Ekoloji LÜĞƏt a


ARBORİSİD  (lat. arbor - ağac)


Download 3.98 Mb.
Pdf ko'rish
bet4/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
#384
1   2   3   4   5   6   7   8   9   ...   60

ARBORİSİD  (lat. arbor - ağac)  – arzu olunmayan ağac və kol 

bitkilərini məhv etmək məqsədilə işlədilən kim. maddələr. 



AREAL  (yun. Area - sahə) – hər hansı bir bitki və ya heyvan 

növünün yer səthində (akvatoriya) təbii yayıldığı sahə. Növün yarandığı 

yer onun ilkin arealı sayılır.  İlkin areal növün təbii surətdə  və insan 

tərəfindən yayılması ilə genişlənə və ya onun məhv edilməsi nəticəsində 

darala bilər. Bütün dünyada yayıla bilən növlər və orqanizm qrupları 

kosmopolit areala malikdir, hər hansı növ Yerin məhdud ərazisində rast 

gəlinirsə o, endemik areala malikdir. Qədimdə yaranıb geniş yayılan 

növlərin qalıqları relikt areal sayılır.  Əgər növ ona müvafiq ərazilərin 

hamısında yayılarsa ona başdan-başa areal, əgər növ bir-birindən aralı 

sahələrdə yayılarsa ona kəsilən areal deyilir. A-ı öyrənmək üçün onun 

xəritəsini tərtib etmək lazımdır. A.-ın müqayisəli öyrənilməsi flora və 

faunanın tədqiqində böyük əhəmiyyətə malikdir. 

– Törəmə areal – digər sistematik qrupun müəyyən sahədə yaratdığı 

areal. 


– Təbii areal – insan fəaliyyətilə dəyişməyən areal. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

31 


 

– Qışlama arealı – növün soyuq mövsümünü keçirdiyi region. 

–  Kosmopolit areal – qurunun və ya akvatoriyanın geniş 

ərazilərində yayılan növ və ya başqa sistematik qruplar. 

–  Relikt areal – hər hansı bir ərazinin müasir coğrafi  şəritinə yad 

olan növün arealı. Adətən kiçik ölçülü sahələrdə olur. 

– Müasir areal – digər sistematik qrupun növü və ya tipinin hazırki 

sərhədləri. 

– Qısalan areal – hər hansı bir sistematik qrupun və ya növün təbii 

və ya antropogen səbəblər nəticəsində azalması. 



Ekoloji areal – regionun harada yerləşməsindən asılı olmayaraq hər 

hansı bir növ üçün əlverişli olan şəraitdə məskunlaşması. 



AREKOLOGİYA – ekoloji tələbləri nəzərə alan arxitekturanın 

bölməsi. 



AREALŞÜNASLIQ – 1) Biocoğrafiyanın bitki və heyvanın arealını 

öyrənən bölməsi; 2) Arealın 

əmələ 

gəlməsinin ümumi 



qanunauyğunluqlarını tədqiq edən elm sahəsi. 

ARENAL  (yun. arena-qum) – vulkanın qonşuluğunda bitkidən 

məhrum olan zona. 



ARXAC – otlaq şəraitində gecələr, həmçinin hava isti olduqda 

gündüzlər qoyunların və qaramalın dincəlməsi üçün yer. Baharın 

əvvəllərində  və payızda külək tutmayan, yayda isə bir qədər hündür 

yerdə düzəldilir. A.-ın yeri arabir dəyişdirilir. 



ARXEOFİTLƏR – bəşəriyyət tarixindən  əvvəl mövcud olan 

bitkilər. 



ARXEOLOJİ ABİDƏLƏR  (yun. archaios - qədim)  – insanların 

yaratdığı  qədim maddi mədəniyyət abidələri. A.a-ə,  əsasən,  əmək 

alətləri, silahlar, məişət  şeyləri, insan məskənləri,  şəhər və qala 

xarabalıqları, qaya təsvirləri, torpaq sədlər, sərdabalar, emalatxana 

qalıqları, qəbirlər, qədim yazılar (daş və s. üzərində), suvarma kanalları, 

su kəmərləri və s. daxildir. A.a. insan cəmiyyətinin tarixini öyrənir. 



ARXİPELAQ – bir-birindən az aralı olub vəhdət təşkil edən adalar 

qrupu. Məs., Bakı arxipelaqı, Apşeron arxipelaqı. A. materik, mərcan və 

vulkan mənşəli olur. 

ARI SÜDÜ – inkişaf edən ana arı sürfəsini yemləmək üçün işçi 

arıların baş və döş vəzilərindən ifraz olunan südəbənzər maddə. A.s-nün 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

32 


 

tərkibi,  əsasən arının qidalandığı tozcuqlardan aslıdır. Tərkibində  bəzi 

aminturşular, hormon, 40-58% zülal, 5-18% piy, 26%-ədək  şəkər, bir 

sıra mineral duzlar, həmçinin vitaminlər və b. bioloji aktiv maddələr 

var. Körpə  və kiçikyaşlı  uşaqlarda bir sıra xəstəliklərin müalicəsində 

işlədilir. 



ARI ZƏHƏRİ, APİTOKSİN – arı sancan zaman neştərindən axan 

acı, zəhərli, şəffaf maddə. A.z-nin tərkibində bioloji aktiv melittin zülalı, 

sərbəst amin turşuları, müxtəlif fermentlər, histamin (1%-ə  qədər) 

nuklein, formiat, ortofosfat və xlorid turşuları, piylər, uçucu yağlar, Mg, 

Cu, Sa və s. var. A.z güclü bakterisid təsirlidir. Qədimdən xalq 

təbabətində istifadə olunur. A.z-dən alınan dərmanlar oynaq 

xəstəliklərində elektroforez yolu ilə, mezolit, radikulit, nevralgiya, övrə, 

miqren, trofik xora, endarterioz, bronxial astma, tromboflebit və s. xəs-

təliklərin müalicəsində məhlul və məlhəm şəklində işlədilir. 

Böyrək, qaraciyər, mədəaltı  vəzi, qan, diabet, ürək-damar və s. 

xəstəliklərdə istifadə etmək olmaz. 

ARIÇILIQ – bal və onun məhsullarının alınması, meyvə və texniki 

bitkilərin məhsuldarlığını artırmaq məqsədilə onları tozlandırmaq üçün 

arının artırılması. 

ARIQUŞULAR  (Paridae) – sərçəkimilər fəsiləsi; 65 növü var. 

Azərbaycanda 5 növü yaşayır: iri A., abı A., Aralıq dənizi A.-ı, qara 

pəsnək quşu. Respublikamızda oturaq həyat sürən bu quşlar zərərverici 

həşəratları yediyi üçün xeyirlidir. 



ARİD BİTKİLƏR  (lat. aridus - quru)  – vegetasiya dövrünün çox 

hissəsi rütubəti çatışmayan quraq iqlimli şəraitdə inkişaf edən bitkilər. 

A. b-rə  səhraların və kserofit seyrək meşələrin fitosenozları aiddir. 

Azərbaycanda Bozqır yaylada (saqqız, ardıc seyrəkliyi), Həkəri və Araz 

çaylarının aşağı axını yamaclarında və Naxçıvan Muxtar 

Respublikasında (arid meşələr, ardıc, dağdağan, araz palıdı, badam, 

gürcü ağcaqayını və s.) Ellər oyuğunda – eldar şamı A.b.-dir. Efemerlər 

də A.b.-rə aiddir. Arid bitki növlərində rütubətin çatışmazlığına qarşı 

müxtəlif adaptasiya üsulları yaranmışdır. Bunlara yağıntıların qısa 

vegetasiya dövrünə düşməsi, xüsusi morfoloji və anatomik 

uyğunlaşmaları (yarpaqların reduksiyası və sallaq olması, iri toxumların 

inkişafı), fizioloji adaptasiya (hüceyrə  şirəsində osmos təzyiqinin 

qalxması və s.) və s. daxildir. 

 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

30 


 

Bozdağın 

arid ardıc 

meşəsi

 

ARİD EKOSİSTEMLƏR – çöl və səhra zonalarının ekosistemləri. 

ARİD  İQLİM  – səhra və yarımsəhraların quru, isti iqlimi. A.İ.-də 

düşən yağıntının miqdarı buxarlanan suyun miqdarından bir neçə  dəfə 

azdır. A.i-li sahələrdə daimi axar çay olmur. Bitki örtüyü yox 

dərəcəsindədir. A.İ.-əsasən tropik və subtropik enliklər üçün 

səciyyəvidir. (Böyük Səhra,  Ərəbistan yaylası  və Avstraliya səhraları). 

Dəniz hövzələrindən uzaqlığı ilə  əlaqədar Mərkəzi və Orta Asiya 

səhraları da A.i.-ə malikdir. 

ARİD SƏHRA  – subtropik və tropik qurşaqlarda, hər iki 

yarımkürənin passat küləkləri  əsasında xas olan səhra zonal tipi. Quru 

və isti kontinental iqlim ilə səciyyələnir. 

ARİD TORPAQLAR – torpaqdan buxarlanan rütubətin onun aldığı 

rütubətdən çox olduğu rayonlarda əmələ  gələn torpaqlar. Su ilə 

yuyulmadığı üçün torpaq profilində, yaxud torpaqaltı qatlarda karbonat

xlorid və sulfatlar toplanır. Quru çöllərdə, səhralaşmış savannalarda, 

yarımsəhra və  səhralarda  əmələ  gəlir. A.t.-a şabalıdı, boz qonur 

yarımsəhra və müxtəlif səhra torpaqları aiddir. 



ARİD ZONA – arid iqlim olan ərazi; səhra və yarımsəhra zonaları. 

Burada əkinçilik yalnız süni suvarma aparmaqla mümkündür. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

32 


 

ARİDLİK  – orqanizmin həyatı üçün rütubətin çatışmazlığını 

yaradan quru (arid) iqlim. 



ARİDLİK  İNDEKSİ  – iqlimin quraqlıq göstəricisi. Martona görə 

A.i: 


R

T

R

J

,

10



+

=

    –  yağıntının illik miqdarı (sm-lə) T-ortaillik 



temperatur (dərəcə ilə). Çox arid iqlimdə indeks kiçik olur. Emberjeyə 

görə A.i: 



R

m

M

m

M

J

100


)

(

)



(



+

=

 



R – yağıntının illik miqdarı (mm-lə), M-ən isti ayın orta maksimum 

temperaturu və m-ən soyuq ayın minimumlarının orta rəqəmi. 



ARKTİK SƏHRASI, SOYUQ SƏHRA  – arktik və yüksək dağlıq 

vilayətləri – bitki örtüyünün kasıblığı (zəifliyi), havanın quraqlığı ilə 

deyil, aşağı temperatur ilə müəyyən edilir. 

ARKTİK ZONA  (yun. arktos - şimal)  – 1) yayda buzları tam 

əriməmiş, hərəkətdə olan şimal qütbü ətrafı akvatoriya (83-80

° ş.e.d.) 2) 

Dünya okeanının 500-1000 m dərinliyə  qədər yerləşən temperatur 

zonası (boreal zonadan yuxarıda yerləşir). Burada bütün il boyu 

temperatur 0

°-yə yaxındır. Onun mövsüm ərzində  tərəddüdü 2-3°-dən 

artıq olmur. Fotosintez edən bitkilərə rast gəlinmir, ancaq heterotrof 

bitkilər yaşayır. 

AROMATİK BİRLƏŞMƏLƏR  – karbohidrogenlər (benzol, 

naftalin, antrasen və b.) və onların törəmələri (anilin, benzol turşusu, 

fenol). Molekullarında 6 karbon atomundan (benzol nüvələr) ibarət 

halqalar olur. 



ARTEZİAN SULARI – sukeçirməyən laylar arasında kollektor 

süxurlarda toplanan basqılı yeraltı sular. A.s-in kimyəvi tərkibi 

əmələgələn şəraitdən asılı olaraq kalsium-hidrokarbonatlı şirin sulardan, 

natrium-xlor tipli şor sulara qədər dəyişir. A.s.-ndan su təhcizatında, 

suvarmada, yod, brom, bor istehsalında istifadə olunur. Azərbaycanda 

Gəncə-Qazax, Qarabağ-  Şirvan, Quba-Xaçmaz artezian hövzələri 

məlumdur. 

ASFİKSİYA (yun. Asphyxia) – oksigen çatışmazlığı nəticsində kök 

sisteminin boğulması. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

33 


 

ASILI GƏTİRMƏLƏR  – Müvəqqəti və daimi axınlar vasitəsi ilə 

torpağın yuyulması  nəticəsində suda asılı halda olan hissəciklər. Bu 

hissəciklər son nəticədə çökərək allüvial çöküntülər əmələ gətirir.  

ASILI MADDƏLƏR – suyun tərkibində asılı vəziyyətdə olan üzvi 

və qeyri üzvi maddələr. 



ASILI TOZ – atmosferin çirkləndirici komponenti olan havadakı 

bərk hisəciklərdir. A.t.-un 90%-i xırda dispers fraksiyalardan ibarət olub 

toztutanlar vasitəsilə  çətin tutulur. A.t. ciyərlərdə toplanaraq insanın 

sağlamlığı üçün təhlükəli sayılır. A.t.-da təhlükəli ağır metallar və 

polisiklik aromatik karbohidrogenlər (benzopiren daxil olmaqla) çökür. 

Sürtülmüş avtomobil təkərlərinin və azbestin hissəcikləri təhlükəli 

çirklənmə törədir.  Şəhərlərdə A.t.-ların mənbəyi kimya və yanacaq 

energetika kompleksi, həmçinin avtonəqliyyat hesab edilir. 



ASİDOFİLLƏR  (lat. acidus - turş) – Turş reaksiyalı su və torpaq 

məhlulu olan biosenozlarda yaşayan heyvanlar. Sirkə turşusu 

bakteriyaları və süd turşusu bakteriyaları asidofil orqanizmlərdir. Bunlar 

anaerob  şəraitdə  şəkərləri sirkə  və süd turşusuna çevirir. Həmin 

bakteriyaların bu xüsusiyyətindən sirkə turşusu istehsalında, süd 

sənayesində, yemin siloslaşdırılmasında və s. istifadə edilir. 



ASİDOFİTLƏR – turş torpaqlara üstünlük verən oksilofil bitkilər. 

Bura asidohiqrofitlər, asidomezohiqrofitlər və asidomezofitlər daxildir. 

Ali bitkilər arasında lüpin, sfaqnum və s. A.-ə aiddir. 

ASİDOFOB ORQANİZMLƏR – çox turşuluğa davam gətirməyən 

və yalnız qələvi mühitdə inkişaf edən (bazifil) orqanizmlər. Bəzi 

bakteriyalar (məs. sidik cövhərini parçalayan bakteriyalar, həmçinin çu-

ğundur, yonca və lobya kimi ali bitkilər A.o.-dir). 



ASPEKT  (yun. Aspectus - görünüş)  – vegetasiya dövrü ərzində 

bitkinin inkişaf fazasının və bitmə  şəraitinin dəyişilməsilə  əlaqədar 

fitosenozun xarici görünüşü. Bitkilərin inkişaf fazaları  fəsillərə görə 

dəyişildiyindən fitosenozun xarici görünüşü də dəyişir. Bu çəmənlərdə, 

bozqırlarda və enliyarpaqlı meşələrdə daha aydın nəzərə çarpır. A. 

müxtəlif illərdə iqlim şəraitinə görə də dəyişə bilir. A. adətən, bitkilərdə 

üstünlük təşkil edən, onun həyatında böyük rolu olan rəngin adına əlavə 

edilir. Məs. cilin quru yarpaqlarının qonur A-i, xoruzgülünün qızılı-sarı 

A-i və s. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

34 


 

ASPEKTLƏŞDİRMƏ – ilin mövsüm tsikllərinin (erkən yaz, yaz, 

yay, payız və  qış) bitki və heyvan qruplarının xarakterinə, xarici 

görünüşünə (aspekt) və aktivliyinə təsir dərəcəsinin müşahidəsi və təsvir 

edilməsi. 



ASSENİZASİYA – kanalizasiya olmayan yerlərdə  təmizləmə 

sistemi:  əsasən çalalardan müxtəlif çirkab və tullantıların daşınması 

üçün görülən tədbirlər. Müasir şəhərlərdə A.-ya ehtiyac aradan 

qalxmışdır. 



ASSİMİLYASİYA  (yun. assimslatio) – bütün canlılara xas olan 

proses, maddələr mübadiləsində  tərəflərdən biri. A. daha bəsit 

maddələrdən orqanizmi təşkil edən mürəkkəb maddələrin  əmələ 

gəlməsidir. A. prosesi enerji mənbəyi olan ehtiyatların toplanmasını, 

böyüməsini, inkişafını  və orqanizmin təzələnməsini təmin edir. Bütün 

canlı  təbiət üçün enerji mənbəyi günəş  şüalarıdır. Yalnız avtotrof 

orqanizmlərdən olan yaşıl bitkilər fotosintez prosesində Günəş 

enerjisindən bilavasitə istifadə edir və qeyri üzvi birləşmələrdən üzvi 

birləşmələr (karbohidratlar, amin turşuları, zülallar və s.) yaradır. 

ASSOSİASİYA  (yun. associatio - birləşmə) – fitosenozun, yaxud 

biosenozun  əsas təsnifat vahidi. Quruluşu, növ tərkibi, maddələr 

mübadiləsi, torpaq örtüyü eyni olan, həm orqanizmlərlə, həm də 

orqanizm ilə mühit arasında qarşılıqlı  əlaqələri oxşar olan fitosenozlar 

birliyi. A. relyef, su və torpaq şəraitinin dəyişilməsi, habelə bilavasitə 

(ot biçini, meşənin məhv edilməsi və s.) və ya dolayı  təsir (mal-qara 

otarılması) nəticəsində kökündən dəyişilə bilər.  İlkin və törəmə A.-lar 

ayırırlar. A.-lar adi hakim bitkilərə görə müəyyən edilir. A.-nın 

öyrənilməsi bitki örtüyü sahələrinin yararlılıq dərəcəsini, onların 

səmərəli istifadəsi və yaxşılaşdırılması yollarını müəyyən etməyə imkan 

verir.  İri miqyaslı bitki örtüyü xəritələri çəkildikdə ayrı-ayrı A.-lar, 

miqyas kiçildikdə isə A. birlikləri göstərilir. 



ASTMA  – nəfəsalmanı  çətinləşdirməkdə özünü göstərən 

allergiyanın variantlarından biri. 



ASTROBİOLOGİYA – Kainatda həyatın hər cür təzahür 

formalarını öyrənən elm sahəsi. A. astronomiya, biologiya və biokimya 

nailiyyətlərinə əsaslanır. Bəzi məsələləri isə insanın kosmik fəzaya fəal 

müdaxiləsi nəticəsində meydana gəlmiş kosmik biologiya və kosmik 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

35 


 

tibb ilə birlikdə həll edir. 



AŞI BİTKİLƏRİ – sənayedə istifadə etmək üçün tərkibində kifayət 

qədər aşı maddələri və tannidlər olan bitkilər. Tannidlər bitkilərin  ən 

mühüm biokimyəvi reaksiyalarında iştirak edir, həmçinin bitkiləri 

heyvanların yeməsinə (məhv etməsinə), bitki toxumlarında parazit 

göbələklərin və bakteriyaların inkişafına mane olur. Azərbaycanda, 

əsasən, nar qabığı, dəvədabanı kökü, sumaq yarpağı  və  şabalıdın 

qərzəyindən istifadə edilir. A.b. həm də  dərman, boyaq və yeyinti 

sənayesi üçün xammaldır. 



AŞINMA – Yer səthində və onun ən üst qatlarında süxurların fiziki, 

kimyəvi və bioloji amillərin təsirilə parçalanması və kimyəvi dəyişməsi 

prosesi. 

Fiziki A. temperaturun dəyişməsi, su, külək və bitki köklərinin təsiri 

ilə süxurların kövrəkləşməsi, mexaniki parçalanmasıdır. Kimyəvi A. 

hava, su və üzvi aləmin kimyəvi aktiv birləşmələrinin (O

2

, SO


2

  və s.) 

təsiri ilə süxurların kimyəvi dəyişməsidir. A. bitkilərin və heyvanların 

həyat fəaliyyəti nəticəsində süxurların mexaniki dağılmasına və ya 

kimyəvi dəyişilməsinə deyilir. A. relyef prosesində böyük rol oynayır. 

ATLAS (coğrafi)  – müəyyən sistemlə  yığılıb, ümumi proqram 

əsasında albom və ya kitab şəklində  tərtib edilən coğrafiya xəritələri 

məcmuəsi. A.-dan müxtəlif sorğu və tədris məqsədi ilə istifadə olunur. 

“Dünyanın fiziki atlası” (1964), “Dünyanın kiçik atlası” (1975), 

“Azərbaycanın atlası” (1949, 1963) nəşr olunmuşdur. Azərbaycan 

respublikasının müxtəlif istiqamətli yeni atlaslarını Azərb. MEA akad. 

Həsən Əliyev adına Coğrafiya institutu nəşrə hazırlamışdır. 

ATMOBİONTLAR    meşə döşənəyinin üst qatında həyat sürən 

növlər, bitkilərin aşağı hisələrinə qalxma qabiliyyətinə malik olub iri 

ölçülü, tam inkişaf etmiş gözləri, nisbətən uzun çıxıntıları (antenna 

ayaqlar və hoppanma qarmağı) olur. 



ATMOSFER  (yun. atmos – buxar və spharia - təbəqə) – yerin 

hava-qaz təbəqəsi. A. başlıca olaraq azot (78%), oksigen (21%) və 

arqondan (1%-ə  qədər) ibarətdir. Karbon qazı – 0,03%, hidrogen, 

helium, kripton, ksenon, neon və s. qazlar 0,01% təşkil edir. A.-in alt 

sərhədi qurunun səthi (okean səviyyəsi) hesab olunur, üst sərhədinin 

hündürlüyü 1300 km-ə  qədərdir. Yuxarı qalxdıqca A. seyrəkləşir, 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

36 


 

təzyiqi düşür və tərkibi dəyişir. 

Hazırda A. beş  əsas təbəqəyə bölünür: birinci təbəqə troposferdir. 

Onun hündürlüyü qütblərdə 8-km-ə, ekvatorda 18 km-ə, Azərbaycanda 

12-14 km-ə çatır. Troposferdə hava sıxdır və bütün A. kütləsinin 

təqribən 75%-i buradadır. Troposferdən yuxarıda-stratosfer yerləşir, 

onun üst hissəsi 20-40 km hündürlükdə ozonosferi təşkil edir. 

Stratosferdən üstdə – 40-80 km arasında mezosfer, mezosferdən 

yuxarıda – 80 ilə 1000 km arasında termosfer (ionosfer) yerləşir. 

Axırıncı təbəqə ekzosfer adlanır. O, 1000 km-dən yuxarıda yerləşir. 



ATMOSFER AKUSTİKASI – akustikanın bir bölməsi; atmosferdə 

səs dalğalarının yayılmasını öyrənir və atmosferi akustik üsullarla tədqiq 

edir. A.-a-nın mühüm vəzifələri atmosferin Yer səthinə yaxın və yuxarı 

təbəqələrini tədqiq etmək, səs-küyün aradan qaldırılması yollarını, səs 

dalğalarının yayılmasını və s.-ni öyrənir. 

ATMOSFER AMİLİ  – atmosferin fiziki vəziyyəti və kimyəvi 

tərkibi ilə bağlı amil. (atmosferin seyrəkliyi, temperaturu, tərkibi, 

çirklənməsi və i.a.). 

ATMOSFER ÇÖKÜNTÜLƏRİ (YAĞINTILARI)  – buludlardan 

damcı (yağış) və ya bərk halda (qar, dolu) yerə tökülən və havadan yer 

səthinə  və ya əşya üstünə çökən (şeh, qrov) su. Yağıntının miqdarı 

düşən suyun əmələ gətirdiyi qatın qalınlığı ilə, mm-lə ölçülür. A.ç. Yer 

kürəsində qeyri-bərabər, lakin qanunauyğun paylanır. Azərbaycanda 

yağıntıların miqdarı və rejimi müxtəlifdir. Yağıntının orta illik miqdarı 

110 mm-dən (Puta) 1750 mm-ə (Kəkiran, Lənkəran) dəyişir. A.ç. hava 

və iqlimin mühüm elementlərindən olub kənd təsərrüfatı üçün böyük 

əhəmiyyətə malikdir. A.ç. xüsusi cihazlarla (yağışölçən, plüvioqraf və 

s.) ölçülür. 



ATMOSFER FAKTORU – atmosferin fiziki vəziyyəti və kimyəvi 

tərkibi ilə 

əlaqəli faktor (temperatur, seyrəklik dərəcəsi, 

çirkləndiricilərin olması). 



ATMOSFER FİZİKASI  – atmosferdə baş verən fiziki proses və 

hadisələrdən bəhs edən elm; atmosferi təşkil edən qazların xassələrini, 

onların radiasiyasını udması  və  şüalandırmasını  və buxarın 

kondensasiyasını, buludların və yağıntıların  əmələ  gəlməsini, 

atmosferdə baş verən hərəkətlərin müxtəlif formalarını, həmçinin bu 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

37 


 

hadisələr arasındakı asılılığı və s. öyrənir. 



ATMOSFER TƏZYİQİ  – atmosferin Yer səthinə  və cisimlərə 

etdiyi təzyiq. Hər bir nöqtədə A.t. o nöqtədən atmosferin üst sərhədinə 

qədər olan hava sütununun ağırlığı ilə müəyyən olunur. Normal A.t. 760 

mm hündürlüyündə civə sütununun ağırlığına bərabərdir. A.t. -ni 

ölçmək üçün təzyiq vahidi olaraq bar qəbul edilmişdir. A.t. barometrlə 

ölçülür. 



ATMOSFERİN ÇİRKLƏNMƏSİ – havaya fiziki agentlərin, kim-

yəvi maddələrin və ya orqanizmlərin daxil edilməsi, həyat mühitinə pis 

təsir göstərir və ya maddi sərvətlərə zərər yetirir. 

ATMOSFERİN ÖZÜ-ÖZÜNÜ TƏMİZLƏMƏSİ  atmosferin 

çirkləndiricidən təbii proseslər yolu ilə çökməsi və atmosfer yağıntıları 

ilə yuyulması. 

ATMOSFERİN RADİOAKTİVLİYİ  – atmosferdə  təbii və süni 

mənşəli radioaktiv qarışıqların miqdarı. Təbii mənbəli radioaktivliyə yer 

qabığında yerləşən radioaktiv nuklid, uran, torium və aktiniumu 

göstərmək olar, onlar parçalanma prosesində atmosferə daxil olur. Təbii 

radioaktivliyin mənbəyinə  həmçinin kosmik şüalar aiddir. Radioaktiv 

izotopların antropogen mənbələri – nüvə partlayışı, atom energetikası və 

sənaye sayılır. Atmosferdə radioaktiv maddələr əsasən aerozollarda (tüs-

tü, dumanın hissəciklərində) toplanır. A.r. üzrə müşahidələr bir çox 

ölkələrdə aparılır. 


Download 3.98 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling