Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil
Download 4.83 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- 9.2. Anadangelme (növ, irsi) immunitet.
- 9.4. Qeyri-spesifik humoral immunitet amilləri.
284 endokrin tənziminə malikdir. Hazırda alimlər immun sistemin mahiyyətini aşağıdakı kimi təsəvvür edirlər: Normal köməkçi T-hüceyrələri öz reseptorlan vasitəsilə orqanizmə parenteral yolla daxil olan kənar, yad cisimləri tanıyır. Normal fəallaşmış B- hüeeyrələri dərhal plazmatik hüceyrələr hasil edir, onlar isə antitellərin sintezinə başlayır. Beləliklə də orqanizmin immun sistemi yad cisimlərin- «düşmənin» (virus mikrob, helmint, zülallar və s.) səthində olan reseptoru tanıyır, T-və B-hüceyrələri daha da fəallaşdınr və onlan yad cisimlər üçün əks hücuma hazırlayır, nəticədə həmin cisimlər tamamilə neytrallaşır və orqanizm müdafiə olunur. İmmun sistem orqanizmin digər sistemlərindən (həzm, tənəffüs, sinir, endokrin, sidik-cinsiyyət və s.) aşağıdakı xarakterik xüsusiyyətləri ilə fərqlənir: - İmmun sistem diffuz xarakter daşıyaraq bütün orqanizmdə intişar tapmışdır; - İmmün sistemin bütün hüceyrə və komponentləri qan və limfa dövram vasitəsilə mütəmadı olaraq dövr edir; - İmmun sistem orqanizmdə mövcud olan bütün limfoid orqanları və hüceyrələrinin məcmuundan ibarətdir; - İmmun sistem genetik cəhətdən orqanizm üçün yabançı olan bütün antigenlərə, maddələrə, komponentlərə qarşı həddindən artıq, yüksək həssaslığa, spesifikliyə və seçicilik xassəsinə malikdir. - İmmun sistem-immunitetin ən aparıcı, icraedici tərkib hissəsi sayılan komponentimn-immunoqlobulinlərin sintezi prosesini həyata keçirir. İmmunoloji müdafiə reaksiyalarının məcmuundan ibarət olan immuni tetin müxtəlif növ və formaları vardır. Mənşəyinə və formalaşmasına görə immuniteti 2 əsas növə-anadangəlmə və həyatda qazanılan-təsnif edirlər. 9.2. Anadangelme (növ, irsi) immunitet. Anadangəlmə immunitet orqanizmin hər hansı bir patogen agentə, yaxud antigenə qarşı qeyri- həssaslığmdan, genetik davamlılıq qabiliyyətindən ibarət cavab reaksiyası olub, irsi xarakter daşıyır və nəsildən nəsilə ötürülür. İmmunitetin bu növü orqanizmin müdafiə sisteminin daha mürəkkəb və təkmilləşmiş forması sayılır və təkamül baxımından qədim tarixə malik olmaqla, sonralar onun komponentlərinin bazasında qazanılmış immun sistem formalaşır. A nadan gəlmə immunitetdə immun yaddaş və spesifiklik xassəsi yoxdur, bu zaman orqanizmin hüceyrələri müxtəlif antigen molekulunu deyil, yalnız yabançı molekullan qəbul edərək onlara qarşı müvafiq cavab reaksiyası verir. İmmunitetin bu növü nisbi xarakter daşıyaraq orqanizm qeyri-adekvat, əlverişsiz mühit şəraitinə düşdükdə biruzə verir. Lui Pasterin apardığı eksperiment bunu bir daha təsdiqləyir. Belə ki, toyuqlarda qarayaraya qarşı möhkəm anadangəlmə immunitet mövcud olduğuna baxmayaraq,
Bir qayda olaraq, bəzi heyvan növləri digərlərinə məxsus olan xəstəliklərin törədiciləri ilə yoluxmur. Məsələn, qaramal cinsləri qoyunların
bradzot, infeksion enterotoksemiya, quzulann anaerob dezinteriya, blyutanq (göy dil) və s., qoyunlar isə qaramalın paratuberkulyozlu enterit, K u isitməsi, emfızematoz karbunkul, yaman şiş və s. xəstəliklərinə tutulmur. Quşlar isə qeyd olunan xəstəliklərin törədiciləri ilə heç zaman yoluxmur. İnsanlarda heyvanlara məxsus olan bəzi yoluxucu (pasterellyoz, bradzot, infeksion enterotoksesiya, emfızematoz karbunkul, yam an kataral isitmə və s.) xəstəliklərə qarşı çox güclü genetik davamlılıq vardır. Analoji proses heyvanlarda da mövcud olmaqla, onlar insanlara məxsuş olan
qarşı çox davamlılıq göstərir və yoluxmurlar. Anadangəlmə immunitetin amilləri insan və heyvan doğulan kimi onların orqanizmində hazır formada peyda olur və antigenə qarşı mübarizə heç bir hazırlıq görülmədən, dərhal başlayır.
fiziki və fizioloji baryerlərdən-maneələrdən, iltihab amilləri, təbii killerlərin sitotok- siki fəallığı və endositoz prosesindən ibarətdir. Lakin immunitetin bu növü qeyri-spesifik və yaddaşdan məhrum olduğuna görə patogen amillərə qarşı immun cavab reaksiyası yaranmır. Fiziki (mexaniki) baryerlər ixtisaslaş mamış müdafiə amilləri olmaqla patogen agentlər orqanizmə daxil olarkən onların orqanizmin daxili mühitinə (homeostaza) keçməsinin qarşısını alır. Məsələn, dəri örtüyü sıx epidermis hüceyrələrinə malik olduğu üçün anatomik baryer yaradaraq patogenlərin orqanizmin qan və limfa dövranına keçməsinə imkan vermir, yalnız müstəsna hal kimi çox cüzi miqdarda antigenlər maye mühitinə keçə bilir. Orqanizmin örtük sistemi olan dəri toxuması həm də tənəffüs, hərarətin tənzimlənməsi, sekretor, ifrazat, reseptorlar vasitəsilə qıcıqlan qəbul etmə və ötürmə funksiyalannı yerinə yetirməklə bərabər, həmçinin onun səthindəki tər və piy vəzilərinin ifraz etdiyi süd və yağ turşuları turş mühit yaratmaqla bakteriosid və bakteriostatik təsir göstərir, orqanizmi yoluxmadan xilas edir. Orqanizmin selikli qişaları (mədə-bağırsaq sistemində), kırpikli epitelilər (tənəffüs yollannda), göz yaşı və ağız suyu vəziləri (dilaltı, çənəaltı və qulaqdibi) də patogen mikroorqanizmlənn maye mühitinə keçməsinin qarşısının alın masında çox böyük rol oynayır. Dəri, həzm və tənəffüs sisteminin normal mikroflorası də patogen mikroorqanizmlərlə ciddi mübarizə aparır, onlann çoxalmasının qarşısını alır. Onurğasızlarda xarici skelet (mərcan polipləri, buğumayaqlılar), xitin qatı (həşəratlar), selik (həlqəvi qurdlar, bağırsaq- boşluqlar), sərtləşmiş-əhəngləşmiş çanaq (molyuskalar) fiziki baryer funksiyasını yerinə yetirərək, onları mikroorqanizmlərlə yoluxmadan qoruyur və mühafizə edici rol oynayır. Fizioloji baryerlərə (qeyri-spesifik humoral amillər) lizosim fermenti, interferonlar, komplement sistemi, mədə şirəsinin turşuluğu (p H = l,5-2,0), bədən temperaturu, transferrin, sekretor immunoqlobulinlər və s. aiddir. Onlar orqanizmin bütün toxumalarında və qanda olmaqla antimikrob təsirə malikdir, həm də immun sistemin digər amillərini fəallaşdırır.
9.3. Qazanılmış immunitet. Qazanılmış immunitet orqanizmin həyat fəaliyyəti prosesində patogen mikroorqamzmlər və müxtəlif antigenlərlə qarşılıqlı əlaqəsindən sonra yaranmaqla, başlıca olaraq limfositlərin iki əsas populyasiyalan - В və T - limfositləri tərəfindən həyata keçirilir və irsi xarakter daşımır. Həmin hüceyrələr immunoloji reaksiyalara spesifikliyə və yaddaşa malik olmaları ilə xarakterlənir. В - limfositləri humoral, T- limfositləri isə hüceyrə immunitetinin formalaşmasında iştirak edir. İmmunitetin bu növü
və
süni qazanılmış immunitetə bölünür. Tabii qazanılmış immunitetin özü də faal və
qeyri~faal növlərə ayrılır. Orqanizm hər hansı bir yoluxucu xəstəliyi keçirdikdən sonra yaranan immunitet
adlanır. Məsələn, insan, heyvan və quşlar çiçək virusu ilə yoluxub sağaldıqdan sonra onlarda ömürlük immunitet yaranır. İnsanlar qızılca, taun, su çiçəyi ilə yoluxduqdan sonra analoji hal baş verir. Fəal immunitetin gərginliyi möhkəm və davamlı olur, lakin immun cavab reaksiyası tədricən formalaşır. Qeyri-faal (transplasentar) immunitet embrional inkişaf prosesi zamanı balaətrafı pərdə (ətənə - plasenta) vasitəsilə anadan balaya ötürülür və onun formalaşmasında orqanizm bilavasitə iştirak etmir və gərginliyi qısa müddətli (6-8 ay) olur. Postembrional dövrdə ananın ağız südü (7-10 gün ərzində) vasitəsilə onun tərkibindəki immunoqlobulinlər balaya verilir və onun həyatının ilk dövrlərində orqanizmin patogen agentlərdən qorun masında müstəsna rol oynayır. K örpə uşaq və heyvanlar ağız südündən ilk 10 günlükdə məhrum olduğu təqdirdə onların orqanizmi yoluxucu agentlərlə mübarizə apara bilmir və tez-tez xəstəliklərə məruz qahr. 1. Süni qazanılmış immunitet. Yoluxucu xəstəliklərə qarşı hazırlanmış bioloji preparat olan vaksin və hiperimm un serumlar (zərdablar) orqanizmə parenteral yollarla tətbiq olunduqda yaranan immunitetdir. Onun d a faal va qeyri -
faal növləri mövcuddur. Faal süni qazamlmış immunitet- attenuasiya olunmuş, öldürülmüş, inaktivləşdirilmiş və
zəiflədilmiş peyvənd
materialmın-vaksinlərin orqanizmdə yaratdığı immunitetdən ibarətdir. Bu zaman peyvənd olunmuş orqanizmdə çox güclü immunobioloji reaksiyalar baş verir, anticisimlər sintez olunur, Th və Ts-limfositlər həddindən artıq fəallaşır. Qeyri faal süni qazanılmış immunqitet orqanizmə hazır spesifik immum serum (antitellər) inyeksiya edildikdən sonra yaranır və gərginliyi nisbətən qısa (15-20 gün) olur, immunitetin qısa müddətli olmasının başlıca səbəbi orqanizmdə həmin antitellərin müəyyən hissəsinin parçalanması və ondan xaric olunmasıdır. Bu cür immunizasiya əsasən botulizm, dovşancıq (tetanus), difteriya, quduzluq, infeksion sarılıq (leptospiroz), bradzot, infek- sion enterotoksesiya, quzuların anaerob dezinteriyası, insanın А,В hepa- titləri və s. zamanı tətbiq olunur.
yönəldiyi mikroorqanizmlərdən asılı olaraq
təsnif olunur. İmmunitetin steril və
qeyri-steril formaları da ayırd edilir. Steril im munitet zamanı patogen agentlər orqanizmdən tamamilə elıminasiya (xaric)
olunur. Qeyri -steril (infeksion) immunitetdə isə analoji hal baş vermir, törədici orqanizmdən kənarlaşdınla bilmir, yaxud onun kənar olmasmdan sonra yox olmur. İmmunitetin bu forması brusellyoz, pasterellyoz, vərəm, qızıl yel, sifilis və s. xəstəliklərdə müşahidə olunur.
İstiqanlı və soyuqqanlı orqanizmlərin qan zərdabında yerləşən (humoral immunitetin qeyri-spesifik amili sayılan) komplement -
qan zərdabının qlobulin fraksiyasının 10%-ni təşkil etməklə 20-dən artıq termostabil və termolabil komponentlərdən (C l, C2, C3, C4, C5 və s.) ibarətdir. Komplement sisteminin ən başlıca funksiyası orqanizmə yad olan cisimləri, xüsusilə mikroorqanizm hüceyrəsini osmotik lizisə uğratmaqdan ibarətdir. Onlann C3a və C5a fraqmentləri xemotaksis təsirinə malikdir, C3a və C5a-isə anafilatoksinlər olmaqla, tosqun hüceyrələrini və bazofılləri deqranulyasiya prosesinə uğradır. Bu sistem əsasən insanda və hind donuzunda ətraflı öy rənilib. Heyvanlarda onun miqdarı fərqli olmaqla, antigen-antitel kom pleksinə fermentin təsirinə bənzər təsir göstərməklə spesifik antigeni lizisə uğradır və parçalayır. Eritrosit+antitel+komplernent sistemində heyvanların növü xüsusi rol oynayır. K om ponent sistemindən heyvanların bəzi xəstəliklərinin (brusellyoz, qaramalın peripnevmoniya və s.) serodiaqnosti- kasında istifadə edilir. Komplement sisteminin faallaşması - klassik, alternativ və lektin yolla baş verməklə humoral immunitetin formalaş masında xüsusi rol oynayır. Komplement sisteminin birinci komponentinin (C l) antigen- antitel komplesi ilə birləşməsi klassik fəallaşma yolu ilə baş verir. Alternativ yolla fəallaşmada antitellər heç bir rol oynamır və həmin proses qram mənfi boyanan mikroblarda müşahidə olunur. Lektin yolla fəallaşma prosesi də antilellərin iştirakı olmadan icra olunur.
(latmca-«pro və perdere»-«parçalanmaya hazırlamaq»), yaxud properdin sistemi heyvan orqanizminin təbii qeyri-spesifik davamlılığında çox böyük rol oynayır. Təzə, normal qan zərdabında yerləşməklə, bakterisid və bəzi viruslara neytrallaşdırıcı təsir göstərir. Vərəm, streptokokkoz, prevmoniya və s. xəstəliklər və şüalanma zamanı onun miqdarı xeyli azalır. Properdin komplementin 3-cü komponenti (C3) öyrənilərkən kəşf olunub. Onun miqdarı insan qan zərdabında 4-8, hind donuzunda 1-2, buğada 10-12, donuzda 8-12, siçovulda isə 25-50 TV (təsir vahidi) olur və bu göstəricilər infeksiya zamanı mühüm əhəmiyyət kəsb edir. Properdin sistemi 3 əsas tərkib hissədən properdin-zərdab zülalından, maqnezium ionlarından və komplemtdən ibarətdir. Göründüyü kimi, properdin öz bakterisid və virusneytrallaşdırıcı təsirini təklikdə (sərbəst) deyil, heyvanların qanında yerləşən başqa amillər və komplementlə birlikdə göstərir. Lizosim (miramidaza ) -ferment təbiətli antibakterial birləşmə olub, 129 amin turşusundan ibarətdir, molekul kütləsi 14 kD-dir. Mikroorqanizmlərin hüceyrə divarında N-asetilmuramin turşusunun 1-ci karbon atom u və N- asetilqlükozaminin 4-cü karbon atomunu birləşdirən qlükozid rabitəsini 288
parçalayaraq onlarda hüceyrə divannm sintezini pozur, mikxoorqanizmlər sitoplazma ilə əhatə olunaraq protoplastlara və ya sferoplastlara çevrilir. Lizozim həm də patogen mikroorqanizmləri lizisə uğratm a xassəsinə malik olub, patogen m ikroblann əksəriyyətinə (qarayara, botulizul, brusellyoz, vərəm, paratulerkulyoz, yaman şiş-qazlı qanqrenanın törədicilərinə, patogen stafılokokk, streptokokk, Candida sinsinə məxsus olan göbələklər) bakteriostatik və bakterisid təsir göstərir və spesifik antitellər və komple- mentin iştirakı ilə onların lizisini gücləndirir. Lizosim pH-5,0-7,0 olan mühitdə daha optimal təsir göstərir, qaynam a tem peraturunda 5 dəqiqə müddətində parçalanır, pepsin fermentinin təsirindən denaturasiyaya uğrayır. Başlıca olaraq yumurta zülalında, göz yaşında (qan zərdabından 100-160 dəfə artıq), ağız suyunda, süddə, bəlğəmdə, qan zərdabında, burun sekretində və s. konsentrasiya olunur. Onun sintezi əsasən monositlər, neytrofillər və m akrofaqlarda icra olunaraq, bu prosesdə sümük iliyi də mühüm rol oynayır.
- qaraciyərdə sintez edilən, molekulları iki fəal mərkəzə m a lik olan polipeptid zəncirdən ibarət qan zərdabının qlobulin fraksiyası ol maqla, dəmiri birləşdirmək xassəsinə malikdir, norm ada üç valentli dəmirlə (Без) 20-30% miqdarında doymuş olur, molekul çəkisi 76-80 min kD təşkil edir (normada insanın qan zərdabında 2-3 q/l-dir). Onun əsas funksiyası adsorbsiya olunmuş dəmiri hemoqlobin və tərkibində dəmir olan bütün zülalların sintez olunduğu hüceyrələrə çatdırm aqdan ibarətdir. Bu zaman ilk öncə transferrin retikulositlərin səthindəki reseptorlara absorbsiya olunur və hüceyrəyə daxil olaraq dəmiri hemoqlobini sintez edən hüceyrələrə çatdırır. Mikroorqanizmlər dəmir defisit olan hüceyrələrdə çoxalmır və onlarm inkişafı dayandığından patologiya törədə bilmir. Ала südündə mövcud olan transferrinin xüsusi növü-laktoferrin də dəmiri birləşdirmək xassəsinə malik olduğundan bakteriostatik təsir göstərir. Epizootoloji və epidemioloji xəstəliklərin törədicilərinin ifraz etdikləri ekzotoksinlərin eritrositləri güclü • lizisə uğratması orqanizmin rezistentliyini azaldır və həssaslığın artmasına zəmin yaradır. C-reaktiv zülal (C R Z ) - kəskin faza zülallarına məxsus maddələrdən ibarət olmaqla, rezistentlik amillərinə aiddir, antitellər, immunokompetent hüceyrələr, faqositlər və komplement sistemi ilə qarşılıqlı əlaqədə olub birgə təsir mexanizminə malikdir. Onun bu cür adlanmasının əsas səbəbi Ca++ionlarınm iştirakı ilə pnevmokokların hüceyrə divarındakı C-polisaxa- ridləri ilə reaksiyaya girərək birləşmə xassəsinin olmasıdır. O, həmçinin
və
sfinqomielini də presipitasiya etmək xassəsinə malikdir. Bu zaman onun əmələ gətirdiyi kompleks birləşmələrlə əvvəlcə immunoqlobulin C (Cİq), sonra isə komplementin bütün komponentləri birləşir, onun fəallığı 80% azalır C R Z əsasən qanda toplanır. Qanm tərkibində olan kortizon, sali- silatlar və adrenokortikotrop horm onu CRZ-nin m iqdarına təsir etmədifı üçün onun kəmiyyəti dəyişilmir. Revmatizm, m iokard infarkti, heyvanın boğazlıq, qadınların hamiləlik dövründə, eləcə də herpesvirus infeksiyasmda onun kəmiyyət göstəricisinin dəyişilmə dinamikasına da xüsusi əhəmiyyət 289
verilir, istinad olunur. Son elmi məlumatlara görə bu zülalın əsas mənşəyi neytrofillər, hepatositlər və m akrofaqlar hesab edilir. Qeyri~spesifik humoral immunitetin formalaşmasında prostaqlandinlər, kininlər, sitokinlər, şiş nekrozu amilləri və interferonun da böyük rolu vardır.
- immunokomponent sistemin hüceyrələrinin və faqositlərin reseptorlarının formalaşmasını, keyfiyyətini, fəallığını və funksiyalarını və həmin proseslərə genetik nəzarəti tənzimləyir. Onun sintez olunmasında komplement sisteminin (C3b), faqositoz prosesində iştirak edən mikroorqanizmlərin (PQE2) timus hormonlarının, antitellərin və s. rolu çox böyükdür. Onlar pirogen fəallığa malikdir, neytrofıllərin (qranulositlərin) iltihabı proses gedən toxumalara miqrasiya olunmasını və onlann deqranulyasiyasmı təmin edir.
- qanın plazması və toxumalarda mövcud olan iri molekullu zülallardan, xüsusilə kininogenlərdən kollikrein qrupu fermentlərinin təsirindən qanın laxtalanması prosesinin fəallaşması və proteoliz zamam sintez olunur. Onlar prostaqlandinlərin sekresiyasını gücləndirir, qanın laxtalanma sistemini daha da fəallaşdırır, komplement sisteminin bəzi komponentlərinin laxtalanma prosesində iştirakını, fəallaşan leykositlərin fermentlər hasil etməsini təmin edir, qan damarlarının tonusunu artırır, arterial təzyiqi aşağı salır. Kallikremlər xüsusi fermentlər olmaqla, qranulosıtlərdə, bazofıllərdə və monositlərdə müşahidə edilir. Sitokinlər - immun sistem hüceyrələri tərəfindən sintez edilən kiçik molekullu zülal təbiətli immunomediatorlar olub hüceyrələr arasında qarşılıqlı əlaqənin yaradılmasını təmin edir. Orqanizmə yabançı maddələr, xüsusilə antigenlər daxil olm adıqda onlar antigen sintezini stimullaşdır dıqdan sonra onlarda sitokin genlərinin induksiyası və sitokinin sintezi prosesi başlayır. Q uruluşuna və bioloji təsir mexanizminə görə qeyri-spesifık humoral immunitetin sitokinlərinin bir-birindən fərqlənən bir neçə növü - inter/eronlar (İFN ), şiş nekrozu amilləri (ŞN A), interleykinlər (İL ), xemokinlər, klonstimullaşdmcı amillər və s. mövcuddur. Həmin sitokinlərin aşağıdakı ümumi səciyyəvi xüsusiyyətləri vardır: - Sitokinlər hüceyrələrdə lokalizasiya etmir, yalnız müvafiq stimul aldıqdan sonra sintez olunur; - Sitokin siqnalım qəbul etmək üçün hüceyrələr ekspressiya edir və sitokinlər arasında qarşılıqlı təsir əlaqəsi yaranır; - Sitokinlər həm hüceyrələrə, həm də produsientin özünə təsir etmə xassəsinə malikdir; - Hüceyrənin hər hansı bir sitokinlə fəallaşması onun digər növünün sintezinə zəmin yaradır və kaskard xarakterli tənzimləmə mexanizmi baş verir;
- Sitokinlər qısa müddətli təsir göstərən mediatorlar olması, təsir effekti nin yalnız onlann sintez olunduğu yerdə təzahür etməsi ilə endokrin sistemin horm onlanndan kəskin tərzdə fərqlənir. Müstəsna hal kimi bəzi iltihab sitokinləri (ŞNA-d, İL-1, İL-6 və s.) sistem xarakterli təsir etmə mexanizminə malikdir. Limfositlərin sintez etdiyi sitokinlər
290
monosit və m akrofaqlannkı isə - m onokinhr adlanır. T-helperlərin (Th) əsas sahibi - produsientləri limfokinlərin sintezini təmin edir. Onlar antigen sti mulu aldıqdan sonra fəallaşaraq ilk öncə İL-2 sintez edir, sonra isə o, ix tisaslaşır və T h l və Th2 limfositlərinə difTerensiasiya olunur, T hl limfositlər interferon, IL2, Th2 limfositlərinə difTerensiasiya olunur, T hl limfositlər interferon, İL2, Th2, ŞNA-isə İL-4,5,6,9,10,13 sintezini tənzimləyir. Yerinə yetirdiyi funksiyalara görə sitokinlər aşağıdakı qruplara təsnif olunur (Z . Qar ay ev, A. Qurbanov, 200): 1.
İmmun iltihaba qədərki m ediatorlar (İL-1, 6,12,1 -ŞNA); 2.
İmmun iltihab mediatorlan (İL-5, 9, 10, D - İFN); 3.
Limfositlərin proliferasiya (bölünmə) və difTerensiasiya tənzim ləyiciləri (İL -2,4,13); 4. Hüceyrələrin inkişaf amilləri və ya klonstimullaşdmcı amillər (İL- 3,7, Q M -K SA vəs.); 5.
Xemokinlər, yaxud hüceyrə xem oattraktantları (İL-8 və s.). İnterleykinlər ərəb rəqəmləri ilə işarə edilməklə əsasən iki formada (dİL- 1 və p İL-1) təzahür edir. Onun sintezində monosit və makrofaqlarla bəra bər, həmçinin endoteli hüceyrələri, təbii killerlər, neytrofıllər, fibroblastlar, limfositlər və mərkəzi sinir sisteminin qanqlii hüceyrələri də iştirak edir. İL-1 çox geniş diapozonlu təsir spektrinə malik olub iltihab və immunoloji reaksiyalarda daha da fəallaşaraq cavab reaksiyalarının başlandığına anti gen stimulu haqqındakı məlumatm makrofaqlardan T-helperlərə ötürülmə sində qeyri-spesifik siqnal kimi xüsusi rol oynayır. Yerli və sistem xarakterli iltihabın formalaşmasında İL-çox mühüm əhəmiyyət kəsb edir, leykositlərin iltihaba uğramış toxumaya emiqrasiyasını fəallaşdırır. lL2-nin əsas produ- sienti T-helperlər, təsir hədəfi isə fəallaşmış T və В limfositlər və təbii killer olmaqla, T-limfositlərin bölünməsini, ixtisaslaşmasını stimullaşdırır və immunoqlobulinlərin sintezini sürətləndirir. interferon (İFN) - əsasən patogen virusların daxil olduğu və repreduksiya olunduğu somatik və immunokompetent hüceyrələrdə sintez olunan, spesifik humoral müdafiə amilidir. İnterferonu ilk dəfə Londondakı Milli elmi-tədqiqat tibb institutunun əməkdaşları A.Ayzeks və C.Lindeman (1957) kəşf etmişlər. Bəzi bakteriyalar, mikroorqanimzlər, onların antigenləri, göbələklər, mikroplazmalar və fitohemaqqlyutinin (FHA) tipli qeyri-spesifik stimulyatorlann interferon sintezinin indikatoru olması da istisna edilmir. Interferon spesifik zülal və n-RN T sintezinə təsir edir və vi rusların hüceyrə daxilində replikasiyasını zəiflədir, orqanizmin toxu malarının sağlam (yoluxmamış) hüceyrələrinin viruslarla yoluxmasının qarşısını alır. Onlar virus infeksiyalannın başlanğıc mərhələsində sintez olunur, hüceyrəarası boşluğa toplanır, qonşu hüceyrələrdə virusların reproduksiyasına ingibitor təsiri göstərir, virusun orqanizmdə yayılmasını məhdudlaşdırır və ilkin müdafiə baryeri yaradır. İnsanın hüceyrələrində virusun təsirindən sintez edilən interferonlar heyvanmkından öz spesifikliyi nə görə tamamilə fərqlənir və onunla qeyri-identikdir. İnterferonun sintez olunduğu hüceyrədən və onun sintezini induksiya edən amillərdən asılı
Download 4.83 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling