Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil
Download 4.83 Mb. Pdf ko'rish
|
9 məhsullarının sintezi və tətbiqi başa düşülür. Hazırda çoxlu miqdarda qiymətli tibbi, baytarlıq təbabəti preparatları və bioloji aktiv maddələr biotexnoloji yollarla alınır. Mikrobioloji fermentasiya proseslərində istifadə olunan qurğularda (fermentyorlarda) xüsusi seçilmiş qıdalı mühitlərdə mikroorqanizm- lərdən zülal, dərman preparatları, vitaminlər, fermentlər, biopreparatlar və s. istehsal olunur. Müasir biotexnologiya digər elmlərdən fərqli olaraq elmə XIX əsrin ortalarında daxil olmuşdur. Molekulyar biologiyanın, genetikanın, sitologiyanın, mikrobiologiyanın, virusologil yanın, biokimyamn, biofizikanm, elektronikanın və s. elmlərin inkişaf etməsi sayəsində biotexnologiya daha sürətlə inkişaf etməyə başladı. Biotexnologiya-bakteriya, maya göbələkləri, bitki və heyvan hüceyrələri kulturası və onların metabolik-biosintetik imkanlarından istifadə etməyə yönəldilən elm sahəsidir. 1978-ci ildə yaradılan Avropa Biotexnologiya Federasiyasının qətnaməsində qeyd edildiyi kimi, biotexnologiya - mikrobiologiya, biokimya, genetika, molekulyar biologiya və kimyəvi texnologiya sahələrinə mənsub elm və metodların tədbiqinə əsaslanaraq, hüceyrə səviyyəsində insanlara gərəkli məhsul maddələrinin alınmasına xidmət edir. Dünyada ərzaq qıtlığı, zülal çatışmazlığı bəşəriyyət üçün böyük təhlükə sayılır. Sübut olunmuşdur ki, biotexnoloji yolla bu problemi 70- 80% ödəmək olar. Hazırda mikroorqanızmlənn sintez etdiyi məhsullar: zülallar, amin turşuları, yağlar, antibiotiklər, vitaminlər, fermentlər, vaksinlər, immunoqlobulinlər, interferon, diaqnostik preparatlar, toksinlər, polısaxarıdlər və digər fizioloji aktiv maddələr müxtəlif biotexnoloji proseslər vasitəsilə sənayedə istehsal edilir. Genetik müayinə və analizlərin aparılması üçün əsasən tədqiqat obyekti kimi DNT və RNT-nin molekullanndan istifadə edilir. Çünki genetik - irsi informasiyanın saxlanmasım, ötürülməsini və realizə olunmasını yalnız onlar təmin edir. Orqanizmlərin xəstəliklərə həssaslığı və davamlılığı da məhz həmin amillər tərəfindən icra olunur. Təbabətin və baytarldıq təbabətinin ən aktual problemləri (xəstəliklərin genetik statusu, bioloji preparatlar və s.) də hazırda genetik səviyyədə icra olunur. Tibb və baytarlıq təbabəti həkimi öz fəaliyyətində genetika elminə, ontogenezin normal inkişafı istiqamətinə üstünlük verməli və genetik analizlərə istinad etməlidir. Çünki bütün patoloji proseslərin əsasında hüceyrədə gedən genetik dəyişiklik və pozulmalar durur və onlar genlərin mutagenezi və modifikasiyası nəticəsində baş verir. Bilikli və səriştəli həkim
ÜST-nın (Ümumdünya Səhiyyə Təşkilatı) baş direktoru doktor Marqaret Çanın
qiymətli kəlamı dediklərimizi bir daha təsdiqləyir: «Sağlamlıq
- xəstəlik və fiziki defektlərin olmaması ilə yanaşı, həm də tam fiziki, süni və sosial xoşbəxtlik deməkdir. Əhalisi sağlam olan ölkə yaxşı inkişaf etmiş ölkə deməkdir».
İnsanın sağlamlığının başlıca prioriteti isə ekoloji cəhətdən təmiz, saf heyvan və bitki mənşəli yeyinti məhsulları sayılır. Təmiz və keyfiyyətli heyvandarhq və quşçuluq məhsullarının (ət, süd, yumurta, balıq, onların müxtəlif çeşidli məhsulları) insan üçün zərərsiz olması isə bilavasitə baytarlıq təbabəti həkimlərinin
səlahiyyət müstəvisi çərçivəsindədir. 10 Çünki xəstə heyvanların yeyinti məhsulları insanda müxtəlif (200-ə qədər) yoluxucu xəstəliklər, intoksikasiya və toksikozlar-zəhərlənmələr törətməklə ağır fəsadlarla, hətta ölümlə nəticələnir.
bəşəri əhəmiyyətli, olduqca geniş diapozonlu, insan və heyvanların sağlamlığının keşiyində dayanan ən mütərəqqi, mürəkkəb, çox şaxəli və orqanizmlərin genetik populyasiyasının saxlanmasına və onun dayanıqlı inkişafının təmin olunmasına xidmət edən elm sahəsidir. Tibb
baytarlıq təbabəti həkimlərinin fəaliyyətinin daha çətin və mürəkkəb olduğunu bir daha sübut edir. Bunları baytarlıq təbabətinin klassiklərinin olduqca məntiqli və dəyərli kəlamı da təsdiqləyir: «Tibb həkim hri yalnız insanı, baytarlıq təbabəti həkimləri isə bütün bəşəriyyəti müalicə edir». Doğrudan da çox qiymətli, müdrik və təqdirə layiq bir kəlamdır. Baytarlıq təbabəti (veterinariya- latmca «veterinarius»-heyvanı müalicə edən)- heyvanların xəstəlikləri, insanların zooantroponozları-heyv anlar, quşlar, balıqlar və onların məhsullarından keçən xəstəlikləri ilə mübarizə, sanitariya cəhətdən təmiz, zərərsiz və təhlükəsiz heyvan mənşəli yeyinti məhsullarının istehsalı və ətraf mühitin mühafizəsinin qlobal baytarlıq problemlərinin həlli yollarının öyrənilməsi ilə məşğul olan ən mütərəqqi, funtamental-tətbiqi, nəzəri və praktiki və planetar əhəmiyyətli elm sahəsidir. Onun əsas obyekti bütün növ kənd təsərrüfatı və vəhşi heyvanlar, quşlar, balıqlar, anlar, onlann yeyinti və gön-dəri məhsulları, yemlər, su ehtiyatları, heyvandarlıq və quşçuluq müəssisələri, fermaları, broylerlər, arıçılıq və balıqçılıq təsərrüfatlan, otlaqlar və s. ibarətdir. Respublika Baytarlıq Xidməti idarəsi isə həmin sahənin bütün fəaliyyətinin rəhbəri, təşkilatçısı və nəzarətçisidir.
Həkim anlayışı, məvhumu isə daha qiymətli və geniş diapozona malikdir. Bunu dünya şöhrətli klassik, eləcə də müasir şairlərimiz də öz əsərlərində çox yüksək dəyərləndirmiş və vəsf etmişlər. «Elmlər elmidir demiş Peyğəmbər Din elmi, təbabət elmi, müxtəsər. Göbəkdəki ətri bu iki elmin Fəqihlə təbibdir, bunu bil yəqin. Fəqih olsan əgər itaətkar ol, Hiylədən, riyadan daim kənar ol İsa mərifətli həkim ol, amma İnsanı öldürən bir həkim olma. Həm həkim, həm fəqih olsan sən əgər, Hamının yanında adın yüksələr. Həyat da, ölüm də qul olar sana Səadət və şöhrət düşər payına.»
(Nizami Gəncəvinin oğlu Məhəmmədə nəsihəti) Həkimlik ən müqəddəs, xeyirxah, bəşəriyyətin tərəqqisinə, həm insana, həm də heyvanat aləminə xidmət edən, onlann sağlamlığını qoruyan və cəmiyyətin dayanıqlı davamlı inkişafına təminat verən bəşəri əhəmiyyətli bir sənətdir. Tibbi və baytarlıq təbabəti həkimlərinin fəaliyyəti yalnız bir istiqamətə-insan və heyvanlann sağlam həyat tərzinin təminatına yönəldilib. ÜST və BEB (Beynəlxalq Epizootiya Bürosu) hazırda bu iki ixtisası yalnız dialektik vəhdət formasında qiymətləndirir və onlann məramının yekdil olmasını ön plana çəkir. Dünya təbabətinin atası, antik təbabətin reformatoru (islahatçısı) b.e.ə. 460-cı ildə Yunanıstanın Koş adasının Meropis şəhərciyində həkim ailəsində anadan olmuş, məşhur loğman, əfsanəvi şəxsiyyət Eskulapm oğlu Podaliriyin törəməsi Hippokrat dünyanın ilk tarixi tibb məktəblərindən biri və birincisi sayılan Koş məktəbini yaratmaqla təbabət elmində böyük inqilab etdi. Onun atası məşhur yunan həkimi Heraklid və anası mama-ginekoloq Fenareta Hippokratin artıq 20 yaşmda ikən tanınmış həkim olmasında olduqca böyük rol oynamışlar. Təbabətə meyli irsiyyətdən irəli gəlsə də onu həkim kimi formalaşdıran məhz atası olmuşdur. O, təhsilini, həkimlik peşəsini təkmilləşdirmək üçün Misirə getməsinə baxmayaraq Yunanıstanda tüğyan edən və əhalinin kütləvi qırğınına səbəb olan taun epidemiyası onu vətəninə qayıtmağa təhrik edir, bütün fəaliyyətini onunla mübarizəyə yönəldir, xəstəliyin qarşısının alınmasında misilsiz xidmətlər göstərir. Loğmanın şəfa verdiyi ilk pasientlərdən biri də elmə atom nəzəriyyələri haqda bilgilər verən və təbabətə «etiologiya» terminini daxil edən məşhur Demokrit olmuşdur. Klassik müayinə üsulları (palpasiya, perkussiya və s.) da məhz onun kəşfləridir. Dahi Hippokratin qiymətli sözləri bütün həkimlər üçün ömək olmalıdır: «Təbabətə sevgimiz insaniyyətə məhəbbətdən doğur». «Xəstəliyi yox, xəstəni müalicə etmək lazımdır». «Qüvvətli ruh zəifləmiş bədəni xilas edir». «Təbibük sənətlərin ən vacibdir».
Klınıkı təbabətin banisi dahi Hippokrat onun 5 əsas prinsipini təklif etmişdir - fərdi yanaşma və fərdi müalicə; - xarici və daxili amillərin nəzərə alınması; - «əksinə müalicə» - «quraqlıq» - «rütubət» - «istilik-soyuq» -amillərinin balanslaşdınlması; - cadugərliyi təbabətdən ayırıb, sıxışdırıb təcrid etmək; - habitusun (xarici görünüşün) nəzərə alınması və tibbidə tətbiqi.
(bu sözlər 3-cü prinsipə aiddir). Təbabətdə 200-dən artıq dərman bitkilərini ilk dəfə tətbiq edən loğman həm də onlann dozasım və əks göstəricisini ətraflı şərh etmişdir. Böyük alim 83 yaşmda Larisse şəhərində vəfat etmiş və Afinada dəfn olunmuşdur. Üzərində «Hippokrata-bizim xilaskarımıza» sözü yazılan əzəmətli heykəl afinalılann ən müqəddəs ziyarətgahına çevrilmişdir. Dünyanın bütün həkimləri öz ilkin fəaliyyətinə məhz Hippokrat andı ilə başlayır. 12 Dahi filosof şairimiz M.Füzuli «Səhhət və mərəz» («Sağlamlıq və xəstəlik») poemasını məhz sağlamlıq və təbabətə həsr etmişdir. 13
«Eşqdən canımda bir pinhan mərəz var, ey həkim! Xəlqə pinhan dərdim izhar etmə zinhar, ey həkim! Var bir dərdim ki, çox dərmandan artıqdır mənə, Qoy məni dərdimlə, dərman eyləmə, var, ey həkim! Çər basıb əl nəbzinə, təşxis qılsan dərdini, Al əmanət, qılma hər bidərdə izhar, ey həkim!» (Məhəmməd Füzuli) «Köksümü yaranda asta köks ötür, Görüb dağ-düyünü əsmə, amandı. Orda kin-küdurət varsa kəs, götür, Təkcə məhəbbəti kəsmə amandı. Məni ürəyimlə görüşdür, həkim, Öpüm üz- gözündən, sözüm bu nə qəm? Bu qədər dərdimi yüklənib çəkib, Mən onun dərdini çəkə bilmirəm. Ürəyin səsi var, danışacaqdı, Nələr söyləyəcək o sinədəftər? Əlində su saxla, alışacaqdı, Yandımı zəhmətin gedəcək hədər. »
2008-ci ildə Türkiyə həkimi Əli Kamal Topaloğlu dünyada həllini gözləyən təbabətin 125 cavabsız sualından birinin cavabım tapmışdır. O, müəyyən etmişdir ki, insanın beynində fəaliyyət göstərən xüsusi genlər yetkinliklə bağlı olan xəstəliklərin (vaxtından əvvəl və gec cinsiyyət və fizioloji yetişkənliyin baş verməsi, kriptorxizm, uşaqların boy və inkişafdan qalması və s.) müalicəsini tənzimləyir və onların qarşısım alır. Göründüyü kimi, genetika və biotexnologiya elmi artıq təbabətin daha ciddi problemlərinin araşdırılmasına inteqrasiya edir və bu areal get-gedə daha da qloballaşır.
zim dünyanın bütün ölkələrində insanların xidmətində olacaqdır. Əlbəttə, ge- netiklərin bu kəşfini dövrün ən böyük və prioritet probleminin həlli kimi dəyərləndirmək lazımdır.
2011-ci ildə alimlər arxeoloji qazıntılar apararkən çox qeyri-adi bir mənzərə-3-4 metr uzunluğunda insan skeletinin tapılması ilə qarşılaşmışlar. Hazırda onlar həmin skeletlərin tapıldığı yerlərdə onların parabioz halında olan genlərinin axtarışı ilə məşğuldurlar və güman edirlər ki, buna nail olacaqlar. Azərbaycanın tanınmış, korifey alimləri və onların xələfləri də (H.Zərdabi, H.Əliyev, F.Məlikov, M.Sadıqov, Ə.Quliyev, İ.Mustafayev, A.Ağabəyli, A.Qarayev, M.Musayev, M.Cəfərov, M.Axundov, C.Əliyev, Z.Verdiyev, C.Axundov, R.Səttərzadə, R.Mehdiyev, M.Qəniyev, V.Tutayuk, K. Səfərov, Ə.Əhmədov, Ş.Əhmədova,Y.Səfərov, H.Hacryev, Ə.Xəlilov, H.Quliyev, R.Rüstəmov, S.Əliyev, A.Əliyev, M.Mustafayev, R.Qədimov, A.Məmmədov, T. Turabov, E.Qocayev, F.Şirinov, M.Fərzəliyev, N.Şirinov, Y. Hacıyev, V.Quliyev və b.) ölkəmizdə təbiətşünaslıq, bitkiçilik, fiziologiya, genetika, mikrobiologiya, biotexnologiya, parazitologiya, morfologiya elmlərinin inkişafi üçün olduqca böyük xidmətlər göstərmiş, mühüm elmi-praktiki əhəmiyyətli tədqiqatlar aparmış və çox uğurlu nailiyyətlər qazanmışdır. Onların elmi irsi bu gün də genetik, biotexnoloq, mikrobioloq, parazitoloq alimlərimiz (Ə.Əsgərov, U. Ələkbərov, Q.Mustafayev, Z.Qarayev, S.Məmmədova, B.Xəlilov, İ.Cəfərov, N.Seyidəliyev, V.Novruzov, R.Nuriyev, Z.Hümbətov, M.lsmayılov, H.Fətəliyev, A.Hüseynov, M.Mirsalahov, F.Şərifov, F.Qurbanov, B.Əliyev, A.Qazıyev, C.Nəcəfov, M.Salmanov, Q.Əzimova, R.Quliyev, M.Babayev, A.Quliyev, İ.Eyyubov, RAllahverdiyev, İ.Əzimov, S.Tağıyev, E.Əliyev, R.Səfərov, E.Ağayeva, A.Ramazanov, N.Süleymanov, Q.Abdullayev, T.İsgəndərov, RAğabəyli, Z.Ələsgərov, F.Məmmədov, H.Bayramov, N. Yusifov, P.Cəfərov, Ə.Əhmədov, B.Səfərov, İ.Məmmədov, S.Surxayev, R.Əliyev, F.Nəsibov, N.Əliyev, E.Vahidov, V.Qarayev, R.Bilalov, R.Eminov, F.Qurbanov, Ə.Məmmədli, C.Əsgərov, R.Quliyev, Z.Həsənov, V.Qasımov, O. Mehdiyeva, S.Bayramov, S.Axundov, S.Culfayev, M.Hacıyev, Q.Dünyamalıyev, H.Əliyev, RXəlilova, O.Məmmədova, D. Adıgözəlova, H.Bayramova, A.Əliyev, R.Rzayev, E.Əliyev, X.Cəfərov, Y.Xankişiyev, S. Abbasov, U. Turabov və b.) tərəfindən çox uğurla davam etdirilir. Gənclərimiz,
Əks təqdirdə genetika, epizootologiya, parazitologiya, mikrobiologiya, virusologiya, gen mühəndisliyi və biotexnologiya elminin ölkəmizdə dinamik inkişafı ləngiyə bilər, bu sahədə ciddi boşluq və disbalans yaranar və Davamlı İnsan İnkişafına neqativ təsir göstərər. Hazırda biliyə əsaslanan inkişafi qiymətləndirmək məqsədilə BMT-nin İnkişaf Proqramı (BMTİP)
İnsan İnkişafında (İİ) daha yeni bir göstəricinin - Texnoloji Nailiyyətlər Əmsalının (TNƏ)
bütün ölkələrdə geniş istifadə olunmasını təklif etmişdir. Bu göstərici dünya ölkələrində bir-birindən çox fərqli olduğu üçün İnsan inkişafi (İİ) TNƏ ilə qiymətləndirilir. TNƏ-hesablanarkən əsas yeni göstərici kimi ölkədəki elmi ixtiralar, kəşflər, onların xarici ölkələrdə istifadə 15 olunmasından gələn gəlir, yüksək ixtisaslı kadrların sayı, təbiət və texniki elmlər (biologiya, aqrar, fizika, riyaziyyat, kimya, IKT, astronomiya, aviasiya və s.) üzrə tələbələrin sayının humanitar (hüquq, iqtisadiyyat, filologiya, tarix və s.) elmlər üzrə tələbələrin sayma olan nisbəti nəzərə almır.
Respublikamızda da TNƏ-nin inkişafı üçün xüsusi dövlət qayğısı göstərilir. Lakin real bir faktdır ki, son illər respublikamızın ali məktəblərinə qəbul olunan gənclərimizin böyük əksəriyyəti humanitar fakültələrə daxil olurlar. Beləliklə də ölkədə humanitar sahənin kadrlan ilə təbiətşünaslıq və texniki ixtisaslı kadrların arasında disbalans yaranır, bu da öz növbəsində TNƏ-nin dinamik artımına neqativ təsir göstərir. Bunu nəzərə alaraq təbiət elmləri, o cümlədən baytarlıq təbabəti, gen mühəndisliyi və biotexnologiya üzrə yüksək ixtisaslı kadrların və gənc alimlərin hazırlanması gündəmdə duran prioritet sayılmalı, alimlər nəsli arasında boşluq yaranmasına yol verilməməli, onun qarşısı alınmalı və TNƏ-na görə ölkəmiz öndə gedən (lider) ölkələrə yaxınlaşmalıdır. Gənclərimizdə isə təbiət elmlərinə, o cümlədən baytarlıq təbabəti elmlərinə, xüsusən baytarlıq təbabəti genetikası və biotexnologiya kimi olduqca maraqlı və perspektivli elm sahələrinə böyük maraq yaranmalıdır. F.Engels yazmışdır: «Nəzəri təfəkkür yalnız qabiliyyət
Bütün islam dünyasımn dini lideri və onun banisi, tarixi şəxsiyyət Həzrəti (s.ə.s) Məhəmməd Peyğəmbərin elmə, alimə verdiyi böyük və qiymətli kəlamlar gənclərimiz üçün ömək olmalıdır: «60 il ibadəti dinləməkdənsə, 2 saat alimə qulaq asmaq yaxşıdır»,
«Alimdir gözümdə ən əziz insan! Elmlə hünərlə! - başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz. Rütbələr içində seçilir biri, Hamıdan ucadır alimin yeri!» (Nizami Gəncəvi) Azərbaycanda materialist təbiətşünaslığın əsasım qoymuş tarixi şəxsiyyət və bütün elmlərin mahir bilicisi H.Zərdabinin ən başlıca arzusu ölkəmizdə bütün elmləri hərtərəfli və sürətlə inkişaf etdirmək olmuş və çox böyük bir müdrik kəlam söyləmişdir: «Damcı-damcı ilə yaramız sağalası yara deyil, sel vaxtıdır,
Fəlsəfə (yunanca «filosofiya»-hikməti sevirəm) elminin əsas məğzini, qayəsini məhz biliyi, elmi idrakı, təfəkkürü, intellektuallığı, qlobal, bəşəri əhəmiyyətli axtarışları aparmaq və s. təşkil edir. 16 «Loğman eyləməkçün dərdlərə çarə İstədi hər güldən bir şəfa dərə. Çiçəklər ağladı loğman öləndə Şehdir qurumayıb göz yaşı hələ». (Rübail) Hazırda planetimizdə baş verən və gündən-günə arealı genişlənən qlobal ekoloji anomaliya və kataklizmlər insan və heyvanların genetik strukturuna olduqca böyük neqativ təsir göstərir, indiyədək müşahidə olunmayan anomaliya və eybəcərliklər törədir. Buna misal olaraq 2011-ci ildə Hindistanda 34 barmağı (20 ayaq və 14 əl barmağı) olan (polidaktliya) qız uşağının və Çində 2 başlı uşaqların doğulmasını göstərmək olar. Həkimlər birincinin amputasiya olunaraq normal insan kimi inkişaf edəcəyini, sonuncuların isə yaşamasının qeyri- mümkünlüyünü etiraf etmişlər. Bu cür və digər anomaliyalar heyvanlar arasında da son zamanlar daha çox müşahidə olunur. Müəlliflər məmnunluqla bildirilər ki, gənclərimizdə elmə, o cümlədən baytarlıq təbabəti, genetika, gen mühəndisliyi və biotexnologiya kimi zəngin, bəşəri əhəmiyyətli elm sahəsinə çox böyük maraq formalaşacaqdır. Biz müəlliflər bu dərsliyin ərsəyə gəlməsi üçün çox gərgin əmək sərf etmiş, dünya və ölkə klassiklərinin, eləcə də müasir elm xadimlərinin elmi əsərlərini araşdırmaqla geniş və müfəssəl elmi məlumatlar toplayaraq dərsliyin zəngin və müasir tələblərə cavab verməsinə səy göstərməyə çalışmışıq. Əsər həm də müəlliflərin çox sahəli geniş- diapozonlu elmi biliklərə malik olmasının və onlann məhsuldar, gərgin əməyi və keçirdiyi yuxusuz gecələrin ən qiymətli məhsuludur. Müasir elmi texniki tərəqqi bütün elm sahələrində olduğu kimi, genetika elminin də inkişafi və yeni perspektivləri üçün böyük zəmin yaradır. Hazırda molekulyar biologiya, genetika, gen mühəndisliyi, biotexnologiya yeni elmi aspektlərdə çox sürətlə və dinamik inkişaf mərhələsinə başlamışdır. İndiyədək biologiya elminə məlum olmayan, qaranlıq qalan və öz müsbət həllini gözləyən prioritet istiqamətlər artıq dünya alimlərinin diqqətini cəlb etməyə və yeni elmi axtarışlar aparmağa vadar etmişdir.
Onlar müəyyən etmişlər ki, dinazavrlann son nəsli Saxalin və Kirili adalarında məhv olmuşdur. Bunu nəzərə alaraq həmin ekspedisiya qrupu qeyd olunan ərazilərdə dinazavrlann cəsədlərinin qalıqlarını müayinə edərkən onlann donmuş (parabioz halında olan) genlərini aşkar etmişlər. Alimlər hazırda əldə etdikləri həmin genlərin süni yolla çoxaldılması, sonda isə fərqli genlərin çarpazlaşdınlması və dinazavrlann bərpa olunması məqsədilə çox geniş diapozonlu elmi tədqiqat işləri apanr. Həmin ekspedisiya qrupu Rusiya Federasiyası alimlərini də bu tədqiqatlann uğurla həyata keçirilməsində iştirak etmək üçün Rusiya hökumətinə müraciət etmiş və ümumi razılıq əldə edilmişdir. ABŞ və RF alimləri müştərək elmi tədqiqat layihəsinin apanlmasına çox ciddi hazırlıq işləri apanrlar.
Download 4.83 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling