Faza-1 Bİtum qurğusunun tiKİNTİSİ VƏ İSTİsmari üZRƏ Əmtq
Cədvəl 5.13 Ərazidə müşahidə olunmuş səs-küy səviyyəsi
Download 16.26 Kb. Pdf ko'rish
|
Cədvəl 5.13 Ərazidə müşahidə olunmuş səs-küy səviyyəsi Stansiya № Koordinatlar Səs-küy,dB 1 40°24'01.2"N 49°54'33.0"E 70 2 40°24'04.7"N 49°54'28.7"E 68 3 40°24'05.97"N 49°54'43.19"E 62 4 40°24'05.2"N 49°54'33.7"E 64 5 40°24'04.3"N 49°54'37.6"E 58 6 40°24'04.4"N 49°54'46.1"E 60 Səs qulağa təsir edən hava təzyiqinin dəyişməsidir. Səs təzyiqi səviyyəsinin ölçü vahidi dayaq hava təzyiqi üzərində əsas hava təzyiqi əmsalının loqarifmi hesab olunan desibeldir (dB). İnsanlar eşitmə zamanı müxtəlif gərginliyə malik müxtəlif tezlikli oxşar səs təzyiqi səviyyələrini qavrayır. Səsin insan beyninə yeridilməsi üçün, praktiki olaraq tezliklə ölçülən səs-küyün təzyiq səviyyəsi şkalasından istifadə edilir ki, həmin səviyyə subyektiv olaraq qavranılan səs səviyyəsinə uyğun gəlməlidir. Bu isə dB (A) vahidi ilə ifadə olunan A-ölçü sxemindən istifadə edilməklə ümumi şəkildə həyata keçirilir. Cədvəl 5.14 Səs-küy mənbələri və onların səs təzyiqi səviyyələrinə dair nümunələr Səs-küy mənbəyi Təxmini səs təzyiqi səviyyə dB(A)–də (LA eq ) Qulaqlarda ağrı Hava cərəyanın təsir zərbəsi (30m) Eşitmə aparatının zədələnməsi (qısamüddətli partlayış) Rahatsızlıq, ilkin ağrı Pnevmatik kömürsındıran çəkic, sepli mişar Ağır tonnajlı dizel yük maşını (3 m məsafə) Eşitmə aparatının zədələnməsi (uzunmüddətli partlayış) Əsas avtomobil yolu (Gəzinti) İntensiv şəkildə fəaliyyət göstərən restoran Sərnişin daşıyan nəqliyyat vasitəsi (1 m məsafə) Normal danışıq Pıçıltılı danışıq Nəfəsalma Sakit otaq 140 140 120–135 120 100–110 80–90 85 70–80 70 65–75 45 35–45 25 20–30 EKOLOGİYA İDARƏSİ 55 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Loqarifmik desibel şkalasına görə, səs-küy mənbəyinin ikiqat artması səs-küyün təzyiq səviyyəsinin 3 dB(A) artması ilə izah olunur. Bununla yanaşı, səs-küy mənbəyinin ikiqat artması insanlar arasında səs-küyün ikiqat artması ilə bağlı təəssürat yaratmır. Bu isə insanlarda qavrama hissinin səs-küy səviyyəsi ilə müqayisə edildiyi fizioloji araşdırmalarla bağlı əldə olunan məlumatlarda öz əksini tapır. Səs təzyiqi səviyyəsinin artması aşağıdakı kimi qiymətləndirilmişdir: Cədvəl 5.15 Səs təzyiqi səviyyəsinin artması < 3 dB(A) 4 – 5 dB(A) 6 - 9 dB(A) 10 dB(A) Cüzi (qavranılmayan) Qavranılma həddi Kiçik cüzi artım Subyektiv olaraq səs-küyün ikiqat artması ilə ifadə olunan nəzərə çarpacaq dərəcədə artım Səs təzyiqi səviyyələrinin geniş şkala üzərinə daha tez-tez səpələnməsinə baxmayaraq, onlar ümumi şəkildə ölçülmə zamanı orta energetik həddə malik Səsin Ekvivalent Enerjisi (LAeq) kimi göstərilir. LAeq səs-küy standartlarına qarşı səs-küyün qiymətləndirilməsi üçün istifadə edilən spesifik parametrdir. Ətraf Mühitə Səs-küyün Təsiri ilə əlaqədar Milli və Beynəlxalq Standartlar layihənin 4–cü bölməsində verilmişdir. Azərbaycanda ətraf mühitə səs-küyün təsiri ilə əlaqədar müəyyən olunmuş heç bir standart mövcud deyil. Tənzimləyicinin əsas diqqəti iş yerində yaranmış 85 dB(A) desibel səs səviyyəsinə uyğun gələn səs-küyə yönəldilir. Səs səviyyəsi həmin göstəricidən çox olduğu təqdirdə, təsirin azaldılması istiqamətində tədbirlərin görülməsi nəzərə alınmalıdır. İstehsal müəssisələrində səs-küyün ətraf mühitə təsiri Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) ƏMTQ üzrə ümumi təlimatlarında dərc olunan ətraf mühitə səs-küyün təsirinə dair standartlara istinad şəklində istifadə edilir. Həmin standartlar yaşayış ərazisi və sənaye sahəsi kimi iki əsas ərazi üzrə istifadə olunan kateqoriyalar üzrə fərqləndirilir. BMK standartları Cədvəl 5.16-da öz əksini tapır. Cədvəl 5.16 Ətraf mühitə səs-küyün təsiri üzrə BMK standartları Torpaqdan istifadə forması (Reseptor) BMK təlimatlarında göstərilən qiymətlər (LAeq) 3 Gündüz və gecə vaxtı Gündüz vaxtı (07:00-22:00) Gecə vaxtı (22:00-07:00) Yaşayış Ərazisi 55 dB (A) 45 dB (A) Ticarət/Sənaye Ərazisi 70 dB (A) 3 Səs-küyün azaldılması üçün həyata keçirilən tədbirlər zamanı ya yuxarıda göstərilən səviyyələrə yaxud da, reseptorun yerləşdiyi ən yaxın hissədə səsin əsas 3dB (A) desibel səviyyəsində maksimal azaldılmasına nail olunmalıdır. (BMK-nin ƏMST üzrə Ümumi Təlimatları, 2007). EKOLOGİYA İDARƏSİ 56 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Şəkil 5.7 Yeni bitum qurğusu tikiləcək ərazidə səs-küy səviyyəsinin ölçüldüyü nöqtələrin Google Maps TM -də mövqeyi. EKOLOGİYA İDARƏSİ 57 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Şəkil 5.8 Səs-küy səviyyəsinin ölçüldüyü nöqtələr EKOLOGİYA İDARƏSİ 58 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 5.10 Sosial-iqtisadi vəziyyət Bu bölmədə layihə sahəsinin demoqrafik, sosial və iqtisadi xüsusiyyətlərinə dair milli konteksdə məlumatlar verilir. İlkin vəziyyətə dair məlumat layihənin sosial-iqtisadi təsirin qiymətləndirilməsi və gələcəkdə yumşaldıcı tədbirlərin effektivliyini müəyyən etmək üçün müqayisədə istifadə olunacaqdır. Bölmədə NEZ yerləşən rayonun əsas sosial-iqtisadi göstəricilərinin xülasəsi, yaşayış məntəqələrində sosial-iqtisadi vəziyyət, burada məskunlaşan əhali ilə aparılan məsləhətləşmələr, yerli icra və bələdiyyə orqanları ilə aparılan görüşlərin nəticələri və təhlil edilmiş statistik məlumatlar əsasındakı qiymətləndirmələr verilmişdir. Zavodunun Xəzər dənizi regionunda ən böyük zavodlardan biri olmasını və onun həm regionda, həm də milli çərçivədə əhəmiyyət kəsb etməsini nəzərə alaraq ölkə daxili və regional qiymətləndirmələrin də nəticələri bu bölmədə təhlil edilmişdir. 5.10.1 Azərbaycan iqtisadiyyatı haqqında ümumi məlumat Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir. Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar. Birincisi, 1991-1995-ci illəri əhatə edən iqtisadi xaos və ya tənəzzül dövrü. İkincisi, 1996-cı ildən başlayaraq davam edən makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf dövrü. Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdır. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası ilə bağlı sazişin imzalanmasına, beləliklə də ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Ümummilli Liderimiz Heydər Əliyevin 1999-cu ildə imzaladığı Fərmanla neft yataqlarının xarici şirkətlərlə birgə işlənməsindən əldə edilən mənfəət neftinin satışından daxil olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı. Hazırda beynəlxalq təşkilatlar tərəfindən Fondun fəaliyyəti və bu sahədə şəffaflığın təmin edilməsi yüksək qiymətləndirilir. Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv rolunu oynadı. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindən biri olmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşmış, özəl sektorun ölkənin sosial-iqtisadi inkişafında rolu daha da artmışdır. İqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunması istiqamətində həyata keçirilən tədbirlər davamlı iqtisadi inkişafa öz müsbət nəticəsini vermişdir. Belə ki, özəlləşdirməyə başlayan zaman özəl sektorun ÜDM-də payı faktiki olaraq 10%-dən az olmasına baxmayaraq hazırda onun xüsusi çəkisi 83%-ə çatmışdır. Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm EKOLOGİYA İDARƏSİ 59 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər iş görülmüşdür. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır. Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır. İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı 2004-2013 illər ərzində 3 beşillik proqramlar həyata kecmişdi. Hazırda 2014-2018-ci illər üçün regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmiş və uğurla icra olunur. Son 10 il ərzində (2003-2013) Azərbaycanda ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru isə 2,7 dəfə artmışdır. Ölkənin strateji valyuta ehtiyatları 30 dəfə artaraq 50 milyard dollara yaxınlaşmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin rifah halı əhəmiyyətli dərəcədə yaxşılaşmış, gəlirləri 6,1 dəfə artmış, 1,2 milyon iş yeri açılmışdır. Bu dövrdə yoxsulluğun səviyyəsi 6 faizə, işsizliyin səviyyəsi isə 5,2 faizə qədər azalmışdır. Bu illər ərzində Azərbaycan iqtisadiyyatına 132 milyard dollar investisiya qoyulmuş, xarici ticarət dövriyyəsi 6,4 dəfə, qeyri-neft ixracı 4,5 dəfə artmışdır. Hazırda ümumi daxili məhsulda özəl bölmənin payı 83, məşğulluqda isə 73,9 faizdir. Bu müddətdə 19,4 min sahibkarlıq subyektinə 1,2 milyard manat məbləğində güzəştli dövlət kreditləri verilmişdir. Bu kreditlər 113 min yeni iş yerinin açılmasına imkan yaratmışdır. 2003- 2013-cü illərdə dövlət büdcəsinin gəlirləri 14,2 dəfə, vergi daxilolmaları 7,3 dəfə, dövlət büdcəsinin xərcləri 13,9 dəfə, əhalinin əmanətləri 24 dəfə, bank aktivləri isə 18 dəfə artmışdır. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu “Doing Business-2009” hesabatında Azərbaycan dünyada ən islahatçı ölkə elan edilmişdir. Növbəti “Doing Business” hesabatlarında da Azərbaycan öz müsbət mövqeyini qoruyub saxlamışdır. Eləcə də, “Standard and Poor’s” Beynəlxalq Reytinq Agentliyi tərəfindən ölkə iqtisadiyyatının hazırkı vəziyyəti “Stabil”dən “Pozitiv”ə yüksəldilmişdir. Bu yaxınlarda Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünyada 38-ci yerdədir. 2014-cü ilin yanvar-sentyabr aylarında ÜDM-in real artım tempi 2.5% təşkil etmiş və cari qiymətlərlə 44.1 milyard manat olmuşdur. Adambaşına düşən ÜDM-in həcmi 4696.3 manat (5887.9 ABŞ dolları) təşkil etmişdir. 5.10.2 Nizami rayonunun sosial-iqtisadi vəziyyəti “H.Əliyev adına NEZ” Bakı ş. Nizami rayonunda yerləşir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan rayonumuz 1980-cı ilin noyabr ayında yaradılmışdır. Rayonun ərazisi 19,6 km 2 -dir. Bakının qədim yaşayış məntəqələrindən sayılan Keşlə qəsəbəsi rayonun inzibati ərazi bölgüsünə daxildir. Qəsəbənin ərazisi 10,4 km 2 -dir. Qəsəbədə Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi inzibati ərazi EKOLOGİYA İDARƏSİ 60 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi dairəsi üzrə nümayəndəliyi fəaliyyət göstərir. Bakı şəhəri Nizami rayon inzibati ərazi vahidi tərkibindəki Nizami rayonu ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində Nizami Rayon İcra Hakimiyyəti başçısının 1, 2 və 3 nömrəli sahə inzibati ərazi dairələri yaradılmış və bu sahə inzibati ərazi dairələrində Rayon İcra Hakimiyyəti başçısının nümayəndəlikləri fəaliyyət göstərir. 1 nömrəli sahə inzibati ərazi dairəsinin sahəsi 2,36 km 2 , 2 nömrəli sahə inzibati ərazi dairəsinin sahəsi 2,44 km 2 , 3 nömrəli sahə inzibati ərazi dairəsinin sahəsi 4,4 km 2 -dir. Şəkil 5.9 Abşeron yarımadası Rayonda yerli özünüidarəetməni Nizami və Keşlə bələdiyyələri həyata keçirir. Nizami rayonu Nərimanov, Sabunçu, Suraxanı və Xətai rayonlarının inzibati əraziləri ilə əhatə olunur. Heydər Əliyev, Qara Qarayev və Babək prospektləri, son illərdə yeni inşa olunmuş müasir yolötürücü kompleksləri ilə yanaşı, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər” və “Xalqlar Dostluğu” metro stansiyaları Bakı şəhərinin yol-nəqliyyat infrastrukturunda xüsusi əhəmiyyətə malikdir. Sənayenin müxtəlif sahələrini özündə birləşdirən Nizami rayonunda Heydər Əliyev adına Bakı Neft Emalı zavodu, Elektron Hesablama Maşınları zavodu, Peyk zavodu, “NJT-2000” firması, “Bakı Şərab-1” ASC, “Azərtunelmetrotikinti” SC-nin Dəmir-beton Konstruksiyaları zavodu, “Körpü Tunel” ASC, “Bakı Diyircəkli Yastıq” ASC, “European-Tobacco Baku” ASC, “Bakı Yağ-Qida Sənaye” ASC, “Veysəloğlu” MMC, “Kaspi- Yıldız” MMC kimi müəssisələr, 18 bank filialı, Nizami Telefon Qovşağı, 7 rabitə şöbəsi, iri ticarət və iaşə mərkəzləri fəaliyyət göstərir. Rayonda 22 orta ümumtəhsil məktəbi, “Zəngi” liseyi, Kimya-biologiya təmayüllü respublika liseyi, Uşaq- Gənclər və Texniki yaradıcılıq mərkəzləri, 20 uşaq bağçası, 1 uşaq evi, Kar uşaqlar üçün 2 respublika internat məktəbi, 2 peşə liseyi, 1 peşə məktəbi, 2 kollec və özəl ali təhsil ocağı olan “Xəzər” Universiteti yerləşir. Rayon ərazisində 9 xəstəxana, 13 ambulator poliklinika fəaliyyət göstərir. 6 stadion, 8 idman-sağlamlıq kompleksi, 13 №-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəbi əhalinin, xüsusilə də gənclərin sağlam həyat tərzinin təminatına xidmət edir. Paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə vaxtilə mövcud olmuş sənaye müəssisələrinin köçürülməsi nəticəsində boşaldılmış ərazilərdə yeni yaşayış massivləri, mərkəzi icra hakimiyyəti EKOLOGİYA İDARƏSİ 61 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi orqanlarının müasir inzibati binaları, olimpiya idman kompleksləri inşa olunur, abadlıq-quruculuq işləri aparılır. Bakı şəhərinin perspektiv inkişafı ilə bağlı həyata keçirilən irimiqyaslı və məqsədyönlü tədbirlər Nizami rayonunun da simasını dəyişir, onun abad və müasir rayon kimi daha da gözəlləşməsinə böyük imkanlar yaradır. 5.10.3 Sosial-iqtisadi göstəricilər 2016-cı il 01 aprel tarixində ilkin hesablamalara əsasən rayon əhalisinin sayı 195420 nəfər, rayonda doğulanların sayı 363 nəfər, ölənlərin sayı isə 93 nəfər olmuşdur. Təbii artım 270 nəfər təşkil etmişdir. 2016-cı ilin yanvar-mart aylarında rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 117,5 milyon manat dəyərində sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənayedə istehsalın 21,0 faizi qeyri- dövlət sektoruna aiddir. Müəssisələr tərəfindən 2016-cı ilin I rübündə istehsal olunmuş məhsulun 100%-i istehlakçılara göndərilmişdir. Cari ilin yanvar-mart aylarında müəssisələrin öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 80,3 milyon manat olmuş, bu da ötən ilin müvafiq dövrünə nisbətən 31,5 faiz çoxdur. 2016-cı ilin I rübündə pərakəndə ticarət dövriyyəsinin həcmi 16,1 faiz artaraq 604,1 milyon manat olmuşdur. Ümumi ticarət dövriyyəsinin 17,0 faizi ticarət fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin, 39,6 faizi fiziki şəxslərin, 43,4 faizi yarmarka və kənd təsərrüfatı məhsulları bazarlarının payına düşür. Hesabat dövründə əhaliyə 78,6 milyon manatlıq pullu xidmətlər göstərilmişdir. 2016-cı ilin I rübündə rabitə sahəsində 82,7 milyon manat dəyərində, yəni əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz çox, nəqliyyat sahəsində isə 30,9 milyon manat dəyərində, yəni əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,3 faiz çox xidmət göstərilmişdir. Cari ilin yanvar-mart aylarında Nizami rayonunda 872 yeni iş yeri açılmışdır ki, ondan da 467-si müvəqqəti iş yerləridir. Ümumilikdə 2003-cü ildən bu günə kimi 29631 yeni iş yeri açılmışdır ki, onun da 29067-si daimi iş yerləridir. 2016-cı ilin yanvar-fevral aylarında orta aylıq əmək haqqı 12,7 faiz artaraq 565,1 manat təşkil etmişdir. EKOLOGİYA İDARƏSİ 62 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi FƏSİL 6 6 ALTERNATİVLƏRİN TƏHLİLİ 6.1 Layihənin olduğu hal Nəzərdə tutulan “H.Əliyev adına NEZ-in modernləşdirilməsi, FAZA-1 Bitum qurğunun tikintisi və istismarı” layihəsinin yerləşdirilməsi planlaşdırılan yerüstü obyektlərin layihələndirilməsi, tikintisi, istismara verilməsi, istismarı, texniki xidməti və istismardan çıxarılması üçün yerinə yetirilməsi nəzərdə tutulan fəaliyyətlər təsvir olunur. Məqsəd: Heydər Əliyev adına Neft Emalı Zavodu: • Növbəti 15-20 il üçün ölkənin yanacaq tələbatının ödənilməsi, ixrac potensialının artırılması; • Yeni Bitum istehsalatının təşkili; • Avro-5 standartlarına cavab verən Dizel və Benzin yanacağının istehsalı; • Ətraf mühit məsələlərinin həll olunması; “Azərneftyağ” neft emalı zavodu: • Tədrici olaraq istismardan çıxarılması və torpağın təmizlənməsi; H.Əliyev adına NEZ-də yenidənqurma işlərinin nəticəsi olaraq: Zavodun İlkin emal gücü 6 mln. Tondan 7.5 mln. tona qədər artırılacaq; Katalitik Krekinq qurğusunun gücü ildə 2 mln. Tondan 2.5 tona qədər artırılacaq; Yeni Bitum qurğusu inşa olunacaq; Avro 5 standartlara cavab verən Dizel və Benzin istehsal olunacaq; Ümumi Zavod Təsərrüfatı yenidən qurulacaq; Zavodun istismar xərcləri optimallaşdırılacaq; “Azərikimya” İB qaz xammalı (LPG) ilə təmin olunacaq; “Azərneftyağ” NEZ-in infrastrukturu istismardan çıxarılacaq və ərazi boşaldılacaq; Bu variant birincisi həm iqtisadi, həm texniki, həm də ekoloji baxımdan daha əlverişli variantdır. Onun inşası zamanı ətraf mühitə təsirlər zəif olacaqdır. Təhlükəsizlk baxımından da bu variant əlverişlidir. Download 16.26 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling