Faza-1 Bİtum qurğusunun tiKİNTİSİ VƏ İSTİsmari üZRƏ Əmtq


H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi


Download 16.26 Kb.
Pdf ko'rish
bet2/13
Sana14.02.2017
Hajmi16.26 Kb.
#383
1   2   3   4   5   6   7   8   9   ...   13

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
CƏDVƏLLƏRİN SİYAHISI 
Cədvəl 2.1
 
Təsirlərin Əhəmiyyətinin Müəyyənləşdirilməsi ..................................................................... 20
 
Cədvəl 3.1
 
Məhsulun xüsusiyyətləri ....................................................................................................... 23
 
Cədvəl 3.2
 
Texnoloji parametrlər............................................................................................................ 24
 
Cədvəl 4.1
 
Ətraf Mühit sahəsində Azərbaycan Respublikası Qanunları ............................................... 32
 
Cədvəl 4.2
 
Azərbaycan Respublikası Milli Məclisinin ratifikasiya etdiyi Ekoloji Konvensiyalar ............. 36
 
Cədvəl 5.1
 
Ərazidə qazılmış müxtəlif tədqiqat quyuları ......................................................................... 41
 
Cədvəl 5.2
 
Zəlzələlərin maqnitudalarının və enerji siniflərinin müqayisəsi ............................................ 43
 
Cədvəl 5.3
 
Dib çöküntüsü nümunəsi ...................................................................................................... 44
 
Cədvəl 5.4
 
Humus .................................................................................................................................. 44
 
Cədvəl 5.5
 
Neft məhsulları və yağlar ..................................................................................................... 45
 
Cədvəl 5.6
 
Qrunt sularının səviyyəsi ...................................................................................................... 48
 
Cədvəl 5.7
 
Qrunt sularının analiz nəticələri ............................................................................................ 49
 
Cədvəl 5.8
 
İlin ayrı-ayrı fəsillərində Abşeron yarımadasında atmosfer prosesləri növlərinin təkrarlanması 
(%-lə) .................................................................................................................................... 49
 
Cədvəl 5.9
 
Bakı meteoroloji stansiyası üzrə iqlim amillərinin göstəriciləri ............................................. 51
 
Cədvəl 5.10
 
İl ərzində müxtəlif müşahidə zamanı hədlər üzrə küləyin sürətinin təkrarlanması (%-lə) .... 52
 
Cədvəl 5.11
 
İstiqamətlər üzrə küləyin orta və maksimum sürəti (m/s ilə) ................................................ 52
 
Cədvəl 5.12
 
Atmosfer havasının əsas potensial çirkləndiricilərinin miqdarı ............................................ 53
 
Cədvəl 5.13
 
Ərazidə müşahidə olunmuş səs-küy səviyyəsi .................................................................... 55
 
Cədvəl 5.14
 
Səs-küy mənbələri və onların səs təzyiqi səviyyələrinə dair nümunələr .............................. 55
 
Cədvəl 5.15
 
Səs təzyiqi səviyyəsinin artması .......................................................................................... 56
 
Cədvəl 5.16
 
Ətraf mühitə səs-küyün təsiri üzrə BMK standartları............................................................ 56
 
Cədvəl 7.1
 
Fəaliyyətlər, aspektlər və potensial qəbuledicilər ................................................................. 65
 
Cədvəl 7.3
 
Qara solyar həcminin hesablanması .................................................................................... 71
 
Cədvəl 7.4
 
Tullantı suyunun hesablanan həcmi ..................................................................................... 71
 
Cədvəl 7.5
 
Bitum qurğusunda quraşdırılmış qoruyucu klapanlardan atılan maye çirkləndiricilərin həcmi
 .............................................................................................................................................. 71
 
Cədvəl 7.6
 
İnseneratorda yandırılan üç növ tüstü qazları ...................................................................... 73
 
Cədvəl 7.7
 
Tüstü borusundan çıxan qaz tullantılarının həcminin ölçülməsi .......................................... 74
 
Cədvəl 7.8
 
Tüstü borusundan (23-ST-102) çıxan qaz tullantılarının həcminin ölçülməsi ...................... 75
 
Cədvəl 7.9
 
Bitum  qurğusunda  quraşdırılmış  qoruyucu  təzyiq  klapanlarından  atılan  qaz  formalı 
tullantıların ümumi həcmi ..................................................................................................... 75
 
Cədvəl 7.10
 
Atqı xəttində atılmalar qiymətləndirilməsi ............................................................................. 76
 
Cədvəl 8.2
 
Ətraf Mühitin Monitorinqi Planı ............................................................................................. 86
 
 
 
 
EKOLOGİYA İDARƏSİ 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
İxtisarlar 
 
AB 
Avropa Birliyi 
AMSI 
Amerika Milli Standartlar İnstitutu 
AN 
Avropa Normaları 
AWWA  
American Water Works Association - Amerika Su İşləri Assosiasiyasi Standartları 
ASTM 
Materialların Sınağı üzrə Amerika Standartları  
AQS 
Avropa Qonşuluq Siyasəti 
AŞ 
Avropa Şurası  
ABŞ EMA 
Amerika Birləşmiş Ştatları Ekoloji Mühafizə Agentliyi 
BBAH 
Buraxila Bilən Axinti Həddi 
BDÖZ 
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu 
BMT 
Birləşmiş Millətlər Təşkilatı 
BS 
Britaniya Standartları 
ÇSTQ 
Çirkab Su Təmizləmə Qurğusu 
dB(A) 
Desibel-səs səviyyəsi – “A” şkalalı səs səviyyəsi filtrindən istifadə etməklə ölçülür 
DST 
Dünya Səhiyyə Təşkilatı 
DEE 
Dövlət Ekoloji Ekspertizası 
DSK 
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi 
EM 
Ekoloji Meneceri 
EİQ 
Ekoloji İdarəetmə Qrupu  
ETSN 
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 
ƏMTQ 
Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi  
ƏMİP 
Ətraf Mühiti İdarəetmə Planı 
FHN 
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 
FMV 
Fərdi Mühafizə Vasitələri  
IUCN 
Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi  
ISO 
Beynəlxalq Standartlar Təşkilatı 
İFC 
Beynəlxalq Maliyyə Korporasiyası 
İMSTKL 
İkinci Milli Su Təchizatı və Kanalizasiya Layihəsi 
KTN 
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi 
QHT 
Qeyri-Hökumət Təşkilatları  
QOST 
Dövlət Sahə Standartlari 
QKH 
Qazın Kompleks Hazırlanması 
MLSS 
Aktiv Lil və Çirkab Su Qarışığında Asılı Bərk Hissəciklər 
MİP 
Materialları İdarəetmə Planı 
OKT 
Oksigenə Kimyəvi Tələbat 
OBT 
Oksigenə Bioloji Tələbat 
RİH 
Rayon İcra Hakimiyyəti 
 
EKOLOGİYA İDARƏSİ 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
SOCAR 
State  Oil  Company  of  Azerbaijan  Republic  (Azərbaycan  Respublikası  Dövlət  Neft 
Şirkəti) 
SN 
Səhiyyə Nazirliyi 
SIPE 
Qurğu və Avadanlıqların Təchizatı və Quraşdırılması 
STQ 
Su Təmizləmə Qurğusu 
SNIP 
Tikinti Normaları və Qaydaları 
TTTS 
Təhlükəsiz Təsirin Təxmini Səviyyəsi 
TƏS 
Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi  
TP 
Təhlükəsizlik Planı 
TİP 
Tullantıların İdarəetmə Planı 
ÜDM 
Ümumi Daxili Məhsul 
YQSS 
Yeraltı Qaz Saxlama Stansiyası 
YVQH 
Yol Verilən Qatılıq Həddi  
 
 
 
EKOLOGİYA İDARƏSİ 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
Anlayışlar: 
 
 
 
Alternativlər  
Bunlar plan və  ya təklifin  məqsədlərinə nail  olmağın  müxtəlif  yollarıdır. 
Alternativlərə variantlar da deyilir. 
Quru İqlim 
İllik yağıntının 254 mm-dən az olması ilə xarakterizə olunan iqlim növü. 
Yayınmaq 
Təsirlərin ilk növbədə baş verməsinin qarşısı alınmasına yönələn tədbirlər. 
Ətraf  Mühitin  İlkin 
Vəziyyəti 
Hər  hansı  gələcək  dəyişiklikləri  müqayisə  etmək  üçün  ətraf  mühitin 
müəyyən və təsvir olunmuş vəziyyəti. 
Təzminat 
Təbii  yaşayış  məskənlərinin  və/və  ya  növlərinin  tam  itirilməməsi 
məqsədilə  qalıq  təsirlərin  təbii  yaşayış  məskənlərinə  və/və  ya  onun 
növlərinə  olan  təsirlərini  kompensasiya  etmək  üçün  təbii  yaşayış 
məskəninin  genişləndirilməsi,  bərpası  və  ya  yaradılması  üçün  görülən 
tədbirlər.  Bu  kimi  tədbirlər  adətən  ərazidən  uzaq  olmaqla  yanaşı,  eyni 
zamanda əraziyə mümkün qədər də yaxın olur. 
Mədəni İrs 
Mədəni əhəmiyyəti olan hər hansı yer və ya obyekt, o cümlədən tikililər, 
strukturlar,  məzarlar,  landşaftlar,  geoloji,  arxeoloji  və  paleontoloji 
ərazilər. 
Kumulyativ Təsirlər 
Layihə, plan, proqram və ya siyasətin digər keçmiş, hazırkı və ya yaxın 
gələcəkdə  nəzərdə  tutulan  planlar  və  tədbirlərlə  birgə  törətdiyi 
dəyişikliklərdən  yaranan  təsirlər.  Kumulyativ  təsirlərin  nəzərə  alınması 
təsirlərlə bağlı geniş və ətraflı məlumatlara ehtiyac olduğunu vurğulayır. 
Tullantı Su 
Çirkab  suların  təmizlənməsi  qurğusundan,  kanalizasiya  və  ya  sənaye 
xəttindən çıxan təmizlənmiş və ya təmizlənməmiş maye, məsələn, çirkab 
su. 
Ətraf Mühit 
İnsanların mövcud olduğu və aşağıdakılardan ibarət olan ətraf aləm: 
a.  Torpaq, su və Yerin atmosferi. 
b.  Mikroorqanizmlər, bitki və heyvanat aləmi. 
c.  a  və  b  bəndlərində  göstərilənlərin  hər  hansı  bir  hissəsi  və  ya 
onların kombinasiyası, onlar arasındakı qarşılıqlı münasibətlər. 
d.  Yuxarıda göstərilənlərin insan sağlamlığına və rifahına təsir edə 
biləcək  fiziki,  kimyəvi,  estetik  və  mədəni  xüsusiyyətləri  və 
şəraitləri. 
Ekoloji 
Qiymətləndirmə 
Əhəmiyyətli ekoloji təsirləri qiymətləndirməklə ekoloji məsələlərin qərar 
qəbul etmə prosesinə inteqrasiyasını ifadə edən ümumi anlayış. 
Ekoloji Təsirlər 
Arzu olunan və ya arzu olunmayan fəaliyyətin ekoloji aspektindən yaranan 
ətraf mühitdə baş verən dəyişiklik. Təsir fəaliyyətin birbaşa və ya dolayı 
nəticəsi ola bilər. 
Ətraf Mühitə 
Təsirlərin 
Qiymətləndirilməsi 
(ƏMTQ) 
Layihə,  plan,  proqram  və  ya  siyasətin  keçmiş,  hazırkı  və  ya  yaxın 
gələcəkdə  nəzərdə  tutulan  planlar  və  tədbirlərlə  birgə  törətdiyi 
dəyişikliklərdən  yaranan  təsirlər.  Layihələrə  tətbiq  olunan  ekoloji 
qiymətləndirmə. 
Ətraf Mühiti 
İdarəetmə Planı 
(ƏMİP): 
Layihənin fəaliyyəti dövründə müsbət təsirlərin genişləndirilməsi və/və ya 
mənfi ekoloji təsirlərin məhdudlaşdırılması və ya qarşısının alınması üzrə 
tövsiyələrin  həyata  keçirilməsini  təmin  etmək  üçün  hazırlanmış  ətraflı 
tədbirlər planı. 
Ümumi 
Ümumi  anlayış  əhəmiyyətli  ekoloji  təsirləri  qiymətləndirməklə  yanaşı 
ekoloji məsələlərin qərar qəbul etmə prosesinə inteqrasiyasını təsvir edən 
 
EKOLOGİYA İDARƏSİ 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
anlayışdır. 
Göstərici 
Çox  zaman  məqsədlərə  nail  olmanı  ifadə  etmək  üçün  istifadə  olunan 
dəyişənlərin zaman keçdikcə qiymətləndirilməsi. 
Yumşaltma 
Təsirləri  onların  heç  bir  əks  təsirə  (yəni  qalıq  təsirə)  malik  olmadığı 
səviyyəyədək azaldılmasına yönəlmiş tədbirlər. 
Monitorinq 
Plan,  proqram  və  ya  layihə  qəbul  olunması  barədə  qərar  qəbul 
olunduqdan sonra onun həyata keçirilməsini yoxlamaq üçün görülən işlər. 
Məsələn, monitorinq əhəmiyyətli ekoloji təsirlərin təxmin edildiyi kimi baş 
verdiyini  yoxlamaq,  yaxud  yumşaltma  tədbirlərinin  icra  olunub 
olunmadığını müəyyən etmək üçün aparılır. 
Məqsəd 
Nəyin nəzərdə tutulmasının ifadəsini, tendensiyalarda dəyişikliklərin arzu 
olunan istiqamətini bildirir. 
Balanslaşdırma 
Qalıq təsirlərin neytrallaşdırılması məqsədilə görülə bilən geniş tədbirlər, 
məsələn, təbii yaşayış məskəninin bərpası, ərazinin qorunmasının və idarə 
edilməsinin təkmilləşdirilməsi və bacarıqların yaranması. 
Plan 
Məqsədə  nail  olmaq  üçün  əvvəlcədən  işlənib  hazırlanmış  ətraflı  təklif, 
sxem, proqram və ya metodlar. 
Plan hazırlayan orqan   Plan və ya layihəni işləyib hazırlayan səlahiyyətli qurum. 
Ehtiyatlılıq prinsipi 
Elmi  dəlillərin  bir  nəticəyə  gələ  bilmədiyi,  lakin  potensial  ziyanın 
əhəmiyyətli  ola  biləcəyi  hallarda  ətraf  mühitə  dəyən  ziyanın 
mümkünlüyünü aradan qaldıran ehtiyatlılıq tədbiri. 
Layihə proqramı 
 
“Tikinti işlərinin və ya digər tapşırıqların və ya sxemlərin icra olunması – 
təbii mühitdə və landşaftda, o cümlədən mineral ehtiyatların çıxarılmasını 
nəzərdə  tutan  digər  müdaxilələr”
.  Bəzi  dövlət  və  özəl  layihələrin  ətraf 
mühitə təsirinin qiymətləndirilməsi üzrə 85/337/EEC saylı (97/11/EC saylı 
direktivlə dəyişdirildiyi kimi) Direktivdə müəyyən edilir. 
Çirklənmə 
Tullantıların və ya maddələrin saxlanması və ya təmizlənməsindən, tikinti 
və xidmət göstərilməsindən yaranan, hər hansı şəxs və ya dövlət orqanı 
tərəfindən icra olunan fəaliyyətin səbəb olduğu ekoloji dəyişikliklərdir ki, 
onlar  da  insan  sağlamlığına,  rifahına,  təbii  və  ya  idarə  edilən 
ekosistemlərin tərkibinə, davamlılığına, məhsuldarlığına, yaxud insanlara 
faydalı  olan  materiallara  əks  təsirlər  göstərir,  yaxud  gələcəkdə  belə 
təsirlər göstərə bilmək potensialı vardır. 
Qalıq təsirlər 
Yumşaltma tədbirləri nəzərə alındıqdan sonra qalan təsirlər 
Nəzərdən keçirmə 
Plan və ya proqramın SEQ, yaxud layihənin ƏMTQ tələb edib etmədiyini 
müəyyən etməsi prosesidir. 
Çərçivənin 
müəyyənləşdirilməsi 
SEQ və ya ƏMTQ-nin hüdudlarının və incələmə səviyyəsinin, o cümlədən 
nəzərə alınmalı olan ekoloji təsirlərin və alternativlərin, istifadə ediləcək 
qiymətləndirmə metodlarının və Hesabatın strukturunun və məzmununun 
müəyyənləşdirilməsi prosesi. 
Bərk tullantı 
Bütün  bərk  tullantılar,  o  cümlədən  tikinti  tullantıları,  kimyəvi  tullantılar, 
artıq  sement/beton,  qablaşdırma  materialları,  ağac,  konserv  qabları, 
çəlləklər,  məftil,  mismar,  ərzaq  və  məişət  tullantıları  (məsələn,  plastik 
paketlər və örtüklər). 
Strateji Ekoloji 
Qiymətləndirmə 
(SEQ) 
Siyasətlərə, planlara və proqramlara aid olan ekoloji qiymətləndirmə üçün 
ümumi anlayış. 
Davamlılıq 
Qiymətləndirməsi 
Qərarların davamlı inkişaf yönlü verilməsinə şərait yaratmaq üçün hazırlıq 
prosesinin  başlanğıcından  planın  iqtisadi,  ekoloji  və  sosial  təsirlərinin 
 
EKOLOGİYA İDARƏSİ 


 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
(DQ) 
müəyyənləşdirilməsi. 
Davamlı İnkişaf 
Davamlı inkişafın beynəlxalq aləmdə geniş istifadə edilən və qəbul olunan 
tərifi  belədir:  “Gələcək  nəsillərin  öz  ehtiyaclarını  ödəmək  qabiliyyətini 
qurban vermədən hazırkı ehtiyacların ödənilməsini təmin edən inkişaf”. 
Təbəqələşmə  
Məntiqi  iyerarxiyaya  nail  olmaq  və  qiymətləndirmə  işinin  lüzumsuz 
duplikasiyasının qarşısını almaq üçün siyasətlərin, planların, proqramların 
və layihələrin qiymətləndirilməsinin əlaqələndirilməsi. 
Çirkab su 
Yaşayış evlərindən, işgüzar binalardan və digər su istifadəçilərindən atılan 
tullantı suları. Kanalizasiya suları. 
Su hövzəsi 
Açıq su hövzələri, o cümlədən suaxarlar, bəndlər, çaylar, göllər və dənizlər 
daxildir. 
Su ekosistemi 
Xüsusi bitki aləminin mövcud ola bildiyi mövsümi, müvəqqəti və ya daimi 
su ilə örtülü olan ərazidir. O, adətən təbiət etibarilə su ekosistemidir. 
 
 
 
EKOLOGİYA İDARƏSİ 
10 

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 
FƏSİL
 
1
 
1  GİRİŞ 
 
1.1  Ümumi məlumat 
Heydər  Əliyev  adına  Neft  Emalı  Zavodu  (keçmiş  Yeni  Bakı  neftayırma  zavodu,  ‹Azərneftyanacaq› 
İstehsalat Birliyi, «Azərneftyanacaq» neft emalı zavodu) keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin 1953-cü il 
29 iyul tarixli əmri ilə yaradılmışdır. 
Yarandığı ilk günlərdən zavod Azərbaycan Respublikasının yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl 
müəssisəyə çevrilmişdir. 
50 ildən çox müddət ərzində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda 300 mln. tondan artıq neft 
emal olunmuş, yeni qurğular tikilmiş, müasir texnologiya tətbiq edilmiş, müxtəlif növ neft məhsulları istehsal 
edilmişdir. 
Hazırda Azərbaycan neftinin 24 çeşidindən 21-i Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal 
olunur ki, bunlardan da öz növbəsində 15 adda neft məhsulu, o cümlədən avtomobil benzinləri, aviasiya 
kerosini, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Zavod respublikanın neft məhsullarına 
olan tələbatını tam ödəyir. Bundan əlavə, istehsal olunan neft məhsullarının 45%-i xarici ölkələrə ixrac edilir. 
Zavodda neftin ilkin emalı üzrə ED-AV-6 qurğusu (istismara verildiyi il - 1976), katalitik riforminq qurğusu 
(1980-ci il), tədrici kokslaşma qurğusu (1986-cı il), katalitik krekinq qurğusu (1993-cü il) kimi yüksək texnoloji 
gücləri fəaliyyət göstərir. 
Zavodun  əsas  texnoloji  qurğusu  1976-cı  ildə  istismara  buraxılmış  ED-AV-6  elektrik  duzsuzlaşdırma  və 
mazutun  vakuum  distillə  edilməsi  blokları  ilə  birlikdə  neftin  ilkin  emalı  qurğusudur.  Neft  məhsullarının 
keyfiyyətinin dünya standartları səviyyəsinə çatdırmaq məqsədilə «Merikem» (ABŞ) şirkətinin lisenziyası 
ilə həmin qurğuda yanacağın qələvi ilə təmizlənməsi və naften turşuları xammalının istehsalı üzrə lahiyə 
həyata keçirilmişdir. 
1993-cü ildə tikilib istifadəyə verilmiş avtobenzinlərin yüksək oktanlı komponentlərinin istehsalı üzrə katalitik 
krekinq qurğusu 1980-ci ildə istismara daxil edilmiş katalitik riforminq qurğusu ilə yanaşı istehsal edilən 
avtobenzinlərin və dizel yanacaqlarının keyfiyyətini yüksəltməyə imkan vermişdir. 
22 aprel 2004-cü ildə Azərbaycanın neft emalı sənayesinin flaqmanı olan "Azərneftyanacaq" NEZ-ə 50 illik 
yubileyi ilə əlaqədar və istehsal fəaliyyətində nail olduğu göstəriciləri nəzərə alaraq Azərbaycan xalqının 
ümummilli lideri Heydər Əliyevin adı verilmişdir. 
Uzun illər ərzində istifadə olunan qurğuların fiziki və mənəvi cəhətdən köhnəlməsi, onların bir sıra müasir 
norma  və  standartlara  cavab  verməməsi,  istehsal  olunan  məhsullara  olan  tələbatın  artması  zavodun 
yenidən  qurulması,  daha  müasir  qurğuların  quraşdırılması  zərurətini  meydana  çıxarmışdır.  Eləcə  də 
ölkəmizdə ətraf mühitin yaxşılaşdırılması yönümündə aparılan tədbirlər də ekologiyaya zərər vurmadan, 
insan sağlamlığına və ətraf mühitə təsirlər baxımından beynəlxalq standartlara cavab verən yeni qurğuların 
quraşdırılmasını tələb edir.  
 
1.2  Layihələndirmə üçün ilkin verilənlər 
Məqsəd: 
Heydər Əliyev adına Neft Emalı Zavodu: 

  Növbəti 15-20 il üçün ölkənin yanacaq tələbatının ödənilməsi, ixrac potensialının artırılması; 

  Yeni Bitum istehsalatının təşkili; 
1
 

  Avro-5 standartlarına cavab verən Dizel və Benzin yanacağının istehsalı; 
1
 Hal-hazırkı ƏM sənədi məhz yeni tikiləcək Bitum qurğusu üçün hazırlanmlşdır 
 
EKOLOGİYA İDARƏSİ 
11 
                                                      

 
H.Əliyev  adına  Neft  Emalı  Zavodunun  modernləşdirilməsi 
layihəsinin  Faza-1  –  Bitum  qurğusunun  tikintisi  və  istismarı 
üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 
 

  Ətraf mühit məsələlərinin həll olunması;  
“Azərneftyağ” neft emalı zavodu: 

  Tədrici olaraq istismardan çıxarılması və torpağın təmizlənməsi; 
H.Əliyev adına NEZ-də Yenidənqurma işlərinin nəticəsi olaraq: 

  Zavodun İlkin emal gücü 6 mln. Tondan 7.5 mln. tona qədər artırılacaq; 

  Katalitik Krekinq qurğusunun gücü ildə 2 mln. Tondan 2.5 tona qədər artırılacaq; 

  Yeni Bitum qurğusu inşa olunacaq; 
1
 

  Avro 5 standartlara cavab verən Dizel və Benzin istehsal olunacaq; 

  Ümumi Zavod Təsərrüfatı yenidən qurulacaq; 

  Zavodun istismar xərcləri optimallaşdırılacaq; 

  “Azərikimya” İB qaz xammalı (LPG) ilə təmin olunacaq; 

  “Azərneftyağ” NEZ-in infrastrukturu istismardan çıxarılacaq və ərazi boşaldılacaq; 
Layinənin əsas mərhələləri: 
İyul 2018: Yeni Bitum qurğusu və müvafiq ümumzavod təsərrüfatının istismara verilməsi 
1
 
Download 16.26 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   13




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling