Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil
8.4. Virusların seleksiya üsulları
Download 4.83 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- 8 .5 .V iru s ə le y h in ə im m u n ite tin a m illə ri.
269 8.4. Virusların seleksiya üsulları. Viruslar təbiətdə dövr etdikdə və həm də eksperimental şəraitdə müxtəlif amillərin təsirinə məruz qaldıqda onlarda müəyyən dəyişikliklər baş verir. Bu dəyişikliklərin bəziləri irsi olaraq nəslə verilir. İrsi dəyişikliklər virusları heyvan orqanizmində, toyuq embrionunda və hüceyrə kulturasında yetişdirdikdə, onlara müxtəlif fiziki və kimyəvi mutagenlərlə təsir etdikdə, eləcə də hibridləşmə zamanı əmələ gəlir. Dəyişkənlik nəticəsində genetik cəhətdən bircinili olmayan reproduksiya zamanı yem virus populyasiyası almır. Bunu nəzərə, alaraq virusun dəyişkənliyinin əsas səbəbini öyrənmək məqsədilə bircinili klonların alınması əsas şərt sayılır. Birinili klonlar əldə etmək üçün aşağıdakı seleksiya üsullarından istifadə edilir: 1. Toyuq embrionunun yoluxdurulmuş xorioallantois qişasında əmələ gəlmiş ayrı-ayrı suluqlardan klonların seleksiyası. Belə güman edilir ki, virusun lokalizasiyası nəticəsində xorioallantois qişasında əmələ gələn hər bir suluq bir viriondan törənir. Bu üsuldan çiçək, adi herpes və dovşanın miksoma viruslarının seleksiyasında, həmçinin virusun genetik cəhətdən təmiz olan xətlərinin və onun konsentrasiyasınm (titrinin) təyin edilməsi üçün istifadə olunur. 2. Virusu hüceyrə kulturasında yetişdirdikdə əmələ gələn rongsizloşmiş ləkələrə görə klonların seleksiyası. Bu ləkələr virusun kaloniyasından ibarət olub onun genetik cəhətdən təmiz olan xətlərinin və təcrid olunmuş kaloniyalarının alınmasında və titrinin təyin edilməsində tətbiq olunur. Bu üsulla virusların seleksiyası zamanı metilrotla boyanmış, aqarla örtülmüş birqatlı hüceyrə kulturasında degenerasiyaya uğramış hüceyrələrin yerində virusun təsirindən bir neçə gündən sonra xüsusi ləkələr törənir. Pikornavirusların, arboviruslarm. adenovirusların, miksovirusların, herpes və çiçək viruslarının seleksiyasında bu üsuldan istifadə edilir. Müəyyən edilmişdir ki. hüceyrə kulturasında yaranan hər bir ləkə virusun bir virionu tərəfindən törənir Bu məqsədlə ilkin tripsinləşdirilmiş birqatlı hüceyrə kul- turası, yaxud keçirilən hüceyrə kulturası müvafiq virusla yoluxdurulduqdan sonra həmin virus bir neçə dəfə (üç dəfədən az olmayaraq) hüceyrə kulturasmdan passaj edilir və nəticədə vahid genetik cinsli virus klonları alınır. Qeyd elmək lazımdır ki, müxtəlif viruslar, hətta eyni virusun müxtəlif ştammları böyüklüyünə, morfologiyasına və yaranma vaxtına görə müxtəlif ləkələr törədir. Ləkələrin əmələ gəlmə müddəti və morfologiyası virus ştammmm növündən, hüceyrənin tipindən və yetişdirilmə şəraitindən asılıdır. Bu da mühitin tərkibindən, temperaturundan, hidrogen ionlarının konsentrasiyasmdan (pH), buferliyindon və başqa amillərdən asıldır. 3. Ardıcıl durultma yolu ilə passaj etməklə virusun seleksiyası üsulunda yoluxdurma qabiliyyətini saxlayan yüksək dərəcədə duruldulmuş virus, hüceyrə kulturası və toyuq embrionunda 3-5 dəfə passaj edilməklə onun klonları seleksiya olunur. Bunun üçün virusun müxtəlif durultma dərəcəsinin hər biri ilə eyni vaxtda 5-10 toyuq embrionu yoluxdurulur. Beləliklə, virusun durultm a dərəcəsinin, embrionların və passajın miqdarının artırılması nəticəsində genetik cəhətdən bircincilı klonlar alınır. Bu üsuldan ən çox 270
birqatlı hüceyrə kulturasında ləkə törətməyən virusların seleksiyasında istifadə edilir. Hazırda virusları müxtəlif üsullarla passaj etməklə seleksiya olunmuş sabit klonlardan diri vaksinlər hazırlanaraq virus xəstəliklərinin spesifik profilaktikasında tətbiq edilir. Diri virus vaksinləri hazırlamaq üçün viruslara müxtəlif fiziki və kimyəvi mutagenlərlə təsir edilir. Qeyd edilən üsulla donuzların taun, quşların klassik taunu və Nyukasl xəstəliyi, qrip, polıomielit, qızılca, parotit və başqa xəstəliklərə qarşı diri vaksinlər hazırlanmışdır. Virusların molekulyar biologiyasının daha ətraflı öyrənil məsi, həmçinin fiziki və kimyəvi amillərin təsiri ilə onların irsi xüsusiy yətlərinin dəyişilməsi virus xəstəliklərinə qarşı diri virus vaksinlərin hazırlanmasının və təkmilloşdirilməsinin gələcək perspektivi üçün zəmin yaradır.
8.5.1.
Ümumi anlayış. Orqanizmin xəstəlik törədən agentlərin və onların həyat fəaliyyəti məhsullarının, həmçinin başqa irsi yabançı maddələrin təsirinə qarşı spesifik, qcyri-həssaslığı immunitet (latınca-immımitas-nədənsə azad olmaq) adlanmaqla, əsasən kompleks immunobioloji müdafiə reaksiyalarının əmələ gəlməsi ilə səciyyələnir. Orqanizmin bu cür qeyri- həssaslığı ya irsi xarakter daşıyır, yaxud da onun həyat fəaliyyəti prosesində yaranır. İ. İ. Meçnikova görə, infeksion xəstəliklərə qeyri- həssaslıq orqanizmin xəstəlik törədən mikroblara qarşı müqavimətini təmin edən hadisələrin ümumi məcmuundan ibarətdir. İ. P. Pavlovun təliminə əsasən immunitet orqanizmin antigen təbiətli infeksion agentlər və başqa maddələr tərəfindən pozulan daxili mühitinin daimiliyinin bərpa olunmasına yönəldilmiş fizioloji prosesdir. Bu təlim immunitet haqqındakı müasir anlayışlara daha ətraflı
cavab verir. Müasir dövrdə immunitetə ■immunobioloji proses kimi baxılır. İmmunitetin əmələ gəlməsində bütün orqanizm iştirak etməklə həmin proses bilavasitə mərkəzi sinir sisteminin iştirakı ilə icra olunur. Bu zaman ya spesifik anticisimlər, ya da allergiya reaksiyası əmələ gəlir. İlk dəfə ingilis alimi Eduard Cenner (1796) çiçəklə xəstələnmiş inəkdən alınmış suluğun mayesi ilə insanı peyvənd elməklə, bu xəstəliyə qarşı profilaktika üsulunun təməlini qoymuşdur. İmmunitetin yaranma tarixi L. Pasterin adı ilə bağlıdır. O, əməkdaşları ilə birlikdə pasterelyoz. qarayara və quduzluq xəstəliklərinə qarşı peyvənd vasitəsi hazırlayaraq immunitetin elmi əsasmı qoymuşdur. Onun təşəbbüsü ilə peyvənd vasitəsi vaksin və onun tətbiq edilmə üsulu isə vaksinasiya adlandırılmışdır. L. Paster sübut etmişdir ki, bütün infeksion xəstəliklərin xüsusi törədicisi (mikroblar) olduğu üçün bu xəstəliklərə qarşı spesifik preparatlar (vaksin, serum) hazırlamaqla onlarla mübarizə etmək olar. İmmunitetin öyrənilməsində qeyd edilən alimlərdən başqa, alman alimləri R.Kox, P. E. Erlix, avstraliyalı F. Bernet. rus alimləri N. F. Qamaleya, P. F. Zdrodovski və başqalarının böyük rolu olmuşdur. İnfeksiya əleyhinə 271
yaranan (antiinfeksion) immunitet mənşəyinə görə anadangəlmə və həyatda qazanılan immunitetə bölünür, Anadangəlmə immunitetdən fərqli olaraq həyatda qazanılan immunitet çox spesfik olub nəslə verilmir. Həyatda
qazanılan immunitetin təbii və süni növləri vardır ki, bunlar da öz növbəsində fəal və qeyri-fəal immunitetlərə bölünür. Virus əleyhinə immunitetin amilləri iki qrupa- qeyri-spesifik və spesifik bölünür.
Anadangəlmə immunitet qeyri-spesifik ohıb ayn-ayn cinslərin bioloji xüsusiyyətlərindən asılı olaraq yaranaraq irsi xarakter daşıyır. Bu cür immunitet bir sıra amillərlə əlaqədar olaraq yaranır. Həmin amillərə orqanizmdə virusun inki şaf etməsi üçün müvafiq həssas hüceyrələrin olmaması və fəal sekretə malik olan örtüklər (dəri və selikli qişalar) aiddir. Viruslar hüceyrədaxili parazitlər olduğu üçün yalnız müvafiq həssas hüceyrələrin daxilində reproduksiya et məklə, onların həyat fəaliyyəti hüceyrənin funksiyası ilə bilavasitə əlaqə dardır. Virusa həssaslıq, hüceyrənin səthində onun adsorbsiyası üçün xüsusi reseptorlann və hüceyrənin virusu deproteinizasiya (proteinsizləşdirmə) etmə qabiliyyətinin olmasından asılıdır. Hüceyrədə bu xüsusiyyətlər olma- dıqda o, həmin virus üçün qeyri-həssas olur. Orqanizmin cinsindən asılı ola raq orada virus uçün həssas hüceyrə olmadıqda həmin virus orqanizmə daxil olsa da o, qeyri-həssas hüceyrələrdə reproduksiya və inkişaf edə bilmir və orqanizmdə həmin virusa qarşı davamlılıq yaranır. Məsələn, at və quşlar dabaq virusu ilə yoluxmur. Anadangəlmə qeyri-həssaslığm mühüm amillərindən biri də fəal sekret ifraz edən örtük qişalarıdır. Müəyyən edilmişdir ki, yuxan tənəffüs aparatının selikli qişasmda ifraz olunan sekretin tərkibində virusid təsirə malik olan anticisimlər olduğu üçün o, bəzi virusları (qrip və s.) inaktivləşdirir. Orqanizmin viruslardan müdafiə olunmasında tənəffüs yollarının titrəyici epiteliləri də iştirak edir. Belə ki, viruslar yuxarı tənəffüs yolu, traxeya və bronxlann epiteliləri və selik vasitəsilə orqanizmdən xaric olur. Bu isə infeksion prosesin gedişini yüngülləşdirir. Qanın plazmasmda olan properdin, komplementin 3-cü komponenti, maqnezium ionu və /? (beta) qlobulinlə birlikdə xüususi sistem-properdin sistemi-əmələ gətirir ki, bu sistem də bəzi virusları (Nyukasl xəstəliyinin virusu və s.) inaktivləşdirir. Properdini ük dəfə müəyyən edən L. Pillemerin məlumatına əsasən siçovulun orqanizmində 25-50, hind donuzunda 1-2, insanda -4-8 vahid properdin vardır. Buna görə siçovullar hind donuzlanna nisbətən infeksion agentlərə çox davamlıdır. Virus əleyhinə immunitetdə faqositozun da müəyyən rolu vardır. Əvvəllər belə güman edilirdi ki, viruslar leykositlər üzərində adsorbsiya olunaraq onlar tərəfindən udulur, lakin onlar hüceyrədaxilində məhv olmur. Buna görə də faqositozun virus infeksiyalannda rolu inkar edilirdi. Sonralar sübut edilmişdir ki, makrofaqlar virusu udaraq onu parçalam aqla qan dövranında sirkulyasiya edən viruslardan orqanizmin azad olunmasında, həmçinin anticisimlərin və interferonun əmələ gəlməsində də iştirak edir, tmmun orqanizmdəki
makrofaqlar qeyri-immun orqanizmdəkinə nisbətən daha fəal olur. İmmun orqanizmdə əmələ gələn anticisimlər makrofaqlann faqositoz xassəsini daha da gücləndirir. Viruslara qarşı rezistentlik (davamlılıq) orqanizmin yaşından da asılıdır. Belə ki, cavan orqanizmlər yaşlılara nisbətən viruslara daha çox həssasdır. Orqanizm yaşlaşdıqca viruslara davamlılığı da artır. Məsələn, yeni doğulmuş ağ siçan və hind donuzu ensefalomielit, dabaq və s. xəstəliklərin viruslarına çox həssas olduqları halda, yaşlı ağ siçan və hind donuzları onlara qeyri-həssasdır. Ağ siçanlar doğulduqdan sonra iki sutka müddətində koksaki A virusu ilə yoluxduğu halda, 4-5 günlük siçanlar həmin virusla yoluxmur. Toyuq em brionu da cücəyə nisbətən virusla yoluxmaya daha həssasdır. Heyvanın yaşı nəinki orqanizmin rezistentliyinə, həm də virus infeksiyalarınm gedişinə böyük təsir göstərir. Aueski xəstəliyi zamanı iki həftəliyə qədər olan çoşqalar arasında xəstələnmə faizi 70-100, ölüm faizi-80-100, ondan yuxarı yaşlarda isə xəstələnmə faizi-40- 80 olur. Çoşqalardan fərqli olaraq bu xəstəlik yaşlı donuzlarda abortiv (əlamətsiz) keçir. Bu hal cavan orqanizmlərdə maddələr mübadiləsinin xüsusiyyətləri, həmçinin onların hüceyrələrinin qılafında spesifik reseptorlann olması, həmin hüceyrələrdə virusun nuklein turşusunun daha fəal azad edilməsi və yaşlı orqanizmin hüceyrələrində cavanlara nisbətən interferonun daha tez yaranması ilə əlaqədardır. Bundan başqa, cinsiyyət hormonları orqanizmin virusla yoluxmasında mühüm rol oynayaraq onun müqavimət qüvvəsini yüksəldir. Belə ki, axtalanm a orqanizmin rezistentliyini azaldır, honodotrop hormonların orqanizmə yeridilməsi isə onun rezistentliyini artırır. Lakin kortizonun orqanizmə yeridilməsi heyvanlarda bəzi viruslara qarşı (orbiviruslar, poliomielit, qrip və s.) rezistentliyin azalmasına səbəb olur. İstiqanlıların orqanizmində virusların inkişafına mane olan amillərdən biri də bədən tem peraturunun yüksəlməsidir. Virus əleyhinə immunitetdə bədən tem peraturunun rolu A. A. Smorodinsev və onun əməkdaşları (1953- 1956) tərəfindən daha ətraflı öyrənilmişdir. Müəyyən edilmişdir ki, • temperaturun yüksəlməsi hüceyrədən xaricdə yerləşən virusu inaktı'vləşdirir, onun hüceyrədə çoxalmasım dayandırır, interferonun əmələ gəlməsini və hüceyrədə mübadilə prosesini sürətləndirir. Soyuq və ya aşağı temperatur isə orqanizmin viruslara qarşı həssaslığmı artırır. Tem peraturun artması ilə əlaqədar olaraq hüceyrələrdə maddələr mübadiləsinin sürətlənməsi nəticəsində hüceyrədaxili və hüceyrəarası mühitin turşluğu artaraq (pH-5,5- 6,5) virusların inkişafına mənfi təsir göstərir. Bundan başqa, temperaturun yüksəlməsi həm interferonun yaranm a sürətininin, həm də ingibitorların virusa təsirinin artm asına səbəb olur. Elə buna görə də virus infeksiyalan zamanı bədən tem peraturunun yüksəlməsi müsbət hal hesab edilir. Virus əleyhinə immunitetin qeyri-spesifik amilləri arasında interferon və qan serumunda olan termolabil virus neytrallaşdıncı ingibitorların rolu xüsusilə qeyd edilməlidir. Virus əleyhinə immunitetin əmələ gəlməsində hüceyrə amillərinin rolu olduqca böyükdür. Son zamanlar viruslar arasında interferensiya hadisəsinin öyrənilməsi nəticəsində hüceyrə mayesində zülal təbiətli xüsusi maddə-interferon aşkar edilmişdir. İnterferensiya «interfere» 273 sözündən götürülməklə «mane olmaq», «sədd çəkmək» deməkdir. Yəni bir virus orqanizmdə və ya hüceyrə kulturasmda digər virusun inkişafına ya mane olur və ya onu tamamilə dayandırır,
qeyri-spesifık amil olmaqla, həssas hüceyrədə virusun reproduksiyasını və inkişafını dayandırır. Onun təsirindən virusun sitopatogen təsiri dayanır və infeksion proses in kişaf edə bilmir, interferon ilk dəfə 1957-ci ildə qrip virusu ilə yoluxdurul muş toyuq embrionunun xorioallantois qişasının ekstraktm da müşahidə edilmişdir. Interferon orqanizmdə başqa maddələrin təsirindən də yarana bilər, interferon doğuran amillər üç qrupa-diri və inaktivləşdirilmiş virus lara, sintetik polinukleotidlərə, bakteriyalara və onların endotoksinlərinə bölünür. Qeyd edilən amillərin təsirindən həm hüceyrə kulturasm da, həm də orqanizmdə interferon yaranır. Orqanizmdə interferon bir qayda olaraq bakteriyalar, onların toksini və virusların təsiri nəticəsində əmələ gəlir. Onurğalılann bütün viruslarının interferon törətməsinə baxmayaraq, o, ən çox miksoviruslar və orbiviruslann təsirindən əmələ gəlir. interferon, orqanizmə virus yeridildikdən 1-2 saat sonra yaranmaqla, 4- 8 saatdan sonra maksimum səviyyəyə çatır. Diri viruslar inaktivləşmiş viruslara nisbətən orqanizmdə zəif interferon yaradır. Orqanizmin bütün toxumalarının hüceyrələri interferon yaratma qabiliyyətinə malikdir. Lakin ən fəal interferon istehsal edən retikulo-endoteli sisteminin (dalaq, limfa düyünü) hüceyrələri və leykositlərdir (makrofaq və limfositlər). interferon ən çox qan, sidik, haramilik mayesi, burun axmtısı və müxtəlif orqan (böyrək, ağciyər) və toxumalarda olur. İnterferonun əmələ gəlməsi heyvanm cinsindən və yaşından da asılı olub, yaşlı heyvanların orqanizmində cavanlara nisbətən daha fəal yaranır. Onun yaranması üçün optimal tem peratur 36-37° C hesab edilir. Orqanizmin və ya mühitin tempera turunun artıb-azalması interferonun yaranmasına mənfi təsir göstərir. Kimyəvi tərkibinə görə molekul çəkisi aşağı (20.000-30.000) olan sadə zülallara aid olub dondurma, əritmə, ultrabənövşəyi şüaların və proteolitik fermentlərin (tripsin, pepsin) təsirinə davamsız, temperatur (60-80° C), ribonukleaza və dezoksiribonukleazamn təsirinə isə davamlıdır. Mühitin reaksiyasımn (pH) dəyişilməsi interferona o qədər də mənfi təsir göstərmir. Belə İci, o, həm turş (pH-2,0), həm də qələvi (pH-10,0) mühitdə fəallığını saxlayır, interferon heyvanın növünə görə spesifiklik təşkil edir. Yəni bir orqanizmin hüceyrələri tərəfindən hazırlanmış interferon hansı virusun təsirindən yaranmasından asılı olmayaraq yalnız həmin növ orqanizmi virusun təsirindən qoruyur. Anticisimlərdən fərqli olaraq interferon virus əleyhinə geniş təsir dairəsinə malikdir. İnterferonun antigenlik xassəsinin zəif olması və toksiki olmaması onun orqanizmə bir neçə dəfə böyük dozalarla yeridilməsinə imkan yaradır. İnterferonun əmələ gəlmə mexaniz minin yaxşı öyrənilməsinə baxmayaraq, hüceyrə kulturası və orqanizmin virusla yoluxdurulması zamanı müəyyən edilmişdir ki, onu virusun nuklein turşusu törədir. İnterferonun yaranmasında əsas rolu bir və iki spirallı RNT oynayır. Virusun nuklein turşusu hüceyrəyə daxil olduqdan sonra genin funksiyası pozulur və hüceyrə interferon yaratmağa başlayır. Virusla 274 yoluxmamış hüceyrədə interferon yaranm ır. Bunun əsas səbəbi həmin hüceyrədə interferon sintez edən genin fəaliyyətini dayandıran xüsusi zülalın -repressorun sintez olunmasıdır. Güman edilir ki, interferon hüceyrələrdə dəyişilmiş form alarda həmişə olur. O, yalnız o vaxt sintez olunur ki, hüceyrə ya virusla, ya da bakteriya endotoksini ilə yoluxmuş olsun. İnterferonun molekul çəkisi virusun molekul çəkisindən çox olduğu üçün onu induktorla təsir etmədən hüceyrədən xaricdə almaq olmur. Ayn-ayrı viruslar inter- ferona müxtəlif dərəcədə həssasdır. Virusların virulentli ştammlan inter feronun təsirinə az, avirulent ştam m lan isə çox həssasdır. Adenoviruslar, herpesviruslar, qrip və Nyukasl xəstəliyi virusu, ensefalomielit və vezikulyar stomatit viruslarına nisbətən interferonun təsirinə daha davamlıdır, interf eron virusun hüceyrənin qılafında adsorbsiya olunmasına mane olmayıb, virus hüceyrəyə daxil olduqdan sonra onun çoxalmasına mənfi təsir göstərir, interferon hüceyrə daxilində R N T, D N T və virus zülalının sintezini, eləcə də hüceyrə ribosom unun fəaliyyətini zəiflətdiyi üçün virusun RNT-si öz informasiya funksiyasını yerinə yetirə bilmir. Başqa sözlə, interferon virusun RNT-sinin hüceyrə ribosom lan ilə birləşməsinə maneçilik törədir, beləliklə də virus komponentləri sintezinin inkişaf mərhələsini pozur və hüceyrə artıq virusun sintezi üçün yararsız vəziyyətə düşür. Interferon DNT-li və RNT-li viruslara eyni mexanizmlə təsir göstərir. İnterferonun viruslara mənfi təsir göstərməsi onun virus xəstəliklərinin mü alicə və profilaktikasında tətbiq edilməsi üçün zəmin yaradır. Virus hücey rələrə daxil olduqdan sonra anticisimlər ona təsir edə bilmir. Bu məqsədlə orqaiizmə ya hazır interferon, yaxud da onu əmələ gətirən
edilməlidir. Lakin interferonun vaksinlərə nisbə tən təsir müddəti az olduğundan onu hər 7-10 gündən bir təkrarən tətbiq et mək lazımdır. H azırda yüksək immunogen vaksini olmayan virus xəstəlik lərinə (qrip) qarşı immunizasiya məqsədilə vaksinlə interferon birlikdə tətbiq edilir.
Virus əleyhinə immunitetin qeyri-spesifik amillərindən biri də inkibitor- lardır. İngibitorlar - virusun hemaqqlyutininləşdirici və infeksionluq xassə sini aşağı salan mukoproteid və lipoproteid təbiətli maddələr olmaqla qanda, tüpürcəkdə, burun seliyində, göz yaşında və başqa toxuma maye lərində olur. İngibitorlann viruslara təsiri olduqca genişdir. Onlarda virusneytrallaşdıncı xassənin olması virus əleyhinə immunitetdə ingibitor- ların böyük əhəmiyyət kəsb etməsini göstərir, ingibitorlar virusa təkrarən təsir göstərir. Onların orqanizmə yeridilməsi virusun hüceyrədə adsorbsiya olunmasına və infeksiyanm inkişafına mənfi təsir göstərir. İngibitorlar eyni təsirə malik olmayıb bir qrup viruslara fəal, digərlərinə isə qeyri-fəal təsir göstərir. Tem peratura münasibətinə görə ingibitorlar
və
termostabil olur.
Termolabil ingibitorlar qan serumunun beta ( /? ) fraksi yasında olmaqla (62-65° C -də parçalanır. Termostabil ingibitorlar isə alfa ( a ) və qamma ( y ) qruplarına bölünməklə 75-100° C temperaturda belə fəallığını saxlayır,
-ingibitorlan serumun qammaqlobulin fraksiyasında 275 olmaqla başqalarına nisbətən daha yüksək virusneytrallaşdırıcı fəallığa malikdir. Onlar a və
fi ingibitorlanndan fərqli olaraq proteolitik ferment- lərin (tripsin və s), CO 2 və s. təsirinə davamlı, aseton, rivanol, kalium və natrium-periyodatm təsirinə isə davamsızdır. Virus ingibitorları orqanizmdə viruslarla əlaqəyə girdikdə onların hüceyrə üzərində adsorbsiya olunmasına imkan verməyərək onların hemaqqlyutininləşdirici və virusneytrallaşdırıcı fəallığını yox edir. İmmunizasiya zamanı qanda ingibitorlann konsentra- siyası sabit olmayaraq artıb-azala bilər. Ingibitorun təsir dərəcəsi virusun ona qarşı həssaslığından asılıdır. Belə ki, ingibitora həssas olan viruslar orqanizmdən tez xaric olduğu halda, qeyri-həssas viruslar orqanizmdə bir neçə gün (3-4) qala bilir. İngibitorlar virusun virulentli ştam mlanna daha fəal təsir göstərir.
Həmin amillərə virusneytrallaşdırıcı serum və yerli sekretor anticisimləri, spesifik hüceyrə amilləri aiddir. Viruslar orqanizmə daxil olduqdan sonra orqanizmdə yara nan anticisimlər immunitetin spesifik amilləri arasında xüsusi əhəmiyyətə malikdir. Anticisimlər (antitellər) - antigenlərin təsirindən orqanizmdə əmə lə gələn spesifik, yaxud immun qlobulinlərdən ibarət olub antigenlə birləşməyə xidmət edən xüsusi fəal mərkəzin olması ilə normal və başqa qlobulinlərdən fərqlənir. Elektroforetik hərəkətinə görə serumun normal qlobulinlərində üç fraksiya -alfa ( a ), beta
( fi ) və qamma (y ) qlobulinləri ayırd edilir. Lakin anticisimlərin əmələ gəlməsində qammaqlobulinlər əsas rol oynayır. Anticisimlər (immunoqlobulinlər) heterogen zülallardan ibarət olmaqla, onlann molekullan bir-birindən fərqlənən bir cüt ağır (H) və bir cüt yüngül (L ) polipeptid zəncirdən təşkil olunub. Beynəlxalq təsnifata əsasən hazırda immunoqlobulinlər fiziki və kimyəvi xassələrinə görə bir-birindən fərqlənən 5 sinfə bölünür-. JgM, JgG, JgA, JgE, JgD. Qeyd edilən immunoqo- lobulnlərdən JgG, JgM və JgA immunitetin əmələ gəlməsində daha böyük rol oynayır. Anticisimlər termolabil olub 70° C temperaturda və spirtin təsirindən dəyişilərək fəallığını itirir. O nlann fəallığına mühitin reaksiyası (pH), elektrolitlər və başqa komponentlər də təsir edir. Virusəleyhinə yaranan
anticisimlər komplement birləşdirici, presipitinləşdirici
və aqqlyutininləşdirici anticisimlərə bölünür. Orqanizmdə viruslara qarşı anticisimlər 2-3 gündən sonra yaranmaqla onlann əmələ gəlməsində əsas yeri retikuloendoteli sistemi tutur. Anticisimlər spesifikliyə, yəni bir antigeni digərindən fərqləndirmək qabiliyyətinə malik olmaqla, yalnız onlan əmələ gətirən antigenlərlə birləşir. Buna görə də seroloji reaksiyalar başqa reaksiyalara nisbətən çox spesifik və həssas olur. Anticisimlərin spesifik antigenlərə qarşı yaranması onların komplementarlığı adlanır. Bir neçə antigen birlikdə orqanizmə yeridildikdə onların hamısına qarşı anticisimlər əmələ gəlir. Müəyyən edilmişdir ki, anticisimlər virusla birləşərək onun fıziki-kimyəvi xassələrini pozur, bu isə öz növbəsində virusun hüceyrə Download 4.83 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling