Ekoloji LÜĞƏt a
Download 3.98 Mb. Pdf ko'rish
|
RELİKT FAUNA – əlverişli yaşama şəraitində (refiqiumlarda) qalan keçmiş fauna. RELİKT FLORA – əlverişli şəraitlərdə fraqmentlər şəklində qalan qədim flora növlərinin məcmusu. RELİKT GÖL – keçmiş dənizlərin qalığı – (məs., Xəzər gölü). RELİKT TORPAQLAR – mənşəcə müasir fiziki-coğrafi şəraitdə deyil, qədim torpaqəmələgəlmə prosesində törəmiş və dövrümüzədək qalan torpaqlar. Dəmirli-manqanlı konqresiyaların olması, fitosenozların müasir məhsuldarlığının humus ehtiyatı ilə uyğunsuzluğu, müasir torpaq prosesləri ilə humusun fraksion tərkibinin uyğun gəlməməsi və s. relikt əlamətlərdir. Azərbaycan Respublikasında R.t-a Kür-Araz və Lənkəran ovalıqlarında təsadüf edilir.
müasir biosenozun tərkibinə daxil olan bitki və heyvan növləri, kiçik və geniş ərazini tuta bilər. Üçüncü dövr, pleystosen, postpleytosen reliktləri ayırırlar. Azərbaycan Respublikasında (əsasən Talış zonasında), yalanqoz, şabalıdyarpaq palıd, dəmirağac, ipək akasiyası, azat ağacı, bigəvər kolu, şümşəd kolu üçüncü dövr R.-idir. RELYEF (fr. relief – qabarıqlıq) – Yer səthinin bütün alçaq hündür formalarının məcmusu. R. formaları müsbət, yəni qabarıq, nisbətən hündür (məs. ayrı-ayrı təpələr, tirələr, dağlar) və mənfi, yəni batıq, nisbətən alçaq (məs. qapalı çökəklik, uzunsov çay dərələri və s.) ola bilər. Formalarının iriliyindən asılı olaraq yer qabığının R.-ini dörd qrupa bölürlər: meqarelyef, makrorelyef, mezorelyef və mikrorelyef. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 376
Yer qabığının ən böyük qabarıq və batıq formaları, yəni materik massivləri və okean çökəklikləri meqaformaları: sıra dağlar, dağlararası çökəkliklər və okeanların dərin çuxurları makroformaları; alçaq- hündürlüyü bir neçə metrdən artıq olmayan formalar isə mikroformaları əmələ gətirir. R. müxtəlif endogen və ekzogen qüvvələrinin yer qabığına birlikdə təsiri nəticəsində əmələ gəlir. Endogen qüvvələr yer səthində böyük müsbət və mənfi formalar yaradır. Ekzogen qüvvələr (yəni axar sular, külək, hərəkət edən buzlar və s.) süxurları dağıdaraq, onları alçaq yerlərə yayır, yer səthini bir səviyyəyə salmağa çalışır. Antropogen və biogen R. formaları da ayırırlar.
əmələ gələn müxtəlif relyef formaları. Bu formalar eol sütunlardan, barxanlardan, dyunlardan, qum təpələrindən, qum tirələrindən və s.-dən ibarətdir. R.e.f. əsasən arid iqlim şəraitində, yəni səhralarda əmələ gəlir. RELYEFİN YARUSLUĞU – Yüksəkliyə qalxdıqca relyef tipinin ardıcıl dəyişməsi. İqlim zonallığı (şaquli R.y.) və ya dağın inkişaf tarixilə əlaqədardır.
verən (bəzi qızılgül sortları, sitruslar və s.) bitkilər. REOBENTOS (yun. rheos - axın) – çay bentosu. REOFİLLƏR, POTAMOFİLLƏR, POTAMOBİONTLAR – güclü axan çayları üstün tutan orqanizmlər. REOFİTLƏR – güclü axan çayların və dənizlərin dalğadöyən zolağını üstün tutan bitkilər (məs., litoderma, su mamırı). Adətən lentvarı formada və ya kolcuqların dibinə möhkəm yapışmış halda olur.
qorxulu kimyəvi preparatlar. R.-dan meşə və meyvə bağlarını gəmiricilərdən, dovşanlardan və s.-dən qorumaq üçün istifadə olunur.
Orqanizmin özü kimi orqanizmlər yaratması; heyvanlarda doğum, bitkilərdə isə spor və toxum məhsuldarlığı ayırırlar. Reproduksiyanın sürəti növün biotik potensialından asılıdır. O, vahid zamanda ( Δt) yeni əmələ gələn (meydana gələn) fərdlərin sayı ilə ( ΔN) ölçülür.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 377
RESURS ÜSTÜNDƏ RƏQABƏT – iki populyasiya arasında rəqabət, bu zaman onların biri qida resursunun çatışmazlığı şəraitində qida uğrunda digərinə əlverişsiz təsir göstərir.
resursları və onları təşkil edən təbii resurların ayrı-ayrı növlərini öyrənən kompleks elmi fənn.
və ya antropogen faktorların təsiri ilə biosenozun tədrici parçalanması (dağılması) ilə əlaqədar dəyişməsi prosesi.
bir təsərrüfat sahəsinin tullantılarının digər sahələrdə əsas məhsul kimi işlədilməsi; 2) istifadə olunmuş məhsulu yenidən işləmək yolu ilə həmin məhsul növünü və ya ona yaxın məhsulu əldə etmək (məs., metal qırıntılarından yenidən metal almaq).
yasaqlıq və qoruqlar) ümumi adı. REZİSTENTLİK, MÜQAVİMƏTLİK (lat. resistentia) – müqavimət göstərmək – orqanizmin (populyasiya, biosenoz) müxtəlif faktorların (məs., zəhər, çirkləndirici, parazit, xəstəlik) təsirinə qarşı davamlığı. RƏQABƏT (biologiyada) – yarış, eyni və ya müxtəlif növdən olan orqanizmlər arasında qarşılıqlı münasibət; bu zaman onlar eyni yaşayış vasitəsi və çoxalma şəraiti üçün yarışırlar. R. qrupdaxili və qruparası olur. Qrupdaxili R. populyasiya fərdlərinin arasında özünün və nəslinin həyatını qorumaq uğrunda gedir. Qruparası R. populyasiyalar arasında gedir və bir populyasiyanın digərini sıxışdırıb çıxarmasilə nəticələnir. Növarası R. ən yaxın növlər arasında daha kəskin müşahidə olunur: bir növ üçün şəraitin əlverişli tərəfə dəyişməsi zamanı R. onun başqa növü sıxışdırıb aradan çıxarmasına səbəb olur.
birilə və ya yad növlərlə (fərdlərlə) rəqib münasibətdə yaşayan növlər, bitki, heyvan, və mikroorqanizmlərin ayrı-ayrı fərdləri.
(və ya digər obyektlərin) havadan təbii rənglərə şəklinin çəkilməsi: spektrin göy, yaşıl və qırmızı hissəsində çox qatlı plenka üzərinə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 378
elektromaqnit dalğalarının qeyd edilməsi. Daha çox informasiya almaq üçündür və deşifrlənməni asanlaşdırır.
zonasında məskunlaşan orqanizmlər (qamış, bentos yosunları, bir çox malyusklar, xərçəngkimilər, bir çox həşəratların sürfələri və s.).
patomologiyanın bölməsi: xırda çayların mülayim sürətlə axan dağ çaylarının həyatını tədqiq etməklə məşğuldur.
(yosunların kökşəkilli törəmələri) yaşayan su orqanizmləri qrupu. RİZOBİONT – bitki və göbələklərin kökətrafı hissəsində yaşayan orqanizmlər. RİZOİDLƏR – kök sistemi inkişaf etməmiş bitkilərdə sap və ya lif şəklində kökformalı əmələgəlmələr (törəmələr). RİZOSFER – bilavasitə bitki köklərinə yapışmış və yüksək miqdarda mikroorqanizmlərə malik olan qatı (2-3 mm). Rizosferin mikroflorasının tərkibi torpaq tipindən, bitkinin növü və yaşından asılıdır. Rizosferin mikroorqanizmlərinin təsiri çoxtərəflidir: onlar torpaqda bitki tərəfindən çətin mənimsənilən birləşmələri asan mənimsənilən hala çevirir, bioloji aktiv maddələri sintez edir, bitkilərlə simbioza girir, toksinlər ayırır, denitrifikasiyada iştirak edir və s.
siçovul) məhv etmək üçün işlədilən pestisidlər (xloropikrin, sink-fosfat, strixin, kükürd anhidridi və s.).
çəpərlərin, yolların kənarlarında bitən bitkilər. Ruderal bitkilərə dəlibəng, batbat, gicitkən, ağ pıtraq, pıtraq və s. daxildir. Ruderal bitkilərin insandan və heyvandan qorunması üçün uyğunlaşmalara (zəhərli maddələr, tikanlar, dalayıcı tüklər və s.) malikdir, segetal bitkilərlə birlikdə alaq bitkiləri qrupunu təşkil edir. Bir sıra ruderal cücülər də məlumdur.
prosesində əhəmiyyətini itirmiş, məhv olma dərəcəsindəki orqanlar. RÜTUBƏT – fiziki cisimlərdə suyun miqdarı. R. atmosferdəki nisbi R.-dən, maddələrin təbiətindən və məsaməlilik dərəcəsindən, bərk Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 379
cisimlərin daxili və xarici ölçülərindən asılıdır. R. adətən faizlə ifadə olunur. R. maddənin quru hissəsinin vahid həcminə düşən suyun miqdarı (mütləq R.) ilə də xarakterizə edilir. RÜTUBƏT DÖVRANI – atmosferlə Yer səthi arasında daim baş verən rütubət mübadiləsi. Buxarlanma, su buxarının atmosferdə bir yerdən digər yerə aparılması, onun atmosferdə kondensasiyası, yağıntıların düşməsi və axım proseslərindən ibarətdir. RÜTUBƏTLİK AMİLİ – orqanizm və ya orqanizm sisteminə (ekosistemə) təsir göstərən mühit əmələgətirən su komponenti. RÜTUBƏTLİK ƏMSALI – Atmosfer yağıntılarının cəminin buxarlanmanın miqdarı, yəni müəyyən bir ekosistemdə torpağın səhindən buxarlanmanın potensial miqdarına nisbəti (buxarlandırıcı adlı xüsusi cihazın köməyi ilə ölçülür). R.ə. illik yağıntının cəmini illik buxarlanmaya bölməklə hesablanır. Optimal əmsal vahidə yaxındır. A. Kovdanın R.ə.-na görə aşağıdakı fasiyalar ayırmaq olar:
Superhumid – 1,5-3
Semiarid – 0,7-0,5 Humid – 1,2-1,5 Arid – 0,5-0,3 Normal – 1,0
Ekstraarid – 0,2
RÜTUBƏTLİK ŞKALASI – L.Q.Ramenski (1938) tərəfindən hazırlanan bitkinin su ilə təmin olunmasını qiymətləndirən ekoloji şkala: 1-səhra: 2-səhra-bozqır: 3-quru bozqır rütubətliyi: 4-orta bozqır rütubətliyi: 5-rütubətli bozqır: 6-quru və azrütubətli çəmən, meşə: 7- nəmli çəmən: 8-bataqlıq-çəmən: 9-bataqlıq: 10-sulu sahil rütubətliyi.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 380
S SABİTLƏŞMİŞ (STABİLLƏŞMİŞ) EKOSİSTEM – kulminasiya inkişaf səviyyəsinə (suksessiyalar) çatmış ekosistem: bu zaman mövcud enerji axını vahidinə maksimum biokütlə düşür və orqanizmlər arasında maksimum miqdarda simbiotik əlaqələr yaranır. SADƏ MEŞƏLİK – ağacları bir yarusda (mərtəbədə) yerləşən meşəlik. SAF SU HÖVZƏSİ – duzluluğu 0,5%-dən aşağı olan su hövzəsi. SAF SULAR – tərkibində həll olan mineral maddələr az olan (0,5- 1q/l) sular. SAHƏNİN MƏHSULDARLIĞI (məhsulu) – bu və ya digər sahədən vahid zamanda əhali üçün əldə edilə bilən faydalı məhsulun miqdarı. Ümumi və istismar S.m. ayrılır.
məlum uzun zaman ərzində təsərrüfat sahəsinin müəyyən miqdarda əhalini və ya heyvanları (ev və ya vəhşi) normal yaşayış şəraiti ilə təmin etmək qabiliyyəti. Bəzən S.t. mövsüm üçün (müəyyən vaxt üçün) götürülür (mövsümi S.t.).
suaxar (çay, müvəqqəti məcra axını) arasında qarşılıqlı əlaqə zolağı. SAKİTLİK ZONASI – müəyyən təsərrüfat fəaliyyəti və rekreasiya rejimi təyin olunan ovçuluq, balıqçılıq, yaşıl zona, meşə-park sahələri. Bu, əsasən, kütləvi surətdə vəhşi heyvanlar artan yerlərdə ayrılır. S.z.-da adətən yad adamların olması, orada yaşayan heyvanların yaşayışının pozulmasına yönəldilən fəaliyyət növləri qadağan edilməlidir.
bölməsi; suyun keyfiyyətinin formalaşmasına məsul bioloji prosesləri, həmçinin içməli su hövzələrindən istifadə etdikdə insanın sağlamlığının qorunması üçün prosesləri mümkün idarə etmək yollarını tədiq edir. S.h.-na nail olmaq məqsədilə içməli və çirkab sularının təmizlənməsi metodlarından istifadə olunur. Su hövzələrinin sanitar vəziyyətinə qiymət vermək üçün müxtəlif kəmiyyət və keyfiyyət metodları tətbiq olunur, onlardan bioindiqasiya metodu daha geniş yayılmışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 381
SANİTAR KARANTİN MƏNTƏQƏSİ (lat. sanitas – sağlamlıq) – sərhəd keçidlərindən ərazinin sanitariya mühafizəsini təmin edən xüsusi idarə.
müəssisələri ilə yaşayış məntəqələri arasında əhalinin sağlamlığını qorumaq məqsədilə xüsusi ayrılmış ərazi və bitki örtüyü zonası.
təmizləmək, onların geyimlərini zərərsizləşdirmək üçün xüsusi avadanlıq otağı.
epidemiyalara qarşı mübarizə tədbirləri hazırlayır, sanitariya-gigiyena işləri aparır. Bu işlə sanitariya epidemioloji xidmət məşğul olur.
maddələrlə bu və ya digər dərəcədə çirklənmiş sularda yaşayan bitki və heyvanlar. Çox çirkli sularda yaşayanlar polisaproblar, orta çirkli sularda yaşayanlar mezosaroblar, az çirkli sularda yaşayanlar oliqosaproblar adlanır. S-ın tərkibi, miqdarı və bunların spesifik qruplaşmasının strukturu su hövzələrinin üzvi xammal istehsal edən müəssisələrin tullantıları ilə zibillənmə dərəcəsini bilmək üçün meyardır. SAPROBLUQ İNDEKSİ – hidrobiont qruplaşmalarının üzvi çirklənmə dərəcəsinə davam gətirməsinin miqdar ifadəsi. SAPROFAQLAR – leşlə qidalanan heyvanlar: kaftarlar, kərkəslər, qarğalar, leşyeyənlər, gönyeyənlər, xərçəngkimilər və s. Bir çox yırtıcılar və cücüyeyənlər də qismən S-dır. Çürümüş qalıqları məhv etdiyi üçün S. təbii sanitar hesab olunurlar. SAPROFİTLƏR – Canlıların xaric etdiyi maddələr və ya ölmüş orqanizmlərin üzvi maddələri ilə qidalanan bitki və mikroorqanizmlər. Qidalanma tipinə görə S. heterotrofdurlar. Avtotrof orqanizmlərlə bir- likdə təbiətdə maddələr mübadiləsində böyük rol oynayırlar. S.-ə, əsasən, bakteriyalar, aktinomietlər və göbələklər arasında təsadüf olunur. Bəzi S. canlı orqanizmlər üzərində saprofit həyat tərzindən parazit həyat tərzinə keçir.
hövzələrinin lilli çöküntüləri: tərkibində kalloid halında çoxlu miqdarda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 382
üzvi maddə (liqnin-humus kompleksi, karbohidratlar, bitumlar və s.) olur. Müalicə məqsədi ilə (fiziki üsullarla müalicə) istifadə edilir. Kənd təssərrüfatında gübrə kimi, kompost hazırlanmasında tətbiq olunur. Qumsuz və azgilli, kalsium, dəmir, fosfor duzları ilə zəngin S. kənd təsərrüfatında heyvanların yeminə qatılır. SAPROTROFİYA – Ölü kütlənin üzvi maddələri ilə orqanizmlərin (saprotrofların) qidalanması. SAPROTROFLAR – Bitkilərin (ağacların qabığı, ölü oduncaq, töküntü, meşə döşənəyi) və heyvanların (leş, ekskrement) ölü kütləsi ilə qidalanan heyvan (saprofaqlar) və bitki (saprofitlər) saprotrof orqanizmləri. SARI TORPAQLAR – isti iqlim şəraitində rütubətli subtropik meşələr altında əmələ gələn torpaqlar. Turş reaksiyalıdır. Podzollaşma əlaməti, həm də qida madələrinin az olması ilə fərqlənir. Sarı rəng ana süxurda dəmirin miqdarının azlığı, yaxud torpaqda dəmir oksidinin hidratasiyaya uğraması nəticəsində yaranır. Azərbaycanda əsasən Lənkəran ovalığında yayılmışdır. Sitrus, çay, çəltik, tütün, efiryağlı bitkilər və s. becərilir.
qidalanan orqanizmlər. SATURNİZM (lat. saturnus - qurğuşun) – texnoloji prosesdə qurğuşundan istifadə olunan istehsalatda işləyən adamların zəhərlənməsi.
subtropik enliklərdə tərkibində tək-tək ağaclar, ağac qrupları, kolluqlar olan ot örtüyündən ibarət bitkilik tipi. Ot örtüyündə boyu bəzən 3-5 m-ə çatan taxıl otları üstünlük təşkil edir. Ağacları, əsasən, alçaq boyludur. Akasiya növləri, baobab üstünlük təşkil edir. S.-lar Afrika, Cənubi Amerika, Cənubi-Şərqi Asiya və Avstraliyada geniş yayılmışdır. SAY, MİQDAR – Vahid sahədə və ya həcmdə populyasiyada fərdlərin sayı. Bir çox amillərdən (növün biotik potensialı, xarici mühit, biosenotik mühit, fərdlərin biotik əlaqəsi və orqanizmlərin hərəkət tərzi- davranışı) asılıdır. Bitkilərin sayı təcrübə sahəsində fərdləri bilavasitə saymaqla təyin edilir. Heyvanların sayı birbaşa saymaqla (o cümlədən vertolyotdan), onları tutmaqla (tələ, tor və s.). yuvaları saymaqla, torpaq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 383
nümunələri götürməklə və s. öyrənilir. SAY ARTIMI ƏMSALI – vahid zamanda populyasiyanın doğum (v) və ölüm (d) fərqi: d = v – d. S.a.ə. populyasiyanın artımını müəyyən edir: əgər v > d populyasiya artır; v < d populyasiyanın sayı azalır: v = d populyasiyanın sayı sabitləşir. SAY DİNAMİKASI – Populyasiyanın və biosenozun sıxlığının qanunauyğun dəyişilməsi. SAY (MİQDAR) PİKİ – populyasiyada növün maksimum miqdarı (adətən kütləvi çoxalma zamanı). S.p. mövsümi, çoxillik və əsrlik ola bilər.
külək. 2. Tutqun hava, xırda yağış. SEDİMENTASİYA (lat. sedimentum - çökmə) – 1) suda asılı maddələrin (o cümlədən qida maddələri) çökməsi; 2) bəzi su heyvanlarının xüsusi qida əldə etmə üsulu (ibtidailər, malyusklar, həşəratların sürfələri və s.). SEÇMƏ OVU (OVLANMA) – müəyyən tələbləri təmin etmək üçün heyvanların tutulması (ovlanması) və ya vurulması. SEQETAL BİTKİLƏR – Tarla, bostan və bağlarda rast gəlinən alaq bitkiləri. SEL (ərəb. Cayl – güclü axın) – Dağ çaylarının qısa müddətli (bəzən bir neçə saat ərzində) dağıdıcı qüvvəyə malik palçıqlı-daşlı daşqını (axını). İntensiv leysan yağışları, buzlaqların və mövsümi qar örtüyünün sürətlə əriməsi qırıntı materiallarını yamaclardan çayın yatağına (məcrasına) doldurur. Bəzən qırıntı materialları axın kütləsinin ümumi həcminin 75%-ni təşkil edir. S.-in sürəti 15 m/san-yə qədərdir. S. bir dəfədə bəzən bir neçə mln. m 3 qırıntı materialı (bunların içərisində bəzi daşların ağırlığı 100 t olur) gətirir. Böyük kütləsi və sürəti olan çox böyük dağıdıcı qüvvəyə malikdir. Azərbaycan Respublikası ən fəal S. axınları sahəsidir. S.-lər çayların yatağını və sahillərini yuyur, qarşısındakı maneələri, yaşayış məntəqələrini, körpüləri və s. dağıdır. İnsan tələfatına səbəb olur. Belə fəlakətli S. hadisələri Azərbaycanın Şin (1510), Kiş (1901, 1982), Kürmük (1921) və s. çaylarında baş vermişdir. Böyük Qafqazın Tikanlıçayı, Dəmiraparançay, Kiçik Qafqazın və Qarabağ yaylasının ətəklərində yerləşən bir sıra kəndlər və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 384
qəsəbələr S.-dən böyük zərər görmüşdür. S.-lərə qarşı əsas mübarizə tədbirləri hidrotexniki qurğuların (selötürən, selsaxlayan və s.) tikilməsi, fitomeliorativ, xüsusilə meşəmeliorativ işlərin yerinə yetirilməsi və s.- dən ibarətdir.
yaradılması. Heyvan cinslərinin yetişdirilməsi üsulları haqqında elm. 2) Kənd təsərrüfatı bitkilərinin və hibridlərinin, heyvan cinslərinin yetişdirilməsi ilə məşğul olan kənd təsərrüfatı istehsalı sahəsi. S. bitki və heyvanların irsi keyfiyyətlərini insana lazım olan istiqamətdə dəyişdirmək məqsədi ilə onlara təsir üsullarını işləyib hazırlayır, əhalinin ərzaqla təmin olunmasında böyük rol oynayır. S.-nın nəzəri əsasını genetika təşkil edir. Ç.Darvinin təkamül nəzəriyyəsi, Q. Mende- lin qanunları, saf xətlər və mutasiyalar təlimi və s. seleksiyaçılara bitki və heyvan orqanizmlərində irsiyyətin şüurlu idarəetmə üsullarını işləyib hazrlamağa imkan verir. S. təcrübəsində hibridoloji analizin böyük əhəmiyyəti var. Bitkiçilikdə S. bir neçə istiqamətdə – məhsuldarlığa, keyfiyyətə, soyuğa, xəstəliyə və zərərvericilərə, quraqlığa davamlığına və s. görə, heyvandarlıqda isə məhsuldarlıq və keyfiyyət, balavermə qabiliyyəti, dərinin rəngi, yerli şəraitə uyğunlaşma və s. görə aparılır. S.- nın təsbit edilən əsas üsulları seçmə, hibridləşdirmə, poliplodiya və mutagenezdir. Azərbaycanın seleksiyaçı alimləri buğda (Arandəni, Şərq, Arzu, Gürgənə-1, Cəfəri və s.) pambıq 2833, 3038, 3312, Ağdam-3 və s.), tut (Zakirtut, Xanlartut), qarğıdalı (Azərbaycan-3), xaşa (A3NİXİ- 75), yonca (ASXİ-1, AzNİXİ-262) və s. bitki sortları, Azərbaycan dağ merinosu, Qafqaz camışı cinslərini yaratmışdır.
Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling