Fənn üzrə bilik və bacarıqlara olan tələblər: Fənn üzrə bilik və bacarıqlara olan tələblər


Download 445 b.
Sana08.06.2018
Hajmi445 b.



Fənn üzrə bilik və bacarıqlara olan tələblər:

  • Fənn üzrə bilik və bacarıqlara olan tələblər:

  • Fənnin öyrənilməsi nəticəsində tələbələr aşağıdakıları

  • bilməlidirlər:

  • Atmosferin ümumi səciyyəsi və onun öyrənilməsinin metodikasını;

  • Aviasiya meteoroloji müşahidələrini;

  • Aeroloji müşahidələrin aparılması qaydalarını;

  • KH-01 sinoptik kodunu;

  • OPMET məlumatlarını;

  • Avtomatlaşdırılmış meteoroloji stansiyaları: AWOS, VAİSALA, KRAMS və s.;

  • bacarmalıdırlar:

  • Atmosfer təzyiqini dəniz səviyyəsinə gətirməyi;

  • Yerüstü hava xəritələrinin tərtibini və təhlili qaydalarını;

  • Aviameteoroloji METAR (SPECİ) kodlarını;

  • Aerodrom üzrə hava proqnozu kodunu (TAF);

  • Aerosinoptik materialların qəbulu və işlənməsini;





Meteoroloji şərait səbəbindən baş vermiş aviaqəzaların ümumi miqdarının 62% - ni görünüşün pisləşməsi, 11% - ni ildırım hadisəsi, 11% - ni güclü silkələnmə, 7% - ni buzbağlama və 9% -ni digər səbəblər təşkil edir.

  • Meteoroloji şərait səbəbindən baş vermiş aviaqəzaların ümumi miqdarının 62% - ni görünüşün pisləşməsi, 11% - ni ildırım hadisəsi, 11% - ni güclü silkələnmə, 7% - ni buzbağlama və 9% -ni digər səbəblər təşkil edir.







Yer səthində meteoroloji müşahidə məntəqələrində aparılan müşahidələr birbaşa metod kimi dəyərləndirilir. Sutka ərzində yer səthində hava üzərində 100000 müşahidə aparılır. Meteoroloji məntəqələrdə müntəzəm olaraq buludluq (miqdarı, forması, aşağı sərhəddinin hündürlüyü), görünüş məsafəsi, havanın temperaturu, küləyin sürəti və istiqaməti, atmosfer təzyiqi, havanın rütubətliyi və atmosfer hadisələri üzərində müşahidə aparılır.

  • Yer səthində meteoroloji müşahidə məntəqələrində aparılan müşahidələr birbaşa metod kimi dəyərləndirilir. Sutka ərzində yer səthində hava üzərində 100000 müşahidə aparılır. Meteoroloji məntəqələrdə müntəzəm olaraq buludluq (miqdarı, forması, aşağı sərhəddinin hündürlüyü), görünüş məsafəsi, havanın temperaturu, küləyin sürəti və istiqaməti, atmosfer təzyiqi, havanın rütubətliyi və atmosfer hadisələri üzərində müşahidə aparılır.



Müşahidələr eyni vaxtlarda, beynəlxalq sazişlərlə razılaşdırılmış proqram üzrə saat 0000-dan başlayaraq hər 3 saatdan bir aparılır. Aviasiya uçuşlarını meteoroloji məlumatlarla təmin etmək üçün isə müşahidələr hər 30 dəqiqədən bir aparılır.

  • Müşahidələr eyni vaxtlarda, beynəlxalq sazişlərlə razılaşdırılmış proqram üzrə saat 0000-dan başlayaraq hər 3 saatdan bir aparılır. Aviasiya uçuşlarını meteoroloji məlumatlarla təmin etmək üçün isə müşahidələr hər 30 dəqiqədən bir aparılır.





Bəzən radiozondlar təyyarələrdən buraxılırlar. Onlardan ilk öncə elmi-tədqiqat layihələrində istifadə olunur.

  • Bəzən radiozondlar təyyarələrdən buraxılırlar. Onlardan ilk öncə elmi-tədqiqat layihələrində istifadə olunur.

  • Müasir radiozondların hündürlüyə qalxması şarpilotun keyfiyyətindən asılı olub, orta hesabla 20km və maksimal olaraq 35 km təşkil edir.

  • 2011-ci ildə ÜMT Vaisala şirkətinin istehsalı olan radiozondları ən keyfiyyətli radiozond olduğunu elan etdi.



Müasir radiozondlar aşağıdakı kəmiyyətləri ölçürlər:

  • Müasir radiozondlar aşağıdakı kəmiyyətləri ölçürlər:

  • - təzyiq;

  • - hündürlük

  • - coğrafi mövqe (enlik/uzunluq);

  • - temperatur;

  • - nisbi rütubətlik;

  • - küləyin xüsusiyyətləri (sürət və istiqaməti);

  • - böyük hündürlüklərdə kosmik şüaların intensivliyi;

  • - ozonun konsentrasiyası (ozonozondlar).



  • Atmosferin daha yuxarı qatları meteoroloji (100 km-ə qədər) və geofiziki raketlər (400 km-ə qədər) vasitəsilə öyrənilir. Hər bir raket meteoroloji avadanlıqlarla təchiz olunmuş konteynerləri fəyaza qaldırır ki, daha sonra bu konteynerlər paraşutlar vasitəsilə yerə qayıdırlar.

  • Dünyada ilk meteoroloji raket SSRİ-də proektə alınmış və 1937-ci ildə kosmik fəzaya buraxılmışdır. Raket 4500 m-ə qədər hündürlüyü qət edə bilmişdir





İlk meteroloji peyk Vanguard 17 fevral 1959-cu ildə buraxılmışdır. Bu peyk bulud örtüyünün ölçülməsi üzrə tərtib olunmuşdur. Meteoroloji peyklər atmosferdə baş verən meteoroloji hadisələri uzaq məsafədən dəqiqliklə aşkar edən cihazlardır. Yer kürəsi ətrafında orbitlər üzrə hərəkət edən meteoroloji peyklər radiometr vasitəsilə yadda saxlanılan məlumatları müəyyən edilmiş vaxt intervalında yerüstü meteoroloji peyk stansiyalarına göndərir. Meteoroloji peyklərin ən üstün cəhəti ondan ibarətdir ki, onlar vasitəsilə hətta peyk stansiyaların qurulmadığı ərazilərdə-okean, çöl, səhra, qütblərdə və yüksək dağlıq zonalarda baş verən atmosfer hadisələri haqqında meteoroloji məlumatlar əldə etmək mümkündür. Meteoroloji peyklərdən əldə olunmuş məlumatlar vasitəsilə bulud və bulud sistemlərini daha yaxşı müşahidə etmək mümkündür.

  • İlk meteroloji peyk Vanguard 17 fevral 1959-cu ildə buraxılmışdır. Bu peyk bulud örtüyünün ölçülməsi üzrə tərtib olunmuşdur. Meteoroloji peyklər atmosferdə baş verən meteoroloji hadisələri uzaq məsafədən dəqiqliklə aşkar edən cihazlardır. Yer kürəsi ətrafında orbitlər üzrə hərəkət edən meteoroloji peyklər radiometr vasitəsilə yadda saxlanılan məlumatları müəyyən edilmiş vaxt intervalında yerüstü meteoroloji peyk stansiyalarına göndərir. Meteoroloji peyklərin ən üstün cəhəti ondan ibarətdir ki, onlar vasitəsilə hətta peyk stansiyaların qurulmadığı ərazilərdə-okean, çöl, səhra, qütblərdə və yüksək dağlıq zonalarda baş verən atmosfer hadisələri haqqında meteoroloji məlumatlar əldə etmək mümkündür. Meteoroloji peyklərdən əldə olunmuş məlumatlar vasitəsilə bulud və bulud sistemlərini daha yaxşı müşahidə etmək mümkündür.



15.03.2005 tarixindən etibarən Azərbaycan Respublikasında Heydər Əliyev Beynəlxalq Hava Limanı “Azəraeronaviqasiya” HHİ-nin Aviasiya Meteoroloji Mərkəzində İsveçrə istehsalı olan meteoroloji peyk stansiyası fəaliyyət göstərir. Meteoroloji peyk stansiyası həm geostasionar orbital, həm də qütb orbital meteoroloji peyk məlumatlarını qəbul edir. Bu informasiyalar vasitəsilə faktki hava şəraitini, siklon və antisiklonların sirkulyasiyasını, atmosfer cəbhələrini, hava kütlələrininin xüsusiyyətlərini, bulud sistemlərini, yağıntı, temperatur, külək, duman, toz burulğanlarını, vulkanik buludları və s. hidrometeoroloji hadisələri müşahidə etmək olar.

  • 15.03.2005 tarixindən etibarən Azərbaycan Respublikasında Heydər Əliyev Beynəlxalq Hava Limanı “Azəraeronaviqasiya” HHİ-nin Aviasiya Meteoroloji Mərkəzində İsveçrə istehsalı olan meteoroloji peyk stansiyası fəaliyyət göstərir. Meteoroloji peyk stansiyası həm geostasionar orbital, həm də qütb orbital meteoroloji peyk məlumatlarını qəbul edir. Bu informasiyalar vasitəsilə faktki hava şəraitini, siklon və antisiklonların sirkulyasiyasını, atmosfer cəbhələrini, hava kütlələrininin xüsusiyyətlərini, bulud sistemlərini, yağıntı, temperatur, külək, duman, toz burulğanlarını, vulkanik buludları və s. hidrometeoroloji hadisələri müşahidə etmək olar.







Atmosferin yuxarı qatlarının tədqiqinin dolayı metodları yer səthindən atmosferin yuxarı qatlarında baş verən atmosfer proseslərinin (qütb parıltısı, gümüşü buludlar, meteoritlərin yanma izləri və s.) müşahidəsi əsasında atmosferin tərkibi və quruluşu haqqında məlumat əldə etməyə imkan verir.

  • Atmosferin yuxarı qatlarının tədqiqinin dolayı metodları yer səthindən atmosferin yuxarı qatlarında baş verən atmosfer proseslərinin (qütb parıltısı, gümüşü buludlar, meteoritlərin yanma izləri və s.) müşahidəsi əsasında atmosferin tərkibi və quruluşu haqqında məlumat əldə etməyə imkan verir.






Do'stlaringiz bilan baham:


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2017
ma'muriyatiga murojaat qiling