Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil
Download 4.83 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- 10.4. Parazitizmin bioloji və genetik aspektləri
340 artıq olduqda - 56%-i mastitlərə məruz qalır, somatik hüceyrələrin növbələşmə əmsalı isə 0,2-0,4-ə bərabərdir. Qaramalların əmcək kanalının distal sahəsinin 4-5 mm olan fərdlərində mastitlə xəstələnmə hallan çox aşağı faiz təşkil edir. Əmcək kanalmdakı epiteli hüceyrələrinin antibakterial xassəyə m alik olması tərkibində kerotinin mövcud olduğu epitelilərdə yağ turşularının (olein, araxin, stearin və s.) aşkar olunması ilə əlaqədardır. M astitlərə qarşı davamlı olan qaram alların südündə laurin və miristin yağ turşularının miqdarı çox olmaqla h2=0,38-0,58 təşkil edir. Laktasiyada olan bütün növ heyvanlarda yelinin bakterial infeksiyalardan müdafiə olun masında ən ümdə rolu M, A, Çı, Ç 2 immunoqlobulinləri (İq) oynayır. İq Ç 2 defısiti olan inəklərin irinli (piogen) mastitlərə həssaslığı daha yüksək olur. Heyvanların mastitlərlə xəstələnməsinin qarşısının alınması üçün onların buraxılış, qurutm a dövrlərində və doğuma 15-20 gün qalmış müasir diaqnostiki testlərlə mastitlərə görə müayinə olunmasının xüsusi əhəmiyyəti vardır. Bu məqsədlə yelinin əmcək kanallarından aseptika və antiseptika qaydalarına riayət olunmaqla götürülmüş sekrel nümunələri laboratoriyada müayinə edilməli və mastit törədiciləri aşkar olunan heyvanlar dərhal müalicə olunmalıdır.
- insan, heyvan və quşların M tuberkulosis tərəfindən törədilən infeksion xəstəliyi olub, müxtəlif orqanlarda (heyvanlarda əsasən ağ ciyər və yelində, quşlarda isə qaraciyərdə) kazeozlu nekroz törədən xüsusi düyünlərin - tuberkullann əmələ gəlməsi ilə səciyyələnir. Vərəm törədici ilə 50 növdən artıq məməli heyvanlar, 25 növdən çox quşlar yoluxur. Vərəmlə ən çox iri buynuzlu heyvanlar, donuzlar, qunduzlar, toyuqlar, nadir hallarda keçilər, itlər, ördək və qazlar, daha az isə qoyunlar, atlar və pişiklər xəstələnir, insanlar çox həssasdır, meymunlar isə yüksək həssaslığa malikdir. Xəstəliyin törədicisinin 3 tiri-M. tuberculosis humanus(insan tipi), M. bovis (qaramal tipi) və M. avium (quş tipi) vardır. İnsan tipi növünə ən çox insanlar, nisbətən isə donuzlar, itlər, pişiklər, qaram al, xəzdərili heyvanlar həssasdır, • quşlar isə tutuquşu müstəsna olmaqla yoluxmur. Qaramal (buğa) tipinə bütün kənd təsərrüfatı və vəhşi heyvanlar, vəhşi xəzdərililər və insan həssasdır, quşlar isə qeyri-həssasdır. Quş tipi növü ilə əsasən quşlar, donuzlar, nirsbətən az hallarda isə məməlilər və insan yoluxur. Bu xəstəlik, elmi-texniki tərəqqinin dinamik yüksələn düzxətlə inkişaf etməsinə baxmayaraq, hələ də dünya səhiyyəsi və baytarlıq təbabəti üçün ən prioritet problem sayılır və dünyanın bütün ölkələrində insan, heyvan və quşlar arasında yayılmaqla, çox ciddi epidemioloji və epizootoloji təhlükə mənbəmə çevrilir.
Heyvan və quşların bəzi cinsləri vərəmə qarşı davamlı, digərləri isə yük sək həssaslıq göstərir. U qandada yerli ankole cinsli 6185 baş qaramalın və rəmə görə müayinəsi zamanı 17% xəstə aşkar olunmuşdur. Lakin 26979 baş zebudan yalnız 0,9%-i vərəmə müsbət reaksiya vermişdir. Şvis cinsli qaramal bütün xəstəliklərə qarşı yüksək davamlılıq göstərdiyi kimi, vərəmə qarşı da 341 i
nisbətən davamlı olur. A .İ.Prudovun (1982) məlumatına əsasən xo lm o q or cinsli qaramal vərəmə, leykoza və brusellyoza qarşı çox yüksək davam lılıq göstərməsi ilə səciyyələnir. A. Bala (1981) sübut etmişdir ki, hind b u rax camış cinsi arasında vərəmlə yoluxma hallarına (0,3%), digər cinslərə nisbətən (18-25%) çox az təsadüf edilir. İri buynuzlu heyvanlar, qoyunlar və donuzlarda vərəmə qarşı xəstələrarası davamlılıqda müəyyən fərqlərin olması aşkarlanmışdır. Vərəmə qarşı davamlılığın növbələşmə əmsalı 0,1- 0,3, bəzi xəstələrdə isə - 0,01 - 0,49-ə bərabər olmaqla, vərəmin konkordantlığı - 60% təşkil edir. Orqanizmin vərəmə qarşı davamlılığında təbii antibakterial maddələrin, xüsusilə lizosimin müstəsna rolu vardır. Vərəmə qarşı genetik davamlılıqda m akrofaqlar tərəfindən mikobakteriya- ların öz sitoplazmasında inkişafmın dayandınlmasınm çox böyük rolu vardır. M akrofaqlar sahib orqanizmdə mikobakteriyalann inkişafım ilkin mərhələdə dayandınr və xəstəliyin inkişafının qarşısını alır, həmçinin onu latent (gizli) formada saxlayır. Bəzi almilərin fikrincə iri buynuzlu heyvan ların vərəmə qarşı davamlılığında hemoqlobinin НьВ tipinin müsbət, НьАг tipinin isə mənfi korrelyasiyası mövcuddur, heteroziqot heyvanlar (HbAH bB) aralıq mövqeyə malikdir. Həmçinin sübut olunmuşdur ki, transferrinin TfA və amilazanm AmB allelinə malik olan qara-ala cinsi başqa allellilərə nis bətən vərəmlə daha çox xəstələnir. Brusellyoz - İnsan və heyvanların Brusella qrupu bakteriyalan tərə findən törədilən xroniki gedişli xəstəliyi olub, heyvanlarda balasalma, sonun ləngiməməsi, dölsüzlük, artritlərlə xarakterlənir və dünya səhiyyəsi və baytarlıq təbabəti üçün ciddi problem yaradır. Brusellalarm (Br. abortusun) genetik cəhətdən bir-birindən fərqlənən aşağıdakı növü vardır: - Brusella abortus-9 biovariantı vardır (iri buyunuzlu heyvanlar, camışlar, yaklar, dəvələr və atlarda xəstəlik törədir); - Br.suis-4 biovariantı vardır (donuzlarda və şimal marallarında xəstəlik törədir); - Br.melitenzis-3 biovariantı vardır (keçilərdə, qoyunlarda və camışlarda xəstəlik törədir); - Br.canis-1 variantı vardır (əsasən itlər yoluxur, Br.melitenzis, Br.abortus, Br.suis-lə də yoluxma mümkündür). Bu növlərin heyvanların birindən digərinin orqanizminə miqrasiya olun ması çox böyük epizootoloji əhəmiyyətə malikdir. İri buynuzlu heyvanlar, qoyunlar, keçilər, donuzlar və m arallar arasmda brusellyoz epizootoloji, camışlar, atlar, itlər və digər növ heyvanlar arasmda isə-sporadik formada baş verir.Bu xəstəliyin heyvanlar arasm da ləğv edilməsi, məhz insanların yoluxmasının qarşısının alınması hesab edilir. Çünki bu xəstəlik insandan insana keçmir, insan isə yalnız xəstə heyvanların südü və onun məhsulları ilə yoluxur. İri və xırda buynuzlu heyvanlar və donuzlar təkdımaqlılara nisbətən brusellyoza daha çox həssasdır. E.Əliyevin məlumatına görə (1975) zebu və camışlar iri və xırda buynuzlu heyvanlara nisbətən brusellyozla çox az hallarda xəstələnir. P.İvanov müəyyən etmişdir ki, Bolqarıstanın yerli boz və rodosop qaramalları A vropanın bütün cinslərinə nisbətən brusellyoza 342 daha davamlıdır. E.Əliyevin məlumatına əsasən (1978) Azərbaycanın brusellyoza görə qeyri-sağlam olan qoyunçuluq təsərrüfatlarında qarabağ və sovet merinosu cinslərinə nisbətən qırmızı samux cinsli qoyunlar bu xəstəliyə çox rezistentlik göstərir. İri buynuzlu heyvavnlarda brusellyoza qarşı davamlılığın növbələşmə əmsalı 0,194 ±0,03, konkordantlıq isə əkizlərdə 64% təşkil edir. İri buynuzlu heyvanlarda, o cümlədən Azərbaycanda yetişdirilən cinslərdə brusellyoza davamlılıq poliqon növbələşmə nəticəsində yaranır. Cavan qaram allar yaşlılara nisbətən brusellyoza xeyli davamlı olur. B. abortus balaətrafı pərdənin
malik olan toxumalarının m akrofaq və epiteli hüceyrələrində çox sürətlə çoxalıb inkişaf edirlər. M əhz bu göstəriciyə əsasən heyvanların B. abortusa həssaslığı təyin olunur. Sübut edilmişdir ki, Brusellalar üçün karbon və enerjinin əsas mənbəi məhz eritrin hesab olunur. Brusellyoza həssas olan bütün heyvanların balaətrafı pərdələrinin m akrofaq və epiteli hüceyrələrində eritrin olduğu halda, xəstəliyə davamlı cinslərin ətənəsində həmin maddə müşahidə edilmir.
- insan və heyvanların təbii ocaqlı infeksion xəstəliyi olub, heyvanlarda isitmə, anemiya, ikteriya (sarılıq), hemoqlobinuriya (qanlı sidik ifrazı), balasalma və dəridə nekroz ocaqlarının əmələ gəlməsi (iri buynuzlu heyvanlarda) ilə xarakterlənir. Xəstəlik Spirochaetaceae ailəsinə mənsub olan Leptospira («leptos»*kiçik, «speira»- spiral) tərəfindən törənir. Leptospiranın 2 növü-parazit (L.interroqans) və saprofit (L.biflexa) və çoxlu sayda seroloji variantı vardır. Hər bir serovariantm isə müxtəlif tipli ştam mlan mövcuddur. Onlar bir-biri ilə antigenliyinə görə olduqca identikdirlər. Antigenliyinə görə hazırda patogen leptospirlərin 19 seroqrupa bölünən 168 seroloji variantı aynd edilir. MDB ölkələri məkanında heyvanlardan onların 7 seroloji qrupu ayrılmışdır. Leptospiroza əsasən iri buynuzlu heyvanlar və donuzlar həssasdırlar. Camışlar, atlar, qoyunlar, keçilər, itlər, pişiklər, vəhşi ətyeyənlər, ev və vəhşi • quşlar, gəmiricilər, həşəratyeyənlər, kisəlilər və s. də həssasdırlar. Xəstəliyə cavanlar daha həssas olmaqla onu çox ağır keçirirlər. Heyvanlar əsasən ağız və burun boşluğunun selikli qişası, zədələnmiş dəri və cinsiyyət yolu ilə yoluxur. Heyvanların leptospirozla yoluxmasında onların növ və cins tərkibi xüsusi əhəmiyyət kəsb edir. Leptospiroza müsbət reaksiya verən iri ağ donuz cinslərində mənfi reaksiya verənlərə nisbətən T f AA+AmAA və TfAB+AmAA fenotipləri çox böyük, TfAA+AmBB və TfBB+AmAB fenotipləri isə, əksinə olduqca az üstünlüyə malikdir. Müəyyən edilmişdir ki, AB hemoqlobin tipi olan qoyunlar, A və B tipi olan qoyunlara nisbətən leptospiroza olduqca davamlıdır, Leptospiralara heyvanların növ, cins, xətt və populyasiya fərdlərinin həssaslığı olduqca spesffikdir. Belə ki, iri buynuzlu heyvanlarda leptospirozun əsas törədicisi-L.hebdomadis, L.pomona, L.qrip- potiphoza və Ltarassovi, xırdabuynuzlularda-L.qrippotiphoza, L.pomona və L.tarassovi, donuzlarda isə-L.pomona və L.tarassovi saylın. Xəstəliyin əsas infeksiya mənbəi və rezervuan xəstə kənd təsərrüfatı və vəhşi heyvanlar (xüsusilə subklinik xəstələr və leptospiradaşıyıcılar), epizootoloji və epidemioloji 343 cəhətdən isə ən birinci dərəcəli və təhlükəli gəmiricilərdir. Gəmiricilər sidiyi ilə leptosiralan ətraf mühitə, xüsusilə otlaqlara, su və yem ehtiyatlarına, heyvandarlıq binalarına ifraz edərək onları yoluxdurur. Onların özü genetik olaraq leptospiralara qeyri-həssasdır, yoluxmur, lakin qorxulu rezervuar rolu oynayır. Leptospiradaşıyan heyvanlar da fekali, sidik, süd, sperm a, ağız-burun axıntısı və s. ilə törədicisini ətraf mühitə yayaraq epizootöloji və epidemioloji təhlükə yaradırlar. Leptospiroza görə qeyri-sağlam iri və xırda buynuzlu heyvandarlıq təsərrüfatlarında leptospiradaşıyıcılar 14-20%, donuzlar arasında isə -30-80% təşkil edir. Leptospiradaşıyıcılığın müddəti iri buynuzlu heyvanlarda -6 ay, xırda buynuzlularda-9 ay, donuzlarda-2 il, itlərdə-3 il, pişiklərdə-119 gün, tülkülərdə-514 gün təşkil edir, gəmiricilər isə daimi və əbədi daşıyıcı sayılır. 10.4. Parazitizmin bioloji və genetik aspektləri Parazitizm hadisəsi müxtəlif növlərdən olan iki orqanizm arasmda elə münasibət formasıdır ki, bunlardan biri, yəni «parazit» digərindən qida mənbəyi və yaşayış mühiti kimi istifadə edir. Bioloji həyat tərzindən asılı olaraq parazitlər müvəqqəti və daimi olmaqla iki qrupa bölünürlər. Ektopa- razitlər (gögöyünlər, milçəklər, taxtabitilər, gənələr və s.) sahib orqanizminin səthində müvəqqəti yaşayaraq ondan yalnız qida mənbəyi kimi istifadə edir lər. Daxili orqanlarda, qan-dam ar sistemində, toxumalarda, hüceyrələrdə parazitlik edən endoparazittlər (qan parazitləri, helmintlər, dəri mozalanının sürfələri və s.) sahib orqanizmində uzun müddət yaşayırlar, tnvazion xəstə liklərin əmələ gəlməsi üçün müvafiq şərait, hər şeydən əvvəl canlıların in- vaziyaya həssaslığı olmalıdır. Məsələn, atlarda və qaram alda parazitlik edən piroplazmalar (təkhüceyrəli qan parazitləri) morfoloji cəhətdən bir-birinə oxşayırlar. Lakin atlarda parazitlik edən piroplazma qaramalı, qaramalda parazitlik edən piroplazma isə atlan yoluxdura bilmir. Deməli, hər heyvan növündə xəstəliyi spesifik parazitlər törədir. Heyvanların qurd xəstəliyinə (helmintoza) qarşı davamlılığı barədə aşağıdakıları bilmək və nəzərə almaq lazımdır. Bioloqlar və genetiklər belə ümumi nəticəyə gəlmişlər ki, parazitizmin bioloji əsasmı genetik ünsürlər təşkil edir. Çünki hər bir parazit və helimint öz spesifik genetik parametrləri ilə xarakterlənir. Heyvanların qurdlarla yoluxmasına növ, yaş və köklük dərəcəsinin, ilk dəfə və təkrar yoluxmanın böyük təsiri vardır. Cavan heyvanlar yoluxmaya daha çox həssas olur və xəstəliyi ağır keçirirlər. Məsələn, monieziozla, əsasən, quzular, buzov və balaqlar yoluxurlar. Heyvan bədənində qurdlarla yoluxmaya qarşı müəyyən davamlılıq, yəni təbii immunitet olur. Bu immunitet heyvanların qurdlarla yoluxmasının qarşısını tamamilə almasa da, xəstəliyin gedişini bir qədər yüngülləşdirir. Hər hansı bir qurda qarşı olan təbii immunitet həmin qurd növü ilə yoluxub sağalmış heyvan orqanizmində daha da möhkəmlənir. Ümumiyyətlə, istər birinci (təbii) və istərsə də ikinci (qazanılmış) immunitet heyvan orqanizmini parazit qurdlarla təkrar yoluxmadan tam qorumur. 344 Qurd xəstəliklərinə qarşı immunitet cavan heyvanlarda zəif olur, onlar yaşa dolduqca qüvvətlənir. Bu, yaşlılıq immuniteti adlanır. Təbii immunitetə nisbətən qazanılmış immunitet, o cümlədən yaşlılıq immuniteti heyvanları yoluxmadan daha çox qoruyur. A nq heyvanlar kök və gümrah heyvanlara nisbətən qurd xəstəliklərinə daha çox həssas olurlar. A nq heyvanların saxlanma şəraitini, yemlənmə və bəslənməsini yaxşılaşdırmaqla onlann qurd xəstəliklərinə qarşı davamlılığını artırmaq mümkündür. Parazitar xəstəliklər bütün dünyada ciddi problemlərdən hesab edilir. Onlann bir çoxunun törədiciləri kosmopolit xüsusiyyətli olub müxtəlif qitələrdə, bəziləri isə ancaq müəyyən coğrafi-iqlim zonalarında yayılmışdır. Parazit yaşadığı orqanizmə heç bir xidmət göstərmədən onun toxuma şirəsi və həzm etdiyi qida hesabına yaşayır. Toksiki və mexaniki təsir nəticəsində sahib orqanizmində maddələr mübadiləsinin, qan təzyiqinin və onun laxtalanma qabiliyyətinin pozulması, sonsuzluq, cinsi zəiflik, bağırsaq divarında tıxanma və keçməməzlik, daxili orqanlarda zədələnmələr, iltihab lar, şişkinlik, nekrozlaşma, atrofıyalaşma kimi təhlükəli patoloji proseslərin baş verməsinə səbəb olur. Parazitlər bir orqandan digərinə hərəkət etməklə infeksiya amili üçün yol açır. M üxtəlif qrup parazitlər heyvan orqaniz mindən xeyli zülal, sulu karbon və s. maddələr sorurlar. Məsələn, hialomma gənələrinin dişisi heyvanların qanım soraraq, öz çəkisini 50 dəfə artırır. İt milçəyi 13 mq qan sorur ki, bu da onun bədəninin çəkisindən 1,5 dəfə çoxdur. Hünüİər, gögöyünlər, dəri və burun boşluğu mozalanları, gənələr heyvanlara kütləvi şəkildə hücum edərək, onlann dərilərini zədələyir, iltihablaşdırır, buraxdıqları zəhərlə toksiki təsir göstərirlər. HücejyədaxiH parazitlər yoluxdurduqlan toxumaları parçalayır və ya məhv edirlər.1 Beləliklə, parazitlər bir tərəfdən heyvan orqanizmini zəiflədərək onlann yoluxucu xəstəliklərə qarşı müqavimətini azaldır, digər tərəfdən isə dəridə əmələ gətirdikləri zədəli yerlərdə mikroorqanizmlərin çoxalmaları və xəstəlik törətmələri üçün şərait yaradırlar. Bəzən də özləri mikroorqanizmləri, xüsusən, patogen mikrob və virusları mexaniki olaraq yayırlar. Parazitar xəstəliklərin əksəriyyəti Azərbaycan şəraitində ətraflı Öyrə nilmişdir. H eyvanlann qorxulu parazitoloji xəstəliklərinə qarşı işlənib hazır lanmış dəyərli elmi təkliflər təsərrüfatlarda geniş tətbiq edilir. Azərbaycanda kənd təsərrüfatı heyvanlan və quşlann helmintozlanm ilk dəfə akademik K. 1. Skryabinin rəhbərliyi ilə A. M. Petrov, D. N . Antipin, A. C. Qayıbov, M. K. Cavadov, T. S. Skarbiloviç, balıq parazitlərini və onlann törətdikləri xəstəlikləri isə O. Qrim, Kavrayski, V. A. Dokel, B. Q. Bıxovski, N. A. Neçayev tədqiq etmişlər. Sonrakı dövrlərdə respublikamızda parazitologiya elminin müxtəlif sahələri ilə S. M. Əsədov, Q. S. Qasımov, Z. M. Şahtaxtinskaya, Y.H.Hacıyev, A. Q. Məmmədov, F.Ə.M ustafayev, N. M. Şirinov, t. Ə. Sadıxov, T. K. Mikayılov, N. Z. Feyzullayev, S. M. Vahidova kimi yüksək ixtisaslı mütəxəssislər məşğul olmuş, çox vacib helmintoloji problemləri həll etmişlər. Parazitoloji tədqiqatlar ETBl-da, AMEA-nm Zoologiya İnstitutunda, ADAU-nun müvafiq kafedralannda planlı şəkildə davam etdirilir. A yn-ayn helmintozlann öyrənilməsi sahəsində S. Y. Əliyev, 345 Y.M. Seyidov, Y.F. Məlıkov, M .L. Kolesniçenko, Ç.Q. İsmayılov, C .l. Sailov, A.Q. Səmədov, Ə.T. Məmmədov, T.B. Bağırov, Q.S. Gülgəzli, Q .Ş. Hacıyev, A.H. Xəlilov. M.Ə. Keyserovskaya, X.Q. Abdullayeva, A .Ə . Əliyev, N.S. Əsədov, R .M . Bilalov, Ə.Ə. Mehrəliyev, Ş.R. İbrahimov, Ə .Ə . Heydərov, H.A. Paşayev, R.Ş. Eminov, F.Ş. Qurbanov, R.Q. Məmmədov, Y.Y. Fətəliyev, A. K. Ryabinin, P.M . Cabbarov və başqalan tərəfindən hərtərəfli tədqiqatlar aparılmışdır. 1903-cü ildə ilk dəfə Bakı şəhəri və G öy göl rayonunun Z um abad kəndində qan-parazitar xəstəlikləri və onların amillərini keçirən gənələrin öyrənilməsi ilə Azərbaycanda protozoologiya el minin əsası qoyulmuşdur. Xəstəlikləri E.P. Cenkovski, İ.M. Lus, M .F. R ıx- lovski və S.A. Qruner müşahidə etmişlər. Onlar dünyada ilk dəfə qaram alda çox ağır keçərək yüksək tələfat verən teylerioz xəstəliyini kəşf etmiş, qoyun, keçi və təkdımaqlı heyvanların piroplazmidozunu öyrənmişlər. Protozoologiya sahəsində elmi-tədqiqat işlərinin müntəzəm apanlması və kadrlann yetişdirilməsində V .LJakim ov, A.A. M arkov kimi rus alimləri nin böyük xidmətləri olmuşdur. 1931-d ildə Azərbaycanda təşkil olunmuş Elmi-Tədqiqat Baytarlıq İnstitutunun protozoologiya şöbəsinin əməkdaşları respublikamızda heyvan və quşların protozoy xəstəliklərini elmi əsaslarla öyrənmək üçün tədqiqat işlərinə başlamışlar. Şöbənin əməkdaşları bir sıra ekspedisiyalar zamanı köçəri qoyunçuluqda piroplazmidozlan keçirən gənə- lərə qarşı qoyunlann mərgmüş məhlulu ilə vannalarda çimizdirilməsini təşkil etmişlər. B.L. Jakimov, M .A. Musayev, D.Ə. Mirzəbəyov, M.B. Əzimov, N.S. Əbusəlimov, N.A. Baboşina, Ə. Ə. Ağayev, A.T. Hacıyev, Ə.Q. Möhsümzadə, Ə.Ə. Həsənov, E.S. Qafarova, İ.Q. Zamanov, M.H. Hümbətov, A.N. Qocayev, K.D.Mirzəbəyov, N.A. Qasımov və başqalarının apardıqları tədqiqat işlərinin nəticəsində kənd təsərrüfatı heyvanlarının qan- parazitar xəstəliklərinin amillərini keçirən gənələrin bioekoloji xüsusiyyət ləri, yayılması, amillərin növ müxtəlifliyinin biologiyası və genetik aspektləri öyrənilmiş, respublikamız şəraitində onlara qarşı müalicə və profilaktik təd birlər işlənib hazırlanmışdır. Laboratoriyanın əməkdaşlarından Ə.S. Musta fayev, A.P. Qəmərli, K.K. Bağırov, F.M. Əmirxanov, Ç.A. Cabbarov və başqalan kənd təsərrüfatı heyvanlarının araxno-entomoloji xəstəliklərini və bir çox ektoparazitlərini ətraflı öyrənmiş, səmərəli təkliflər irəli sürmüşlər, institutun əm əkdaşlan (M .A. Əlizadə, İ.Z. Eyyubov, F.P. Atakişiyev, A.İ. Purazim və b.) qaramalın və davann qrup halında çimizdirilməsi və gənələr- dən təmizlənməsi üçün qurğular hazırlayıb tətbiq etmişlər. Parazitlər müxtəlif orqanlarda və əzələ qruplarında yaşayaraq orqaniz min hesabına qidalanır, sahiblərinə zərərli təsir göstərirlər. Bu təsir amilin zərərlilik (patogenlik) dərəcəsindən, sahibin növündən, yaşından və orqaniz min vəziyyətindən, eyni zam anda xarici mühitdən asılı olaraq ya gizli olur, ya da özünü xarakterik əlamətlərlə göstərir. Helmintozlar heyvanların tələfa tına və məhsulun itkisinə səbəb olurlar. Exinokokkozlu heyvanlarda ətin 10%-i, piyin 20%-i, ağciyər və qaraciyərin isə 50-60%-i yararsız hala düşür, məhsuldarlıq 12%-ə qədər azalır, hər 100 baş doğar qoyundan 10 quzu itirilir. Senuroz (dəlicə) xəstəliyinə tutulmuş qoyun öz çəkisini bəzən 50%-ə
qədər itirir. Fassiolyozlu inək və camışlann süd məhsulu ən azı 10-15, bəzən 25-40%-ə, diri kütləsi 15-30%-ə qədər azalır. Finnozla yoluxmuş qaramalın ətinin xeyli miqdarından istifadə edilmir. H elm intlər sahibin hesabına ya şayır, onun toxuma və şirəsi ilə qidalanırlar. Qandan istifadə edən helmintlər də vardır ki, onlar xüsusi maddə buraxaraq qarım tez laxtalanmasınm qarşı sım alırlar. Beləliklə, helmintlər vitaminləri və başqa yararlı maddələri udaraq orqanizmin maddələr mübadiləsini, fizioloji normallığım pozur, bir çox xəstəliklərin baş verməsinə səbəb olurlar. Qurdların vurduğu zərər müxtəlif formada olur. Məsələn, askarid və monieziya qurdları ilə şiddətli yoluxma zamanı bağırsaq boşluğunun tam am tıxanmasına, keçməməzliymə, hətta onun partlamasına təsadüf edilir. Ağciyərin qurd xəstəliyi zamanı qırtlaq və bronxlara küllü miqdarda qurd tıxandığı üçün heyvan boğularaq tələf olur. Exinokokk qovuqlan ağciyərlərin parenximasım şiddətli surətdə zədələyərək onların fəaliyyətini pozurlar. Onxoserka qurdlan boyun bağına dolaşaraq onun iltihabına, telyaziya qurdlan közün iltihabına və korluğuna səbəb olurlar. Qonkilonema qurdlan yem borusunun daxili selik pərdəsini zədələyirlər. Fassiola və dikroselium sorucu qurdlan qaraciyərin parenxi- masını, öd yollarının divannı zədələyərək iltihablaşdınr və kirəcləşdirirlər. Bağırsaqda yaşayan girdə qurdlann çoxunun ağız boşluğunda kəsici dişləri və yaxud lövhəcikləri vardır. Lentşəkilli qurdlann isə çoxunun baş hissəsində qarm aqlar düzülmüşdür. Bunların vasitəsilə qurdlar yaşadığı orqanın divanna yapışır və onu zədələyirlər. Parazitlərdən bir qrupu ancaq bağırsaqdakı möhtəviyyatla qidalanır, digər qrupu orqanın toxumasını zədələyir, didir və sonra onlan udur. Q urdlann üçüncü qrupu yem borusu divarında yerləşən vəzicikdən ifraz etdikləri maye ilə yaşadığı o rqanın1 toxumasını zədələməyir və onunla qidalanır, dördüncü qrupu isə qanla qidalanır. Məsələn, hemonxus qurdları qursağın divarını zədələyərək çıxan qanın bir hissəsini sormaqla qidalanır və buna görə də qızıl (qırmızı rəng mənasında) qurd adlanırlar. Helmintlər öz ifrazatı ilə yaşadıqları orqanizmi zəhərləməklə onların daha çox qida maddəsi itirməsinə, xeyli anqlamasma və normal inkişafdan qalmasına səbəb olurlar. Dəri mozalanı ilə yoluxmuş hər baş inəyin illik süd məhsuldarlığı 100 litrə qədər azalır. Protozoy xəstəlikləri (teylerioz, piroplazmidozlar və s.) qaramalın, koksidiozlar isə başlıca olaraq quşların və dovşanların kütləvi tələfatına səbəb olur. Xəstəliyi törədən parazitin mexaniki, toksiki təsirindən yaranan patoloji vəziyyət sinir sisteminin fəaliyyətinin pozulmasına zəmin yaradır ki, bu da öz növbəsində başqa orqanların fəaliyyətində ciddi dəyişik liklərlə nəticələnir. Ümumiyyətlə, parazitlərin hərtərəfli mexaniki və toksiki təsirindən heyvanın daxili parenximatoz orqanlarında, qan-limfa damar sistemində, mədə-bağırsaqlarında müxtəlif patofizioloji, biokimyəvi və funksional dəyişikliklər gedir. Bunun da nəticəsində heyvanın müqavimət qüvvəsi azalır, yoluxucu xəstəliklərin baş verməsi üçün əlverişli şərait yara nır. Lakin vaxtında və düzgün apardan mübarizə tədbirləri nəticəsində parazitar xəstəliklərin vurduğu zərərin qarşısım almaq mümkündür. Respublikamızın heyvandarlıq təsərrüfatlarında aparılmış təcrübələr zamanı
Download 4.83 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling