Ekoloji LÜĞƏt a


Download 3.98 Mb.

bet57/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
1   ...   52   53   54   55   56   57   58   59   60

UÇUB GETMƏ (GƏLMƏ)  – uçan orqanizmlərin (quşlar, yarasa, 

bəzi cücülər) – öz yuvalarından iqlim şəraiti daha əlverişli vilayətlərə 

(payızda) qışlamaq üçün kütləvi surətdə uçub getməsi və uçub qayıtması 

(yazda). Quşların U.g. nəsli proqrama əsaslanır. 



UDMA  ƏMSALI  – udulmuş maddələrin miqdarının orqanizmə 

daxil olan maddələrin miqdarına nisbəti. 



ULTRABƏNÖVŞƏYİ RADİASİYA  (lat. ultra – fövq, daha çox. 

ifrat)  – dalğasının uzunluğu 10-400 nm diapozonlu elektromaqnit 

şüalarından ibarətdir. Orqanizmlərin həyatı üçün böyük əhəmiyyətə 

malikdir (bakteriyalara məhvedici təsir göstərir, bitkilərdə isə 

fermentlərin fəallığını  dəyişdirir). Heyvan və insana adətən  əlverişli 

təsir göstərir. 

ULTRAELEMENTLƏR  – canlı orqanizmlərdə olduqca az 

miqdarda (canlı maddə kütləsnin 10

–5

-dən 10


12

%-ə qədər) olan kimyəvi 

maddələr (məs., gümüş, qızıl, qurğuşun, civə, radium). 

ULTRAHİQROFİTLƏR – çox nəmli yerlər üçün səciyyəvi hiqrofit 

bitki qrupu. Nəmli (çox rütubətli)  ətraf mühitin bioindikatoru kimi 

istifadə olunur (air-bataqlıq zanbağı, üçyarpaq su yoncası, su süsəni; 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

475 


 

bataqlıq ağcaqanadı, bataqlıq mərcanı, çimli cil, adi qamış və s.). 



URAN,  (latınca Uraniu - U). – kimyəvi element, ağır gümüşü-ağ 

parlaq metal; pluton əldə etmək üçün nüvə yanacağı kimi istifadə 

olunur. 

URBANİSTİKA (lat. urbanus – şəhərlə bağlı olan, urbs - şəhər) – 

urbanizasiya məsələləri ilə bağlı bütün hadisələri hərtərəfli tədqiq edən 

kompleks fənn. 

URBANİZASİYA  (lat. urbanus - şəhər)  –  əhalinin  şəhərə axını; 

cəmiyyətin inkişafında  şəhərlərin rolunun artmasını göstərən tarixi 

proses;  Əhalinin sosial-peşə, demoqrafik strukturunu, həyat tərzini, 

mədəniyyətini, məhsuldar qüvvələrin yerləşdirilməsini, 

məskunlaşmasını  və s. əhatə edir. U. müxtəlif sosial-iqtisadi 

formasiyaların və dövlətlərin inkişafına böyük təsir göstərir: 

sivilizasiyanın  əsas nəaliyyətləri məhz  şəhərlərlə bağlıdır. Dünya 

şəhərlərində yaşayan  əhalinin sayı 19-cu əsrin  əvvəlinə 29 mln., 1900 

ildə 224 mln., 1950 ildə 706 mln, 1980 ildə 1809 mln nəfər olmuşdur. 

1922-84 illərdə Azərbaycanda  şəhər  əhalisi 7,4 dəfə artmış,  əhalinin 

ümumi sayında payı 54%-ə çatmışdır. 

URBOEKOLOGİYA  –  şəhərin ekoloji problemləri ilə  əlaqəli 

şəkildə insan ekologiyasının vəziyyəti və perspektivliyinin tətbiqi ilə 

məşğul olan yeni elm  sahəsi. 

UTİLİZASİYA  (lat. utilis – faydalı)  – istehsal tullantılarından 

xammal, yarımfabrikat, yanacaq və s. kimi faydalı istifadə. U.-nın x.t.-

nda böyük əhəmiyyəti var. Bir sıra sahələrdə U. məqsədi ilə xüsusi U. 

sexləri və  hətta U. zavodları yaradılır. U. tullantılarının toplanması ilə 

xüsusi müəssisələr məşğul olur. 

UYĞUNLAŞMA – ətraf mühitin dəyişməsinə müvafiq olaraq 

orqanizmin (fərd, populyasiya, növ, biosenoz) reaksiyasının və 

əlamətlərinin yeniləşməsi. 

UYĞUNLAŞMA MEXANİZMİ  – orqanizm, populyasiya və ya 

qruplaşmanın dəyişən mühitə uyğunlaşma mexanizmi (davranışının 

dəyişməsi, morfoloji dəyişmə və s.). 

 

 



 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

476 


 

Ü 

 

ÜFÜQİ  MİQRASİYA  – Müntəzəm olaraq, (əsasən mövsümi) 

zoohidrobiontların əlverişli, həyat üçün vacib olan şərait axtarmaq üçün 

təkrar olunan kütləvi yerdəyişməsi; mülayim və yüksək en dairələrində 

isti mövsümün əvvəlində (yazda) bir çox zoohidrobiontlar sahilə doğru, 

kəskin temperatur düşdükdə (xüsusilə su hövzəsi donarkən) isə sahildən 

su hövzəsinin daha dərin sahələrinə doğru miqrasiya edir. 



ÜFÜQİ (HORİZONTAL) ZONALLIQ – Yerin landşaft və iqlim 

şəraitinə uyğun olaraq bitki örtüyü və heyvanat aləminin eninə 

yayılması. 

ÜMUMDÜNYA FAUNANI MÜHAFİZƏ STRATEGİYASI 

(ÜFMS)  – təbiəti və  təbii resursların mühafizəsi beynəlxalq ittifaqının 

XVI baş assambleyası tərəfindən Yerin heyvanat aləminin qorunması və 

səmərəli istifadəsi strategiyası  qəbul olunmuşdur (Aşqabad, 1978). 

Strategiyanın məqsədi canlı təbiət resurslarının tam qorunmasının təmin 

olunmasına nail olmaqdır, bəşəriyyətin gələcəyi məhz bununla 

əlaqədardır. 



ÜMUMDÜNYA  ƏTRAF MÜHİT GÜNÜ – 5 iyun – Stokholmda 

(İsveç) BMT-nin 5-16 iyun 1972-ci ildə keçirilmiş konfransında 

Yaponiya və Seneqal nümayəndələrinin təklifi ilə təsis edilmişir. Ətraf 

mühitin mühafizəsi probleminə ictimaiyyətin diqqətini cəlb etmək 

məqsədilə bütün dünyada hər il qeyd edilir. 

ÜMUMDÜNYA METEOROLOJİ TƏŞKİLAT (ÜMT) – 1947-ci 

ildən BMT-nin fəaliyyət göstərən  xüsusi dövlətlərarası idarəsi. ÜMT-in 

vəzifəsi meteoroloji müşahidələrin və  tədqiqatların aparılmasına, 

həmçinin milli meteoroloji və hidroloji xidmətin koordinasiyasına 

qarşılıqlı  əlaqə yaratmaqdır. Qərərgah binası Cenevrədə  (İsveçrə) 

yerləşir. 



ÜMUMDÜNYA SAĞLAMLIQ TƏŞKİLATI (ÜST) – əsası 1945-

ci ildə qoyulan BMT-in dövlətlərarası xüsusi idarəsi. Məqsədi – daha 

təhlükəli olan xəstəliklərlə mübarizə aparmaq, beynəlxalq sanitar 

qaydalar hazırlamaq, statistik uçotlar yerinə yetirmək və s. Qərargah 

mənzili Cenevrədə (İsveçrə) yerləşir. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

477 


 

ÜMUMDÜNYA TƏBİƏT XARTİYASI  – 1982-ci ildə BMT-nin 

baş Assambleyasında qəbul etdiyi beynəlxalq təbiəti mühafizə  sənədi. 

Bu sənəd bütün dövlətlər qarşısında planetimizi və onun zənginliklərini 

qoruyub saxlamaq məsuliyyəti tapşırır. 



ÜMUMDÜNYA TƏBİƏTİ MÜHAFİZƏ STRATEGİYASI 

(ÜTMS)  – Beynəlxalq təbiəti və  təbii resursları mühafizə (MSOP) 

ittifaqı BMT-nin ətraf mühit üzrə (YUNEP), ümumittifaq yabanı təbiət 

fondu (ÜYTF), BMT-nın  ərzaq kənd təsərrüfatı  təşkilatı (FAO), 

YUNESKO və başqa beynəlxalq qeyri dövlət təşkilatlarının məsləhəti, 

əlaqəsi və maliyyə köməyilə 5 mart 1980-ci ildə dünyanın bir çox 

ölkələri tərəfindən ÜTMS elan olundu. 



ÜMUMDÜNYA YABANI     TƏBİƏT FONDU (ÜYTF) – 

tükənməkdə olan və  nadir heyvan, bitki növlərinin qorunması  və 

öyrənilməsi üzrə beynəlxalq ictimai, qeyri-dövlət təşkilatı. Əsası 1961-

ci ildə qoyulmuşdur. 27 ölkədə şöbələri var. MSOP, YUNESKO, FAO 

və digərlərilə sıx əlaqədə işləyir. İllik (jurnal) və qəzet buraxır. Təbiəti 

mühafizə üzrə (1988 ilə  qədər) 3000-dən artıq (60 mln dollar 

məbləğində) layihə hazırlanmışdır. “Qızıl medalla ”təltif olunmuşdur. 

ÜMUMİ ÖLÜM ƏMSALI  – sənaye (antropogen) və  təbii ölüm 

əmsallarının cəmi (faizlə) aşağıdakı düsturla ifadə olunur: 

K

td

 =K



ad

 + K


nd

 

⋅ 100 



burada: K

ad

 – antropogen ölüm əmsalı 



K

nd

 – təbii ölüm əmsalı. 



ÜZVİ ALƏM, CANLI TƏBİƏT  – yerin biosferində  məskunlaşan 

canlı varlıqdır. Mikroorqanizmlər, bitkilər, heyvanlar və insanlar Ü.a.-i 

əmələ gətirir. Ü.a.-in ayrı-ayrı komponentləri həyat fəaliyyəti prosesində 

öz aralarında və qeyri-üzvi təbiət cisimləri ilə  sıx qarşılıqlı  təsirdə 

olurlar. 

ÜZVİ  TƏKAMÜL  – həyat yaranan vaxtdan başlayaraq bu günə 

qədər Yer tarixində olan bütün hadisələr (təxm. 4 mlrd il əvvəl). 



ÜZVİ GÜBRƏLƏR – tərkibində üzvi birləşmələr formasında qidalı 

maddələr olan bitki və heyvan mənşəli gübrələr. Ü.g-in müntəzəm 

verilməsi torpağın fiziki-kimyəvi və kimyəvi xassələrini, onun su və 

hava rejimini yaxşılaşdırır, faydalı mikroorqanizmlərin (azotfiksə edən 

bakteriyalar, ammonifikatorlar və s.) həyat fəaliyyətini aktivləşdirir. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

478 


 

Ü.g.-in tətbiqi kənd təsərrüfatı bitkilərindən yüksək məhsul almağa 

imkan verir. Ü.g-rə yerli gübrələrin çoxu (peyin, torf, kompast, quş 

peyini və s.) yaşıl gübrələr, şəhər kommunal təsərrüfatı, yeyinti və dəri 

sənayesi tullantıları və s. daxildir. 

ÜZVİ MADDƏ – biokütləni təşkil edən üzvü maddələrin cəmi, yəni 

orqanizmlərin canlı maddəsinin cəmi, orqanizmlərin ölü maddələri 

(töküntü, torf və s.), humus və ya çürüntü və ölü kütlənin parçalanması 

nəticəsində əmələ gələn çoxlu miqdarda məhsul (protein, karbohidratlar, 

liqlin, yağlar, qətran, mum, üzvi turşular, aşılayıcı maddələr). 

ÜZVİ MADDƏLƏRİN MİNERALLAŞMASI  – bakterioloji 

proses; üzvi maddələrin tam parçalanıb qeyri-üzvi maddələrin  əmələ 

gəlməsi. 

ÜZVİ–MİNERAL gübrələr, humin gübrələri  – tərkibində üzvi 

maddə  və ya kimyəvi, yaxud adsorbsiyalı mineral birləşmələr olan 

gübrələr. Ü.m.g.-in tərkibi və adı müxtəlif olur: Huymofos, humofoska, 

torflu ammonyaklı gübrələr, torflu-minerallı-ammonyaklı gübrələr və s. 



ÜZÜM FƏSİLƏSİ – (Vitaceae) fəsiləyə 12 cins daxildir. 

Üzüm cinsi (Vitis)  – cinsə 30-dan çox artıq növ daxildir. Bir çox 

mədəni sortları vardır. Təbii halda geniş yayılanı meşə üzümüdür. 



Meşə üzümü  (V.silvestris) Azərbaycanda Samur-Dəvəçi, Qanıx-

Əyriçay vadisində, Kür-Araz ovalığında, Lənkəran düzənliyində, Böyük 

və Kiçik Qafqazın orta dağ qurşağına kimi meşələrdə ağaclara sarmaşan 

halda rast gəlinir. 



ÜZÜM MÜALİCƏSİ, ampeloterapiya – Müxtəlif xəstəliklərin 

üzümlə müalicəsi. Ü.m. nəticəsində su-duz mübadiləsi, bağırsaqların 

motor funksiyası sürətlənir, iştaha, sidik ifrazı artır və s. Ürək-damar, 

böyrək, qaraciyər, ağciyər, xəstəliklərinin müalicəsində istifadə olunur. 

Şəkərli diabetdə, ağız boşluğunda yara olduqda (stomatit, gigivit), 

kəskin və xroniki enteritdə, enterokolitlərdə, kəsgin ağciyər vərəmində 

Ü.m.-dən istifadə etmək olmaz. 

ÜZÜMÇÜLÜK  – Üzümün becərilməsi ilə  məşğul olan kənd 

təsərrüfatı sahəsi. Ü. əhalini üzüm və kişmişlə,  şərabçılıq və konserv 

sənayesini xammalla təmin edir. Azərbaycan Respublikasında Ü. kənd 

təsərrüfatı

 

-nın əsas sahələrindən biridir. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

479 


 



 

VAHƏ  – səhra və yarımsəhraların torpaqlarında intensiv əkinçilik 

rayonları, ağac, kol və ot sahələri. V.-nin əmələ gəlməsinə səbəb sahədə 

qonşu rayonlara nisbətən rütubətlənmənin (təbii rütubətlənmə yeraltı 

suların səthə yaxın olması, bulaq sularının təbii çıxışı, çayların vaxtaşırı 

daşması, süni rütubətlənmə isə çay, göl, kanal və quyu sularından 

suvarma ilə  əlaqədardır) çox olmasıdır. V.-lərin sahəsi (Afrikada Nil 

çayı  dərəsi, Orta Asiyada Fərqanə  dərəsi, Amudəryanın aşağı axını  və 

s.) onlarca hektardan on minlərlə km

2

-ə  qədər olur. V.-lər səhralarda 



əhalinin məskunlaşdığı, kənd təsərrüfatı ilə məşğul olduğu yerlərdir. V.-

lərdə  ərzaq bitkiləri, qiymətli texniki bitkilər (xüsusən pambıq), üzüm 

və s. becərilir. Afrika və  Cənubi-Qərbi Asiyadakı V.-lərin xarakterik 

bitkisi xurma ağacıdır.      



VAHİD DÖVLƏT SU FONDU – Azərbaycan respublikasının 

bütün su obyektlərinin (çaylar, su anbarları, göllər, nohurlar, kanallar, 

daxili dənizlər və s.) məcmusu. Su obyektləri ümumxalq mülkiyyəti 

olub dövlətin tabeçiliyində olur, əhaliyə, müəssisələrə, təşkilatlara ancaq 

istifadə üçün verilir. 

VASİTƏLİ  RƏQABƏT,  İSTİSMAR RƏQABƏTİ  – müxtəlif 

növdən ibarət populyasiyaların miqdarı  məhdudlaşmış olan eyni 

resursdan istifadə etdikdə aralarında yaranan rəqabət; bu, müxtəlif növ 

populyasiyaların arasında əsas rəqabət forması sayılır. Yaşayış uğrunda 

belə mübarizədə konkurentlər (rəqiblər) «üz-üzə»” gəlmir, onlar 

arasındakı mübarizə bilavasitə hücum etməklə yox, acından ölməklə 

bilinir. 

VEGETASİYA – cücərmə, boyatma və yetişmə; bitkinin aktiv həyat 

fəaliyyəti halı (sakitlik halından fərqli olaraq). 



VEGETASİYA DÖVRÜ – il ərzində hər hansı bir iqlim şəraitində 

bitkinin boy artımı  və inkişafı (vegetasiya) mümkün olduğu dövr. 

Mülayim iqlim şəraitində bu dövr axırıncı yaz soyuqlarından ilk payız 

soyuqlarına qədər, tropik və subtropik iqlim şəraitində isə bütün il boyu 

davam edir. Azərbaycanda V.d. tərəvəz üçün 90-120, üzüm üçün 208-

239, pambıq üçün 130-140, payızlıq taxıl üçün 230-306, yarpağı tökülən 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

480 


 

ağac və kollar üçün 220-260, həmişəyaşıl bitkilər üçün 365 gün (bütün il 

boyu) hesab olunur. 

VEGETASİYA ÜSULU – bitkilərin vegetasiya evi və laboratoriya 

şəraitində becərilməsi üsulu. V.ü. ilə qida maddələrinin fizioloji rolu

onların bitki orqanizminə daxil olması, mühit reaksiyasının (pH), işığın, 

temp-run, aerasiyanın, müxtəlif suvarma normalarının, gübrələrin, 

torpaqdakı  zərərli duzların bitkiyə  təsiri, bitkilərin kimyəvi vasitələrlə 

mühafizə edilməsi və s. məsələlər dəqiq öyrənilir. Müxtəlif amillərin 

bitki üçün əhəmiyyətini müəyyən etməkdən ötrü vegetasiya qablarına 

torpaq, təmiz kvars qumu, yaxud distillə edilmiş su (su kulturasında) 

doldurulur. V.ü. ilə alınmış məlumat tarla şəraitində yoxlanılır. 

VEGETATİV ÇOXALMA – qeyri cinsi çoxalma növlərindən biri; 

ana orqanizmin müəyyən hissəsindən yeni orqanizm əmələ gəlməsi. 

Mikroorqanizmlər, ibtidai heyvanlar, təxminən bütün bitkilər V.ç. 

üsulu ilə artır. Ali bitkilər vegetativ orqanalarla (firqəndə, sürünən 

gövdənin hissələri, bığcıq və kök pöhrələri) artır. Bir çox dekorativ və 

tərəvəz bitkiləri soğanaqla, çoxillik bitkilər isə bir qayda olaraq 

kökümsovla çoxalır. Bitkiçilikdə çiliklə çoxalma geniş yayılmışdır. 

Meyvəçilikdə, meşəçilikdə firqəndə, çilikbasdırma və calaq üsulu geniş 

tətbiq edilir. 

VEGETATİV HİBRİDLƏŞDİRMƏ  – calanmış bitkidə calaqla 

calaqaltının qarşılıqlı  təsiri. Onların bir-birinə  təsiri uzunmüddətli olsa 

da V.h.-də əsas növ xüsusiyyətləri dəyişmir. Calaq və calaqaltı öz cinsi 

xüsusiyyətlərini saxlayır və cinsi çoxalmada bu xüsusiyyətlər nəslə 

keçmir. V.h. üsulunu İ.V.Miçurin işləyib hazırlamışdır. 

VEGETATİV ORQANLAR – bitki orqanizminin yaşayışını  və 

qidalanmasını  təmin edən hissələr.  İbtidai bitkilərdə vegetativ cisim 

(tallom) bir hüceyrədən ibarət olub, orqanlara ayrılmır. Alaq bitkilərində 

əsas V.o. kök, gövdə və yarpaqdır. 



VEKTOR  (yun. Vector) – digər orqanizmlərə patogen agentlər 

(viruslar, bakteriyalar, ibtidailər, qurdlar və s.) yayan orqanizmlər.  Ən 

çox həşəratlar arasında rast gəlinir. 

VENESİYA SİSTEMİ  – Beynəlxalq Limnologiya Konqresində 

(Venesiya, İtaliya, 1958) qəbul edilmiş təbii suların duzluluq dərəcəsinə 

görə təsnifat sistemi. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

481 


 

VENTİLYASİYA  (lat. ventilatio - küləkləndirmək) – 1) 

heyvanların öz yuvalarının havasını  təmizləməsi (təzələməsi); 2) 

istehsalat yaşayış və ictimai evlərin gigiyena tələblərinə uyğun hava ilə 

təmin edilməsi. Yerli V.-da çirklənmiş hava yalnız çirklənmiş yerdən 

kənar edilir. Ümumidəyişmə V.-da çirklənmə yerindən asılı olmayaraq 

bütün binanın havası ventilyasiya edilir. Kombinasiyalı V.-da yerli və 

ümumdəyişmə ventilyasiyasının elementlərindən istifadə olunur. 

VERNADSKİNİN KOSMO-BİOGEOKİMYƏVİ PRİNSİPİ  – 

V.İ.Vernadski (1926) tərəfindən ifadə olunmuş bu prinsipə əsasən canlı 

maddə daim (fasiləsiz olaraq) kosmik mühit və onun əhatəsilə kimyəvi 

mübadilədədir. Bu mübadilə  əsnasında canlı maddə Günəşin kosmik 

enerjisilə planetimizdə yaranır və saxlanılır. 

VERMİSİD  – parazit qurdların (nemaqon, nemasid, zinofos və b.) 

məhv etmək üçün təyin olunmuş kimyəvi maddələr. 



VEZİKANTLAR – övrə  xəstəliyinin yaranmasına səbəb olan 

müxtəlif canlı orqanizmlər (gicitkan, dəniz ulduzları), həmçinin kimyəvi 

maddələr (çirkləndirici). 

VƏHŞİ HEYVAN RESURSLARININ NİZAMLANMASI  – 

populyasiyanın yerinin və ya tərkibinin dəyişdirilməsi yolu ilə  vəhşi 

heyvanların sayının saxlanması və dəyişdirilməsi üzrə müxtəlif üsulların 

tətbiq edilməsi. 



VƏHŞİ HEYVAN SAXLAMA – vəhşi heyvanların (xüsusən xəzli) 

qəfəs-volyer  şəraitində artılırması  nəzəriyyəsi və praktikası. V.h.s. 

Rusiya, ABŞ, Kanada, İsveç, Danimarka, Finlandiya və digər ölkələrdə 

aparılır. Dünyada 20 növə  qədər vəhşi heyvan (su samuru, nutriya, 

tülkü, şinşilla, su qunduzu və s.) artırılır. 

VƏHŞİ HEYVANLAR – 1) digər heyvanı ovlayıb yeyən bitki və ya 

heyvan. 2) Yaxın sistematik növlərin (qrupların) nümayəndələri ilə 

qidalanan heyvanlar. 

VƏRDİŞ  – Orqanizm davranışının xüsusi forması; fəaliyyətin 

dəfələrlə  təkrarı sayəsində avtomatik icra olunur. Bəzən pis V. 

orqanizmin zəifləməsinə, bəzən məhvinə səbəb ola bilər. (məs., insanın 

siqaretə və ya alkoqola V.-i və s.). 



VİOLATOR BİTKİ ÖRTÜYÜ – daim insan fəaliyyətinin təsiri 

altında olan bitki örtüyü. 



VİOLENTLƏR  (lat. violent - qəzəbli)  – güclü qruplaşma yaratma 

qabiliyyəti olan, sürətlə inkişaf edərək  əraziləri zəbt edən, fəal həyat 

fəaliyyətilə  rəqiblərini sıxışdırıb sıradan çıxaran növlər bura, əsasən 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

482 


 

mezofil dominantlar daxildir. V. anlayışı L.Q.Ramenski (1936) 

tərəfindən irəli sürülmüşdür. Belə növləri o, həmçinin «dünya bitki 

örtüyünün pələngləri”» adlandırır. 



VİRULENTLİK – patogen mikroorqanizmlərin digər orqanizmlərə 

daxil olub onlarda xəstəlik törətməsi. 



VİRUS XƏSTƏLİKLƏRİ – virusların törətdiyi xəstəliklər.  İnsan, 

heyvan, quş, balıq, həşərat, bitki, ibtidailər və hətta bakteriyalar tutulur. 

V.x-nə çiçək, su çiçəyi, qızılca, məxmərək, ploimielit, epidemik hepatit, 

epidemik və endemik ensefalitlər, sarı qızdırma xəstəlikləri aiddir. 



VİRUSLAR  – süzülən viruslar, ultraviruslar – bitki, heyvan və 

insanlarda yoluxucu xəstəliklərin törədicisi. Yalnız canlı toxumla çoxala 

bilir. V. başqa orqanizmlərdən aşağıdakı xüsusiyyətlərilə fərqlənir: 1) V. 

mikroorqanizmlərin  ən kiçiyi olduğu üçün (m.mk.-la ölçülür) 

bakterioloji filtrdən süzülür; 2) tərkibində yalnız bir tipli nuklein 

turşusu, RNT və ya DNT olur; 3) parazit olub, canlı hüceyrədə çoxalır; 

4) hüceyrə quruluşu olmayan ən bəsit canlı mikroorqanizmlərdir. 

VİRUSŞÜNASLIQ – virusların tədqiqi ilə məşğul olan elmi fənn. 

VİTAMİNLƏR – insan, heyvan orqanizmlərinin və s. qidalanması 

üçün əsas qida maddələrinə (zülal, yağ, karbohidrat və duzlara) nisbətən 

cüzi miqdarda tələb olunan üzvi maddələr qrupu. Orqanizmin həyat 

fəaliyyəti və maddələr mübadiləsinin normal getməsi üçün B.-in 

olduqca böyük əhəmiyyəti var. İnsan və heyvanlar vitamini bilavasitə 

bitkilərdən və ya dolayı yolla heyvan məhsullarından alır. Suda həll olan 

V.: askorbin turşusu (C vitamini), tiamin (B vitamini) ribovlavin (B

2

 



vitamini), B

6

 vitamini, kobalamin (B



12

 vitamini), niabin (PP vitamini), 

folasin (foliyeva turşusu), hantoten turşusu, biotin. Yağda həll olan B: 

retinol (A vitamini), kalsiferol (D vitamini), tekoferol (E vitamini), 

filloxanonlar (K vitamini). 

VİTAMİNLİ  BİTKİLƏR  – tərkibində xeyli miqdarda vitamin və 

ya vitaminlərin fizioloji aktiv hissəsi – provitamin olan bitkilər. 

Vitaminlərlə, xüsusən «C» vitamini zəngin olan bitkilər: itburnu 

meyvəsi (4500 mq%-ə qədər), qoz (3000 mq%-ə qədər), çaytikanı (300-

500 mq%-ə) quşarmudu 220 mq%, çiyələk (120-200 mq%). Ali 

bitkilərin demək olar ki, hamısında A provitamini olan karotin vardır. 

Qırmızı  və sarı meyvələr, yerkökü karotin ilə daha zəngindir. Yeməli 

göbələklər PP vitamini, taxıl bitkiləri toxumunun rüşeymi B

1

, B


2

, eləcə 


də PP vitamininin təmiz preparatlarını istehsal etmək üçün itburnu 

meyvəsindən, konsentratlarını hazırlamaq üçün isə qozdan (kal halda), 

qırmızı istiotdan, qarağat, çay tikanı  və s. bitkilərin meyvəsindən 

istifadə olunur. Bitkilərin hamısında D provitamini olan sterinlər var. 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

483 


 

“E” vitamini konsentratı buğda dəninin rüşeymindən alınır. Kələm, 

ispanaq, adi şabalıd yarpağında, kök, qabaq, quşarmudu, pomidor 

meyvələrində çoxlu «K»” vitamini, itburnu və sitrus bitkilərinin 

meyvəsində isə «P»” vitamini olur. 

VİVARİ  – təcrübədə istifadə olunmaq üçün müxtəlif heyvanlar, 

əsasən laboratoriya heyvanları saxlanan bina. V.-dən eyni zamanda 

heyvan yetişdirmə məntəqəsi kimi də istifadə olunur. 



Do'stlaringiz bilan baham:
1   ...   52   53   54   55   56   57   58   59   60


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2017
ma'muriyatiga murojaat qiling