Elektromaqnit induksiya hadisəsi


Öz-özünə induksiya. İnduktivlik


Download 261 Kb.
bet2/4
Sana07.04.2023
Hajmi261 Kb.
#1338473
1   2   3   4
Bog'liq
14.Elektromaqnit induksiya

Öz-özünə induksiya. İnduktivlik.
Qapalı keçirici konturdan axan cərəyanın ətrafında maqnit sahəsi yaratdığı və bu sahənin induksiyasının Bio- Savar- Laplas qanununa görə konturdakı cərəyanla düz mütənasib olduğu məlumdur. Buna görə də konturla bağlı maqnit seli konturdakı cərəyana mütənasibdir:
(1)
Burada - mütənasiblik əmsalı olub, konturun induktivliyi adlanır. Konturdan axan cərəyanın qiyməti dəyişdikdə onunla bağlı maqnit seli də dəyişir və konturda e.h.q. induksiyalanır. Konturdan axan cərəyan dəyişdikdə konturun özündə induksiya e.h.q-nin və induksiya cərəyanının yaranması öz-özünə induksiya hadisəsi adlanır. Elektromaqnit induksiya qanununa görə:
(2)
( olduğundan ). İnduktivlik ( ) konturun həndəsi ölçülərindən və həmçinin ətraf mühitin maqnit xassələrindən asılıdır. İnduktivliyin BS-də vahidi henridir (Hn).
Sarğılarının sayı , en kəsiyinin sahəsi , uzunluğu olan solenoiddən keçən sel
(3)
olar. (1) və (3) düsturlarının müqayisəsindən alınır ki,
(4)
Yəni solenoidin induktivliyi onun sarğılarının sayından, solenoidin uzunluğundan, en kəsiyinin sahəsindən və yerləşdiyi mühitin maqnit nüfuzundan asılır.
Generatorlar.



Elektromaqnit induksiyası hadisəsindən istifadə edib, mexaniki enerjini elektrik enerjisinə çevirmək olar. Bunun üçün generatorlardan istifadə olunur. Generatorların iş prinsipini öyrənmək üçün bircins maqnit sahəsində fırlanan müstəvi çərçivəyə baxaq (şək.4). Fərz edək ki, çərçivə induksiyası olan sabit maqnit sahəsində sabit bucaq sürəti ilə fırlanır.

Şək.4

Çərçivə müstəvisini kəsən maqnit seli zamandan asılı olaraq aşağıdakı qanunla dəyişər:

Burada - çərçivənin sahəsi, isə müddətində çərçivənin dönmə bucağıdır (başlanğıc anda və ). Çərçivə fırlanarkən yaranan induksiya e.h.q-si

olar. olduqda olur. Buna görə yaza bilərik ki,

Beləliklə görünür ki, bircins maqnit sahəsində çərçivə fırlanarkən, onda harmonik qanunla dəyişən induksiya e.h.q-si əmələ gəlir. Çərçivədən cərəyan buraxsaq, ona maqnit sahəsi tərəfindən fırladıcı moment təsir edər, və çərçivə fırlanar. Bu prinsip əsasında elektrik mühərrikləri qurulur ki, onlar da elektrik enerjisini mexaniki enerjiyə çevirir.

Download 261 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling