqal onun ikinci prezidentlik müddətində baş verib və Ağ Evdə praktika keçən Monika Levinski ilə bağlıdır. ABŞ, eləcə də dünya KİV-də geniş işıq- landırılan olay az qala Klintonun istefasıyla nəticələnəcəkdi. Aparılan təhqiqatlar, Konqresdəki müzakirələr prezidentin nüfuzuna ciddi zərbə vurdu. Lakin öz səhvini etiraf etməsi, bütün Amerika xalqından, xanımı və qızından rəsmi olaraq üzr istəməsi onu gözlənilən biabırçılıqdan xilas etdi. XX əsrin sonuncu prezidentinin fəaliyyətini ümumilikdə qənaətbəxş hesab edirlər. Hər halda o, demokratların nümayəndəsi olaraq F.D.Ruzveltdən sonra iki tam müddətə prezident seçilən hələlik yeganə prezidentdir. İstefaya çıx- dıqdan sonra ciddi surətdə siyasi fəaliyyət göstərməsə də, ictimaiyyət tərəfi ndən daim hörmətlə qarşılanır. 233 Amerika prezidentləri CORC BUŞ (oğul) (GEORGE W.BUSH) (2001 –2009) 1824-cü il prezident seçkilərində Con Kuinsi Adams qalib gəldi. O, ABŞ-ın ikinci prezidenti Con Adam- sın oğlu idi. Bu təcrübə bir də yalnız 176 il sonra 2000- 234 Amerika prezidentləri ci il seçkilərində təkrarlanıb. Belə ki, bu seçkilərdə qalib gələn Corc Buş (oğul) ABŞ-ın 41-ci prezidenti C.Buşun oğludur. Artıq qeyd etdiyimiz kimi, hər bir amerikalı so- sial vəziyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq prezidentlik iddiasında ola və bu istəyini gerçəkləşdirə bilər. (Şübhəsiz ki, konstitusiyanın verdiyi imkanlar çərçivəsində). Bu baxımdan C.Buşun (oğul) pre- zident seçilməsi təbii qarşılanmalıdır. Corc Buş (oğul) 1946-cı il iyulun 6-da anadan olub. Onun rəsmi bioqrafi yasında konkret harada anadan ol- duğu öz əksini tapmır. Texasda olduqca populyar olan Buşu texaslılar «yüz faiz özününkü» hesab edirlər. Lakin jurnalistlərin «Cənab Buş harada anadan olub?» sualına administrasiya əməkdaşı Maykl Couns «Təəssüf ki, Kon- nektikutda, amma iki-üç yaşlarından valideynlərilə birgə Texasa köçüb və tamamilə texaslı ruhunda böyüyüb» ca- vabını verib. Orta təhsilini Midlend və Hyustonda alaraq, Yel Universitetinə daxil olur və oranı bakalavr dərəcəsində bitirir. Harvard Universiteti nəzdində Biznes Məktəbində oxuyaraq magistr dərəcəsi alıb. Təhsilini bitirdikdən sonra hərbi xidmətə getmiş və Texas Milli Qvardiyasının HHQ- də F-102 təyyarəsində pilot kimi qulluq etmişdir. Əmək fəaliyyətinə 1975-ci ildə, Midlenddəki neft-qaz sənaye şəbəkəsində başlamış və 1986-cı ilə qədər bu sahədə çalışmışdır. 1988-ci il prezident seçkilərində, atasının seç- kiönü kompaniyasında fəal iştirak edir. Növbəti il bir neçə şəriki ilə birgə «Teksas Reyncers» beysbol komandasını alır. Beş il müddətində klub rəhbərliyində aparıcı vəzifələr tutmuşdur. 1994-cü il noyabrın 8-də keçirilən ştat qubernatoru seçkilərində iştirak edir və 53,5 % səs toplayaraq quber- nator seçilir. 1998-ci ildə təkrar seçkilərdə 68,6 % səs top- layaraq tarixi qələbə qazanır və Texas tarixində iki ardıcıl dördillik müddətə qubernator seçilən ilk şəxs olur. 235 Amerika prezidentləri 2000-ci ildə keçirilən prezident seçkilərində respubli- kaçılar partiyasının namizədi olur. Gərgin keçən seçkilərdə, Buş demokratların namizədi, Klintonun prezidentliyi ərəfəsində vitse-prezident vəzifəsini tutmuş Albert Qora ki- çik üstünlüklə qalib gələrək prezident seçilir. Xanımı Lora Buş keçmişdə kitabxanaçı və müəllimə işləyib. Buşların Barbara və Cenni adlı əkiz qızları var. Ağ Evə gedən yolda atasının rolu az olmasına baxmaya- raq, istər seçki kompaniyasının təşkilində, istərsə də forma- laşdırdığı kabinetdə vaxtilə atasının komandasında təmsil olunanlar üstünlük təşkil edib (Dik Çeyni, Kollin Pauell, Kondoliza Rays və s.). 11 sentyabr 2001-ci il hadisələri nəticəsində 3 min in- san həlak olur. ABŞ xüsusi xidmət orqanlarının verdiyi məlumatlara görə terror aktlarının təşkilatçısı səudiyyəli milyoner Usəma Ben Laden Əfqanıstanda gizlənir və ABŞ administrasiyası taliban hərəkatından onun təhvil verilməsini tələb edir. Onların rədd cavabına Buş belə re- aksiya verir: «Biz onları yuvalarından dartıb çıxaracaq… və ədalət məhkəməsi qarşısında mühakimə edəcəyik». ABŞ administrasiyasının diplomatik səyləri və hərbi əməliyyatlar aparmaq üçün geniş koalisiya yaradılır. 2001- ci il milad bayramı ərəfəsində NATO koalisiyası və «Şimal alyansı» adlı mücahidlər qrupunun birgə əməliyyatlarından sonra Əfqanıstan üzərində tam nəzarət yaradılaraq milli vəhdət hökuməti qurulur, talibanın əsas hərbi birləşmələri isə məhv edilir. 2003-cü ildə Səddam Hüseyn rejimini Əl-Qaidə ilə əlaqədə və kütləvi qırğın silahlarını BMT ekspertlərindən gizlətməkdə ittiham edən Buş İraqa hərbi müdaxilənin zəruriliyini bildirir. Lakin bu, Əfqanıstanda olduğu kimi heç də çoxsaylı dövlətlər tərəfi ndən dəstəklənmir. Buna bax- mayaraq İraqa hərbi müdaxilə başlamış, Səddam Hüseyn rejiminə son qoyulmuşdur. Lakin hələ də İraq ərazisində 236 Amerika prezidentləri sabitlik tam bərpa olunmayıb və vəziyyət qeyri-müəyyən olaraq qalmaqdadır. Nəticədə Buş administrasiyası həm daxildə, həm də xaricdə ciddi tənqid olunmuşdur. Tənqidlərə baxmayaraq 2004-cü il 2 noyabrda keçirilən seçkilərdə Buş, demokratların namizədi Con Kerriyə qalib gələrək ikinci dəfə prezident seçilir. Prezident seçildikdən sonra Buşlar haqqında maraq- lı informasiya yayılmışdır. Aristokrat soyadlarının nəsil şəcərəsini araşdıran ingilis nəşriyyatı «Berkez Pikçers» id- dia edir ki, Buşlar qədim kral nəslindəndir. Onlar rus impe- rator soyadı və Britaniya kral ailəsi ilə qohumluq əlaqələrinə malikdirlər. Digər tərəfdən müəyyənləşdirilib ki, Buş bir- başa Plantagentlər sülaləsindən olan Henrixin nəslindəndir. Lakin bu informasiya rəsmi təsdiqini tapmayıb. Ümumilikdə Buşun prezidentliyi birqiymətli dəyərlən- dirilmir. Bu özünü aparılan sorğularda da göstərir. 11 sent- yabr hadisələrindən sonra reytinqi 90 %-ə çatdırdısa, 2007- ci ilin sonunda bu göstərici 24 % olmuşdur. Buşun prezi- dentliyi tam obyektiv qiymətini yəqin ki, yaxın gələcəkdə alacaq. 237 Amerika prezidentləri BARAK OBAMA (BARACK H. OBAMA) (2009 - ) Əvvəlki yazılarda qeyd etmişdik ki, sosial vəziyyətindən, cəmiyyətdə tutduğu mövqeyindən, etnik mənsubluğundan asılı olmayaraq hər bir Amerika vətəndaşı prezident olmaq arzusuyla yaşaya və bu arzusunu gerçəkləşdirə bilər. 2008- 238 Amerika prezidentləri ci ildə keçirilən prezident seçkiləri sadalanan amillərə daha birisini – irqi mənsubluğu da əlavə etdi. Yaxın keçmişdə cid- di problem hesab edilən irqi ayrıseçkilik birdəfəlik tarixin arxivinə göndərildi, hələ ötən əsrin ortalarında zəncilərlə bir avtobusa getməyi, eyni restoranda nahar etməyi həqarət hesab edən Amerika xalqı qaradərili Barak Obamanı özünə prezident seçdi. Amerika tarixində ilk dəfə baş verən bu hadisəni demokratiyanın böyük qələbəsi hesab etmək olar. Barak Hüseyn Obama kiçik 1961-ci il 4 avqustda Hono- lulu şəhərində (Havay şt.) anadan olub. Keniyalı müsəlman olan atası Barak Hüseyn Obama–böyük luo qəbilə sindən olan ara həkiminin oğlu idi. Erkən yaşlarında çobanlıq etməsinə baxmayaraq sonradan Nayrobidə təhsil alır və dövlətdən maliyyə yardımı alaraq təhsilini ABŞ-da, Havay Universitetində davam etdirir. Burada o, gələcək prezidentin anası Stenli Ənn Danhəm ilə tanış olur. Obama-kiçik dünya- ya gəldikdən iki il sonra o, Keniyaya qayıtmış və 1982-ci ildə avtomobil qəzasında həlak olmuşdur. Anası və atalığı Lolo Soetoro ilə birlikdə İndoneziyaya gedən Obama-kiçik dörd il burada yaşamış və Cakartadakı dövlət məktəblərindən birində oxumuşdur. Sonradan o, Honoluluya qayıdaraq ana- sının valideynlərinin yanında yaşayır. Burada o, nüfuzlu Pu- nahou məktəbində təhsil alır. 1979-cu ildə məktəbi bitirən Obama Los-Ancelosdakı Qərb kollecində oxuyur, sonradan isə təhsilini Kolumbiya Universitetində davam etdirmiş və 1983-cü ildə oranı baka- lavr dərəcəsində (politologiya və beynəlxalq münasibətlər) bitirmişdir. İki il ərzində Beynəlxalq Biznes korporasiyası və Nyu-York elmi-tədqiqat mərkəzində işləyir. 1985-ci ildə Çikaqoya köçmüş xeyriyyə fondlarında sosial təşkilatçı kimi çalışmışdır. 1988-ci ildə Obama Harvard universitetinin hüquq məktəbinə daxil olmuş, 1990-cı ildə isə yarandığı tarixdə ilk dəfə universitetin nüfuzlu Download 2.66 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling