Dərs vəsaiti ifG96 Azərbaycan Respublikası Prezidentinin


Download 29.48 Kb.
Pdf просмотр
bet1/31
Sana21.08.2018
Hajmi29.48 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   31

FƏLSƏFƏ
Ali  mdktəblər  üçün  dərs  vəsaiti
ifG96
Azərbaycan  Respublikası  Prezidentinin 
İşlər idarosi
PREZİDENT KİTABXANASI

Rəyçi:
Azərbaycan Respublikası Prezideııti yamnda 
Dövlət İdarəçilik Akademiyası
Layihənitı rəhbəri:
Aslan Aslanov 
AzərTAc-ın baş direktoru
Elmi redaktor:
Bəxtiyar Əliyev 
AMEA-mn müxbir üzvü
Redaktor:
Dağbəyi İsmayxlov
AzərTAc-m baş direktorunun müavini
Ttfeümə
11
 
redaktor:
Oktaedr Məmmədov
Mehdiyev R.Ə.
Fəlsəfə. Dərs vəsaiti. Bakı, "Şərq-Qərb", 2010, 360 səh.
Rusca ikind nəşrindən tərcümə
Bu dərs vəsaitində müstəqil elm ifənn və insanlann mənəvi fəaliyyət sahəsi olan fəl- 
səfənin  sistemli  şərM,  o  cümlədən fəlsəfənin  mövzusu,  onun  metodlan,  məcjsəd  v'ə 
vəzifələri,  baza  anlayışlan,  kateqoriyalan  və  cərəyanlan  haqqında  geniş  söhbət 
açılır. Kitabda fəlsəfəyə girişlə yanaşı, fəlsəfənin, o cümlədən  Şərq fəlsəfəsinin  tarixi, 
müasir fəlsəfənin əsaslan, habeləiarix fəlsəfəsi və siyasifəlsəfə şərh edilir.  Qədim  və 
orta əsrlər Azərbaycan fəlsəfəsinin problemləri,  X lIl-X X  əsrlərdə Azərbaycan fəlsə- 
f i  fikrinin  təşəkkülü ayrıca nəzərdən keçirilir.
N əşr  tələbələr,  müəllimlər, fəlsəfə problemləri  ilə maraqlanan  bütün  oxucular  üçün 
nəzərdə tutulmuşdur.
 
“ '
Kitabın  ikinci  nəşri aliməktəblərin  müəllim  və  tələbə heyətinin  xahişi  ilə hazırlan- 
mışdvr.
Kitab Azərbaycan  Respublikast  Təhsil Nazirtiyi  tərəfindən  ali məktəblər  üçün  dərs 
vəsaiti kimi  tövsiyə olunmuşdur.
ş
 
• 
-
ISBN 978-9952-34-504-9
2
  , 
R9.miz  Mehdiyev

MÜQƏDDİMƏ
Fəlsəfə  ruhun  bədəni  tərk  edərək  xəyalən  olsa  da,  mü^tləq 
dünyaya qayıtmaq cəhdidir. Müxtəlif insanların ruhları Həqiqət, 
Xeyir və Gözəllik aləminə eyni  dərəcədə yaxm olmadığma görə, 
onlarm hafizələrində mütləq aləmin rəngarəngliyi müxtəlif şəkil- 
də  iz  qoymuşdur.  Fəlsəfi  sistemlərin  çoxluğu,  həmçinin  onlarm 
arasmda ziddiyyətlər buradan irəli gəlir.
Deyə  bilərik  ki,  fəlsəfə  mənəvi  təfəkkür  mədəniyyətinin  aynca 
bir hissəsidir.  O,  fəlsəfəni  öyrənən insanı praktiki həyat proqra- 
mı,  həyatm  ali  mənasınm  dərk  edilməsi,  əxlaqi  ideallar  ilə 
silahlandırmağı  qarşısma  məqsəd  qoymuşdur.  İ.Kant  fəlsəfənin 
fəal  praktiki  xarakterini  vurğulayaraq  yazırdı:  "Ümumiyyətlə, 
müdriklik  bilikdən  daha  çox  fəaliyyət  tərzindən  ibarətdir..." 
Fəlsəfə  mükəmməl  müdriklik  ideyasmı  təcəssüm  etdirir,  insan 
zəkasmm  ali  məqsədlərini  göstərir.  Filosofluğun  mahiyyəti  ali 
mənəvi dəyərləri əsaslandırmaqdır.
Fəlsəfə dünyanı əvvəlcə dərk edən, sonra isə onu qiymətləndirən 
insanm mənəvi istiqamətləndirilməsi funksiyasmı yerinə yetirir.
Insanda insaniyyətlik, bütövlükdə insanın nə demək olduğu fəl- 
səfəni  maraqlandıran  məsələlərdir.  Onu  öyrənənlərə  insan 
haqqmda həqiqəti dərk etmək imkam yaradır. Onu sadəcə olaraq 
insana  yönəlməsi  deyil,  insana  məhz  subyekt,  şəxsiyyət  kimi 
istiqamətlənməsi səciyyələndirir.
Fəlsəfə biliyin  ən humanist nəzəri  formasıdır.  O,  insanla  xüsusi 
dildə  danışır,  ona  kim  olduğunu,  insani  leyaqət  və  vəzifənin 
rlədən  ibarət  olduğunu,  onun  cəmiyyətə,  təbiətə,  başqa  insana, 
bütün  Kainata  münasibətdə  bir  insan  kimi  hüquq  və  vəzifə- 
lərinin nədən ibarət olmasım izah edir.

Biliyin  dünyagörüşü  sistemi  olan  fəlsəfənin  əsas  vəzifəşi  insan 
mənəviyyatını,  ali  humäniät  əqidəiər  sistemini  irıkişaf  efdir- 
məkdir.
Fəlsəfənin  öyrənilməsi  onun  tarixini,  ən  görkəmli  nümayən- 
dələrinin  baxışlarmı,  əsas  anlayış  və  kateqoriyaları  bilməyi 
nəzərdə tutur.
Bu dərs vəsaitində fəisəfə tarixinin, müasir fəlsəfə elminin prob- 
lemlərinin və ona müvafiq olaraq, anlayış və kateqoriyalann qısa 
şəirhi verilmişdir.
Ümid  edirik  ki,  bu  dərs  vəsaiti ali  məktəblərin  tələbələri  üçün 
faydalı olacaq və onlara fəlsəfə kursunu mənimsəməkdə kömək 
edəcəkdir.
R&
yb
İ
z
  M e h d iy e v

Щ зф щ Л ц . Fəlsəfə insan biliyinin ən qədim sahələrindən biri, 
dünyagoruşu  «carakterli  problemlərin  qoyuluşuna  və  həllinə 
yönəlmiş mənəvi fəViyyətin xüsusi sahəsidir. Bizim eradan əw əl 
VII-VI əsrlərdə Hindıstanın, Çinin və Qədim Yunamstanm böyük 
filoşoflarının fəaliyyəti sayəsində yaranmış fəlsəfə ictimai şüurun 
əsas förmalanndan birinə, dünya və onun dərk edilməsi haqqın- 
da  ən  ümumi  anlayışlar  sisteminə  çevrilmişdir.  Filosoflar  öz 
səylərini  dünyagörüşü  m əsələlərinin  qoyuluşuna  və  onlara 
cavab  axtarışına  yönəldirdilər.  Fəlsəfənin  təxminən  üç  mirıillik 
tarixi  ərzində  onun  nümayəndeləri  bəşəriyyət  üçün  həyati 
əhəmiyyətli  məsələlər qarşıya  qoymuş, bu barədə  öz  baxışlarını 
irəli  sürmiişlər.  Bu  nöqteyi-nəzərin  hər  biri  həmin  məsələlərin 
başa düşiilməsinə yeni məna çaları vermişdir.
"Fəlsəfə"  sözü yunan mənşəli  olub,  "hikmətə"  (sofiya)  "məhəb- 
bət"  (fileo)  deməkdir. Bəzi tarixi sənədlərə görə bu sözün yaran- 
ması Herodot,  Heraklit və Pifaqorun adı ilə bağlıdır. Bu sözü ilk 
dəfə Pifaqor (e.ə. təqribən 580-500-cü illər) müdrikliyə və düzgün 
həyat  tərzinə  can  atan  insanlar  barəsində  ışlətmişdir.  Lakin  bu 
sözün mənasmı ilk dəfə Platon  (e.ə.  428-348-ci illər)  və Aristotel 
(e.ə. 384-322-ci illər)  dərindən təhlil etmişlər. Fəlsəfəni xiisusi bir 
elm kimi ilk dəfə fərqləndirən Platon olmuşdur.
"Fəlsəfə"  söz.ü  müxtəlif  dövrlərdə  müxtelif  mənalarda  başa 
düşülürdix. Bununla belə, bütün hallarda bu söz biliyin xüsusi bir 
rvövü olanhəqiqətə, miidrikliyə məhəbbət, dərin təfəkkür, həyat 
fəaliyyətinin clüzgün oriyentirlərinin axtanşı və  tapılması, insan 
həyatmln düşünülmüş şəkildə qurulması yollannı nəzərdə tutur- 
du. Beləliklə, deyə bilərik ki, fəlsəfə varlığm əsas suallarma insan 
tərəfindən cavablarm axtarılması və tapılması  deməkdir.  Fəlsəfə 
dünyagörüşü,  biitövlükdə  dünyaya  və  insamn  bu  dtmyaya 
münasibətin^ baxışlarımn məcmusudur.
Fəlsafənin Mötlzusu.  Aftıq  qeyd  etdiyimiz  kimi,  m&cfəlif tdövr- 
lərdə  "f^llsafə"  artlayışma  mü^talif  manalar  verilmişdir. 
Başlanğıcda  bu  artlayış  daha  gertiş 
-   ym-anmaqda  olan
elmm və rrazəri təfaickütf&ı cizgil^Pin^MaÄ adi. Qədiıh  dötoün 
ləteəfesi  imardaritn  te M a t^ ö z lə rİ  haşqaraia  ffldn ehrti  bilik və

nəzəri  mülahizələfinin  vəhdəti  ilə  fərqlənirdi  ki,  sonradan  da _ 
onlann əsasında müstəqil fəlsəfi fikir inkişaf etmişdir. 
\
Filosoflar əsrlər boyu təbiətin nə olduğu haqqında çox üzücü və 
dərin  mülahizələr  irəli  sürmüşlər.  İİk  yunan  filosoflarmm 
maraqlarınm  predmeti  də  bu  olmuşdur.  Onlarm  müşahidələri, 
düşüncələri,  analogiya  və  hipotezləri  dünyarun,  Yerin,  Günəşin 
və  ulduzlarm  yaranması,  təbiətin  əbədiliyi  və  sonsuzluğu 
haqqmda suallära idrakı qane edən cavablar axtarışına yönəlmiş- 
di.  Fiİösoflar onları  maraqlandıran  məsələlərə müxtəlif nöqteyi- 
nəzərdən yanaşırdılar  və  buna  görə,  onların  cävabları  da  müx- 
təlif  idi.  Bununla  bərabər,  problemin  həlli  üçün  oftlarm  hər 
birinin  təklif  etdiyi  variant  mütləq  həqiqət  hesab  edilmirdi: 
həmişə  istər  problemə  yeni  yanaşmalara,  istərsə  də  bu  barədə 
yeni  suallara  yer  qalırdı.  Bu  fikir  və  yanaşma  müxtəlifliyi 
şəraitində  fəlsəfə  özüniin  əsas  vəzifəsini  insanlarm  pərakəndə 
büiklərinin  toplanmäsmda  və  ümumiləşdirüməsində  görürdü. 
Beləliklə, fəlsəfə başlanğıcda təbiət fəlsəfəsi kimi çıxış edirdi.
Filosofiar  tədricən  insana,  insanrn  mahiyyətinə,  onun  ictimai- 
həyati məsələlərinə, tarixin və mədəniyyətin mənasma da maraq 
göstərməyə  başladılar.  Qədim  yunan  fflosofu  Sokrat  (e.ə.  469- 
399-cu  illər)  insanın  həyatı  və  ölümü,  insan  həyatımn  mənası, 
insan  büiklərinin  mənbələri  barədə,  mərdlik,  əzmkarlıq, 
ədalətlilik  və  müdriklik  kimi  etik  kateqoriyalar  haqqmda 
Oröhakimə  yürüdürdü.  Sokraün  dövründən  başlayaraq  insan 
pıobiemi fəlsəfi axtanşlarm diqqət mərkəzinə çevrilmişdir.
Aydmdır ki, fəlsəfi düşüncələr təbiətə Və insana aid mövzular ətra- 
ftnda  cəmləşmişdi.  Amma  bu  mövzular  təkcə  fəlsəfi  dünyagö- 
rüşünün deyil, ümumiyyətlə, dünyagörüşünün mövzusudur. Əgər 
belədirsə,  onda  fəlsəfənin  spesifikäsı nədən  ibarətdir?  Onun  əsas 
xüsusiyyəti bununla bağlıdır  ki,  burada  təfəkkür  nəzəri  xarakter 
daşıyır:  filosoflar  nəzəri  mühakimələrə  daha  çox  diqqət  yetirir, 
insarun zəkasma  daha  tez-tez  müradət edirlər.  Məhz özünün  bu 
xüsusiyyəti sayəsində bu gün fəlsəfə bəşəriyyətin gələcəyi, ictimai 
inkişafı  öncəgörmə  yollan  və  imkanları,  mədəni-tarixi  prosesin 
istiqaməti barədə məsəlelərə çox bÖyük märaq göstərir.

Bugün həmin problemin dünyagörüşü və ideologiya kimi xüsusi 
kəskinliyi  eksponensial  artımm bəşəriyyəti düçar etdiyi böhran> 
yaxmlaşmaqda ^olan  ekoloji  fəlakət  təhlükəsi,  planetdə  milli  və 
konfeşsional  müfiaqişələrin  davam  etməsi,  totalitar  ideologiya- 
larm  iflası,  eləcə  də  mədəniyyətlərin  inteqrasiya  prosesləri  ilə 
bağlıdır.  Fundamental həyati problemləri öyrənməyin altemativ 
yollarmm axtanşı fəlsəfənin ən mühüm vəzifələrindən biridir.
Fəlsəfənitı funksiyalan.  Fəlsəfənih  əhəmiyyəti  onun  "dünya -  in- 
san"  sistemində  ümumi  problemlər üzərində  mülahizələr yürüt- 
məklə insanlan təbiət və cəmiyyət  aləmində istiqamətləndirə bil- 
məsindən ibarətdir.  İnsan Öz həyatınm müəyyən anlannda seçim 
zərurəti  qarşısmda  qalır  və  öz  seçimindən  asılı  olaraq  azadlığını 
reallaşdmr.  Fəlsəfə  insarun  daha  düzgün  seçim  etməsinə  kömək 
etməlidir.  Bu  məsələnin  həlli  üçün  fəlsəfə  ən  ümumi  ideyalan, 
ideallan,  prinsipləri,  baxxşlan,  kateqoriyalan,  təcrübə  formalanm 
aşkara  çıxarır,  davramş  meyarlarım,  dəyərlərin  iyerarxiyasını 
müəyyənləşdirir və onlann zəkarun tənqidi süzgəcindən keçirilə- 
rək dəyişən dünyada yenidən qiymətləndirilməsinə kömək edir.
Bu prosesdə fəlsəfə bir sıra funksiyaları həyata keçirir. Onlarm ən 
mühümlərini araşdıraq.
Dünvagörüsü  funksivası.  Fəlsəfənin  bu  ən  mühüm  funksiyası 
bütövlükdə  dünyamn  mənzərəsini  əks  etdirıhək,  müxtəlif  elm- 
lərin  məlumatlarım,  incəsənət  və  praktiki  fəaliyyətin  bütün 
sahələrində  qazamlmış bilikləri birləşdirə bilməsindən ibarətdir. 
Fəlsəfə bütövliikdə bəşəriyyətin intellektual, mənəvi və praktiki- 
həyati  nailiyyətlərini  əhatə  etməyə,  ümumiləşdirməyə  və  dərk 
etməyə  çahşmaqla  bərabər,  həm  də  gerçəklik haqqında  ümumi 
biliklərm məzmununu və onlann əldə edilməsi üsullannı nəzəri 
cəhətdən əsaslandırır.  Fəlsəfə  dünyagörüşünün  qeyri-fəlsəfi  for- 
malarım tənqid etmək və rasionallaşdırmaq yolu ilə həqiqi idra- 
kın yolunu təmizləyir,  dünya haqqında yeni  təsəwür formalaş- 
dırır,  insanlarm  dünyaya  münasibətind,  ictimai  hadisələrin 
qiymətlərinin nəyin  əsasmda  yaranmasmı,  gerçəkliyin bu  və  ya 
digəfejfakiäanmn nəyə görə qəbul edilməsini və ya edilməməsini 
aydmlaşdırmağa kömək edir.

Fəlsəfənin  metodoloji  famksıyası  elm.  incəsənət  və  ya  sosial 
praktika sahəsində qarşıj a qoyulmasmdan asılı olmayaraq  h 
sısa məqsədə çatmağm vasıto, metod və prinsiplərinin muəyyən- 
ləşdirilməsidir.
Fəlsəfənin  humanist  funksivası  sosial  gerçəklıyin  şərhində, 
insana  diqqətli  mıinasibət  yollannm  axtarışında,  mənəvi,  bədii 
şüurda  yaranan  ideyalarm  nəzəri  dilə  çevrilməsində,  etik  və 
estetik yanaşmaların yayılmasmda reallaşır.
Fəlsəfənin  praktiki  funksivası  oriun  əxlaqi  dəyərlərində  və  in- 
sanların rifahmda ardıcıl surətdə qayğıda təzahür edir.  Bu halda 
fəlsəfə  həm  fərdin,  həm  də  cəmiyyətin mənafelərini  nəzərə  alır.
O,  fərdin  öz  davranışmı  müstəqil  tənzimləməsinə,  həyatınm 
mənasım və məqsədini, gələcək taleyixü dərk etməsinə,  öz prob- 
lemlərindən  baş  çıxarmasma  kömək  edən  Borc,  ,Məsuliyyət  və 
Vicdan haqqmda cəmiyyətdə yaranmış əxlaqi təsəwürləri ümu- 
miləşdirir. Çünki məhz ali oriyentirlərin itirilməsi çox vaxt insan- 
ları  həyatda  narkomaniyaya,  alkoqolizmə  və  cinayətlərə  gətirib 
çıxarır. 

*
Fəlsəfə  başqa  funksiyaları  da  reallaşdınr.  Qnların  ən  vacibləri 
predmeti  məlum  olan  sosial  gerçəklikdə  gündəlik  oriyentirlər 
rolunu  oynayan  Nemət,  Xeyir,  Şər  kimi  dəyərlər  häqqmda 
təsəvvürlərin  yaranmasmdan  ibarət  olan  konstruktiv-dəvər 
ftmksivası:  eksplikasiva  funksivası.  yəni  obyektiv  gerçəkliyi 
əks  etdiron  ümumi  ideyalarm  aşkar  edilməsi;  rasionallasdırma 
funksivası.  yəni  dünyagörüşü  tərkibli  mövzuları,  ideyaları  və 
məsələləri məntiqi formaya salmaq;  sistemləsdirmə  funksivası. 
yəni bəşər təcrübəsinin  ayrı-ayrı elementləri  arasında  əlaqələrin 
və münasibətlərin müəyyən edilməsi, onlarrn vahid tam şəklində 
birləşdirilməsi  və  məcmu  nəticələrin  formalaşdırılması;  tənqid 
funksiyası.  yəni  qeyri-fəlsəfi  dünyagörüşü  formalarınm  nəzəri 
xurafatlärmı  və  yamlmalarım’  onların  obyektiv  məzmunu 
baxımından təhlil və aşkar etmək funksiyasıdır.
Bundan  əlavə,  fəlsəfənin,  izahat-informastya,*  m0dənte.tərt>ivəvi 
və başqa funksiyaları da vardır.

Fəlsəfənin  təmnatu  Fəlsəfənin  əsas  təyinatı  dünyanı  və  insan 
həyatmı  anlamaq  prinsiplərinə  yiyələnməkdir.  O,  inşan  təfək- 
küriinü  rasionallığa  doğra  istiqamətləndirməlidir.  Keçmişin  və 
bu  günün  mədəni-tarixi  təcrübəsinə  müraciət  etməklə  fəlsəfə 
dünyanı anlamağın köhnə baxışlarını və sxemlərini şübhə altına 
alır, onları tənqid edir və puç etməyə çalışır, onların əsasında gə- 
ləcəyə istiqamətlənmiş prinsipcə yeni ideyalar, dünyagörüşü ob- 
razları və idealları formalaşdırmağa imkan verən təfəkkür üsulu 
yaradır. Fəlsəfə onu öyrənən insamn adiliklərin fövqünə qalxma- 
sına,  özünü  təkmilİəşdirməsinə  və  gələcək  taleyini  aydm  təsəv- 
vür etməsinə kömək edir. Fəlsəfə olmasa,  insan öz mövcudluğu- 
nun mənəvi bütövlüyünün ən ümumi əsaslarını dərk edə bilməz.
Fəlsəfə,  mifologiya  və  ditı.  Qeyd  etdiyimiz  kimi,  fəlsəfə  dünya- 
görüşü  formalarmdan  biridir,  lakin birincisi  deyildir.  Fəlsəfə  üç 
min  il  bundan  əwəl,  ilk  böyük  filosoflann  yaşayib-yaratdığı 
dövrdə  meydana  gəlmişdi.  O  dövrdə  şüurun  hakim  formaları 
mifologiya və din idi.
Fəlsəfənin  genezisinin,  onun  sosial  funksiyalarmm  və  ictimai 
şüurda tutduğu yerin dərk edilməsi yolunda fəlsəfənin mifologi- 
yaya  və  dinə  münasibətinin  başa  düşülməsi  böyük  əhəmiyyət 
kəsb edir. Elmin son nailiyyətləri ilə əlaqədar bu məsələnin təhlili 
tarixi-fəlsəfi  prosesin  bəzi  adi  sxemlərindən  müəyyən  qədər 
kənarlaşmağı nəzərdə tutur.
Mifoloji  şüur  dini  və  ya  fəlsəfi  şüurdan  daha  qədim  şüur 
tipidir. O, sinkretikdir və dinin, bədii yaradıcılıq başlanğıcmm, 
əxlaqi  norma  və  məqsədlərin  elementlərinin  bölünməmiş 
vəhdəti  kimi  çıxış  edir.  Mifoloji  şüurda  təxəyyüldə  can- 
landırılan,  fantastik  anlayışlar  reallığa  çevrilir,  həqiqətdə 
mövcüd olanlar kimi qəbul  edilir.
•ı. 
\
Mifolöji və dini şüurun nisbəti məsələsi maraq doğurur.  Əlbəttə, 
mifOİoji  şüur dini  şüurun bir sıra cəhətlərini və xüsusiyyətlərini 
ehtiva  edir:  dünyanm  fantastik  inikası,  mifik,  illüzor  obrazlara 
reallıq kimi münasibət, xaosu mifoloji vasitələrlə kosmosa "çevir- 
məklə"  mövcud ı ictimai  münasibətlərin  sakrallaşması.  İnsanm

özünü və ətratf aləmi dərk etmək kimi ümdə tətebab hərri: dmdə, 
həm də mifologiyada ifadə olxmur. Lakin dinin əsas əlaməti föv- 
qəltəbiiliyə inamdırsa, bu əlaməti mifotoji şüura tətbiq etmək çə- 
tindir. Çünki mifoloji şüurda təbii aləmin fövqəltəbiiliyə zidd ol- 
ması  yalnız  pqtensial  imkan  kimi  verilmişdir.  Təbii  ilə  föv- 
qəltəbiinin  tamatnilə  və  ya  qismən  eyniləşdirilməsi,  onlardan 
birinin  digərinə  çevrilməsi  mifologiyamn  xüsusiyyətidir.  Məhz 
bu xüsusiyyət mifologiyamn fövqəltəbiiliyinə baxmayaraq, insan 
məntiqinə  tamamilə uyğun olmaq xüsusiyyətini  qoruyub  saxla- 
mağa  imkan  verir.  Y.E.Qolosovker  göstərir  ki,  mifik  qəhrəman 
müəyyən düşüncənin təcəssümüdür və onun mifdə təsvir edilən 
bütün hərəkətləri bu düşüncənin müxtəlif təzahürləridir:  məsə- 
lən.  Düşüncənin  qızı  olan  Afinamn  Zevsin  başmdan,  düşüncə 
mənbəyindən,  yəni  Zevsin  düşüncəsindən  doğulması  təbiidir; 
Tesey Poseydonun mağarasırun dibinə düşmüş,  ancaq ölməmiş- 
dir, lakin Nikomed onu qayadan dənizə atanda Tesey batır, çünki 
o artıq öz mənasmı itirmiş və lazımsız olmuşdu.
Dinlə  bağlı halda  isə  Allaha  inam  xüsusi  məna  kəsb  edir.  Dinə 
görə, o cümlədən islam dininə görə, Allaha inam insanm yaradıl- 
dığı andan ona xas olan təbii qabiliyyət, həqiqi həyat və davraluş 
tərzidir.
Quranın 30-cu surəsinin 30-cu ayəsində deyilir:  "Üzünü Allahın 
ütri  olaraq insanlara verdiyi  dinə  (islama)  tərəf tut...  Doğru  din 
budur".  Quranın bu  ayəsindəki  "din"  ("fitrə")  anlayışını  mütə- 
xossislər  irisarun Allahı bütün  varlığın  yaradıcısı  kimi  tammaq, 
Onun  tək  olmasinı  qəbul  etmək  və  bu  təkallahlılıq  əsasmda 
Allahm  adlarmm  və  ätributlarırun  məcmusunun  inikası  olan 
dünyam  dəfk  etmək  kimi  fiİtri  qabiliyyət  hesab  edirlər.  Onun 
mahiyyəti  prinsip  etibarilə  dərkedilməz  və  transsendentdir. 
Allahm transsendent olttıası o deməkdir ki, O, hər bir anlayışm, 
dilin və təcrübənin fövqündədir. AMah hüdudsuz olduğuna görə, 
elə bir yer yoxdur ki,  O,  orada  olmasm.  Eyni  qayda  ilə əgər O, 
hüdudsuzdursa,  onun  yaratdıqlarından  nəyisə  eyni  zamanda 
yaşamadan  Qnu  təcrübədə  dərk  etmək  üsulu  yoxdur.  İnsan 
özünü  də  eyni  əsaslä  dərk  edir,  həqiqəti  yanılmadan,  doğrunu
Ram'vz.  MehöVyev

yalandan  fərqlondirir.  Allah  bu  qabiliyyəti  insanda  lap  əzəldən 
cilovlana  bilməyən  heyvani  instinktlərdən,  nəzarət  edilə  bil- 
məyən, kainilliyə doğru aparan düz yoldan sapdıran arzulardan 
qorunma väsitəsi kimi proqramlaşdırmışdır. Bu vəzifənin yerinə 
yetirilməsi üçün O, irvsana hər şey vermişdir -  biliyirv nur saçdığı 
zəka, böyük quruculuq imkanları.
Lakin insanlar heç  də həmişə bu  dinə  sadiq  olmamışlar.  Dünya 
yaranandan insanlar nəsil-nəsil öz biliklərinin ilkin mənbəyindən 
uzaqlaşmış, yanılmış, süni tannlarda müdafiə axtarmış və Allahi 
bu  fərdi  obyektlərlə  eyniləşdirərək  çoxallahlı  bütpərəstlərə 
çevrilmiş, miflər yaratmışlar. Hər dəfə insanlar məhv olmaq həd- 
dinə  lap  yaxınlaşanda  Allah  onlarm  yanına  peyğəmbərlər  və 
özünün  kəlamlannı  -   müqəddəs  yazılar  şəklində  vahid  mən- 
bədən  yaranan  və  vahid  məqsədə  xidmət  edən  nəsihətlərini 
göndərmişdir.
Təkallahlılıq  ənənələrini  ilk  dəfə  tam  bərpa  edən  İbrahim 
peyğəmbər  olmuşdur.  Bütün  monoteist  dinlər  -   iudaizm,  xris- 
tianlıq və islam bu ənənədən qaynaqlanır. Bütün bəşəriyyət üçün 
rəhbər  göstəriş  ölan  Allah  kəlamımn  universal  xarakteri  üç 
səmavi  kitabda  -   "Tövrat",  "İncil"  və  "Quran"da  daha  dolğun 
əksini tapmışdır. Eyni zamanda, Müqəddəs kitab təkcəbəşər tari- 
xinin universal faktı olmayıb, həm də silsilə şəklində reallaşan və 
Tannmn  Məhəmməd  peyğəmbərə  göndərdiyi  ən  mükəmməl 
səviyyəyə çatmış bir hadisədir.
Beləliklə,  dini şüur insanın mövcud  olduğu  ən  qədim  dövrlərdə 
yaranmışdır.  Dini  öyrənmədən  dünyagörüşünün  spesifik  for- 
ması  olan  fəlsəfənin  genezisini  aydınlaşdırmaq  mümkün  deyil- 
dir. Rasionallığm xüsusi forması olan dini şüur həmişə mövcud- 
dur və ətraf aləmi dərk etməyin mifoloji, fəlsəfi və elmi üsullarını 
tamamlayır.  Dünyanı qavramağm və anlamağm dini üsulu fəlsə- 


Do'stlaringiz bilan baham:
  1   2   3   4   5   6   7   8   9   ...   31


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2019
ma'muriyatiga murojaat qiling