Ekoloji LÜĞƏt a


Download 3.98 Mb.
Pdf просмотр
bet9/60
Sana14.02.2017
Hajmi3.98 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   60

BİTKİLƏRİN QORUNMASI – bitki növlərinin populyasiya növ 

tərkibini və sayını qoruyub saxlamaq üzrə kompleks beynəlxalq, dövlət 

və regional, inzibati-təsərrüfatı və ictimai tədbirlər kompleksi. 

BİTKİNİN MÜHAFİZƏ METODLARI – xəstəliklərə  və 

zərərvericilərə qarşı mübarizədə bioloji, aqrotexniki, kimyəvi və 

mexaniki üsullardan istifadə olunur. Bioloji üsulla bitki mühafizəsi 

zamanı faydalı quş, cücü, göbələk, bakteriya və s. canlıların köməyi ilə 

zərərvericilər və  xəstəlik törədicilər məhv edilir. Aqrotexniki tədbirlər 

sisteminə düzgün növbəli əkin dövriyyəsi, alaq otlarının məhv edilməsi, 

mineral və üzvi gübrələrin tətbiqi, bitki qalıqlarının məhv edilməsi, 

zərərvericilər və  xəstəliklərə qarşı davamlı sortlardan, sağlam  əkin 

materialından istifadə zamanı müxtəlif pestisidlər vasitəsilə 

zərərvericilər və  xəstəlik törədicilər məhv edilir. Mexaniki üsulla bitki 

mühafizəsi zamanı  zərərvericilər tutucu tor, tutucu kəmər və müxtəlif 

mexaniki vasitələrlə məhv edilir. 



BİTKİÇİLİK  – 1) Kənd təsərrüfatının  əsas sahələrindən biri; 

insanları qida məhsulları, heyvanları yem, sənayenin bir çox sahələrini 

(yeyinti, qarışıq yem, toxuculuq, əczaçılıq, ətriyyat və s.) bitki mənşəli 

xammalla təmin etmək üçün mədəni bitkiləri hərtərəfli öyrənməklə məş-

ğul olur. B.-in tarlaçılıq (taxıl, texniki bitkilər, yem bitkiləri və s. bura 

aiddir), tərəvəzçilik, meyvəçilik, üzümçülük, çəmənçilik, meşəçilik, gül-

çülük və s. kimi sahələri də var. 

2) Az məsrəflə yüksək keyfiyyətli bol məhsul almaq üçün mədəni 

bitkilər və onların becərilmə üsulları haqqında elm. 

BİTKİLİK – Bax bitki örtüyü. 

BİTKİNİN “AĞLAMASI”  – ekskresiya, bitkinin yaralı hissədən 

(kəsilən və ya zədələnən) köklərin təzyiqi ilə floem və ksilem şirəsinin 

axması. Floem şirəsi ksilem şirəsinə nisbətən üzvi maddələrlə  (şəkər, 

amin turşuları, zülallar) daha zəngindir. Ağac bitkilərində yaz şirəaxını 

zamanı, ot bitkilərində isə bütün vegetasiya dövründə baş verir. 

Maksimum B.a. günorta çağı, minimum B.a. isə  səhərlər müşahidə 

olunur. Bir neçə gündən bir neçə aya kimi davam edir. Bitkini süni yolla 

«ağladaraq»” ondan şərab (palma, aqava), şəkər (şəkər ağcaqayını) və 

içməli şirə (tozağacı) alınır. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

69 


 

BİTKİNİN “APOPLEKSİYASI”  – ziyanvericilər, xəstəliklər, 

daşqın suyunun basması nəticəsində ağacların qəflətən quruması. 



BİTKİNİN DONMASI – aşağı temperatur şəraitində hüceyrələrin 

protoplazmasında maddələr mübadiləsinin pozulması  və buz 

kristallarının əmələ gəlməsi nəticəsində bitkinin məhv olması. 

BİTKİNİN HƏCMİ  – bitki qruplaşmalarında üzvi kütlənin 

ehtiyatını  və ya artımını öyrənərkən təyin olunur. Meşə taksasiyasında 

model ağaclarının və meşənin həcmini təyin etmək üçün bir sıra 

düsturlar mövcuddur. Ot bitkisi qruplaşmalarında bitkinin həcmi çox 

nadir hallarda öyrənilir. 

BİTKİNİN QAZA DÖZÜMLÜYÜ – zərərli qazlarla çirklənmiş 

hava mühiti şəraitində bitkinin yaşama qabiliyyətini saxlaması (onlardan 

ən təhlükəlisi ftor, xloridlər, kükürdlü anhidrid, azot iki oksiddir). 

BİTKİNİN SOLMASI – su balansının pozulması  nəticəsində 

bitkinin turqoru itirməsi (yarpaqlarda suyun transpirasiyası onun hü-

ceyrələrə daxil olmasını keçir). Bu zaman yarpaq və budaqlar sallaq 

vəziyyət alır. Belə hal müvəqqəti və uzunmüddətli ola bilər. Müvəqqəti 

solma zamanı torpaqdan daxil olan su bitkinin istifadəsi ilə 

kompensasiya olunmağa macal tapır, transpirasiya zəiflədikdə isə su 

balansı və bitkinin normal vəziyyəti bərpa olunur. Uzun müddətli solma 

bitkinin istifadəsi mümkün olan suyun torpaqda olduqca azalması 

zamanı baş verir, bu zaman hətta gecə vaxtı su defisiti bərpa olunmur. 

Uzun müddətli solma nəticəsində böyümə dayanır, həyat üçün mühüm 

proseslər sayılan fotosintez, tənəffüs və s. pozulur, hüceyrələr ölür və 

bitki məhv olmağa başlayır. B.s.-nın qarşısını almaq üçün suvarma 

aparılır, bitkinin mineral qidalanması yaxşılaşdırılır, quraqlığa dözümlü 

sortlardan istifadə olunur. 



BİTKİNİN SORTU  – mədəni bitkinin bir növünün fərdlərinin 

məcmusu; konkret şəraitdə becərildikdə müəyyən davamlı morfoloji, 

fizioloji və  təsərrüfat  əlamətlərilə  səciyyələnir. Mədəni bitkilərin aşağı 

təsnifat vahidi. 



BİTKİNİN SOYUĞA DAVAMLILIĞI  – vegetasiya keçirən 

bitkinin aşağı müsbət temperaturun (1-5

°C) təsirinə dözmək və əlverişli 

şəraitdə öz böyüməsini bərpa etmək qabiliyyəti. Soyuğa davamlı 

bitkilər, (arpa, vələmir, çöl noxudu, kətan, çuğundur) aşağı 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

70 


 

temperaturun təsiri ilə öz hüceyrələrinin quruluş  və funksiyasının 

təşkilini dəyişdirmək qabiliyyətinə malik olub, bununla da böyüməni 

ləngidir və zülalın, amin turşularının, xüsusilə  şəkərin miqdarının 

çoxalmasına imkan yaradır.  İstisevər bitkilərdə bu xüsusiyyət 

olmadığından aşağı temperaturda zədələnir və məhv olur. 



BİTKİNİN SÜKUTLUĞU  – fizioloji vəziyyət olub bitkinin həyat 

fəaliyyəti (əsasən metabolizm və böyümə) aşağı düşür, bunun 

nəticəsində tumurcuqların açması, toxumun, kökümsovun cücərməsi 

gecikir. B.s. mühüm adaptasiya prosesi olub əlverişsiz şəraitdə bitkinin 

məhv olmasının qarşısını alır. 

BİÇƏNƏK – quru ot, silos, yaşıl yem, ot unu hazırlığı üçün ayrılmış 

otla örtülü sahələr. Təbii və mədəni (səpilən) B.-lər ayrılır. 



BİÇƏNƏK DÖVRİYYƏSİ  – biçənəklərin səmərəli istifadə 

olunması sistemi: müəyyən plan üzrə sahələrdə ot biçini vaxtının 

dəyişdirilməsi. B.d. qiymətli yem bitkiləri olan yaxşı otlu biçənək 

sahələrində  tətbiq edilir. Müxtəlif tərkibli sahələrdə bir neçə B.d.-

istifadə olunur, bu zaman oxşar tərkibli massivlər 4-5 sahəyə bölünür və 

ilbəil onların biçilmə növbələşməsi dəyişilir. Adətən 4 və ya 5 illik B.d.-

dən istifadə edilir. B.d. bitki örtüyünün botaniki tərkibini yaxşılaşdırır, 

alaq otlarının məhv olmasına  şərait yaradır və yem sahələrinin uzun 

müddətli məhsuldarlığını təmin edir. 

BİÇƏNƏK TİPİ  – Ot örtüyünün tərkibi və keyfiyyəti eyni olan 

biçənəklərin birliyi. 



BİTLƏR  (Anoplura) – qansoran həşərat dəstəsi.  İnsan və  məməli 

heyvanlarda təsadüf edilir. İnsanda baş biti, paltar biti, pəncəli bit 

parazitlik edir. Təmizliyə və sanitariya qaydalarına riayət etmək ən yaxşı 

mübarizə vasitəsidir. 



BİTMƏ ŞƏRAİTİ  – fərd, populyasiya və ya növün məskunlaşdığı 

yer və həyat şəraiti. Mühitin abiotik amillər kompleksindən ibarət olub 

ekotopda (fitosenozun mühit rejimi – hava, su, mineral qida, temperatur-

radiasiya), biotik amillərin kompleksində (fitosenoz üçün heyvan və 

mikroorqanizmlərin fəaliyyəti) birləşir.  İlkin və törəmə bitmə  şəraiti 

ayrılır. 



BİTUMLAMA – qumların bitum emulsiyası ilə bərkidilməsi. 

BİVOLTİNLİK – ayrı-ayrı heyvanların, adətən həşəratların il 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

71 


 

ərzində iki nəsil verməsi. 



BOĞAZ – dünya okeanında hər hansı iki quru sahəni (materikləri, 

adaları, ada ilə materiki) bir-birindən ayıran və ya iki su hövzəsini 

birləşdirən dar su zolağı. Məs. Magellan B.zı, Dardanel B.zı. 

BOFORT  ŞKALASI  – yer səthindəki müxtəlif cisimlərə  və 

dənizdəki dalğaya təsirinə  əsasən küləyin gücünü (sürətini) balla ifadə 

etmək üçün istifadə edilən şkala. B.ş.-na görə sıfır bal – küləksiz hava; 4 

bal mülayim külək; 7 bal qasırğadır. 



BOLLUQ – vahid sahədə və ya həcmdə növün və ya qruplaşmanın 

fərdlərinin miqdarı (sayı). 



BOLLUQ (SIXLIQ) ŞKALALARI  – proyektiv örtmə  dərəcəsi 

nəzərə alınmaqla hər hansı bir populyasiya fərdlərinin sayının gözəyarı 

ballarla qiymətləndirilməsi. O.Drude (1890), E.Rubel (1992), 

B.A.Keller (1936), A.K.Tapsle 1926), İ.Braun-Blanke (1951), 

H.S.Hanson (1936) şkalaları 

məlumdur.

 

 

 



 

 

Ballar A.K.Tansle 



(1926) 

Braun-Blanke (1951) 

N.S.Hanson 

(1930) 


O.Drude 

(1890) 


1 Seyrək o-olduqca, 

seyrək, örtmə 

dərəcəsi xeyli aşağı 

I-çoxlu, örtmə  dərəcəsi 

aşağı  və ya seyrək, örtmə 

dərəcəsi bir qədər yüksək 

Çox seyrək Sol 

2 Təsadüf 2-çoxlu, 

sahənin örtmə 



dərəcəsi 

20

1



 

Seyrək Sp 

3 Tez-tez 3-sahəni örtmə  dərəcəsi 

2

1



4

1 −


 

Hərdən Cop1 

4 Bol 

4-sahəni örtmə  dərəcəsi 



4

3

2



1 −

 

Tez-tez Cop2 



5 Bolluqca 

5-sahəni örtmə dərəcəsi 

4

3   Bol Cjp2-Soc 



 

 

 



 

 

BONİTETLƏŞDİRMƏ  – ayrı-ayrı  təbii sərvətlərin (su, torpaq, 

meşə, heyvanat aləmi və s.) və onların  ərazicə birləşmələrinin 

(biogeosenoz, landşaft, təsərrüfat sahəsi və s.) bal hesabı ilə keyfiyyət 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

72 


 

qiyməti. Yüksək bal müəyyən obyektin yüksək keyfiyyətinə uyğun 

gəlir. 

BOSTAN BİTKİLƏRİ  – qabaqkimilər fəsiləsindən becərilən bitki 

növləri (qovun, qarpız, qabaq və s.). 



BOTANİKA – bitkilər haqqında elm, biologiyanın  əsas 

bölmələrindən biri. B. bitkilərin quruluşunu, həyat fəaliyyətini, tarixi 

inkişafını, təbiətini və insanın həyatında onların  əhəmiyyətini öyrənir. 

Bitkilər haqqında məlumat artdıqca B.-dan bitki sistematikası, bitki 

morfologiyası, bitki fiziologiyası, bitki coğrafiyası, geobotanika, bitki 

ekologiyası, paleobotanika, bitki genetikası, fitosenologiya və s. kimi bir 

sıra ixtisaslaşmış sahələr ayrılmışdır. 

Respublikamızda B. sahəsində tədqiqat işləri Azərb. MEA Botanika 

institutunda genetika və seleksiya, əkinçilik və s. elmi tədqiqat 

institutlarında, ali məktəblərin botanika və fiziologiya kafedralarında 

aparılır. 

BOTANİKA BAĞI – yerli və başqa ölkələrin bitkilərini becərən və 

öyrənən, botaniki elmləri təbliğ edən elmi-tədqiqat və  mədəni-maarif 

müəssisəsi,  əsas vəzifəsi bitki ehtiyatlarını öyrənib zənginləşdirmək 

məqsədi ilə faydalı bitkiləri öyrənmək və onların təsərrüfat üçün 

qiymətli olanlarını müəyyənləşdirməkdir. Bununla əlaqədar, B.b. 

bitkilərin introduksiyası, iqlimləşdirilməsi, eləcə  də bitki kolleksiyaları 

toplamaqla məşğul olur. 

Azərb. respub.-da B.b. 1934 ildə Bakının dığlıq hissəsində 

salınmışdır. Mərdəkanda filialı var. 

BOTANİKİ  SİSTEMATİKA  – botanikanın bir sahəsi olub bitki 

aləmində növ və digər taksonomik vahidlər arasında filogenetik əlaqəni, 

taksonomik qrupların əmələ gəlməsi yollarını tədqiq edir. 

BOTANİKİ COĞRAFİYA – bax-bitki coğrafiyası. 

BOYALAR – maye maddələr olub rəngini dəyişmək üçün əşyaların 

səthinə  çəkilərək hopdurulur. Qədimdə  işlədilən təbii boyalar toksik 

olmamışdır. Hazırda işlədilən sintetik boyaların tərkibində ağır metallar 

(arsen, civə, qurğuşun, kadmium, xrom, uran) olub zəhərli hesab olunur. 

Bütün sintetik boyalar və həlledicilər insanın sağlamlığı üçün təhlükəli 

sayılır, odur ki, ondan istifadə edərkən ehtiyatlı davranmaq lazımdır. 

Boya kistlərini təmizləmək üçün işlədilən vasitələri kanalizasiyaya 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

73 


 

tökmək məsləhət görülmür. Çünki bütün toksik boyalar və  həlledicilər 

canlı orqanizmləri məhv edir, bununla da məişət axıntılarının 

təmizlənməsi çətinləşir. 



BOYAQ BİTKİLƏRİ  – kök, gövdə, budaq, qabıq, yarpaq, çiçək, 

meyvə və ya toxum hissələrindən boyaq məhlulu hazırlayıb yun, ipək və 

pambıq məmulatlarını boyamaq üçün istifadə olunan bitkilər, 

M.Qasımova (1980) görə respublikamızda rast gəlinən boyaq bitkiləri 

110 fəsilə  və 358 cins daxilində birləşərək ümumi floramızın 36%-in 

təşkil edir. Boyaqçılıq sənayesi üçün geniş istifadəsi mümkün olan 

bitkilərdən boyaqotu, sarağan, sumaq, dəli çətənə, sarı kol, yapon 

saforası, qoz, nar, zirinc, palıd,  şabalıd, murdarça, tut, qızılağac, 

çaytikanı, zəfəran,  əvəlik, dazıotu, gəndalaş,  ətirşah, söyüd, andız, 

qaraqınıq, yemişan, heyva və s.-ni göstərmək olar. 

M.Qasımov (1980) qeyd edir ki, bir boyaq bitkisindən alınan boyaq 

məhluluna istənilən metalın (alüminium, mis, xrom, dəmir, kobalt, 

qalay, qurğuşun, sink, natrium, kalium və s.) müxtəlif duzlarını  əlavə 

etməklə 10-dan 100-ə  qədər, hətta 3000-4000-ə  qədər rəng və çalar 

almaq mümkündür. 

BOZ TORPAQLAR – səhra və bozqır zonalarının açıq-boz rəngli 

torpaq tipi. Afrika, Şimali və  Cənubi Amerika, Avstraliya, Orta Asiya 

və qismən Azərbaycanda yayılmışdır. Respublikamızın B.t.-ında 

pambıq, qismən taxıl, tərəvəz və s. əkilir. Resp-nın qışlaqları əsasən boz 

torpaqlar zonasındadır. 

BOZQIR (çöl) EKOSİSTEMLƏRİ  arid kontinental iqlim 

şəraitində  əsasən kserofil taxıl bitkilərinin dominantlığı ilə formalaşan 

ekosistemlər. Azərbaycan Respublikasında bozqır ekosistemlərinə 

Böyük Qafqazda – Bozqır yaylada və Kiçik Qafqazın  dağətəyi 

zonasında rast gəlinir. Burada yarımsəhra – bozqır bitkiləri (yovşan, 

ziyilotu, tonqalotu, bozqır pişikquyruğu, çobantoxmağı) yayılmışdır. 

Ağac və kol növlərindən qaratikan, ardıc, topulqa, dağdağan, iydəyarpaq 

armud, gürcü ağcaqayını və badama rast gəlinir. Qəhvəyi bozqırlaşmış, 

boz-qəhvəyi və şabalıdı torpaq tipləri yayılmışdır. Biçənək və ya otlaq 

kimi, bəzən isə  kənd təsərrüfatı bitkiləri altında istifadə olunur. 

Tədqiqatçıların (Qrosheym, Qulisaşvili, Prilipko) fikrincə  Cənubi 

Qafqazda, o cümlədən Azərbaycanda ilkin bozqır yoxdur və müasir 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

74 


 

bozqır ekosistemləri meşə örtüyünün yox edilməsilə əlaqədardır. 



BOZ-QONUR TORPAQLAR quru kontinental iqlimi olan 

səhralarda efemerlər və  şoran bitkiləri altında  əmələ  gələn torpaq tipi. 

Müxtəlif dərəcədə  şorakətli,  şoranvarı, yüksək karbonatlı  və gipslidir. 

Orta Asiya səhralarında (Qaraqum, Qızılqum), qismən də Abşeronda 

yayılmışdır. Tərkibində qida maddələri azdır, əsasən otlaq kimi istifadə 

olunur. 


BÖCƏKLƏR,  sərtqanadlılar-həşəratlar sinfinin ən böyük dəstəsi. 

Qidalanma xüsusiyyətlərinə görə B. bitki yeyənlər (fitofaqlar), 

çürüntüyeyənlər (saprofaqlar) və  yırtıcılara bölünür. Təqr. 140 fəsiləyə 

mənsub 300 minə  qədər növü var. Azərbaycanda 5 minə yaxın növü 

məlumdur. 

BÖYÜMƏ MADDƏLƏRİ  – böyümə stimulyatorların orqanizmin 

böyümə  və inkişafına kiçik konsentrasiyada təsir göstərən üzvi 

birləşmələr. 

BÖYÜMƏ SƏDDİ – populyasiyanın yuxarı böyümə səddi. Mühitin 

həcmi ilə təyin olunur. 



BÖYÜMƏNİN  İNQİBİTORU  – orqanizmin böyüməsinə mane 

olan maddə. Məs. antibiotiklər. 



BRAKONYERLİK – qadağan olunmuş ov tutmaqla, yaxud meşə 

qırmaqla məşğul olan, təbii sərvəti qanunsuz istifadə edilməsi, ovetmə, 

balıqtutma qaydalırını və heyvanlar aləminin mühafizəsi haqqında digər 

tələbləri pozmaqla vəhşi heyvanların ovlanması. Qanunvericilik B.-ə 

görə məsuliyyət (inzibati, cinayət və mülki) nəzərdə tutulur. 

BROBİONT – mamırlar arasında məskunlaşan orqanizm. 

BRİOLOGİYA – Botanikanın mamırları tədqiq edən sahəsi. 

BRİZ – (frans. brises) – dənizlərin, böyük göl və çayların 

sahillərində  əsas yerli külək. Quru və su səthinin müxtəlif dərəcədə 

qızması nəticəsində əmələ gəlir. 

BUFER ZOLAQLARI   meylli və dik yamaclarda səthi su 

axınlarının birləşərək böyük axın  əmələ  gətirməsinin qarşısını almaq 

məqsədilə yamacın eni istiqamətində ot bitkiləri və ya kollardan ibarət 

zolaqlar. B.z. düzəldilərkən onların eni yamacın meylliyindən, 

uzunluğundan və eroziya prosesinin intensivliyindən asılı olaraq təyin 

edilir. Yamac çox dik olduqda B.z.-nın eni 2,5-10 m və daha çox, 



Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

75 


 

zolaqlar arasındakı məsafə 20-100 m götürülür. Əkin istiqamətində hər 

10-15 m-dən bir daha sıx səpin aparmaqla da (3,5 m enində) B.z. 

yaratmaq olar. 



BUFER ZONASI (qoruyan zona) – qorunan təbii ərazilərin (qoruq, 

milli park və s.) ətrafında müəyyən sahədə (B.z) təsərrüfat fəaliyyəti 

məhdudlaşdırılır. B.z. saxlamaqda məqsəd  əsas qorunan ərazinin 

mühafizəsini möhkəmləndirmək və ekoloji tarazlığının sabitliyini 

saxlamaqdır. 

BUFERLİK QABİLİYYƏTİ  – mühitin öz parametrlərinin 

dəyişməsinin qarşısını almaq xüsusiyyəti. 



BUXARLANMA – maddənin maye və  bərk haldan qaz halına 

keçməsi prosesi, bitkinin transpirasiyası, heyvanat aləminin tərləməsi, 

onların tənəffüsü, həmçinin torpaq səthindən buxarlanma nəticəsində 

rütubətin atmosferə keçməsi. Adətən buxarlanma dedikdə suyun buxara 

çevrilməsi başa düşülür. Temperatur yüksəldikcə buxarlanma artır. 

Torpaq səthindən suyun buxarlanması meteoroloji şəraitdən, torpağın 

nəmliyindən, mexaniki tərkibindən, bitki örtüyünün sıxlığından asılıdır. 

Buxarlanmadan aqrotexniki üsulların hazırlanmasında, suvarma vaxtı 

və normasının təyin edilməsində, kənd təsərrüfatı bitkiləri çeşidlərinin 

quraqlığa davamlığına görə rayonlaşdırılmasında istifadə olunur. 



BUXARLANMA DƏRƏCƏSİ  – hər hansı bir regionda potensial 

buxarlanmanın göstəricisi, su səthindən və ya izafi rütubətlənmiş 

torpaqdan xüsusi buxarlandırıcı cihazla ölçülür. 

BULAQ  – yeraltı suyun təbii surətdə yer səthinə  çıxmasıdır. 

Temperaturu 20

°-yə  qədər olan B. soyuq B-lar hesab olunur, 20-37° 

olan subtermal B-lar, 37-42

° olan termal B.-lar, 42°-dən yuxarı olan isə 

isti B-lar adlanır. Suyunun tərkibində xeyli həll olunmuş kimyəvi 

elementlər və qazlar olan B-a mineral B.-lar deyilir. B-ın  əhalinin və 

sənayenin su ilə  təmin olunmasında, habelə suvarmada böyük 

əhəmiyyəti var. Bəzi çaylar B-lardan qidalanır. 

BULUD – atmosferdə üzən su buxarı kondensasiyası  məhsulunun 

toplantısı. B. diametri bir neçə mikron olan su damcılarından, buz 

kristalcıqlarından və ya bunların qatışığından  əmələ  gəlir. B. başlıca 

olaraq troposferdə toplanır. B.-u təşkil edən elementlər iriləşdikcə 

ağırlaşır və yağıntı əmələ gəlir. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

76 


 

BULUDLUQ – Səmanın buludlarla ötürülmə  dərəcəsi, 10 ballıq 

şkala ilə müəyyən edilir. B.sıfır bal olduqda göy buludsuz, 10 bal 

olduqda isə tam buludlu olur. B. hava və iqlimi xarakterizə edən mühüm 

amillərdən biridir. 



BURAĞAN – Burula-burula əsən şiddətli qarlı və yağışlı külək. 

BUZLAQ  – Dağ yamacı  və ya dərə üzrə  ağırlıq qüvvəsinin təsiri 

altında yavaş-yavaş  hərəkət edən buz kütləsi. B. bərk yağıntıdan 

(qardan) o sahələrdə əmələ gəlir ki, il müddətində onun qalınlığı əriyən 

və buxarlanan sudan xeyli çox olur, daha doğrusu B. iqlim qar 

sərhədindən yuxarıda, qarın toplanması üçün relyef formalarının 

əlverişli olduğu yerdə  əmələ  gəlir. Adətən hər B. qar sərhədi ilə iki 

hissəyə bölünür: bu sərhəddən yuxarıda B.-ın qidalanma sahəsi yerləşir, 

burada qar yığılır və o, buza çevrilir. Qar sərhədindən aşağıda isə 

ablyasiya sahəsi, yəni B-ın əridiyi və buxarlandığı sahə yerləşir. 

BUZLAQ EROZİYASI  – yüksək dağlıq zonası buz kütlələrinin 

qravitasiya qüvvəsinin təsiri altında tədricən aşağı sürüşərək yolunda 

rastlaşdığı dağ süxurlarını parçalaması, relyefdə olan kələ-kötürlükləri 

qismən hamarlaması prosesi.  

Buzlağın hərəkəti nəticəsində onun yatağı tədricən dərinləşir və troq 

(«təknə» deməkdir) dərələrinin yaranmasına səbəb olur. 

Respublikamızda B.e. Böyük və Kiçik Qafqaz dağlarında 3500-m-

dən yüksək olan ərazilərdə müşahidə olunur. 



BUZLAQ GÖLÜ

 

– buzlağın fəaliyyəti ilə bağlı göllər (məs. 

Skandinaviyadakı göllərin çoxu). 

BUZLAQLARARASI EPOXALAR – Yerin geoloji tarixində 

antropogendə buzlaq epoxaları arasında isti iqlimlə xarakterizə edilən 

epoxalar. Antropogendə 4 buzlaq epoxası (GENS, MİNDEL, RİSS və 

VURM) və üçüncü buzlaqlararası epoxa (GÜNS-Mindel, Mindel-Riss, 

Riss-VURM) ayırd edilir. Güns-Mindel buzlaqlararası epoxası təqr. 75 min 

il bundan əvvəl olmuşdur. 

 

 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 

PREZİDENT   KİTABXANASI 



────────────────────────────────────────── 

77 


 



 

CALAQ – hər hansı bitkinin budağının bir hissəsini (qələmini) və ya 

tumurcuğunu (gözcüyünü) başqa bitkiyə calamaq. C.-dan şaxtaya, 

xəstəlik və zərərvericilərə qarşı davamlı sortlar artırmaq, meyvəverməni 

tezləşdirmək, dekorativ bitkiləri çoxaltmaq məqsədilə də istifadə olunur. 

Meyvəçilikdə  və dekorativ bağçılıqda göz və  qələm C.-ından istifadə 

olunur. 



Do'stlaringiz bilan baham:
1   ...   5   6   7   8   9   10   11   12   ...   60


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2019
ma'muriyatiga murojaat qiling