Faza-1 Bİtum qurğusunun tiKİNTİSİ VƏ İSTİsmari üZRƏ Əmtq
Cədvəl 5.8 İlin ayrı-ayrı fəsillərində Abşeron yarımadasında atmosfer prosesləri növlərinin
Download 16.26 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Dəniz arktik hava kütlələrinin daxil olması 5 5 4 7 Azor maksimumunun təsiri 6 8 21 12
- Mülayim en dairələrinin kontinental havasının müdaxiləsi 15 13 16 14 Orta Asiya maksimumunun təsiri
- H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı
- 5.5.2 Havanın temperaturu
- Şəkil 5.5 Yağıntının illik miqdarı
- 5.5.3 Havanın rütubətliliyi
- Cədvəl 5.9 Bakı meteoroloji stansiyası üzrə iqlim amillərinin göstəriciləri
- Cədvəl 5.10 İl ərzində müxtəlif müşahidə zamanı hədlər üzrə küləyin sürətinin təkrarlanması (%-lə)
- Cədvəl 5.11 İstiqamətlər üzrə küləyin orta və maksimum sürəti (m/s ilə)
- Bakı meteoroloji stansiyası üzrə külək gülü: a) yanvar ayı; b) iyul ayı; c) il
- Cədvəl 5.12 Atmosfer havasının əsas potensial çirkləndiricilərinin miqdarı S/s Koordinatları Təyin edilən parametrlər CO, mq/m 3
- Məməlilər Abşeron yarımadasında 18 növ vəhşi məməlilərin mövcudluğu qeyd edilib. Müşahidələr zamanı layihə ərazisində məməlilərə rast gəlinməmişdir. Quşlar
Cədvəl 5.8 İlin ayrı-ayrı fəsillərində Abşeron yarımadasında atmosfer prosesləri növlərinin təkrarlanması (%-lə) Atmosfer prosesləri Qış Yaz Yay Payız Kontinental arktik hava kütlələrinin təsiri 4 1 0 1 Dəniz arktik hava kütlələrinin daxil olması 5 5 4 7 Azor maksimumunun təsiri 6 8 21 12 Tropik hava kütlələrinin gəlməsi 28 21 10 16 Cənub siklonlarının gəlməsi 14 12 11 8 Mülayim en dairələrinin kontinental havasının müdaxiləsi 15 13 16 14 Orta Asiya maksimumunun təsiri 8 15 6 17 EKOLOGİYA İDARƏSİ 49 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Yerli hava dövranı prosesləri 20 25 32 25 5.5.2 Havanın temperaturu Havanın temperatur rejiminin il ərzində xeyli dəyişməsinə baxmayaraq, hətta ən soyuq ayın (yanvar) orta temperaturu müsbət işarəlidir. Dənizin təsiri ilə qış mülayim keçir. Lakin müxtəlif illərdə yanvarın orta temperaturu 1°-dən 8°-dək dəyişə bilir. Arktik hava kütlələrinin daha çox müdaxiləsi illərində, məsələn, 1972-ci ilin soyuq qışında yanvarın orta temperaturu -0.4°C-dək enmişdir. Soyuq hava kütlələrinin müdaxiləsi az və zəif intensivliyə malik olan illərdə qış temperaturları bəzən xeyli yüksək olur. 1948-ci ilin yanvarında orta aylıq temperatur 7.4°C təşkil etmişdir. Ümumiyyətlə, yanvarda -13°C mütləq minimum, 21°C mütləq maksimum temperatur qeyd edilmişdir. Yazda temperaturun intensiv yüksəlməsi müşahidə edilir (martın sonu-may). Aprel ayının orta temperaturu 11.2°C təşkil edir. Burada yay isti və quraq keçir, iyul və avqustun orta aylıq temperaturu 25.7°C-dir. Böyük miqdarda istilik buxarlanmaya sərf olunur. Anomal isti keçən illərdə həmin aylarda orta temperatur 28°C və daha yüksək ola bilir (1940-cı ilin avqustunda 28.4°C). Yayı sərin və yağıntılı keçən illərdə ən isti ayların orta temperaturunun 22-23°C-dək enməsi mümkündür. Mütləq maksimum temperatur 40°C təşkil edir. Payız mövsümü yazdan isti keçir və temperaturlar tədricən enir. Oktyabrda günəş enerjisinin daha az daxil olmasına və soyuq hava kütlələrinin müdaxiləsinə baxmayaraq temperatur xeyli yuxarı olur (Xəzər dənizinin təsiri özünü biruzə verir). Şəkil 5.5 Yağıntının illik miqdarı Temperaturun illik amplitudu (ən isti və ən soyuq ayların orta temperatur fərqləri) 22°C-dir. İllik Mütləq temperatur amplitudu isə 53.2°-yə çatır. Temperaturun orta sutkalıq amplitudu (gün ərzində maksimum və minimum temperaturların fərqi) ilin soyuq dövründə 4-5°C, yazda artaraq 5-6°C təşkil edir, iyun ayında isə ən böyük həddinə çatır (7°C-dən çox). Sentyabrda sutkalıq amplitud azalır, tutqun havaların üstün olduğu dekabr ayında minimuma enir (3°C). Havanın temperaturunun sutkalıq amplitudu hava şəraitindən asılıdır. Belə ki, sakit və az buludlu günlərdə sutkalıq amplitud tutqun və küləkli günlərə nisbətən demək olar ki, 2 dəfə çox olur. 5.5.3 Havanın rütubətliliyi İl ərzində havanın rütubətliyi bir-birini əvəz edən hava kütlələrinin dövranından xeyli dərəcədə asılıdır. Belə ki, qışda əraziyə soyuq və nisbətən rütubətli hava kütlələri, yayda isə əksinə isti və quru hava kütlələri daha çox təsir edir. Nisbi rütubətlik havanın su buxarı ilə doyma dərəcəsini göstərməklə mühüm iqlim EKOLOGİYA İDARƏSİ 50 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi göstəricilərindən biridir. Havanın orta nisbi rütubətliyi Bakıda 70%-dir, dənizə doğru bu rəqəm artır. Nisbi rütubətliyin illik gedişi temperaturun illik gedişinə əksdir. İlin soyuq dövründə nisbi rütubətlik 78%, dənizin təsiri daha güclü olan ərazilərdə daha çox təşkil edir. Yayda bu göstərici minimuma enir. İl ərzində 30% və daha az nisbi rütubətli günlərin orta sayı 18-ə, 80% və daha çox olan günlərin orta sayı 48-ə çatır. Rütubət çatışmamazlığının orta miqdarı 6,7 mb, minimum ilin soyuq dövründə yanvar-fevral aylarında 2,0 mb, maksimum yayda iyul ayında 15,1 mb qeyd edilir. Sutkalıq gedişdə ən az rütubət çatışmamazlığı gecə, ən çox günorta müşahidə edilir. 5.5.4 Yağıntılar Yağıntıların rejimi havanın rütubət tutumundan, su buxarı ilə doyma dərəcəsindən, buxarlanmanın intensivliyindən, ərazinin səth örtüyünün və atmosfer dövranının xarakterindən asılıdır. Yağıntılar əsasən soyuq hava kütlələrinin müdaxiləsi zamanı düşür. Ayrı-ayrı illərdə və ya fəsillərdə yağıntıların çoxluğu cənub siklonlarının keçməsi ilə bağlıdır. Quraq dövr Qafqaz və Xəzər dənizi üzərində yüksək təzyiq sahəsi yalının bərqərar olması ilə əlaqədardır. İl ərzində yağıntının miqdarı çox deyil (198 mm). Yağıntıların çox hissəsi ilin soyuq dövründə düşür (107 mm). Yağıntıların illik gedişində iki maksimum qeyd olunur: noyabrda (31 mm) və apreldə (19 mm). Minimum yayda, iyul və ya avqust aylarında müşahidə edilir (5-7 mm). Atmosfer proseslərinin inkişaf xarakterindən və intensivliyindən asılı olaraq ayrı-ayrı illərdə yağıntıların miqdarı orta aylıq və illik göstəricilərdən xeyli fərqlənə bilər. Məsələn, 1963-cü ilin mayında 106 mm yağış yağıb, həmin ildə isə 390 mm yağıntı düşüb. ≥0,1 mm olan yağıntılı günlərin orta illik sayı 74 gün, ilin isti dövründə ən az (2.2-2.6 gün), ilin soyuq dövründə isə 9.0-9.3 günə çatır (cədvəl 5.9). Yağıntıların davamiyyəti daha çox qış aylarında (yanvarda 240 saat), yayda minimum isə olur. Yağıntılar əsasən yağış şəklində düşür. Lakin ilin soyuq dövründə, əraziyə çox soyumuş hava kütlələrinin müdaxiləsi zamanı yağıntılar qar şəklində də düşə bilir. İl ərzində düşən yağıntıların 6%-i bərk, 8%-i qarışıq, 86%-i yağış şəklində düşür. Cədvəl 5.9 Bakı meteoroloji stansiyası üzrə iqlim amillərinin göstəriciləri Meteoroloji amil AYLAR İl I II III IV V VI VII VIII IX X XI XII Günəş parıltısının orta davamiyyəti, saat 88 87 125 183 273 319 318 296 220 154 96 85 2244 Ümumi günəş radiasiyasının miqdarı, kkal/sm 2 4,0 5,3 9,3 13,2 17,7 19,2 18,8 17,1 12,0 7,9 4,6 3,7 132,8 Havanın temperaturu, °C: orta mütləq maksimum mütləq minimum 3,9 21 -13 4,1 27 -10 6,3 31 -7 11,2 31 -0,4 17,7 33 4 22,6 39 8 25,7 40 14 25,7 39 14 21,8 35 7 16,6 35 0,0 11,1 29 -6,0 6,8 27 -9,0 14,4 40 -13 Yağıntının miqdarı, mm 21 15 19 19 10 8 5 7 13 29 31 21 198 Havanın nisbi rütubətliyi, % 78 78 77 69 64 57 58 62 68 74 77 73 70 Rütubət çatışmazlığı, mb 2,0 2,0 2,4 4,6 8,0 13,0 15,1 13,5 8,9 5,1 3,1 2,4 6,7 Küləyin sürəti, m/s: orta maksimum 6,1 40 6,6 28 6,9 34 6,5 28 6,2 28 6,5 34 6,8 34 6,3 28 6,2 36 6,1 28 5,7 34 5,6 28 6,3 40 Güclü küləkli (≥15m/s) günlərin sayı: orta maksimum 4,9 13 6,0 18 7,5 13 6,8 14 5,2 14 6,2 14 6,6 13 5,2 10 4,7 12 5,3 12 4,2 12 4,8 14 6,7 106 Buludluq, bal: ümumi aşağı 7,2 5,7 7,4 5,8 7,3 5,4 6,4 3,0 5,2 1,6 3,3 1,2 3,2 1,1 3,0 1,2 4,1 2,5 6,0 4,4 7,2 5,5 7,0 5,5 5,6 3,6 Yağıntıların orta sutkalıq maksimumu çox da böyük deyil. Müşahidə olunmuş ən böyük sutkalıq maksimum EKOLOGİYA İDARƏSİ 51 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 65 mm (1937 və 1946-cı illər) təşkil edir. Layihə zonasında qar örtüyü davamsızdır. Mövsüm ərzində 7-8 gün qar örtüyü müşahidə edilir. Soyuq hava kütlələrinin güclü müdaxilələri ilə səciyyələnən qışı çox soyuq keçən illərdə qar daha çox yağa bilər və daha uzun müddətli qar örtüyü əmələ gələ bilər. 5.5.5 Külək rejimi Sürət və istiqaməti ilə xarakterizə olunan külək rejimi barik qradiyentdən və səth örtüyünün relyefindən asılıdır. Ətraf ərazilərin relyef müxtəlifliyi və Xəzər dənizinin təsiri qərb axınını pozaraq özünə məxsus külək rejiminin yaranmasına səbəb olur. İl ərzində şimal küləkləri (38%) üstünlük təşkil edir, daha az şimal-qərb (17%) və cənub (19%) küləklər əsir. Digər rumbdan olan küləklərin təkrarlanması əhəmiyyətli dərəcədə deyil. İlin soyuq dövründə şimal küləklərinin təkrarlanması 31-38%, şimal-qərb 16-21% və cənub küləklərinki 18-24% təşkil edir. İlin isti dövründə şimal küləklərinin təkrarlanması xeyli artır (yay aylarında 43-51%). İl ərzində şəlakətli (küləksiz) havaların təkrarlanması cəmi 7%-dir. Küləyin orta sürətinin illik gedişində sürətin artması yaz və yay dövründə (mart-avqust), azalması isə payızda (sentyabr-noyabr) olur. Il boyu əsasən 2-5 m/s (45%-ə yaxın) 6-9 m/s (30-40%) sürətli küləklər üstünlük təşkil edir (Cədvəl 5.10). Küləyin sürətinin sutkalıq gedişi az buludlu havada özünü daha yaxşı biruzə verir. Bakıda belə şərait aprel-avqust aylarında müşahidə edilir. İl ərzində gündüz küləyin sürəti gecəyə nisbətən daha çox olur. Cədvəl 5.10 İl ərzində müxtəlif müşahidə zamanı hədlər üzrə küləyin sürətinin təkrarlanması (%-lə) Müşahidə vaxtı Küləyin sürəti, m/s 0-1 2-5 6-9 10-13 14-17 18-20 21-24 ≥25 1 18,3 40,3 21,7 10,7 6,2 2,4 0,3 0,1 7 16,1 40,7 23,7 11,2 5,9 2,0 0,2 0,1 13 3,5 37,5 33,4 14,4 7,9 2,8 0,4 0,1 19 10,2 43,4 26,0 11,0 6,5 2,5 0,3 0,1 Ərazidə güclü küləkli (≥15 m/s) günlərin sayı çoxdur və güclü küləklər il boyu müşahidə edilir. Maksimum yaz, minimum payız və qış mövsümünə düşür. Burada güclü küləklər şimal enliliklərdən soyuq havanın müdaxiləsi və fyon səciyyəli qərb istiqamətli küləklərlə bağlıdır. Ən böyük sürətə şimal, şimal-qərb və cənub küləkləri çatır (Cədvəl 5.11). Cədvəl 5.11 İstiqamətlər üzrə küləyin orta və maksimum sürəti (m/s ilə) Aylar Küləyin sürət göstəricisi Şimal Şimal- şərq Şərq Cənub- şərq Cənub Cənub- qərb Qərb Şimal- qərb Yanvar Orta 8,1 3,4 2,3 3,9 5,6 6,4 3,6 6,0 Maksimum 40 14 8 18 18 26 12 28 Aprel Orta 9,1 3,4 1,9 4,2 6,1 5,0 3,4 6,2 Maksimum 20 14 14 20 28 14 20 28 İyul Orta 9,0 4,4 1,7 4,1 4,5 2,4 2,2 6,9 Maksimum 34 16 10 10 10 8 14 24 Oktyabr Orta 8,0 3,6 2,9 4,5 5,8 4,8 2,8 5,5 Maksimum 28 10 12 16 25 16 16 24 İl Orta 8,6 3,6 2,5 4,2 5,5 4,5 2,8 5,9 Maksimum 40 20 18 32 28 28 22 36 Yerli adı “xəzri” olan və sürəti 20-25 (30-40 m/s) küləklər ilin bütün fəsillərində müşahidə oluna bilər. İlin soyuq dövründə xəzri havanın temperaturunun kəskin enməsinə, bəzən qar yağmasına və çovğuna gətirib çıxarır, yayda isə güclü istiləri zəiflədir. Qışda və yazda tez-tez saniyədə 15-20 m sürətli isti və quru küləklər əsir. Bu zaman havanın temperaturu kəskin artır (10-15°C) və nisbi rütubətlik xeyli azalır (20-30%-dək). EKOLOGİYA İDARƏSİ 52 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi 5.6 Atmosfer havasının keyfiyyəti Şəkil 5.6 Bakı meteoroloji stansiyası üzrə külək gülü: a) yanvar ayı; b) iyul ayı; c) il 2016-ci ildə atmosfer havasının keyfiyyətinin bazis səviyyəsini müəyyənləşdirmək məqsədilə Bitum Qurğusu tikiləcək ərazidə Ətraf mühitin ilkin vəziyyətinin tədqiqi zamanı SOCAR-ın Ekologiya İdarəsi tərəfindən lokal ölçmələr aparılmışdır. Atmosfer havasının əsas potensial çirkləndiriciləri Neft emalı zavodunun tullantıları nəzərə alınaraq, əsasən azot dioksid (NO 2 ), kükürd dioksid (SO 2 ), karbon monooksid (CO) və karbohidrogenlərin konsentrasiyası təyin olunmuşdur. Bunun üçün altı stansiya üzrə instrumental ölçmə işləri aparılmışdır. Cədvəl 5.12 Atmosfer havasının əsas potensial çirkləndiricilərinin miqdarı S/s Koordinatları Təyin edilən parametrlər CO, mq/m 3 NO 2, mq/m 3 SO 2, mq/m 3 Tozun miqdarı, mq/ m 3 1 40°24'01.2"N 49°54'33.0"E 0.0 0.1 0.1 0,4 2 40°24'04.7"N 49°54'28.7"E 0.0 0.1 0.1 0,2 3 40°24'05.97"N 49°54'43.19"E 0.0 0.1 0.1 0,5 4 40°24'05.2"N 49°54'33.7"E 0.0 0.1 0.1 0,2 5 40°24'04.3"N 49°54'37.6"E 0.0 0.2 0.1 0,3 6 40°24'04.4"N 49°54'46.1"E 0.0 0.1 0.1 0,2 a) Şimal 32 Şimal-şərq 2 Şərq 1 Cənub-şərq 6 Cənub 21 Cənub-qərb 15 Qərb 2 Şimal-qərb 21 b) Şimal 51 Şimal-şərq 3 Şərq 1 Cənub-şərq 14 Cənub 11 Cənub-qərb 2 Qərb 2 Şimal-qərb 16 c) Şimal 38 Şimal-şərq 3 Şərq 2 Cənub-şərq 12 Cənub 19 Cənub-qərb 7 Qərb 2 Şimal-qərb 17 0 10 20 30 40 Şimal Şimal-şərq Şərq Cənub-şərq Cənub Cənub-qərb Qərb Şimal-qərb 0 10 20 30 40 50 Şimal Şimal-şərq Şərq Cənub-şərq Cənub Cənub-qərb Qərb Şimal-qərb 0 10 20 30 40 Şimal Şimal-şərq Şərq Cənub-şərq Cənub Cənub-qərb Qərb Şimal-qərb EKOLOGİYA İDARƏSİ 53 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Hava nümunələri çöl işləri görülən zaman SO 2 , CO və NO 2 parametrlər üzrə ölçmələr “MultiRAE” qazanalizatoru vasitəsilə vasitəsilə aparılmışdır. Atmosfer havasının keyfiyyətinin ölçmə metodikası haqqında ətraflı məlumat Əlavə 1-də, norma və standartlar haqqında isə əlavə 3-də verilmişdir. Səs-küy, radiasiya fonu, toz, temperatura, küləyin sürəti portativ cihazların köməyi ilə ölçülmüşdür. 5.7 Ərazinin florası Bakı şəhərinin ərazisi biomüxtəliflik baxımından Azərbaycanın o qədər də zəngin olmayan hissəsinə aiddir. Bu ərazi sənayeləşmə və təbii proseslər nəticəsində güclü surətdə deqradasiyaya uğramışdır. Qurğunun inşa ediləcəyi ərazidə heç bir bitki örtüyü yoxdur. Belə ki, ərazidə torpaq tökmə və hamarlama işləri aparılır. Ədəbiyyatda verilmiş məlumatlara əsasən, Abşeron yarımadasında 83 ailəyə aid olan, 800-dən çox ali bitki növü var. Lakin sahilyanı ərazidə bu növlərin hamısını aşkar etmək mümkün deyil, belə ki, Abşeron yarımadası da daxil olmaqla Respublikanın qumlu sahillərində 77 ailəyə aid olan vəhşi ali bitkilərin sayı- 601 növ qədər qeyd edilmişdir. Şibyələr Abşeron yarımadasında geniş yayılmış və mühüm iqtisadi əhəmiyyət kəsb edən orqanizmlərdir. Onlar antibiotiklərin, aromatik maddələrin, iy detektorların və boyaların istehsalında istifadə edilir. Şibyələr atmosfer çirklənməsinə həssasdırlar və bu həssaslıq şibyələrin növündən asılı olaraq dəyişir. Bu şibyələrdən ətraf çirklənməsinin ölçülməsi üçün bioindikator kimi istifadə edilməsinə imkan verir. Abşeron yarımadasında şibyələrin 25 növünün olması haqqında məlumat verilir, lakin Azərbaycanın ən quraqlıq regionlarında yerləşən müqavilə sahələrində bu növlərin nisbətən az miqdarda olması gözlənilir. Bundan əlavə Abşeron yarımadası flora zənginliyinə görə Lənkəran, Samur-Dəvəçi, Xəzəryanı ovalıqlarından sonra 5-ci yeri tutur, yalnız Kür-Araz ovalığından irəlidədir. 5.8 Ərazinin faunası Layihə zonası çox geniş bir ərazini əhatə etmir. Bu sahə H.Əliyev adına NEZ-in balansındadır və əvvəllər istehsalat obyektləri mövcud olmuşdur. Kənd təsərrüfatına yararlı olmayan torpaqlardır. Relyefi düzənlik sahədir. Yeni Bitum qurğusunun tikiləcəyi sahədə landşaftların, quşların, məməlilərin, sürünənlərin və amfibilərin yaşayış yerlərinin xarakterinə görə tədqiq edilmişdir. Çöl tədqiqat işləri 2016-cı ilin mart ayında aparılmışdır. Amfibilər Bu sinfin nümayəndələri Azərbaycanda cəmi 9 növdür. Ədəbiyyatlarda verilən məlumatlara əsasən Abşeron yarımadasında qurbağaların və quru qurbağalarının iki növü qeyd edilir. Müqavilə sahəsində şirin suyun olmaması səbəbindən hər iki növə çox nadir halda rast gəlinir. Yaşıl quru qurbağası Azərbaycanda bir-birindən fərqli olan şəraitlərdə yaşayır. Bu növü ilk dəfə olaraq alim Menetrik 1830-cu ildə Azərbaycanın şərqində Bakı ətrafında əldə etmişdir. Bu növə layihə ərazisində rast gəlinməmişdir. Yaşıl quru qurbağası alatoranlıq gecə heyvanıdır. Sürünənlər Abşeron yarımadasında iyirmidən çox sürünənlər qeydə alınıb. Tədqiqat səhəsində tısbağa, kərtənkələ növləri daxil olmaqla sürünənlərin bəzilərinə rast gəlinib. Bu sinfə mənsub olan növlərdən layihə ərazisi və ona həmsərhəd sahələrdə 4 növ yayılmışdır. Bunlardan 1 növü kərtənkələlər dəstəsinə, 2 növü isə ilanlar dəstəsinə məxsusdur. Məməlilər Abşeron yarımadasında 18 növ vəhşi məməlilərin mövcudluğu qeyd edilib. Müşahidələr zamanı layihə ərazisində məməlilərə rast gəlinməmişdir. Quşlar Abşeron yarımadasında quşların 168 növü və yarımnövü qeyd edilir. Quşların ümumi sayından 41 növü yuvalayan, 29 növü qışlayan, 84 növü təsvir edilən ərazidən miqrasiya edən, 10 digər növləri isə bu sahəyə ziyarət edənlərdir. Abşeron yarımadasında qeydə alınan quşların 8 növü Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilib. Quşların öyrənilməsi məqsədilə layihə ərazisində tədqiqat işləri aparılmışdır. Tədqiqat “nöqtəvi hesablama” EKOLOGİYA İDARƏSİ 54 H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi layihəsinin Faza-1 – Bitum qurğusunun tikintisi və istismarı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi metodu ilə aparılmışdır. Ərazidəki quşların növünü onların xarici morfoloji quruluşuna görə, gözlə görünməyən gizli yerlərdə olduqda isə səsinə görə müəyyən edilmişdir. Bəzi quşların növü uçarkən qanad çalma vəziyyətinə görə müəyyən edilmişdir. Layihə zonası ətrafında tədqiqat zamanı qeyd edilən növlərdən nisbətən qara sığırçın, dam sərçəsi, kənd qaranquşu, adi qarğa, çöl göyərçini və s. üstünlük təşkil edirdi. 5.9 Səs-küy Bu bölmənin məqsədi “H.Əliyev adına NEZ-nın modernləşdirməsi” layihəsi çərçivəsində yeni Bitum qurğusunun tikilməsi planlaşdırılan ərazidə mövcud səs-küy səviyyəsinin müəyyənləşdirilməsi və səs-küy mühitinin ilkin vəziyyətini təsvir etməkdir. Bunun üçün 2016-cı ilin Mart və May ayında Bitum qurğusunun tikiləcəyi ərazidə, ətrafda yerləşən həssas ərazilərdə Ekologiya İdarəsinin Ekoloji Tədqiqatlar Ekspedisiyasının (ETE) mütəxəssisləri tərəfindən monitorinqlər aparılmış və ərazidə səs-küy səviyyəsinin ilkin vəziyyəti tədqiq olunmuşdur. Bu monitorinqlər zamanı həmin ərazidə heç bir tikinti-quraşdırma işləri aparılmadığından və burada mövcud olmuş istehsalat qurğuları daha əvvəllər sökülərək ərazidən daşındığından, səs-küy səviyyəsinin ölçülməsi zamanı digər sənaye sahələrinə nisbətən burada aşağı qiymətlər qeydə alınmışdır. Aparılmış tədqiqatlar müxtəlif reseptorlar üçün Layihə ilə bağlı potensial təsirlərin nəzərdən keçirilməsinə imkan yaradacaq. Download 16.26 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling