Faza-1 Bİtum qurğusunun tiKİNTİSİ VƏ İSTİsmari üZRƏ Əmtq
Download 16.26 Kb. Pdf ko'rish
|
Proqnoz- laşdırma Qiymət- ləndirmə Yumşaltma/ Gücləndirmə Qalıq Təsirlər Təklif olunanın edilməsi nəticəsində nə baş verə bilər? Bu mühümdürmü (əhəmiyyətlidirmi)? Bununla bağlı nə etmək olar? Hələ də əhəmiyyətli təsir varmı? Artıq qatılmış idarəetmə tədbirlərinin təsdiqlənməsi Bunu həll etməyə kömək etmək üçün Maraqlı Tərəflərlə məsləhətləşmə Həlləri işləyib hazırlamaq üçün maraqlı tərəflərlə və Layihənin mühəndisləri ilə qarşılıqlı əlaqə Bəzi təsirlər üçün ardıcıllığın təkrar olunması lazım ola bilər EKOLOGİYA İDARƏSİ 19 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Dəyişikliyin təbiəti – hansı ehtiyatlar/qəbuledicilərə və necə təsir olunur; Təsirə məruz qalan sahənin miqyası və məkan uzunluğu və ya təsirə məruz qalan əhalinin/icmanın hissəsi; Təsir müddəti və zaman ölçüsü; və Təsirin növü, məsələn, birbaşa, dolayısı ilə. • Həssaslıq: Qəbuledicinin həssaslıq dərəcəsi qəbuledicilərin müəyyən stress yaradıcısının mövcudluğuna qarşı dayanıqlı olmasına əsaslanır. Həssaslığa həmçinin “qavrama qabiliyyəti” kimi də baxmaq olar. Həssaslıq eyni olmur. Hadisənin amplitudu və həssaslığı cüzidən yüksəyə qədər qiymətləndirilə bilər və Cədvəl 2.1-də bu terminlərin standart təyinləri verilmişdir. Lakin, hadisənin standart təyindən alınan amplitud və həssaslığının dəqiq təyini hər bir texniki fənn üçün nəzərdə tutulmuş və müvafiq olaraq, 7-ci Fəsildə verilmişdir. Cədvəl 2.1 Təsirlərin Əhəmiyyətinin Müəyyənləşdirilməsi Proqnozlaşdırılan Təsirlərin Əhəmiyyəti (dərəcəsi) Son dərəcə kəskin (4) Məqbul limit və standartları aşır, yüksək və ya orta qiymətə təsir edən yüksək amplitudlu/ həssaslıq ehtiyatları/ qəbuledicilər və ya yüksək qiymətə təsir edən orta amplitudlu/ həssaslıq ehtiyatları/ qəbuledicilər. Yüksək (3) Standartların daxilində geniş kateqoriya, lakin yüksək qiymətə təsir edən aşağı və orta amplitudlu təsir/ həssaslıq ehtiyatları/ qəbuledicilər və ya orta həssaslıq ehtiyatları/ qəbuledicilərə təsir edən yüksək amplitudlu. Orta (2) Aşağı amplitudlu təsirlər, standartlar daxilində, və/və ya aşağı və ya orta qiymətlə bağlı/ həssaslıq ehtiyatları/ qəbuledicilər, və ya aşağı qiymətə təsir edən orta amplitudlu təsirlər/ həssaslıq ehtiyatları/ qəbuledicilər. Aşağı (1) Təsirlər ekoloji və sosial/sosial-iqtisadi dəyişikliklərin fonundan/təbii səviyyəsindən ayırd edilə bilinmir. Hadisənin amplitudu və qəbuledicinin həssaslığına əsasən tam əhəmiyyət Şəkil 2.3-də verilən matrisdən istifadə edilməklə tapıla bilər. Şəkil 2.3 Təsirlərin Səviyyəsi və Əhəmiyyəti 2 2 Environmental Impact Assessment Handbook: A Practical Guide for Planners, Developers and Communities [B. Carroll (Author), Trevor Turpin (Author). 2009 EKOLOGİYA İDARƏSİ 20 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 2.5.2 Yumşaldılma və qalıq təsirlər Təsirlərin qiymətləndirilməsi prosesi Layihə üzrə qərarların, onların ətraf mühitə və cəmiyyətə mümkün təsirləri barədə tam biliklərə malik olmaqla qəbul edilməsinə əmin olmaq üçün hazırlanmışdır. ƏMTQ prosesi əslində layihənin hazırlanması və planlaşdırılmasına daxil edilmiş mövcud idarəetmə tədbirlərini nəzərə alır. Əhəmiyyətli təsiri yumşaltmaq üzrə istənilən əlavə idarəetmə (nəzarət) tədbirləri yumşaltma tədbirləri kimi başa düşülür. ƏMTQ prosesinə əhəmiyyətli təsirlərin harada meydana çıxa bilməsinin müəyyənləşdirilməsi və Layihə qrupu ilə birlikdə həmin təsirlərin məqbul hesab edilən səviyyəyə qədər azaldılması üçün texniki və maliyyə cəhətdən əsaslandırılmış və rentabelli vasitələrin işlənib hazırlanması daxildir. Əhəmiyyətli təsir müəyyənləşdirildikdə, yumşaldılma üzrə variantların iyerarxiyası, bir qayda olaraq, aşağıdakı kimi müəyyən olunmuşdur. • Mənbədə ləğv etmək – təsirin mənbəyini kənarlaşdırmaq; • Mənbədə zəiflətmək - təsirin mənbəyini azaltmaq; • Yumşaltma – mənbə ilə qəbuledici arasında təsiri azaltmaq; • Qəbuledicidə zəiflətmək - qəbuledicidə təsiri azaltmaq; • Əlac – zədələnməni baş verdikdən sonra təmir etmək; və • Əvəzini vermək / Yerini vermək – natura şəklində və ya eyni dəyərli fərqli ehtiyatla əvəz etmək. Əvəzini vermək / Yerini verməyə bir qayda olaraq, son vasitə kimi baxılır, lakin Yerli qanunvericiliyə əsasən tələb oluna bilər (bəzən hətta təsirin əhəmiyyətindən asılı olmayaraq). Lakin əvəzini vermək / yerini vermək təsiri avtomatik olaraq “məqbul” etmir və ya iyerarxiyada müzakirə olunan digər yumşaldıcı formaların nəzərdən keçirilməsinə ehtiyacın olmasını istisna etmir. Bütün təklif olunan yumşaldıcı tədbirlərin görülməsindən sonra qalacağı qabaqcadan gözlənilən təsirlərin səviyyəsinin (qalıq təsirlərin) qiymətləndirilməsi yerinə yetirilmişdir. Qabaqcadan gözlənilən təsirlərin təbiəti (əsas xüsusiyyətləri) təsvir olunmuş və onun əhəmiyyəti müvafiq standartlara və ya normativlərə əsasən müəyyən olunmuşdur. 2.5.3 Planlaşdırılmamış hadisələrin əhəmiyyətinin müəyyənləşdirilməsi Planlaşdırılmamış hadisələrə ekoloji və sosial təsir göstərə biləcək bütün təsadüfi hadisələr daxildir. ƏMTQ- ya elə mümkün olan təsirlər daxildir ki, onların əhəmiyyəti hadisənin növünə və hadisənin baş verdiyi yerə görə kəmiyyətcə qiymətləndirilə bilsin. 2.5.4 Ümumi təsirlərin əhəmiyyətinin müəyyənləşdirilməsi Ümumi təsirlər Layihənin istənilən qalıq təsirləri (məsələn, yumşaldılmadan sonra) və ərazidə digər fəaliyyətlərin və ya hadisələrin təsirləri arasında qarşılıqlı təsirlərin nəticəsində meydana çıxa bilər. Başqa sözlə, məcmu təsirlərin qiymətləndirilməsi H.Əliyev adına NEZ-nın modernləşmə layihəsi, Bitum oksidləşdirici qurğunun tikintisi və istismarı layihəsinin kombinə olunmuş effektlərini ayrı-ayrılıqda və ya birgə (yəni məcmu şəkildə) əhəmiyyətli təsir göstərə biləcək digər layihələr və ya fəaliyyətlərlə eyniləşdirəcək. Ümumi layihələrə dair daha ətraflı məlumatları Fəsil 7-də tapmaq olar. Ümumi təsirlərin qiymətləndirilməsi, ümumiyyətlə, hazırkı və ya gələcək fəaliyyətlərə əsaslanaraq, ƏMTQ qrupunun rəyi nəzərə alınmaqla keyfiyyətcə yerinə yetirilir. 2.5.5 Transsərhəd təsirlərin müəyyənləşdirilməsi Transsərhəd təsir beynəlxalq sərhədlərdən keçməklə ekoloji, sosial-iqtisadi və mədəni irsə transsərhəd təsiri kimi təyin olunur. Təsirin qiymətləndirilməsi məqsədləri üçün Azərbaycanın dövlət sərhədləri transsərhəd təsirlərinin sərhəddini müəyyən edəcəkdir. Transsərhəd təsirlərinin mümkün olan əhəmiyyətinin qiymətləndirilməsi üçün istifadə olunan metodologiya bütün təsir növləri üçün istifadə olunanlarla eyni olacaqdır. EKOLOGİYA İDARƏSİ 21 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 2.6 İdarəetmə və monitorinq Bu ƏMTQ hesabatına Ətraf Mühiti İdarəetmə Planı (ƏMİP) daxildir. ƏMİP yumşaldılma, idarəetmə, monitorinq və institusional tədbirlərinin bütün aspektlərini Layihə üzrə idarəetmə planının çərçivəsinə inteqrasiya etməlidir (Fəsil 8). 2.6.1 Ətraf mühiti idarəetmə planı (ƏMİP) Layihənin hazırlanması və işləməsi bu hesabatın 8-ci Fəslinə daxil edilmiş ümumi təsvir çərçivəsinə əsaslanacaq Ətraf Mühiti İdarəetmə Planı (ƏMİP) ilə dəstəklənəcəkdir. ƏMTQ və ƏMİP Sağlamlıq, Təhlükəsizlik, Sosial və Ekologiya planının bir hissəsini təşkil edəcəkdir ki, onun vasitəsilə Layihənin riskləri və təsirləri idarə ediləcəkdir. ƏMİP idarəetmənin əsas alətidir, onun vasitəsilə əksəriyyəti ƏMTQ prosesinin bir hissəsi kimi həyata keçirilmiş yumşaldılma və idarəetmə tədbirlərinin vəzifələri yerinə yetiriləcəkdir. ƏMİP-ə planlar və işlər, o cümlədən dövri nəzarət daxil olacaqdır ki, onlar Layihənin müəyyən olunmuş ekoloji və sosial risklərinin ünvanlanmasını və ekoloji və sosial fəaliyyət standartlarını əldə olunmasını təmin etmək üçün zəruridir. EKOLOGİYA İDARƏSİ 22 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi FƏSİL 3 3 LAYİHƏNİN TƏSVİRİ 3.1 Giriş Bitum qurğusunun tikintisi layihəsi “H.Əliyev adına NEZ-in modernləşdirilməsi layihəsi, FAZA-1 Bitum qurğunun tikintisi və istismarı” layihəsinin bir hissəsi çərçivəsində həyata keçirilir. Bu qurğu bitum istehsalı üçün nəzərdə tutulmuşdur və aşağıdakı bölmələrdən ibarətdir: • Xammalın saxlanılması bölməsi • Bituroks © reaktor bölməsi • İstiliyin bərpası (Rekuperasiya) ilə çıxan qaz bölməsi • Qaynar yağ sistemi bölməsi • Məhsulun saxlanması bölməsi • Məhsulun doldurulması bölməsi İş Rejimi və Məhsuldarlıq Bituroks qurğusunun layihə üzrə məhsuldarlığı xammal üzrə 50 mt/s (metrik ton saat) təşkil edir. Xammal kimi vakuum qalığı istifadə olunur. Məhsulun layihə markası PEN40/60. İstehsal qurğusu sutkada 24 saat, ildə 7920 iş saatı fasiləsiz işləmək üçün layihələndirilir. Məhsulun yüklənməsi bölməsi 5 gün/həftə, 8 saat/gün iş rejiminə və 1680 ton/gün (210 ton/saat) yükləmə məhsuldarlığına layihələndirilib. Xammalın Xüsusiyyətləri Bitum istehsalı üçün xammal kimi, qaynama sərhəddi 550ºC olan vakuum qalığı fraksiyası (Qudron) istifadə olunur və Vakuum Distillə qurğusundan gətirilir. Məhsulun Xüsusiyyətləri Avropa standartları EN12591 uyğun layihələndirilən PEN 40/60 markalı məhsula olan tələbləri əks etdirir. Cədvəl 3.1 Məhsulun xüsusiyyətləri Məhsulun xüsusiyyətləri – layihə markası Xüsusiyyətlər Ölçü vahidi Təcrübə Metodologiyası EN 40/60 Peneterasiya 25°C 0.1mm EN 1426 40 - 60 Yumşalma temperaturu °C EN 1427 48 - 56 Alışma temperaturu, açıq tigeldə müəyyənləşdirilib °C EN 22592 ≥ 230 Həllolma % çəkiyə görə EN 12592 ≥ 99.0 Peneterasiya indeksi - - -1,5-dən +0,7 163°C-də bərkiməyə müqavimət Çəki itirmə % EN 12607-1 ≤0,5 Qalıq peneterasiya % EN 1426 ≥ 50 Yumşalma temperaturunun yüksəlməsi °C EN 1427 ≤ 9 EKOLOGİYA İDARƏSİ 23 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 3.2 Bituroks prosesi və işçi parametrlər 3.2.1 Texnoloji parametrlər Qurğunun məhsuldarlığına əlavə olaraq (xammal üzrə məhsuldarlıq) xammal və məhsulun xüsusiyyətlərinə reaktor və qurğunu layihələndirmək üçün texnoloji parametrlər – texnoloji temperatur, təzyiq, xüsusi hava sərfi və saxlama vaxtı lazımdır. Cədvəl 3.2 Bituroks ® parametrlərinin laborator sınaq nəticələrini qısa şəkildə əks etdirir, bu parametrlər qurğu və reaktorun layihələndirilməsi zamanı tətbiq edilir. Cədvəl 3.2 Texnoloji parametrlər Xarakteristika Ölçü vahidləri Qiymət Layihə xammalı: Vakuum qalığı % çəkiyə görə 100% Xammal peneterasiyası 0,1 mm 169 Xammalın yumşalma temperaturu °C 43,0 Texnoloji parametrlər: Texnoloji Temperatur °C 250 Texnoloji təzyiq bar. 2 Xüsusi hava sərfi Нм3/ч/т 1) 30 Saxlama vaxtı saat 2,25 Məhsul çıxışı % çəkiyə görə 98,8 3.3 Prosesin və qurğunun təsviri 3.3.1 Xammalın saxlanması Vakuum Qalığı qurğunun sərhədindən 135ºC temperatur və 4 bar izafi təzyiqlə qurğuya daxil olur, hər birinin tutumu 3000 m 3 olan 3 ədəd 23-T-001/002/003 saxlama tutumlarında saxlanılır. O Bituroks © prosesi vasitəsilə bitumun alınmasında xammal kimi istifadə olunur. İstilik itkisinin qarşısının alınması və temperaturun 135ºC-də saxlanılması üçün tutumlar ilanvari Qaynar Yağ qızdırıcıları ilə təchiz edilmişdir. Tutumlarda temperatur tənzimləyicilər vasitəsilə idarə olunur, hansı ki, qaynar yağ xəttinin çıxışında quraşdırılmış tənzimləyici klapanlara təsir edir. Şəkil 3.1 Xammalın saxlanması qurğusu Qapadıcılar saxlama tutumlarını yüksək səviyyəli kritik qızmadan qoruyur. Tutumlardan buxarın (ventilyasiya qazının) atmosferə çıxmasının qarşısını almaq üçün saxlama tutumları Azot örtük sistemi ilə təchiz olunublar. EKOLOGİYA İDARƏSİ 24 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Vakuum qalığı nasosunun köməyi ilə (23-P-001A/B) xammal 11 bar çıxış təzyiqi ilə Bituroks © blokuna verilir. Nasosun nominal buraxma qabiliyyəti 67 m 3 /saat-dır. Vakuum qalığı Bituroks © blokuna sərfin nizamlanması ilə verilir ki, nəticədə nizamlayıcı təzyiq klapanından 23-P-001A/B nasosu ilə vurulan fasiləsiz Vakuum qalığı axının artıq qalan hissəsi yenidən həmin tutuma qaytarılır. 3.4 Bituroks © bloku 3.4.1 Bituroks © prosesi haqqında ümumi məlumat Bituroks © oksidləşdirilmiş bitum istehsalı üçün prosesdir. Bitumun fərqli xüsusiyyətləri fərqli vakuum qalıqlarından – qarışdırılmış və ya qarışdırılmamış, atmosfer şəraitində və ya yüksək təzyiqdə – istehsal oluna bilər. Bituroks © prosesi – xammalın 240ºC-dən 270ºC-dək temperaturda və 2 bar təzyiqdə oksidləşdirilməsidir. Reaksiyanın yüksək effektivliyi üçün xammal və oksigen arasında hava qabarcıqları üçün geniş səth tələb olunur. Buna görə də Bituroks reaktoru daxil olan hava qabarcıqlarını ayırmaq üçün üçpilləli qarışdırıcı (23- MX-101) ilə təchiz olunub. Reaksiyanın bütün müddəti ərzində istiqamətləndirici slindirdəki mayeni kiçik qabarcıqlarla təmin etmək üçün hava qabarcıqları hər bir qarışıq diskinin altında yerləşmiş toplayıcı boşqabların köməyi ilə toplanır və yenidən bölünür, bununla da reaksiyanın səthi bərpa olunur. Şəkil 3.2 Bituroks © prosesinin ümumi sxematik təsviri Digər tərəfdən hava ötürücülərin böyük ölçüləri nəticəsində texnoloji hava maye məhsula iri qabarcıqlar şəklində, reaksiya üçün kiçik səthlə verilir. Bununla yeni xammal ilə oksigenin tez reaksiyaya girməsinin qarşısı alınır və bu da öz növbəsində koks əmələ gəlmənin qarşısını alır. Hazırkı texnologiya qısa iş müddəti ərzində koks əmələ gəlmənin nəticəsində tutulan hava ötürücülərini kiçik deşikli konvensional ilə əvəzləyir. EKOLOGİYA İDARƏSİ 25 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 3.4.2 Bituroks © reaktoru Bituroks © prosesinin getdiyi reaktor bloku 3 əsas komponentdən təşkil olunub: • Bituroks© Reaktoru (23-R-101) • Üçpilləli diskvari Bituroks© qarışdırıcısı (23-MX-101) • İstiqamətləndirici slindir – iki toplayıcı boşqabı var, biri qarışdırıcının orta qarışma diskinin digəri isə üst qarışma diskinin üzərində yerləşir. Ölçülən həcmdə xammal, hava və su ilə eyni zamanda reaktora verilir və müəyyən temperatur və təzyiqdə emal olunur. 3.4.3 Texnoloji havanın dispersiyası Hava şaquli hava boruları vasitəsilə ötürücü silindrə vurulur, borular vasitəsilə reaktorun alt hissəsinə daxil olur və burada daxil olan xammala üfürülür. Hava ötürücülərin diametri böyük olduğuna görə (4”) reaktorun aşağısında yaranan hava qabarcıqları böyük ölçüyə malik olur, bununla da daxil olan havada oksigen minimallaşdırılır, prosesin bu mərhələsində həddən artıq qızma və koks əmələ gəlmənin qarşısı alınır. Oksigenin həcmini artırmaq və ondan istifadəni optimallaşdırmaq üçün hava qabarcıqlarının diametrinin kiçiltmək, yəni proses üçün yüksək həcmdə oksigen ayrılması ilə müşayiət olunan reaksiya səthini artırmaq lazımdır. Böyük həcmli hava qabarcıqları reaktorun aşağı hissəsindən prosesə verilərkən, yuxarı qalxmağa başlayırlar və birinci qarışma diski vasitəsilə dispersiya olunurlar. Bu mərhələdə xammal, kiçik ölçülü hava qabarcıqları və buxarın iştirakı ilə intensiv reaksiya başlayır. Kiçik ölçülü hava qabarcıqları istiqamətləndirici silindir daxilində yuxarı qalmaqda davam edirlər, böyüyürlər və yenidən toplayıcı boşqablara yığılırlar, parçalanırlar və qarışdırıcının növbəti pilləsinə dispersiya olunurlar. Yuxarıda qeyd olunan hərəkət ardıcıllığı dövrü olaraq daima təkrarlanır, belə ki, emal olunan məhsul tez bir zamanda istiqamətləndirici silindir daxilində yuxarı hərəkət edir, sonra istiqamətləndirici silindirin xarici örtüyü ilə reaktorun daxili divarı arasından aşağı enir. Bu fasiləsiz dövran prosesin dinamikası ilə birlikdə reaksiyanın yekcinsliyini və yüksək keyfiyyətli məhsul istehsalını təmin edir. 3.4.4 Prosesin temperaturu Bituroks ® prosesində tətbiq edilən mayenin standart temperaturu - 250ºC. Proses ekzotermik reaksiya olduğu üçün reaktordakı işçi temperatura diqqətlə nəzarət olunmalıdır. Bunun üçün kiçik həcmli su hava ötürücülərə injektə olunur. Hava ötürücülərdə suyun buxarlanması nəticəsində reaktorun içərisindəkilər soyudulur (texnoloji hava borularının daxilindəki havanın köməyi ilə reaktorun aşağı hissəsinə enir), bununla da temperaturun dəqiq tənzimlənməsi təmin olunur. Bundan əlavə havaya çilənən və buxarlanan suyun distillə effektinin köməyi ilə yüngül karbohidrogenlər istehsal olunan məhsuldan ayrılır. Bu effekt reaksiyalar zamanı alınan reaksiya suyunun köməyi ilə güclənir. Qaz bölməsində temperatur reaktorun yuxarı hissəsində quraşdırılmış temperatur çeviricilərlə tənzimlənir. Temperaturda uyğunsuzluq olduqda həyəcan siqnalının işə düşməsinə və çox yüksək temperaturda bloklama ilə prosesin dayandırılmasını həyata keçirir. Maye fazanın göstərilən temperaturu prosesin texnoloji temperaturu kimi təyin olunur. Prinsip etibarı ilə normal istismar zamanı reaktorun qaz bölməsində temperatur bitumun temperaturundan 40ºC-80ºC (reaktorun həcmindən asılı olaraq) aşağı olur. 3.4.5 Prosesin təzyiqi Prosesin təzyiqi qaz çıxışı xəttində ölçülür və nəzarət olunur. Bituroks ® qurğusu 2 bar normal işçi təzyiq üçün layihələndirilir (qaz çıxışı bölməsində). Əlavə olaraq reaktorun üst hissəsində təzyiq dəyişdirici quraşdırılıb ki, yüksək və alçaq təzyiqlərdə həyəcan siqnalı verir. Reaktorda həddən artıq yüksək təzyiqin qarşısını almaq üçün qoruyucu klapanla birlikdə qırıcı disk nəzərdə EKOLOGİYA İDARƏSİ 26 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi tutulub. Reaktorun maksimal işçi təzyiqi bu diskin qırılma təzyiqinin 90%-i qədərdir. Bu təzyiq aşılarsa qırıcı disk zədələnir və normal işçi təzyiqdə də qırıla bilər. Yüksək təzyiq həyəcan siqnalı yüksək təzyiqi qırılma təzyiqinə qədər göstərir və diskin qırılmasının qarşısını alır. Diskin qırılması bu disk ilə qoruyucu klapan arasında quraşdırılmış monometrdə qeydə alınır. Qırılma diskinin çıxışı reaktorun layihə təzyiqindən asılı verilmiş təzyiqə davamlı olan qoruyucu klapanla möhkəmləndirilib. Əgər disk yüksək işçi təzyiq nəticəsində deşilərsə, qoruyucu klapan operatorların düzgün işçi təzyiqi tənzimləyə bilməsi üçün tutumda işçi təzyiqin saxlanılmasını təmin edir. Əgər təzyiqi nizamlamaq mümkün oldusa istehsalatı davam etdirmək olar. Zədələnmiş disk qurğunun növbəti boşdayanması zamanı dəyişdirilə bilər. Qırılma diskinin verilmiş təzyiqinin 60%-ə qədər təzyiqlər üçün çox yüksək təzyiq həyəcan siqnalı nəzərdə tutulur. Belə halda bloklama işə düşür və Bituroks ® prosesinin qəza dayanması baş verir. Texnoloji hava, texnoloji su, xammal və məhsul axını dayandırılır. Əgər işçi təzyiq verilmiş həddə çatarsa qoruyucu klapan yüksək təzyiqi atqı hovuzuna (23-SU-101) ötürür. 3.4.6 Mayenin səviyyəsi Reaktorda səviyyə tənzimləyici maye sütununun statistik təzyiqinin ölçülməsi prinsipi ilə işləyir. Səviyyə reaktorun yuxarı və aşağı hissələri arasındakı təzyiq düşgüsü hesabına təyin olunur. Səviyyənin hesablanması üçün istifadə olunan mayenin faktiki qatılığı, səviyyənin hesablanmasında dəqiqliyi artırmaq üçün faktiki işçi şərtlərdə müəyyən edilir. Bu məqsədlə mayenin mayenin qatılığını hesablamaq üçün maye sütununun müəyyən hündürlükdəki (2 m) təzyiq düşgüsü istifadə olunur. Səviyyə tənzimləyici xammal/məhsul istilikdəyişdiricilərdən əvvəl boşaltma xəttinin üzərində quraşdırılmış səviyyə tənzimləyici klapanı aktivləşdirir. Mayenin aşağı səviyyəsi reaktorun daxilindəki dövrana mənfi təsir edir, buna görə də o reaktorun yüklənməsi zamanı aşağı səviyyəli həyəcan siqnalı ilə göstərilir. İstismar zamanı bir neçə istilik çeviricilər maye səviyyəsinin vacib qiymətlərini göstərir (aşağı, normal, yüksək və aralıq səviyyələr) və maye səviyyəsini əlavə olaraq yoxlayırlar. Səviyyənin göstərilməsi maye və qaz fazaların təxmini 40ºC-60ºC ölçüdə temperatur fərqi əsasında həyata keçirilir. İstismar zamanı reaktorun dolub daşmasının qarşısını almaq üçün təzyiqin ikinci ölçmənin köməyi ilə yüksək səviyyəli həyəcan siqnalı müəyyənləşdirilir və nəticədə bloklama işə düşür, bundan başqa Bituroks ® prosesi dayanır. Yüksək səviyyəli həyəcan siqnalını işə salan səviyyə qapayıcı yüksək səviyyəli həyəcan siqnalı bloklaşdırıcıdan bir qədər yuxarıda quraşdırılıb. Aşağı təzyiq reaktor daxilindəki sirkulyasiyaya mənfi təsir göstərir, buna görə də o reaktorun doldurulması zamanı özünü göstərir və aşağı səviyyə həyəcan siqnalı işə düşür. Çox aşağı səviyyə olduqda bloklayıcı qarışdırıcını (23-MX-101) və nəticədə Bituroks ® prosesini dayandırır. Download 16.26 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling