Faza-1 Bİtum qurğusunun tiKİNTİSİ VƏ İSTİsmari üZRƏ Əmtq
Download 16.26 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- SOSİAL-İQTİSADİ SAHƏLƏRƏ POTENSİAL TƏSİRLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ YUMŞALTMA TƏDBİRLƏRİ 7.1 Giriş
- 7.2 Fəaliyyətlər, aspektlər və qəbuledicilər
- Səfərbərlik mərhələsi • Maddi texniki təchizat (materiallar, avadanlıq və kadrlar) • Sahənin təmizlənməsi və hasarlanması Yerinə yetirmə (icra) mərhələsi
- Cədvəl 7.1 Fəaliyyətlər, aspektlər və potensial qəbuledicilər Fəaliyyət Aspektlər Potensial Qəbuledicilər
- 7.3 Təsirlərin analizi və yumşaltma
- 7.3.1 Əhəmiyyətliliyin nəticələri
- 7.3.2 Təsirin əhəmiyyətliliyi cədvəli
- -iqtisadi qəbuledicilər Potensial Təsirlər (effektlər) Həss aslıq İnten sivlik
- Tikinti mərhələsi
- 7.5 Torpaq və qruntun vəziyyətinə potensial təsirlər
- 7.6 Ekoloji mühitə potensial təsirlər
6.2 Layihənin olmadığı hal Heydər Əliyev adına Neft Emalı Zavodu (keçmiş Yeni Bakı neftayırma zavodu, ‹Azərneftyanacaq› İstehsalat Birliyi, «Azərneftyanacaq» neft emalı zavodu) keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin 1953-cü il 29 iyul tarixli əmri ilə yaradılmışdır. Yarandığı ilk günlərdən zavod Azərbaycan Respublikasının yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl müəssisəyə çevrilmişdir. 50 ildən çox müddət ərzində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda 300 mln. tondan artıq neft emal olunmuş, müxtəlif növ neft məhsulları istehsal edilmişdir. Müasir dövrün artan tələbləri daha qabaqcıl texnologiyaların istehsalata tətbiqini tələb edir ki, zavodun modernləşdirilməsi də bu səbəbdən zəruridir. Əks halda həm iqtisadi, həm də ekoloji cəhətdən əlverişsizdir. EKOLOGİYA İDARƏSİ 63 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi FƏSİL 7 7 ƏTRAF MÜHİTƏ VƏ SOSİAL-İQTİSADİ SAHƏLƏRƏ POTENSİAL TƏSİRLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ YUMŞALTMA TƏDBİRLƏRİ 7.1 Giriş Bu fəsildə “H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi” layihəsinin bir hissəsi çərçivəsində həyata keçirilən “Bitum” qurğusunun tikintisi və istismarı zamanı ətraf mühit və sosial vəziyyətdə baş verən potensial dəyişikliklər təsvir edilir. Həmin dəyişikliklərin Fəsil 3, Layihənin Təsvirində göstərilmiş planlaşdırılan fəaliyyətlər həyata keçirilərkən baş verdiyi ehtimal edilir. Burada həmçinin Fəsil 2-də təqdim edilən metodologiya əsasında həmin dəyişikliklərin mümkün əhəmiyyətinin qiymətləndirilməsi üzrə nəticələr verilir. Bu fəsildə eləcə də təsirlərin azaldılması ilə bağlı tədbirlər haqqında məlumat verilir ki, həmin tədbirlər layihənin potensial təsirlərinin qarşısının alınması və ya azaldılması və ya onun potensial faydalı təsirlərinin artırılması məqsədilə təklif edilmişdir. Layihənin istismar mərhələsində baş verə biləcək planlaşdırılmamış və ya gözlənilməz qəza hadisələri təsvir edilmir və ya qiymətləndirilmir (məsələn, boru kəmərinin dağılması). Lakin bu fəsildə tikinti fazası ərzində baş verə biləcək, dağılma və yol qəzaları kimi hadisələrin təsviri və qiymətləndirilməsi verilir. Layihənin bu hissəsinə layihələndirilən obyektin qurğularının və kommunikasiyalarının tikintisi və istismarı zamanı ətraf mühitin mühafizəsini təmin edən texniki, texnoloji, konstruktiv və təşkilati tədbirləri daxildir. Bu layihədə tətbiq edilən qurğular, avadanlıqlar və kommunikasiyalar Dövlət standartlarına, norma və qaydalarına uyğun işlənir və ekoloji cəhətdən qəbul edilə bilər. Təmir-tikinti işləri ətraf mühitin normalarına, istehsalatda sanitariya və təhlükəsizlik texnikası qaydalarına riayət olunmaqla yerinə yetirilməlidir. Layihələndirilən obyektin tikintisi zamanı əmələ gələn istehsalat tullantıları (qaynaq çubuqlarının qırıntıları, armatur, dəmir parçaları) yığılıb müəssisənin istehsalat bazasına göndərilir. Metal tullantıları aidiyyəti üzrə metallurgiya zavoduna təhvil veriləcəkdir. Layihələndirilən obyektin tikintisi və istismarı zamanı ətraf təbii mühitin mühafizəsi sahəsində fəaliyyət Azərbaycan Respublikasının qüvvədə olan “Ətraf mühitin mühafizəsi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yerin təki haqqında”, “Su məcəlləsi”, “Torpaq məcəlləsi” və başqa qanunlarına və mövcud normativ sənədlərinə əsaslanmalıdır. Layihədə ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün aşağıdakı tədbirlər nəzərdə tutulur: − texnoloji kommunikasiyalar arasında norma məsafələrin qoyulması; − layihələndirilən boru armaturalarının səmərəli yerləşdirilməsi; − tikinti-quraşdırma və texnoloji rejimlərin və şərtlərin optimallaşdırılması; − müasir nəzarət, siqnallaşma və avtomatlaşdırma vasitələrindən istifadə edilməsi; − boruların hermetikliyinin təmin olunması; − layihələndirilən obyektlərin göstəricilərinin düzgün seçilməsinə, bütün tələblərə cavab vermə nöqteyi-nəzərdən qəbul edilməsinə, armaturların, boruların və s. qaynaq edilməsi üçün elektrodların möhkəmlik və mexaniki xüsusiyyətlərinin göstəricilərinə, qaynaq tikişlərinin lazımı üsulla yoxlanılması; − borular üçün yüksək keyfiyyətli poladdan hazırlanmış borulardan istifadə edilməsi; − məişət tullantılarının xüsusi konteynerlərə yığılması və xüsusi yerlərə daşınması; − obyektin tikintisində nasaz olan nəzarət-ölçü cihazlarının avadanlıqların, mexanizmlərin və aqreqatların istismarının qadağan edilməsi; − konstruksiyaları və kommunikasiyaları korroziyadan mühafizə etmək məqsədi ilə antikorroziyalı EKOLOGİYA İDARƏSİ 64 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi örtüklərdən istifadə edilməsi. − Ətraf mühitin mühafizəsini təmin etmək məqsədi ilə layihədə aşağıdakılar nəzərə alınmışdır: − ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasında qüvvədə olan standartlara, norma və qaydalara riayət edilməsi; − təbii ehtiyatlardan səmərəli istifadə edilməsi; − ətraf mühitin çirklənməsinin qarşısının alınması. 7.2 Fəaliyyətlər, aspektlər və qəbuledicilər Ekoloji, sosial və mədəni təsirlərin qiymətləndirilməsi layihə üzrə fəaliyyətlər və qəbuledicilərlə bağlı aspektlərin arasındakı qarşılıqlı əlaqənin qiymətləndirilməsinə əsaslanır. Aspektlər layihə üzrə fəaliyyətlərin ətraf mühitlə qarşılıqlı təsirdə ola biləcək elementləri kimi təyin olunur. Qəbuledicilər layihə ərazisinin layihənin icrası nəticəsində məruz qala biləcək elementləri kimi təyin olunur. Layihə üzrə fəaliyyətlərə aşağıdakılar daxildir: Səfərbərlik mərhələsi • Maddi texniki təchizat (materiallar, avadanlıq və kadrlar) • Sahənin təmizlənməsi və hasarlanması Yerinə yetirmə (icra) mərhələsi • Qurğunun quraşdırılması • Sınaqlar • Bərpa işləri Cədvəl 7.1 Fəaliyyətlər, aspektlər və potensial qəbuledicilər Fəaliyyət Aspektlər Potensial Qəbuledicilər Maddi texniki təchizat – Qurğu və Avadanlığın Layihə Sahəsinə daşınması İşlənmiş qazların atmosferə buraxılışları Atmosfer İcmalar Sahənin təmizlənməsi və hasarlanması Torpağın eroziyası, Torpaq strukturunun, məhsuldarlığın və toxum fondunun itkisi Torpaq Bitki örtüyü Qurğunun quraşdırılması Atmosferə çirkli qazların buraxılışı Atmosfer İcmalar Səs-küy, Vibrasiya İcmalar Fauna Torpaq strukturunun, məhsuldarlığın və toxum fondunun itkisi Torpaq Flora Sınaqlar İş sahələrindən artıq suların və sınaqda istifadə edilmiş suların kənarlaşdırılması Hidrosfer Torpaq 7.3 Təsirlərin analizi və yumşaltma Bu bölmə Layihənin xidmət ərazisindəki “Təsirlərin Qiymətləndirilməsi”-ni əhatə edir və təklif edilən “Yumşaltma Tədbirləri” müvafiq olaraq hər bir yarımbölmədə müzakirə olunur. Hər bir mənfi və ya müsbət nəticəyə “yüksək”, “orta” və “zəif” olaraq bir təsir səviyyəsi təhkim olunmuşdur. ƏMTQ təklif olunan ayrı-ayrı layihələrin mümkün əhəmiyyətli əks təsirlərinin müəyyən edilməsi və bunların qarşısının alınması, bu mümkün olmadıqda isə minimuma endirilməsi və ya məqbul səviyyəyədək azaldılması (“yumşaltma tədbirləri”) məqsədilə yolların təklif edilməsi üçün istifadə olunur. EKOLOGİYA İDARƏSİ 65 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Hər bir qeyd edilən təsirdən sonra ətraflı müzakirə aparılır və buraya qeyd edilən nəticəni dəstəkləyən məlumatlar daxil edilir. Bu müzakirələrdə eyni zamanda təklif olunan layihənin əhəmiyyətli, yaxud potensial olaraq əhəmiyyətli təsirlərinin mümkün olan dərəcəyədək azaldılması üçün yumşaltma tədbirləri verilir. Bu, yumşaltmanı aşağıdakı kimi müəyyən edir; a) Konkret addımı və ya onun hissələrini həyata keçirməməklə təsirdən tamamilə qaçılması. b) İşin və onun həyata keçirilməsi miqyasının dərəcəsini məhdudlaşdırmaqla təsirlərin minimuma endirilməsi. c) Təsirə məruz qalan ətraf mühiti təmir etmək, reabilitasiya etmək və ya bərpa etməklə təsirin düzəldilməsi. d) İş müddətində mühafizə və təmir işləri yolu ilə təsirin vaxt keçdikcə azaldılması və ya aradan qaldırılması. e) Əvəzedici resurslar və ya mühitlər təmin etməklə və ya bunlarla əvəz etməklə təsirlərin kompensasiya edilməsi. Bu müzakirədə həmçinin yumşaltma tədbirlərinin tətbiq edilməsindən sonra bütün əhəmiyyətli təsirlərin statusunu təsvir edir, ya təsir əhəmiyyətlilik həddindən aşağı səviyyəyədək azaldılır (əhəmiyyətlidən aşağı səviyyəyədək azaldılmış), ya da belə bir nəticəyə gəlinir ki, mümkün olan yumşaltma tədbiri yoxdur, yaxud təsiri əhəmiyyətlilik həddindən aşağı səviyyəyədək azaltmaq üçün kifayət deyildir. Bu, “ətraf mühit üzərində qaçılmaz olan əhəmiyyətli təsir” olur. 7.3.1 Əhəmiyyətliliyin nəticələri a) Təklif olunan layihənin və onunla əlaqədar olan fəaliyyətlərin təbii ətraf mühitə potensial olaraq əhəmiyyətli olan əks təsirləri qiymətləndirilmişdir. Təklif olunan layihə çərçivəsində müxtəlif vəhşi canlı təbiət növlərinin, o cümlədən bəzi nəsli kəsilmək üzrə olan, təhlükədə olan və nadir növlərin yaşadığı həssas təbii yaşayış məskənlərində və ya onların yaxınlığında işlər görülməsi nəzərdə tutulmur. Təqdim edilmiş bütün yumşaltma tədbirlərinin tam həyata keçirilməsi halında layihə ilə əlaqədar olan potensial təsirlər əhəmiyyətlilik həddindən aşağı səviyyəyədək azaldılacaqdır. b) ETSN-nin missiyası ərazinin “təbii ehtiyatlarını qorumaq və mühafizə etmək”dir. Bilinən digər layihələrin təsirləri təklif olunan layihənin potensial təsirləri ilə üst-üstə düşmür, ona görə də heç bir kumulyativ təsir yoxdur. c) Təklif olunan layihənin ekoloji təsirləri ümumi olaraq insanlar, ətraf mühit və biomüxtəliflik üzərində əsaslı əks təsirlərə səbəb olmayacaqdır. Lakin toz və emissiyalarının mümkün müvəqqəti təsirləri mövcuddur. Təklif edilən yumşaltma tədbirlərinin birləşdirilməsi və həyata keçirilməsi ilə təklif olunan layihənin təsirləri əhəmiyyətlilik həddindən aşağı səviyyəyədək azaldılacaqdır. 7.3.2 Təsirin əhəmiyyətliliyi cədvəli Layihənin potensial ekoloji təsirlərinin qiymətləndirilməsi aşağıda verilmiş təsirin əhəmiyyətliliyi cədvəlində ardıcıllıqla göstərilmiş müzakirələrin ardınca təqdim ediləcəkdir. Hər bir layihə komponenti layihə üzrə fəaliyyətin xarakterinə uyğun olaraq müxtəlif fiziki, aparılan müvafiq məsləhətləşmələrə uyğun olaraq nəzərdən keçirilir. Fəsil 5-də qeyd edilən çöl tədqiqatlarının aparılması zamanı mühafizə olunan bütün ərazinin ekoloji funksiyası ilə təklif olunan Layihənin təsirinə məruz qalacaq ərazilər arasındakı əlaqəyə xüsusi diqqət yetirilmişdir. Bütün təsir qiymətləndirmələri Fəsil 2-də verilən meyarlar, Fəsil 5-dəki ilkin vəziyyətin qiymətləndirmələri ərazi vahidliyi hüdudları ilə məhdudlaşır. Qiymətləndirmələr həmçinin Fəsil 2-də müəyyən edilmiş meyarlara uyğun olaraq şərh edilib və aşağıda verilən təsirin əhəmiyyətliliyi cədvəlinə uyğun olaraq formula edilmişdir. Təsirin əhəmiyyətliliyi cədvəli layihənin ekoloji və sosial davamlılığını nəzərdən keçirməklə potensial təsir sahələrini müəyyən etməyə kömək edir. Potensial təsirlərin qiymətləndirilməsi və yumşaltma tədbirləri cədvəl 7.1-də verilən ətraf mühit aspektlərinə görə aparılacaqdır. EKOLOGİYA İDARƏSİ 66 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Cədvəl 7.1 Potensial təsirlər və onların qiymətləndirilməsi Fəaliyyətlər/ Təsir mənbələri Ətraf Mühit/Sosial -iqtisadi qəbuledicilər Potensial Təsirlər (effektlər) Həss aslıq İnten sivlik Əhəmiy yətlilik Əsas qoruma/Yumşaltma Tədbirləri Qalıq Təsirlər Həss aslıq Inten sivlik Əhəmiyy ətlilik Tikinti mərhələsi Nəqliyyatın Hərəkətinə təsirlər Səs-küy, atmosferin çirklənməsi 1 1 L Nəqliyyatın hərəkəti yalnız müəyyən edilmiş marşrutlar üzrə həyata keçirilə bilər. 1 1 L Torpaqlar Eroziya, deqradasiya, Çirklənmə 1 1 L Qurğuların tikintisi zamanı təhlükəsizlik və ehtiyat tədbirlərin görülməsi. 1 1 L Bitki örtüyü Bitki örtüyünə təsirlər 1 1 L Layihə fəaliyyətlərinin təsirinə məruz qalmayan sahələrə istinad etməklə təsirə məruz qalan sahələrdə bitki örtüyünün təkrar bərpası və bitki növlərinin müxtəlifliyinin artırılması 1 1 L Heyvanat aləmi Məməlilər, quşlar sürünənlər və digər canlılara təsirlər 2 2 L Heç bir halda və şəraitdə hər hansı podratçı, onun işçiləri, subpodratçıları və ya subpodratçılarının şçiləri tərəfindən layihə ərazisində heyvan və quş növlərinin ovlanmasına və əraziyə heç bir əhilləşdirilmiş heyvanın gətirilməsinə imkan verilməməsi. 1 1 L Sosial-iqtisadi sahə Məşğulluq səviyyəsinə müvəqqəti müsbət təsirlər 1 1 L Layihənin müsbət təsirləri gələcəkdə aparılacaq istismar işləri dövründə ola bilər. 1 1 L EKOLOGİYA İDARƏSİ 67 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi İstismar mərhələsi Torpaqlar Çirklənmə 1 1 L Materialların saxlanması zamanı bir-biri ilə reaksiyaya girməsi mümkün olan materialların xüsusi tələblər əsasında anbarlaşdırılması; Materialların yüklənmə-boşaltma əməliyyatlarının xüsusi təlim keçmiş işçilər tərəfindən yerinə yetirilməsi 1 1 L Bitki örtüyü və heyvanat aləmi Bitki örtüyünə, o cümlədən məməlilər, quşlar sürünənlər və digər canlılara təsirlər 1 1 L Təsirə məruz qalmayan sahələrə istinad etməklə yenidən bərpa olunan sahələrdə bitki örtüyünün təkrar əkilməsi və bitki növlərinin müxtəlifliyinin artırılması Layihə ərazisində işçilər tərəfindən heyvan və quş növərinin ovlanmasının qadağan edilməsi 1 1 L Hidrosfer Səth və qrunt sularının çirklənməsi 2 2 L İstismar prosesində formalaşan istehsalat və məişət çirkab sularının təmizləyici qurğular vasitəsilə təmizlənməsi; Təmizləyiici qurğuların fəaliyyətinin daim nəzarətdə saxlanması məqsədilə onların giriş və çıxışlarından nümunələr götürməklə laborator analizlərin aparılması İstehsalat-çirkab sularının idarəolunması vəziyyətinin mütəmadi monitorinqi 1 1 L Sosial-iqtisadi sahə Məşğulluq səviyyəsinə müvəqqəti müsbət Təsirlər 1 1 L Layihənin müsbət təsirləri gələcəkdə aparılacaq istismar işləri dövründə ola bilər. 1 1 L EKOLOGİYA İDARƏSİ 68 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 7.4 Geologiya və geomorfologiyaya potensial təsirlər Bu fəsildə “H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi” layihəsinin bir hissəsi çərçivəsində həyata keçirilən “Bitum” qurğusunun tikintisi və istismarı zamanı geologiya və geomorfologiyaya (o cümlədən topoqrafiya) olan potensial təsirlər və təsirlərin azaldılması ilə bağlı qəbul ediləcək əlaqədar tədbirlər haqqında məlumat verilir. Tikinti ərazisi heç bir tektonik pozulma zonası ilə kəsişmədiyindən, istismar mərhələsinin geologiya və geomorfologiyaya təsir etməsi və ya onların təsirinə məruz qalması gözlənilmir. 7.5 Torpaq və qruntun vəziyyətinə potensial təsirlər Bu bölmədə, nəzərdə tutulan Layihənin tikintisi və istismarı müddətində təsirlərin azaldılması ilə bağlı qəbul olunacaq əlaqədar tədbirlər nəticəsində torpağa olan potensial təsirlər mövzusuna toxunulur. Bu hissədə eyni zamanda Layihənin tikinti fəaliyyətlərinə təsir göstərmək potensialı olduğu üçün ilkin qruntun vəziyyətinin bəzi aspektlərinə cavab vermək ehtiyacı da nəzərə alınacaq. Layihənin tikintisi zamanı əmələ gələn istehsalat tullantıları (qaynaq çubuqlarının qırıntıları, armatur, dəmir parçaları, beton qırıntıları) yığılıb müəssisənin istehsalat bazasına göndərilir. Metal tullantıları təkrar emala göndərilir. Bərk məişət tullantılarının yığılması üçün xüsusi hermetik konteynerlər nəzərdə tutulmalıdır. Torpağın çirklənməsi Çirklənmiş torpaqla bağlı təsirlər bu bölmədə aşağıda verilənlər nöqteyi-nəzərindən əhatə olunur: • Çirklənmiş sahələrdə tikintinin həyata keçirilməsi • Qurğuların tikintisi və ya istismardan çıxarma fəaliyyətləri zamanı qəza hallarında torpağın çirklənməsi. Tikinti ilə əlaqədar fəaliyyətlər torpaq, qrunt suları və səth sularının çirkləndirmə potensialına malikdir. Tikinti fəaliyyətləri ilə əlaqədar olan əsas potensial çirkləndirici maddələr aşağıdakı kimidir: • Yanacaq və sürtgü yağları; • Təhlükəli tullantılar; • Qaynaq tullantıları, sahədə qaynaq və örtükləmə materialları; • Boyalar və həlledicilər; • Çirkab suları. Təsirlərin Azaldılması Aşağıda xülasə olaraq təqdim olunmuş təsirlərin qarşısının alınması və təsirlərin azaldılması tədbirləri torpaq və qruntun vəziyyətinin mənfi təsirlərin azaldılması məqsədi ilə tətbiq olunacaq. Torpaq çirklənməsi riskini azaltmaq üçün aşağıdakı təsirlərin azaldılması tədbirləri həyata keçiriləcək: • Materialların saxlanması zamanı bir-biri ilə reaksiyaya girməsi mümkün olan materiallar ayrı saxlanılacaq • Müvafiq işçilər təhlükəli materialların təhlükəsiz istifadəsi və yüklənib-boşaldılması ilə bağlı təlim keçəcək. 7.6 Ekoloji mühitə potensial təsirlər Bu hissədə Layihənin tikinti və istismarı zamanı flora və faunaya olan potensial təsirlər və təsirlərin azaldılması ilə bağlı qəbul ediləcək tədbirlər haqqında məlumat verilir. Əsas həssaslıqlar Layihənin tikintisi və istismarı nəticəsində təsirə məruz qala biləcək əsas ekoloji reseptorlar ekosistemlər, təbii mühit və növlərdir. Ekosistemlər və təbii mühit həm tikinti zamanı, həm də sonrakı bərpa fəaliyyəti ərzində təbii mühitin itirilməsi, parçalanma, hissələrə ayrılma və deqradasiyaya həssasdır. Növlər fərd və ya populyasiya səviyyəsində birbaşa məhv olma və ya təbii şəraitin parçalanması nəticəsində müdaxiləyə EKOLOGİYA İDARƏSİ 69 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi və ya yayılma ilə bağlı məhdudiyyətlərin təsirinə məruz qala bilər. Təbii mühitin dəyəri standart meyarların növlərinə görə qiymətləndirilir, bunların arasında ən mühüm olan təbiilik, nadirlik və yayılma sahəsidir (yerli miqyasdan dünya miqyasına qədər müxtəlif miqyaslarda qiymətləndirilir). Növlər nadir və ya nəsli tükənməkdə olan növlərin yerli və ya beynəlxalq siyahılarına, yəni Azərbaycanın Qırmızı Kitabına (QK) və ya Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin (BTTSMB) Qırmızı Kitabına daxil edildiyi halda, dəyərli ola bilər. Yüksək ekoloji dəyərə malik olan bu təbii mühitlər və növlər aşağıda qeyd edilən əsas ekoloji həssaslıqların seçilməsi üçün əsasdır. Torpağın zəif idarə olunması, torpağın eroziyası, torpağın kipləşməsi və artıq alt torpaq qatının zəif utilizasiyası torpağın münbitliyini, dərinliyini və strukturunu azalda bilər. Bu isə öz növbəsində torpağın üst qatı dəyişdirildikdən sonra bitki örtüyünün təbii bərpa olunma qabiliyyətinə təsir edə bilər. Torpağın üst qatının düzgün saxlanılmaması və idarə olunmaması da təbii bitki örtüyünün effektiv bərpası üçün zəruri olan canlı bitki materiallarından (toxumlar, kökümsovlar, soğanaqlar, kök yumruları) bəzilərinin məhv olması ilə nəticələnə bilər. Çirkab suların və tullantıların atılması ilə torpaq və qrunt suyunun çirklənməsi bitki örtüyünün məhvinə səbəb ola bilər. Fauna Tikinti və istismara vermə fəaliyyətinin faunaya təsiri müəyyən dərəcədə işlərin vaxtından və növlərin davranışının nisbi mövsüm dəyişikliklərindən asılıdır. Heyvan növlərinin çoxu xüsusilə çoxalma mövsümündə (aprel ayından iyun ayına qədər) və qışlama mövsümündə (oktyabr ayından mart ayına qədər) təsirə qarşı həssasdırlar. Bu davranışların dəqiq vaxtı havanın mövsümi dəyişkənliyindən hədsiz dərəcədə asılıdır. Download 16.26 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling