Ekoloji KƏnd təSƏRRÜfatinin


Download 5.08 Kb.

bet1/40
Sana24.05.2018
Hajmi5.08 Kb.
TuriDərslik
  1   2   3   4   5   6   7   8   9   ...   40

 
1
A.H.Babayev, V.A.Babayev  
 
 
 
 
 
 
 
 
 
 
EKOLOJİ  
KƏND TƏSƏRRÜFATININ  
ƏSASLARI
 
 
 
 
 
 
 
 
 
 
BAKI  -  2011 

 
2
Amin Babayev,Vüqar Babayev  
 
 
 
 
 
 
 
 
 
EKOLOJİ KƏND TƏSƏRRÜFATININ 
ƏSASLARI 
 
 
Ali məktəblər üçün dərslik
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin  
“ 02 ” mart  2011-ci il tarixli  359 - №li əmri ilə  
təsdiq edilmişdir  
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2011   

 
3
 
Dərslik Azərbaycan Dövlət Aqrar Universitetinin  
Elmi Şurasının qərarı ilə (prot. № 12, “14” iyul 2011-ci il)  
Çapa tövsiyə olunub
 
Elmi redaktor: akademik Q.Ş.Məmmədov  
Redaktor: H.A.Abbasov, “Ekoloji kənd təsərrüfatı” jurnalının redaktoru  
 
Korrektorlar:
 
 N.A.Əhmədova  
                          G.F.Muxtarova 
                     
 
İngilis dilindən tərcümə: E.M.Vəliyeva   
Dizayn: İ.B.Ağayev  
 
Rəyçilər: AMEA-nın müxbir üzvü, kənd təsərrüfatının elmləri doktoru, 
                 professor M.P.Babayev 
                AMEA-nın müxbir üzvü, kənd təsərrüfatı elmləri doktoru, 
                professor M.Ə.Salmanov 
 
A.H.Babayev, V.A.Babayev. Ekoloji kənd təsərrüfatının  əsasları: Dərslik - Bakı 
“Qanun”  nəşriyyatı,  2011, 383
 
səh. 
 
İSBN: 
Dərslikdə müasir dövrdə  kənd təsərrüfatının yeni alternativ sistemlərindən biri - Ekoloji 
Kənd Təsərrüfatının əsasları şərh edilir. 
Azərbaycan cəmiyyətinə ötən  əsrin son illərində bir yenilik kimi daxil olan Ekoloji Kənd 
Təsərrüfatı  Hərəkatı  qısa bir zamanda inkişaf etdirilərək, bu istiqamətin son 10 ildə yaradılan 
elmi-metodiki, tədris-metodiki, hüquqi və informasiya bazası  əhalinin müxtəlif təbəqələrinin 
maarifləndirilməsi və bu sahə üzrə ali təhsil ocaqlarında onun elmi əsaslarının tədris olunması 
zərurətini meydana çıxarmışdır. 
Dərslikdə Ekoloji Kənd Təsərrüfatının elmi əsaslarının düzgün dərki və  mənimsənilməsi 
məqsədilə, ilk növbədə, təbiətdən istifadənin ümumi əsaslarının, təbiətdən istifadənin ekoloji və 
iqtisadi  əsaslarının  ən vacib prinsipləri  şərh olunduqdan sonra ekoloji kənd təsərrüfatının 
mahiyyəti, bu sahənin tarixi inkişafı, prinsipləri və elmi əsasları məntiqi ardıcıllıqla təqdim edilir. 
Dərslik ali təhsil məktəblərində “Ekoloji kənd təsərrüfatı”, “Ekologiya”, “Ekologiya 
mühəndisliyi”, “Torpaqşünaslıq və aqrokimya”, “Aqronomluq”, “Zoomühəndislik”,  “Baytarlıq 
təbabəti”, “Ətraf mühitin mühafizəsi”, “Biologiya” və digər ixtisaslarda təhsil alan tələbələrlə 
yanaşı,  elmi işçilər, müəllimlər və kənd təsərrüfatı sahəsində çalışan mütəxəssislər üçün nəzərdə 
tutulmuşdur. 
 
The textbook is aimed to interpret the principles of Organic Agriculture as one of the new 
alternative systemin modern agriculture. 
The scientific-methodical, teaching-methodical, legal and data base on Organic Farming 
developed  for the past 10 years highlights the importance of public awareness and teaching of 
scientific bases of Organic Agriculture at the high education institutions by promoting Organic 
Agriculture Movement throughout the country as an innovation of last century within a short 
period of time. 
The essence of Organic Agriculture, its historical development, major principles and scientific 
bases are presented in logical order in the textbook after the interpretation of general, ecological 
and economic principles for nature utilization, with a major emphasis on the maintenance and 
clear comprehension of the Organic Farming principles.  
Textbook is intended to serve the students majored in “Organic Agriculture”, “Ecology”, 
“Ecology Engineering”, “Soil Science and Agrochemistry”, “Agronomy”, “Zooengineering”, 
“Veterinary Science”, “Environmental Protection”, “Biology” and other specialties at universities, 
as well as scientific workers, teachers and other specialists engaged in agriculture.  
 

 
4
Mündəricat  
 
 
Ön söz………………………………………………………………………………….………...7 
Giriş……………………………………………………………….…..........................................9 
I Fəsil. Təbiətdən istifadənin ümumi əsasları..........……………............................................13 
1.1. Ümumi anlayışlar ...………………………………………………………………..………13 
1.2.Təbiətə sistemli yanaşma və biosfer haqqında təlim ..……………………………..…..…...15 
1.2.1. Biosfer.………………………………………………………………………..............….16 
1.2.2. Noosfer …………………………………………………………....................……..…....17 
1.2.3. Ekosistem və biogeosenoz ...…………………………………………......................…...19 
1.3. Təbiət və cəmiyyət. ………………………………………………......................……...….23 
1.4. Kənd təsərrüfatı ekosistemləri  .............................................................................................28 
1.4.1. «Aqroekosistem» anlayışı ..…………………………………………......................….....31 
1.4.2. Aqroekosistemin tipləri..………………………………………………............................34 
1.4.3.  Təbii və aqroekosistemlərin müqayisəli xarakteristikası .…………….....................…...36 
II Fəsil. Təbiətdən istifadənin ekoloji əsasları..……………………….........................……..39 
2.1.  Antropogen təsir və ətraf mühitin çirklənməsi .……......................…...….…………….....39 
2.2. Təbii ehtiyatlardan səmərəli istifadənin ekoloji əsasları ……........................…………......45 
2.3. Ekoloji planlaşdırma və davamlı inkişaf konsepsiyası ...……………….........................…47 
2.4. Azərbaycan torpaqlarının ekoloji problemləri .....................................................................49 
III Fəsil. Təbii ehtiyatlardan istifadənin iqtisadi əsasları  .………..…..................................55 
3.1. Təbiətdən istifadənin iqtisadi qanunları ...……………………………..........................…..55 
3.2. Təbii ehtiyatların iqtisadi qiymətləndirilməsi.....…………………………......................…56 
3.3. Təbii ehtiyatların dövlət kadastrı...………………………………………......................….58 
3.4. Təbii ehtiyatlardan səmərəli istifadə  və  ətraf mühitin mühafizəsi sahəsində iqtisadi 
stimullaşdırma  ...........………………………………………………………......................…...59
 
IV Fəsil. Ekoloji kənd təsərrüfatının elmi əsasları .......................... ………………..............61 
4.1. Ekoloji kənd təsərrüfatının mahiyyəti ......………………………………......................…..61 
4.2. Ekoloji kənd təsərrüfatının tarixi ...…………………………………......................………61 
4.2.1. Ekoloji kənd təsərrüfatının inkişafında İFOAM-ın rolu………………......................…..64 
4.2.2. Ekoloji kənd təsərrüfatı  dünyada bu gün
 
……………...........………......................……66
 
4.2.3. Avropada ekoloji kənd təsərrüfatı......................……………..........…......................……67 
4.2.4. Asiyada ekoloji kənd təsərrüfatı.......…………..…………………........................………68 
4.2.5. Afrikada ekoloji kənd təsərrüfatı...………………………....................................………69 
4.2.6. Avstraliya və Okeaniya ölkələrində ekoloji kənd təsərrüfatı...…………………………..70 
4.2.7. Latın Amerikasında ekoloji kənd təsərrüfatı...…………………………...............………70 
4.2.8. Şimali Amerikada ekoloji kənd təsərrüfatı...……………………….....................………70 
4.2.9. Azərbaycanda ekoloji kənd təsərrüfati..................……………..........................……...…71 
4.3. Ekoloji kənd təsərrüfatının əsas prinsipləri və sistemləri ...……….........................…....…81 
4.3.1. Təbiətdən istifadəyə və proseslərə sistemli yanaşma ……………….......................….....81 
4.3.2. Davamlılıq prinsipi…………………………………………………….......................…..84 
4.3.3. Ekoloji kənd təsərrüfatının ümumi və praktiki prinsipləri…….......................…..............86 
4.3.4. Ekoloji kənd təsərrüfatı və kənd təsərrüfatı sistemləri...………………......................…..87 
4.3.5. Adi və ekoloji kənd təsərrüfatı sistemlərinin müqayisəvi fərqləri ………........................90 
4.3.6. Avropa İttifaqında Ekoloji Kənd Təsərrüfatı istehsalı siyasəti ………….........................92 
V Fəsil.  Ekoloji təsərrüfatçılıq şəraitində torpaq istifadəçiliyinin elmi prinsipləri .........100 
5.1. Torpağın xassələrinin ekoloji və praktiki əhəmiyyəti .… ……......................…………....100 
5.1.1. Qranulometrik tərkibin ekoloji əhəmiyyəti  …………………………........................…102 
5.1.2. Torpaq strukturunun ekoloji əhəmiyyəti.........…………..….......................................…105 
5.1.3. Torpaq skeletinin ekoloji əhəmiyyəti  ………………….……..............................…......108 
5.1.4. Torpağın üzvi maddələrinin ekoloji əhəmiyyəti .  …………………...................……...110 

 
5
5.1.5. Torpaq suyunun ekoloji əhəmiyyəti .........…………………………......................….....117 
5.1.6. Torpaq havasının ekoloji əhəmiyyəti................ ……………......……...................….....122 
5.1.7. Torpağın udma qabiliyyətinin (TUQ) ekoloji əhəmiyyəti.…...................…...................123
 
5.1.8. Torpağın turşuluğu və qələviliyinin ekoloji əhəmiyyəti.………...................…..............126 
5.1.9. Torpağın sıxlığının ekoloji əhəmiyyəti . ……………………………….........................130 
5.2. Torpağın münbitlik amillərinin optimallaşdırılmasının elmi əsasları........................….....133 
5.2.1. Humus, qida maddələri və bioloji mühit...……………………………….......................133 
5.2.2. Torpağın becərilməsi…………………………................................................................138 
VI Fəsil. Ekoloji əkinçiliyin elmi əsasları ....…………...……......................................…….144 
6.1. Növbəli əkin..…………………………………………………………........................…..144 
6.1.1. Aralıq bitkiləri ………………………………………………………........................….149  
6.1.2. Yaşıl gübrələr (sideratlar) ……………………………………………...........................150 
6.1.3.
 
Üzvi gübrələr……………………………………………...............................................154 
6.1.4. Taxıl bitkiləri və yonca (yonca-taxıl qarışıqları)  .......……………….......................….158 
6.1.5. Maye yaşıl gübrələr …………………………………………………...…......................162  
6.1.6. Mulçalama.....………………………………………..……………..…….......................164 
6.1.7. Kompost…………………………………………………...……………........................166 
   6.1.8. Ekoloji tərəvəzçilikdə qarışıq əkinlər  ……………………………..….......................…171 
6.1.9. Mehriban qonşular ...……………………………………………….........................…..172 
6.1.10. Mühafizəçi bitkilər ……………………………………………….........................…...172 
6.1.11. Yanaşı əkilməsi mümkün olmayan bitkilər ..……………………….............................174  
6.1.12. Qarışıq əkinlərin aqrotexnikası ..……………………………………..….....................175  
6.2. Ekoloji əkinçilikdə zərərverici, xəstəlik və alaq otlarının idarə olunması..........................177 
6.2.2. Ekoloji kənd təsərrüfatında məhsulların istehsalı  və saxlanmasında istifadə olunan 
fitonsidlər....…………………………………………………..............................................….180 
VII Fəsil. Ekoloji əkinçilikdə landşaft dizaynı...…………………..…………...............…..182 
7.1. Canlı hasar....………………………………............. ........................................................182 
7.2. Aralıq məkan effekti ..........................................................................................................184 
7.3. Qaldırılmış (konteyner tipli) ləklər ....................................................................................185 
7.4. Təbii enerji mənbələrindən səmərəli istifadə (səmərəli enerji sistemlərinin dizaynı)........187 
7.5. Elementlərin yerləşdirilməsi ..............................................................................................190 
VIII Fəsil.  Ekoloji  heyvandarlığın elmi  əsasları ................................................................195 
8.1. Ekoloji heyvandarlıq haqqında anlayış  ………............. ...................................................195 
8.1.1. Cinslərin seçilməsi………............. .................................................................................196 
8.1.2. Saxlanma………............. ................................................................................................196 
8.1.3. Yemləmə………............. ................................................................................................197 
8.1.4. Müalicə………............. ...................................................................................................199 
8.2. Ekoloji təsərrüfatda yemçilik………............. ....................................................................203 
8.2.1. Yemlərin təsnifatı………............. ...................................................................................203 
8.3. Ekoloji təsərrüfatda maldarlıq ………............. ..................................................................208 
8.4. Ekofermada qaramalın yemləndirilməsi………............. ...................................................213 
8.5. Ekoloji təsərrüfatda qoyunçuluq ………............. ..............................................................217 
8.6. Ekoloji təsərrüfatda quşçuluq……….................. ...............................................................218 
8.7. Ekoloji təsərrüfatda arıçılıq ………............. ......................................................................224 
8.7.1. Arıçılıq üçün «keçid dövrü»………............. ...................................................................224 
8.7.2. Arıların mənşəyi  ………............. ...................................................................................224 
8.7.3. Arıların qidalanması………............. ...............................................................................225 
8.7.4. Arı ailəsinə baxışın təşkili  ………............. ....................................................................226 
8.7.5. Arıxanada yaz işləri  ………............. ..............................................................................227 
8.7.6. Arı xəstəlikləri, müalicəsi  və profilaktikası…............. ..................................................228 
8.8. Heyvan xəstəlikləri və ekofermada baytarlıq təbabəti…….... ...........................................231 
8.8.1. Xəstəliklər, onların formaları və yaranması haqqında məlumat ...................................231 

 
6
8.8.2. İnfeksion xəstəliklər…............. .......................................................................................232 
8.8.3. Quşların xəstəlikləri…............. .......................................................................................235 
8.8.4. İnvazion xəstəliklər…............. ........................................................................................236 
8.8.5. Yoluxmayan xəstəliklər…............. .................................................................................240 
8.8.6. Baytarlıqda dərman bitkilərinin tətbiqi…............. ..........................................................240               
IX Fəsil. Ekoloji təmiz məhsulların marketinqi ...................................................................246 
9.1. Ekoloji məhsulların marketinqi ..........................................................................................246 
9.2. Ekoloji təmiz qida məhsulları üçün bazar...........................................................................247 
X Fəsil. Ekoloji təmiz məhsul istehsalının inspeksiyasi və sertifikatlaşdırılması...............248 
10.1.  Eko-məhsulların sertifikatlaşdırılması və onun növləri….... ..........................................248 
10.1.1. Sertifikatlaşdırma nə üçün lazımdır? …............. ..........................................................248 
10.1.2. Sertifikatlaşdırmanın növləri…............. ........................................................................248 
10.2.  Sertifikatlaşdırma orqanları və onların ISO 65 əsasında akkreditasiyası.........................249 
10.2.1. İnspeksiya, sertifikatlaşdırma və akkreditasiya..............................................................249 
10.3. Ekoloji kənd təsərrüfatına keçid........................................................................................251 
10.4. Ekoloji kənd təsərrüfatı  məhsullarının istehsalı, emalı, saxlanması, qablaşdırılması  və 
ticarətinə nəzarət........................................................................................................................252 
10.5. İnspeksiyalar və onun növləri...........................................................................................256 
10.6. Sertifikatlar və onların qiymətinin hesablanması..............................................................260 
 
 
ƏLAVƏLƏR.............................................................................................................................265 
 
1.  Azərbaycan Respublikası Prezidentinin fərmanı..............................................................266 
2.  Ekoloji təmiz məhsul istehsalı haqqında Azərbaycan Respublikasının Qanunu..............268  
3.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar. ...........................281 
4.  Azərbaycan Respublikasında ekoloji üsullarla təmiz məhsulun istehsalı, emalı, etiketlən-
məsi və marketinqi üçün standartlar ............. ..................................................................307 
5.  Fitonsidlər. .......................................................................................................................349 
6.  Baytarlıqda tövsiyə olunan dərman bitkiləri. ...................................................................371 
 
Ədəbiyyat siyahısı ...................................................................................................................377 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
7
Ön söz 
 
Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 25 avqust 2008-ci il tarixli 
fərmanı ilə “Ekoloji Təmiz Kənd Təsərrüfatı haqqında” Azərbaycan Respublikasının 
Qanunu qüvvəyə mindi. Bu əlamətdar tarixdən bir az sonra 2010-cu il Azərbaycanda 
“Ekologiya ili” elan olundu. 
Digər tərəfdən, son 10 ildə Azərbaycan Respublikası  ekoloji məsələlərə dair bir 
çox beynəlxalq konvensiyalara qoşularaq öz üzərinə öhdəliklər götürmüş  və bu 
konvensiyalar Milli Məclisdə təsdiq edilmişdir. 
Bütün bunlar təsadüfi deyildir. Belə ki, müasir sivilizasiyanın düçar olduğu ən acı 
həqiqətlərdən birisi «Təbiət-İnsan Cəmiyyəti» münasibətlərində  təbiətə qarşı istehlakçı 
əhvali-ruhiyyənin əndazədən çıxmasıdır. Min illər ərzində cəmiyyət inkişaf etdikcə onun 
tələbatları da artmış, ancaq ehtiyacların həcmi nə qədər artmışdırsa, ehtiyatlar da bir o 
qədər azalmışdır. 
Keçən  əsrin 60-cı illərindən başlayaraq kimyəvi gübrələrin, pestisidlərin və digər 
sintetik (süni) birləşmələrin çox intensiv tətbiqi yalnız torpaqların və ətraf mühitin digər 
komponentlərinin çirklənməsinə  səbəb olmamış, həm də insanlar arasında çoxlu 
bədxassəli xəstəliklərin sürətlə yayılmasına, biomüxtəlifliklərin azalmasına gətirib 
çıxarmışdır. 
Sivilizasiyanın müasir mərhələsində bəşəriyyətin qarşısında duran ən qlobal prob-
lem təbiətdən və onun sərvətlərindən səmərəli istifadə etməkdir. Torpaq örtüyü ən 
qiymətli sərvət olduğundan onu gələcək nəsillər üçün qoruyub saxlamaq ümdə vəzifədir. 
Yəni, torpaqlardan istifadə zamanı bu sərvət münbitliyini itirmədən və  hətta yaxşılaş-
dırılmış halda gələcək nəsillərə çatdırılmalıdır. 
Bu meyar kənd təsərrüfatının davamlı inkişaf konsepsiyasının təməl prinsip-
lərindən biridir. 1992-ci ildə «Ətraf Mühit və İnkişaf» üzrə BMT-nin Rio-de Janeyroda 
keçirilmiş konfransı bu konsepsiyanı planetin bütün ölkələri üçün XXI əsrdə  fəaliyyət 
planı kimi təsdiq etmişdir. 
Rio-de-Janeyroda yüksək səviyyədə  təmsil olunan görüş  iştirakçıları prinsiplər 
məcəlləsi qəbul etmişlər: 
-  insanlar təbiətlə həmahəng, sağlam və məhsuldar yaşamaq hüququna malikdir; 
-  bugünkü inkişaf indiki və gələcək nəsillərin ziyanına həyata keçirilməməlidir; 
-  davamlı inkişafı həyata keçirmək üçün ətraf mühitin mühafizəsi inkişaf prosesinin 
ayrılmaz hissəsini təşkil etməli və ona ayrılıqda baxılmamalıdır; 
-  sabit inkişafı  təmin etmək və  əhalinin çoxunun tələblərini ödəmək üçün 
yoxsulluğun kökü kəsilməli və dünyanın müxtəlif bölgələrində həyat səviyyəsinin 
qeyri-bərabərliyi ləğv edilməlidir; 
-  dövlətlər Yer ekosistemlərinin qorunması, mühafizəsi və bütövlüyünü bərpa etmək 
məqsədilə  əməkdaşlıq edir və inkişaf etmiş ölkələr davamlı inkişafın təmin olun-
masında beynəlxalq cəhdlər üçün öz məsuliyyətini dərk edirlər; 
-  dövlətlər istehsalın həyat qabiliyyətli olmayan modellərini məhdudlaşdırmalı  və 
ləğv etməli, uyğun demoqrafik siyasəti müdafiə etməlidirlər; 
-  ekoloji məsələlər  ən səmərəli  şəkildə bütün marağı olan vətəndaşların iştirakı ilə 
həll edilməli və dövlətlər ekoloji informasiyaya geniş yol açmaqda əhalinin 
iştirakını təmin etməli və genişləndirməlidir; 
-  dövlətlər bütün ölkələrdə iqtisadi yüksəlişə  və davamlı inkişafa gətirib çıxaracaq 
açıq beynəlxalq iqtisadi sistemin yaradılması işində əməkdaşlıq etməlidirlər; 

 
8
-  ətraf mühiti çirkləndirənlər bu çirklənməyə görə maliyyə  məsuliyyəti daşımalı-
dırlar; 
-  davamlı inkişaf problemin daha dərindən dərk edilməsini tələb edir; 
-  davamlı inkişafa çatmaqdan ötrü qadınların və  gənclərin yaradıcı qüvvələrinin 
hərtərəfli iştirakı zəruridir; 
-  müharibə davamlı inkişaf prosesinə dağıdıcı  təsir göstərir. Ona görə  də dövlətlər 
silahlı münaqişələr zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət 
etməlidirlər; 
-  sülh, inkişaf və ətraf mühitin mühafizəsi bir-birindən asılı və ayrılmazdır. 
Bu nöqteyi-nəzərdən müasir dünyada davamlı inkişafa nail olmaq üçün zəruri olan 
modellərdən biri ekoloji təsərrüfatçılıqdır. Bu ideyanı  Azərbaycanda da reallaşdırmaq 
üçün, ilk növbədə, ictimai şüurun və yeni ekoloji təfəkkürün inkişaf etdirilməsi ümdə 
məsələdir. 
Ekoloji Kənd Təsərrüfatı  Hərəkatını bir proses kimi qiymətləndirsək,  görərik ki, 
inkişafın bütün mərhələlərində  əhalinin müxtəlif təbəqələrinin maarifləndirilməsi və 
təhsili bu posesin əsas tərkib hissələrindən biri olmuşdur və indi də  həmin səviyyədə 
qalmaqdadır. Bu iş Avropa Birliyi ölkələrində orta təhsil məktəbləri, kolleclər və müxtə-
lif kurslardan başlayaraq ali təhsil ocaqlarına qədər təlim və təhsillə məşğul olan böyük 
bir şəbəkəni əhatə edir. Eyni zamanda insanların bu məsələ ətrafında maarifləndirilmə-
sinə nail olmaq üçün Milli və Regional proqramlar həyata keçirilir, onların vasitəsi ilə 
də insanlara ekoloji təmiz məhsul istehsalının yolları və qaydaları təlqin olunur. 
Azərbaycanda  əsası 1998-ci ildə  Gəncə Aqrobiznes Assosiasiyası  tərəfindən 
qoyulan Ekoloji Kənd Təsərrüfatı  Hərəkatı getdikcə genişlənməkdədir. Ötən qısa bir 
vaxt  ərzində yüzlərlə fermer və torpaq istifadəçiləri bu istiqamət üzrə treninq və 
seminarlarda maarifləndirilmişdir. Bu işdə «Ekoloji Kənd Təsərrüfatı» jurnalının da 
xüsusi rolunu qeyd etməmək olmaz. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının 
(indiki ADAU-nun) Elmi Şurası 5 dekabr 2006-cı il tarixində AKTA-da (indiki ADAU-
da) «Ekoloji kənd təsərrüfatı» ixtisasının açılması haqqında qərar qəbul etmiş və 2007-ci 
ildə bu ixtisas üzrə tələbə qəbulu həyata keçirilmişdir. 
Son on ildə yaradılan elmi-metodiki və  tədris-metodiki materiallar bazasının 
insanların maariflənməsində  və  təhsilində xüsusi yeri var. İndiyə  qədər belə bir 
informasiya mənbəyinin olmaması  tədrisdə  və maarifləndirmə  işlərində  çətinliklər 
yaradırdı. 
Bu dərsliyin işlənib hazırlanmasında müxtəlif mənbələrdən istifadə olunaraq 
“Ekoloji kənd təsərrüfatı”na dair ən müasir informasiyanın toplanması və işlənilməsində 
Azərbaycanda Ekoloji Kənd Təsərrüfatı  Hərəkatının  ən qabaqcıl nümayəndələri olan - 
mərhum k.t.e.n., dosent Elxan Qocayevin, k.t.e.n., dosent Qurban Məmmədovun, 
k.t.e.n., dosent Səmədağa Surxayevin, k.t.e.n., dosent Məhmət Əliyevin, dos. Fəxrəddin 
Yusifovun, baş müəllim Sübhan Vəliyevin, b.e.n. Kazım Hüseynovun, baş müəllim 
Vüqar Mohumayevin, k.t.f.d. Vüqar Bəşirovun, Nizami İbrahimli, Elməddin Namazov 
və başqalarının böyük rolu və zəhməti olmuşdur.     
Hesab edirik ki, Azərbaycanda ilk dəfə işıq üzü görən bu dərslik uzun illər ekoloji 
kənd təsərrüfatı ilə bağlı minlərlə insanın stolüstü kitabına çevriləcək.
 
 
Amin Babayev 
kənd təsərrüfatı elmləri  
doktoru, professor
Əməkdar müəllim 

 
9


Do'stlaringiz bilan baham:
  1   2   3   4   5   6   7   8   9   ...   40


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2017
ma'muriyatiga murojaat qiling