Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına cəlb edilmiş qüvvə və vasitələrin qarşılıqlı fəaliyyəti
Masallı rayonunun və qonşu obyektlərin fövqəladə hallar komissiyaları ilə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Masallı Dövlət Regional Kollecinin fövqəladə hallar komissiyasının əsas vəzifəsi məqsədinə, yerinə və vaxtına görə fəaliyyətin razılaşdırılmasından ibarətdir. Qarşılıqlı fəaliyyətin təşkili zamanı fövqəladə hallar haqqında məlumatların toplanması və mübadiləsi qaydası müəyyən edilir.
Qonşu obyektdə fövqəladə hal haqqında ilkin məlumat rayon fövqəladə hallar və mülki müdafiə şöbəsindən, Masallı rayonunun fövqəladə hallar komissiyasından və ya digər qonşu obyektlərin fövqəladə hallar komissiyalarından daxil ola bilər.
Qarşılıqlı əlaqələrin bu qaydada təşkil edilməsi vaxtında işçiləri və tələbələri xəbərdar etməyə, gecikmədən fövqəladə halın qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlər görməyə imkan verir.
Bölmə IV. Fövqəladə hallar zamanı fəaliyyətin və yerinə yetirilən tədbirlərin idarə olunması.
Fövqəladə hallar zamanı tədbirlərin idarə edilməsi idarəetmə məntəqəsindən (mühafizə qurğusu №__) planlaşdırılır və mülki müdafiə rəisi fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərini idarə edir. İdarəetmə məntəqəsinin tərkibinə Masallı Dövlət Regional Kollecin fövqəladə hallar komissiyası cəlb edilir.
Şəraiti giymətləndirmək və təkliflər hazırlamaq məqsədilə zədələnmə ocağına fövqəladə hallar komissiyasının tərkibindən qəzanın baş verdiyi yerə əməliyyat qrupu göndərilir.
Mülki müdafiə rəisinin qərarına əsasən qəza-xilasetmə işlərinin yerinə yetirilməsi dövründə qüvvə və vasitələr arasında fasiləsiz və dayanıqlı idarəetməni və qarşılıqlı fəaliyyəti təmin etmək məqsədilə rabitə təşkil olunur. İdarəetməni təmin etmək məqsədilə naqilli və səyyar rabitə vasitələrindən istifadə olunur.
Mülki müdafiə rəisi təcili (müddətli) məlumatlar cədvəlinə əsasən məlumatların verilməsinə nəzarət edir.
Fövqəladə hal təhlükəsi yaranarkən və ya baş verərkən, fövqəladə hallar komissiyasının tərkibinə daxil olan rəhbər heyəti məsul növbətci xəbərdar edir. Digər rəhbər heyət, xidmətlər və MM dəstələrinin komandir-rəis heyəti gecə vaxtı növbətçi, gündüz vaxtı isə müvafiq struktur bölmələrin rəhbərləri tərəfindən xəbərdar olunur.
Əlavələr:
1.Təbii fəlakətlər, istehsalat qəzaları və dağıntılar təhlükəsi yarandıqda və baş verdikdə əsas tədbirlərin təqvim planı.
2. Təbii fəlakətlərin, istehsalat qəzalarının və dağıntıların yaranması təhlükəsi və baş verdiyi zaman fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması tədbirlərinə cəlb edilən qüvvə və vasitələrin hesabatı.
Do'stlaringiz bilan baham: |