Faza-1 Bİtum qurğusunun tiKİNTİSİ VƏ İSTİsmari üZRƏ Əmtq
Download 16.26 Kb. Pdf ko'rish
|
Təsirlərin Azaldılması Təsirin aradan qaldırılması və azaldılması tədbirləri təbii mühit və bioloji növlərə təsir edə bilən fəaliyyətlərə tətbiq olunacaqdır. Bu hissə birbaşa ekologiya ilə bağlı olan təsirlərin azaldılması ilə bağlı öhdəlikləri təsvir edir. Bir çox digər öhdəliklər ekologiyaya təsiri minimallaşdırmağa kömək edir. 7.7 Səth və qrunt sularına potensial təsirlər Bu hissədə nəzərdə tutulan Layihənin tikintisi və istismarı, o cümlədən qəbul olunacaq müvafiq təsir azaltma tədbirlərinin səth sularına potensial təsirləri nəzərdən keçirilir. Su mühitinə təsirin əsas formaları layihələndirilən obyektin tikintisi zamanı əmələ gələn istehsalat və məişət çirkab suları təşkil edir. Səbəblər: tikinti-quraşdırma işlərinin keyfiyyətsiz yerinə yetirilməsi, avadanlığın düzgün istismar edilməməsi, tullantıların utilizə edilmə qaydalarına riayət edilməməsi, korroziya, təbii təsirlər və s.-dir. Layihənin tikintisi qrunt sularının çirklənməsi potensialı daşıyan aşağıdakı materialların bir hissəsi və ya hamısının istifadəsi/hasil olunmasını əhatə edəcək: • Yanacaq və sürtgü yağları; • Boya və həlledicilər; • Təhlükəli tullantıların saxlanması sahələrindən sızmalar; • Emal olunmamış çirkab suları. 7.8 Maye tullantılar İstehsalat qurğusunda maye tullantı axınlarının iki mənbəyi var: Prosesdən: separatordan ayrılmış qara solyar (periodik olaraq) Prosesdən: Buxar generatorundan atılan su (daimi və periodik olaraq) Qoruyucu klapanlardan (nadir hallarda) Yuma və boşaltmadan (istehsalata başlama, dayanma və texniki xidmət zamanı) 7.8.1 Qara solyar Cədvəl 7.3-də Bituroks qurğusunda meydana gələn qara solyar axınının qiymətləndirilməsi verilib. Qara EKOLOGİYA İDARƏSİ 70 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi solyar Bituroks reaktorundan daxil olan çıxış qazından yığılaraq toplanmış karbohidrogenlərdən təşkil olunub. O aşağı keyfiyyətli yağ sisteminə və ya geri zavod istehsalat qurğularına, məsələn, atmosfer distillə kolonu yaxud vakuum distillə kolonuna verilə bilər. Cədvəl 7.2 Qara solyar həcminin hesablanması Axının mənbəyi 23-V-103 Temperatur ºC 160-dan çox olmamaqla Axının tipi Reaktordan çıxan qazlardan kondensləşmiş maye karbohidrogenlər İşçi hadisə Norm 1) Diapazon Orta molekulyar çəki Kq/kmol 316,6 300-350 Sıxlıq Kq/m 3 791,1 780-850 Kinematik özlülük, 160ºC-də sst 1,4 1-5 Kinematik özlülük, 97,8ºC-də sst 3,9 Su miqdarı % çəki üzrə 0 2-dən çox olmamaqla H 2 S miqdarı Mol payı 0,00000185 H 2 S miqdarı Kq/saat 0,0002 Alışma temperaturu ºC 27,8 Soyuma temperaturu ºC 25 Qara solyarın miqdarı (daimi) 2) Kq/saat 255 300-dən çox olmamaqla 7.8.2 Tullantı suyu Cədvəl 7.4 buxar generatorundan atılan suyun (şlaklar və duzların təmizlənməsi üçün) hesablanmış həcmini əks etdirir. Atılan su neftlə çirklənmiş çirkab su sisteminə verilməmişdən əvvəl, 60ºC-yə qədər soyudulması üçün tullantı su soyuducusunda texniki su ilə qarışır. Tullantı suyunun həcmi qazanxanada istifadə olunan içməli suyun 3%-i həcmində hesablanır (detallı layihənin işlənməsi zamanı orta təzyiqli buxar generatorunun istehsalçısı tərəfindən təsdiqlənməlidir). Cədvəl 7.3 Tullantı suyunun hesablanan həcmi Axının mənbəyi 23-V-106 Meydana gəlmə tezliyi Daimi və periodik Axının növü Tullantı suyu və texniki suyun qarışığı Temperatur ºC 60-dan çox olmamaqla İş rejimi NORM. MAKS. Çəki sərfi (daimi) Kq/saat 300 340 7.8.3 Qoruyucu klapanlardan çıxan maye çirkləndiricilər Cədvəl 7.4 Bitum qurğusunda quraşdırılmış qoruyucu klapanlardan atılan maye çirkləndiricilərin həcmi Qoruyucu təzyiq klapanının № Cihazlar Axının növü Kütlə sərfi (kq/saat) Layihə halı Meydana gəlmə tezliyi 23-PSV-1001 Boru məkanı Vakuum qalığı 870 Termiki genişlənmə Nadir 23-PSV-1003A Borular arası məkan Vakuum qalığı 1352 Yanğın Nadir 23-PSV-1003B Borular arası məkan Vakuum qalığı 1352 Yanğın Nadir 23-PSV-1004A Boru məkanı Bitum 842 Termiki genişlənmə Nadir 23-PSV-1004B Boru məkanı Bitum 842 Termiki genişlənmə Nadir 1) HYSYS modelləşdirmə proqramının köməyi ilə hesablanmış 2) Faktiki periodik (qara solyar nasosunun işi ilə əlaqədar olaraq) EKOLOGİYA İDARƏSİ 71 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 23-PSV-1012 Borular arası məkan Qaynar yağ 2250 Termiki genişlənmə Nadir 7.8.4 Qurğunun yuyulması və boşaldılması zamanı maye çirkləndiricilər Bu tip çirkləndiricilər qurğunun işə salınması, dayanması və texniki xidmət zamanı və s. zamanı əmələ gəlir. Dəqiq həcmlər detallı layihələndirmə zamanı müəyyənləşdirilə bilər. 7.9 Havanın keyfiyyəti və istixana qazı emissiyaları Bu bölmə nəzərdə tutulan Layihənin tikintisi və istismarı zamanı atmosfer çirkləndiriciləri və istixana qazlarının emissiyasını və təsirlərin azaldılması ilə bağlı qəbul ediləcək əlaqəli tədbirləri əhatə edir. Təsir mənbələri, qaynaq, kəsmə və rəngləmə işləri zamanı atmosferə atılan zərərli maddələr və istismar zamanı inqrediyentlərin atmosferə atılmalarıdır. Layihələndirilən obyektlərin və tikililərin layihəsində atmosfer havasının mühafizəsi üzrə mövcud sanitar normaların tələblərinə uyğun olaraq işlənilməsinə baxmayaraq, atmosferə zərərli maddələrin tullantılarının olmasını tamamilə istisna etmir. Atmosferə atılan zərərli tullantıların miqdarı, tullantı mənbələrinin parametrləri və başqa məlumatlar bu bölmədə verilib. Əsas həssaslıqlar İnsan səhhəti atmosfer havasının keyfiyyət standartlarını ötüb keçən atmosfer çirkləndiricilərinin səviyyələrinə məruz qalmağa həssasdır. Evlərin sakinləri, məktəbə gedənlər və ya xəstəxanalarda olanlar və tikinti fəaliyyətinin toz qaldırdığı yerlərə yaxın bitki örtüyü və məhsullar xüsusən toz emissiyalarına qarşı həssasdır və onlara mənfi təsir ola bilər. Məsələn: > 10 μm-də narın toz həssas reseptorlarının qarşısında və içəri çökməklə narahatlığa səbəb ola bilər. Yanar qazların buraxılması Tikinti avtomobilləri və avadanlığının qaz emissiyaları əsasən tikinti və tikinti avadanlığının istismarı zamanı əlavə nəqliyyat və yol hərəkəti zamanı baş verən yanar qazlardan ibarətdir. Standart tikinti avtomobilləri və avadanlığından istifadə olunacaq, bura səciyyəvi olaraq, kompressorlar, torpaq işləri görən avadanlıq, maşın, traktor və elektrik enerjisi ilə təmin etmək üçün kiçik generator daxildir. Bunlar atmosfer çirkləndiricilərinin (NO x və SO 2 ) konsentrasiyalarını məhdud dərəcədə lokal şəkildə artıra bilər, lakin onlar məhdud vaxt ərzində istifadə olunan geniş ərazini əhatə edən hərəkətli mənbələrdən olduğundan, artım hələ modelləşdirilməyib. Qaynaq işləri zamanı da havaya müəyyən dərəcədə metal və azot oksidləri buraxıla bilər, lakin yüksək dərəcədə lokallaşdırıldığından, bunların təsiri çox az olacaqdır və onların sürətlə dağılması gözlənilir. Layihə ərazisində ümumilikdə verilən yaxşı atmosfer havası keyfiyyəti standartlarını müvafiq hava keyfiyyəti standartları ilə müqayisə etsək, tikinti və əməliyyatlar zamanı nəzərdə tutulan Layihədən yaranan yanar qaz emissiyalarının Layihəni Əhatə edən Atmosfer Havası Keyfiyyəti Standartlarını ötüb keçməsi olduqca inanılmaz hesab olunur. İstifadə olunacaq avtomobil və mexanizmlər adətən dizellə işləyir, ona görə də, benzin kimi alternativ yanacaqla müqayisədə onların daha az idarə olunmayan itkilər törətməsi gözlənilir. Buna görə də, dizel yanacağından istifadə karbohidrogenlərin buxarlanma itkilərini minimallaşdıracaq. Benzinlə işləyən avtomobil və ya qurğudan nadir hallarda istifadə olunarsa, yanacağın doldurulması zamanı əlavə idarə olunmayan emissiya itkiləri minimal dərəcədə olacaq. İstixana qazları emissiyaları Təqdim olunan Layihənin tikinti və istismar mərhələləri zamanı karbon dioksid, metan və uçucu üzvi birləşmələr kimi istixana qazları (İXQ) yaranacaq. Karbon dioksid tikinti və istismar zamanı Layihə tərəfindən istifadə olunan bütün qurğu və yanacaq avadanlığından ayrılacaqdır. Yanacaqla doldurmadan yaranan idarə olunmayan emissiyalar həm də yerli ərazidə uçucu üzvi birləşmələrin yaranması ilə nəticələnəcək. Həm tikinti, həm də istismar mərhələsi zamanı ayrılan istixana qazlarının miqdarı olduqca az hesab olunur. Toz/aerozol hissəciklərinin yaranması EKOLOGİYA İDARƏSİ 72 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Tikinti fəaliyyətləri nəticəsində idarə olunması mümkün olmayan toz emissiyaları müxtəlif olur. Bunlar fəaliyyətin növü və həcmindən, torpağın növündən və rütubətliliyindən, yol örtüyünün vəziyyəti və hava şəraitlərindən asılı olur. Küləyin sürəti orta deyil, yüksək olduqda quru hava zamanı daha çox toz qalxa bilər. Mümkün təsirlər yerli sakinlərin narahatçılığı, tozun bitkilərə, canlı orqanizm və səthlərə çökməsidir. Digər mümkün təsirlərə insan səhhətinə təsirlər daxildir. Əgər havada uzunmüddətli toz olarsa, bu, tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən insanların səhhətinə təsir edə bilər. Tozun çökməsi subyektiv problemə çevrilə bilər və yaxınlıqdakı yerlərin həssaslığı daxil olmaqla, bir sıra müxtəlif amillərdən, hər hansı çöküntünün təkrar baş verməsi və hissəciyin özünün xüsusiyyətindən asılıdır. Bu subyektivliyinə görə, tozun çökməsi ilə bağlı qanunla müəyyən edilmiş limitlər yoxdur və əsas diqqət narahatçılığın qarşısının alınmasına və lazım gələn yerlərdə havada olan toz emissiyalarını minimallaşdırmağa yönəldilib. Emissiyaların azaldılması Tullantıların nəzarət altında və nəzarətsiz yandırılmasına icazə verilməyəcək. Toz problemlərinin qarşısını almaq üçün görüləcək tədbirlərə aşağıdakılar daxildir: • Nəqliyyat vasitələrinin hərəkəti giriş yolları və işarələnmiş iş sahələri ilə məhdudlaşacaq (fövqəladə hallar istisna olmaqla) • Təmizlənmiş tullantı sularından tozun yaranmasının azaldılması və tozun yatırılması məqsədilə yol səthlərinin sulanmasında (nəmləndirilməsi) istifadə olunacaq. 7.10 Qaz halında olan tullantılar İstehsalat obyektində qaz halında olan tullantıların aşağıdakı mənbələri var: • İnseneratorun tüstü qazları (daimi); • Qaynar yağ qızdırıcısının tüstü qazları (daimi); • Qoruyucu təzyiq klapanları (nadir hallarda). 7.10.1 İnseneratorun tüstü qazları Cədvəl 7.5 İnseneratorda yandırılan üç növ tüstü qazları Xarakteristikası Sərf (kq/saat) Növ Bituroks ® prosesindən çıxan qaz 6000 daimi Xammal və məhsul çənlər parkından gələn ventilyasiya qazları 100 periodik Məsulun boşaldılması stansiyasından gələn ventilyasiya qazları 3000 periodik Çıxış qazları 800-850ºC-də yandırılma üçün inseneratora verilir. İstiliyin rekuperasiyasından sonra (orta təzyiqli buxar istehsalı) tüstü qazı 280ºC-də tüstü borusu vasitəsilə atmosferə atılır. 7.10.2 Bituroks ® prosesindən çıxan qazlar. Bituroks ® qurğusunda tullantı axınlarının əsas mənbəyini Bituroks ® prosesindən çıxan qazlar təşkil edir. Reaktordan 180-210ºC-də çıxan qazlar əsasən azot (50-60% həcmdə) və sudan (35-50% həcmdə) təşkil olunub. Bituroks ® prosesinin gedişatı zamanı əmələ gələn çirkləndiricilər üzvi və qeyri üzvi xarakterə malik olur: • Kükürd qazları: SO2/SO3 (˂ 10 vppm); H2S (˂ 200 vppm) • Karbon oksidləri: CO (0,03-0,08% həcmdə) və CO2 (0,5-1,2% həcmdə) • Üzvi çirkləndiricilər oksidləşmə prosesi zamanı maye məhsuldan ayrılan karbohidrogenlərdən təşkil olunub: C5 - C16 (˂1% həcmdə). Reaktordan çıxan qazları emal etmək üçün separator və inseneratordan çıxış qazı xətti nəzərdə tutulub. EKOLOGİYA İDARƏSİ 73 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi İlkin olaraq çıxış qazları qaz çıxışı xəttinə su injeksiya olunması ilə təxmini olaraq 160ºC-yə qədər soyudulur. Çıxan qazın soyudulması injeksiya olunan suyun tam olaraq buxarlanması ilə müşayiət olunur. Soyuma nəticəsində orta molekulyar çəkisi 300-350 kq/kmol olan ağır karbohidrogenlərin çıxan qazdan kondensləşməsi baş verir. İki fazadan təşkil olunmuş çıxış qaz axını maye və qaz halında olan fazaların ayrılması üçün separatora verilir. Qaz yuxarı hissədəki tutumdan çıxır və qalıq karbohidrogenlərin (R-SH, CO и H 2 S) yandırılması üçün inseneratora verilir. 7.10.3 Xammal və məhsul çənlər parkından ventilyasiya qazları Xammal və məhsulun saxlanması çənlərinin ventilyasiya xətləri azot örtük sistemi ilə təchiz edilmiş ventilyasiya qazı sistemi ilə birləşdirilib. Bununla da ventilyasi qazlarının çənlərdən atmosferə sızmasının qarşısı alınır və qurğunun bu hissəsində çirklənmə minimumuma endirilir. Ventilyasiya qazları o halda inseneratora verilir ki, azot örtük sisteminin müəyyən edilmiş təzyiqi (25 mbar) aşılır. Bu səbəbdən də bu mənbə periodik atılma mənbəyi sayılır. 7.10.4 Məhsul doldurma stansiyasının ventilyasiya qazları İnseneratorda yandırılan qazların üçüncü mənbəyi məhsul doldurma stansiyasının ventilyasiya qazlarıdır. Buxarların atmosferə atılmasının qarşısını almaq məqsədi ilə ventilyasiya qazları doldurma stansiyasından, avtosisternlərə sorucu doldurma ventilyatorlarının köməyi ilə inseneratora ötürülür. Bu mənbə də periodik mənbəyə aid edilir, çünki ventilyasiya qazları yalnız doldurma zamanı inseneratora verilir. 7.10.5 Tüstü borusundan çıxan qaz tullantılarının həcminin ölçülməsi (23-ST-101) Cədvəl 7.7-də verilmiş tüstü borusundan çıxan qaz tullantılarının həcminin qiymətləndirməsi aşağıdakılara əsaslanır: • PEN40/60 markalı əsas məhsulun istehsalının material-istilik balansı • Çıxan qazlarda SO 2 və H 2 S miqdarının Bituroks ® layihələri üçün laboratoriyada keçirilmiş pilot sınaqlarında ölçülmüş miqdarı. • NO x , CO və ölçülən bərk hissəciklərin ümumi miqdarının qiymətləndirilməsi inseneratorun tələbləri və istifadə olunan yanacaq qazının əsasında aparılır. Cədvəl 7.6 Tüstü borusundan çıxan qaz tullantılarının həcminin ölçülməsi Xarakteristika Ölçü vahidi Qiymət Tullantıların yaranma yeri Tüstü borusu Texnoloji sxem balansında mövqeyi 31 Növ --- Tüstü qazı/daimi Temperatur 280 ºC Normal Maks. Tüstü qazı axını Kq/saat 19905,3 21963,4 Tüstü qazı axını Nm 3 /saat 16912,7 18803,9 Tüstü qazı axını QURU Nm 3 /saat 12580,7 13987,5 Tüstü qazı axını m 3 /saat 34248,6 35425 Molekulyar çəki Kq/kmol 26,4 26,2 Tüstü qazının tərkibi N 2 % həcmdə 63,59 63,63 O 2 % həcmdə 6,69 (8,99 quru) 5,11 (7,00) H 2 O % həcmdə 25,61 27,08 CO 2 % həcmdə 4,11 4,18 SO 2 vppm 53 74 CƏMİ % həcmdə 100 100 3% O 2 və quru şəraitə nisbətdə ölçülmüş çirklənmə SO 2 mq/Nm 3 303,8 373,1 NO x (NO 2 kimi) mq/Nm 3 450 1) EKOLOGİYA İDARƏSİ 74 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi CO mq/Nm 3 100 1) C-üzvi. (C 3 H 8 kimi) mq/Nm 3 10 TSP mq/Nm 3 50 1) H 2 S mq/Nm 3 10 1) V mq/Nm 3 5 1) Ni mq/Nm 3 1 4 7.11 Qaynar yağ qızdırıcısının tüstü qazları Tüstü borusundan atılan tullantı qazlarının həcmi qaynar yağ qızdırıcısının 2000 kVt (təmiz istiliktörətmə) hesablanmış gücünə və qızdırıcının termiki f.i.ə.-nın 80%-ə əsaslanır, çünki yanmanın hesablanması odluğun 2500 kVt gücündən alınır. Yandırılma oksigen bolluğu üçün lambda=1,2 istifadəsinə hesablanıb. 7.11.1 Tüstü borusundan çıxan qaz tullantılarının həcminin ölçülməsi (23-ST-102) Cədvəl 7.8-də qaynar yağ qızdırıcısından atılan qaz formalı tullantıların həcminin qiymətləri göstərilib, hansı ki, istehsalçı tərəfindən təqdim edilmiş verilənlər əsasında detallı layihələndirmə zamanı yoxlanılmalıdır. Cədvəl 7.7 Tüstü borusundan (23-ST-102) çıxan qaz tullantılarının həcminin ölçülməsi Xarakteristika Ölçü vahidi Qiymət Tullantıların yaranma yeri Tüstü borusu Növ --- Tüstü qazı/daimi Temperatur 300-dən çox olmamaqla Tüstü qazı axını Kq/saat 3855,5 Tüstü qazı axını Nm 3 /saat 3098,5 Tüstü qazı axını QURU Nm 3 /saat 2608,6 Tüstü qazı axını m 3 /saat 6590,5 Molekulyar çəki Kq/kmol 27,9 Tüstü qazının tərkibi (qiymətləndirmə) N 2 % həcmdə 72,7 O 2 % həcmdə 3,2 (3,8 quru) H 2 O % həcmdə 15,8 CO 2 % həcmdə 8,3 SO 2 vppm 1 1) CƏM % həcmdə 100 3% O 2 və quru şəraitə nisbətdə ölçülmüş çirklənmə SO 2 ölçülmüş mq/Nm 3 3,6 1) NO x (NO 2 kimi) çox olmayaraq mq/Nm 3 450 2) CO çox olmayaraq mq/Nm 3 100 2) C-org. (C 3 H 8 kimi) çox olmayaraq mq/Nm 3 10 Bərk hissəciklər çox olmayaraq mq/Nm 3 50 2) H 2 S çox olmayaraq mq/Nm 3 10 2) V çox olmayaraq mq/Nm 3 5 2) Ni çox olmayaraq mq/Nm 3 1 2) 7.12 Qoruyucu klapanlardan çıxan qaz tullantılar Cədvəl 7.8 Bitum qurğusunda quraşdırılmış qoruyucu təzyiq klapanlarından atılan qaz formalı tullantıların ümumi həcmi 4 Müqavilədə nəzərə alınmış tüstü qazlarının inseneratordan tüstü borusu vasitəsilə atılması hədləri 1) H 2 S 100 pay/milyon (vppm) çox olmamaqla tüstü qazında nəzərə alınıb 2) Müqavilədə nəzərə alınmış tüstü qazlarının inseneratordan tüstü borusu vasitəsilə atılması hədləri EKOLOGİYA İDARƏSİ 75 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Qoruyucu təzyiq klapanının № Çəki sərfi (kq/saat) Çıxan axının növü Layihə hadisəsi Baş vermə tezliyi 23-PSV-1005 8420 Reaktordan çıxan qaz Bloklanmış çıxışda Nadir 23-PSV-1007A/B 8430 Separatordan çıxan qaz Bloklanmış çıxışda Nadir 23-PSV-1010A/B 1257 Tüstü qazı Yanğın zamanı Nadir 7.13 Qəza atılmaları xəttindən atılan qaz halında olan tullantılar Qəza atqı xəttindən qaz halında olan atılmalar inseneratorun açılması halında saxlama çənlərindən və məhsul doldurma stansiyasından gözlənilir. İnsenerator qurğusunun içərisində yanacaq qazı qoruyucu klapan və atqı xəttindən çıxa bilər (hermetik şəraitdə sınanma üçün layihələndirilib). Cədvəl 7.9 Atqı xəttində atılmalar qiymətləndirilməsi Çəki sərfi (kq/saat) Atılmanın növü Layihə hadisəsi Download 16.26 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling