Azərbaycan memarliq və İNŞaat universiteti NƏQLİyyat fakultəsi
Download 0.55 Mb. Pdf ko'rish
|
NVT və ATE- mühazirə (əsas)
- Bu sahifa navigatsiya:
- II faza
- III faza
- Yoxlama sualları
I faza – bu faza ilkin faza adlanır və hadisənin sürücü üçün təhlükə yarandığı
andan NV-nin bir-birilə və ya maneə ilə kontakta girdiyi ana gədər olan dövrü əhatə edir. Bu faza ərzində sürücü hadisənin qarşını almaq və ya onun fəsadlarını azaltmaq üçün tədbir görə bilir (yəni bu faza ərzində sürücü hadisənin qarşısını almaq üçün aktiv tədbirlər görmək imkanına hələ malikdir). Bu fazada NV-nin aktiv təhlükəsizliyi elementləri fəaliyyət göstərir. II faza – bu faza kulminasiya fazası adlanır və NV-nin bir-birilə (və ya maneə ilə) kontakta girdiyi andan bir-birindən (və ya maneədən) ayrıldığı ana gədər olan dövrü əhatə edir. Bu faza ərzində NV-nin passiv təhlükəsizliyi elementləri fəaliy- yət göstərir. Bu dövr ərzində sürücü artıq hadisənin qarşısının alınması ilə əla- qədar heç bir tədbir görə bilmir. III faza – bu faza son faza adlanır və NV-ləri bir-birindən (və ya maneədən) ayrıldığı andan tam dayandığı ana gədər olan dövrü əhatə edir. Bu faza ərzində NV-nin gəzadansonrakı təhlükəsizlik elementləri öz fəaliyyətini göstərir. Bu dövr ərzində də sürücü hadisənin fəsadlarının qarşısının alınmasında acizdir. Qeyd etmək lazımdır ki, bəzən aktiv təhlükəsizlik elementləri YNH-nin yalnız I fazasında deyil, həmdə II fazasında da rol oynayır. Belə ki, sürücü tormozlamaqla hadisənin qarşısını ala bilməsə belə, sürəti azaltmaqla baş verə biləcək fəsadların ağırlıq dərəcəsini kiçildə bilir. Yoxlama sualları: 1.Müasir zamanda nəqliyyat vasitələrinin konstruktiv təhlükəsizliyi element- ləri neçə və hansı növlərə bölünürlər? 2.YNH-si neçə və hansı fazalardan ibarətdir? 3.Aktiv təhlükəsizlik elementləri nəyə xidmət edir və YNH-nin hansı fazasında fəaliyyət göstərir? 4.Passiv təhlükəsizlik elementləri nəyə xidmət edir və YNH-nin hansı fazasında fəaliyyət göstərir? 9. 5.Gözadansonrakı təhlükəsizlik elementləri nəyə xidmət edir və YNH-nin hansı fazasında fəaliyyət göstərir? 6.Ekoloji və qaçıeılmağa qarşı təhlükəsizlik nəyə xidmət edirlər? Download 0.55 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling