İnstitutu


Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird


Download 1.26 Mb.
Pdf ko'rish
bet7/78
Sana08.01.2022
Hajmi1.26 Mb.
#249612
1   2   3   4   5   6   7   8   9   10   ...   78
Bog'liq
5 Kimya-kurikulum(1)

Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird: 

  qeyri-üzvi  və  üzvi  maddələri  fərqləndirir,  onların  xarakterik  cəhətlərini  izah 



edir; 

  kimyəvi  hadisələri məişətdə tətbiq edir; 



  kimyəvi  qanun  və  qanunauyğunluqların  mahiyyətini  dərk  etmək  üçün 

eksperimentlər  və  müşahidələr  aparır,  nəticələrini  ümumiləşdirir  və  bu  barədə 

şifahi və yazılı təqdimatlar hazırlayır; 

  ekoloji problemlərin həlli ilə bağlı kiçik layihələr hazırlayır və təqdim edir. 



                                        

 

1.2. Məzmun xətləri 

 

Kimya  fənni  üzrə  ümumi  təlim  nəticələrinin  reallaşdırılmasını  təmin  etmək 

üçün müəyyən olunan məzmun xətləri məzmunun zəruri istiqamətləridir. Məzmun 

xətləri  şagirdlərin  öyrənəcəyi  məzmunu  daha  aydın  təsvir  etmək  üçün  müəyyən 

olunur və onu sistemləşdirmək məqsədi daşıyır 

Kimya fənni üzrə aşağıdakı məzmun xətləri müəyyən edilmişdir: 

 Maddə və maddi aləm 



 Kimyəvi hadisələr 

 Eksperiment və modelləşdirmə 



 Kimya və həyat                                                                       



 

Maddə və maddi aləm 

Bu  məzmun  xətti  maddələrin  tərkibinin,  quruluşunun,  kimyəvi  rabitələrin 

tiplərinin,  xassələrinin,  atom  və  molekullarının,  maddi  aləmin  düzgün  dərk 

olunmasına,  onlar  haqqında  mülahizələrin  irəli  sürülməsinə,  şagirdlərdə 




 

 



tədqiqatçılıq  meylinin  inkişafına  imkan  yaradır.  Yuxarı  siniflərdə  maddələrin 

onların  quruluşundan  asılılığının  səbəblərini  aydınlaşdırmaq,  quruluşuna  görə 

maddələrin  xassələrini  proqnozlaşdırmaq,  həyatda  rast  gəlinən  saf  maddələri  və 

qarışıqları  bir-birindən  fərqləndirmək,  müxtəlif  üsullardan  istifadə  etməklə 

qarışıqları  ayırmaq  bacarıqlarının  formalaşması  imkanlarını  genişləndirir.  Maddə 

və  maddi  aləm  məzmun  xəttinə  aid  materialın  öyrənilməsi  şagirdlərin  zəhərli 

maddələrlə  davranmaq,  maddələri  tətbiqinə  görə  müəyyənləşdirmək  sahəsində 

qabiliyyətlərinin inkişaf etməsinə təsir göstərir.   



 

Kimyəvi hadisələr 

Kimyəvi  hadisələr  məzmun  xəttinə  aid  materialın  mənimsənilməsi  

maddələrin  bir-birinə  çevirilməsi,  bu  çevrilmələrin  qanunauyğunluqlarının  və 

şəraitinin,  maddələrin  alınmasının  dərk  olunması,  kimyəvi  reaksiyalar    əsasında 

hesablamalar  aparılması  üçün  imkan  yaradır.  Şagirdlər  ətraf  aləmdə  baş  verən 

çevrilmələrdən  həyati  məqsədlər  üçün  istifadə  bacarıqları  qazanırlar.  Bu  məzmun 

xətti şagirdlərin tədqiqatçılıq qabiliyyətlərinin güclənməsində, kimyəvi çevrilmələr 

 

Eksperiment və modelləşdirmə 

Maddələrin  quruluşunun  və  xassələrinin  öyrənilməsindən  əldə  olunan  bilik 

və  bacarıqların  eksperiment  yolu  ilə  modelləşdirilməsi,  kimyəvi  reaksiyaların 

təcrübədə  göstərilməsi,  molekulların,  kristal  qəfəslərin  üçölçülü  modellərinin 

hazırlanması,  şagirdlərdə  praktiki  vərdişlərin  yaranmasını,  nəzəri  məlumatların 

praktikada  tətbiq  olunması  bacarıqlarının  formalaşmasını  təmin  edir.  Eksperiment 

və modelləşdirmə məzmun xətti onlarda fəza təsəvvürlərinin inkişafına səbəb olur. 

Əldə  olunmuş  bilik  və  bacarıqların  daha  dolğun  şərh  edilməsinə  imkan  yaranır. 

Maddələrin  keyfiyyət  və  kəmiyyət  tərkibinin  analizi  və  elmi-tədqiqat  işləri 

aparmaq üçün zəmin yaranır. 



 

Kimya və həyat 

Bu məzmun xətti təbiətə və bütünlükdə bəşəriyyətə böyük zərər vura biləcək 

maddələrin  müəyyənləşdirilməsini  və  onların  həyatın  istənilən  sahəsində  zərər 

vurmadan  tətbiq  olunmasını  təmin  edir.  Müxtəlif  sənaye  sahələri  tullantılarının, 

kənd  təsərrüfatında  işlədilən  gübrələrin  və  dərman  maddələrinin,  nəqliyyatda 

tullantı  qazlarının,  məişət  tullantılarının  ekologiyaya  hansı  dərəcədə  ziyan  vura 

biləcəyini  müəyyənləşdirməyə  və  ekoloji  problemlərin  həllində  yaxından

  iştirak 

etməyə imkan verir. 


Download 1.26 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   ...   78




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling