Dərslik respublikanın universitetlərinin fizika fakültələrinin tələbələri üçün "Atom fizikası"


Download 18.1 Mb.
Pdf ko'rish
bet18/119
Sana31.12.2017
Hajmi18.1 Mb.
#23506
TuriDərslik
1   ...   14   15   16   17   18   19   20   21   ...   119

Ё18. İşığın təzyiqi  

 

Müəyyən edilmişdir ki, işıq düşdüyü səthə təzyiq göstərir. İşığın maddəyə göstərdiyi 

təsirlər içərisində  işıq təzyiqi işığın elektromaqnit nəzəriyyəsinin inkişaf etdirilməsində, 

işığın təbiətinə aid ümumi fəlsəfi baxışların formalaşmasında və bir çox kosmik 

hadisələrin izah edilməsində özünə məxsus xüsusi rolu olması ilə fərqlənir. 

İşığın düşdüyü səthə təzyiq göstərməsi haqqında ideya kometlərin quyruğunun olması 

faktını Günəş işığının təzyiqinin nəticəsi kimi izah edən Kepler tərəfindən hələ 1619-cu 

ildə irəli sürülmüşdü. Nyutonun axın nəzəriyyəsi də  işıq təzyiqinin olması ideyasına 

gətirir: mənbədən axan işıq hissəcikləri onları qaytaran və ya udan cisimlərə  zərbə 

endirərək öz impulslarının bir hissəsini onlara verir, yəni təzyiq yaradırlar. 

İşığın təzyiqə malik olmasını nəzəriyyədə və təcrübədə sübut etmək üçün uzun dövr 

lazım olmuşdur. Nəhayət, XIX əsrdə Maksvel elektromaqnit dalğalarının nəzəriyyəsini 

yaratdıqdan sonra göstərdi ki, bu dalğalar təzyiqə malik 

olmalıdır. Maksvelə görə  işıq da elektromaqnit dalğası 

olduğundan işıq təzyiqi də mövcud olmalıdır. Doğrudan da, 

elektromaqnit dalğası (bu, eninə dalğadır) maddənin səthinə 

(bu səth güzgü və ya tutqun ola bilər) düşdükdə  aşağıdakı 

kimi təsir yaradır: bu dalğanın işıq düşən səthin müstəvisində 

yerləşən elektrik vektorunun təsiri ilə bu vektor istiqamətində 

elektrik cərəyanı yaranır və düşən işıq dalğasının maqnit 

sahəsi Amper qanununa görə bu cərəyana müəyyən qüvvə ilə 

təsir edir. Sol əl qaydasına görə bu qüvvənin istiqaməti işığın 

yayılma istiqamətində olur (şəkil 18.1). Beləliklə, işığın 

elektromaqnit nəzəriyyəsinə görə  işıq düşdüyü səthə  təzyiq 

göstərməlidir. Maksvel göstərmişdir ki, işığın səthə göstərdiyi 

təzyiq qüvvəsi işığın intensivliyindən asılıdır. Düşən işıq paralel şüa dəstəsi olduqda 

mütləq qara cismin səthinə işığın P təzyiqi işıq enerjisinin 

E

r



J

B

r



F

r

υr



E

r

J



B

r

F



r

υr

Шякил 

0

2

2



0

2

2



µµ

εε

B



E

u

+

=



 

 

 



   (18.1) 

sıxlığına, yəni vahid həcmdəki işıq enerjisinə  bərabərdir. (18.1) ifadəsində 

ε

 – mühitin 



dielektrik nüfuzluğu, 

µ

 – mühitin maqnit nüfuzluğu, 



ε

0

 və 



µ

0

 – uyğun olaraq, elektrik və 



maqnit sabitləri (

ε

0



=8,85

⋅10


-12

 Kl

2

/n





m

2



µ

0

=4



π⋅

10

-7 



n/A

2

).  E – elektrik sahəsinin 



intensivliyi, B – maqnit sahəsinin induksiyasıdır. Burada fərz olunur ki, üzərinə işıq düşən 

cisim mütləq qara cisimdir, yəni bu cisim üzərinə düşən bütün işıq enerjisini tam udur. 

 

105


Əgər cismin səthinin  R qaytarma əmsalı  sıfra bərabər deyilsə, yəni o, boz cisimdirsə, 

onda işığın təzyiqi 



P=(1+R)u 

  

                       (18.2) 



olar. İdeal güzgü üçün R=1 olduğundan işığın təzyiqi 

P=2u 

  

 



      (18.3) 

olar. Əgər 1 sm

2

 səthə 1 s ərzində düşən işıq enerjisini (işıqlanma) W ilə işarə etsək, onda 



işıq enerjisinin sıxlığı u=W/c olar (c – işıq sürətidir). Onda işığın təzyiqini ümumi şəkildə 

)

1



(

R

c

W

P

+

=



    

                           (18.4) 

kimi yazmaq olar. Günəşli gündə 1 m

2

 qara səthə günəş  şüalarının göstərdiyi təsir 



qüvvəsini Maksvel nəzəri hesablamış və 

∼4mN qiymətini tapmışdır. Əgər boşluğun daxili 

divarlarına bütün istiqamətlərdə işıq düşsə, onda mütləq qara səthə göstərilən təzyiq 

u

P

3

1



=

 

  



 

       (18.5) 

olar. Burada u – boşluğun daxilində şüa enerjisinin sıxlığıdır. 

Maksvel nəzəriyyəsindən alınan işığın təzyiqə malik olması kimi bir nəticənin 

düzgünlüyünü təcrübədə isbat etmək üçün bir çox cəhdlər edilmiş, lakin onların hamısı 

səmərəsiz qalmışdı. Bir çox alimlər isə hətta işıq təzyiqinin təcrübədə aşkara çıxarılması 

imkanına, sadəcə olaraq, inanmırdılar. Lakin rus fiziki P. N. Lebedev qarşıya çıxan böyük 

çətinlikləri aradan qaldırmaq üçün çox həssas və mürəkkəb təcrübələrlə  işığın təzyiqə 

malik olmasını müşahidə etmiş  və ölçə bilmişdi. O, əvvəlcə 1899-cu ildə  işığın bərk 

cisimlərə, sonra isə 1909-cu ildə qazlara göstərdiyi təzyiqi ölçmüşdü. Lebedev öz işləri 

haqqında ilk dəfə 1899-cu ildə İsveçrədə keçirilən qurultayda məlumat vermiş, 1900-cu 

ildə isə Parisdə fiziklərin konqresində  ətraflı  məruzə etmişdir.  İşığın təzyiqinə aid 

Lebedevin işlərinin geniş icmalı V. A. Fabrikant tərəfindən hazırlanmış və çap edilmişdir 

(UFN, 42, vıp.2, 1950). 

Qeyd edək ki, P. N. Lebedevin təcrübə aparmaq üçün yaratdığı qurğu və onun 

apardığı təcrübələr o dövr üçün fiziki eksperiment incəsənətinin parlaq bir nümunəsi idi. 

İşığın bərk cismə etdiyi təzyiqi müşahidə etmək və ölçmək üçün Lebedevin istifadə 

etdiyi qurğuda elektrik qövsündən çıxan işıq bir sıra linza və güzgülər sistemindən 

keçərək burma tərəzisinin yüngül diski üzərinə düşür. Bu disk daxilindən havası 

çıxarılmış  şüşə balonun içində nazik teldən asılmışdır.  İşığın təsiri nəticəsində burma 

tərəzisinin döndüyü bucağın qiymətini bilərək, işığın təzyiqini təcrübədə hesablamaq olar. 

Lebedevin təcrübələrində  işıq enerjisinin bilavasitə mexaniki enerjiyə çevrilməsi də 

mühüm əhəmiyyət kəsb edən bir faktdır. 

İşığın bərk cismə  təzyiqini təcrübədə  təyin edərkən Lebedev bir çox çətinlikləri 

aradan qaldırmalı olmuşdu ki, bunların da içərisində qazın konveksiyası  nəticəsində 

yaranan təsiri və radiometrik təsiri xüsusi qeyd etmək lazımdır. Çünki bu təsirlər işığın 

təzyiqindən yüz min dəfələrlə böyükdür. 

Nazik teldən asılmış yüngül disklərin üzərinə  işıq düşərkən onun təzyiqindən  əlavə 

radiometrik qüvvə adlanan bir qüvvə də meydana çıxır ki, onun da qiyməti, qeyd edildiyi 

kimi, işığın təzyiq qüvvəsindən təqribən 10

5

  tərtib böyükdür. Seyrəlmiş qazda 



radiometrik təsirin əmələ gəlməsinin səbəbi diskin işığa tərəf olan səthinin işıq düşməyən 

 

106 



arxa tərəfdəki səthə (qaranlıq səthə) nisbətən çox qızmasıdır. Balonda qalmış qaz 

molekulları diskin qızmış  tərəfindən daha böyük sürətlə  əks olunur ki, bunun da 

nəticəsində disk "təpməyə" məruz qalır. Özü də bu təpmə işıqlanan qızmış tərəfdə, soyuq 

olub işıqlanmayan tərəfə nisbətən böyük olur. Külli miqdarda molekulların zərbələri 

nəticəsində, ölçmək istədiyimiz işığın təzyiq qüvvəsinin yönəldiyi tərəfə yönəlmiş olan 

əvəzləyici təpmə qüvvəsi yaranır. Lebedev işığın radiometrik təsirini nəzərə almaqla 

yanaşı, bu təsirin azaldılması üsullarını da axtarıb tapmışdı. O, müəyyən etmişdi ki, 

balonda qaz seyrəkləşdikcə  və  səthlərin temperatur fərqini azaltmaq üçün diskləri çox 

nazik götürdükcə radiometrik təsir azalır. Bununla əlaqədar olaraq o vaxt üçün çətin 

problemlərdən biri olan yüksək vakuumun alınması məsələsi meydana çıxdı ki, Lebedev 

bu məsələni də müvəffəqiyyətlə həll etdi. 

Radiometrik təsirin yox edilməsini necə yoxlamaq olar? Əgər diskin bir səthi güzgü, 

digər səthi isə qara olsa, onda işığın güzgü səthə göstərdiyi təzyiq qara səthə göstərdiyi 

təzyiqdən təqribən iki dəfə çox olmalıdır. Əksinə, qara səthi işıqlandırdıqda onun qızması 

çox olduğundan radiometrik təsir güzgü səthi işıqlandırarkən olduğundan böyük 

olmalıdır. Lebedev təcrübələrində doğrudan da, diskin güzgü səthinə işıq təzyiqinin qara 

səthə nisbətən təqribən iki dəfə çox olduğu müşahidə edildi ki, bu da radiometrik təsirin 

praktik olaraq aradan qaldırılmasını sübut etdi. 

Radiometrik təsirdən başqa yüngül diskə, yuxarıda qeyd etdiyimiz kimi, əlavə olaraq, 

konveksiya qüvvələri də təsir edir ki, onlar da işığın təzyiq qüvvəsindən on minlərlə dəfə 

(

∼10


4

) böyükdür. Konveksiya qüvvələrinin əmələ gəlməsinə səbəb düşən işığın təsiri ilə 

disk qızarkən onun ətrafında olan qaz təbəqələrinin də  qızmasıdır. Bunun nəticəsində 

diskin işıqlanan tərəfindəki qaz təbəqələri ilə qaranlıq tərəfindəki qaz təbəqələri arasında 

temperaturlar fərqi yaranır ki, bu da konveksiya axınının yaranmasına səbəb olur. Qazın 

güclü seyrəldilməsi (vakuumun artması) nəticəsində bu konveksiya təsirini kəskin 

azaltmaq olar. Lakin Lebedev konveksiya təsirini yox etmək üçün eyni mənbədən çıxan 

işıq  şüalarını mütəhərrik güzgü vasitəsilə növbə ilə diskin gah bir üzünə, gah da digər 

üzünə yönəltmişdi. Beləliklə, Lebedev kənar təsirləri minimuma qədər azalda bilmişdi. 

Lebedev təcrübələrindən işığın təzyiqi üçün tapılmış  ədədi qiymət Maksvel 

nəzəriyyəsindən alınan qiymətə 

∼20% dəqiqliklə uyğun gəlirdi. Bir neçə il sonra, yəni 

1923-cü ildə Qerlax vakuum alınması üçün daha mükəmməl üsullardan istifadə edərək, 

Lebedev təcrübələrini təkrar etdi. Vakuum texnikasının o dövr üçün müasir sayılan və 

yüksək vakuum alınmasına imkan verən üsullarından istifadə olunması  nəinki 

təcrübələrin həyata keçirilməsini asanlaşdırdı, həm də Maksvel nəzəriyyəsindən alınmış 

nəticələrdən 

∼2% fərqlənən nəticələr əldə edilməsinə imkan verdi. 

Beləliklə,  P. N. Lebedevin  işıq təzyiqinin ölçülməsinə aid təcrübələri göstərdi ki, 

düşən işıq həm udan, həm də qaytaran səthə təzyiq edir və işığın təzyiq qüvvəsi düşən şüa 

enerjisi ilə düz mütənasib olub, işığın rəngindən asılı deyildir. İlk dəfə belə bir mühüm 

fakt aydın oldu ki, işıq da təbiətdəki bütün cisimlər kimi kütləyə malikdir. Ona görə də 

Lebedevin bu tədqiqatları işığın təbiətinin aydınlaşdırılması kimi dərin bir problemin həll 

edilməsi yolunda mühüm addımdır. Bunula əlaqədar olaraq akademik S. İ. Vavilov 

demişdir ki, Lebedevin kəşfindən sonra fizika üçün işıq, tam mənası ilə, hərəkətdə olan 

materiyanın bir forması oldu və  işığın materiyaya qarşı qoyulması  məsələsi həmişəlik 

rədd edildi. 

Foton nəzəriyyəsinə  əsaslanaraq da, işığın düşdüyü səthə  təzyiq göstərdiyini isbat 

etmək olar. Doğrudan da, bu nəzəriyyəyə görə  işıq təzyiqinin yaranmasını düşən 

 

107



fotonların impulsunun işığı udan və ya qaytaran səthə verilməsinin nəticəsi kimi izah 

etmək olar. Bu zaman üzərinə  işıq düşən cismin impulsu dəyişir ki, bu da Nyutonun II 

qanununa görə həmin cismə qüvvə təsir etməsinə uyğundur. 

Səthə normal boyunca düşən və 1 san ərzində 1 sm

2

 səthə W enerjisi gətirən 



ν

 tezlikli 

monoxromatik işıq selində sayda foton varsa, 

Nh

ν

 =W 

  

                    (18.6) 



yaza bilərik ki, buradan da N=W/h

ν

 alınır. (10.11) və (10.15) düsturlarına görə  hər bir 



fotonun impulsu h

ν

/c olduğundan, udulan hər bir foton cismə  h

ν

/c,  əks olunan hər bir 

foton isə  2h

ν

/c impulsunu verəcəkdir. Burada nəzərdə tutulur ki, əks olunma zamanı 

fotonun impulsu 

)

,

(



c

h

c

h

ν

ν



+

 intervalında, yəni 2h



ν

/c qədər dəyişir. 

Beləliklə, mütləq udulma zamanı 1san ərzində 1sm

2

 səthə verilən impuls 



c

W

c

h

N

=



ν

    


                             (18.7) 

olar. Lakin 1san  ərzində 1 sm

2

  səthə verilən impuls bu səthə edilən təzyiqə  bərabərdir. 



Deməli, fotonları udan səthə işıq tərəfindən edilən təzyiq P=W/c, fotonları tam qaytaran 

səthə isə bu təzyiq  P=2W/c olar. Ümumi halda, işıq qaytarma əmsalı  R olan səthə 

düşdükdə, 1san ərzində düşən N sayda fotondan (1 – R)N foton udulur, RN foton isə əks 

olunur. Bu halda 1 sm

2

 səthə verilən impuls, yəni edilən təzyiq 



)

1

(



)

1

(



2

)

1



(

R

c

W

R

c

h

N

c

h

RN

c

h

N

R

+

=



+

=



+



ν

ν



ν

         (18.8) 

olur ki, bu da Maksvel nəzəriyyəsindən alınan (18.4) düsturu ilə eynidir. 

İşıq təzyiqinin mövcud olmasının dalğa nəzəriyyəsi və ya korpuskulyar (foton) 

nəzəriyyə vasitəsilə isbat edilməsi ilə yanaşı onun təcrübədə müşahidə olunması  və 

ölçülməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, P. N. Lebedevin işlərinə həm də fotonun 

impulsa malik olmasının təcrübi isbatı kimi baxmaq olar. Bundan başqa məlum olur ki, 

impulsun saxlanması qanunu tamamilə ümumi olub, həm maddə cisimlər üçün, həm də 

elektromaqnit sahəsinin kvantları olan fotonlar üçün doğrudur. Deməli, işıq enerji ilə 

yanaşı həm də impulsa malikdir və materiyanın maddə formasından fərqli olan digər bir 

formada təzahürüdür. 

İşığın təzyiqə malik olması Kainatda baş verən bir sıra hadisələri izah etməyə imkan 

verir. Belə ki, işığın qaza göstərdiyi təzyiqin təcrübədə Lebedev tərəfindən müşahidə 

olunması faktı, kometa quyruqlarının Günəş  şüaları  tərəfindən itələnmənin nəticəsi 

olması haqqında Keplerin yuxarıda qeyd olunan hipotezini təsdiq etdi. Lebedevin 

təcrübələrindən sonra işıq təzyiqini kosmik proseslərə aid olan bütün nəzəriyyələrdə 

hesaba almalı oldular. 

Burada qeyd etmək yerinə düşərdi ki, sonralar müəyyən olunduğu kimi, kometaların 

quyruqlarının  əmələ  gəlməsi və onlar Günəşə yaxınlaşdıqca bu hadisənin daha parlaq 

təzahür etməsi çox mürəkkəb bir prosesdir və  təkcə  işıq təzyiqinə  əsaslanaraq bütün 

müxtəlifliyi ilə izah oluna bilmir. 

Adi  şəraitdə  işıq təzyiqi çox kiçik olsa da, bəzi hallarda onun təsiri çox böyük ola 

bilər. Məsələn, ulduzların daxilində milyonlarla dərəcəyə çatan çox yüksək 

temperaturlarda elektromaqnit şüalanmasının təzyiqi olduqca böyük qiymətə çata bilər ki, 

bu da qravitasiya qüvvələri ilə birlikdə ulduzdaxili proseslərdə mühüm rol oynayır. Belə 

 

108 



ki, ulduzların məhdud ölçüyə malik olmasında işıq təzyiqinin mühüm rolu vardır. 

Astronomik müşahidələrdən məlumdur ki, kütləsi müəyyən maksimum qiymətdən böyük 

olan ulduzlar yoxdur. Bu fakta diqqəti cəlb edərkən Eddinqton ulduzların ölçülərinin 

artmasına mane olan aşağıdakı səbəbləri göstərir. Ulduzun kütləsi və onunla yanaşı kənar 

layların mərkəzə doğru cəzb olunduğu qüvvə artdıqca, onun daxili təbəqələrinin sıxılması 

üçün görülən iş də artır və buna uyğun olaraq daxili təbəqələrin temperaturu milyonlarla 

dərəcəyə qədər artır. Lakin temperaturun artması ulduzun daxilində şüalanma enerjisinin 

sıxlığının, və deməli, işıq təzyiqinin artması deməkdir. Hesablamalara əsasən müəyyən 

edilmişdir ki, cazibə qüvvəsi ilə daxili işıq təzyiqi tərəfindən yaradılan itələmə qüvvəsi 

arasındakı tarazlıq ulduzun müəyyən məhdud kütləyə malik olmasına səbəb olur. Belə ki, 

baxılan ulduzun kütləsi bundan böyük ola bilməz. Böyük kütləli ulduzlar dayanıqsızdır və 

parçalanmalıdır. Doğrudan da, ulduzların bu mülahizələr  əsasında hesablanmış 

maksimum kütlələri astrofiziki müşahidələrə uyğun gəlir. 

 

109



 

 

II  F Ə S İ L.  ELEKTRONUN YÜKÜ VƏ KÜTLƏSİ 

 

 

Ё19. Elektronun kəşfi 



 

Bizim eradan bir neçə  əsr  əvvəl qədim yunan alimləri yunla sürtülmüş  kəhrəbanın 

yüngül cisimləri özünə  cəzb etdiyini müəyyən etmişlər. XVI əsrin sonunda isə ingilis 

həkimi Hilbert bu hadisəni  ətaflı öyrənərək kəşf etdi ki, sürtünmə  nəticəsində yüngül 

cisimləri cəzb etmək xassəsi təkcə  kəhrəbada olmayıb,  şüşə, kükürd, qətran və bir çox 

digər maddələrə  də aiddir. Cisimlərdə bu cür xassənin  əmələ  gəlməsi elektriklənmə 

adlandırılmışdır. Kəhrəba yunanca elektron deməkdir və elektrik adı da bu sözdən 

götürülmüşdür. Kəhrəba və ya hər hansı başqa bir maddə sürtünmə  nəticəsində yüngül 

cisimləri cəzb etmək xassəsinə malik olduqda onları elektriklənmiş və ya elektrik yükünə 

malik olan cisimlər adlandırmağa başladılar. Sonralar müəyyən edildi ki, elektriklənmiş 

(yəni, elektrik yükünə malik) cisimlər arasında ümumdünya cazibə qarşılıqlı  təsirinə 

oxşar olaraq, məsafənin kvadratı ilə  tərs mütənasib olaraq azalan, lakin ümumdünya 

cazibə qarşılıqlı  təsirindən çox böyük olan qarşılıqlı  təsir baş verir. Bu qarşılıqlı  təsir 

elektromaqnit qarşılıqlı  təsiri adlandırıldı. Məsələn, hidrogen atomunda elektronun 

nüvəyə  cəzb olunduğu elektrik qüvvəsi ümumdünya cazibə qüvvəsindən 10

39

  dəfə 



böyükdür. 

Beləliklə, müəyyən edildi ki, kütlə cismin ətalət ölçüsü olduğu kimi, elektrik yükü də 

cismin elektromaqnit qarşılıqlı  təsirinə girmək qabiliyyətinin kəmiyyət ölçüsüdür. 

Cisimdən ayrıca, əlahiddə götürülmüş elektrik yükü yoxdur, o, cismin daxili xassəsidir. 

Başqa sözlə, elektrik yükünə malik olmayan cisimlər (onlara elektroneytral cisimlər də 

deyilir) ola bilər, lakin cisimsiz elektrik yükü ola bilməz. 

Elektrik yükünün nədən ibarət olması məsələsi alimləri çoxdan maraqlandırmışdır. İlk 

vaxtlar belə hesab edirdilər ki, elektriklənmə hadisəsi müəyyən çəkisiz substansiya – 

elektrik mayesi ilə əlaqədardır. Belə ki, hər bir cisimdə müsbət və mənfi olmaqla iki cür 

elektrik mayesi vardır. Bunlardan birinin artıqlığı cismin müsbət, digərinin artıqlığı isə 

mənfi elektriklənməsinə səbəb olur. Hər iki maye bərabər miqdarda olduqda, bir-birinin 

təsirini yox edir və cisim yüklənməmiş olur. Digər qrup alimlər belə hesab edirdilər ki, 

yalnız bir növ elektrik mayesi mövcuddur və bu maye hər bir yüklənməmiş cisimdə 

müəyyən miqdarda olmalıdır. Bunun artıqlığı cismin müsbət, çatışmazlığı isə  mənfi 

elektriklənməsinə  səbəb olur. Lakin tədriclə yeni-yeni təcrübi faktların təhlili elektrik 

mayesinin mövcud olması haqqındakı yanlış  təsəvvürləri rədd etdi. Belə ki, turşu və 

duzların suda məhlullarından elektrikin keçməsinin və qaz boşalmasının öyrənilməsi 

nəticəsində  məlum oldu ki, elektrik yükü diskretdir, yəni o, elementar elektrik yükləri 

adlanan bərabər hissələrə bölünə bilər (latınca  diskretus – fasiləli, ayrı-ayrı hissələrdən 

ibarət deməkdir). Həm də müəyyən edildi ki, elementar elektrik yüklərini kiçik 

hissəciklər daşıyır və məhz onların yerdəyişməsi cisimlərin elektriklənməsinə səbəb olur. 

Elektroliz hadisəsi üçün Faradeyin müəyyən etdiyi məlum qanunlar elektrik yükünün 

diskret olması haqqındakı  təsəvvürlərin ilk təcrübi  əsası olmuşdur. Faradey qanunlarına 

görə elektroliz zamanı elektrod üzərində ayrılan maddənin kütləsi  m  aşağıdakı düsturla 

təyin olunur: 

 

110 



q

n

M

F

m

=



1

    


                         (19.1) 

Burada  M – ayrılan maddənin molyar kütləsi,  n – bu maddənin valentliyi, q – 

elektrolitdən keçən yükün miqdarı,  F isə 1 mol  birvalentli maddə ayırmaq üçün 

elektrolitdən keçməsi tələb olunan elektrik yükünə  bərabər olan sabit kəmiyyətdir və 

Faradey  ədədi adlanır:  F=96500 Kl/mol. Aydındır ki, 1

 

mol n valentli (n=1,2,3 və s.) 

maddə ayırmaq üçün elektrolitdən nFKl yük keçməlidir. 

mol birvalentli maddə ayırmaq üçün elektrolitdən keçməsi tələb olunan 96500 Kl 

yükü 1 molda olan bütün ionlar daşıyır, çünki elektrodda ayrılan maddə əvvəlcə məhlulda 

ionlar  şəklində olur. Deməli, maddənin 1 molunda  olan atomların sayını bilərək, 

birvalentli maddənin hər bir ionunun yükünü tapmaq olar. Maddənin 1 molunda 

atomların sayı müxtəlif üsullarla təyin olunmuşdur və  N



A

=6,02


⋅10

23

 mol



 -1

 Avoqadro 

ədədinə  bərabərdir. Beləliklə,  F Faradey ədədini  N

A

 Avoqadro ədədinə bölməklə 

elektroliz zamanı birvalentli maddənin hər bir ionunun daşıdığı q

0

 yükünü tapmaq olar: 



Kl

mol

mol

Kl

N

F

q

A

  

10



6

,

1



  

10

02



,

6

  



96500

19

1



23

0



=



=

=



        (19.2) 

Bu  q

0

 yükü ionun daşıya biləcəyi minimum (ən kiçik) elektrik yüküdür və birvalentli 



ionun yükünə bərabərdir. n valentli maddənin 1 molunu ayırmaq üçün elektrolitdən nFKl 

yük keçməli olduğundan,  n valentli ionun da yükü nq

0

 olar. Yəni çoxvalentli ionların 



yükü birvalentli ionun yükündən tam ədəd dəfə çoxdur. Beləliklə, elektrolitlərin ionları 

müəyyən minimum (elementar) yükün tam misli qədər yük daşıyır: müxtəlif ionların 

daşıdığı yüklər q

0

, 2q



0

, 3q

0

, … qədər olur və məsələn, 0,9q



0

; 1,5q

0

; 2,3q



0

 və s. kəsr ədədlə 

ifadə olunan yükə malik olan ionlara təsadüf olunmur. Elektrik yükü diskret qiymətlər 

alır. Başqa sözlə, Faradeyin şərəfinə söylədiyi nitqində Helmholsun dediyi kimi "əgər biz 

elementlərin atomlarının varlığını  qəbul ediriksə, onda biz bundan çıxan nəticədən də 

yaxamızı qurtara bilmərik – yəni, həm mənfi və  həm də müsbət elektrik yükləri də 

özlərini elektrik yükünün atomları kimi aparan müəyyən elementar yüklərdən ibarətdir". 

Faradey qanunlarından elektrik yükünün diskret qiymətlər alması kimi təcrübi faktın 

meydana çıxması elektrik hadisələri haqqında təlimin inkişaf etməsində böyük rol 

oynamışdır. Belə ki, bu nəticə, minimum yük daşıyan hissəciklərin mövcud olması 

fikrinin ortaya çıxmasına səbəb oldu. Doğrudan da, sonralar qazlarda elektrik 

boşalmasının öyrənilməsi sayəsində elektron kəşf olundu. 

Təcrübələrdən məlumdur ki, qaz boşalması borusunda təzyiq 10

-3 


mm civə sütunu 

tərtibində olduqda bütün boru qaralır, yəni qaz artıq işıqlanmır, lakin katodun qarşısındakı 

şüşə divar sarımtıl-yaşıl rəngdə işıqlanmağa başlayır. Əgər bu halda, katodun qarşısında, 

məsələn, ulduz şəkilli metal ekran qoyulsa və elektrodlar yüksək gərginlik mənbəyinə 

birləşdirilsə, borunun katod qarşısındakı divarında ulduzun kəskin kölgəsi alınır və həmin 

divarın qalan hissəsində sarımtılyaşıl rəngdə parlaq işıqlanma əmələ gəlir. Elektrodların 

qütblərini dəyişdikdə kölgə yox olur. Təsvir olunan təcrübə göstərir ki, katodun səthi, işıq 

şüaları kimi düz xətt boyunca yayılan xüsusi növ şüalar buraxır.  Əvvəllər belə hesab 

edirdilər ki, bu şüalanma öz təbiətinə görə  işıq  şüalarının eynidir və ona görə  də onu 

katod şüaları adlandırmışlar. 

Katoda sferik çökük səth forması verərək katod şüalarını bir nöqtəyə toplamaq olar. 

Əgər həmin nöqtəyə nazik metal lövhə (məsələn, platin) qoyulsa, katod şüaları  həmin 

 

111


lövhəyə  dəyərək onu ağ  rəng alana qədər közərdə bilər. Deməli, katod şüaları enerjiyə 

malikdir. 

Katod  şüalarının özü görünmədiyi halda bir çox maddələri işıqlanmağa 

(lüminessensiya etməyə) məcbur edir. Məsələn, yuxarıda təsvir olunan təcrübədə qaz 

boşalması borusunun şüşəsi həmin  şüaların təsiri ilə  işıqlanırdı. Katod şüalarının bu 

xassəsi, lüminessen ekran hazırlamaqla onların yolunu izləməyə imkan verir. Bundan 

başqa, katod şüaları qalınlığı 0,003–0,03 mm olan metal lövhələrdən keçə bilir, 

fotolövhəyə işıq şüaları kimi təsir edir və havanı ionlaşdıra bilir. 

Katod  şüalarının təbiətini müəyyən etmək üçün fransız alimi Perren aşağıdakı kimi 

təcrübədən istifadə etmişdir. O, katod şüalarının yoluna içi boş metal silindr qoymuşdur 

ki,  şüalar oraya, tələyə düşən kimi düşürdü. Perren bu silindri elektrometrlə 

birləşdirmişdi.  Əgər katod şüaları özləri ilə elektrik yükü daşıyırsa, onda onlar silindrə 

düşərək öz elektrik yükünü həmin silindrə verəcək və elektrometr bunu dərhal aşkara 

çıxaracaqdır. Məlum olmuşdur ki, elektrometr bu təcrübə zamanı  mənfi yüklə 

yüklənmişdir. Lakin katod şüalarının hansı  işarəli yük daşıdığını  dəqiq müəyyən etmək 

üçün əlavə tədqiqat da aparmaq tələb olunurdu. Bu məqsədlə qaz boşalması borusuna iki 

müstəvi lövhədən ibarət kondensator lehimlənmiş  və katod şüaları  dəstəsinin bu 

kondensatorun lövhələri arasından keçərkən müsbət yüklü lövhəyə doğru cəzb olunduğu 

müşahidə olunmuşdur. Bu təcrübə  qəti surətdə göstərdi ki, katod şüaları  mənfi yüklü 

hissəciklər selindən ibarətdir. Bundan başqa müəyyən edildi ki, katod şüalarındakı 

hissəciklərin hamısının yükü eyni olub, ədədi qiymətcə (19.2) düsturu ilə təyin olunan q

0

 



yükünə  bərabərdir və hər bir hissəciyin kütləsi hidrogen atomunun kütləsindən təqribən 

2000 dəfə kiçikdir. Bu hissəcikləri C. Tomson elektron adlandırdı. Yeri gəlmişkən qeyd 

etmək lazımdır ki, elektroliz zamanı birvalentli ionun yükünü işarə etmək üçün hələ 

1891-ci ildə H. Stoni adlı alim "elektron" anlayışından istifadə edilməsi təklifini irəli 

sürmüşdü. Lakin elektron anlayışı, C.Tomsonun yuxarıda təsvir olunan tədqiqat işlərinin 

nəticələrini əks etdirən və "Fəlsəfə jurnalında" 1897-ci ildə çap olunmuş "Katod şüaları" 

adlı məqaləsindən sonra, fizika elminə daxil olmuşdur. Beləliklə, elektronun kəşfi tarixi 

1897-ci il, elektronu kəşf edən alim isə C. Tomson hesab edilir. C. Tomson təcrübələr 

vasitəsilə sübut etdi ki, katod şüaları qaz boşalması borusunda olan çox seyrəkləşmiş 

qazın müsbət ionlarının metal katoda zərbələri nəticəsində bu katoddan çıxan elektronlar 

selindən ibarətdir. Aydındır ki, qaz boşalması borusundan qaz tamamilə çıxarılarsa, katod 

şüaları alınmaz. 

Hal-hazırda bir çox dəqiq ölçmələr nəticəsində müəyyən edilmişdir ki, elektronun 

yükü = –1,6

⋅10

-19 


Kl, kütləsi isə m

e

 = 9,1

⋅10


-31 

kq-dır. 

Sonralar belə  təsəvvür formalaşmışdır ki, bütün cisimlər elementar zərrəcik adlanan 

hissəciklərdən təşkil olunmuşdur və elektron da bu elementar zərrəciklərdən biridir. Hal-

hazırda 250-dən artıq elementar zərrəcik məlumdur. Elementar zərrəciklərin bəziləri 

müsbət (məsələn, proton), bəziləri mənfi (məsələn, elektron) elektrik yükünə malikdir. 

Elektrik yükü olmayan elementar zərrəciklər də vardır (məsələn, neytron). Təcrübələr 

göstərir ki, elementar zərrəcik yükə malikdirsə, bu yük dəqiq məlumdur və  ədədi 

qiymətcə elementar yükə, yəni 1,6

⋅10

-19 


Kl  bərabərdir. Başqa sözlə, yüklü elementar 

zərrəciklərin hamısının yükü ədədi qiymətcə elementar yükə bərabərdir və yalnız işarəcə 

fərqlənə bilər. Elementar zərrəciyin yükü bölünməzdir. Belə ki, məsələn, elektronun 

yükünün bir hissəsini ondan qoparmaq olmaz. Bunun niyə belə olduğu hələlik məlum 

deyildir. 

 

112 



Qeyd edək ki, elementar zərrəcik dedikdə bəsit, yəni daxili quruluşu olmayan hissəcik 

başa düşülür. Lakin son zamanlar belə  fərz olunur ki, elementar zərrəcik adlandırılan 

hissəciklərin özləri də kvarklar adlanan digər zərrəciklərdən təşkil olunmuşdur. Kvarklar 

haqqında nəzəriyyə kvant xromodinamikası adlanır. 

 

 


Download 18.1 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   14   15   16   17   18   19   20   21   ...   119




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling