Faza-1 Bİtum qurğusunun tiKİNTİSİ VƏ İSTİsmari üZRƏ Əmtq


Cədvəl 5.8  İlin  ayrı-ayrı  fəsillərində  Abşeron  yarımadasında  atmosfer  prosesləri  növlərinin


Download 16.26 Kb.
Pdf ko'rish
bet8/13
Sana14.02.2017
Hajmi16.26 Kb.
#383
1   ...   5   6   7   8   9   10   11   12   13

Cədvəl 5.8  İlin  ayrı-ayrı  fəsillərində  Abşeron  yarımadasında  atmosfer  prosesləri  növlərinin 
təkrarlanması (%-lə) 
Atmosfer prosesləri 
Qış 
Yaz 
Yay 
Payız 
Kontinental arktik hava kütlələrinin təsiri 




Dəniz arktik hava kütlələrinin daxil olması 




Azor maksimumunun təsiri 


21 
12 
Tropik hava kütlələrinin gəlməsi 
28 
21 
10 
16 
Cənub siklonlarının gəlməsi 
14 
12 
11 

Mülayim en dairələrinin kontinental 
havasının müdaxiləsi 
15 
13 
16 
14 
Orta Asiya maksimumunun təsiri 

15 

17 
 
EKOLOGİYA İDARƏSİ 
49 

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
Yerli hava dövranı prosesləri 
20 
25 
32 
25 
 
5.5.2  Havanın temperaturu 
Havanın temperatur rejiminin il ərzində xeyli dəyişməsinə baxmayaraq, hətta ən soyuq ayın (yanvar) orta 
temperaturu  müsbət  işarəlidir.  Dənizin  təsiri  ilə  qış  mülayim  keçir.  Lakin  müxtəlif  illərdə  yanvarın  orta 
temperaturu  1°-dən  8°-dək  dəyişə  bilir.  Arktik  hava  kütlələrinin  daha  çox  müdaxiləsi  illərində,  məsələn, 
1972-ci  ilin  soyuq  qışında  yanvarın  orta  temperaturu  -0.4°C-dək  enmişdir.  Soyuq  hava  kütlələrinin 
müdaxiləsi az və zəif intensivliyə malik olan illərdə qış temperaturları bəzən xeyli yüksək olur. 1948-ci ilin 
yanvarında orta  aylıq  temperatur 7.4°C  təşkil etmişdir. Ümumiyyətlə,  yanvarda -13°C mütləq minimum, 
21°C mütləq maksimum temperatur qeyd edilmişdir. Yazda temperaturun intensiv yüksəlməsi müşahidə 
edilir (martın sonu-may). Aprel ayının orta temperaturu 11.2°C təşkil edir.  
Burada yay isti və quraq keçir, iyul və avqustun orta aylıq temperaturu 25.7°C-dir. Böyük miqdarda istilik 
buxarlanmaya sərf olunur. Anomal isti keçən illərdə həmin aylarda orta temperatur 28°C və daha yüksək 
ola  bilir  (1940-cı  ilin  avqustunda  28.4°C).  Yayı  sərin  və  yağıntılı  keçən  illərdə  ən  isti  ayların  orta 
temperaturunun 22-23°C-dək enməsi mümkündür. Mütləq maksimum temperatur 40°C təşkil edir. Payız 
mövsümü  yazdan  isti  keçir  və  temperaturlar  tədricən  enir.  Oktyabrda  günəş  enerjisinin  daha  az  daxil 
olmasına və soyuq hava kütlələrinin müdaxiləsinə baxmayaraq temperatur xeyli yuxarı olur (Xəzər dənizinin 
təsiri özünü biruzə verir). 
 
Şəkil 5.5 
Yağıntının illik miqdarı 
Temperaturun  illik  amplitudu  (ən  isti  və  ən  soyuq  ayların  orta  temperatur  fərqləri)  22°C-dir.  İllik  Mütləq 
temperatur amplitudu isə 53.2°-yə çatır. Temperaturun orta sutkalıq amplitudu (gün ərzində maksimum və 
minimum temperaturların fərqi) ilin soyuq dövründə 4-5°C, yazda artaraq 5-6°C təşkil edir, iyun ayında isə 
ən böyük həddinə çatır (7°C-dən çox). Sentyabrda sutkalıq amplitud azalır, tutqun havaların üstün olduğu 
dekabr ayında minimuma enir (3°C). Havanın temperaturunun sutkalıq amplitudu hava şəraitindən asılıdır. 
Belə ki, sakit və az buludlu günlərdə sutkalıq amplitud tutqun və küləkli günlərə nisbətən demək olar ki, 2 
dəfə çox olur. 
 
5.5.3  Havanın rütubətliliyi 
İl ərzində havanın rütubətliyi bir-birini əvəz edən hava kütlələrinin dövranından xeyli dərəcədə asılıdır. Belə 
ki, qışda əraziyə soyuq və nisbətən rütubətli hava kütlələri, yayda isə əksinə isti və quru hava kütlələri daha 
çox  təsir  edir.  Nisbi  rütubətlik  havanın  su  buxarı  ilə  doyma  dərəcəsini  göstərməklə  mühüm  iqlim 
 
EKOLOGİYA İDARƏSİ 
50 

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
göstəricilərindən biridir. Havanın orta nisbi rütubətliyi Bakıda 70%-dir, dənizə doğru bu rəqəm artır. Nisbi 
rütubətliyin illik gedişi temperaturun illik gedişinə əksdir. İlin soyuq dövründə nisbi rütubətlik 78%, dənizin 
təsiri daha güclü olan ərazilərdə daha çox təşkil edir. Yayda bu göstərici minimuma enir. İl ərzində 30% və 
daha az nisbi rütubətli günlərin orta sayı 18-ə, 80% və daha çox olan günlərin orta sayı 48-ə çatır. Rütubət 
çatışmamazlığının  orta  miqdarı  6,7  mb,  minimum  ilin  soyuq  dövründə  yanvar-fevral  aylarında  2,0  mb, 
maksimum yayda iyul ayında 15,1 mb qeyd edilir. Sutkalıq gedişdə ən az rütubət çatışmamazlığı gecə, ən 
çox günorta müşahidə edilir. 
 
5.5.4  Yağıntılar 
Yağıntıların  rejimi  havanın  rütubət  tutumundan,  su  buxarı  ilə  doyma  dərəcəsindən,  buxarlanmanın 
intensivliyindən, ərazinin səth örtüyünün və atmosfer dövranının xarakterindən asılıdır. Yağıntılar əsasən 
soyuq  hava  kütlələrinin  müdaxiləsi  zamanı  düşür.  Ayrı-ayrı  illərdə  və  ya  fəsillərdə  yağıntıların  çoxluğu 
cənub siklonlarının keçməsi ilə bağlıdır. Quraq dövr Qafqaz və Xəzər dənizi üzərində yüksək təzyiq sahəsi 
yalının bərqərar olması ilə əlaqədardır. İl ərzində yağıntının miqdarı çox deyil (198 mm). Yağıntıların çox 
hissəsi  ilin  soyuq  dövründə  düşür  (107  mm).  Yağıntıların  illik  gedişində  iki  maksimum  qeyd  olunur: 
noyabrda (31 mm) və apreldə (19 mm). Minimum yayda, iyul və ya avqust aylarında müşahidə edilir (5-7 
mm).  Atmosfer  proseslərinin  inkişaf  xarakterindən  və  intensivliyindən  asılı  olaraq  ayrı-ayrı  illərdə 
yağıntıların miqdarı orta aylıq və illik göstəricilərdən xeyli fərqlənə bilər. Məsələn, 1963-cü ilin mayında 106 
mm yağış yağıb, həmin ildə isə 390 mm yağıntı düşüb. ≥0,1 mm olan yağıntılı günlərin orta illik sayı 74 gün, 
ilin isti dövründə ən az (2.2-2.6 gün), ilin soyuq dövründə isə 9.0-9.3 günə çatır (cədvəl 5.9). Yağıntıların 
davamiyyəti daha çox qış aylarında (yanvarda 240 saat), yayda minimum isə olur.  
Yağıntılar əsasən yağış şəklində düşür. Lakin ilin soyuq dövründə, əraziyə çox soyumuş hava kütlələrinin 
müdaxiləsi zamanı yağıntılar qar şəklində də düşə bilir. İl ərzində düşən yağıntıların 6%-i bərk, 8%-i qarışıq, 
86%-i yağış şəklində düşür. 
Cədvəl 5.9 
Bakı meteoroloji stansiyası üzrə iqlim amillərinin göstəriciləri 
Meteoroloji amil 
AYLAR 
İl 

II 
III 
IV 

VI 
VII 
VIII 
IX 

XI 
XII 
Günəş 
parıltısının 
orta 
davamiyyəti, saat 
88 
87 
125 
183 
273 
319 
318 
296 
220 
154 
96 
85 
2244 
Ümumi  günəş  radiasiyasının 
miqdarı, kkal/sm

4,0 
5,3 
9,3 
13,2  17,7  19,2  18,8  17,1  12,0  7,9 
4,6 
3,7 
132,8 
Havanın temperaturu, °C:  
orta  
mütləq maksimum 
mütləq minimum 
 
3,9 
21 
-13 
 
4,1 
27 
-10 
 
6,3 
31 
-7 
 
11,2 
31 
-0,4 
 
17,7 
33 

 
22,6 
39 

 
25,7 
40 
14 
 
25,7 
39 
14 
 
21,8 
35 

 
16,6 
35 
0,0 
 
11,1 
29 
-6,0 
 
6,8 
27 
-9,0 
 
14,4 
40 
-13 
Yağıntının miqdarı, mm  
21 
15 
19 
19 
10 



13 
29 
31 
21 
198 
Havanın nisbi rütubətliyi, % 
78 
78 
77 
69 
64 
57 
58 
62 
68 
74 
77 
73 
70 
Rütubət çatışmazlığı, mb 
2,0 
2,0 
2,4 
4,6 
8,0 
13,0  15,1  13,5  8,9 
5,1 
3,1 
2,4 
6,7 
Küləyin sürəti, m/s:  
orta  
maksimum 
 
6,1 
40 
 
6,6 
28 
 
6,9 
34 
 
6,5 
28 
 
6,2 
28 
 
6,5 
34 
 
6,8 
34 
 
6,3 
28 
 
6,2 
36 
 
6,1 
28 
 
5,7 
34 
 
5,6 
28 
 
6,3 
40 
Güclü 
küləkli 
(≥15m/s) 
günlərin sayı:  
orta  
maksimum 
 
 
4,9 
13 
 
 
6,0 
18 
 
 
7,5 
13 
 
 
6,8 
14 
 
 
5,2 
14 
 
 
6,2 
14 
 
 
6,6 
13 
 
 
5,2 
10 
 
 
4,7 
12 
 
 
5,3 
12 
 
 
4,2 
12 
 
 
4,8 
14 
 
 
6,7 
106 
Buludluq, bal: 
ümumi 
aşağı 
 
7,2 
5,7 
 
7,4 
5,8 
 
7,3 
5,4 
 
6,4 
3,0 
 
5,2 
1,6 
 
3,3 
1,2 
 
3,2 
1,1 
 
3,0 
1,2 
 
4,1 
2,5 
 
6,0 
4,4 
 
7,2 
5,5 
 
7,0 
5,5 
 
5,6 
3,6 
 
Yağıntıların orta sutkalıq maksimumu çox da böyük deyil. Müşahidə olunmuş ən böyük sutkalıq maksimum 
 
EKOLOGİYA İDARƏSİ 
51 

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
65 mm (1937 və 1946-cı illər) təşkil edir. 
Layihə zonasında qar örtüyü davamsızdır. Mövsüm ərzində 7-8 gün qar örtüyü müşahidə edilir. Soyuq hava 
kütlələrinin güclü müdaxilələri ilə səciyyələnən qışı çox soyuq keçən illərdə qar daha çox yağa bilər və daha 
uzun müddətli qar örtüyü əmələ gələ bilər. 
 
5.5.5  Külək rejimi 
Sürət və istiqaməti ilə xarakterizə olunan külək rejimi barik qradiyentdən və səth örtüyünün relyefindən 
asılıdır. Ətraf ərazilərin relyef müxtəlifliyi və Xəzər dənizinin təsiri qərb axınını pozaraq özünə məxsus külək 
rejiminin yaranmasına səbəb olur. 
İl ərzində şimal küləkləri (38%) üstünlük təşkil edir, daha az şimal-qərb (17%) və cənub (19%) küləklər əsir. 
Digər  rumbdan  olan  küləklərin  təkrarlanması  əhəmiyyətli  dərəcədə  deyil.  İlin  soyuq  dövründə  şimal 
küləklərinin  təkrarlanması 31-38%, şimal-qərb 16-21% və cənub küləklərinki 18-24%  təşkil edir. İlin isti 
dövründə şimal küləklərinin təkrarlanması xeyli artır (yay aylarında 43-51%). İl ərzində şəlakətli (küləksiz) 
havaların təkrarlanması cəmi 7%-dir.  
Küləyin  orta  sürətinin  illik  gedişində  sürətin  artması  yaz  və  yay  dövründə  (mart-avqust),  azalması  isə 
payızda (sentyabr-noyabr) olur. Il boyu əsasən 2-5 m/s (45%-ə yaxın) 6-9 m/s (30-40%) sürətli küləklər 
üstünlük təşkil edir (Cədvəl 5.10). Küləyin sürətinin sutkalıq gedişi az buludlu havada özünü daha yaxşı 
biruzə  verir.  Bakıda  belə  şərait  aprel-avqust  aylarında müşahidə  edilir.  İl  ərzində  gündüz  küləyin  sürəti 
gecəyə nisbətən daha çox olur. 
Cədvəl 5.10  İl ərzində müxtəlif müşahidə zamanı hədlər üzrə küləyin sürətinin təkrarlanması (%-lə) 
Müşahidə 
vaxtı 
Küləyin sürəti, m/s 
0-1 
2-5 
6-9 
10-13 
14-17 
18-20 
21-24 
≥25 

18,3 
40,3 
21,7 
10,7 
6,2 
2,4 
0,3 
0,1 

16,1 
40,7 
23,7 
11,2 
5,9 
2,0 
0,2 
0,1 
13 
3,5 
37,5 
33,4 
14,4 
7,9 
2,8 
0,4 
0,1 
19 
10,2 
43,4 
26,0 
11,0 
6,5 
2,5 
0,3 
0,1 
 
Ərazidə güclü küləkli (≥15 m/s) günlərin sayı çoxdur və güclü küləklər il boyu müşahidə edilir. Maksimum 
yaz, minimum payız və qış mövsümünə düşür. Burada güclü küləklər şimal enliliklərdən soyuq havanın 
müdaxiləsi və fyon səciyyəli qərb istiqamətli küləklərlə bağlıdır. Ən böyük sürətə şimal, şimal-qərb və cənub 
küləkləri çatır (Cədvəl 5.11). 
Cədvəl 5.11  İstiqamətlər üzrə küləyin orta və maksimum sürəti (m/s ilə) 
Aylar 
Küləyin 
sürət 
göstəricisi 
Şimal 
Şimal-
şərq 
Şərq 
Cənub-
şərq 
Cənub  Cənub-
qərb 
Qərb 
Şimal-
qərb 
Yanvar 
Orta 
8,1 
3,4 
2,3 
3,9 
5,6 
6,4 
3,6 
6,0 
Maksimum 
40 
14 

18 
18 
26 
12 
28 
Aprel 
Orta 
9,1 
3,4 
1,9 
4,2 
6,1 
5,0 
3,4 
6,2 
Maksimum 
20 
14 
14 
20 
28 
14 
20 
28 
İyul 
Orta 
9,0 
4,4 
1,7 
4,1 
4,5 
2,4 
2,2 
6,9 
Maksimum 
34 
16 
10 
10 
10 

14 
24 
Oktyabr 
Orta 
8,0 
3,6 
2,9 
4,5 
5,8 
4,8 
2,8 
5,5 
Maksimum 
28 
10 
12 
16 
25 
16 
16 
24 
İl 
Orta 
8,6 
3,6 
2,5 
4,2 
5,5 
4,5 
2,8 
5,9 
Maksimum 
40 
20 
18 
32 
28 
28 
22 
36 
 
Yerli adı “xəzri” olan və sürəti 20-25 (30-40 m/s) küləklər ilin bütün fəsillərində müşahidə oluna bilər. İlin 
soyuq dövründə xəzri havanın temperaturunun kəskin enməsinə, bəzən qar yağmasına və çovğuna gətirib 
çıxarır, yayda isə güclü istiləri zəiflədir. Qışda və yazda tez-tez saniyədə 15-20 m sürətli isti və quru küləklər 
əsir. Bu zaman havanın temperaturu kəskin artır (10-15°C) və nisbi rütubətlik xeyli azalır (20-30%-dək). 
 
 
EKOLOGİYA İDARƏSİ 
52 

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
5.6  Atmosfer havasının keyfiyyəti 
 
Şəkil 5.6 
Bakı meteoroloji stansiyası üzrə külək gülü: a) yanvar ayı; b) iyul ayı; c) il 
2016-ci  ildə  atmosfer  havasının  keyfiyyətinin  bazis  səviyyəsini  müəyyənləşdirmək  məqsədilə  Bitum 
Qurğusu  tikiləcək  ərazidə  Ətraf  mühitin  ilkin  vəziyyətinin  tədqiqi  zamanı  SOCAR-ın  Ekologiya  İdarəsi 
tərəfindən  lokal  ölçmələr  aparılmışdır.  Atmosfer  havasının  əsas  potensial  çirkləndiriciləri  Neft  emalı 
zavodunun tullantıları nəzərə alınaraq, əsasən azot dioksid (NO
2
), kükürd dioksid (SO
2
), karbon monooksid 
(CO) və karbohidrogenlərin konsentrasiyası təyin olunmuşdur. Bunun üçün altı stansiya üzrə instrumental 
ölçmə işləri aparılmışdır. 
Cədvəl 5.12  Atmosfer havasının əsas potensial çirkləndiricilərinin miqdarı 
S/s 
Koordinatları 
Təyin edilən parametrlər 
CO, mq/m
3
 
NO
2, 
mq/m
3
 
SO
2, 
mq/m
3
 
Tozun 
miqdarı, 
mq/ m
3
 

40°24'01.2"N 
49°54'33.0"E 
0.0 
0.1 
0.1
 
0,4 

40°24'04.7"N 
49°54'28.7"E 
0.0
 
0.1 
0.1
 
0,2 

40°24'05.97"N 
49°54'43.19"E 
0.0 
0.1 
0.1
 
0,5 

40°24'05.2"N 
49°54'33.7"E 
0.0 
0.1 
0.1
 
0,2 

40°24'04.3"N 
49°54'37.6"E 
0.0 
0.2 
0.1
 
0,3 

40°24'04.4"N 
49°54'46.1"E 
0.0 
0.1 
0.1
 
0,2 
 
a) 
 
Şimal 
32 
Şimal-şərq 

Şərq 

Cənub-şərq 

Cənub 
21 
Cənub-qərb 
15 
Qərb 

Şimal-qərb 
21 
 
b) 
 
Şimal 
51 
Şimal-şərq 

Şərq 

Cənub-şərq 
14 
Cənub 
11 
Cənub-qərb 

Qərb 

Şimal-qərb 
16 
 
c) 
 
Şimal 
38 
Şimal-şərq 

Şərq 

Cənub-şərq 
12 
Cənub 
19 
Cənub-qərb 

Qərb 

Şimal-qərb 
17 
 
0
10
20
30
40
Şimal
Şimal-şərq
Şərq
Cənub-şərq
Cənub
Cənub-qərb
Qərb
Şimal-qərb
0
10
20
30
40
50
Şimal
Şimal-şərq
Şərq
Cənub-şərq
Cənub
Cənub-qərb
Qərb
Şimal-qərb
0
10
20
30
40
Şimal
Şimal-şərq
Şərq
Cənub-şərq
Cənub
Cənub-qərb
Qərb
Şimal-qərb
 
EKOLOGİYA İDARƏSİ 
53 

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
Hava  nümunələri  çöl  işləri  görülən  zaman  SO
2
  ,  CO  və  NO
2
  parametrlər  üzrə  ölçmələr  “MultiRAE” 
qazanalizatoru  vasitəsilə  vasitəsilə  aparılmışdır.  Atmosfer  havasının  keyfiyyətinin  ölçmə  metodikası 
haqqında ətraflı məlumat Əlavə 1-də, norma və standartlar haqqında isə əlavə 3-də verilmişdir. 
Səs-küy, radiasiya fonu, toz, temperatura, küləyin sürəti portativ cihazların köməyi ilə ölçülmüşdür. 
 
5.7  Ərazinin florası 
Bakı şəhərinin ərazisi biomüxtəliflik baxımından Azərbaycanın o qədər də zəngin olmayan hissəsinə aiddir. 
Bu ərazi sənayeləşmə və təbii proseslər nəticəsində güclü surətdə deqradasiyaya uğramışdır. Qurğunun 
inşa ediləcəyi ərazidə heç bir bitki örtüyü yoxdur. Belə ki, ərazidə torpaq tökmə və hamarlama işləri aparılır. 
Ədəbiyyatda verilmiş məlumatlara əsasən, Abşeron yarımadasında 83 ailəyə aid olan, 800-dən çox ali bitki 
növü  var.  Lakin  sahilyanı  ərazidə  bu  növlərin  hamısını  aşkar  etmək  mümkün  deyil,  belə  ki,  Abşeron 
yarımadası da daxil olmaqla Respublikanın qumlu sahillərində 77 ailəyə aid olan vəhşi ali bitkilərin sayı-
601 növ qədər qeyd edilmişdir. 
Şibyələr Abşeron yarımadasında geniş yayılmış və mühüm iqtisadi əhəmiyyət kəsb edən orqanizmlərdir. 
Onlar antibiotiklərin, aromatik maddələrin, iy detektorların və boyaların istehsalında istifadə edilir. Şibyələr 
atmosfer  çirklənməsinə  həssasdırlar  və  bu  həssaslıq  şibyələrin  növündən  asılı  olaraq  dəyişir.  Bu 
şibyələrdən ətraf çirklənməsinin ölçülməsi üçün bioindikator kimi istifadə edilməsinə imkan verir. 
Abşeron  yarımadasında şibyələrin 25 növünün olması haqqında məlumat verilir, lakin Azərbaycanın ən 
quraqlıq regionlarında yerləşən müqavilə sahələrində bu növlərin nisbətən az miqdarda olması gözlənilir. 
Bundan  əlavə  Abşeron  yarımadası  flora  zənginliyinə  görə  Lənkəran,  Samur-Dəvəçi,  Xəzəryanı 
ovalıqlarından sonra 5-ci yeri tutur, yalnız Kür-Araz ovalığından irəlidədir. 
 
5.8  Ərazinin faunası 
Layihə zonası çox geniş bir ərazini əhatə etmir. Bu sahə H.Əliyev adına NEZ-in balansındadır və əvvəllər 
istehsalat obyektləri mövcud olmuşdur. Kənd təsərrüfatına yararlı olmayan torpaqlardır. Relyefi düzənlik 
sahədir. 
Yeni Bitum qurğusunun tikiləcəyi sahədə landşaftların, quşların, məməlilərin, sürünənlərin və amfibilərin 
yaşayış yerlərinin xarakterinə görə tədqiq edilmişdir. Çöl tədqiqat işləri 2016-cı ilin mart ayında aparılmışdır. 
Amfibilər 
Bu  sinfin  nümayəndələri  Azərbaycanda  cəmi  9  növdür.  Ədəbiyyatlarda  verilən  məlumatlara  əsasən 
Abşeron yarımadasında qurbağaların və quru qurbağalarının iki növü qeyd edilir. Müqavilə sahəsində şirin 
suyun olmaması səbəbindən hər iki növə çox nadir halda rast gəlinir.  
Yaşıl quru qurbağası Azərbaycanda bir-birindən fərqli olan şəraitlərdə yaşayır. Bu növü ilk dəfə olaraq alim 
Menetrik 1830-cu ildə Azərbaycanın şərqində Bakı ətrafında əldə etmişdir. Bu növə layihə ərazisində rast 
gəlinməmişdir. Yaşıl quru qurbağası alatoranlıq gecə heyvanıdır. 
Sürünənlər 
Abşeron  yarımadasında iyirmidən çox sürünənlər  qeydə alınıb. Tədqiqat səhəsində tısbağa, kərtənkələ 
növləri daxil olmaqla sürünənlərin bəzilərinə rast gəlinib. 
Bu sinfə mənsub olan növlərdən layihə ərazisi və ona həmsərhəd sahələrdə 4 növ yayılmışdır. Bunlardan 
1 növü kərtənkələlər dəstəsinə, 2 növü isə ilanlar dəstəsinə məxsusdur. 
Məməlilər 
Abşeron  yarımadasında  18  növ  vəhşi  məməlilərin  mövcudluğu  qeyd  edilib.  Müşahidələr  zamanı  layihə 
ərazisində məməlilərə rast gəlinməmişdir. 
Quşlar 
Abşeron yarımadasında quşların 168 növü və yarımnövü qeyd edilir. Quşların ümumi sayından 41 növü 
yuvalayan, 29 növü qışlayan, 84 növü təsvir edilən ərazidən miqrasiya edən, 10 digər növləri isə bu sahəyə 
ziyarət  edənlərdir.  Abşeron  yarımadasında  qeydə  alınan  quşların  8  növü  Azərbaycan  Respublikasının 
Qırmızı kitabına daxil edilib. 
Quşların öyrənilməsi məqsədilə layihə ərazisində tədqiqat işləri aparılmışdır. Tədqiqat “nöqtəvi hesablama” 
 
EKOLOGİYA İDARƏSİ 
54 

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
metodu  ilə  aparılmışdır.  Ərazidəki  quşların  növünü  onların  xarici  morfoloji  quruluşuna  görə,  gözlə 
görünməyən gizli yerlərdə olduqda isə səsinə görə müəyyən edilmişdir. Bəzi quşların növü uçarkən qanad 
çalma vəziyyətinə görə müəyyən edilmişdir. Layihə zonası ətrafında tədqiqat zamanı qeyd edilən növlərdən 
nisbətən qara sığırçın, dam sərçəsi, kənd qaranquşu, adi qarğa, çöl göyərçini və s. üstünlük təşkil edirdi. 
 
5.9  Səs-küy 
Bu  bölmənin  məqsədi  “H.Əliyev  adına  NEZ-nın  modernləşdirməsi”  layihəsi  çərçivəsində  yeni  Bitum 
qurğusunun tikilməsi planlaşdırılan ərazidə mövcud səs-küy səviyyəsinin müəyyənləşdirilməsi və səs-küy 
mühitinin ilkin vəziyyətini təsvir etməkdir. Bunun üçün 2016-cı ilin Mart və May ayında Bitum qurğusunun 
tikiləcəyi  ərazidə,  ətrafda  yerləşən  həssas  ərazilərdə  Ekologiya  İdarəsinin  Ekoloji  Tədqiqatlar 
Ekspedisiyasının (ETE) mütəxəssisləri tərəfindən monitorinqlər aparılmış və ərazidə səs-küy səviyyəsinin 
ilkin vəziyyəti tədqiq olunmuşdur. Bu monitorinqlər zamanı həmin ərazidə heç bir tikinti-quraşdırma işləri 
aparılmadığından  və  burada  mövcud  olmuş  istehsalat  qurğuları  daha  əvvəllər  sökülərək  ərazidən 
daşındığından,  səs-küy  səviyyəsinin  ölçülməsi  zamanı  digər  sənaye  sahələrinə  nisbətən  burada  aşağı 
qiymətlər  qeydə  alınmışdır.  Aparılmış  tədqiqatlar  müxtəlif  reseptorlar  üçün  Layihə  ilə  bağlı  potensial 
təsirlərin nəzərdən keçirilməsinə imkan yaradacaq. 
Download 16.26 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   5   6   7   8   9   10   11   12   13




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling