AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


Download 5.13 Mb.
Pdf ko'rish
bet44/55
Sana15.09.2017
Hajmi5.13 Mb.
#15716
1   ...   40   41   42   43   44   45   46   47   ...   55

Pulun  

diktaturası 

 

 



421 

1.

 



İnhisarçılıqla mübarizə. 

2.

 



Milli banklara d

əstəyi, kreditlərə və faiz dərəcələrinə nə-

zar

əti əhatə edən maliyyə monitorinqinin təşkili. 



3.

 

Real iqtisadiyyatda s



ərmayə  qoyuluşunun  davam  etdiril-

m

əsi. 



4.

 

Sosial öhd



əliklərin dəstəklənməsi. 

5.

 



S

ənaye müəssisələrinin daxili bazara istiqamətləndirilməsi. 

6.

 

Ərzaq təhlükəsizliyinin təmin edilməsi.       



Dem

əli,  respublikamızda  iqtisadiyyatı  mənfi hallardan 

qo

rumaq üçün, istehlak bazarına nəzarət gücləndirilməlidir ki, 



süni qiym

ət şişirtmələri olmasın, qiymətlərin aşağı düşməsi da-

ha sür

ətlə  getməlidir, antiinhisar fəaliyyət gücləndirilməlidir, 



qeyri-

sağlam  rəqabətə  son  qoyulmalıdır,  dövlət tərəfindən qa-

nunsuz müdaxil

ələr dayandırılmalıdır.  

Artıq bu vəzifələr paketinin hazırlanmasından keçən dövr 

sübut edir ki, ölk

ədə aparılan iqtisadi siyasət düzgün müəyyən-

l

əşdirilmiş və nəticə verməkdədir. 



Əslində nəzərdə tutulan antiböhran tədbirlərində əsas hə-

d

əf iqtisadiyyatın real sektorunun inkişafından ibarətdir ki, bu-



nu  dünya  praktikası  nöqteyi-nəzərindən həm  nəzəri, həm də 

prak


tiki baxımdan yüksək qiymətləndirmək olar. 

Bütün bu t

ədbirlər sistemi hər bir ölkədə  iqtisadiyyatın 

dövl


ət tərəfindən tənzimlənməsindən çox asılıdır. Məlum oldu-

ğu kimi iqtisadiyyatın dövlət tərəfindən tənzim edilməsi –  iqti-

sadi, siyasi v

ə  hüquqi tədbirlər sistemidir. Bunun köməyi ilə 

dövl

ət stabil inkiaşfa nail olmaq, istənilən böhranı aradan qal-



dırmaq, həmçinin də iqtisadi sistemi daimi dəyişən şəraitə uy-

ğunlaşdırmaq üçün iqtisadi proseslərə müdaxilə edir. 

İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi zərurəti iki 

qrup s


əbəblərdən törənir. Birincisi, kollektiv və ictimai maraqları 

t

əmin etməklə əlaqədardır. İkincisi isə, ictimai təkrar istehsalda 



ob

yektiv olaraq meydana çıxan ziddiyyətlər və onların həll edil-

m

əsi ilə şərtləndirilir. 



Pulun  

diktaturası 

 

 



422 

İş burasındadır ki, hər bir cəmiyyətdə, həmişə elə növ 

f

əaliyyət olur ki, onun əhəmiyyətini yalnız, gəlirlilik nöqte-

yi-n

əzərindən qiymətləndirmək  düzgün  olmazdı.  Məsələn, 

ölk

ənin müdafiəsi, ətraf mühitin mühafizəsi, avtomobil yol-

la

rının tikintisi, təbii fəlakətin nəticələrinin aradan qaldırıl-

ma

sı, fundamental elmin  və təhsilin inkişafı və b. Bir halda 

ki, onlar biznesi özün

ə cəlb edə bilmirlər,  gəlir əldə etmək 

arzusunda olanlar bu sah

ələrə meyilli olmurlar. Ancaq bü-

tün yuxarıda göstərilənlər cəmiyyətə lazımdır. Deməli, döv-

l

ət bu proseslərə müdaxilə etmək məcburiyyətindədir. 

Bundan 


əlavə,  inkişafın  mərhələlərlə  aparılması  obyektiv 

olaraq iqtisadiyyata xas olan xüsusiyy

ətdir ki, onun da əsas faza-

sı böhran hesab olunur. Dövlət iqtisadiyyata müdaxilə etməklə, 

böhranın neqativ nəticələrini yumşaldır və ondan çıxmağı sürət-

l

əndirir. 



M

əlumdur ki, rəqabətin sıxışdırılması, bazarı tənzim edən 

t

ələb və təklif qanunlarının rolunu sarsıdır. Tələb və təklif mü-



nasib

ətində  qiymət, istiqamətverici göstərici  kimi  çıxış  etmir. 

Ona gör

ə də dövlət bazar proseslərinin tənzimləyicisi olur, rə-



qab

əti həvəsləndirməklə, inhisara qarşı durur. 

N

əhayət,  bazar  iqtisadiyyatında  iştirak  edənlərin gəlirləri 



bir-birind

ən kəskin  şəkildə  fərqlənir ki, bu da sosial gərginliyə 

s

əbəb olur. Dövlət vergilərin köməyilə cəmiyyətin azimkanlı tə-



b

əqələrinə kömək etməklə, gəlirlərin bölünməsi prosesinə müda-

xil

ə etməyə məcbur olur. 



Lakin  böhran  zamanı  dövlətin  funksiyalarında  dəyi-

şikliklər baş verir. Böhran zamanı bəzi dövlətlərdə tənzim-

l

ənmə özünü daha çox himayəçilikdə göstərir. Əgər bu yolla 

gets

ək, prosesə səhlənkar yanaşılsa təzə bir böhran dalğası 

yaranar. Ona gör

ə də dövlətin sərt nəzarəti lazımdır. 

Müasir böhrana qarşı görülən tədbirlərdə də proteksionizm 

meyill

ərinin  güclü  olduğu  müşahidə  edilir. Bu cür meyillər 



indiki  halda  böhranın  səngiməsinə, onun nəticələrinin aradan 

Pulun  

diktaturası 

 

 



423 

qaldırılmasına müsbət təsir göstərsə də perspektiv inkişaf baxı-

mından məqbul sayıla bilməz.  

2009-cu ild

ə  Böyük dövlətlərin maliyyə  nazirləri protek-

sionizm siyas

ətinin mənfi təsirlərini etiraf ediblər. “Böyük sək-

kizlik”d


ə  rotasiya  qaydasında  sədrlik edən  İtaliyanın  paytaxtı 

Ro

maya  toplaşmış  “Maliyyə  səkkizliyi”nin üzvləri proteksio-



nizm siyas

ətindən imtina edilməsi barədə  birgə  bəyannamə  də 

im

zalayıblar. 



Q

ərb ölkələri böhrandan çıxmaq üçün iqtisadi protek-

sionizm

ə üstünlük verirlər. Çünki proteksionizm istehsalla 

m

əşğul  olan  yerli  sahibkarları  xarici  rəqabətdən qorumaq 

m

əqsədi ilə  ölkənin  apardığı  siyasətdir. Bu isə  bütövlükdə 

götürdükd

ə  ciddi səhvdir. Proteksionizm dünya iqtisa-

diyyatına problem yaradan bir amildir. Qloballaşma dünya 

iqtisadiyyatının inkişafına müəyyən mərhələlərdə kömək etmiş-

dir

.  Hazırda  isə  proteksionizm  dünya  iqtisadiyyatının  bu  mo-



delini m

əhv  edir.  Dünya  iqtisadiyyatının  qloballaşmasını  da-

yandırmaq mümkün deyil, onu sadəcə olaraq bir müddət ləngit-

m

ək olar. İndi böhran nəticəsində dünya ticarəti yarıbayarı aza-



lıb. Deməli, proteksionizmin beləcə davam etməsi ilə böhranın 

d

ərinləşməsi ehtimal oluna bilər. 



Londonda 2009-cu il aprelin 1-d

ə başlayan “Böyük 20-lər” 

– in (G-20) sammitind

ə Almaniya kansleri Angela Merkel bəyan 

edib ki, liderl

ər London sammitində  qlobal iqtisadi-maliyyə 

böhranının aradan qaldırılmasına dair konkret razılaşmalar əldə 

etm


əlidirlər. “... Və əlbəttə, bu konfransda qərara gəlməliyik ki, 

dünyanın heç bir yerində proteksionizm olmamalıdır.” 

Odur ki, 

dünya  iqtisadiyyatının  perspektivləri baxı-

mından yeni alternativ baxışların yaranmasına ehtiyac var-

dır. Həmçinin bu gün dünya valyutası olaraq dolların əmələ 

g

ətirdiyi risklər  inkişaf  etmiş  ölkələri  düşünməyə  vadar 

edir. Bu proses yeni iqtisadi inkişaf modellərinin zəruriliyi-

n

ə sanki bir reaksiyadır. 

 


Pulun  

diktaturası 

 

 



424 

9.5.

 

XXI 

əsr dünya iqtisadiyyatının perspektivləri 

v

ə proqnozları 

 

Son onillikd

ə dünyada baş verən qloballaşma, xüsusən ma-

liyy


ə  qloballaşması  tənzimlənməyən bir prosesə  çevrilmişdir. 

Görünür mövcud beyn

əlxalq maliyyə təşkilatlarının səhlənkarlığı 

bu proses

ə  imkan  vermişdir.  Nəticədə  maliyyə  qloballaşması 

sanki maliyy

ə böhranı üçün bir başlanğıc olmuşdur. 

1

     



J.Attalinin fikrin

ə görə, böhran – vəhşiləşmiş və anarxiya-

laşmış (hərc-mərcliyin, özbaşınalığın) qloballaşmanın öndə gələn 

t

əhlükəsi üçün insanlara həyəcan siqnalıdır.



2

 

Artıq böhranın baş verməsi maliyyə qloballaşmasının tən-



ziml

ənmə  zərurətini  yaratdıqda,  xüsusi  bir  təşkilata  ehtiyac  ya-

ran

mış və bu vəzifəni yerinə yetirmək üçün 20 aparıcı inkişaf et-



miş və inkişaf etməkdə olan ölkənin sammiti məsləhət bilinmiş-

dir. Bu Vaşinqton sammiti kimi də məlumdur. Sammitin 15 no-

yabr 2008-ci il tarixind

ə Vaşinqton deklarasiyasında konkret təd-

birl

ərin siyahısı müəyyənləşdirildi. 



T

ədbirlərin bir hissəsinin 31 mart 2009-cu il tarixində ke-

çiril

əcək London sammitinə qədər keçirilməsi nəzərdə tutuldu. 



Konkret t

ədbirlərə  keçməmişdən  əvvəl  Vaşinqton  sammitinin 

baş vermiş maliyyə böhranının səbəbləri haqqında gəldiyi nəti-

c

ələrə diqqət yetirmək, fikrimizcə, daha məqsədəuyğundur. 



Sammit

ə görə böhranın mühüm bir səbəbi kapitalistlərin 

risk

ə çox meyil etməsidir. Bu fikir geniş şəkildə konkretləşdiril-



m

əsə də aydın bir fikirdir. Qlobal böhranın təbiətinə dair tən-

                                                 

1

  Qeyd: Professor S.Roqov dünyada ged



ən prosesləri təhlil edərək belə nə-

tic


əyə gəlir ki, bizim gözlərimiz önündə baş verən hadisələr dünyanın iqtisa-

di böhranına çevrilən dünya maliyyə böhranıdır. Baş verən prosesləri o da 

müa

sir  qloballaşma  böhranı  adlandırır. (Bax:  С.Рогов.  США  и  эволюция 



международной финансовой системы. «Экономист» журнал. 2009, N 3, 

c.12). 


2

 Bax: 


Ж..Аттали. Мировой экономический кризис… А что дальше? – 

СПб.: Питер, 2009, с.1 



Pulun  

diktaturası 

 

 



425 

zimedici t

əşkilatın  bu  ümumi  fikri  əsasında artıq  iqtisadi  ədə-

biy


yatlarda  böhranın  konkret  səbəbləri demək olar ki, müəy-

y

ənləşdirilmişdir. 



    Bu s

əbəblərə aiddir: 

1.

 

Korporativ idar



əetmənin keyfiyyətinin kəskin pisləşməsi. 

Burada bel

ə bir cəhət nəzərdə tutulur ki, qlobal iqtisadi artım və 

bunun n


əticəsində artan kapital axını, bazar iştirakçılarının uzun-

müdd


ətli stabilliyi şəraitində yüksək mənfəət əldə etmə cəhdləri 

or

talığa  çıxa  biləcək riskləri kifayət qədər nəzərə  almamışdır, 



sanki, f

əaliyyət ilkin təhlil olmadan baş vermişdir. Nəticədə böh-

ran  halları  meydana  gəlmişdir.  Məsələn,  müşahidə  olunmuşdur 

ki,  Amerikada  iqtisadiyyatın  gərginliyi dövründə  menecerlərin 

kafatlandırılması dəfələrlə həddini aşmışdır. Bu da bəzi iri şir-



k

ətlərin böyük itkilərə məruz qalmasına səbəb olmuşdur. 

2.

 

Mikros



əviyyədə  kredit münasibətləri makrosəviyyədə 

qeyri-stabillik m

ənbələri yaratmışdır. Başqa sözlə, mikroiqtisa-

diyyatda kreditl

ərin verilməsi və qaytarılması halları elə kredit 

al

ətləri ilə həyata keçirilmişdir ki, onlar nəticədə borc problemi-



nin yaranmasına səbəb olmuşdur.  Kredit bumu şəraitində kre-

ditl


ə təminatı üç-dörd dəfə artırmaq əvəzinə sanki bunun əksinə 

olan t


ədbirlər  görülmüşdür.  Burada  dövlətin nəzarəti altında 

olmayan qeyri-bank idar

ələrinin “xidməti” az olmamışdır. 

3.

 



Maliyy

ə bazarı və institutlarına dövlət tənzimlənməsinin key-

fiyy

ətinin kəskin pisləşməsi.  Yuxarıda  adı  çəkilən deklarasiyada 



göst

ərilir ki, risklərin artmasının mühüm bir səbəbi qlobal maliyyə 

sisteminin vahid t

ənzimləmə mexanizminin olmamasıdır. 

4.

 

Ümumiyy



ətlə, iqtisadiyyatın dövlət tənzimlənməsi sistemi-

nin keyfiyy

ətinin kəskin pisləşməsi. Deklarasiyada əksini tapan bu 

s

əbəblərin hər  birinin  aradan  qaldırılması  üçün  konkret təkliflər 



əyyənləşdirilməklə  bu gün dünya iqtisadiyyatının  maliyyə 

t

ənzimlənməsinin yeni vasitələrinin tapılmasına artıq ilkin cəhdlər 



edilmişdir.  Bununla  əlaqədar  sammitin  iştirakçıları  Beynəlxalq 

Pulun  

diktaturası 

 

 



426 

Valyuta Fondunun

1

 

(BVF)  iştirakçılarının  artırılması  qərarına 



g

əlmişlər.

2

  

Əvvəllərdə olduğu kimi, son iqtisadi böhranla əlaqədar çox-



saylı məqalələr və monoqrafiyalar nəşr olunur. Bunların hamısını 

t

əhlil etmək və  yaxud fikir söyləmək məqsədini qarşımızda 



qoymamışıq. Lakin, görkəmli rus iqtisadçısı, professor V.Maunun 

böhran haqqındakı fikirləri bizdə xüsusi maraq doğurdu. 

Onun fikirl

əri  ən  çox  Rusiya  iqtisadiyyatında  baş  verən 

prosesl

ərə aid olsa da bu, müasir dünya iqtisadi böhranının ara-



dan  qaldırılmasında  elmi-nəzəri cəhətdən çox əhəmiyyətlidir. 

Maunun t


əhlili və  təklifləri təkcə  Rusiya üçün deyil, müasir 

dün


ya iqtisadiyyatı haqqında da bizdə müəyyən təsəvvürlər ya-

ra

dır. Bu fikirlərdə sanki dünya iqtisadiyyatının həm perspek-



tivl

əri, həm də proqnozları öz əksini tapmışdır. V.Maunun çox-

say

lı məqalələrində baş verən böhranın xüsusiyyətləri, səbəblə-



ri, hökum

ətin böhrana reaksiyası, Rusiyada böhrana qarşı mü-

                                                 

1

 



Qeyd: Göründüyü kimi, dünyanın ən inkişaf etmiş ölkələri  BVF-ə Dünya Bankına çox 

böyük 


əhəmiyyət verirlər. Bu da ondan irəli gəlir ki, BVF (1800 əməkdaşı  var),  Dünya 

Bankı (10,8 minə yaxın əməkdaşı var) kimi dünya iqtisadiyyatına və  iqtisadi fikrinə təsir 

göst

ərən təşkilatlar  təbii olaraq aktiv intellektual əlaqələrini  dünyanın  aparıcı  iqtisad  elmi 



m

ərkəzləri ilə  inkişaf  etdirirlər. (Bax: Raqib Quliyev. Azərbaycanda  iqtisad  elmi:  ixtilaflı 

transformasiya. “Nurlan” n

əşriyyat – poliqrafiya mərkəzi. Bakı. 2006, s. 132.)  Beynəlxalq 

Valyta Fondunun  2009-cu ild

ə  dünya  iqtisadiyyatının  son  mərhələsinə  həsr  olunmuş 

proqnozları əvvəlkindən daha məyusedici olmuşdur. Proqnozda bildirilirdi ki, İkinci Dünya 

müharib


əsindən sonra belə  əhatəli qlobal iqtisadi tənəzzüllə  dünya  iqtisadiyyatı 

rastlaşmayıb. Bu il geriləmə nəticəsində iqtisadi artım 1,3 faiz həddinə düşəcək, gələn il isə 

cüzi artım (1,9 faiz) gözlənilir.  Bu proqnozlar özünü əsasən doğrultdu. Qiymətləndirməyə 

gör


ə 2009-cu ildə dünya məhsul buraxılışında İkinci Dünya müharibəsindən sonra ilk dəfə 

olaraq azalma 0,8% h

əddində  baş  vermişdir.  İnkişaf  etmiş  ölkələrdə  iqtisadi azalma daha 

k

əskin xarakter alaraq 3,2%-ə çatmışdır. İnkişaf etməkdə olan ölkələrdə iqtisadi artım 2,1% 



t

əşkil  etsə  də, bu ötən 5 ilin orta səviyyəsindən  5,3%  aşağı  olmuşdur.BVF  ekspertləri 

göst

ərir ki, böhran nəticəsində ABŞ-ın maliyyə sistemi 2 trilyon 700 milyard dollar itirib. 



BVF proqnozuna gör

ə,  Obama  administrasiyasının  gördüyü  tədbirlər dərhal səmərə 

verm

əyəcək. Avropada isə  iqtisadi  artım  daha  gec  başlayacaq.  Hazırda  dünya 



iqtisadiyyatının bayraqdarı Çin və Hindistan sayılır. Bu ölkələrdə indi də artım var, növbəti 

ild


ə də gözlənilir. 

2

 



Qeyd:  Görünür  son  zamanlarda  BVF  özünün  böyük  miqdarda  qızıl  ehtiyatlarını  satışa 

çıxarması (təxminən 405 ton) və bununla 2 mühüm məqsədə (Qızılın qiymətinin artmasının 

qarşısını  almaq  və  əlavə  valyuta  ehtiyatı  əldə  etmək) nail olmaq istəyi də  bundan irəli 

g

əlmişdir.



  

Pulun  

diktaturası 

 

 



427 

bariz


ə, keçmişin antiböhran təcrübəsinin dərsləri haqqında ma-

raq


lı mülahizələri vardır. 

Böhranın dünyanın daha çox Avropa hissəsini bürüməsi, 

Çind

ə, Hindistanda, Azərbaycanda, Həbəşistanda və qismən də 



Ru

siyada iqtisadi artımın saxlanılması, böhranı dayandırmaq və 

böhrandan çıxış üçün sanki əlavə mühərrik funksiyasını yerinə 

yetir


ə bilər. Müəllifin bu fikri böhranın sonrakı gedişində mü-

əyyən qədər mübahisəli görünsə  də  (çünki  böhran  artıq  bütün 

dünyanı bürümüşdür) bu gün də ekspertlər tərəfindən müəyyən 

d

ərəcədə qəbul edilir. 



V.Mau Rusiyanın timsalında həm də konkret olaraq digər 

ölk


ələrdə böhranın xüsusiyyətləri, səbəbləri və antiböhran təd-

birl


əri haqqında araşdırmalar etmişdir. Onun fikrinə görə, Rusi-

ya

da iqtisadi böhranın 3 mühüm xüsusiyyəti və 3 mühüm səbə-



bi qeyd olunmalıdır. 

Xüsusiyy


ətlər bunlardır:  

1.

 



Qloballaşma şəraitində baş verən bu böhran dinamik 

inkişaf edən ölkələri və regionları əhatə etməklə miqyasına gö-

r

ə ən geniş böhranlardan biridir. Hətta son illərdə uğurla inkişaf 



ed

ən ölkələrə də böhran təsir etmişdir, əksinə, durğunluq keçi-

r

ən ölkələrə və regionlara böhran az təsir göstərmişdir. Bu da 



heç d

ə cavabı aydın olmayan bir sual yaradır: böhrandan çıxış 

üçün lokomativ (aparan, dartan) rolunu n

ə oynaya bilər? 

2.

 

Müasir böhran struktur xarakter k



əsb edir, yəni dün-

ya iqtisadiyyatının strukturunun, onun texnoloji bazasının ciddi 

sur

ətdə yeniləşdirilməsini nəzərdə tutur. 



3.

 

Böhran innovasiya xarakteri k



əsb edir. Yəni vaxtın-

da iqtisadiyyatın innovasiya xəttinə keçirilməməsi nəticəsi ola-

raq baş vermişdir. 

  Mü


əllifə görə böhranın səbəblərinə aşağıdakılar aid edilir. 

1.

 



Amerika  iqtisadiyyatının  spesifik  problemləri. Burada 

Ame


rika administrasiyasının aparılan büdcə və pul siyasətinin 

adek


vat (uyğun) olmaması nəzərdə tutulur. Məlumdur ki, ABŞ-

da iqtisadi artım şəraitində 2001-ci ildən etibarən büdcə kəsiri 

ar

tırılmışdır. Bu da Klinton dövründə profisit (defisitin əksi) büd-



Pulun  

diktaturası 

 

 



428 

c

əyə  keçmək üçün tədbirlər görülməsini tələb edirdi. Halbuki 



bunu etm

ək mümkün olmadı. Nəticədə böhran qaçılmaz oldu. 

2.

 

Müasir iqtisadi inkişafın fundamental, sistem problemləri. 



Son iki onillik 

ərzində  biznesin məqsədli  funksiyası  ciddi 

sur

ətdə dəyişmişdir. Kapitallaşma səviyyəsinin artırılması korpo-



rasiyaların inkişafının mühüm məqsədinə çevrilmişdir. Bu elə bir 

s

əviyyəyə çatmışdır ki, maksimum kapitallaşma ilə sosial iqtisadi 



t

ərəqqinin real vəziyyəti, yəni  əmək məhsuldarlığının  artması 

arasında ziddiyyət yaranmışdır. Nəticədə şirkətlərin real gücü ilə, 

onların  kapitallaşmasının  artması  arasında  kəskin fərq  əmələ 

g

əlmişdir.  İri  sənaye müəssisələrinin tərkibində  qeyri-səmərəli 



köhn

ə istehsallar saxlanmışdır. Bu da böhrana səbəb olmuşdur.

1

        


Fikrimizc

ə,  baş  verən iqtisadi böhranın  fundamental 

sistem s

əviyyəli səbəbinə bütövlükdə bazar iqtisadiyyatının 

qeyri-s

əmərəli bir sistem olduğunu da göstərmək lazımdır. 

Dövl

ətin müxtəlif, zaman-zaman dəyişdirilən və təkmilləşdi-

ril

ən tənzimləmə tədbirlərinə baxmayaraq müasir bazar iq-

tisadiyyatında öz nəticələrinə görə daha miqyaslı itkilərə sə-

b

əb olan böhranlar baş verir. 

3.

 



Böhranın üçüncü səbəbi kimi, ölkədən asılı olan spesifik 

c

əhətlər göstərilir.   



M

əsələn, Rusiyanın timsalında belə bir səbəb kimi iqtisa-

diy

yatın və ixracın qeyri-səmərəli (səmərəli olmayan) strukturu 



göst

ərilir.  İxracda  xammal  və  investisiya xarakterli əmtəələrin 

üs

tün  olması  ölkənin tədiyyə  balansını  tsiklik  xarakterli  tərəd-



düdl

ərdən asılı vəziyyətdə qoyur, bu da partnyor ölkələrdən böh-

ran  hallarının  ixracatlı  ölkələrə  asanlıqla  daxil  olmasına  imkan 

(şərait) yaradır. 

                                                 

1

 



Qeyd:  Şirkətlər öz səhmlərini sataraq kifayət qədər kapitallar toplayırlar. 

Lakin  bu  kapitallar  vaxtlı-vaxtında  texnikanın,  texnologiyanın  dəyişdiril-

m

əsinə, istehsalın inkişafına yönəldilmir. Halbuki səhmdarlar vaxtaşırı olaraq 



dividend t

ələb edirlər. Nəticədə iri şirkətlər üçün heç də uğurlu olmayan anlar 

başlayır.  


Pulun  

diktaturası 

 

 



429 

Bu cür m


ənzərəni Azərbaycan üçün də xarakterik saymaq 

olar. Dem



əli, böhrandan çıxmaq üçün mühüm bir tədbir kimi 

iqtisadiyyatı  strukturca  təkmilləşdirmək və  şaxələnmiş  iq-

tisadiyyat yaratmaqdan ibar

ət olmalıdır. 

V.Mau eyni zamanda müxt

əlif ölkələrdə  həyata keçirilən 

antiböhran t

ədbirlərinə  də  diqqət  yetirmişdir.  Onun  ölkələr üzrə 

apar


dığı ümumiləşdirmələr əsasında antiböhran siyasətinin 4 sfe-

rada h


əyata keçirilməsi aşkar edilmişdir: 

1. Bank sisteminin t

əhlükədən xilas edilməsi. Bu tədbirlərə aiddir: 

a)

 



bankların  rekapitallaşdırılması  (Amerika,  Avstriya,  Belçika, 

Al

maniya, Yunanıstan, İspaniya, İtaliya, Kipr, Lüksemburq, Portu-



qaliya, Finlandiya, Macarıstan, Danimarka, İsveçrə, Honkonq, Qə-

t

ər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qazaxıstan); 



b)

 

stabill



əşdirici  kreditlərin verilməsi  (ABŞ,  Avropa  İttifaqı, 

Fran


sa, İspaniya, İtaliya, İsveç, Norveç, B.Britaniya, Macarıstan); 

c)

 



bank sisteminin yenid

ən qurulması üzrə tədbirlər – bankla-

rın birləşdirilməsi və ya milliləşdirilməsi (Belçika, Niderland, Por-

tuqaliya, İslandiya, İsveç, B.Britaniya, İrlandiya); 

ç)  faiz d

ərəcələrinin hətta sıfır dərəcəyə qədər aşağı salınması; 

d)

 

fiziki şəxslərin banklardakı əməliyyatları üzrə təminatların, 



h

ətta 100%-ə qədər artırılması; 

e)

 

bankların balansının hətta dövlət təminatı yolu ilə qaydaya 



sa

lınması (ABŞ, Kanada, Almaniya, İspaniya, İtaliya, B.Britaniya, 

Danimarka, İsveç, İsveçrə, Yaponiya, Koreya və Avstraliya). 

  2. Pul-kredit siyas

əti. 

Burada antiinflyasiya siyas



ətindən  stimullaşdırıcı  siyasətə 

keçid  müşahidə  olunur. Bu siyasətin məqsədi iqtisadi  artımı  sti-

mullaşdırmaqdan  və  daha  çox  kredit  resursları  əldə  etməkdən 

ibar


ətdir. Həmçinin burada deflyasiyaya yol  vermək, daxili ba-

zarda faiz d

ərəcələri vasitəsilə stabilləşdirmə nəzərdə tutulur: 

a)

 



deflyasiya t

əhlükəsinə  qarşı  faiz  dərəcələrinin  azaldılması 

bu ölk

ələrdə həyata keçirilmişdir (ABŞ, Kanada, Avropa İttifaqı, 



İsveçrə, Norveç, Danimarka, B.Britaniya, Avstraliya, Yaponiya, 

Çin, Hindistan, Vyetnam) ; 



Download 5.13 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   40   41   42   43   44   45   46   47   ...   55




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling