Faza-1 Bİtum qurğusunun tiKİNTİSİ VƏ İSTİsmari üZRƏ Əmtq


Download 16.26 Kb.

bet7/13
Sana14.02.2017
Hajmi16.26 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   13

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
FƏSİL
 
5
 
5  ƏTRAF MÜHİTİN İLKİN VƏZİYYƏTİ 
 
5.1  Giriş 
Bu  bölmədə  “H.Əliyev  adına  NEZ-in  modernləşdirilməsi  layihəsi,  FAZA-1  Bitum  qurğunun  tikintisi  və 
istismarı” layihəsi çərçivəsində, Bitum qurğunun tikintisi və istismarı zamanı qurğu yerləşəcək ərazilərin 
geoloji, geomorfoloji vəziyyəti, meteoroloji və iqlim şəraiti, torpaq örtüyü, hidroloji rejimi, bitki və heyvanat 
aləmi, bioloji resursları, ətraf mühitin – atmosfer, su, torpaq mühitlərinin çirklənmə vəziyyəti barədə ilkin 
qiymətləndirilmələr  təqdim  olunur.  Layihə  ərazisində  aparılan  ekoloji  monitorinq  və  tədqiqat  işlərini  əks 
etdirən şəkillər əlavələrdə göstərilmişdir. 
 
Şəkil 5.1 
H.Əliyev  adın  NEZ-nin  ümumi  ərazisi,  torpaq,  qrunt  suyu  və  digər  nümunələrinin 
götürüldüyü nöqtələr (ümumi) 
Ətraf  mühitin  ilkin  vəziyyətini  qiymətləndirmək  məqsədi  ilə  qurğunun  yerləşəcəyi  sahədə  və  ona  bitişik 
ərazilərdə SOCAR Ekologiya İdarəsinin mütəxəssisləri tərəfindən çöl tədqiqatları, ölçmələri və laboratoriya 
tədqiqatları  aparılmışdır.  Keyfiyyət  və  kəmiyyət  qiymətləri  almaq  məqsədi  ilə  torpaq-qrunt,  su,  bitki 
nümunələri  götürülmüş,  quşların  və  quruda  yaşayan  heyvanların  müşahidəsi  və  sayılması  işləri  yerinə 
 
EKOLOGİYA İDARƏSİ 
40 

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
yetirilmişdir. 
Hesabatın  hazırlanmasında  Bitum  qurğusunun  yeləşəcəyi  ərazidə  aparılmış  geoloji  və  geotexniki 
tədqiqatların  nəticələrindən,  həmçinin  mövcud  tematik  xəritələrin,  hesabatların  və  elmi  ədəbiyyatın 
məlumatlarından istifadə edilmişdir. 
Eləcə  də  ƏMTQ  sənədinin  hazırlanmasında  SOCAR  FUGRO  LLC-nin  “H.Əliyev  adına  NEZ-nun 
modernizasiyası  layihəsi”  üçün  zavodun  ərazilərində  apardığı  geotexniki,  hidrogeoloji  və  ətraf  mühit 
araşdırmalarının nəticələrindən də istifadə olunmuşdur. Bu ətraf mühit araşdırmaların ümumi məqsədi yerin 
təkində çirkləndiricilərin olmasının seçməli yoxlama üsulu ilə araşdırılmasıdır. Ekoloji sorğu özündə dörd 
komponenti birləşdirir: 
o
  Kameral araşdırmaların aparılması; 
o
  Birbaşa zondlama üsulu ilə yerin təkində neft karbohidrogenlərinin olmasının araşdırılması; 
o
  Ekoloji  araşdırma  üçün  qazılmış  quyulardan  potensial  narahatçılıq  doğuran  tərkiblərin 
araşdırılması üçün qrunt nümunələrinin toplanması və analizi; 
o
  Piezometrlərdən  qrunt  suyu  nümunələrinin  götürülməsi  və  potensial  narahatçılıq  doğuran 
tərkiblərin araşdırılması üçün sonrakı analizlərin aparılması. 
SOCAR FUGRO-nun “H.Əliyev adına NEZ-in modernləşdirilməsi – FAZA 1, Bitum qurğunun tikintisi və 
istismarı layihəsi” üçün apardığı geoloji, hidrogeoloji və ekoloji tədqiqatlarda Bitum qurğusunun tikiləcəyi 
ərazidə qazdığı müxtəlif quyuların hesabatlarda kodlaşması cədvəl 5.1-də verilib. 
Cədvəl 5.1 
Ərazidə qazılmış müxtəlif tədqiqat quyuları 
Ərazi 
CPT UVOST Maks 
dərinlik 
Geotexniki 
quyular 
Piezometr 
Ekoloji quyu 
Bitum qurğusu 
tikiləcək ərazi 
CPT 119 (6,24 m) 
BH 112 
PZ 109 (23,5 m) 
E 06 
CPT 120/120A/120B 
(20,15 m) 
BH 113 
 
 
 
5.2  Geoloji şərait 
Bu bölmədə tikintisi nəzərdə tutulan Bitum qurğusunun yerləşdiyi ərazidə geologiya, geomorfologiya və 
geoloji  təhlükələr  təsvir  olunur.  Baxmayaraq  ki,  layihə  nəticəsində  ərazinin  geologiyasına  əhəmiyyətli 
dəyişikliklər və ya təsirlər olacağı gözlənilmir, mümkündür ki, geoloji proseslər və geoloji təhlükələr ətraf 
mühit əhəmiyyətinə malik olan digər ərazilərə və ya layihənin özünə təsir göstərə bilən hadisələrə səbəb 
olsun. Məqsəd tikintidən əvvəl ilkin vəziyyəti başa düşməkdir. 
Azərbaycan ərazisinin geoloji quruluşu son dərəcə müxtəlifdir. Qafqazın cənub-şərq hissəsində yerləşən 
Azərbaycan,  bir  tərəfdən,  şimalda  və  cənubunda  yüksək  və  qırışıqlı  sahələr,  digər  tərəfdən  də  onların 
arasında və ətrafında depressiya və aran sahələrin olması ilə səciyyələnir. Bu sahələrin bir hissəsi hətta 
dəniz səviyyəsindən aşağıda yerləşmişdir. 
Beləliklə,  Azərbaycanda  növbənöv  geomorfoloji  elementlər  və  müxtəlif  relyef  sahələri  olmaqla  bərabər, 
cürbəcür geoloji struktur və tektonik amilləri, habelə püskürmə, çökmə və metomorfik süxurları da vardır. 
Bunların yaşı kembridən başlayıb dördüncü dövrə qədərdir. 
Qurğunun  tikilməsi  planlaşdırılan  ərazi  Bakı  şəhərində  yerləşir  ki,  Bakı  da  öz  növbəsində  Abşeron 
yarımadasında  yerləşir  və  şimal,  şərq  və  cənubdan  Xəzər  dənizi  ilə  əhatə  olunub.  Paytaxt  ərazisi  və 
qurğunun tikiləcəyi ərazi geoloji sinklinal üzərində yerləşir. Sinklinal oxu morfoloji olaraq səthdən cənub 
istiqamətində dalır. Şəkil 5.2-da ərazinin sinklinal oxuna perpendikulyar kəsməsi göstərilib. 
 
EKOLOGİYA İDARƏSİ 
41 

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
Şəkil 5.2 
Ərazinin sinklinal oxuna perpendikulyar kəsməsi 
Sinklinalın mərkəzi IV Neogen çöküntülərindən təşkil olunub. Bu laylar birləşərək bir su axını horizontu 
əmələ gətirir. Qurğunun tikiləcəyi ərazidə qrunt suları şimal-şərqdən cənub qərb istiqamətinə doğru Xəzər 
dənizinə istiqamətlənib. 
 
5.2.1  Seysmiklik 
Qara dəniz və Xəzər dənizi arasındakı region Alp-Himalay orogen qurşağının mərkəzi Asiya seqmentinin 
bir hissəsidir  və Böyük Qafqaz qırışından  və şimaldakı üstəgəlmə qurşağından  və Kiçik Qafqaz-Pontid 
qırışından və cənubdakı üstəgəlmə qurşağından təşkil olunub. Qafqaz dağ silsilələri Afrika, Ərəbistan və 
Hindistan tektonik plitələrinin Avrasiya plitəsi ilə toqquşması nəticəsində formalaşıb. 
Böyük  Qafqaz  dağları  geoloji  baxımdan  çox  cavandır  və  Orta  Pliosen  dövründə  formalaşıb.  Cənub 
istiqamətində müşahidə olunan Kiçik Qafqaz dağları Qara dənizin bilavasitə şərq tərəfindən şimala doğru 
qırışlar  və  üstəgəlmələr  formalaşdırıb.  Sıxıcı  qalxma  və  üstəgəlmələr  bir  bütöv  hövzəni  qərb  və  şərq 
hissələrə ayırıb ki, bunun da şərq hissəsi Kürün hövzəsinə çevrilib. 
Böyük Qafqaz dağlarının şərq və qərb hissələrinin qırışıqlıq istiqamətlənmələri və seysmiklik baxımından 
strukturda fərqləndiyi müəyyən edilib. Əsas fərqlərdən biri 100 km-ə qədər dərinlikdə Qafqaz dağlarının 
şərqində  orta  dərinlikli  zəlzələlərin  mövcudluğudur.  Qərb  regionundakı  zəlzələlər  nisbətən  daha  az 
dərinliklərdə, adətən 30km-də baş verir. 
Tavaların (plitələrin) davamlı toqquşması o deməkdir ki, Azərbaycanda yüksək seysmik fəallıq mövcuddur. 
1600-cü ildən etibarən (Ağamirzəyev 1987; USGS 2012) müxtəlif intensivlikdə olan 600-dən çox seysmik 
hadisə  qeydə  alınıb.  Ümumi  seysmik fon  xüsusiyyətlərini  müəyyənləşdirmək,  seysmik  rejimin  sabitliyini 
poza biləcək mümkün amilləri müəyyən etmək və seysmik təhlükənin dərəcəsini müəyyənləşdirmək üçün 
tədqiqat həyata keçirilib. 
Zəlzələlərin kəskinliyi 
Bu fəsildə nəzərdən keçirilmiş üç seysmik fəallıq kateqoriyası aşağıdakılardır: tektonik, vulkanik və süni 
törəyən. Tektonik müxtəliflik xeyli daha dağıdıcı xarakterə malikdir və yer qabığını formalaşdıran plitələrin 
hərəkəti  səbəbindən  gərginliyin  artması  nəticəsində  baş  verir.  Xəzər  dənizi  Aralıq  dənizindən  Himalay 
dağlarına qədər uzanan və tektonik zəlzələlər ilə xarakterizə olunan zonada yerləşir. 
 
EKOLOGİYA İDARƏSİ 
42 

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
Azərbaycandakı zəlzələlərin kəskinliyi barədə məlumatlar adətən enerji siniflərində (K) verilir, Avropaya aid 
göstəricilər isə maqnituda şkalasının momenti (MMS - "Mw" vahidi ilə ifadə olunur) üçün istifadə olunub. Bu 
sistemlərin hər ikisi də analojidir və zəlzələ mənbəyindəki enerjini təsvir edir. Rixter şkalasına əsaslanan 
bal  (güc)  göstəriciləri  birbaşa  olaraq  müqayisə  edilə  bilməz,  çünki  onlar  zəlzələnin  səthdəki  təsirlər  ilə 
bağlıdır. Bir çox yerli zəlzələlərə dair hesabatlarda 1-12 şkala üzrə ölçülən bal vahidlərindən istifadə olunur. 
Bal göstəricisi zəlzələnin miqyasından və episentrədək olan məsafədən asılı olaraq hər hansı verilmiş yerdə 
zəlzələnin təsirinin nisbi ölçüsüdür. Cədvəl 5.2-də zəlzələnin episentrində (mərkəzi) boşalan enerjini təsvir 
edən bu vahidlər müqayisə edilir. 
Cədvəl 5.2 
Zəlzələlərin maqnitudalarının və enerji siniflərinin müqayisəsi 
Enerji Sinfi (K) 
Maqnituda 
Şkalasının 
Momenti 
(MMS (Mw)) 
Bal 
(Episentr) 
Təsviri (bal) 

3-3.4 

Xüsusən əlverişli şəraitlərdə zəif hiss edilir. 
10 
3.5-3.9 
II 
Sakit  vəziyyətdə,  xüsusən  də  binaların  yuxarı 
mərtəbələrində zəif hiss edilir. 
11 
4-4.9 
III 
Nəzərəçarpacaq dərəcədə hiss edilir: evlərin və 
avtomobillərin  titrəməsi,  bayır  ilə  müqayisədə 
daxili məkanlarda daha güclü təsir. 
12 
5-5.4 

Hamı  hiss  edir:  pəncərələr  sınır,  qeyri-  sabit 
əşyalar devrilir. 
13 
5.5-6 
VI 
Hamı tərəfindən hiss edilir: ağır mebel əşyaları 
hərəkətə  gəlir,  suvağın  dağılıb  düşməsi  halları 
müşahidə edilir. Ziyan az dərəcədədir. 
14-16 
6.1-6.9 
VII 
Pis inşa edilmiş binalara maddi ziyan dəyir, yaxşı 
layihələndirilmiş və inşa edilmiş binalara dəyən 
ziyan cüzi dərəcədə olur. 
Bu, enerji 
sinfinin qeydə 
alına biləcək 
diapazonu 
xaricindədir (K) 
7-7.9 
VIII-IX 
Böyük  ərazilər  boyunca  ciddi  ziyana  səbəb  ola 
bilər. 
8-8.9 
X-XI 
Bir  neçə  yüz  kilometrlərlə  əraziyə  ciddi  ziyan 
vura bilər. 
9-9.9 
XII 
Bir neçə min kilometrlərlə ərazidə dağıdıcı təsir 
göstərə bilər. 
 
Azərbaycanda, ən yüksək zəlzələ sıxlığı Böyük Qafqaz dağlarının ətəyində, keçmişdə 9 Mw-dək gücdə 
zəlzələlərin qeydə alındığı Şamaxı yaxınlığında baş verir. Azərbaycanda baş vermiş ən son əhəmiyyətli 
zəlzələ hadisəsi 2012-ci ilin may ayında qeydə alınıb və onun yeri Böyük Qafqazın ətəyində, Gəncənin 
şimalından keçdiyi ərazidən şimal-şərqə doğru təxminən 85 km məsafədə yerləşib. Qeydə alınmış zəlzələ 
5.6Mw təşkil edib. 
Bakı zonası üzrə seysmik bal  - 8
2
 qeyd olunur. 1960-cı ildən 1990-cı ilə qədər olan müddət ərzində Bakı 
arxipelaqında, Abşeron yaxınlığında 11 (K) enerji sinfinə qədər (4 Mw-ə qədər) bir sıra zəlzələləri göstərən 
zəlzələ göstəriciləri qeydə alınıb. 12 (K) enerji sinfinə (5Mw) aid seysmik hadisələr Aşağı Kür çökəkliyində 
qeydə alınıb. 1990-cı ildən 1997-ci ilə qədər müddəti əhatə edən məlumatlar Azərbaycanın şərq tərəfindəki 
sahilyanı hissəsində, o cümlədən Bakı arxipelaqında 13 (K) enerji siniflərinə (5.5Mw) aid hadisələr və İranın 
şimal-şərq tərəfində güclü zəlzələlər baş verdiyini göstərir. Ümumiyyətlə, zəlzələlərin baş vermə zonası 
Cənubi Xəzər hövzəsinin iri hissəsi əhatə edir. Lakin, ən güclü zəlzələlərin əksəriyyəti quruda baş verir və 
Qafqaz dağı regionlarındakı tektonik hərəkət ilə bağlıdır. 
 
5.3  Torpaqlar və qruntun keyfiyyəti 
Layihə  ərazisində  torpaq  və  qruntun  keyfiyyətini  müəyyənləşdirmək  üçün  Ekologiya  İdarəsinin  ETE-nin 
mütəxəssisləri  tərəfindən  ərazidə  monitorinq  keçirilmiş,  torpaqdan  şurf  nümunələri  götürülmüş,  bu 
 
EKOLOGİYA İDARƏSİ 
43 

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
nümunələr KTL-da analiz olunaraq nəticələr hesabata daxil edilmişdir. Şurf nümunələri 0,25m, 0,50m və 
1,00m  dərinliklərdən  Edelman  buru  vasitəsilə  götürülmüşdür.  Nümunələrin  götürülməsi  metodikası 
haqqında  ətraflı  məlumatlar  Əlavə  1-də  verilmişdir.  Nümunələrin  götürüldüyü  nöqtələr  şəkil  5.3-də 
göstərilmişdir. Analiz nəticələri aşağıdakı cədvəllərdə qeyd edilmişdir. 
Cədvəl 5.3 
Dib çöküntüsü nümunəsi 
Dib çöküntüsü Nümunəsi 
Akt 
№-si 
Analiz olunduğu tarix 
Qeyd 
Başlandı 
Qurtardı 
 
30.03.16 
05.04.16 
Heydər Əliyev adına NEZ 
 
Nümunənin 
kodu 
Dərinlik  
Karbonatlıq 
q/kq 
  
Üzvi karbon 
q/kq 
16/00129 
Şurf 1-0.25 
22.78 
40.19 
16/00132 
Şurf 2-0.25 
20.80 
42.2 
16/00135 
Şurf 3-0.25 
37.22 
46.4 
16/00138 
Şurf 4-0.25 
33.62 
47.4 
16/00141 
Şurf 5-0.25 
30.57 
43.5 
 
Cədvəl 5.4 
Humus 
Nümunə 
Analiz olunduğu tarix 
Qeyd 
Başlandı 
Qurtardı 
18.03.2016 
18.03.2016 
Heydər Əliyev adına BNEZ
 
№ 
Parametrlər 
Ölçü 
vahidi 
Analizin nəticələri 
 
Nümunənin kodu 
 
 
16/
001
29
 
16/
001
32
 
16/
001
35
 
16/
001
38
 
16/
001
41
 
 
Şu
rf 
1-
0,
25
 
Şu
rf 
2-
0,
25
 
Şu
rf 
3-
0,
25
 
Şu
rf 
4-
0,
25
 
Şu
rf 
5-
0,
25
 
1  Humus 

0.07 
0.62 
2.1 
1.81 
0.91 
 
 
 
EKOLOGİYA İDARƏSİ 
44 

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
Cədvəl 5.5 
Neft məhsulları və yağlar 
Nümunə 
Analiz olunduğu tarix 
Qeyd 
Başlandı 
Qurtardı 
16.03.2016 
18.03.2016 
Heydər Əliyev adına BNEZ
 
№ 
Parametrlər 
Ölçü 
vahid

Analizin nəticələri 
Nümunənin kodu 
Şu
rf 
1-
0,
25
 
Şu
rf 
1-
0,
50
 
Şu
rf 
1-
1,0
 
Şu
rf 
2-
0,
25
 
Şu
rf 
2-
0,
50
 
Şu
rf 
2-
1,0
 
Şu
rf 
3-
0,
25
 
Şu
rf3
-0,
50
 
Şu
rf3
-1,

16/
001
29
 
16/
001
30
 
16/
001
31
 
16/
001
32
 
16/
001
33
 
16/
001
34
 
16/
001
35
 
16/
001
36
 
16/
001
37
 
1  Neft  məhsulları 
və yaglar 

0,01 
0,03 
0,05 
0,09 
0,12 
0,24 
0,52 
0,49 
0,52 
 
№ 
Parametrlər 
Ölçü 
vahidi 
Analizin nəticələri 
Nümunənin kodu 
Şu
rf4
-0,
25
 
Şur
f40,
50
 
Şu
tf4
-1
,0
 
Şu
rf5
-0,
25
 
Şu
rf5
-0,
50
 
Şu
rf5
-1,

 
16/
001
38
 
16/
001
39
 
16/
001
40
 
16/
001
41
 
16/
001
42
 
16/
001
43
 
1  Neft məhsulları və yaglar 

0,25 
0,25 
0,15 
0,35 
0,37 
0,50 
 
Həmçinin  ƏMTQ  sənədinin  hazırlanmasında  SOCAR  FUGRO  LLC-nin  “H.Əliyev  adına  NEZ-nun 
modernizasiyası  layihəsi”  üçün  zavodun  ərazilərində  apardığı  geotexniki,  hidrogeoloji  və  ətraf  mühit 
araşdırmalarının nəticələrindən də istifadə olunmuşdur. Bu ətraf mühit araşdırmaların ümumi məqsədi yerin 
təkində çirkləndiricilərin olmasının seçməli yoxlama üsulu ilə araşdırılmasıdır. 
 
EKOLOGİYA İDARƏSİ 
45 

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
 
Şəkil 5.3 
Nümunələrin götürüldüyü nöqtələr 
 
 
EKOLOGİYA İDARƏSİ 
46 

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
5.4  Qrunt suları 
 
Şəkil 5.4 
Zavod ərazisində qrunt sularının səviyyəsi və aın istiqaməti 
 
5.4.1  Qrunt sularının analiz nəticələri 
Temperatur.  Qrunt  suyunun  temperaturu  sulu  horizontun  həm  yuxarı  həm  də  aşağı  hissəsində  kifayət 
qədər yüksəkdir ki, buna səbəb geogenik faktorlar, davam edən mikrobioloji parçalanma (istiliyin ayrılması 
ilə gedən ekzotermik proseslər) və ya qaynar texnoloji suların bu horizonta qarışması (kanalizasiyalardan 
sızmalar və s.) ola bilər. 
pH. Qrunt sularının tipik pH göstəricisi 6,5-8,5 arası dəyişir. Ərazidə qrunt suları qismən orta qələvi mühitə 
yaxındır. NEZ-də hal-hazırda istifadə olunan proseslərdən turşuların qrunt sularına qarışması əlamətləri 
hiss olunur. 
Həll olmuş oksigen. Həll olmuş oksigen miqdarı əksər nümunələrdə aşağıdır (˂1 mq/l). Adətən oksigenin 
konsentrasiyası  sulu  horizontlarda  dərinliyə  doğru  aerasiya  nəticəsində  azalır.  Oksigenin  miqdarının 
dəyişməsi (əsasən şaquli yerdəyişmədə) onun az olması ilə və ya aerasiya və neft karbohidrogenlərinin, 
digər üzvi maddələrin mikrobioloji deqredasiyasının qarşısını alan keçiriciliyi olmayan qatların olması ilə 
əlaqədar ola bilər. 
Elektrik keçiriciliyi. Qrunt sularının elektrik keçiriciliyi bir qayda olaraq 0,03 mS/sm – 1 arasında dəyişir. 
Layihə ərazisindəki sulu horizontun üst hissəsində elektrik keçiriciliyi yüksəkdir ki (1 – 4 mS/sm arası), bu 
da təbii yüksək duzluluğun nəticəsidir. Həmin horizontun aşağı qatlarında elektrik keçiriciliyi çox yüksəkdir 
və tərkibində sulfat və xloridin çox olmasını göstərir. 
Nitratlar/Nitritlər.  Qrunt  sularında  nitratların  konsentrasiyası  geniş  aralıqda  dəyişir.  əksər  hissələrdə 
nitratların miqdarı nəzərə çarpacaq dərəcədə aşağıdır. Nitratlar bütün nümunələrdə Ümumdünya Səhiyyə 
Təşkilatının tövsiyə etdiyi miqdardan aşağı (3 mq/l) aşkar olunmuşdur. 
Sulfatlar və Xloridlər. Horizontun yuxarı hissəsində sulfatların və xloridlərin konsentrasiyası daha yüksək 
olmuşdur. Yüksək miqdarda olması benzolun qrunt sularında həll olmasını çətinləşdirir. 
Karbonatlar.  Karbonatların  konsentrasiyası  layihə  ərazisində  sulu  horizontun  həm  üst,  həm  də  alt 
qatlarında  cüzi  fərqlərlə,  faktiki  olaraq  eynidir.  Horizontun  təşkil  olunduğu  dağ  suxurları  və  çökmə 
 
EKOLOGİYA İDARƏSİ 
47 

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
suxurlarda yüksək karbonatlıdır və HCl-la orta-yüksək reaksiya göstərir. 
Metallar, metalloidlər və sianidlər. Berillium, kadmium, civə, qalay və sianidlər qrunt sularının tərkibində 
tapılsa  da,  YVQH-dən  aşağı  miqdar  təşkil  edirlər.  Arsen  və  selenin  miqdarı  NEZ  ərazisindəki  bəzi 
nöqtələrdən götürülmüş nümunələrdə etalon qiymətlərə nisbətən yüksək olsa da, Bitum qurğusunun tikintisi 
planlaşdırılan  ərazidən  götürülmüş  nümunələrdə  bu  miqdar  aşağı  olmuşdur.  Arsen  və  Selen  zavodun 
tullantı sularının tipik çirkləndiriciləri olduğuna görə, onların qrunt sularının tərkibində aşkarlanması ətraf 
mühitin çirkab sular vasitəsilə çirkləndiyini göstərən amil sayıla bilər. 
Benzin və Dizel diapazonlu üzvi çirkləndiricilər. Bu çirkləndiricilərlə qrunt sularının çirklənməsi nəzərə 
çarpacaq  dərəcədə  müşahidə  olunur.  Nəzərə  alsaq  ki,  qrunt  suyu  nümunələri  sulu  horizontun  aşağı 
qatından  götürülüb,  o  zaman  suyun  səthində  üzən  üzvi  çirkləndiricilərin  olmasını  ehtimal  etmək  olar. 
Məsələn, kerosin fraksiyası zavod ərazisindəki nöqtələrdən birində (PZ 111) aşkar olundu və təhlükəsizlik 
səbəbindən bu nöqtənin yeri dəyişdirildi. 
BTEK. Qrunt sularında BTEK xüsusilə də benzol yüksək konsentrasiyalarda mövcuddur. Müvafiq olaraq 
da etalon qiymətlər aşılmışdır. 
PAK. Üç nöqtədə qrunt sularının tərkibində yüksək miqdarda PAK konsentrasiyası aşkar olundu. 
Digər üzvi birləşmələr. MTBE, halogenli uçucu karbohidrogenlər, fenollar, xlorfenollar və xlorbenzenlər, 
bütün su nümunələri müvafiq normalardan aşağıda səviyyədə tapıldı. 
Cədvəl 5.6 
Qrunt sularının səviyyəsi 
 
 
 
 
EKOLOGİYA İDARƏSİ 
48 

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
Cədvəl 5.7 
Qrunt sularının analiz nəticələri 
 
 
5.5  İqlim və hidrometeoroloji şərait 
5.5.1  Atmosfer sirkulyasiyası 
Layihə ərazisi il boyu müxtəlif mənşəli və xassəli atmosfer proseslərinin təsiri altında olur (Cədvəl 5.8). İlin 
soyuq dövründə meridional dövran aktivləşir. İlin isti dövründə, xüsusən də yay aylarında meridianal hava 
dövranı  zəifləyir, qərb axınları güclənir. Qış aylarında havanın kəskin dəyişməsi arktik hava kütlələrinin 
müdaxiləsi vaxtı baş verir. Bu zaman havanın temperaturu kəskin enir, buludluq çoxalır, küləyin sürəti artır, 
yağıntılar düşür (bəzən qar yağır). Tropik hava kütlələrinin təsiri zamanı ilin fəslindən asılı olmayaraq istilər 
düşür,  quru  hava  yaranır,  qışda  havanın  temperaturu  20-25ºC-dək,  yayda  40ºC-dək  yüksələ  bilir.  Azor 
maksimumu sistemində hava kütlələri dəniz mənşəli olduğuna görə ilin soyuq dövründə buludluğu artırır, 
tez-tez yağıntı əmələ gəlir, yayda isə buludlu hava üstünlük təşkil edir, sərinlik gətirir. Bu hava kütləsinin 
müdaxiləsi zamanı küləyin sürəti artır. 

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   ...   13


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2017
ma'muriyatiga murojaat qiling