Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil
Download 4.83 Mb. Pdf ko'rish
|
276 üzərində adsorbsiya olunma xassəsinin itirilməsinə səbəb olur. Virusun anticisimlə birləşməsi onu tamamilə inaktivləşdirmir. Belə ki, fizioloji məh lulda durultm aq, elektroforez və sentrifuqa vasitəsilə virusu anticisimlərdən ayırmaqla onun fəallığım bərpa etmək olar. Hazırda müxtəlif üsullarla immun serumdan alman immunoqlobulin preparatında anticisimlərin qatılığı çox olm aqla ondan bəzi virus xəstəliklərinin (Aueski xəstəliyi, dabaq və s.) müalicə və profilaktikasında istifadə edilir. Antigen-antitel reaksiyası onların bir-birilə qarşılıqlı əlaqəsindən ibarət olmaqla, əsasən iki fazadan (spesifik və qeyri-spesifik) ibarətdir. Spesifik fazada anticisimlər antigenin səthinə adsorbsiya olunur. Bu proses 37° C temperaturda bir neçə dəqiqə ərzində tam am lanm aqla nəzərə çarpmır. İkinci faza isə asanlıqla nəzərə çarpmaqla aqqlyutinasiya və presipitasiya ilə nəticələnir. Əvvəllər güman edilirdi ki, anticisimlər virusa yalnız hüceyrədən xaricdə təsir edir, lakin son elmi m əlum atlara əsasən anticisimlər həm də hüceyrə daxili virus toplantılarının yaranm asm a əks təsir göstərir. Bu da hüceyrə daxilində olan virusa spesifik anticisimlərin təsiri ilə izah edilir. Viruslara qarşı yaranan spesifik anticisimlərdən əlavə orqanizmdə öz kimyəvi və fiziki xassəsinə görə onlardan fərqlənən təbii (normal) anticisimlər vardır ki, bunlar da virusları zərərsizləşdirmə xassəsinə malikdir (limfa mayesi, süd, iltihab eksudatı və s. ). Bəzi virus infeksiyalannda qanda anticisimlərin çox olmasma baxmayaraq im munitetin gərginliyi zəif olur. Bu da onu göstərir ki, anticisimlər orqanizmdə virusa başqa müdafiə amillərilə (faqositoz, interferon, ingibitor və s.) birlikdə təsir göstərir. Neyrotrop virus infeksiyalannda anticisimlərin immunitetdə rolu o qədər də həlledici hesab edilmir. Belə ki, bu infeksiyaların törədici sinir hüceyrələrində daha çox toplanır, anticisimlər isə ən çox qan serumunda olur. Ona görə də qanda virusa qarşı anticisimlərin olmasına baxmayaraq, virusu heyvanın beyninə inyeksiya etdikdə xəstəlik inkişaf edir. Əgər anticisimlər sinir sistemində və ya onurğa beyin mayesində olarsa, virusun intraserebral (beyin daxilinə) yeridilməsi • belə xəstəlik törətmir. Spesifik hüceyrə amillərinin də immunitetin yaranmasında xüsusi rolu vardır. Bu amillər limfoid sistemindən ibarət olub mərkəzi və periferik lim- foid orqanlarına bölünür. M ərkəzi (birincili) limfoid orqanlarına timus vəzi, quşlarda Fabrisius kisəsi (bursa of Fağrisins),
isə limfa düyünləri, dalaq və s. aiddir. Anticisimlərin sintezində immunokompotent hüceyrələri də xüsusi rol oynayır. Həmin hüceyrələr limfositlər, plazmatik hüceyrələr və köməkçi hüceyrələrdən (retikulyar hüceyrələr, makrofaqlar, eozinofillər və. s.) ibarətdir, lakin immunitetin əmələ gəlməsində T və В hüceyrələri və plazmatiki hüceyrələrin rolu xüsusilə qeyd edilməlidir. T hüceyrələri (limfositləri) timus vəzində hazırlanmaqla sonralar qana keçərək ayn-ayn antigenlərin seçilməsini təmin edir, onlarm seçicilik xüsusiyyəti isə səthlərində xüsusi immunoqlobulin reseptorlannm (M qlobulinlərin) olması ilə əlaqədardır. 277
Plazmositar hüceyrələr V - limfositlərdən yaranan ixtisaslaşmış hüceyrə lərdən ibarət olmaqla humoral anticisimlərin sintezində iştirak edir. Bunlar antigenin təsirindən ixtisaslaşmış hüceyrələr olmaqla plazmoblast, cavan və
yetişmiş plazmatik hüceyrələrə bölünür. Plazmatik hüceyrələr humoral anticisimlərin sintezində iştirak edən əsas hüceyrələr hesab olunur. Beləliklə, yuxanda şərh edilən məsələlər göstərir ki, virus xəstəliklərinə qarşı orqanizmin davamlılığında bir sıra amillər iştirak etməklə, həmin proses orqanizmin ümumi müdafiə reaksiyası nəticəsində həyata keçirilir. Virus xəstəliklərinə qarşı yaranan immunitet bəzi səciyyəvi xüsusiyyət lərinə görə antibakterial immunitetdən fərqlənir. Belə ki, virus xəstəlikləri zamanı yaranan immunitetin gərginliyi möhkəm olmaqla bəzən ömürlük davam edir. Viruslar hüceyrədaxili parazitlər olduğu üçün onlarda tam fa- qositoz müşahidə olunmur. Virus xəstəlikləri zamanı yaranan bəzi qeyri-spe- sifık amillər, xüsusilə də temperaturun artması, interferon və ingibitorlar immunitetin əmələ gəlməsində mühüm rol oynayır. Bundan başqa virus xəstəlikləri zamanı virusların müxtəlif yollarla (tənəffüs və həzm aparatı, sidik və başqa ifrazatlar vasitəsilə) orqanizmdən xaric olması da orqanizmin həmin xəstəliklərə qeyri-həssaslığını artırır. 278 IX FƏSİ İMMUNİTETİN GENETİK ƏSASLARI (İMMUNOGENETİKA) «Heç zaman biliyinizin çatmamasını gizlətməyin, elə düşünməyin ki, siz hər şeyi bilirsiniz. Sizi nə qədər yüksək qiymətlən dirsələr də həmişə özünüzdə kişilik cürəti tapıb deyin: mən biliksiz və məlumatsı- zam». ( İ .P . P a v l o v , y e n i iş ə b a ş la y a n tib b h ə k i m lə r i və a lim lə r in ə m ə k tu b u n d a n ) . 14 may 1796-cı ildə İngiltərənin Qlosterşer qraflığının Berkli kəndində adi kənd həkimi işləyən Eduard Cenner (1749-1823) əllərində inək çiçəyinin pustulası (suluqu) olan sağıcı Sara Selmesi müalicə etmişdir. Həkim Saranın pustula mayesini tamamilə sağlam 8 yaşlı Ceyms Fips adlı oğlanın çiyninin çərtilmiş (skarifikasiya olunmuş) nahiyəsinə sürtmüş və oğlan çiçəklə xəstələnmiş, lakin 14 gündən sonra xəstə tamamilə sağalmışdır. Sağaldıqdan 6 həftə sonra alim həmin oğlanı xəstə adamın pustula mayesi ilə yolux durduqda o. xəstələnməmişdir. Beləliklə də vaksinasiya üsulu ilə peyvəndin və vaksinoprofilaktikanın təməli qoyuldu. Vaksinasiya (latınca- «vakka»- inək)-çiçəklə xəstə inəyin pustulasmın infeksiya materialı (mayesi) ilə insanı bu xəstəlikdən qorum aq üçün aparılan peyvəndləmə üsulu, vaksin isə - insanı çiçəklə xəstələnmədən qoruyan spesifik preparatdır. Bu peyvənd üsulu dərhal dünyanın digər ölkələrində də çox geniş vüsətlə tətbiq olundu və E.Cenneri dünya şöhrətli alim etdi. Napoleon Bonapart Cennerin üsulunu eşidən kimi öz ordusunun bütün əsgərlərinin peyvənd olması barədə əmr vermişdir (Vlastimil Mayer, Milan Kenda. 1981). Genetik aspektdə immunitet orqanizmin ən həyati vacib bir problemini-«yabançı»-«özünün- kü» olmayan maddələri «özününkündən» seçmək, fərqləndirməkdən (məsə
lən, kənar zülalı özününkündən seçmək) ibarətdir. Orqanizmin daxili (humoral-maye) mühitinə kənar informasiyalarla daxil olan maddələr (zülalların və polisaxaridlərin makromolekullan) onun quruluşunu və kimyəvi tərkibini tamamilə dəyişir və «təhlükəyə» «qorxuya» səbəb olur. Daxili mühitin (homeostazm) kəmiyyət və keyfiyyət sabitliyinin dəyişikliyə məruz qalması orqanizmin bütün canlı sistemlərində özünü tənzimləmə proseslərim təmin edir. İmmunitet orqanizmin müdafiə reaksiyalannm məcmıiudur. Genetik cəhətdən immunitet homeostazm yaranmasından və formalaşmasından ibarət dir. Bu baxımdan immunitet bütün canlı aləmin-insan, heyvanların, bitkilə rin və bakteriyalann ən səciyyəvi və onların özlərinə məxsus olan xüsusiyyəti sayılır. Anadangəlmə immunitetin ən başlıca xüsusiyyəti onun müvafiq gen lərlə nəzarət olunan növbələşmə prosesidir. Bu baxımdan bir qrup infeksion və invazion xəstəliklərə qarşı genetik davamlılığına dair epizootoloji və eksperimental məlumatların toplanmasının çox önəmli əhəmiyyəti vardır. HeyVanların infeksiya əleyhinə genetik davamlılığının artırılmasına aşağıdakı təcrübə ən bariz bar misaldır. Afrika və Asiyada çox geniş yayılan və qaramal cinslərinin yetişdirilməsində istifadə olunan zebu cinsləri başqa ölkələrdən gətirilən heyvanlara nisbətən eyni saxlanma və yemləmə şəraitində gənələr vasitəsilə keçən bəzi xəstəliklərə (teylerioz, anaplazmoz, rikketsioz) qarşı olduqca davamlıdırlar. Həmin xəstəliklərə qarşı genetik davamlılıq birinci nəsil hibridləri vasitəsilə verilir. Ağcaqanadlar vasitəsilə keçən infeksion (viruslu) ensefalomielitə qarşı davamlılıq yerli at cinslərində yüksək, başqa ölkələrdən gətirilən atlarda isə olduqca zəif olur. Ağ leqqorn cinsli toyuqlar pullorozla təbii yoluxmaya daha genetik davamlılıq göstərdiyi halda, rod-ayland və ağ viadot cinslərində analoji hal müşahidə edilmir. Orqanizmin müdafiə reaksiyalarının əksəriyyəti həmişə genetik nəzarət altında olur. Məsələn, qanda lizosimin, komplementin, properdinin və s. sin tezi və miqdarı poliqon növbələşmə ilə tənzim olunur. Bəzi genetik defektlər neytrofıllərin faqositoz qabiliyyətinin itməsinə səbəb olur. İnsanda müşahidə olunan Çediaka-Xiqasi sindromu buna tipik misaldır. Bu sindrom həm də iri buynuzlu heyvanlarda (əsasən buzovlarda və hereford cinsində), qunnduz- larda və siçanlarda da müşahidə olunur və leykositlərin sitoplazmasmda iri qranullann olması albinizm, işıqdan qorxma, infeksion xəstəliklərə həssas lığın artması və s. ilə səciyyələnir. Qunduzlarda həmçinin virus etiologiyalı aleut infeksiyası baş verir. Həmin sindrom heyvanlarda autosom-resessiv əlamət kimi növbələşir və homoziqot fərdlər (aa) xəstələnir. İnsanda və itdə neytrofıllərin genetik defekti (azalması).nəticəsində mərhələli neytropeniya baş verir və onlar cinsi yetişkənlik dövrünə çatmadan məhv olurlar.
9.1. immunitet, immunogenetika və immunologiya anlayışları İm m unitet- (yunanca, «imrnunitas»-«nədənsə azad olmaq», «insanın hər hansı bir günahının bağışlanması» və s.) mahiyyətcə orqanizmin ona xas ol mayan, qeyri-adekvat, genetik cəhətdən yad (yabam) olan yabançı maddələ rin, yoluxucu (infeksion və invazion) agentlərin və neqativ mühit amillərinin təsirindən qorunm aq, mühafizə olunm aq üçün verdiyi mürəkkəb və kom pleks cavab reaksiyaların məcmuundan, eləcə də genetik daxili mühitin (ho- moestazm) sabit saxlanması məqsədilə bütün baryerlərin bü prosesə cəlb olunmasından ibarətdir. Onun əsas məsələlərinin öyrənilməsi ilə mik- robioloqlar, fızioloqlar, immunoloqlar, genetiklər və biokimyaçılar məşğul olmuşlar. Əgər orqanizmin genetik sabitliyinin-homeostazmın saxlanması üçün səfərbər olunan həmin fizioloji, biokimyəvi, genetik və molekulyar səviyyədə gedən proseslər olmasaydı, canlı materiyanın heç bir üzvü normal həyat fəaliyyətini, yaşayışını davam etdirə bilməzdi. Çünki canlı aləmi bütün endogen (daxili) və ekzogen (xarici) amillərin neqativ, məhv edici təsirlərin dən qoruyan yeganə qoruyucu sistem məhz immun sistemdir. Müxtəlif pato- gen amillər (bakteriyalar, göbələklər, viruslar, protozoalar, helmintlər və çoxhüceyrəli parazitlər) həssas orqanizmə daxil olduqdan sonra sürətlə ço xalır, inkişaf edir və normal fizioloji proseslərin ahəngini pozaraq xəstəliklər • törədir. Lakin orqanizmin immun sistemi dərhal mobilizasiya olunaraq onların çoxalmasının və xəstəlik törətməsinin qarşısını alır. Göründüyü kimi immun sistem bütün canlı aləmin təkamülü nəticəsində yaranan, formalaşan mürəkkəb, çox funksiyalı sistem olub, «keşikçi» rolu oynayır, orqanizmi patogenlərin və mühit amillərinin neqativ təsirlərindən qoruyur, onun genetik sabitliyini təmin edir və tənzimləyir.
orqanizmin gene tik sabitliyinin-homeostazın nisbətən daimi, sabit saxlanmasını təmin etmək lə, mərkəzi və periferik orqanlardan ibarətdir. Mərkəzi orqanlara timus- çəngələbənzər vəzi, quşlarda fabrisius kisəsi-bursa və məməlilərdə analoji or qanlar (peyer yığımları, badamvari vəzilər, sümük iliyi), periferik orqanlara ‘isə - limfa düyünləri, qan, dalaq, retikulohistiositar sistem aiddir. Lakin im mun sistemin başlıca icra edici və immun cavab reaksiyasını hazırlayan komponunti T - və B-limfositlərdir. T-limfositlər limfoid hüceyrələrinin im- munokompetentliyini təmin edir, B-sistemin fəaliyyətini tənzimləyir və hü ceyrə immunitetinin yaranmasında iştirak edir. B-limfositlər isə plazmatik hüceyrələrə transformasiya olunaraq spesifik antitellər sintez edir və h u moral immuniteti formalaşdırır. Onun Bİ - populyasiyası T-limfositin köməyi olmadan, B2-xelper kimi onun köməkliyi ilə, B3-isə-killer (sitotoksik) limfositlər olmaqla, antitellərlə örtülən mişen hüceyrələr üçün fəaliyyət göstərir. İmm un sistemi patogen və antropogen amillərin orqa nizmə daxil olma yolları və fərqli təsir mexanizminə malik olmasından asılı olaraq müxtəlif cavab reaksiyaları hazırlayır. İmmun cavab - yad antigenlərə qarşı orqanizmin verdiyi cavab reaksiyası olub, mahiyyətcə onun genetik sabitliyini (homeostazı) pozan təhlükə qarşısında qoyan həmin antigenləri tanıması, onları eliminasiya 281
etməsi, neytrallaşdırması və məhv etməsindən ibarətdir. Spesifikliyinə görə onun 2 tipi- humoral (antitellərin əmələ gəlməsi) və hüceyrə-ayırd edilir. Hər iki cavab reaksiyası immunokompotent (limfoid) və köməkçi (makrofaqlar) hüceyrələrin kompleks iştirakı nəticəsində yaranır. İmmun cavab reaksiyasının birincili-ilkin (ilk antigeııə verilən cavab) və ikincili (təkrar daxil olan antigenin cavabı) formaları vardır. İmmun cavabın genetik nəzarəti. Orqanizmə yabançı maddələr (anti- genlər) daxil olarkən orqanizmin verdiyi spesifik reaksiya
yaxud
immunoloji reaktivlik adlanır. Orqanizmin immun cavabında 2 məsələ vacib sayılır: 1. Histoloji uyğunluğun əsas kompleksinin quruluş və funksiyası. 2. Antitellogenezın genetik nəzarəti. 2-ci məsələ əsasən 3 aspektdən öyrənilir: 1. İmmunoqlobilinlərin sintezinin genetik nəzarəti və onların təbiətinin müxtəlifliyi. 2. İmmun cavabın gücünün genetik nəzarəti. 3. İmmun sistemin ilkin (anadangəlmə) defektinin genetik nəzarəti (immunodefısit) İmmun cavabın genetik nəzarəti təliminin əsasını müxtəlif antigenlərə qarşı heyvan növü, cinsi və xətlərinin həssaslıq və davamlılıq göstərməsi təşkil edir. Bu məsələ heyvanların seleksiyasında çox böyük nəzəri və praktiki əhəmiyyət kəsb edir.
həmişə əsas genetik sisxtmm-histoqəbuletməzUyin nəzarəti altında hazırlanır. Bu sistem insanda 6-cı xromosomla əlaqədar olan HLA (Human Leucocyte A-sistem). dovşanda RLA. itdə-DLA, donuzda-SLA. toyuqda isə-B.B MHC adlanır və İr (İmmun response) genlərin nəzarəti altında icra olunur. İr-genetik sistemi immun cavabın gücünü kodlaşdırmaqla, orqanizmin immunokompotent hüceyrələrində baş verir və onun lokusunda yeni nomenklaturaya görə təkcə İr alleli deyil, həm də 5 sublokuslar (İa-l-İa 5) mövcuddur. İr və İa-genləri fərqli genetik sistemi təmsil etməklə bir-birindən xeyli fərqlənir: İr- əsasən yalnız T. İa-isə həm T-. həm də B-hüceyrələri kodlaşdırır. İmmun cavabın yaranmasında İr sistemindən əlavə, onunla əlaqədar olmayan Ç və V polıgen sistem genləri də iştirak edir. V.İ.Pokrovski (1979) antitellərin genetik müxtəlifliyin əsasını 3 konsepsiya ilə izah edir: 1. Antitel hasil edən hüceyrələrin fenotipini tənzimləyən xüsusi tam genlər dəsti mövcuddur. 2.
Antitellərin müxtəlifliyi onları sintez edən somatik hüceyrələrin mutasiyası nəticəsində yaranır. 3. Нэг iki mexanizmin vəhdəti nəticəsində müxtəlif antitellər sintez olunur. Antitel sintezinin genetikası immunologiyamn elmi-metodiki cəhətdən ən mürəkkəb və perspektivli prioriteti hesab olunur. Orqanizmdə immunitetin yaranması, immun cavab reaksiyasının for malaşması və onun xəstəliklərə qarşı rezistentliyinin artması prosesləri genetik nəzarət altında icra olunur, tmmun sistemin təşəkkül tapmasının və 282
onun genetik aspektlərinin (faqositozun, T və В limfositlərin, immunoq- lobulinlərin sintezinin və im raunokompotent sistemin genlərin nəzarəti altın- da fəaliyyət göstərməsi və s.) öyrənilməsi ilə məşğul olan ən yeni elm sahəsi
adlanır. Immunogenetika - molekul- yar biologiya, genetika, gen mühəndisliyi, immunologiya və biotexnologiya elmləri ilə qarşılıqlı əlaqədə olmaqla, onların müasir üsullarının tətbiqi nəticəsində təşəkkül tapmış və fundamental-tətbiqi xarakterli, müasir və müstəqil elm sahəsi kimi formalaşmağa başlamışdır. İmmunitetdən bəhs edən, olduqca mürəkkəb, bəşəri, planetar əhəmiy yətli canlı aləmin mühafizəsi üçün müstəsna əhəmiyyət kəsb edən, dinamik inkişaflı və çox perspektivli yeni, müasir elm sahəsi
adlamr. 1971-ci ildə V aşinqtonda keçirilən im munoloqlann Birinci Beynəlxalq kon qresində im munologiya sərbəst elm sahəsi kimi təsdiq olunmuşdur. immunologiya biologiyanın orqanizm üçün tamamilə yad olan, onun adap tasiya olunm adığı amillərin təsirinə qarşı yaranan kompleks, cavab reaksi yalarının yaranm a mexanizminin hüceyrə molekulyar və genetik səviyyədə öyrənilməsi ilə məşğul olan ən gənc sahələrindən biridir. Bu mütərəqqi elm sahəsi orqanizm üçün genetik cəhətdən yad olan substansiyaların-antigenlə- rin orqanizmdə yaratdığı qeyri-adekvat reaksiyaların qarşısının alınmasına yönəldilən spesifik və qeyri-spesifik müdafiə (adaptasiya) reaksiyalarının mexanizmlərini öyrənir. Orqanizmin yabançı amillərə qarşı verdiyi cavab reaksiyaları əsasən hüceyrə və humoral səviyyədə formalaşır, tik dəfə olaraq 1796-cı ildə E duard Cenner çiçəklə xəstələnmiş inəyin suluqlannın (pustula) yerində əmələ gələn qaşmtını sağlam inəklərin və insanın dərisinə sürtməklə (skarifıkasiya) həmin inokulyasiya nahiyyəsində zəif suluqlann əmələ gəlməsinə baxm ayaraq onlarda çiçək xəstəliyinə qarşı ömürlük immunitet yaranmışdır. Beləliklə də, immunitet təliminin əsası qoyulmuşdur. Lakin E . Cenner bu prosesin, reaksiyanın yaranma mexanizmini və onun elmi əsasını açıqlaya bilməmiş və bu məsələ qaranlıq olaraq qalmışdır. İmmunologiya təliminin elmi əsasını dünya şöhrətli fransız alimi Lui Paster qoymuşdur. O, 1880-ci ildə dövrün təhlükə mənbəyi, bəlası sayılan qarayara, vəba və quduzluq xəstəliklərinə qarşı spesifik peyvənd vasitəsi-vaksin hazırlayaraq, onlan eksperimental olaraq sınaqdan keçirmiş və böyük uğurlara nail olmuşdur. Alim ilk dəfə vəba ilə xəstələnmiş toyuqların patoloji materiallarından ayrılmış və qida mühitində xeyli saxlanılmış kultura ilə sağlam toyuqları yoluxdurduqda onlar xəstələnməmişlər. Həmin toyuqları başqa xəstələrdən ayrılan yüksək virulentli təzə kultura ilə yoluxdurduqda onlar yenə də xəstəliyə yüksək davamlılıq göstərmişlər. Lui Paster həmin təcrübəni qarayara və quduzluq xəstəliklərinə qarşı da tətbiq etmişdir. Beləliklə də, dünya miqyasında immunologiya elminin təməli qoyulmuş və dinamik yüksələn düz xətlə onun inkişafı, tərəqqisi başlamışdır.
və
XX-əsrdən indiyədək (100 ildən artıq) təbabət və baytarlıq təbabəti üçün
Məhz bu elm sayəsində insan, heyvan və quşlar arasında kütləvi qırğın törədən, çox ağır fəsadlarla nəticələnən infeksion xəstəliklərin
(çiçək, qmlca, poliomielit, anaerob infeksiyalar, difteriya, göy öskürək, qara yara, vəba, quduzluq, kolibakterioz, salmonellyoz, taun, bradzot, infeksion enterotoksesiya, anaerob dezinteriya, infeksion sarılıq və s.) vaksino- profilaktikası (spesifik peyvənd vasitələri) hazırlanmış və onların qarşısı alınmışdır. Sonralar isə immunologiyada geniş tətbiq olunan və uğurlu nəticələrə zəmin yaradan daha mütərəqqi və sürətli (ekspres) üsullar- immunodiaqnostika və immunoterapiya-yaranmağa başladı. Lui Pasterin zəiflədilmiş (attenuasiya olunmuş) vaksinlər hazırlamasına istinad edərək həm digər xəstəliklərə qarşı yeni' vaksinlər, həm də süni antigenlər hazırlanmaqla, hazırda tibbidə və baytarlıq təbabətində onlardan geniş istifadə olunur. Süni antigenlərin hazırlanması ilə onların genetik daşıyıcısı olan determinantlann immunogenliyini artırmaq mümkün olmuş, xəstəlik törədən komponentlər sıradan çıxarılmış, orqanizmin immun reaksiyala rının fenotipik korreksiyası (zəif cavab verən fərdlərin reaksiyasının güclənməsi, güclü reaksiyanın isə zəifləməsi) problemi öz müsbət həllini tapmışdır. Jmmunologiya elminin qarşısında duran və öz müsbət həllini gözləyən əsas məsələlərdən biri də ekoloji amillərin, xüsusilə qlobal iqlim anomaliyalannın, teratogen, mutagen və insanın antropogen təsirlərinin və orqanizmin davamlılığının artırılma yollarının öyrənilməsidir. Həmin baş lıca prioritetlərə aşağıdakılar aiddir: - İnsan və heyvanlar arasmda müşahidə edilən yoluxucu xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikasında tətbiq olunan bioloji preparat ların (vaksinlər, immun serumlar, antigenlər və s.) istehsal spektirinin diapozonunun daha da genişləndirilməsi; - Patogen agentlərin ətraf mühit amillərində (torpaq, su, hava) indikasiya və identifikasiya olunması üçün ekspres immunoloji üsul və testlərdən geniş istifadə edilməsi; - İnsan, heyvan və quşlann qan qruplarının, qan qrupu sistemlərinin, biokimyəvi polimorfizmin, toxuma antigenlərinin, müxtəlif növ, cins və xəttə mənsub olan fərdlərin genetik qohumluğunun öyrənilməsi. İmmunologiyanın müasir üsul və testləri vasitəsilə hazırda təbabət, baytarlıq təbabəti, patologiya, fiziologiya, biokimya, endokrinologiya, onkologiya, məhkəmə ekspertizası, enzimologiyanın ən aktual problemləri geniş və hərtərəfli surətdə öyrənilir. Orqanizmin genetik sabitliyini (homeostazı) tənzimləyən ən başlıca sistem məhz immun sistemi saydır. İmmun sistem - orqanizmi genetik cəhətdən yabançı olan, qeyri-adekvat amillərin təsirindən qoruyan kompleks immunoloji reaksiyaları həyata keçirən hüceyrə, toxuma və orqanların məcmuundan ibarət olan çox mürəkkəb bir sistemdir. Bu sistem canlı-aləmin bütün üzvlərini-makro fauna və flora növlərini patogen agentlərin təsirindən qoruyur, onların ətraf mühit amillərinin təsirinə adaptasiyasını və davamlılığım təmin edir, məhv olmuş hüceyrələri eliminasiya edir-uzaqlaşdırır, yaman keyfiyyətli şişlərə qarşı immunitet yaradır. İmmun sistem və onun mərkəzi icraçı sistemi sayılan limfositlər orqanizmin kənar antigenlərə qarşı spesifik reaksiyasını təmin edir. Bu sistem orqanizmin digər sistemləri kimi sərbəst xüsusiyyətə-sinir,
Download 4.83 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling