Ekoloji LÜĞƏt a


BİOSFER EKOSİSTEMİ, EKOSFER, YERİN


Download 3.98 Mb.
Pdf просмотр
bet8/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   60

BİOSFER EKOSİSTEMİ, EKOSFER, YERİN 

METAEKOSİSTEMİ (Dedyu, 1988) – biosfer Yerin ekosistemi kimi: 

B.e.-nin xüsusiyyətlərini planetin canlı, biokimyəvi aktiv maddələri 

(biokütlə), o cümlədən insanın daim artmaqda olan populyasiya sayı 

təyin edir. B.e.-in tərkib hissələri həmçinin aşağıdakılardar: ölü biotanın 

üzvi maddələri; biokos (orqanogen) dağ süxurları (qazıntı halında 

kömür,  əhəngdaşların bəzi növləri, tabaşir, diatomitlər, balıqqulağılar, 

riflər və b.); atmosfer (ozon qatına qədər); hidrosfer (maksimal dərinliyə 

qədər). B.e.-nin fəaliyyəti günəş enerjisinin avtotrof orqanizmlər tə-

rəfindən mənimsənilməsi sayəsində gedir. Müasir B.e. Yerdə  həyat 

yaranandan sonra (təxm. 4 mlrd. il əvvəl) başlayaraq uzun təkamülün 

nəticəsidir. B.e. termini B.A.Bıkova (1988) məxsusdur. 

BİOSFER QORUQLARI – dünyanın müxtəlif coğrafi 

vilayətlərində biosferin daha xarakterik, etalon qorunan sahələri. B.q. 

müəyyən biocoğrafi vilayətlərin təbii ekosistemlərini və onların 

genofondunun təbii halında qorunub saxlanması, onların vəziyyəti və 

müxtəlif təbii proseslərin gedişi üzərində  hərtərəfli müşahidələr 

aparmaq məqsədilə yaradılır. B.q.-ın prinsipial sxemi belədir: nüvəsi, 

yaxud mütləq qorunan ərazisi; nüvənin  ətrafında təsərrüfatda ciddi 

səmərəli istifadə olunan ərazi. Bütün dünyada müxtəlif xarakterik 

biocoğrafi provinsiyalarda 33-dən çox (1988) B.q. yaradılmışdır. Nəzəri 

cəhətdən B.q. özününizamlayan təbii sistemdir, ona görə onların sahəsi 

kifayət qədər böyük olmaqla, qonşu ekosistemlərdən ekoloji cəhətdən 

ayrılmış halda (təcrid olunmuş) olmalıdır. 



BİOSFER TƏZAHÜRÜNÜN ÖLÇÜSÜ – kəmiyyət 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

60 


 

göstəricilərinin dəyişkənliyinin yol verilən intervalı, bu zaman o özünün 

başlanğıc keyfiyyət müəyyənliyini saxlayır. 

BİOSFERƏ ANTROPOGEN TƏSİR  – texnoloji məhsullara, 

radioaktiv maddəllərlə çirklənmə nəticəsində, atmosferin, çay, dəniz və 

okeanların tərkibi və rejiminin dəyişilməsi, onların bir çoxunun, o 

cümlədən  ən məhsuldar tropik meşələrin tamamilə yox edilməsi. 

Təkamül məhsullarının – bir sıra heyvan və bitki növlərinin, onların 

birgə yaşayan mürəkkəb sisteminin, yəni biosenozların məhv edilməsi. 

Bir çox regionlarda, o cümlədən Azərbaycanda (Xəzər dənizi, Sumqayıt 

şəhəri, tuqay meşələri və s.) bu hadisələr təbii fəlakət xarakteri daşıyır. 



BİOSFERİN ANTROPOGEN REDUKSİYASI – insanın dağıdıcı 

fəaliyyəti (mühitin çirklənməsi, meşələrin məhv edilməsi, bozqırların 

şumlanması, sənaye heyvanlarının həddən artıq ovlanması, təşkil 

olunmamış turizm, urbanizasiya, qida və dərman bitkilərinin nəzarətsiz 

yığılması  və s.) nəticəsində biosferin növmüxtəlifliyinin durmadan 

(bərpa olunmadan) azalması prosesi. B.a.r.-nın qarşısının alınması üçün 

planetin heyvanat və bitki aləminin genetik fondunun qorunması üzrə 

qlobal proqram hazırlanmalı, biosfer qoruqlarının, milli parkların, 

botaniki bağların, zooloji parkların şəbəkəsi genişləndirilməlidir. 

BİOSFERİN BƏRPA OLUNMASI QANUNU – P.Dajero (1957) 

tərəfindən irəli sürülmüş bu qanuna əsasən biosferin komponentlərinə 

antropogen təsir dayandırıldıqdan sonra o, hökmən öz “itirilmiş 

mövqeinə” qayıtmağa cəhd edir, yəni özünün ekoloji tarazlığını  və 

davamlığını saxlaya (bərpa edə) bilər. Belə ki, meşəsizləşdirilmiş 

sahələrdə meşə örtüyü yenidən tədricən bərpa olunmağa başlayır. 



BİOSFERİN BUFERLİYİ  – biosferin antropogen çirkləndiricilərə 

müqavimət göstərməsi (neytrallaşdırması) qabiliyyəti. 



BİOSFERİN DƏYİŞMƏ  HƏDDİ  – biosferin funksiyasını onu 

təşkil edən yarımsistemlərin və mühit əmələgətirən komplekslərini 

əhəmiyyətli dərəcədə, lakin dönən dəyişmələrə  məruz qalan təsir 

qüvvəsi. 



BİOSFERİN TƏKAMÜLÜ  – a) canlı maddələrin xarakterinin 

(növlərinin yaranması, inkişafı  və  məhv olması, biotik qrupların 

formalaşması  və dağılması); b) bu maddələrdən yaranmış Yer qabığı 

kimi biosferin xassələrinin;         c) ekosferin xassələrinin; ç) ekosferin 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

61 


 

(planetin) fasiləsiz, eyni zamanda və qarşılıqlı dəyişilmə prosesi. 



BİOSFERİN MƏHSULDARLIĞI  – Bir il ərzində onun 

biokütləsinin ümumi artımı. Son hesablamalara görə (Uitteker, 1980) 

illik (ilk) bitki məhsulu (quru kütlə) 170 

⋅ 10


9

 t olub 300-500 

⋅ 10

2

 C 



ener. ibarətdir. Bu miqdarın quru fitosenozlarının payına 117 

⋅ 10


9

 t 


düşür. Onun böyük hissəsi (74

⋅ 10


9

) meşələr (xüsusilə tropik zonanın) 

verir. Heyvanların illik məhsulu(ikinci) quruda 909 

⋅ 10


6

 t, cəmi 3934 

⋅ 

10

6



 t təşkil edir. 

BİOSFERİN SABİTLİYİ  – biosferin xarici (kosmik) və daxili 

təsirlərə, o cümlədən antropogen təzyiqinə qarşı müqavimət göstərə 

bilməsi. 

BİOSFERİN STABİLLİYİ  – biosferin bufer həcmi – biosferin 

xarici (kosmik) və daxili, o cümlədən antropogen təsirlərə qarşı 

davamlığı. Elmi-texniki inqilab dövründə B.s. güclü pozulmağa məruz 

qalır və ekoloji fəlakətlə üzləşə bilər, onun qarşısı yalnız bütün 

bəşəriyyətin ümumi gücü ilə alına bilər. 

BİOSESTON  – suda asılı  vəziyyətdə olan canlı orqanizmlərin 

(bakteriyalar, birhüceyrəli yosunlar, ibtidailər və s.) cəmi. 



BİOSİD – 1) Bütün varlığı (canlıları) məhv edə bilən maddə; 2) 

Geniş ərazilərdə canlıları məhv etmək (məs., hərbi məqsədlə). 



BİOSİKL  – 1) biosferin ən iri ekoloji hissəsi. Aşağıdakı B.-lər 

ayrılır; dəniz, estuari (liman) və daxili su hövzələri. Hər bir B. tərki-

bində çoxlu miqdarda biotoplar olan bioxorlara bölünür. Məs., qum, gil 

və daşlı səhralar biotopları səhra bioxorunda birləşir, onlar da meşə, çöl 

və s. bioxorları ilə birlikdə qurunun B.-ni təşkil edir. 2) orqanizm 

inkişafının faza və mərhələlərinin dəyişilməsi qanunauyğunluqları. 



BİOSİSTEMİN 

İNFORMASİYASI 

bioloji sistemin 

müxtəlifliyinin göstəricisi. Məs. populyasiyaların mürəkkəb cins, yaş, 

sahə-etoloji, ölçü və s. strukturu olur; ekosistemlər çox saylı müxtəlif 

mikroorqanizm növlərinin populyasiyalarından ibarətdir. Beləliklə, 

biosistemin informasiya mənbəyi onun mütəşəkkilliyi sayılır. 



BİOSPELEOLOGİYA, SPELEOBİOLOGİYA  – mağaralarda 

həyatı öyrənən elm. B-nın  əsası ruminiya bioloqu E.Rakovise (1907) 

tərəfindən qoyulmuşdur. O, mağaraların ekoloji şəraitinin 

xüsusiyyətlərini və onların canlı orqanizmlərə  təsiri, yeraltı biotaların 

təkamül qanunauyğunluqlarını, mağara sakinlərinin çoxalması  və 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

62 


 

coğrafi yayılması və s. tədqiq etmişdir. 



BİOSTANSİYA – stasionar bioloji müşahidə yeri. 

BİOSÜZGƏC – çirkabı bioloji təmizləyən qurğu. Dairəvi, yaxud 

dördbucaqlı çən şəklində olur. Dibi ikiqatdır və qatların arasında azı 0.4 

m məsafə qoyulur: içərisinə posa, qranit qırıntıları, çınqıl, keramzit və s. 

süzgəc materialı tökülür. Süzgəc təbəqəsinin hünd. 1,5-2 m, dənələrinin 

ölçüləri 30-40 mm, alt döşənək təbəqəsi dənələrinin ölçüləri isə 60-100 

mm-dir. Çirkab süzgəc materiallarından keçərkən onun üzərində 

bakteriya və göbələklərdən ibarət bioloji təbəqə  əmələ  gəlir. Həmin 

təbəqə çirkabın üzvi maddələrini oksidləşdirmək və minerallaşdırmaq 

yolu ilə təmizləyir. 

BİOTA  (yun. biote -həyat)  – biosenozun, assosiasiyanın, həmçinin 

daha böyük taksonların bitki və heyvanat aləminin növ məcmusu (flora 

və fauna). B.-nın orqanizmləri (biontlar) bir-birilə mürəkkəb biotik, 

mühitlə isə trasabiotik əlaqələrlə bağlıdır. B. termini ən çox 

biocoğrafiyada istifadə olunur. 

BİOTAKSİYA, SİSTEMATİKA, TAKSONOMİYA  – canlı 

orqanizmlərin təsnifatı ilə məşğul olan elmi fənn. 



BİOTEXNİYA  – faydalı heyvanların sayını artırmaq və 

məhsuldarlıq xassələrini yaxşılaşdırmaq məqsədi ilə  tətbiq olunan 

tədbirlər kompleksi. 

BİOTEXNOLOGİYA  – bioloji proseslərin, obyektlərin və 

materialların sənayedə istifadə olunması. B. – perspektiv sahə olub ətraf 

mühitə mənfi təsiri minimuma endirir. 

BİOTERMOGENEZ – Kimyəvi energiyanın istiliyə çevrilməsi 

biofiziki prosesi. B. proses zamanı  hər orqanizm üçün xarakterik olan 

temperatur realizə olunur. 

BİOTİK AMİLLƏR  – orqanizmlərə digər orqanizmlərin təsiri 

(bitki və heyvanın bir-birilə  və birinin digəri ilə  əlaqəsi, yırtıcıların və 

parazitlərin təsiri, yemlə təmin etmə və i.a.). 

BİOTİK DÖVRAN – bax bioloji dövran. 

BİOTİK  ƏLAQƏ  – biosenozda orqanizmlərin bir-birilərilə 

əlaqələrinin müxtəlif formaları. 



BİOTİK FAKTORLAR – orqanizmə  təsir göstərən canlı  təbii 

faktorların məcmusu (məs. qida, sıxlıq, parazitlər). 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

63 


 

BİOTİK MÜHİT  – canlı orqanizmlərin (heyvan, bitki, 

mikroorqanizmlər) mühiti və onların təsiri (qarşılıqlı və abiotik mühitə). 



BİOTİK POTENSİAL  – növ populyasiyasının nəzəri maksimal 

artması sürəti. 



BİOTOKSİN – canlı orqanizmlərin ifraz etdiyi toksin. 

BİOTOP, EKOTOP – eyni relyef, iqlim və digər abiotik amillərə 

malik olan su hövzəsində  və ya quruda müəyyən biosenozun məskən 

saldığı sahə. Aşağıdakı B.-ları ayırmaq olar: polipedon, yəni torpaq 

sudibi məskəni, klimatop, yəni fitosenozun yerüstü hissəsi məskəni və 

hidrotop, su dibinin üst hissəsi məskəni. Bunlardan asılı olmayaraq 

müxtəlif mikropopulyasiyalar məskən salan mikrotoplar da ayırırlar. B. 

termini adətən ekoloqlar tərəfindən işlədilir. 

BİOTROFLAR – digər orqanizmlərin bioloji kütləsi ilə qidalanan 

orqanizmlər (yırtıcılar, parazitlər, simbiontlar). 



BİRƏBÖCƏKLƏR  –  (Chrysomelidae) – yarpaqyeyən böcəklər 

fəsiləsi. 5000-ə yaxın növü var. Azərbaycanda zolaqlı taxıl birəsi, qara 

xaççiçək birə, cənub çuğundur birəsi, böyük taxıl birəsi və s. növləri 

var.  Əksər növləri taxıla, kartofa, bostan-tərəvəz bitkilərinə  və s. zərər 

verir. Mübarizə  tədbirləri: alaqlar məhv edilir, kimyəvi maddələr 

(metafos, heksaxloran, xlorofos və s.) tətbiq olunur. 



BİRƏLƏR  (Aphaniptera) – parazit həşərat dəstəsi. 1000-ə yaxın 

növü məlumdur. Azərbaycanda 58 növü qeydə alınmışdır: insan birəsi, 

it birəsi, pişik birəsi, cənub siçan birəsi və s. daha çox yayılmışdır. 

İnsan, at və pişik birəsi, taun və bir çox yoluxucu xəstəliyin keçirisidir. 

Mübarizə  tədbirləri: binalar təmiz saxlanmalı, döşəmə 2-5%-li sabun-

karbol məhlulu ilə yuyulmalı və s. 



BİRİLLİK BİTKİLƏR – həyatını bir vegetasiya dövründə (adətən 

2-5 aya) başa vuran bitkilər. B.b.-in toxumu yazda və ya yayda cücərir, 

bitki payızda toxum verib, məhv olur. B.b.-ə  kətan, qarabaşaq, yazlıq 

buğda, yulafca, əkin qərənfili və s. daxildir. Öz inkişafını daha tez (1-2,5 

aya) başa vuran B.b. efemerlər (erkən baharotu, şərq bozağı, xırda 

qarayonca və s.) adlanır.  Əlverişsiz  şəraitdə öz həyatını bir il ərzində 

tamamlaya bilməyən bəzi B.b. çoxilliklərə çevrilir. (məs., Arktikada və 

yüksək dağ şəraitində bitən qırtıc bitkisi). 



BİRLƏPƏLİLƏR (Monocotyledones) – örtülütoxumlular şöbəsinin 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

64 


 

bir sinfi. Toxumunda bir ləpənin olması ilə xarakterizə edilir. 65 mindən 

artıq növü məlumdur. Keçmiş SSRİ-də 2600-dən çox növü yayılmışdır. 

Əksəriyyəti ot bitkiləridir. Subtropik və tropik ölkələrdə  ağac 

formalarına da təsadüf edilir. Ərzaq (buğda, çovdar, çəltik, qırtıc və s.) 

dekorativ (zanbaq, sünbülçiçək və s.), lifli, dərman və s. bitkilərin 

əksəriyyəti birləpəlidir. 

BİSSİNOZ – pambıq tozu ilə uzun müddət nəfəs aldıqda insanın ağ 

ciyər xəstəliyinə tutulması. 



BİTKİ ANATOMİYASI  – botanikanın bitki orqan və 

toxumalarının daxili quruluşunu öyrənən elm bölməsi. 



BİTKİ BAKTERİOZLARI  – bakteriyaların törətdiyi bitki 

xəstəlikləri. B.b-nın törədiciləri bitkiyə  zədələnmiş yerlərdən, yarpaq 

ağızcıqlarından, çiçək nektarisindən və b. məsamələrdən keçir. Onlar 

xəstə toxum və bitki qalığı, habelə həşərat, molyusk, nematod və s. ilə 

ətrafa yayılır. B.b. pambıq, pomidor, kələm, kartof, alma, armud, qoz, 

fındıq və s. bitkilərə böyük zərər vurur. 



BİTKİ COĞRAFİYASI (FİTOCOĞRAFİYA) – yer səthində bitki 

növləri və onların digər taksonomik kateqoriyalarının yayılması 

qanunauyğunluqlarını öyrənən elmi sahə. Floristik, ekoloji və tarixi B.c. 

sahələrinə bölünür. 



BİTKİ DOMİNANTLARI 

– bitki qruplaşmalarında 

(fitosenozlarda) və ya biosenozların  əsas qatlarında üstünlük, yəni 

dominantlıq edən bitki növləri. Aşağı qatlarda üstünlük təşkil edən 

növlər subdominantlar, əsas qatda (üst yarusda) nisbətən üstünlük təşkil 

edən növlər isə kondominantlar adlanır. Bir çox bitki qruplaşmalarında 

(o cümlədən meşədə)  əsas yarusda mütləq üstünlük təşkil edən 

dominantı ayırmaq çətin olur. Belə fitosenozlar polidominant fitosenoz 

adlanır. Bir növ üstünlük təşkil edən isə monodominant fitosenoz 

adlanır. Fitosenozların təsnifatı dominantlara görə verilir. 



BİTKİ FORMASİYASI  – Eyni bitki növündən təşkil olunmuş 

hakim yarusdakı assosiasiyların məcmusu. B.f.-na genetik və ekoloji 

cəhətdən müxtəlif assosiasiyalar daxil ola bilər. 

BİTKİ GENEFONDUNUN QORUNMASI – bitkinin 

növmüxtəlifliyini saxlamaq üzrə  təbdirlər kompleksi. B.g.q. üçün 

qoruqlar, təbii parklar, botaniki və kompleks yasaqlıqlar, rezervatlar və 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

65 


 

digər qorunan obyektlər təşkil olunur; botanika bağlarında və  təcrübə 

stansiyalarında yerli və introduksiya olunmuş növlərin genefondunun 

bankı yaradılır; qiymətli bitkilərin mədəni yetişdirilməsi metodları 

işlənib hazırlanır; introduksiya, reintroduksiya və repatriasiya üzrə işlər 

genişləndirilir; bitkinin bitmə mühitinə ümumi bioloji və ekoloji qiymət 

və onun gələcəkdə dəyişməsi proqnozlaşdırılır, qırmızı kitab burxılır və 

s. B.g.q. təbiəti mühafizənin tərkib hissəsidir. 



BİTKİ XƏSTƏLİKLƏRİ – xəstəlik törədiciləri və əlverişsiz mühit 

şəraiti kimi müxtəlif təsirli səbəblərin nəticəsində baş verən pataloji hal. 

B.x. bitkilərin quruluşunun, funksiyalarının (fotosintez, tənəffüs, su 

cərəyanı, qida maddələri) pozulması zamanı baş verir və orqanizmin 

vaxtından  əvvəl məhvinə  və ya onun ayrı-ayrı orqanlarının 

zədələnməsinə səbəb olur. 30 mindən çox müxtəlif B.x. məlumdur. B.x. 

kənd və meşə  təsərrüfatına böyük zərər vurur. B.x. məhsulun 

keyfiyyətini, toxumun cücərmə qabiliyyətini aşağı salır və s. B.x-ni 

öyrənən və onlara qarşı mübarizə  tədbirləri hazırlayan elm 

fitopatologiya adlanır. 



BİTKİ QRUPLAŞMASI  – bir-biri ilə, eləcə  də mühitin biotik və 

abiotik komponentləri ilə mürəkkəb qarşılıqlı  əlaqədə olan avtotrof və 

heterotrof bitkilərin məcmusu (müəyyən sahədə). 

BİTKİ MORFOLOGİYASI, FİTOMORFOLOGİYA – bitkilərin 

xarici və daxili quruluşunu, fərdi (ontogenez) və  təkamül-tarixi 

(filogenez) inkişafında forma əmələ  gəlməsi qanunauyğunluqlarını 

öyrənən elm. B.m. taksonomiyanın tərkibində  və seleksiyada istifadə 

edilir. O, bitkiçilik, bağçılıq, üzümçülük və s. elmi-təcrübi sahələrdə də 

tətbiq olunur. 



BİTKİ MÜHAFİZƏSİ  – müxtəlif kənd təsərrüfatı  və meşə 

ziyanvericilərinə qarşı yönəldilən kompleks (aqrotexniki, bioloji və 

kimyəvi xarakterli, məs. pestisidlərdən istifadə) tədbirlər kompleksi. 

BİTKİ ÖRTÜYÜ, BİTKİLİK  – Yer kürəsində, yaxud onun 

müəyyən hissəsində (qitədə, ölkədə, rayonda və s.) yayılmış bitki 

qruplaşmalarının (fitosenozların) məcmusu. Bitki növlərinin yayılmasını 

tədqiq edən floradan fərqli olaraq B.ö. bitkilərin müəyyən sahədə örtük 

yaratması ilə  səciyyələnir. Yer kürəsində zonallıq qanununa uyğun 

olaraq, ekvatordan qütblərə doğru iqlim, torpaq və s. amillərin 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

66 


 

dəyişilməsinə müvafiq olaraq B.ö. də dəyişir. (tundra, tayqa, meşə-çöl, 

səhra). Dağlıq zonada B.ö. tiplərinin yayılması şaquli zonallıq qanununa 

tabedir. Müxtəlif təsnifatlarda su, mezofit, kserofit, qalofit bitki örtüyü, 

ağac, ot, kol bitki örtüyü ayrılır. 

BİTKİ ÖRTÜYÜ TİPİ  – mənşə etibarilə müxtəlif bitki örtüyü 

qruplaşmalarını yüksək ranqda birləşdirmək. (formasiya və onun 

sinifləri). 

BİTKİ ÖRTÜYÜNÜN ARİDLƏŞMƏSİ  – bitki örtüyünün 

tərkibində kserofil növlərin sayının çoxalması, sıxlığının və bioloji 

məhsuldarlığının azalması. 

BİTKİ ÖRTÜYÜNÜN BƏRPASI  – pozulmuş bitki örtüyünün 

həmin yer üçün ilkin bitki örtüyünün bərpası istiqamətində  dəyişməsi 

(suksessiya). 

BİTKİ ÖRTÜYÜNÜN TƏSNİFATI (KLASSİFİKASİYASI)  – 

mühüm  əlamətlərinə görə oxşar fitosenozların daha iri qruplarda 

birləşdirilməsi olub bitki örtüyünü öyrənən metodlardan biri. Bitki 

qruplaşmaların quruluşunun  əlamətləri  əsasında morfoloji təsnifat, 

dominantlıq edən bitkinin ekologiyasına  əsasən ekoloji təsnifat, 

dominantların biologiyası  və ekologiyasına  əsasən bioekoloji təsnifat, 

floranın tərkibinə əsasən floristik təsnifat, təkamülünün müddətinə görə 

aşağıdakı  şöbələrə bölünür: (bakterial qayalığın nitrifikasiya 

bakteriyaları), yosun, şibyə, çılpaqtoxumlular və örtülütoxumlular. 

Axırıncı  şöbə iki yarımşöbəyə – çəmən-meşə  və savanna-səhra – çöl 

bitki örtüyünə bölünür. Şöbələr bitki örtüyü tiplərinə ayrılır (məs. 

yarpağı tökülən meşə, mezofil kolluqlar, çəmən, bataqlıq və su 

bitkiləri). 

BİTKİ  VƏ HEYVANIN YAŞI  – onların fərdlərinin yaşama 

müddəti. Bitkilərdə xüsusi, ümumi,orta və  həd yaş ayrılır. Cücərmə 

dövründən indiyə kimi olan yaş xüsusi yaş adlanır. Vegetativ yolla artan 

bitkilərdə ümumi yaş  təyin olunur. O, ana bitkinin və pöhrənin xüsusi 

yaşının cəminə bərabər olur. Ağac və kol bitkilərinin yaşı onların kötük 

kəsimlərində olan illik həlqələrinin sayı ilə hesablanır. Otların yaşı 

onların uzun müddət böyüməsini müşahidə etməklə  təyin edilir. 

Qaraçöhrə, çinar ağacları 1000 ildən artıq ömür sürür. Heyvanlarda 

xüsusi, orta və  həd yaş ayrılır. Növün sistematik vəziyyəti və 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

67 


 

morfologiyasından asılı olaraq olduqca çoxlu üsullardan istifadə olunur. 

Nərə  və keçəl kərkəs balıqları 100 ildən artıq, fil tısbağası 150 ildən 

artıq, naqqa balığı isə 300 ildən artıq yaşayır. 



BİTKİ  VƏ ONUN ORQANLARININ SƏTHİ  – bitki 

qruplaşmalarını  və populyasiyalarını  səciyyələndirən mühüm göstərici. 

Birhüceyrəli orqanizmlərdə bitki ilə mühit arasında maddələr 

mübadiləsi aparan fəaliyyətdə olan səthlərin-assimilyasiya (yarpaq və 

yaşıl budaqların) və adsorbsiya (köklərin fəaliyyətdə olan hissəsi) 

səthlərin təyin edilməsi mühüm əhəmiyyət kəsb edir. Yaruslarda 

yarpaqla örtülmə faizinin təyin edilməsi də müəyyən  əhəmiyyətə 

malikdir. 



BİTKİ  ZƏRƏRVERİCİLƏRİ  – bitkiləri zədələyən və ya onları 

məhv edən heyvanlar. Kənd təsərrüfatı bitkilərinə  ən çox ziyan vuran 

gəmiricilər və həşəratlardan kəpənəkləri (payız sovkası, kələm kəpənəyi 

və s.) və böcəkləri göstərmək olar. Bitkiyeyən gənələr, sap qurdlar, 

qarınayaqlı molyuskalar və  bəzi quşlar da kənd təsərrüfatı bitkilərinə 

zərər verir. 



BİTKİLƏR – günəş enerjisindən istifadə etməklə avtotrof qidalanan 

və hüceyrələri  bir qayda olaraq sellülozdan ibarət sıx qılaflı canlı 

orqanizmlər. Yer Kürəsində 500 min növ bitki yayılmışdır ki, bunun 

200-250 min növü çiçəkli B.-dir. 

B. ibtidai və ali B.-ə bölünür. İbtidai bitkilər bədənlərində  vəzifə 

bölgüsü getməmiş orqanizmlərdir. Ali bitkilərdə isə toxuma və 

hüceyrələr arasında vəzifə bölgüsü getmişdir. Ali B. kök, gövdə  və 

yarpaqlardan ibarətdir.  İbtidai B. bakteriyalar, yosunlar, göbələklər, 

şibyələr, ali B. isə mamırkimilər, qıjıkimilər, çılpaqtoxumlular, 

örtülütoxumlular tipinə (şöbəsinə) ayrılır. 



BİTKİLƏRİN HƏRƏKƏTİ – onun hərəkət tərzi forması, boşluqda 

bitkinin və ya onun üzvlərinin vəziyyətinin dəyişməsi. Bir hüceyrəli 

yosunların və miksomisetlərin hərəkəti avtonom hərəkət olub 

amyobşəkilli və ya çox qamçıların köməyilə yerinə yetirilir. Bitkinin 

aktiv hərəkəti onun böyüməsilə bağlıdır. Bitkinin passiv hərəkəti bəzi 

toxumların kalloid hüceyrələrində suyun miqdarının dəyişməsi ilə 

əlaqədardır (məs. xınagülü və quduz xiyar bitkisində toxumun sıçraması). 

BİTKİLƏRİN HƏYAT FORMASI – bitkilərin  ətraf mühitə 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

68 


 

uyğunlaşmasını əks etdirən xarici görkəmi (habitus). 




Do'stlaringiz bilan baham:
1   ...   4   5   6   7   8   9   10   11   ...   60


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2019
ma'muriyatiga murojaat qiling