Ekoloji LÜĞƏt a
Download 3.98 Mb. Pdf ko'rish
|
YUMŞAQ KİMYA – Y.k.-nın vəzifəsi sintetik maddələri onların təbii analoqlarına yaxınlaşdırmaqdır. Y.k. təbii boyalardan, bitki və heyvan ekstratından hazırlanan dərmanlardan, bitki mühafizəsində bioloji vasitələrdən, təbiətdə işıq və mikroorqanizmlərin təsirindən tez parçalanan, su ilə tez yuyulan sintetik polimerlərdən və toksik olmayan tipoqrafik rənglərdən istifadə edir. Y.k.-nın inkişafı uğrunda «yaşıllar» mübarizə aparır.
təşkilatı. YUVALAR – müxtəlif heyvanların bala çıxarmaq, yaxud qışlamaq, gizlənmək və dincəlmək üçün hazırladığı yer. Arılar Y-ını mumdan, bəzisi ağacın oduncağını çeynəməklə düzlətdiyi kağızdan, qarışqalar bitki qırıntılarından, yaxud torpaqdan hazırlayır. Termitlərin yuvası 7-8 m hündürlükdə piramidaya oxşayır. Bəzi kəpənək tırtılları hörümçək toruna oxşayan yuva düzəldir və orada qışlayır. İpəkqurdunun hördüyü barama həm də onun yuvasıdır. Çanaqlı bağalar və timsahlar yumurtalarını qumda və ya torpaqda qazdıqları Y-da basdırırlar. Quşların yuvası onların təkamülündən və həyat tərzindən asılı olaraq daha müxtəlifdir. Qızılqaz palçıqdan yerüstü təndir formalı yuva qurur. Sərçəkimilərin yuvası fincan formalıdır. Sarıköynək və pəsnək quşunun yuvası ağacın nazik budağından asılmış olur. Quşlar Y-ının içərisinə yumşaq quru ot, tük, xəzəl, ördəklərin bəzisi isə lələklərini yolub
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 502
döşəyir. Yırtıcı heyvanların kahaları və zağaları həm də onların Y-ıdır. YUYUCU VASİTƏLƏR –paltar yumaq üçün işlədilən toz, pasta və mayelər. Müasir yuyucu vasitələr bir neçə komponentdən, o cümlədən tenzid (sabun), ağardıcılar, duru şüşə və yuyucu sodadan ibarətdir. Yuyucu vasitələr məişət axıntılarının (tullantılar) təmizlənməsində xeyli problem yaradır və təmizləmə şlamlarının (təmizləndikdən sonra qalan quru qalıq) gübrə kimi istifadə edilməsini məhdudlaşdırır. YUYULMAQ – (su ilə yuyulub çıxardılmaq) – dağ süxuru və ya torpağın suda həll olunan maddələrinin məhlula keçmə prosesi və onların ekosistemdən çıxarılması və ya dərin horizonlara (qismən torpaqaltı qata) keçməsi. Yağıntı vaxtı yuyulub aparıcı su rejiminə malik olan ekosistemlər üçün xasdır, (karbonatlardan yuyulmuş dağ qonur meşə torpaqları). YUYULMUŞ TORPAQLAR axar səth suları tərəfindən üst qatı yuyulub aparılmış torpaqlar. Y.t.-ın genetik qatların yuyulma dərəcəsin- dən asılı olaraq zəif, orta və şiddətli yuyulmuş növləri olur.
prolüvial torpaqəmələgətirən materialın aktiv toplanması nəticəsində formalaşan torpaq. Lilli suvarma suyundan uzun müddət istifadə etdikdə də belə torpaq tipi yaranır. Adətən yüksək münbitliyə malik olur. YÜKSƏKLİK – Yer səthinin ətraf sahəyə nisbətən dəniz səviyyəsindən 200 m-dən yüksəkdə yerləşən hissəsi. Məs. Volqaboyu yüksəkliyi (375 m).
ölkələrində bitki örtüyünün, torpağın, biosenozların şaquli yerləşmə qanunauyğunluğu və bir-birini əvəz edən qurşaqlar yaratması. Bu, dağ ərazisinin böyük yüksəkliyə qalxması və bununla əlaqədar iqlim qradiyentlərinin (temperatur, atmosfer təzyiqi və günəş radiasiyası) əmələ gəlməsi ilə irəli gəlir: hər 100 m hündürlüyə qalxdıqca temperatur 05-08 °, atmosfer təzyiqi 745 n/m 2 aşağı düşür. Müxtəlif en dairələrində müxtəlif olub yerləşdiyi dağlıq ölkənin zonası ilə əlaqdardır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 503
Z ZAMOR – su səthində oksigenin azalması nəticəsində balıqların və s. suda yaşayan heyvanların kütləvi qırılması. ZANBAQKİMİLƏR (Liliaceae) – birləpəli bitki fəsiləsi. Kökümsovlu, soğanaqlı bitkilərdir. 250 cinsə mənsub 4000 növü məlumdur. Azərbaycanda 25 cinsi (148 növü) yayılmışdır. Z. fəsiləsinə qiymətli tərəvəz (soğan, sarımsaq və s.) dərman bitkiləri (inciçiçəyi, əzvay və s.) və dekorativ (zanbaq, dağlaləsi, sünbülçiçək və s.) bitkilər daxildir. ZƏBTETMƏ RƏQABƏTİ – hər bir fərd bacardığı qədər resurs zəbt edir. ZƏLZƏLƏ – əsasən tektonik proseslər nəticəsində yeraltı sarsıntılar və yer səthinin tərpənməsi. Tektonik, vulkanik və uçqun zələzə növlərinə bölünür. İl ərzində 100 minlərlə zəlzələ hadisəsi baş verir, onların yalnız az hissəsi dağıdıcı təsirə malikdir, cari əsrin məşhur fəlakətli zəlzələləri San-Fransiskoda (Kaliforniya) – 1906-cı ildə, Tokioda 1923-də, Aşqabadda 1948-də, Çilidə 1960-da, Meksikada 1985-də, Şamaxıda 1192, 1902-də, İndoneziyada 2005-ci ildə.
şəraitlərdə işçinin xəstələnməsinə və ya iş qabiliyyətinin aşağı düşməsinə səbəb olan faktor. Z.i.f. təhlükəli də ola bilər.
məişət şəraitində) xəstəlikyaradan və ya onun sağlamlığını pozan maddə.
sosial cəhətdən zərər verir, həmçinin xəstəlik törədir. Miqdarı, olduğu yer və vaxtından asılı olaraq bu və ya digər növ insan üçün «faydalı»” və ya «zərərli”» sayıla bilər. ZƏRƏRSİZLƏŞDİRMƏ – infeksiya və ya təbii-mənbə xəstəliklərinin, qarşısını almaq və ya süni yayılan zəhəri yox etmək; karantin bitki və heyvanları məhv etmək; bina, əşya, alət və s.-ni sterilizə etmək istiqamətində kompleks tədbirlər. ZƏRƏRVERİCİLƏRİN KÜTLƏVİ ARTMASI MƏNBƏYİ – Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 504
zərərvericilərin kütləvi artan ərazi, oradan isə yayılaraq yeni əraziləri fəth etməsi.
təsərrüfatı heyvanlarının transmissiya xəstəliklərinin hər hansı bir ərazidə uyğunlaşma qanunauyğunluğu(məs., ensefolit gənəsi). Burada həmin xəstəliklərin fasiləsiz dövr etməsində iştirak edən orqanizm növləri məskən salır.
Zərərvericiləri məhv etmək və ya onların sayını tənzimləmək üçün təbiətə xəstəlik törədən zərərvericilərin düşmənindən istifadə edilməsi.
– Zərərvericilərin (cücü, gəmirici və b.) sadə mexaniki vasitələrin (aldadıcı, tələ, quyu) göməyi ilə və ya əl ilə məhv edilməsi.
zəhərin aşkar edilməsi. Z-ya yeməklə kiçik dozalar şəklində DDT-nin insanın piy toxumalarında toplanması klassik misal ola bilər. Z. arzuolunmaz hadisə hesab edilir, belə ki, müəyyən şəraitdə zəhər orqanizmin intoksasiyasına səbəb ola bilər.
neçə zəhərli maddənin (eyni istiqamətdə) təsiri. Sinergizm zamanı zəhərlər daha çox (hər zəhərin ayrı-ayrılıqda təsirindən fərqli olaraq) öldürücü təsir göstərir. ZƏHƏRLƏR – zəhərlənməyə və ölümə səbəb olan maddələr. Bütün maddələr, o cümlədən dozasından asılı olaraq dərman maddələri (məs. strixinin, antropin, morfin və s.) böyük dozada zəhərənmə törədə bilər. Köhnəlmiş bəzi qida məhsulu da (məs. balıq, ət konservləri və s.) ağır zəhərlənmələrə səbəb olur.
orqanizminə zəhərləyici təsir göstərən və döyüş silahı kimi işlədilə bilən kimyəvi birləşmələr.
bitkilər. Z.b-in tərkibində olan zəhərli maddələr mərkəzi sinir sisteminə (oyadıcı, iflicedici və s.), tənəffüs və həzm orqanlarına, ürək-damar sisteminə, qaraciyər, böyrəklərə və s. təsir edir. Z.b.-in faydalı xüsusiyyətləri də var. Onların bəzilərindən (xaş-xaş, acılıq, dəlibəng,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 505
bat-bat və s.) müxtəlif dərman maddələri, bir qismindən (öldürgən, tütün, asırqal, kəpənəkçiçək, mahmızçiçək) intektisid alınır. Azərbaycan Respublikasında Z.b.-dən öldürgən, acılıq, qatırquyruğu, kəkrə, çobanyastığı, cil, acı yonca, qızıl-sarmaşıq, yapıqqanotu, canavargiləsi, bat-bat, dəlibəng, mahmızçiçək, ayıdöşəyi, südləyən, acı biyan, süsən, lalə, üzərlik, birəotu, qaymaqçiçəyi, qaytarma, asırqal, həlməl, dəmirtikan, xaçgülü, ardıc, sarıkol, qaraçöhrə, gərməşov, şümşad və s. daha geniş yayılmışdır.
üçün zəhərli maddələr olan müxtəlif heyvan siniflərinin nümayəndələri. 5 minə qədər zəhərli heyvan növü məlumdur. Onlardan məşhur olanları və yaxşı öyrənilənlərindən zəhərli buğumayaqlıları (əqrəb, hörümçəklər və cücülər), balıqlar və sürünənləri göstərmək olar. Kənd təsərrüfatı heyvanları üçün buğumayaqlılar və zəhərli heyvanlar ən qorxulu sayılır. Kənd təsərrüfatı heyvanlarının Z.h.-ın dişləməsinin profilaktikası üçün zərdablarla vaksinasiya (peyvənd) və immunizasiya tətbiq olunur. ZƏHƏRLİ KİMYƏVİ MADDƏLƏR – kənd təsərrüfatı bitkilərinin xəstəlik törədicilərinə və zərərvericilərinə qarşı mübarizə aparmaq, həmçinin insan və heyvan ektoparazitlərini məhv etmək üçün istifadə olunan mineral və ya bitki mənşəli, ya da sintetik kimyəvi maddələr. Fosfor-üzvi və xlor üzvi birləşmələr, karbonatlar, müxtəlif mis, sink, kükürd və flüor birləşmələri Z.k.m.-dəndir. Bax: həmçinin insektisidlər, pestisidlər.
pestisidlərin) maksismum yol verilən səviyyəsi. ZƏHƏRLİLİK KRİTERİ – orqanizmin toksik (zəhərli) maddələrin təsirinə qarşı cavabının keyfiyyət və kəmiyyət göstəriciləri. ZƏHƏRLİLİK (TOKSİKLİK) GÖSTƏRİCİLƏRİ – hər hansı maddənin orqanizmin həyat prosesinə zərərli təsirinin göstəriciləri. Bioloji, fizioloji, biofiziki və fiziki-kimyəvi Z.g. ayrılır.
Qafqazda və Azərbaycanda 2 cinsi təbii halda bitir. Zoğal cinsi (Cornus) – Qafqazda və Azərbaycanda geniş yayılanı adi zoğaldır (C.mas). Azərbaycanda Böyük və Kiçik Qafqazda, Samur- Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 506
Dəvəçi düzənliyində və Qanıx-Əyriçay vadisində düzəndən başlamış orta dağ qurşağına kimi meşələrin tərkibində bitir.
dəli zoğal da deyilir. Cənub dəli zoğalı (S. australis) – Azərbaycanda bütün meşəli rayonlarda dəniz səthindən 1400 m yüksəkliyə qədər meşələrdə bitir. Qara murdarça (S. sanquinea) – Azərbaycanda introduksiya olunub, Botanika bağında və Mərdəkan dendroloji bağında var. ZONA – Qurunun zonaları yarım zonalara, rayonlara və s. bölünür. Hər bir zonaya xüsusi ekosistem tipi məxsus olub özünün bitki örtüyü, heyvanat aləmi və torpağı ilə səciyyələnir.
xüsusiyyətlərinə görə isə günəş istiliyinin əsasən en dairəsi üzrə paylanmasına görə zonalara coğrafi differensasiyası. Müvafiq bitki zonasını (tundra, meşə, çöl, səhra) səciyyələndirən bitki örtüyü bitki zonallığı yaradır. Şimaldan cənuba getdikcə iqlimin dəyişməsi ilə əlaqədar bitki zonaları bir-birini əvəz edir. Tundra zonasının bitki örtüyü əsasən kollardan ibarətdir. Tundradan cənuba geniş meşə zonası yayılmışdır. Meşə zonasının cənubunda yerləşən çöl (step) zonası özündən əvvəlki zonadan quru və isti iqlimi ilə fərqlənir. Daha sonra gələn səhra zonası üçün torpağın duzluluğu xarakterikdir; bitki örtüyü seyrək, əsasən duzadavamlı kol və ot bitkilərindən ibarətdir.
qruntunda yaşayan heyvanların məcmusu. ZOOCOĞRAFİ FAUNİSTİK ƏYALƏT – vilayətə tabe olan zoocoğrafi rayonlaşdırma vahidi. ZOOCOĞRAFİ VİLAYƏTLƏR – Yer kürəsində heyvanların əsas coğrafi vilayətləri. ZOOCOĞRAFİYA, HEYVAN COĞRAFİYASI – zoologiyanın bir bölməsi; Yer kürəsində heyvanların hazırda və keçmişdə coğrafi yayılmasını, bu yayılmanı müəyyən edən müasir və keçmiş tarixi amilləri, qanunauyğunluqları, həmçinin heyvanların ekoloji qruplarının coğrafi yayılmasını öyrənir.
yayılması. Z.-nın epizooxoriaya (meyvə və toxumların heyvanın bədən səthi ilə yayılması), endozooxoriya (heyvanların ekskrementi ilə
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 507
yayılması) və sinzooxoriaya (Heyvanların meyvə və toxumları ehtiyat məqsədilə toplanması ilə əlaqələr yayılması) tipi müəyyən edilir. Bununla əlaqədar bitkilər də epi-, endo-, və sinzooxorlara bölünür. Epizooxor bitkilərin meyvə və toxumlarında qarmaq, tikan, selik yapışqan maddələr və s., endozoxor bitkilərin toxumu üzərində ətli hissə olur. Heyvanlar belə meyvə və toxumları yeməklə yayırlar. Sinzooxoriyanın geniş yayılan forması və ya toxumların qarışqalar tərəfindən toplanması-mirmekoxoriyadır.
müəyyən uyğunlaşmalara (tikanlı, acı, pis qoxulu, zəhərli və s.) malik olan bitkilər.
(zoofaqlar) qidalanan yırtıcı heyvanlar. Bitkilərdən bu qrupa cücülərlə qidalanan bitkilər aiddir.
məməlilərlə (məs., yarasa), quşlarla (ornitofiliya), cücülərlə (entomofiliya), malyusklarla (molokofiliya).
yayılmasına uyğunlaşan bitkilər. ZOOGEN FAKTORLAR – heyvanların bitkilərin həyat tərzinə, çoxalmasına və xassəsinə təsirinin müxtəlif formaları. ZOOGEN RELYEF – bax: biogen relyef. ZOOGEN SUKSESSİYA – heyvanların güclü təsirilə baş verən sukssesiya (məs., onların kütləvi artması ilə). ZOOGENETİKA – genetikanın bir sahəsi; heyvanların genetikasını öyrənir. ZOOGİGİYENA – veterenar və zootexnika elminin bir sahəsi; heyvanların saxlanılma şəraitinin onların sağlamlığını və
məhsuldarlığını artırmaq üzrə tədbirlər hazırlayır. ZOOKÜTLƏ – Müəyyən populyasiya və biosenozda heyvanat aləminin biokütləsi. Quruda zookütlənin miqdarı 2,0 ⋅ 10 9
1980) olub əsas torpağın heyvanat aləmindən ibarətdir. Dəniz və okeanlarda zookütlənin quru maddəsi 6,0 ⋅ 10 9
Çernov, 1970). Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 508
ZOOLOGİYA (yun. zoon - heyvan, canlı) – Heyvanlar haqqında elm; biologiyanın bir sahəsi. Heyvanlar aləminin müxtəlifliyini, onların quruluşunu və həyat fəaliyyətini, yayılmasını, xarici mühitlə əlaqəsini, fərdi və tarixi inkişaf qanunauyğunluqlarını öyrənir. Z. insanların təsərrüfat fəaliyyəti, Yer üzərində heyvanların qorunması və mənimsənilməsi ilə sıx əlaqədardır. Z. tədqiqat vəzifələrinə görə bir sıra əsas fənlərə bölünür: heyvan sistematikası, heyvan morfologiyası, heyvan embriologiyası, heyvan ekologiyası. ZOOLOGİYA BAĞI – vəhşi heyvanların kolleksiyası; nadir və məhv olmaq təhlükəsi olan heyvanların genefondunu göstərmək, öyrənmək, qorumaq və artırmaq məqsədilə yaradılır.
mayelərdə, qurudulmuş və ya xüsusi preparat halında saxlanan heyvanlar, bunların müqavvaları, skeletləri, dəriləri, eləcə də buynuz, sümük və çanaqdan düzəldilən məmulatlar) saxlandığı elmi və mədəni- maarif müəssisəsi. Bakıda Z.m. Azərbaycan MEA Zoologiya institutunda yaradılmışdır (1971). Xaricdə ən böyük Z.m. Nyu-Yorkda. Vaşinqtonda, Parisdə, Londonda, San-Peterburqda, Moskvada və Kiyevdədir. ZOOLOGİYA PARKI – vəhşi heyvanları nümayiş etdirmək, öyrənmək və artırmaq məqsədilə onları bağlı və yarımbağlı şəraitdə saxlayan elmi-maarif müəssisəsi. Z.p. Zoologiya bağından, adətən, ərazisinin böyüklüyü və heyvan kolleksiyasının müxtəlifliyi ilə fərqlənir. Z.p. təbiətə və onun nemətlərinə məhəbbət aşılayan, nadir və nəsli kəsilməkdə olan vəhşi heyvan növlərinin genetik fondunu saxlayan və təbiətin mühafizə ideyalarını təbliğ edən mərkəzdir. Tarixən Z.p.- ndan qabaq heyvanxanalar yaranmışdır. Eramızdan 1500 il əvvəl Misirdə Z.p. olmuşdur. Avropada ilk Z.p. Venada (1752), Madriddə (1774), Parisdə (1793) meydana gəlmişdir. Bakıda Z.p. 1945-ci ildə yaradılmışdır.
yerləşməsini, miqrasiyasını və coğrafi mühitlə əlaqəsini əks etdirən zoocoğrafi xəritələr.
etmək məqsədilə quru bozqır, yarımsəhra və səhra rayonlarında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 509
qoruyucu meşə zolaqlarının salınması. Z.-nın ən çox yayılmış növü uzununa otlaqqoruyucu meşəliklərin salınması hesab olunur. Otlaqqoruyucu meşə zolaqları torpağın eroziyasının qarşısını alır, əlverişli mikroiqlim yaradır, ot bitkisinin inkişafına səbəb olur, həmçinin heyvanların əlverişsiz şəraitdən qorunması vəzifəsini daşıyır. ZOONOZLAR – təkamül prosesində heyvanların müəyyən növündə parzitlik etməyə uyğunlaşan törədicilərin əmələ gətirdiyi yoluxucu xəstəliklər. Qaramal taunu, donuz taunu, pasterelyoz və s. Z.-a aidir. Sanitar-iqtisadi şərait pis olduqda Z. insanlar arasında da baş verə bilər. İnsanlara xəstə heyvanlardan keçir və ona bu xəstəliyi yoluxdurmurlar. Profilaktikası: ət məhsullarından düzgün istifadə etmək, bəzi xəstəliklərə (taun, qarayara, bruselyoz və s.) qarşı peyvəndlər vurmaq və s.
ZOOPARAZİTLƏR – heyvanlarda yaşayan parazitlər. ZOOPLANKTON – planktonun heyvanat komponenti (ibtidailər, meduzalar, evufauzidilər və s.). ZOOPLANKTON – planktonun heyvan nümayəndələri. (S.A.Zernovanın termininə görə, 1949).
psixologiyasını öyrənməkdə tətbiqi əhəmiyyət (həmçinin ekologiya üçün) daşıyır.
biotopunda yaşayan müxtəlif qruplara daxil olan heyvanlar. Lil biotopuna daxil olan Z. qum biotopunda əmələ gələn Z.-dan fərqlənir. Z. özündə biosenoza xas olan xüsusiyyətləri əks etdirir. Z.-dan fərqli olaraq biosenozda heyvanlarla bərabər bitkilərin və mikrobların olması da nəzərə alınır. Z.-un əmələ gəlməsində canlı mühitin də rolu az deyil. «Z»”. termini şərti olduğundan, ondan ekoloqlar az istifadə edir.
(rodentisidlər) və ziyanverici quşlarla (avisidlər) mübarizə aparmaq məqsədilə istifadə edilən pestisidlər qrupuna aid olan kimyəvi preparatlar. ZOOTEXNİYA – kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi, yemləndirilməsi, yüksək keyfiyyətli məhsul almaq üçün k.t. heyvanlarının saxlanması, düzgün istifadə edilməsi haqqında elm.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 510
ZÜLALLAR, PROTEİNLƏR – aminturşularından təşkil olunmuş iri molekullu üzvi birləşmələr. Z. canlı hüceyrənin əsas tərkib hissəsi olub, orqanizmdə gedən biokimyəvi reaksiyalarda mühüm rol oynayır. Orqanizmin quru kütləsinin 50%-ni təşkil edən Z.-ın molekul kütləsi on minlərdən milyona qədər və daha çox olur. Fiziki-kimyəvi xassələrin tərkibinə, mənşəyinə və daşıdığı funksiyasına görə Z. sadə-proteinlərə (molekulu yalnız amin turşularından ibarət) və mürəkkəb – proteidlərə (molekulunda aminturşularından başqa digər mürəkkəb maddələr də olur) bölünür. Sadə Z.-a albuminlər, qlubolinlər, histonlar, qultelinlər, prolaminlər, protaminlər və proteinsidlər, mürəkkəb Z.-a isə qlikoproteidlər (tərkibində aminturşularından başqa karbohidratlar olur), lipoproteidlər (tərkibində lipidlər olur), nukleoproteidlər (tərkibində fosfat turşusu olur) və xromoproteidlər (tərkibində metal olan piqment qrupları var) misal ola bilər.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin PREZİDENT KİTABXANASI ────────────────────────────────────────── 511
Ekoloji lüğət bu kitab əsasında yaradılmışdır
Elmi redaktor: akademik B.Ə.BUDAQOV
nəşriyyatı. Bakı: 2003. 516 s.
Kitabda ekologiya və təbiəti mühafizəyə aid 4000-dən artıq termin və anlayışın mənası izah edilir. O, azərbaycan dilində ikinci nəşr olub ekoloqlar, bioloqlar, coğrafiyaşünaslar, meşəçilər, torpaqşünaslar, geobotaniklər, kənd təsərrüfatı mütəxəsisləri, həm də təbii sərvətlərdən istifadə problemləri və onların mühafizəsi məsələləri ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Hazırda respublikamızın ali və orta məktəblərində ekologiya və təbiətin mühafizəsi fənlərinin tədris edilməsi ilə əlaqədar olaraq məlumat kitabı, müəllim və tələbələr üçün qiymətli vəsait sayılır.
2003
) 07 ( 655 01000009
. 19 − М
İSBN 5 – 8066 – 1512 - X © ELM, 2003 Download 3.98 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling