Dərslik respublikanın universitetlərinin fizika fakültələrinin tələbələri üçün "Atom fizikası"
Ё27. İonların xüsusi yükünün təyini
Download 18.1 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Ё28. Tsiklotron rezonansı. Elektronun effektiv kütləsi
Ё27. İonların xüsusi yükünün təyini. Kütlə spektroqrafları
139 Yüklü hissəciyin xüsusi yükünü təyin etmək üçün əvvəlki paraqrflarda təsvir olunan üsullar dəstədəki bütün hissəciklərin sürəti eyni olduqda yararlıdır. Məsələn, katoddan çıxan və elektron dəstəsini təşkil edən elektronlar katod və anod arasında yaradılmış potensiallar fərqi vasitəsilə sürətlənir və buna görə də dəstədəki elektronların sürəti bir- birindən çox az fərqlənir. Əgər belə olmasaydı elektron dəstəsi ekranda yayılmış işıqlı ləkə yaradardı və ölçmələr aparmaq mümkün olmazdı. İonlar böyük həcmdə olan qaz molekullarının ionlaşması hesabına yaranır. İonların bu həcmin müxtəlif yerlərində yarandığı üçün eyni olmayan potensiallar fərqi keçdiyindən onların sürətləri müxtəlif olur. Məhz buna görə də elektronun xüsusi yükünü təyin etmək üçün istifadə olunan üsullar ionlar üçün tətbiq oluna bilmir. Tomson 1907-ci ildə bu çətinliyi aradan qaldırmağa imkan verən "parabolalar üsulunu" təklif etmişdir. Tomsonun təcrübəsində müsbət yüklü ionların nazik dəstəsi bir-birinə paralel, lakin dəstəyə perpendikulyar istiqamətdə yönəlmiş bircinsli elektrik və maqnit sahələri təsir edən oblastdan keçir (şəkil 27.1). Bu zaman ionlar maqnit sahəsinin təsiri altında x oxu, elektrik sahəsinin təsiri altında isə y oxu boyunca meyl edir. (23.10) və (21.12) düsturlarına əsasən bu meyllər aşağıdakı kimi təyin olunur:
⎟ ⎠ ⎞ ⎜ ⎝ ⎛ + = 2 1 1 2 1 l l l m qB x υ
(27.1) ⎟ ⎠ ⎞ ⎜ ⎝ ⎛ + = 2 1 2 1 2 1 l l l m qE y υ (27.2) Burada υ – xüsusi yükü q/m olan ionun sürəti, l 1 – dəstəyə elektrik və maqnit sahələrinin təsir etdiyi oblastın uzunluğu, l 2 – bu oblastın sərhəddindən fotolövhəyə qədər olan məsafədir ki, həmin fotolövhə də onun üzərinə düşən ionları qeydə almağa imkan verir. Шякил 27.1. (27.1) və (27.2) ifadələri q/m xüsusi yükünə və υ sürətinə malik olan ionun fotolövhə üzərinə düşdüyü nöqtənin koordinatlarını təyin edir. Eyni q/m xüsusi yükə, lakin müxtəlif sürətlərə malik olan ionlar fotolövhənin müxtəlif nöqtələrinə düşərək müəyyən əyri şəklində iz qoymalıdırlar. (27.1) və (27.2) ifadələrinə əsasən bu əyrinin y=y(x) tənliyi aşağıdakı kimi olar: 2 2
1 2 ) 2 (
m q l l l B E y ⋅ + = .
(27.3) (27.3) ifadəsindən görünür ki, q/m xüsusi yükü eyni, lakin υ sürəti müxtəlif olan ionlar fotolövhə üzərində parabola şəklində iz qoyur. q/m xüsusi yükü müxtəlif olan ionlar isə müxtəlif parabolalar üzrə iz qoymalıdır. Cihazın parametrlərini, yəni E, B, l 1 və
l 2 kəmiyyətlərini bilərək, x və y meyllərini ölçərək (27.3) düsturuna əsasən ionların hər bir parabolaya uyğun gələn q/m xüsusi yükünü tapmaq olar. Sahələrdən birinin istiqamətini əksinə dəyişdikdə uyğun koordinatın işarəsi də dəyişir və ilkin parabolalara simmetrik olan parabolalar alınır. Bir-birinə simmetrik olan iki parabolanın uyğun nöqtələri
140 arasındakı məsafəni yarı bölərək x və y koordinatlarını tapmaq olar. Elektrik və maqnit sahələri olmadıqda dəstənin fotolövhə üzərində qoyduğu iz nöqtə olur ki, bu da koordinat başlanğıcına uyğundur. Qeyd edək ki, Tomsonun parabolalar üsulu ionların xüsusi yükünü təyin etməkdən başqa, həm də müxtəlif növ atomların kütlələrinin müxtəlif olmasına əsaslanaraq atomların kütləsini də dəqiq təyin etməyə imkan verir. İonun yükü elektronun yükünün tam misillərinə bərabər olmalıdır, yəni q = e, 2e, 3e,…. Bütün ionlar birqat yüklənmişdirsə (27.3) düsturundan ionun kütləsini tapmaq olar. Dəstədə birqat yüklənmiş ionlardan başqa, ikiqat, üçqat və s. ionlar da (məsələn, O + və O 2+ ) təsadüf olunursa, onda belə ionların verdiyi parabolalar kütlənin m/2, m/3 və s. qiymətlərinə uyğun gələr. Məsələn, O 2+ ionunun verdiyi parabola kütləsi 8 olan iona uyğun gəlir. Lakin, bir çox xarici əlamətlərə görə çox qat yüklənmiş ionların parabolasını birqat yüklənmiş ionların parabolasından fərqləndirmək olur. Kimyəvi təmiz neonla təcrübələr apararkən Tomson müşahidə etdi ki, bu qaz iki parabola verir və onlar nisbi atom kütləsinin 20 və 22 qiymətlərinə uyğun gəlir. Məhz bu nəticə əsasında fərz edildi ki, neon atomlarının kimya baxımından bir-birindən fərqlənməyən iki müxtəlif növü mövcud olmalıdır. Müasir anlayışla bu, o deməkdir ki, neonun iki izotopu vardır. Sonralar məlum oldu ki, neonun üç izotopu (20, 21 və 22) vardır (Ё40). Bu fərziyyənin doğru olması ionların xüsusi yükünün təyin olunması üsulunu təkmilləşdirmiş Aston tərəfindən isbat olundu. Elektrik və maqnit sahələrinin müxtəlif kombinasiyaları vasitəsilə yüklü zərrəcikləri fokuslama üsulları parabolalar üsuluna nisbətən böyük üstünlüyə malikdir. Bu prinsipdə qurulan cihazlar kütlə spektroqrafları adlanır. Belə cihaz ilk dəfə 1918-ci ildə Aston tərəfindən yaradılmışdır. Aston spektroqrafının quruluşu aşağıdakı kimidir (şəkil 27.2). Müsbət yüklü ionlar alçaq təzyiqli boruda gedən boşalma zamanı alınır. Bu ionlar katodda olan deşikdən onun arxasına kanal şüaları şəklində keçir və orada təhlil olunurlar. Bu məqsədlə dəstə eni 0,02 mm olan iki kollimator yarıqları vasitəsilə paralel şüalar şəklinə salınır. Bu paralel dəstə kondensatorun lövhələri arasında yaradılmış bircinsli elektrik sahəsinə düşür və burada ionlar (21.9) düsturuna uyğun olaraq 2 υ
q ilə mütənasib olaraq meyl edirlər. Beləliklə, verilmiş q/m xüsusi yükünə malik ionların sürəti kiçik olduqca, onların elektrik sahəsində meyli daha böyük olur. Məhz buna görə də ionlar elektrik sahəsindən səpilmiş dəstə kimi çıxır və maqnit sahəsinə düşürlər. Elektrik və maqnit sahələri bir-birinə paralel və ya antiparalel olan Tomson üsulundan fərqli olaraq, Astonun cihazında maqnit sahəsi elektrik sahəsinə perpendikulyar yönəlmişdir. Ona görə də maqnit sahəsində ionların meyli onların elektrik sahəsindəki meyli ilə bir müstəvidə yerləşir. Maqnit sahəsinin istiqaməti isə elə seçilir ki, Шякил 27.2.
141 ionların elektrik sahəsindəki meyli ilə maqnit sahəsindəki meyli bir-birinin əksinə olsun. Belə şəraitdə maqnit sahəsi q/m-i eyni, sürəti isə müxtəlif olan ionları fotolövhə üzərində eyni bir nöqtəyə toplayır, yəni fokuslayır. Doğrudan da ionların kondensatordakı meyli 2 υ m q , onların maqnit sahəsindəki trayektoriyasının əyrilik radiusu isə (23.12) düsturuna görə
υ ilə düz mütənasib olduğundan, elektrik sahəsində çox meyl edən ionlar maqnit sahəsində əyrilik radiusu kiçik olan trayektoriya üzrə hərəkət edir (şəkil 27.2). Nəticədə maqnit sahəsi səpələnən ionlar dəstəsini bir nöqtəyə fokuslayır. Aston cihazının yuxarıda təsvir olunan iş prinsipini yaxşı dərk etmək üçün optikadan məlum olan analoji hadisəni xatırlayaq. Ağ işığın paralel dəstəsi üçbucaqlı prizmadan keçərək spektrə ayrılır. Bunun qarşısında əksinə qoyulmuş və böyük dispersiyaya malik olan digər prizma isə müxtəlif rəngli şüaları ağ "fokusa" toplayır. Burada birinci prizma elektrik, ikinci prizma isə maqnit sahəsinə, müxtəlif dalğa uzunluğuna malik şüalar isə
/m-i eyni olan müxtəlif sürətli ionlara uyğundur. Yuxarıda deyilənlərdən aydın olur ki, q/m xüsusi yükü digər qiymətə malik olan ionlar başqa nöqtələrdə fokuslanmalıdır: 27.2 şəklində q/m-in yalnız bir qiyməti üçün ionların trayektoriyaları göstərilmişdir. Müəyyən edilmişdir ki, q/m xüsusi yükü müxtəlif olan dəstələrin fokuslandığı nöqtələr eyni bir düz xətt üzərində yerləşir (27.2 şəklində bu düz xətt punktirlə göstərilmişdir). Aston fotolövhəni bu düz xətt boyunca yerləşdirərək həmin fotolövhə üzərində hər biri q/m-in müəyyən bir qiymətinə uyğun gələn bir sıra ştrixlər almışdı. Fotolövhədə alınmış xəyalın optik xətti spektrin fotoqrafiyasına oxşar olduğunu nəzərə alaraq, Aston bu xəyalı kütlə spektroqramı, öz cihazını isə kütlə spektroqrafı adlandırmışdır. Aston spektroqrafında alınan kütlə spektroqramlarında ştrixlər (xətlər) arasındakı məsafə (cihazın dispersiyası) o qədər böyükdür ki, kütlələrin ölçülməsi və qiymətləri çox yaxın olan kütlələrin bir-birindən fərqləndirilməsi çox böyük dəqiqliklə aparıla bilər. Doğrudan da, 16 sm uzunluğa malik spektrdə kütlələri iki dəfədən bir az çox fərqlənən atomların xətləri yerləşir və kütlənin 1% dəyişməsinə fotolövhənin müxtəlif yerlərində xətlər arasında 1,5–3 mm məsafə uyğun gəlir. Bu spektrlərə əsasən kütlələri aşağıdakı kimi təyin edirlər. Kütlə spektri vasitəsilə kütlənin yalnız nisbi qiyməti təyin edilə bildiyindən, əvvəlcə "standart" olaraq hər hansı müəyyən bir kütlə seçilir. Məsələn, kütlənin fiziki şkalasında kütləsi 16 olan 16 O oksigen izotopunun kütləsi əsas götürülür. Sonra məlum olmayan kütlələri təyin etmək üçün absis oxunda xətlərin fotolövhə üzərində götürülmüş müəyyən nöqtədən olan məsafəsini, ordinat oxunda isə uyğun kütlələri qeyd etməklə dərəcələnmə əyrisi qurulur. Bu kütlələr şkalası nisbəti dəqiq məlum olan kütlələrə uyğun ştrixlərin (xətlərin) köməyi ilə qurula bilər. Məsələn, O oksigen atomuna və O 2 oksigen molekuluna uyğun olan xətlərə uyğun gələn kütlə 16 və 32-dir. Birqat O + və ikiqat O 2+ yüklənmiş oksigen atomlarına isə 16 və 8 kütlələri uyğun gəlir və s. 27.3 şəklində misal olaraq Aston kütlə spektroqrafına uyğun dərəcələnmə əyrisi verilmişdir. Göründüyü kimi, bu əyri düz xətdən çox az fərqlənir ki, bu da yüksək dəqiqlik alınmasını xeyli asanlaşdırır. Digər növ kütlə-spektroqrafı Beynbric tərəfindən yaradılmışdır. Beynbric öz cihazında elektrik və maqnit sahələrinin başqa cür kombinasiyasından istifadə etmişdir. Onun qurduğu kütlə-spektroqrafı çox sadə quruluşa malikdir. Lakin alınan nəticələr bir
142 çox hallarda Aston spektroqrafının verdiyi nəticələrdən daha dəqiq olur. Beynbricin kütlə spektroqrafının sxemi 27.4 şəklində verilmişdir. İonlar dəstəsi əvvəlcə sürətlər selektoru (filtri) adlanan hissədən keçir ki, burada da dəstədən sürəti yalnız müəyyən qiymətə malik olan ionlar ayrılır. Belə ki, selektorda ionlar dəstəsi bir-birinə perpendikulyar olan və ionları əks istiqamətlərdə meyl etdirən elektrik və maqnit sahələrinin eyni zamanda təsirinə məruz qalır. Ona görə də selektorun çıxış yarığından yalnız elə ionlar keçəcəkdir ki, onlar üçün elektrik və maqnit sahələrinin yaratdığı meyllər bir-birini kompensasiya etmiş olsun. Bu isə qE=q υ
şərti ödəndikdə baş verə bilər. Deməli, selektordan çıxan ionların sürəti, onların yükündən və kütləsindən asılı olmayaraq, eyni bir υ =E/B qiymətinə bərabər olacaqdır. Selektordan çıxan kimi bu eyni sürətli ionlar hərəkət istiqamətinə perpendikulyar yönəlmiş və induksiyası ' B r olan digər bircinsli maqnit sahəsi oblastına düşürlər. Bu maqnit sahəsində isə onlar radiusu (23.12) düsturuna əsasən q/m-dən asılı olan çevrələr üzrə hərəkət edirlər. Шякил 27.4. 10 20 30 40 0 1 2 3 4 5 6 M D (sm)
10 20 30 40 0 1 2 3 4 5 6 M D (sm) Шякил 27.3. '
q m R υ ⋅ = .
(27.4) Bu ionlar yarımçevrə cızaraq fotolövhənin üzərində selektorun çıxış yarığından 2R məsafədə yerləşmiş nöqtəyə toplanırlar. Deməli, q/m xüsusi yükü eyni olan ionlar fotolövhə üzərində nazik zolaq şəklində iz qoyurlar. Cihazın parametrlərini bilərək ionların xüsusi yükünü təyin etmək olar. İonun yükü e elementar yükün tam misillərinə bərabər olduğundan (q = ne, n = 1,2,3,…) tapılmış q/m qiymətlərinə əsasən ionların kütləsini təyin etmək olar. İonların kütləsini fotolövhə üzərindəki izlərə əsasən birbaşa da təyin etmək olar. Belə ki, eyni υ sürətinə malik olan ionların kütləsi (27.4) düsturuna əsasən onların cızdığı çevrələrinin radiusu ilə düz mütənasibdir: R const R qB m ⋅ = ⋅ = υ ' .
(27.5) Ona görə də izlərin fotolövhə üzərində başlanğıc kimi götürülmüş hər hansı xətdən olan məsafəsi də kütlə ilə düz mütənasib olar. Bu cihazın şkalasının xətti olması, izlərin simmetrik olması sayəsində intensivlikləri ilə bir-birindən hətta kəskin fərqlənən izləri
143
müqayisə etməyə imkan verməsi və yüksək ayırdetmə qabiliyyətinə malik olması ona Aston kütlə-spektroqrafına nisbətən böyük üstünlük verir. Hal-hazırda kütlə spektroqraflarının çoxlu sayda təkmilləşdirilmiş növləri vardır. Bundan başqa ionları fotolövhə ilə deyil, elektrik qurğusu vasitəsilə qeydə almağa imkan verən kütlə-spektrometrləri də yaradılmışdır. Kütlə spektroqrafları hər bir növdən olan atomların kütləsini çox böyük dəqiqliklə (10 -5
spektrin müəyyən xətlərində fotolövhənin qaralması dərəcəsinə görə bu xətlərə uyğun kütlələrin faizlə tərkibini müqayisə etmək olar. Lakin əvvələn, fotoqrafik fotometriya üsulları çox böyük zəhmət tələb edir və alınan nəticələr çox da dəqiq olmur və ikincisi, kütlə spektrometrləri izotopların faizlə tərkibini daha tez və dəqiq təyin etməyə imkan verir. Kütlə spektrometrlərində müəyyən kütləyə malik olan ionların qeydə alınması fotoqrafik üsulla yox, ionun daşıdığı yükün miqdarına və ya ion cərəyanının şiddətinə görə elektrik üsulu ilə aparılır. Buna görə də faizlə tərkibi təyin etmək üçün əlavə ölçülər tələb olunmur, çünki elektrik ölçü cihazının (elektrometr və ya qalvanometr) göstərişi, sadəcə olaraq, verilmiş növ ionların sayı ilə düz mütənasib olur. Kütlə spektrometrləri həm də atomun kütləsini təyin etməyə imkan verir, lakin bu zaman dəqiqlik kütlə-spektroqrafının dəqiqliyindən az olur. Son dövrlərdə kütlə spektrometrləri, onlardan qazların kimyəvi təhlili (məsələn, karbohidrogenlərin təhlili) üçün geniş istifadə edilməsi ilə əlaqədar olaraq, böyük praktik əhəmiyyət kəsb etmişlər. Bundan başqa, izotopların elektromaqnit üsulu ilə ayrılmasında istifadə olunan qurğular kütlə spektrometrləri əsasında yaradılmışdır. Kütlə spektrometrlərinin əsas xüsusiyyətlərindən biri səpələnən ion dəstəsini fokuslamaqdır. Aston kütlə spektroqrafında fokuslama dedikdə eyni kütləyə (əslində eyni
düşülür. Bu məqsədlə, hər şeydən əvvəl, ion dəstəsini bir-birindən uzaq məsafədə qoyulmuş iki yarıqdan (şəkil 27.2) keçirməklə paralel şüa şəklinə salırlar. Lakin bu, çoxlu sayda ionların itməsinə səbəb olur. Belə ki, optika dili ilə desək, cihaz xəyalın kəskinliyində qazanır, işıq şiddətində isə itirir. Kütlə spektrometrlərinin konstruksiyasında səpələnən ion dəstəsinin müxtəlif fokuslama üsullarından istifadə edilir. Burada Aston kütlə spektroqrafındakı kimi yalnız sürətlərə görə deyil, həm də istiqamətlərə görə fokuslama üsulları tətbiq olunur. Bu məsələnin həlli "elektron həndəsi optikası"nın inkişafı ilə, yəni yüklü hissəciklərin elektrik və maqnit sahələrindəki yollarını hesablamaq üçün mexanika və həndəsi optika arasındakı oxşarlıqdan istifadə edilməsi ilə əlaqədar olaraq xeyli asanlaşmışdır. Bu üsul son dövrlərdə müxtəlif praktik tələblərlə, o cümlədən televiziya texnikasının tələbatı və elektron mikroskoplarının yaradılması və s. ilə əlaqədar olaraq xeyli inkişaf etmişdir. İlk kütlə spektrometri Aston kütlə spektroqrafı ilə təxminən eyni vaxtda Dempster tərəfindən yaradılmışdır. Sonralar Blekni, Beynbric və Cordan tərəfindən daha mükəmməl kütlə spektrometrləri qurulmuşdur. Dempster kütlə spektrometrinin sxemi 27.5 şəklində verilmişdir. Burada eninə maqnit sahəsi vasitəsilə istiqamətləri 180 ° məsafəyə (və ya π radiana) fokuslama üsulundan istifadə olunur. Bu üsulla q/m-in müəyyən qiymətinə malik olan ionlar dəstəsi, dəstənin bütün yolu boyunca təsir edən bircinsli eninə maqnit sahəsində yarımçevrə cızaraq fokuslanırlar.
144 İon dəstəsini almaq üçün anodun üzərinə metalın duzunu töküb qızdırırlar. Seyrəl dilmiş qazlarda boşalma zamanı anoddan metalın müsbət ionları anod şüaları şəklində çıxır və o nların enerjisi çox kiçik olur. Buna görə də sonrakı sürətlənmə zamanı qazanılan enerji başlanğıc enerjiyə nisbətən çox böyük olduğundan ionların enerjisi təqribən eyni olur. Dempsterin cihazında A mənbəyindən bu qayda ilə buraxılan ionlar A və C arasında yaradılmış u potensiallar fərqinin təsiri altında bərabər enerji alır. Səpələnmiş ionlar dəstəsi S 1 yarığından keçərək induksiyası B r
olan bircinsli eninə maqnit sahəsinin təsir etdiyi oblasta daxil olur. Bu oblastda ionlar radiusu (23.12) düsturuna əsasən R =5 sm R =5 sm Шякил 27.5.
m R υ =
(27.5) kimi təyin olunan yarımçevrələr cızaraq hərəkət edir və q/m-i müxtəlif olan ionlar, 27.5 şəklindən göründüyü kimi, müxtəlif nöqtələrdə fokuslanırlar. İonlar eyni enerjiyə malikdirsə (baxılan halda bu məhz belədir) qu m = 2 2 υ
(27.6) yaza bilərik. (27.5) və (27.6) düsturlarından isə u qB m R ⋅ = 2 2 2
(27.7) alarıq. Bu düsturdan isə görünür ki, sürətləndirici u potensiallar fərqini seçməklə q/m-in verilmiş qiymətində R əyrilik radiusu üçün elə müəyyən qiymət almaq olar ki, (məsələn, 27.5 şəklində R=5 sm), S 2 yarığından bizim istədiyimiz kütləyə malik olan ionları buraxmaq mümkün olsun. Bu halda P kollektoruna verilən potensial (və ya kollektorda ionların cərəyan şiddəti) verilmiş kütləli ionların sayının ölçüsü olur.
effektiv kütləsi
Hissəciyin maqnit sahəsində fırlanma tezliyinin onun enerjisindən asılı olmaması (Ё23) yüklü hissəcikləri sürətləndirmək üçün işlədilən və tsiklotron adlanan qurğularda istifadə olunur. Tsiklotron ağır hissəcikləri (ionları) alçaq gərginlikdən istifadə etməklə sürətləndirməyə imkan verir. Tsiklotronun iş prinsipi sxematik olaraq 28.1 şəklində təsvir olunmuşdur. İonların sürətləndirilməsi içi boş metal qutu şəklində olan duantlar adlanan iki dənə D elektrodları arasındakı fəza oblastında baş verir. Duantlar arasında güclü generator vasitəsilə bir neçə 10 kV dəyişən gərginlik yaradılır. Buna görə də duantlar arasındakı yarıqda ionları
145 sürətləndirən elektrik sahəsi yaranmış olur. İonlar isə xüsusi İ ion mənbəyində alçaq tezlikli qaz boşalmasında alınır və duantlar arasındakı yarığın mərkəzinə daxil edilir. Duantların özləri isə bütövlükdə vakuum kamerasında yerləşir və bu kamera da böyük elektromaqnitin qütbləri arasında qoyulmuşdur. Tsiklotronda ionların pilləli sürətlənməsi baş verir. Belə ki, duantlar arasındakı yarığa düşən hər bir ion elektrik sahəsində sürətlənərək duantlardan birinin içinə daxil olur. Burada o, maqnit sahəsinin təsiri altında yarımçevrə cızaraq fırlanma periodunun yarısına bərabər olan zaman müddətindən sonra yenidən duantlar arasındakı yarığa düşür və əgər generatorun ω
ω c tsiklotron tezliyinə (Ё23) bərabərdirsə, bu anda elektrik sahəsinin istiqaməti əksinə dəyişir; ion təkrarən sürətlənərək ikinci duanta daxil olur və burada o, daha böyük radiuslu çevrə üzrə hərəkət edir. İonun maqnit sahəsində fırlanma müddəti onun enerjisindən asılı olmadığı üçün o, duantlar arasındakı yarıqdan növbəti dəfə keçdikdə gərginliyin fazası yenidən π qədər dəyişəcək və ionun yenidən sürətlənməsi baş verəcək və s. Beləliklə, ion açılan spiral üzrə hərəkət edərək öz enerjisini kəsilməz olaraq artıracaqdır. Maqnit sahəsi təsir edən oblastın kənarında ya bombardman edilməsi nəzərdə tutulan hədəf qoyulur, ya da sürətləndirilmiş ion dəstəsi kameradan kiçik pəncərə vasitəsilə lazımi istiqamətdə buraxılır. Download 18.1 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling