Ekoloji LÜĞƏt a
Download 3.98 Mb. Pdf ko'rish
|
Ağacdələnlər (Picidae) fəsiləsinin Azərbaycanda 7 növü (qara A., yaşıl A., iri ala A., orta ala A., xırda ala A., Suriya A.-i, ilanboyun A.) var.
floyemasının (alt qabıq) kəsilib çıxarılması, kambi qatının zədələnməsi. 120-200 yaşlı şərq palıdı ağaclarının halqalanmasına Kəlbəcər, Laçın, Daşkəsən, Gədəbəy və digər meşə təsərrüfatlarının yuxarı dağ-meşə zonasında rast gəlinir. Qanunsuz olaraq bu yolla ağaclar qurudularaq ayrı-ayrı adamlar tərəfindən məhv edilir. AĞCAQAYIN FƏSİLƏSİ (Aceraceae) – Avropada, Orta Asiyada, Şərqi Asiyada, Mərkəzi və Şimali Amerikada 150 növü yayılıb. Ən geniş yayılmış cinsi ağcaqayındır.
13, Azərbaycanda 7 növü məlumdur. Çöl ağcaqayını (A. campestre), nəhəng və ya məxməri ağcaqayın (velutinum), gözəl ağcaqayın (A. Lae-
ağcaqayın (A. Pseudoplatanus), Hirkan ağcaqayını (A. Hyrcanum), İberiya ağcaqayını (A. ibericum), çinaryarpaq ağcaqayın (A.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 13
Sivriyarpaq ağcaqayın Trautvetter ağcaqayını AĞIR METALLAR – xüsusi çəkisi 4,5 q/sm 3 -dan artıq olan kimyəvi elementlər. 40-dan artıq –qurğuşun, kadmium, civə, sink, molibden, marqans, nikel, titan, kobalt, mis, vanadium, qalay və b. A.m.-ın tərkibində insanın həyatı üçün vacib olan metallar (sink, dəmir, marqans, mis) və orqanizm üçün toksik maddələr (kadmium, civə, qurğuşun, nikel, xrom, arsen) var. Lakin həyat üçün vacib olan A. m.-ın konsentrasiyası artıq olduqda onlar insan üçün təhlükəli olur. İnsanın sağlamlığı üçün təhlükəliyinə görə A.m. 3 sinfə bölünür: I sinif – arsen, kadmium, civə, berillium, selen, qurğuşun, sink; II sinif – kobalt, xrom, mis, molibden, nikel, antimon; III sinif – vanadium, barium, volfram, marqans, stronsium. A.m. ətraf mühitə çirkab suları, sənaye müəssisələrinin və avtonəqliyyatın qazşəkilli tullantıları kimi daxil olur. AĞIR METALLARLA ÇİRKLƏNMƏ – Yer səthində qurğuşun, civə, kadmium və digər ağır metalların lokal, regional və qlobal toplan- ması.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 14
AĞQANADLILAR (Aleyrodinea) – bərabərqanadlılar (Homoptera) dəstəsindən həşərat yarımdəstəsi. Azərbaycanda 8 növü məlumdur. Bir çox növü sitrus, tərəvəz, meşə, istixana və oranjereya bitkilərinin zərər- vericisidir. A. yarpaqların alt tərəfində yaşayır, kölgə və nəm yerlərdə ona daha çox təsadüf edilir. Mübarizə tədbirləri: bitkilərə insektisidlər çilənir, oranjereyalar dezinfeksiya olunur. AXAR GÖL – bulaqlardan su qəbul edən və axarı olan göl.
(sututarı).
axımın orta miqdarı. L (san-km 2 ) ilə ifadə olunur. Eroziya prosesini sə- ciyyələndirmək üçün çay şəbəkəsində aylıq, mövsümi, yaxud illik sülb axımı. Bəzən eroziya modulu da adlanır. Eroziya modulu (asılı mate- rialların axım modulu) 1 km 2 sutoplayıcı sahədən axan sülb axının tonla miqdarıdır. AXIMIN NİZAMLANMASI – yamaclarda axımın maksimum zəif- lədilməsi və torpağa hopdurulması üçün həyata keçirilən müxtəlif təd- birlər sistemi. Axımın nizamlanması üçün yamaclarda müxtəlif aqrotex- niki, fitomeliorativ tədbirlər həyata keçirilir, müxtəlif hidrotexniki qurğular tətbiq edilir.
qismən və ya tamamilə ayrılmış hissəsi. A.-lar ilk dövrdə göl şəklində olur və çay daşqınları ilə qidalanır. A. çay daşdığı zamanı su olmadıqda tədricən bataqlığa çevrilir və quruyur. Mingəçevir su anbarı tikilənədək Kür çayının aşağı axınında A.-lar çox idi. Hazırda əksəriyyəti qurudulmuşdur. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 15
Axmaz AGELİOFİLLƏR – işıqsız şəraitdə yaşayan heyvanlar (mağarada, dənizin dərinliklərində). AKARİSİDLƏR (yun. akari - gənə) – ziyanlı gənələri məhv etmək məqsədilə istifadə edilən kimyəvi maddələr. AKKUMULYASİYA (GEOLOGİYA) (lat. Accumulatio - toplanma) – axar su, buzlaq, dəniz, külək və vulkanların geoloji fəa- liyyəti nəticəsində çöküntü, mineral və üzvü qalıqların quruda və su hövzəsinin dibində yığılması. A.-nı yaradan geoloji amildən asılı olaraq su, külək, buzlaq və s. A-lar olur. A. nəticəsində akkumlyativ relyef əmələ gəlir.
sahələrinin çayların gətirdiyi materiallarla (çınqıl, qum, qumdaşı, gil və s.) buzlaq çöküntüləri ilə, vulkan püskürmələri məhsulları və eol çöküntüləri ilə dolması nəticəsində əmələ gələn düzənliklər. AKLİMAKS – biotik və abiotik mühitin dəyişkənliyi nəticəsində biosenozun davamsızlıq vəziyyəti. AKRODENDROFİL HEYVANLAR – əsasən ağacların çətirlərində yaşayan orqanizmlər. (müxtəlif həşəratlar, çətirlərdə yuva quran quşlar və s.). AKROFİL BİTKİLƏR – dağ-alp zonasını üstün tutan bitki Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 16
qrupları. AKSELERASİYA – fərdlərin böyümə və yetişməsinin kəskin tezləşməsi, həmçinin onların ölçüsünün artması. İnsan cəmiyyətində akselerasiya onu əhatə edən ətraf mühitin kompleks faktorlarının təzyiqi altında gedir. AKTİNOMETRİYA (yun. aktis - şüa) – 1) işığın intensivliyinin öl- çülməsi; 2) meteorologiyanın atmosfer şəraitində günəş, yer və atmosfer şüalanmasını öyrənən bölməsi.
növlərinin yayılmasını təyin edən temperaturlar. AKTİVLƏŞDİRİLMİŞ KÖMÜR – məsaməli strukturlu yüksək dərəcəli adsorbsiyalı kömür. Havada və suda olan zərərli maddələrin udulması üçün süzgəclərdə (filtrlərdə) istifadə olunur.
hər hansı bir faktorun optimal zonası. AKULTUR LANDŞAFT – insanın səmərəsiz fəaliyyəti nəticəsində, yaxud qonşu landşaftın əlverişsiz təsirilə əmələ gələn landşaft. AKUSTİK TRAVMA – eşitmə orqanlarının həddən artıq güclü səsin təsirindən zədələnməsi. A.t. nəticəsində daxili qulaqda baş verən ağrılar ağıreşitməyə, hətta karlığa səbəb ola bilər. Kəskin və xronik olur. Profilaktikası: istehsalatdakı səs-küyün azaldılması üçün tədbirlər. AKVAKULTURA (lat. agua - su) – su mühitində yetişdirilən faydalı orqanizmlər, o cümlədən marikultura (dəniz akvakulturası) – dəniz, liman və estuariyalarda faydalı yosun, malyusk, balıq və digər orqanizmlərin yetişdirilməsi. AKVATORİYA (yun. Agua – su) – su səthinin müəyyən bir sahəsi.
AQAMİYA – cinsi prosesin yox olması. AQLOMERASİYA – olduqca çoxlu miqdarda insanların, heyvanların, yaşayış məntəqələrinin və s.-nin toplanması, sıxlaşması. Adətən, A. – neqativ ekoloji əhəmiyyət daşıyır.
canlı orqanizmlərin bir yerə toplanması (yığılması). Heyvanlar (həşəratlar, balıqlar, quşlar, müxtəlif məməlilər) A-dan yem əldə etmək,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 17
yırtıcılardan və əlverişsiz mühit şəraitindən mühafizə olunmaq üçün istifadə edirlər.
tərkibində kimyəvi maddələr saxlayan su. Tərkibində xlorid, sulfat turşusu və amonyak duzları olan su xüsusilə aqressiv sayılır.
bağ və meşə əkinlərindən ibarət landşaft. AQROBİOGEOSENOZLAR (AQROBİOSENOZLAR, AQROSENOZLAR) – insan tərəfindən dəyişdirilən və ya yaradılan törəmə biogeosenozlar (tarla, bostan, bağ, üzümlük, meşə plantasiyaları, qoruyucu meşə zolaqları, güllük və s.). A. qurunun 10 %-ə kimi olub qida enerjisinin 30 %-ni təşkil edir. AQROBİOLOGİYA – biologiya sahəsində bitkiçiliyə və heyvandarlığa bilavasitə aid olan biliklər məcmusu. AQROFİZİKA – AQRONOMİK FİZİKA – bitkilərin xarici mühit şəraitinin (torpaq, işıq, temperatur və s.) fiziki tədqiqat me- todlarından və onların həyat fəaliyyətindəki fiziki proseslərdən bəhs edən elm. AQROFİTLƏR – kənardan gətirilərək (introduksiya olunan) aqrobiosenoz kimi becərilən bitki növləri. AQROFİTOSENOZLAR – İnsan tərəfindən səpin və ya əkinlə süni yaradılan bitki qrupları. A.-nın tərkibinə mədəni və alaq bitkiləri daxil olur. Taxıl, tərəvəz, meyvə və texniki bitkilərin səpini və əkini A.- ra misal ola bilər. A. mədəni fitosenozun ayrıca tipi olub aqrobiosenozun əsasını təşkil edir.
iyerarxiya sistemi üzrə aparılır və aqroekoloji sinif, aqroekoloji vilayət, aqroekoloji rayon, aqroekoloji yarımrayon, aqroekoloji qrup kimi bölgülərə malikdir. – Aqroekoloji sinif – zonal torpaq tipinin və ya bir neçə tipin üstünlüyü ilə səciyyələnən üfüqi və ya şaquli istiqamətdə yayılmış ərazi respublikamızda iki sinif – dağlıq ərazilər və düzənliklər ayrılır.
elementlərin, üfüqi və şaquli horizontallığı ilə seçilən ərazi vahidi. Aqroekoloji rayon – kompleks aqroekoloji şəraiti (torpaq Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 18
örtüyünün strukturu, onun relyefdən asılı olaraq paylanması, mezo və mikroiqlim şəraiti və s.) ilə səciyyələnən vilayət daxilində hissə.
mədəni bitki sortlarının becərilmə şəraiti, istehsalın dar ixtisaslaşması ilə səciyyələnir.
bonitet bala malik torpaq taksonomik vahidləri birləşdirir. Azərbaycan respublikasının iyerarxiya sistemi üzrə aqroekoloji rayonlaşdırılması cədvəldə verilir. (Məmmədov, 1998).
Aqroek oloji sinif
Aqroek oloji
vilayət Aqroekoloji Rayonlar Aqroekoloji yarımrayonlar Aqroekoloji qruplaşma 1.
Dağlıq A. Böyük
Qafqaz 4. Üzümçülük Ağ-şanı, qara- şanı və s. I. Əla torpaqlar 80 baldan yuxarı
Tərəvəzçilik Kələm,
pomidor, xiyar və s.
B. Kiçik
Qafqaz 6. Meyvəçilik Alma, armud və s.
II. Yaxşı torpaqlar, 60-80 bal
Taxılçılıq Bərk buğda, yumşaq buğda və s.
çıvan MR
3. Tütünçülük Trobzon və s. III. Orta 40-60 bal
Q. Talış 7. Subtropik bitkilər Nar, feyxoa, ən- cir və s. IV. Aşağı 20-40 bal 8.
Çayçılıq 9.
Otlaq Qış və yay Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 17
10.
Meşə Palıd, vələs, fıstıq və s. II.
Düzən D. Kür, Araz
ovalığı 1. Pambıqçılıq Zərif lifli V. şərti yararsız, 20 baldan aşağı
AQROEKOLOGİYA, AQROSENOLOGİYA, aqrorekologiya, mədəni fitosenologiya – aqrosenozlar və ya mədəni ekosistemlər haqqında elm. A. aqrosenozlarda birgə məskunlaşmağa uyğunlaşan orqanizmlər arasındakı əlaqəni, bir-birinə təsirini, mühitin onlara təsirini, hər hansı bir biosenoloji mühitin yaranmasında orqanizmlərin rolunu, həmçinin aqrosenozların strukturunu, tiplərini, məhsuldarlığını və rayonlaşdırılmasını tədqiq edir. A-nın ümumi məqsədi – biosenoloji qanunauyğunluqlardan istifadə etmək, mədəni bitkilərin məhsuldarlığını və keyfiyyətini yüksəltməkdir. AQROEKOSİSTEM – kənd təsərrüfat məhsulları əldə etmək üçün becərilən bitkilərin altında olan ərazi sahələrini birləşdirən ekoloji sistem. Aqroekosistemin tərkibinə daxildir: canlı aləmi ilə birlikdə (heyvanat aləmi, yosun, göbələk, bakteriyalar) torpaq; tarlalar – aqrosenozlar; heyvanlar; təbii və yarımtəbii ekosistemlər (meşə, təbii yem sahələri, su hövzəsi); insan. AQROEKOSİSTEMİN QİDA SAHƏSİ – Becərilən bitkinin bir fərdinə düşən orta sahə. AQROİQLİM EHTİYATI – k.t.-nın inkişafı üçün tələb olunan iqlim elementlərinin göstəriciləri. AQROİQLİMŞÜNASLIQ – iqlimi kənd təsərrüfatı (k.t.) istehsalatının tələblərinə uyğun öyrənən elm. Kənd təsərrüfatı bitkilərinin istilik və rütubətlə tə’min olunma dərəcəsinin müəyyən edilməsi, aqrotexniki qaydaların, meliorasiya tədbirlərinin əsaslandırılması, mikroiqlimin yaxşılaşdırılması, xarici mühitin məhsula tə’siri məsələləri ilə məşğul olur. A. eyni zamanda quraqlıq, donvurma və s. zərərli təbii hadisələri öyrənir və onlara qarşı mübarizə tədbirlərini müəyyən edir. A-ın son məqsədi k.t.-nın ayrı-ayrı sahələrinin planlaşdırılmasına, düzgün yerləşdirilməsinə, məhsuldarlığın
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 19
artırılmasına kömək etməkdir. AQROKİMYA – Torpağın kimyəvi tərkibi ilə kənd təsərrüfatı bitkiləri arasındakı əlaqəni öyrənən elmi fənn. A.-nın məqsədi kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını artırmaq və alınan məhsulun keyfiyyətini yaxşılaşdırmaqdır.
gübrələrin aqrokimyəvi analizini yerinə yetirən analitik laboratoriya. AQROLANDŞAFT – 1) antropogen landşaft; 2) kənd ərazisinin peyzajı. AQROMELİORASİYA – aqroekosistemlərdə bioloji məhsuldarlığı (kənd təsərrüfatı bitkilərinin və heyvandarlıq məhsullarını) yüksəltmək məqsədilə torpaq,hidroloji və iqlim şəraitini optimallaşdırmaq üçün təşkilatı-təsərrüfat və texniki tədbirlərin həyata keçirilməsi. AQROMETEOROLOJİ PROQNOZ – Kənd təsərrüfatı (k.t.) bitkilərinin böyüməsinə, inkişafına və məhsulun əmələ gəlməsinə tə’sir edən mühüm aqrometeoroloji şəraitin qabaqcadan xəbər verilməsi. A.p. əlverişli hava şəraitindən istifadə etməyə və k.t. bitkilərini əlverişsiz hava şəraitindən qorumağa imkan yaradır. A.p.-u mərkəzi və ya yerli hidrometeoroloji xidmət idarələri verir. AQROMETEOROLOJİ XİDMƏT – Kənd təsərrüfatı bitkiləri yetişdirmək üçün iqlim şəraiti vəziyyətinin təbii və antropogen dəyişilməsinə nəzarət xidməti, k.t. əhəmiyyətli meteoxidmət.
k.t. heyvanlarına tə’sirini, bu amillərin k.t.-na vurduğu zərərin qarşısını almaq metodlarını tədqiq edən elm.
təbii
şəraitin yaxşılaşdırılmasına yönəldilən və sahələrinin məhsuldarlığının yüksəlməsini tə’min edən meşəçilik tədbirləri sistemidir; meliorasiyanın bir növüdür. A. qoruyucu meşələrin torpaqqoruyucu, sutənzimedici və digər mühit qoruyucu xassələrindən istifadə olunmasına əsaslanır. A.-nın obyekti k.t. sahələridir. Tarlaqoru- yucu meşə zolaqları tarlalarda mikroiqlimi yaxşılaşdırır, küləyin sürətini zəiflədir, səthi axım azaldır, eroziyanın qarşısını alır və bununla da
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 20
bitkinin inkişafı üçün şərait yaxşılaşır, onun məhsuldarlığı yüksəlir. Otlaqlarda meşə zolaqları üçün şəraiti yaxşılaşdırır, qumluqları bərkidərək istifadə olunmayan torpaqları kənd təsərrüfatı dövriyyəsinə daxil etməyə imkan yaradır.
üsullarını və qanunlarını tədqiq edən elmi fənnlərin (əkinçilik, aqrokimya, aqrofizika, bitkiçilik, seleksiya, toxumçuluq, fitopotologiya, kənd təsərrüfatı entimologiyası, bitki mühafizəsi, kənd təsərrüfatı meliorasiyası) məcmusu.
növlərin və sortların fərdlərinin məcmusu. AQROSTOLOGİYA – botanikanın otları öyrənən sahəsi; otlar haqqında elm. AQROTEXNİKA – kənd təsərrüfatı bitkilərinin becərilməsi qaydaları sistemi, əkinçilik texnologiyası. A.-nın vəzifəsi – məhsul vahidinə minimum əmək və vəsait sərf etməklə k.t. bitkilərindən yüksək məhsul alınmasını təmin etməkdir. A.-ya torpağın gübrələnməsi, becərilməsi, toxumun səpinə hazırlanması, səpin və əkin, əkinlərə qulluq, k.t. bitkilərinin xəstəlik və ziyanvericiləri ilə mübarizə, məhsul yığımı, həmçinin torpaq səthinin hamarlanması, suvarma və s. daxildir.
67 növü məlumdur. Həşərat, xırda sürünənlər, siçanabənzər gəmiricilər, xırda quşlar və quş balaları ilə qidalanır. Azərbaycanda 4 növü var: adi A., alnıqara A., qırmızıbaş A. və boz A. Kənd təsərrüfatı və meşə təsərrüfatı ziyanvericilərini qırdığı üçün xeyirlidir.
Azərbaycanda pambıq tarlalarında 92, qarğıdalı və yonca sahələrində müvafiq olaraq 120 və 125, payızlıq taxıl zəmilərində 152, tərəvəz əkinlərində 25, üzüm bağlarında 148 növ alaq bitir. A. əkinçiliyə böyük zərər verir: becərilən bitkilərə lazım olan qida maddələrinin, suyun, işığın bir hissəsini alır; ziyanvericilərin, xəstəliklərin inkişafı üçün şərait yaradır; becərməni, məhsul yığımını çətinləşdirir; A-lı yerlərdə kənd təsərrüfatı bitkilərin məhsuldarlığı və məhsulun keyfiyyəti aşağı düşür. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 21
Alağa qarşı mübarizədə aqrotexniki tədbirlərlə yanaşı kimyəvi mübarizə əsas yer tutur.
təhlükəli vəziyyəti aradan qaldırmaq üçün “təbiət-cəmiyyət” sisteminin optimallaşdırılması üçün təcili olaraq həyata keçirilən həlledici tədbirlərin zəruriliyi. ALBEDO (lat. Albedo - ağlıq) – səthin işıqqaytarma qabiliyyətini səciyyələndirən kəmiyyət. Səthdən əks olunan işıq selinin həmin səthə düşən selə nisbəti ilə ölçülür. Astronomiyada A. beş növdür və onlara özü işıq saçmayan göy cisimlərinin xarakteristikası kimi baxılır: müstəvi A., sferik A., həndəsi A., təsviri A. və görünən A. Yerin, okean və dənizlərin vizual müstəvi A-su 0,03, təzə qarla örtülmüş səthin və buludlarınkı 0,9, yaşıl bitki örtüklərininki 01-03-dür. ALGİSİDLƏR – Arzu olunmayan alqofloranı məhv etmək, həmçinin suyun “çiçəkləməsi” ilə mübarizə məqsədilə işlədilən kimyəvi maddələr. A. kimi çox vaxt mis-sulfat, ammiakat-mis və istehsalat sidik cövhərindən (diuron, majuron və s.) istifadə edilir. ALKOQOLİZM – spirtli içkilərdən sui-istifadə etmək; insanın sağlamlığına və iş qabiliyyətinə mənfi təsir göstərir. Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling