Hava Elektrik Veriliş xətlərinin monitorinqi


Hava xətlərində enerji itkilərinin xarakteristikası


Download 0.51 Mb.
bet2/11
Sana09.01.2022
Hajmi0.51 Mb.
#259382
1   2   3   4   5   6   7   8   9   10   11
Bog'liq
HEVX sebekesinin manitorinqi

Hava xətlərində enerji itkilərinin xarakteristikası

Hava Elektrik Veriliş Xətlərində aşağıda göstərilən itkiləri qeyd etmək lazımdır:

-Naqillərin omik müqaviməti hesabına yaranan qaçılmaz itkilər

-Elektromaqnit şüalanmaya olan itkilər

-Naqillərdə və izolyatorda tac boşalmasının yaranması zamanı olan itkilər

-Yüklərlə uyğunsuzluq olduqda (uzlaşmalar olmayan hallar zamanı) naqildə rezonans hadisələrinin yaranması zamanı olan itkilər

-İzolyasiyanın pozulması hesabına cərəyan axını (sızması)

-Fazalar arası qısa qapanma və torpağa qısa qapanma zamanı cərəyan axını (sızmaları)

Arzu olunmayan pis hava şəraitinin (yağış, qar, duman, güclü külək, buz və sırsıra) olması əlavə itkilərin olmasına, xüsusilə qısa qapanmaların yaran- masına, naqillərin qismən zədələnməsinə və ya qırılmasına gətirib çıxarır.

EVX vasitəsilə gücün ötürülməsinin effektivliyinin artırılması

Elektrik enerjisinin konkret HEVX vasitəsilə nəqli zamanı buraxıla bilən yük cərəyanları reqlamentləşdirilir. Bu zaman naqillərin əyilməsinin kritik həddən çox olmasını müəyyən edən cərəyanın hədd qiyməti istifadə olunur. Bu verilənlər ən ekstremal şərait üçün götürülür, hansı ki, EVX istismar müddətinin 90%-dən çoxunda rast gəlinmir. Uyğun olaraq reqlamenti pozmadan böyük güclərin buraxılması üçün resurslar olur. Yəni, istismar müddətinin 90% -də praktiki olaraq 15-30 % əlavə güc ötürmək olar. Monitorinq sisteminin olması etibarlığa görə reqlameti azaltmadan bu əlavə resursu istifadə etməyə imkan verir. Bunun üçün bütün trass boyu naqillərdə cərəyanın həddinə və temperatura nəzarət etmək lazımdır və xəttin real vəziyyətinə uyğun olaraq ötürülən gücü dinamiki tənzimləmək lazımdır.


Download 0.51 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   11




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling