Faza-1 Bİtum qurğusunun tiKİNTİSİ VƏ İSTİsmari üZRƏ Əmtq
Download 16.26 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- 4.2 Ətraf mühit məsələlərini tənzimləyən milli təşkilatlar
- Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
- Yerli və regional QHT ‐ lər
- BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası
- ”Ozon qatının qorunması üzrə Konvensiya”
8 Su Təchizatı və Tullantı Sular haqqında Qanun (28.10.1999 tarixində təsdiq edilmişdir) Qanun sənaye tullantılarının kanalizasiya sisteminə atılmasını məhdudlaşdırır, sel və sənaye sularının kanalizasiya sularından ayrılmasını tələb edir və hüquqi şəxslərdən kanalizasiya qurğularının idarə edilməsi üçün lisenziya almasını tələb edir. Çirkab suların təmizlənmədən ətraf mühitə atılmasını tənzimləyir. 9 Əhalinin radiasiya təhlükəsizliyi haqqında Qanun (423 saylı, 19 avqust, 1998 tarixli qərarla təsdiq edilmişdir) Qanun sənaye müəssisələrində radiasiya təhlükəsizliyinin təmin edilməsini tələb edir. Qanun radiasiya təhlükəsizliyi üzrə dövlət siyasətinin əsas prinsiplərini, eləcə də radioaktiv mənbələrin istifadəsi nəticəsində potensial təsirə məruz qalan ərazilərdə işçilərin və əhalinin təhlükəsizliyini təmin edən ekoloji normaları müəyyən edir. Qanun qəzalar zamanı sağlamlığa, mülkiyyətə və həyata dəyən zərərə görə təzminatın təmin edilməsini tənzimləyir. 10 Ekoloji İnformasiyalar haqqında Qanun (270-IQ saylı, 12.03.2002 tarixli qərarla təsdiq edilmişdir) Qanun ekoloji məlumatların təsnifatını müəyyən edir. Məhdudiyyətlərin tətbiq edilməsi prosedurları təsvir olunmuşdur. Qanun Orxus Konvensiyasının (Azərbaycan tərəfindən 1999-cu ildə ratifikasiya edilmişdir) müddəalarının Azərbaycan qanununa daxil edilməsi məqsədi güdür. Əgər məlumat “məhdud istifadə üçün” təsnif edilməmişdirsə, o zaman ictimaiyyətə açıqdır. 11 İcbari Ekoloji Sığorta haqqında Qanun (271-IQ saylı, 12.03.2002 tarixli qərarla təsdiq edilmişdir) Qanun həyata, sağlamlığa, əmlaka və ətraf mühitə təsadüfi ekoloji çirklənmələrin nəticəsində dəyən zərərə görə mülki məsuliyyətin icbari sığortası üzrə tələbləri müəyyən edir. Ekoloji çirklənmələrin nəticəsində dəyən zərərə görə mülki məsuliyyətin icbari sığortası. EKOLOGİYA İDARƏSİ 34 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 12 Cinayət Məcəlləsi: ekoloji qayda pozuntuları (30.12.1999-cu il tarixli, № 787-IQ, qərarla təsdiq edilmişdir) Cinayət Məcəlləsinin “ekoloji qayda pozuntuları” bölməsi ekoloji baxımdan təhlükəli maddələrin və tullantıların idarə edilməsi qaydalarının pozulmasına görə cinayət məsuliyyəti müəyyən edir (248-ci maddə). Qanun ekoloji qanun və qaydaların pozulmasına görə cinayət məsuliyyətini müəyyən edir. Məsələn ağacların kəsilməsinə, vəhşi heyvanların icazəsiz ovlanması, meşə yanğının törədilməsi və s. 13 İnzibati Xətalar Məcəlləsi: ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizliyə qarşı inzibati qayda pozuntuları (906 saylı, 11 iyul, 2000 tarixli qərarla təsdiq edilmişdir) İnzibati Xətalar Məcəlləsi sənaye və məişət tullantılarının atılması və emalı (maddə 104), saxlanılması və yandırılması (maddə 110), radioaktiv materialların və təhlükəli sənaye və məişət tullantılarının idxalı (maddə 113.0.10) və malların ləğv edilməsi (maddə 283) zamanı nizamlayıcı qaydaların pozulmasına görə inzibati məsuliyyətin miqyasını müəyyən edir. Məcəllənin 9-cu Fəsli ətraf mühitin qorunması, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydalarına həsr olunmuşdur. Məcəllənin bir sıra paraqrafı birbaşa və ya dolayısı ilə tullantıların idarə edilməsi tələblərinin pozulmasına aiddir. 14 Meşə Məcəlləsi (693 saylı, 30.03.1998 tarixli qərarla təsdiq edilmişdir) Meşə Məcəlləsi meşə ərazilərində sənaye və məişət tullantılarının basdırılmasını, fəaliyyət nəticəsində bitki kökünün kəsilməsini qadağan edir. Meşə zonasında ağacların kəsilməsi, meşə torpaqlarından istifadə məsələləri və s. 15 Torpaq Məcəlləsi (695 saylı, 25 iyun, 1999 tarixli qərarla təsdiq edilmişdir) Torpaq Məcəlləsi torpaqların bütün növ deqradasiya və çirklənmədən qorunmasını dövlətin ekoloji siyasətinin ən yüksək prioriteti elan edir və torpaqların sənaye və məişət tullantıları, kimyəvi və radioaktiv maddələr, çirkab sular və digər təhlükəli materiallarla çirkləndirilməsinə görə məsuliyyət nəzərdə tutur (maddə 110). Torpaqların eroziyadan və çirklənmədən qorunması, torpaq istifadəçilərinin cavabdehlikləri. Adı çəkilən qanunlarla yanaşı əsas ekoloji qanunvericiliyin təkmilləşdirilməsi və tələblərinin izah olunması, eləcə də onların tətbiq edilməsini təmin etmək məqsədilə onlarla digər qayda və təlimatlar qəbul olunmuşdur. Qanunvericilik prosesi ölkədə hələ də davam etməkdədir və Azərbaycan müasir beynəlxalq standartlara uyğun olan hüquq sisteminə keçid dövründədir. Respublika ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin müxtəlif aspektləri ilə əlaqədar olan əksər beynəlxalq konvensiyaların üzvüdür. Hökumət həmçinin müvafiq beynəlxalq təşkilatlar və hökumətlərlə məhsuldar əməkdaşlığın yaradılmasında səmərəli çalışdığını sübut etmişdir. 4.2 Ətraf mühit məsələlərini tənzimləyən milli təşkilatlar Azərbaycanda ətraf muhitin qorunmasına cavabdeh Azərbaycan Hökumətidir. Ətraf Mühitin qorunmasına nəzarəti həyata keçirən mərkəzi dövlət orqanı kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) təyin edilib. Ətraf mühitin mühafizəsi üzrə qaydaların tətbiqinə, normalara və standartlara riayət olunmasına nəzarət ETSN ‐ə həvalə edilmişdir. Torpaqlardan istifadənin tənzimlənməsini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi nəzarət edir, daşınmaz əmlakın, o cümlədən torpaq mülkiyyətçilərinin qeydiyyatını Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yerinə yetirir. Fövqəladə Hallar Nazirliyi (FHN) - gözlənilməz təbii və sənaye qəzaları baş verən zaman onların idarə olunmasına cavabdeh təşkilatdır. FHN həmçinin tikintidə, dağ ‐mədən işlərində, sənayedə təhlükəsizlik qaydalarının tətbiqinə nəzarəti yerinə yetirən dövlət orqanıdır. Səhiyyə Nazirliyi - ölkə ərazisində sanitar ‐epidemioloji vəziyyəti nəzarətdə saxlayan dövlət orqanıdır. Nazirlik həmçinin istehsal sahələrində sağlamlığın qorunması qaydalarını tənzimləyir. EKOLOGİYA İDARƏSİ 35 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi - ölkə ərazisində ölçü avadanlıqlarının uyğunluğunu, keyfiyyətin və kəmiyyətin standartlarını təyin edir və bu sahələrdə dövlət siyasətini həyata keçirir. Yerli və regional QHT ‐ lər - ictimai məsləhətləşmələr, məlumatların yayılması, ictimai köməklik və s. sahədə əməkdaşlığın yerinə yetirilməsi ilə məşğul olurlar. 4.3 Beynəlxalq qanunlar və konvensiyalar Azərbaycan Respublikasının qoşulduğu təbiətdən istifadə və ətraf mühitin mühafizəsi üzrə Konvensiyalar, sazişlər, müqavilələr milli ekoloji qanunvericiliyin ayrılmaz hissəsi hesab olunurlar. Azərbaycan Respublikasının hər bir qanununda xüsusi fəsil və ya maddə vardır, orada bəyan edilir ki, əgər beynəlxalq müqavilələrdə milli qanunvericilikdən fərqli qaydalar nəzərdə tutulmuşdursa, bu zaman beynəlxalq sənədlərin qaydaları tətbiq edilir. Ətraf mühit sahəsində Azərbaycan Respublikasının qəbul etdiyi beynəlxalq qanunvericilik aktları cədvəl 4.2-də verilmişdir. Beynəlxalq Konvensiyalardan irəli gələn məsələlərin həllindən ötrü Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqələndirici dövlət və mərkəzi icra orqanı təyin edilir. Bu təşkilatlar Konvensiyalar üzrə Beynəlxalq təşkilatlarla əlaqələr qurur, onların ölkə daxilində icrası ilə bağlı məsələlərin həllindən ötrü Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun fəaliyyəti təşkil edirlər və s. Konvensiyalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərin həlli adətən aidiyyatı üzrə müvafiq icra orqanları və ya konkret təşkilata həvalə olunur. Konvensiya və Protokolların bir çoxunun icra mexanizmlərinin faydalanma, beynəlxalq və regional layihələrdə, proqramlarda iştirak, nou ‐hauların və güzəştli investisiyaların, kreditlərin ölkəyə cəlb edilməsi imkanları mövcuddur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası – 1992-ci ildə qəbul edilmişdir. Konvensiyanın ali orqanı Tərəflər Konfransıdır, Katiblik Bonn şəhərində yerləşir. Konvensiyanın məqsədi atmosferə yanacağın yandırılması nəticəsində atılan, istixana effekti yaradan qazların miqdarını azaltmaqla, dünya ölkələrində davamlı inkişafa nail olmaq və iqlim sistemini gələcək nəsillərə saxlamaqdır. Konvensiyaya görə atmosferə atılan qlobal tullantıların miqdarı 1990 ‐cı il səviyyəsində saxlanılmalı və ya ondan aşağı səviyyədə olmalıdır. Konvensiya inkişaf etmiş ölkələr üçün tullantıların azaldılması üzrə konkret öhdəliklər təyin etmişdir. Həmçinin onların qarşısına inkişaf etməkdə olan ölkələrə yardım etmələri barədə vəzifələr qoymuşdur. Azərbaycan Respublikası Konvensiyanı 1995 ‐ci ildə ratifikasiya etmişdir. Bu Konvensiya beynəlxalq sistemdə ətraf mühit sahəsində qəbul edilmiş ən iri Konvensiyadır və o ətraf mühit sahəsində mövcud olan ”Ozon qatının qorunması üzrə Konvensiya”, ”Bioloji müxtəliflik üzrə Konvensiya”, ”Səhralaşmaya qarşı mübarizə Konvensiyası” ilə sıx əlaqədədir. Cədvəl 4.2 Azərbaycan Respublikası Milli Məclisinin ratifikasiya etdiyi Ekoloji Konvensiyalar Konvensiyanın adı Qəbul olunduğu il Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında Konvensiya – 1972-ci il 1993 BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyası – 1992-ci il 1995 Beynəlxalq Dəniz Təşkilatı Konvensiyası 1995 Ozon qatının qorunması üzrə Konvensiya – 1985-ci il 1996 Səhralaşmaya qarşı mübarizə Konvensiyası – 1994-cü il 1998 Kökü kəsilmək təhlükəsi qarşısında olan vəhşi fauna və yabanı flora növləri ilə beynəlxalq ticarət haqqında Konvensiya (CITES) – 1973-cü il 1998 Avropanın vəhşi təbiəti, yabanı florası və təbii yaşayış mühitinin qorunması Konvensiyası – 1979-cu il 1999 Ətraf muhitə dair məsələlər üzrə qərarların qəbul edilməsində ictimaiyyətin iştirakı və informasiyaların alınması barədə Orxus Konvensiyası – 1998-ci il 1999 Sərhədlərarası konteksdə ətraf mühitə təsirin qiymətlərdirilməsinə dair Konvensiya – 1991-ci il 1999 Gəmilərdən çirklənmənin qarşısının alınması haqqında Konvensiya – (MARPOL) (1973/78). 1999 Bioloji müxtəliflik üzrə Konvensiya – 1992-ci il 2000 Kioto Protokolu – 1997-ci il 2000 EKOLOGİYA İDARƏSİ 36 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyanın adı Qəbul olunduğu il Bitkilərin qorunması üzrə Roma Konvensiyası – 1951-ci il 2000 Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi Konvensiyası – 1992-ci il 2000 Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və zərərsizləşdirilməsinə nəzarət haqqında Bazel Konvensiyası – 1989-cu il 2001 Su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında Ramsar Konvensiyası – 1971-ci il 2001 Böyük məsafələrdə havanın transsərhəd çirkləndirilməsi haqqında Konvensiyası – 1979-cu il 2002 Davamlı üzvi birləşmələr üzrə Stokholm Konvensiyası – 2001-ci il 2003 Sənaye qəzalarının transsərhəd təsiri haqqında Konvensiya – 1992-ci il 2004 OPRC, 90 Konvensiyası 2004 Xəzər dənizinin su mühitinin qorunması üzrə Çərçivə Konvensiyası 2006 4.4 Ətraf mühit sahəsində standartlar və normativ sənədlər Ətraf mühitin vəziyyətinə nəzarət məqsədilə sanitariya-gigiyena və ekoloji normativlərdən istifadə olunur. Bu zaman Yol Verilən Qatılıq Həddi (YVQH), yəni havanın, suyun, ərzaq məhsullarının və torpağın, yaxud da dərinin, işlək nəfəs orqanlarının səthinin həcm vahidinə müəyyən vaxt ərzində təsir göstərərkən praktiki olaraq insanın sağlamlığına təsir etməyən və onun nəslində xoşagəlməyən nəticələr doğurmayan zərərli maddənin konsentrasiyasını müəyyən edən normativlərdən istifadə olunur. Yaşayış və iş yerləri, eləcə də istirahət zonaları üçün YVQH müxtəlifdir. Atmosferə, suya və torpağa tullantıların atılması məqsədilə YVQH aşağıda göstərilən dövlət standartlarına və normalarına müvafiq olaraq müəyyən edilmişdir. Sanitariya-gigiyena və ekoloji normativlər insanın sağlamlığı və ekosistemin vəziyyəti ilə münasibətdə ətraf mühitin keyfiyyətini müəyyən edir, lakin onlar təsir mənbəyini göstərməməklə onun fəaliyyətini tənzimləmirlər. Xüsusi olaraq, təsir mənbəyinə dair irəli sürülən tələblər elmi-texniki normativləri əks etdirir. Elmi-texniki normativlərə zərərli maddələrin havaya və suya atılması (YVQH və BBAH), habelə ətraf təbii mühitin mühafizəsi üzrə tələbləri özündə cəmləşdirən texnoloji, tikinti, şəhərsalma normaları və qaydaları aiddir. Elmi-texniki normativlərin müəyyən edilməsinin əsasında aşağıdakı prinsip durur: • Bütün müəssisələr tərəfindən suda, havada və torpaqda istənilən tullantıların miqdarı sanitariya- gigiyena normaları tələblərini təmin etməlidir. • AYVH və BBAH-ın işlənib hazırlanması ətraf mühitin çirklənməsi ilə bağlı olaraq müəssisələrin fəaliyyətində məhdudiyyətlərinin tətbiq edilməsini nəzərdə tutur. • Müəssisələrdən bütövlükdə obyekt və ya onun tərkibinə daxil olan konkret mənbələr üçün müəyyən olunmuş, zərərli maddə tullantılarının son həddinə əməl olunması tələb olunur. • Atmosferə tullantılar, su və torpağa atılan tullantılar üçün AYVH və BBAH-lar hər bir mənbə üçün hesablanır və səlahiyyətli orqanlar tərəfindən təsdiq olunur. • Təbii mühitdən istifadəyə görə ödəmələr təsdiq olunmuş AYVH və BBAH parametrləri əsasında müəyyən edilərək yerinə yetirilir. Aşağıda çirkləndirici vasitə və elementlərin parametrləri nəzərə alınmaqla Azərbaycanda və MDB ölkələrində qüvvədə olan standartların və normativ sənədlərin siyahısı verilmişdir: • «Yerüstü suların tullantı sularla çirklənməsindən mühafizə qaydaları». Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi. Bakı, 1994. • «Sudan istifadə limitlərinin hazırlanması və həyata keçirilməsi qaydaları haqqında» AR Nazirlər Kabinetinin 1998-ci il 15 oktyabr 206 saylı Qərarı. • «Su obyektlərinin istifadəsi və mühafizəsi sahəsində normalaşdırma qaydaları» AR Nazirlər Kabinetinin 15 oktyabr 1988-ci il 2006 saylı Qərarı, Maddə 8: EKOLOGİYA İDARƏSİ 37 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi • «Atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirlərin Dövlət uçotu Qaydaları» haqqında AR Nazirlər Kabinetinin 13 iyul 2002-ci il 112 saylı Qərarı. • «Atmosfer havasına buraxılan təhlükəli maddələrin, ona fiziki təsir mənbələrinin inventarizasiyası Qaydaları» haqqında AR Nazirlər Kabinetinin 15 aprel 2002-ci il 63 saylı Qərarı. • «Atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddinin tətbiq edildiyi Müəssisələrin YVTH normativləri layihəsinin tərtib edilməsi və onun tərkibi haqqında tövsiyyələr». Dövlət Ekologiya Komitəsi. 1994. • «Təhlükəli tullantıların emalı qurğularının lisenziyalaşdırılması qaydaları», AR Nazirlər Kabinetinin Qərarı (29 iyun 1999-cu il, N112). • «Təhlükəli tullantıların avtomobil nəqliyyatı ilə daşınması qaydaları», AR Nazirlər Kabinetinin Qərarı (27 yanvar 2000-ci il, N10). • «Təhlükəli tullantıların pasportlaşdırılması Qaydaları», Nazirlər Kabinetinin Qərarı (31 mart 2003, N 41). • «İstehsalat və xidmət sahələrində əmələ gələn tullantıların inventarlaşdırılması qaydası və təsnifat (klassifikasiya) sistemi haqqında təlimat», Ədliyyə Nazirliyi (01 iyul 2003- cü il, Şəhadətnamə N 419). • QOST 17.2.1.03-84. Təbiətin mühafizəsi, Atmosfer. Çirklənməyə nəzarətin terminləri və tərifləri. M. 1984. • QOST 3223-85 «İş yerlərində səsin yol verilə bilən səviyyələrinin sanitar normaları», M.1985. • QOST 27535-87 «Avtonəqliyyat vasitələrinin xarici və daxili səsi. Yol verilə bilən səviyyələr və ölçmə üsulları», M.1987. • ƏNS-86 Dövlət Hidrometeorologiya Komitəsi. Müəssisələrin tullantılarının tərkibində olan maddələrin atmosfer havasında konsentrasiyasının hesablanması metodikası. Hidrometeonəşr. 1987. • QOST 17.2.3.01-86. Atmosfer. Yaşayış məntəqələrində havanın keyfiyyətinə nəzarət qaydaları. 1986. • RS 52.04.52-85. Əlverişsiz meteoroloji şəraitlərdə tullantıların tənzimlənməsi. L.: Hidrometeonəşr. 1987. • QOST 17.2.3.02-78. Təbiətin mühafizəsi. Atmosferə zərərli maddələrin sənaye müəssisələri tərəfindən yol verilən tullantıların müəyyən edilməsi qaydası. M.1978. • QOST 12.1.005-88. Əməyin təhlükəsizlik standartları sistemi. İşçi zonanın havasına verilən ümumi sanitariya-gigiyena tələbləri. M. 1988. • Atmosferə və su obyektlərinə zərərli maddələrin tullantıların normalaşdırılması üzrə təlimat. SSRİ Dövlət Təbiət Komitəsi. M. 1989. • QOST 17.0.0.04-90. Sənaye müəssisəsinin Ekoloji pasportunun doldurulmasına və aparılmasına dair metodiki tövsiyyələr. SSRİ Dövlət Təbiət Komitəsi. M. 1990 • QOST 17.0.04-90. Ekoloji pasport. Bakı. 1990. • QOST 17.0.0.04-90. Sənaye müəssisəsinin Ekoloji pasportu. Əsas müddəalar. SSRİ Dövlət Standartları Komitəsi. M. 1990. • QOST 3223-85. İş yerlərində səsin yol verilə bilən səviyyələrinin sanitar normaları. • Təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə sahəsində normativ sənədlər. Dövlət Ekologiya Komitəsi. 1994. • QOST 17.5.1.03-86. Təbiətin mühafizəsi. Torpaqlar. Torpaqların bioloji rekultivasiyası üçün açılmış və boş suxurların klassifikasiyası. • QOST 17.5.3.06-85. Təbiətin mühafizəsi. Torpaq işləri apararkən torpağın məhsuldar qatının götürülməsinin normalarına qoyulan tələblər. • QOST 17.5.1.02-85. Təbiətin mühafizəsi. Rekultivasiya üçün pozulmuş torpaqların təsnifatı. EKOLOGİYA İDARƏSİ 38 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi • QOST 17.4.3.04-85. Torpaqlar. Çirklənmədən mühafizə və ümumi nəzarət. • QOST 17.4.01-84. Təbiətin mühafizəsi. Torpaqlar. Torpaqların rekultivasiyası. • QOST 17.5.1.05-85. Təbiətin mühafizəsi. Torpaqların rekultivasiyası. Torpaqlaşdırmaya qoyulan ümumi tələblər. • QOST 17.5.4.02-84. Təbiətin mühafizəsi. Torpaqların rekultivasiyası. Açılmış və boş süxurlarda toksik duzların ümumi miqdarının hesablanması və ölçmə metodları. • QOST 17.5.3.04-83. Təbiətin mühafizəsi. Torpaqların rekultivasiyasına qoyulan ümumi tələblər. • QOST 17.4.2.02-85. Təbiətin mühafizəsi. Torpaqlar. Torpaqlaşdırma üçün torpağın pozulmuş məhsuldar qatının göstəricilərinin nomenklaturası. • Atmosfer havası, torpaq və yerüstü su obyektlərində zərərli maddələrin konsentrasiyalarının yolverilən son hədləri üzrə normativ və hüquqi sənədlərin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. 2000-ci il. Ətraf mühitin ayrı-ayrı elementləri üzrə Azərbaycanda qüvvədə olan standartlar Əlavə I-də verilmişdir. Azərbaycan Respublikası ətraf mühit və standartlaşdırma sahəsində beynəlxalq təşkilatların üzvüdür. Avropa İttifaqı (Aİ) üzv dövlətləri və Azərbaycan arasında 22 iyun 1999-cu ildə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) (22 aprel 1996-cı ildə Lüksemburqda imzalanmışdır) qüvvəyə minmişdir ki, bu da tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyir (http://www.mfa.gov.az/content/566). Bu Sazişə görə Maddə 50-də “Standartlar və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq”da Azərbaycan “Birliyin texniki sahədəki qaydalarından istifadə olunmasında və Avropa standartları və uyğunluğun qiymətləndirilməsi üsullarının tətbiqini genişləndirməyə” səy göstərməlidir. Maddə-50 “Ətraf Mühit” bölməsində Azərbaycan “Birlik standartları əsasında qanunların təkmilləşdirilməsi” öhdəliyini götürmüşdür. 2004-cü il 17-18 iyun tarixlərində Avropa İttifaqı dövlət və hökumət başçıları Şurasının Brüsseldə keçirilmiş toplantısında Avropa Komissiyasının Cənubi Qafqaz ölkələrinin Avropa Qonşuluq Siyasətinə (AQS) cəlb olunmasına dair tövsiyyəsi təsdiq olunmuşdur (http://azerbaijan.az/_WorldCommunity/_InterOrg/_interOrg_a.html?interOrg_03). 2006-cı ildə Avropada Qonşuluq Siyasəti Çərçivəsində “Avropa İttifaqı – Azərbaycan Fəaliyyət Planı” imzalanmışdır. Bu sənəddə: • Standartlar, texniki tənzimləmələr və uyğunluğun qiymətləndirilməsi üçün Aİ və beynəlxalq qanunvericilik və idarəetmə təcrübəsi istiqamətində hərəkət edilməsi; • Müvafiq qanunvericiliyin qəbulu və tətbiqi daxil olmaqla ətraf mühitə təsir göstərən amillərin dəyərləndirilməsi üçün prosedura və strukturların təkmilləşdirilməsi; • Çərçivə qanunvericiliyi və əsas proseduraların tərtib edilməsi və əsas ətraf mühit sektorları, xüsusilə milli ətraf mühit fəaliyyət planında təsnif olunmuş havanın keyfiyyəti, suyun keyfiyyəti, tullantıların idarə olunması, təbiətin mühafizəsi sektorları üçün planlaşdırmanın təmin edilməsi və Avropa tələblərinə uyğunlaşma prosesinin davam etdirilməsi Azərbaycana tövsiyyə olunur. 2009-cu ildə Dünya Bankı Azərbaycan Hökumətinə layihələrin yüksək səviyyədə həyata keçirilməsindən ötrü beynəlxalq və Avropa standartlardan istifadə edilməsini məsləhət görmüşdür. Təklif olinan standartlar aşağıdakılardır: • Beynəlxalq maliyyə korporasiyasının standartları; • Dünya Bankı standartları; • Britaniya Standartları; • İSO Standartları; • Avropa Birliyi Normaları; • Avropa Yenidənqurma və İnkişaf Bankının standartları. EKOLOGİYA İDARƏSİ 39 |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling